Moskvada koronavirusdan daha 49 nəfər öldüRusiyanın paytaxtı Moskvada son sutka ərzində koronavirusdan daha 49 nəfər ölüb.

Avrasiya.net xəbər verir ki, bu barədə Moskvada koronavirusla əlaqəli vəziyyətin monitorinqi üzrə operativ qərargahdan bildiriblər.


Məlumatda deyilir: "Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 49 xəstə dünyasını dəyişib".

Ümumilikdə şəhərdə koronavirusdan 3 187 nəfər ölüb.
Bakıda ustanı öz çəkici ilə döydülərBakının Binəqədi rayonunda kafedə dava düşüb.

Hadisə Sulutəpə kafesində baş verib.

1965-ci il təvəllüdlü Həsənağa Həbibov usta kimi çalışdığı yerin yaxınlığında kafedə tanımadığı dörd nəfərlə mübahisə edib. Həmin şəxslərdən biri H.Həbibova məxsus çantadan çəkic çıxararaq onun başına vurub. Yaralı başından xəsarətlər alıb. O, xəstəxanaya yerləşdirilib.