"Ulu Öndər böyük risklərə baxmayaraq xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü"Məzahir Əfəndiyev
Milli Məclisin deputatı


15 iyun 1993-cü il Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub və dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edilib. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Bu gün Milli Qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü biruzə verməklə regionda və dünyada Azərbaycanın nüfuzunu daha da artırmışdır.

Xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyevin iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilməsi xalqımızın gələcək taleyini müəyyən etdi. Ulu Öndər böyük risklərə baxmayaraq xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Belə bir mürəkkəb siyasi şəraitdə Heydər Əliyevin böyük potensialı Azərbaycanın müstəqilliyinin qarantına çevrildi, xalqımız Azərbaycan və azərbaycançılıq ideyaları ətrafında birləşdi.

İlk dəfə Ümummilli Lider tərəfindən Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strateqiyası elan olundu və sonrakı illərdə uğurla həyata keçirildi. Azərbaycan informasiya blokadasından çıxdı və ölkəmizlə bağlı dünyada formalaşan fikir müsbət yönümdə dəyişdi. Həmin vaxtdan başlayaraq müstəqil Azərbaycan dövləti anarxiyadan sabitliyə, inkişafa doğru istiqamət götürdü, qısa vaxtda ölkədə sabitlik və əmin-amanlıq bərpa edildi, Azərbaycanın tarixində yeni dövrün – faktiki müstəqilliyin, demokratiya və inkişaf mərhələsinin başlanğıcı qoyuldu.

Məhz həmin tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk olundu və 1997-ci ildən etibarən parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd olunur.
1993 – 2003-cü illər Azərbaycan tarixinə dirçəliş, inkişaf illəri kimi daxil olub. 2003-cü ildən sonrakı dövr böyük yolun davamı kimi dəyərləndirilir. Bu gün Ulu Öndər Heydər Əliyev siyasi kursunu layiqincə davam etdirən Möhtərəm Prezidentimiz İlham Əliyev Azərbaycanın dövlət müstəqilliyini daha da möhkəmləndirmişdir. Həyata keçirilən uğurlu siyasət Azərbaycanı yalnız regionda deyil, beynəlxalq miqyasda da söz sahibi olan bir ölkə kimi tanıtmışdır. Həyatın bütün sahələrində qazanılmış uğurlar əminliklə söyləməyə əsas verir ki, Azərbaycan dövlət müstəqilliyini bir daha əldən verməyəcək, müstəqillik əbədi olacaq.

Ümummilli Lider Heydər Əliyevin 1993-cü il 15 iyunda Azərbaycanda hakimiyyətə qayıdışı dövlətçilik tariximizin şanlı səhifəsini təşkil edir, xalqımız böyük xilaskarının xidmətlərini unutmur və 15 iyun – Milli Qurtuluş Gününü hər il yüksək əhval-ruhiyə ilə qeyd edir.

Səudiyyə İran silahları ilə vurulub – BMT-dən şok“Saudi Aramko” şirkətinin müəssisələrinə və Səudiyyə Ərəbistanının Abxa şəhərindəki hava limanına hücumlar İran mənşəli silahlarla gerçəkləşdirilib.

Axar.az xəbər verir ki, bu məlumat BMT Baş katibi Antonio Quterreşin Təhlükəsizlik Şurası üçün hazırladığı hesabatda yer alıb.

Qeyd edək ki, 2019-cu ilin sentyabrında “Saudi Aramko”nun Abkaike və Hurayse müəssisələrinə hücum olub. Hücuma görə məsuliyyəti husilər üzərinə götürüb. Hücum nəticəsində krallığın sutkalıq neft hasilatı 5,7 milyon barrel azalıb.
Bakıda şirkət direktoru koronavirusdan öldü - FOTOAzərbaycanda daha bir gənc koronavirusdan ölüb.

Bakıda mebel şirkətinin direktoru olan 1986-cı il təvəllüdlü Fərid Əliyev koronavirus xəstəliyindən vəfat edib.

Bu barədə yaxınları sosial şəbəkədə məlumat yayıblar. Bildirilib ki, əvvəldən heç bir xəstəliyi olmayan F.Əliyev koronavirusa yoluxsa da, ilk günlərdə bunun adi qrip olduğunu deyərək həkimə müraciət etməyib.

Evdə özünü müalicə etməyə çalışan F.Əliyev nəfəs çatışmazlığından vəfat edib. F.Əliyevdə son günlər yüksək temperatur, öskürək və boğulmalar olub..
Qazaxda DGK-nın əməkdaşı qəflətən öldüQazax rayonunda kafedə ölüm faktı qeydə alınıb.

Avrasiya.net Report.az-a istinadən xəbər verir ki, rayon ərazisində yerləşən kafelərin birində 1994-cü il təvəllüdlü Adil Abbas oğlu Abbasov qəflətən ölüb.

Meyit tibbi ekspertizaya aparılıb.

Onun ölüm səbəbi araşdırılır.

Qeyd edək ki, A.Abbasov Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşı olub.
Rusiya tab gətirə bilmir: güzəştə gedir...ABŞ və AB “Qazprom”a ixrac etdiyi qazı birbaşa özünün satması ilə bağlı qadağa tətbiq edir. Yəni “Qazprom” Avropa bazarında həm daşıyıcı, həm də satıcı ola bilməz. Rusiya Avropa bazarındakı mövqeyini Norveç və sıxılmış qaz istehsalçılarına güzəştə gedir.

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli Rusiyanın Avropa qaz bazarındakı mövqeyi haqda danışarkən deyib. O qeyd edib ki, neft bazarında baş verən istənilən qiymət dəyişikliyi öz növbəsində təbii qaz bazarına da təsir edir:

“Bu gün spot bazarda sıxılmış qazın bir kubmetri 60 dollara qədər ucuzlaşıb. Hətta bu göstərici 42 dollara qədər düşmüşdü. Son günlər neftin qiymətinin yenidən yüksəlməsi təbii qazın da qiymətinin artmasına gətirib çıxardı. Nəticə etibarilə Rusiyanın Avropa bazarlarına çıxardığı təbii qaz rəqabətə davam gətirə bilmir, çünki neft bazarında olduğu kimi, təbii qazla da bağlı öncədən imzalanan kontraktlar mövcuddur. Düzdür, bu kontraktlar hər 3 aydan bir yenilənsə də, sıxılmış qazın qiyməti kifayət qədər ucuzdur”.

Ekspert bildirib ki, sıxılmış qazın ucuz olması “Qazprom” üçün problemlər yaradıb:

“Faktiki olaraq “Qazprom” sıxılmış qaz ilə rəqabətə dözmür. Məhz bu səbəbdən qiymət endirimləri etməyə, güzəştə getməyə və ya birbaşa bazarların itirilməsi ilə barışmalı olur. Məsələn, bu gün Qətər Avropa bazarına çox sərt şəkildə girməkdədir. ABŞ-dan da sıxılmış qaz gətirilməsi düşünülür. Əgər bu təşəbbüs real olsa, ABŞ-dan Avropa bazarına 800 milyon kub metr sıxılmış qaz gətiriləcək. Belə olduqda “Qazprom” istər-istəməz qiymətlərdə ciddi endirim etməyə məcburdur. Bu isə özlüyündə “Qazprom”un bazarda iqtisadi dayanıqlığını zədələyir. “Şimal axını” istiqamətində Rusiya qazının ixracında bu gün ciddi sanksiyalar tətbiq edilir. Bu isə öz növbəsində “Qazprom”un Avropa birliyi ilə sərhəddə 3-cü bir ölkə vasitəsilə qazı ixrac etməsi zərurəti yaradır. Məhz bu səbəbdən Rusiya Avropa bazarındakı mövqeyini Norveç və sıxılmış qaz istehsalçılarına güzəştə gedir”.

Qeyd edək ki, “Skolkova” Energetika Mərkəzi may ayı ərzində Rusiyanın “Şimal axını”, Yamal-Avropa və Ukrayna istiqamətində ixracatının 20% azaldığını bildirib. Qeyd edilib ki, yanvar-aprel ayları arasında Avropaya edilən tədarükdə “Qazprom”un payı 35%-ə qədər azalıb. Keçən il “Qazprom”un burada payı 45% təşkil etmişdi.
Gəncədə həkim koronavirusdan VƏFAT ETDİGəncə Şəhər 3 saylı Xəstəxanasının həkim-travmotoloqu Mehman Hüseynov COVID-19-dan vəfat edib.

Avrasiya.net-in məlumatına görə, 1970-ci il təvəllüdlü həkim əvvəlcə Goranboy xəstəxanasına aparılıb. Daha sonra vəziyyəti ağırlaşdığından Bakıya gətirilib.

Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Koronavirus barədə ilk xəbər verən mərhum həkimin oğlu olduÇində koronavirusun yeni növü barədə ilk məlumat verən mərhum həkim Li Venliyanın həyat yoldaşı sağlam övlad dünyaya gətirib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “PenPay” nəşri məlumat yayıb.

Qəzetin yazdığına görə, ana və yeni doğulmuş körpə tamamilə sağlamdır.

Mərhum həkimin həyat yoldaşı Fu Syueçze “WeChat” sosial şəbəkə hesabında: “Həyat yoldaşım, bunu cənnətdə gördünmü? Ən son hədiyyən bu gün mənim üçün dünyaya gəldi”-deyə, yazıb.

Qeyd edək ki, Çində koronavirusun yeni növü barədə ilk məlumat verən həkim Li Venliyan cari ilin 7 fevral tarixində müalicə aldığı Uhan şəhərindəki Mərkəzi Xəstəxanada dünyasını dəyişib.

Təzə paltar geyindi, 20 rükət namaz qıldı və özünü asdıQax rayonunun Almalı kəndində intihar hadisəsi olub. Kənd sakini Nofəl Məzahir oğlu Yusifov bu gün özünü yaşadığı evin həyətyanı sahəsində gavalı ağacından asaraq intihar edib.

Mərhumun meyitini anası aşkar edib. Onun özünə qəsd etməsinin səbəbi hələlik məlum deyil.

Mərhumun qohumlarının sözlərinə görə, N.Yusifov intihardan əvvəl özünə aldığı təzə paltarları geyinib, 20 rükət namaz qılıb. Qeyd edək ki, N.Yusifov 3 il öncə, toyuna bir neçə gün qalmış sirkə turşusu içərək intihara cəhd etmişidi. Həmin vaxt anasının müdaxiləsi ilə intaharın qarşısı alınmışdı.

Mərhumun qohumlarının sözlərinə görə, N.Yusifov intihardan əvvəl özünə aldığı təzə paltarları geyinib, 20 rükət namaz qılıb. Faktla bağlı Qax Rayon Prokurorluğunda araşdırma aparılır.

Mərhum ailəli idi, bir övladı qalır. / Sputnik.az
Axtarışı üçün 1 milyon ayrılan İgid öldürüldüTürkiyə Daxili İşlər Nazirliyi tərəfindən axtarışda olan "Firaz Amed" ləqəbli təhlükəli terrorçu İzzət İgid öldürülüb.

Axar.az xəbər verir ki, terrorçu Elazığın Arıcak rayonunun Görəsədağı bölgəsində keçirilən antiterror əməliyyatında məhv edilib.

Qeyd edək ki, sözügedən terrorçu üç il əvvəl Diyarbəkirdə 16 mülki şəxsin öldüyü və Elazığda 3 polis zabitinin şəhid edildiyi terror aktlarına və digər cinayətlərə görə ittiham olunurdu. Onun axtarışı üçün 1 milyon türk lirəsi (təxminən 146 min ABŞ dolları) vəsait ayrılmışdı.