Mənsimov Fətullah Gülənlə görüşüb: İstintaq ŞOK faktlar üzə çıxarıb“Palmali” şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimovla bağlı başladılan FETÖ istintaqı sona çatıb. M.Mənsimova “silahlı terror qruplaşması üzvü olmaq” ittihamı ilə 7.5 ildən 15 ilə qədər həbs cəzası tələb edilib.

İstanbul Cümhuriyyət Baş Prokurorluğu və Mütəşəkkil Cinayətlər Bürosu tərəfindən hazırlanan 26 səhifəlik iddianamə İstanbul Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Üç hissədən ibarət iddianamədə M.Mənsimovun əməlləri və barəsində ortaya çıxan faktlar tək-tək ifadə olunub.

İddianamədə M.Mənsimovun FETÖ-nün rəhbərlərindən sayılan fərari Akın İpek və İhsan Kalkavanla yanaşı, Suat Yıldırım, Süleyman Uysalla sıx telefon əlaqəsi saxladığı, qruplaşmanın Rusiya imamı Ahmet Hamdi Vuralla isə iş yerində görüşdüyü qeyd olunub. M.Mənsimov sözügedən şəxslə keçirilən görüşlərdə ehtiyatı əldən verməyərək, siqnalkəsici “jammer”lərdən istifadə edib.

İddianaməyə əsasən, M.Mənsimovun 17-25 dekabr çevriliş cəhdindən əvvəl FETÖ ilə yaratdığı sıx əlaqə, bu prosesdən sonra da davam edib. Qruplaşmanın lider heyəti ilə 2016-cı ilə qədər sıx əlaqə və əməkdaşlığı davam etdirib.

M.Mənsimov hətta FETÖ lideri Fətullah Gülənlə üz-üzə görüşüb, şəxsi əşyalarını ondan alıb, qurduğu muzeydə nümayiş etdirəcək dərəcədə qruplaşmaya bağlılıq nümayiş etdirib. O, qruplaşmanın xaricdəki məktəb və dərnəklərinin mövcudluq və fəaliyyətini davam etdirə bilməsi üçün maddi yardım da göstərib.

M.Mənsimovun saxlanıldıqdan sonra FETÖ üzvlərinə xas şəkildə müdafiə olunmağı rədd etdiyi vurğulanan iddianamədə “şübhəli şəxsin əməllərinin davamlılığı, intensivliyi və müxtəlifliyi nəzərə alınaraq, şübhəli şəxsin təşkilat daxilində müxtəlif və intensiv şəkildə müəyyən edilmiş əməllərlə təşkilata bağlı olduğu və təşkilatın təlimatlarına uyğun olaraq həyata keçirdiyi fəaliyyətlərinin olduğu barədə sübutlar əldə edilib.

İddianamədə M.Mənsimovun evindən çıxan materiallara da diqqət yetirilib. İş ünvanında mavi qovluq içərisində Rusiyanın “İzvestiya” qazetinin “Fətullah Güləni tərifləyin” ifadəsi qeyd olunmuş bir hissəsi və çox sayda rəqəmsal material ələ keçirilib. Sözügedən materiallarla bağlı aparılan ekspertiza hələ də davam edir.

M.Mənsimovun fərari Akın İpeklə 2010-cu ildən 2015-ci ilə qədər 67 dəfə əlaqə saxlaması müəyyən edilib. M.Mənsimovun, həmçinin, F.Gülənin qardaşı oğlu Selman Gülənlə 2013-cü ilin avqust ayında Bodrumdan Rusiyaya şəxsi təyyarə ilə səfər etdikləri müəyyən edilib.

Təyyarəsini F.Gülənə təklif edib: “Ölkənin sizə ehtiyacı var”

M.Mənsimovla bağlı ifadə verən şahid A.A.-nın ifadəsinə əsasən, o, qruplaşma lideri F.Güləni 2009 və 2010-cu illərdə ziyarət edib. Burada M.Mənsimov F.Gülənə “Nə zaman qayıdırsınız?” sualını ünvanlayıb. F.Gülən isə buna “bəlli deyil” cavabını verib. FETÖ liderinin cavabından sonra isə M.Mənsimov bu fikri səsləndirib:

“Təyyarəm burada hazırdır, istəsəniz, sizi hər zaman apara bilərik, bu ölkənin sizə ehtiyacı var”.

Qeyd edək ki, prokurorluq şübhəli M.Mənsimovun “silahlı terror qruplaşmasına üzv olma” ittihamı ilə cəzalandırılmasını tələb edib. M.Mənsimovun işinə yaxın günlərdə İstanbul Ağır Cinayətlər Məhkəməsində baxılacaq.

İcra başçısı karantin qaydalarını pozdu - FotoPrezident İlham Əliyev bir neçə gün əvvəl modul tipli xəstəxanaların açılışında koronavirus pandemiyası dövründə tibbi maskadan istifadənin zərurətindən danışaraq qapalı məkanlarda bu qaydaya riayət edilməsinin mütləq olduğunu bildirdi. Eyni zamanda tibbi maskadan istifadə etməklə bu məsələdə istisna olmadığını nümayiş etdirdi. Bundan sonra vətəndaşlar arasında tibbi maskadan istifadə edənlərin sayı əhəmiyyətli dərəcədə artdı. Hər kəs başa düşdü ki, qayda yalnız onlar üçün deyil. Lakin buna baxmayaraq, bəzi məmurlar bu qaydaya riayət etmir.

Bu sırada Neftçala rayon İcra hakimiyyətinin başçısı Mirhəsən Seyidov və “Azərsu” ASC-nin sədr müavini Seymur Seyidovu göstərmək olar.

Yenisabah.az Neftçala Rayon İcra Hakimiyyətinin saytına istinadən xəbər verir ki, iyunun 11-də rayonunun su təchizatının yaxşılaşdırılması ilə bağlı hazırlanan yeni layihənin təqdimatı keçirilib. Mərasim icra hakimiyyətinin binasında baş tutub. Tədbirdən yayılan fotolardan görünür ki, Seymur Seyidov və Mirhəsən Seyidov qapalı məkanda olsalar da, digər iştirakçılardan fərqli olaraq tibbi maskadan istifadə etməyiblər.

İddia olunar ki, onlar söhbət etdikləri üçün tibbi maska taxmayıblar. Amma hər halda Seymur Seyidovla Mirhəsən Seyidov eyni vaxtda danışmayıblar. Biri danışanda digəri dinləyib. Bundan başqa, masanın üstündə tibbi maskanın olmadığı diqqət çəkir. Yəni, əgər adıçəkilən şəxslər söhbət zamanı tibbi maskanı çıxarıblarsa, yəqin ki, onun masanın üzərinə qoyardılar.

Başqa bir məqam isə tədbirdə iştirak edənlərin sayı ilə bağlıdır. Koronavirus pandemiyası dövründə bu tip tədbirlərdə 10 nəfərdən artıq insan iştirak etməməlidir. Amma bu tədbirə 14 nəfər qatılıb.



Baş Prokurorluqda yeni təyinatlarProkurorluq orqanlarının cəmiyyətdə formalaşan yeni çağırışlara uyğunlaşması və fəaliyyətində şəffaflığın təmin edilməsi, işin çevikliyinin və səmərəliliyinin artırılması, müasir dövrün tələblərinə cavab verən peşəkar formalaşdırılması məqsədilə Prezident İlham Əliyevin 10 iyun 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun yeni strukturu təsdiq edilib.

Baş Prokurorluqdan Avrasiya.net-ə verilən məlumata görə, Sərəncamla Baş Prokurorluqda idarə və şöbələrin sayı 15-dən 18-ə çatdırılıb, Baş prokurorun əlavə müavini vəzifəsi təsis edilib, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsi ilə Bakı şəhər Prokurorluğunun İstintaq idarəsi birləşdirilərək Baş Prokurorluğun İstintaq idarəsi yaradılıb.

Bundan başqa, Baş Prokurorluğun bəzi idarələri ləğv edilərək onların bazasında Təşkilat və icraya nəzarət, Xidməti araşdırmalar, Beynəlxalq hüquqi əməkdaşlıq, Hüquqi təminat və insan hüquqları, Kriminalistika və informasiya texnologiyaları, Sənədlərlə və müraciətlərlə işin təşkili idarələri təsis edilib, bundan başqa mərkəzi aparatın yeni Cinayət təqibindən kənar icraatlar və Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarələri yaradılıb.

Dövlət başçısının imzaladığı sərəncamla Heydər Məmmədov Baş prokurorun müavini, Baş prokurorun imzaladığı müvafiq əmrlərlə Nemət Əvəzova yeni yaradılmış Baş Prokurorluğun İstintaq idarəsinin rəisi vəzifəsinin icrası həvalə edilib, Natiq Abdullayev Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi, Elşən Abbasov Baş Prokurorluğun Təşkilat və icraya nəzarət idarəsinin rəisi, Natiq Hüseynov Baş Prokurorluğun Kadrlar idarəsinin rəisi, Kamal Qılıcov Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsinin rəisi, Murad Dadaşov Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin rəisi, Anar Məmmədov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini, Sərdar İmanov isə Xətai rayon prokuroru vəzifələrinə təyin ediliblər.

Həmçinin, uzun illər Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri işləmiş Eldar Sultanov tutduğu vəzifədən azad edilərək Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin rəisi vəzifəsinə təyin edilib, Günay Həsənliyə isə Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri vəzifəsinin icrası həvalə edilib.

DTX-nin tutduğu başçı məhkəməyə gətirildiNeftçala Rayon İcra Hakimiyyətinin sabiq başçısı İsmayıl Vəliyev və rayonun digər vəzifəli şəxsləri barələrində seçilmiş qətimkan tədbirlərinin müddətinin uzadılması ilə bağlı istintaq orqanının verdiyi təqdimat ilə əlaqədar Səbail Rayon Məhkəməsinə gətiriliblər.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, məhkəmə təqdimata baxaraq qərar qəbul edəcək.

Qeyd edək ki, İ.Vəliyev və digərləri Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçrdiyi əməliyyat nəticəsində saxlanılıblar.

Onlara qarşı rüşvət, mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və s. əməllərilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham verilib.

Həmçinin rayonun digər vəzifəli şəxsləri - icra hakimiyyəti başçısının birinci müavini Vurğun Əkbərov, Memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərov, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidov, rayon Təhsil şöbəsinin müdiri Əjdər Kərimov da bu cinayət işi üzrə təqsirləndirilirlər.
Zelenskinin həyat yoldaşı koronavirusa yoluxduUkrayna Prezidenti Vladimir Zelenskinin həyat yoldaşı Yelena Zelenskayaya koronavirus diaqnozu qoyulub.

Publika.az xəbər verir ki, bu barədə “RİA Novosti” informasiya yayıb.

Xəbərdə bildirilib ki, Ukraynanın Prezident Administrasiyası məlumatı təsdiqləyib. Hazırda Zelenskayanın müalicəsi ev şəraitində aparılır.

Həmçinin, qeyd olunub ki, Ukrayna Prezidenti və övladları koronavirus testindən keçirilib. Onlarda virus aşkarlanmayıb.
"Bu gün həyatlarını Heydər Əliyev ideyalarına qurban verə biləcək çox sayda davamçıları var”“Azərbaycan xalqını qarşıdan gələn 15-iyun Milli Qurtuluş Günü münasibəti ilə səmimi qəlbdən təbrik edirəm! Xalqın taleyində böyük önəm daşıyan elə tarixlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən əhəmiyyətli başlanğıcların əsası qoyulub. Belə günlərdən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür.

Bu gün xalqımız Heydər Əliyevin şəxsiyyəti ətrafında sıx birləşməklə öz gələcək taleyini həll etdi. “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır”, – deyən ümummilli lider problemlərin həlli üçün ölkədə vətəndaş həmrəyliyini, sabitliyi son dərəcə vacib sayırdı”.

Avrasiya.net xəbər verir ki, bunu parlamentin bu gün keçirilən növbədənkənar sessiyasının dördüncü iclasında çıxış edən Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov deyib. Komitə sədri bildirib ki, əgər müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci vacib məsələ onu qoruyub inkişaf etdirmək idi:

“Bu, ümummilli liderin iradəsi sayəsində reallığa çevrildi. Heydər Əliyev milli dövlətçiliyimizin konsepsiyasını yaratdı. Respublikanın qarşısında duran problemlər mərhələlərlə həll olundu, əmin-amanlıq, siyasi sabitlik yarandı. İctimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatda əsaslı dönüş başlandı, xalqımızın bütövlüyü, həmrəyliyi, milli birliyi təmin edildi. Azərbaycanda Heydər Əliyev siyasətinin alternativi yoxdur. Bu gün də bütün nailiyyətlərimizin əsasında ümummilli lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır.

Tam əminliklə deyə bilərik ki, Azərbaycanın gələcəyi işıqlı və firavan görünür. Prezidentimiz cənab İlham Əliyevin və Birinci vitse-prezidentimiz çox hörmətli Mehriban xanım Əliyevanın bu siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib, ötən dövr ərzində möhtəşəm iqtisadi uğurlara imza atılıb. Eyni zamanda, onu da qeyd etməliyik ki, dəyişən dünyada biz hər gün risklərlə, yeni çağırışlarla üzləşirik və ölkəmizin qarşısında bü gün də təhlükələr vardır. Azərbaycanın müstəqilliyini gözü götürməyən qüvvələr az deyil.

Onların heç bir mənfur planı həyata keçməyəcəkdir. Sadəcə onlar dərk etməlidirlər ki, Azərbaycan 27 il bundan əvvəlki dövlət deyil. Bu gün Heydər Əliyev ideyalarına sadiq, həyatlarını bu ideyaya qurban verə biləcək çox sayda davamçıları var”..
Milli Qurtuluş Günü – Heydər Əliyev ideyaları əbədiyaşardırMehdi BALABƏYOV
Yeni Azərbaycan Partiyasının Şabran rayon təşkilatının sədri


Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür. Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa, dayaq olan bir insan - Heydər Əliyevdir.

XX əsrin sonlarında yenidən müstəqillik qazanmaq kimi tarixi fürsəti əldə edən Azərbaycan qısa vaxtdan sonra onun itirilməsi təhlükəsi ilə üzləşdi. Ölkədə hakimiyyət böhranı 1993-cü ilin iyununda kulminasiya həddinə çatdı, xaos və anarxiya respublikanı bürüdü. Vətəndaş müharibəsi dərəcəsinə yüksəlmiş qarşıdurma nəinki dövlət müstəqilliyimizi, hətta milli varlığımızı belə birbaşa hədəfə aldı. Beləliklə, 1991-1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq, avantürist eksperimentlər dövrü kimi xatırlanır. Bütün bunlar isə həmin dövrdə yeni yaradılmış müstəqil dövlətə liderlik xüsusiyyətlərinə malik olmayan, siyasi hadisələrə qiymət vermək, gələcəyi görmək imkanlarından məhrum olan, adi vəziyyətdən belə çıxış yolu tapmağa qadir olmayan şəxslərin rəhbərlik etməsinə görə baş verirdi. Hadisələri düzgün qiymətləndirə bilməyən o vaxtkı iqtidar əhali arasında gündən-günə nüfuzunu itirir, baş vermiş proseslərdən düzgün nəticə çıxara bilmirdi.

Ümummilli lider Heydər Əliyev müstəqilliyimizin həmin mərhələsini belə xarakterizə edirdi: “Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı”.

Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən davamlı işğalı, getdikcə gərginləşən siyasi vəziyyət, əhalinin gündən-günə ağırlaşan sosial durumu ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyac olduğunu şərtləndirirdi. Cəmiyyətin bütün təbəqələri əmin idi ki, müstəqilliyini yenicə bərpa etmiş ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir. Əslində, bu, bütün xalqın ürəyinin səsi idi. Xalqımız Heydər Əliyevin ətrafında sıx birləşməklə öz gələcək taleyini özü həll etmək niyyətində idi. Beləliklə, 1993-cü il iyunun 9-da ulu öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya qayıtdı və Azərbaycan Xalq Cümhuriyyətinin taleyindən daha dəhşətli hadisələrin gözlənildiyi ölkəmizi bəlalardan, müsibətlərdən xilas etdi. Həmin gün, sözün həqiqi mənasında, ölkəmizin taleyində dönüş anı oldu, böyük qurtuluşa doğru mühüm addım atıldı. Xalqımızı nicata aparan yol bilavasitə həmin gündən başlandı.

İyunun 15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi. Ulu Öndər böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü.

“Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır”, – deyən Ümummilli Lider problemlərin həlli üçün ölkədə vətəndaş həmrəyliyini, sabitliyi son dərəcə vacib sayırdı: “Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz”. Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Həmin il “olum, ya ölüm” ayrıcında qalmış Azərbaycan Heydər Əliyevin yorulmaz fəaliyyəti nəticəsində gələcəyə inamla baxan qüdrətli bir dövlətə çevrildi. 1993-cü il oktyabrın 3-də Ümummilli Lider xalqımızın böyük əksəriyyəti tərəfindən ölkə Prezidenti seçildi.

Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, dünyada Azərbaycanın nüfuzu daha da artır. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmlənməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynadı. Beləliklə, bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk oldu və 1997-ci ildən etibarən parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd edilir.

Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında Ulu Öndər Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və sonrakı illərdə onu həyata keçirdi. Əgər müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci vacib məsələ onu qoruyub inkişaf etdirmək idi və bu, Ümummilli Liderin iradəsi sayəsində reallığa çevrildi. Heydər Əliyev milli dövlətçiliyimizin konsepsiyasını yaratdı. Bütün maneələrə baxmayaraq ən qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik bərpa olundu. AXC-Müsavat hakimiyyəti isə təbii ki, Heydər Əliyevin uğurlarını qısqanclıqla qarşılayıb ona mane olmağa çalışdı. Vəziyyətdən səbirlə çıxan Prezident Heydər Əliyev televiziya vasitəsilə xalqa müraciət etdi. İyunun 20-də Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə yerli və xarici jurnalistlər üçün brifinq keçirdi. İyunun 21-də isə bir sıra ölkələrin diplomatları ilə görüşdü. Bu sahədə yürüdülən siyasət respublikanı informasiya blokadasından çıxardı. Dünyada ölkəmizlə bağlı formalaşan fikir müsbət yönümdə dəyişdi. Məhz belə bir mürəkkəb siyasi şəraitdə Heydər Əliyevin böyük potensialı Azərbaycanın müstəqilliyinin qarantına çevrildi. Ümummilli Liderin şəxsiyyəti, onun özünəməxsus siyasi idarəetmə qabiliyyəti, xarizması, qətiyyəti, uzaqgörənliyi böhrana son qoydu, xalqımız Azərbaycan və azərbaycançılıq ideyaları ətrafında birləşdi. Ümummilli Liderin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı. Respublikanın qarşısında duran problemlər mərhələlərlə həll olundu, əmin-amanlıq, siyasi sabitlik yarandı. İctimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatda əsaslı dönüş başlandı, xalqımızın bütövlüyü, həmrəyliyi, milli birliyi təmin edildi.

Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz sosial-iqtisadi, siyasi və mənəvi tədbirlərin nəticəsi kimi, bir tərəfdən Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir olan nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılmağa başlandı, digər tərəfdən, bütün siyasi və diplomatik vasitələrin işə salınması ilə 1994-cü ilin may ayında həyati əhəmiyyət kəsb edən atəşkəs əldə edildi. Atəşkəsin həyati əhəmiyyəti onda idi ki, məhz bu müqavilədən sonra ölkəmizin dünya birliyinə inteqrasiyası sürətləndi, öz iqtisadi potensialından səmərəli istifadə edərək dünya bazarına daxil olmağa şərait yaradan beynəlxalq müqavilələr, razılaşmalar və s. əldə edildi. Ölkə daxilində yaranmış nisbi sabitlikdən, həmçinin beynəlxalq aləmdə Azərbaycana münasibətdə artan inam və maraqdan istifadə edərək 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi”nin imzalanması və onun gerçəkləşdirilməsi də məhz ulu öndər Heydər Əliyev tərəfindən işlənib hazırlanan və müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasının əsasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür. Heydər Əliyevin rəhbərliyi ilə respublikamız qədim İpək Yolunun bərpası, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz xətlərinin çəkilişi kimi qlobal layihələrin fəal iştirakçısına və təşəbbüskarına çevrildi. Həyatın bütün sahələrində tərəqqi və dirçəliş baş verdi. Heydər Əliyev dühasının xidmətləri olan bu nailiyyətlər Azərbaycanı məhv olmaqdan qurtardı, müstəqilliyimizi daimi, əbədi, sarsılmaz, dönməz etdi. Bütün bunlar 1993-cü il 15 iyun tarixinin nailiyyətləridir. Heydər Əliyevin xalqımız və tariximiz qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsində, ölkəmizi parçalanıb yox olmaq təhlükəsindən qurtarmasında idi. Dövlətimizin qorunub saxlanması isə azadlığımızın, müstəqilliyimizin qorunub saxlanması, qurtuluş deməkdir.

Ulu öndər Heydər Əliyev Azərbaycanı qüdrətli, nüfuzlu, demokratik dövlət kimi görmək istəyirdi, onun hər addım və hərəkətləri məhz buna yönəlmişdi. Məhz Ümummilli Liderin uzaqgörən siyasəti nəticəsində 1995-ci ilin noyabrında demokratik, hüquqi dövlətin təməlini təşkil edən Konstitusiya qəbul olundu. Beləliklə, ölkədə daha geniş miqyaslı islahatların aparılması üçün normativ-hüquqi bazanın formalaşdırılmasına başlandı. Odur ki, Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas günüdür. Qurtuluş günü Azərbaycanın xaosdan, anarxiyadan, hərc-mərclikdən, özbaşınalıqdan, parçalanma təhlükəsindən qurtulduğu, sabitliyə, əmin-amanlığa, demokratiyaya qovuşduğu gündür. Ümummilli Liderin qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi, inamımızı özümüzə qaytardı. 15 İyun tarixi təkcə dövlətçiliyimizin xilası deyildi. Bu tarix həm də Azərbaycanın bu gününü, sabahını müəyyənləşdirdi.

Heydər Əliyevin yenilməz iradəsi, uzaqgörənliyi, fədakarlığı onu bütün dünya azərbaycanlılarının lideri edib, ömür yolu doğma Vətənə xidmət nümunəsinə çevrilib. Bütün şüurlu həyatını canından artıq sevdiyi xalqına, ölkəsinə həsr etmiş bu müdrik siyasi və dövlət xadimi tariximizdə müstəqilliyimizin memarı və qurucusu kimi yer tutub. Heydər Əliyev fenomeninə məxsus iti zəka, müdriklik, uzaqgörənlik və əzmkarlıq ona əvəzsiz ümummilli lider mövqeyi qazandırıb. Çoxşaxəli və zəngin fəaliyyəti, misilsiz insani keyfiyyətləri sayəsində o, zəmanəmizin əbədiyaşar dahisinə çevrilib. Azərbaycan xalqı haqlı olaraq Heydər Əliyev irsini müstəqilliyinin təminatçısı kimi qəbul edir. Qədirbilən xalqımız böyük xilaskarının xidmətlərini unutmur və 15 İyun - Milli Qurtuluş Gününü hər il yüksək əhval-ruhiyyə ilə qeyd edir.

Ötən illər ərzində Azərbaycan böyük inkişaf yolu keçib. Ölkəmizin inkişaf strategiyası məhz ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilib. Azərbaycanda Heydər Əliyev siyasətinin alternativi yoxdur.

Qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Bu günün fövqündən baxanda Azərbaycanın gələcəyi işıqlı və firavan görünür. Çünki müstəqil Azərbaycanın idarəçilik sükanı ulu öndər Heydər Əliyevin siyasi varisi Prezident İlham Əliyevin əlindədir. Prezident İlham Əliyevin bu siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib, ötən dövr ərzində möhtəşəm iqtisadi uğurlara imza atılıb. Bunu təkcə Azərbaycan vətəndaşları deyil, bütün dünya təsdiq edir. Azərbaycana gələn hər bir şəxs ölkəmizdə gedən inkişafa heyran qalır. Bu gün xalqımız əmindir ki, müstəqil Azərbaycan Heydər Əliyev ideyaları işığında Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edəcək.
15 iyun Dövlətimizin, müstəqilliyimizin qorunub saxlanılması günüdür - Azay QuliyevMilli Məclisin bu gün keçirilən iclasında ölkəmizin ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Azay Quliyev öz çıxışında Qurtuluş günü ilə bağlı fikirlərini bölüşüb.

Avrasiya.net-in məlumatına görə, deputat bildirib ki, 3 gündən sonra müasir dövlətçilik tariximizdə çox mühüm yeri və rolu olan Milli Qurtuluş Gününü qeyd edəcəyik:

- Vətənini, xalqını sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun sadəcə bir bayram təqvimi deyil, əsl qurtuluş tarixi, Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının ölüm-dirim mübarizəsinin başladığı gündür.

Bu mübarizə haqqında saatlarla danışmaq olar, lakin buna vaxt olmadığına görə bəzən səslənən Qurtuluş günü xalqımıza nə verdi sualına qısa cavab vermək istərdim:

1) AXC-Musavat cütlüyünün ölkədə yaratdığı siyasi böhranın, anarxiyanın və idaraəetmədəki özbaşınalığın qarşısı alındı. AXC iqtidarının dövləti idarəetmədə səriştəsizliyi, ciddi siyasi səhvləri, tale yüklü məsələlərdə düzgün qərarlar qəbul edə bilməməsi, xalqın etimadını tamamilə itirməsi hakimiyyəti iflic vəziyyətinə salmışdı. Əgər Heydər Əliyev olmasaydı hökumət böhranından dövlət böhranına keçən bu xaos ölkənin varlığına son qoyacaqdı.

2) Ölkədə 4 iyun qiyamından sonra ölkədə başlamış vətəndaş müharibəsinin və qardaş qırğının qarşısı alındı və bu prosesin böyüməsinə imkan verilmədi. Əgər ulu öndər olmasaydı vətəndaş müharibəsinin nə vaxt bitəcəyi, nə qədər günahsız soydaşımızın ölümünə səbəb olacağı bəlli deyildi. Həm də Azərbaycanın bu vətəndaş müharibəsi nəticəsində Əfqanıstanın və ya Suriyanın taleyini yaşamayacağına heç kim zəmanət verə bilməzdi.

3) Qanunsuz Silahlı dəstələrin və silahlı müxalifətin varlığına son qoyuldu.

Ölkə elə bir hərc-mərclik vardı ki, hər kəs öz ətrafında qanunsuz silahlı hərbi birləşmələr yaratmış, əlinə silah alan hakimiyyətə gəlmək iddiasına düşmüşdü. Demək olar ki, bir çox siyasi partiyaların öz silahlı dəstələri var idi. Orduda isə vahid komandanlıqdan söhbət gedə bilməzdi. Əgər xalqın və o vaxtkı iqtidarın dəvətilə Heydər Əliyev Naxçıvandan Bakıya gəlməsəydi hakimiyyət uğrunda gedən silahlı mübarizə bir dövlət kimi Azərbaycanı tamamilə sıradan çıxaracaqdı. Məhz Heydər Əliyevin cəsarəti, dəmir iradəsi və dərin zəkası sayəsində bu başıpozuq hərbi birləşmələr zərəsizləşdirildi və Orduda vahid komandlıq yaradıldı. Ən vacibi isə silahlı yolla hakimiyyəti ələ keçirmək və zəbt etmək ənənəsinə son qoyuldu.

4) Ölkə seperatist qüvvələr tətəfindən bir neçə yerə parçalanmaq təhlükəsindən xilas xilas edildi. Daxildəki pozucu qüvvələrin və xaricdəki təhrikçilərin fəal əməkdaşlığı sayəsində Azərbaycanın parçalanması planı işə düşmüş, «Talış—Muğan Respublikası» elan edən Əlikram Hümbətov və onun ətrafında birləşən separatçı quldur dəstələri cənub bölgəsini, sadvalçılar isə şimal bölgəsini ələ keçirmişdilər. Əgər Heydər Əliyev xalqın imdadına yetməsəydi Azərbaycanı bir neçə yerə parçalanmaqdan heç kim xilas edə bilməyəcəkdi.

5) Azərbaycanın müstəqilliyinin itirilməsi və bir dövlət kimi yox olma təhlükəsinin qarşısı alındı və müstəqil dövlət quruculuğu prosesinə başlanıldı

Bütün bunlar onu göstərirdi ki, 15 iyun olmasaydı, Heydər Əliyev dövlətçiliyimizə və xalqımıza sahib çıxmasaydı müstəqilliyini yenicə əldə etmiş Azərbaycanın bir dövlət kimi dağılmaq, dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi qaçılmaz olacaqdı.

Siyasi hakimiyyətə qayıtdığı ilk gündən Heydər Əliyev elə bir dövlət qurmağa başladı ki, bu dövlət həm özünü, həm də vətəndaşlarını qorumağa tam qadir olduğunu dönə-dönə sübut etmişdir. Dövlətimizin qorunub saxlanması isə azadlığımızın, müstəqilliyimizin qorunub saxlanması deməkdir, qurtuluş deməkdir. Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra qısa müddət ərzində ölkədə sabitliyi bərpa etdi, separatçı qüvvələri zərərsizləşdirdi, 1994, 1995-ci illərdə dövlət çevrilişi cəhdlərinin qarşısını qətiyyətlə aldı. Və ölkə tam olaraq stabillik və quruculuq mərhələsinə qədəm qoydu.

Məhz bu mərhələdən sonra xalqımız sakit həyat tərzi sürməyə başladı. Əlbəttə ki, bunun kökündə Ümummilli liderimiz tərəfindən müəyyənləşdirilmiş milli birlik və həmrəylik konsepsiyası dayanırdı. Ulu öndər Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası nəinki azərbaycanlıları, ölkəmizdə yaşayan bütün xalqları, dünyada yaşayan soydaşlarımızı vahid ideya ətrafında birləşdirdi.

Bax, budur 15 iyun qurtuluş günün mahiyyəti, müasir dövlətçilik tariximizdə oynadığı rol, yaratdığı zəngin siyasi məktəbin və Azərbaycançılıq fəlsəfəsinin dünyaya göz açdığı və qızıl hərflərlə yazılan tarixi təqvim.

“Nərmin cinayəti”lə bağlı yeni məlumatlar varAzərbaycanda böyük rezonans dorğuran “Nərmin cinayəti”lə bağlı yeni məlumatlar var.

Bu barədə Modern.az-a 2019-cu ilin noyabrında Tovuzun Dondar Quşçu kəndində itkin düşən, 2020-ci ilin ilin yanvarında yandırılmış meyiti tapılan 10 yaşlı Nərmin Quliyevanın valideynləri məlumat veriblər.

N.Quliyevanın anası Aliyə Quliyeva saytımıza bildirib ki, övladının qatili İlkin Süleymanovdur:

“Mənim balamı öldürən İlkindir. Yayılan səs yazıları, “Youtube”a yerləşdirilən videoların hamısı onun qohum-əqrəbasının işləridir. Onlar bununla özlərini müdafiə etdiklərini düşünürlər. Amma vaxtında, bu işi biləndə uşağımı gətirib verərdilər. İndi hər şey üçün gecdir”.

Nərmin Quliyevanın atası Şərif Quliyev deyib ki, dövlətin, qanunun verəcəyi qərarlara gözləyirlər:

“Bizim başqa söykənəcəyimiz bir şey yoxdur. Hüquq-mühafizə orqanlarının apardığı araşdırmalara inanırıq. O yayılan səs yazısı da araşdırıldı. Məlum oldu ki, bunu İlkinin qohumları onu təmizə çıxarmaq üçün edirlər. Hətta şayiə yayırlar ki, guya bizə dövlət pul verir, yardım verir. Ağıllarına gələni danışırlar. Çünki bilirlər ki, İlkin günahkardır.

Nərmin rəhmətə gedəndə iş adamları bizə dəstək oldular, bunu danmaq olmaz, çox sağ olsunlar. Amma demək ki, bizə dövlət tərəfindən yardım edilir və s. ağ yalandır. İlkinin ailəsinin çalışdığı odur ki, biz onlardan şikayətçi olmayaq və o azadlığa çıxsın. Amma onu biz şikayət etməmişik, hüquq-mühafizə orqanları araşdırıb tapıb təqsirkarı.

O səs yazılarını da özləri yaymışdı. 1 həftə əvvəl “Youtube”da İlkinin atası, qardaşı və əmisi oğlunun yaydığı videoda deyir ki, “Nərminin qəbri açılıb”. Əgər düzgün adamlardırlarsa, qoy desinlər bunu kim deyib. Axı belə bir şey yoxdur. Mənim övladımın qəbri açılsa, birinci mənim icazəm olmalıdır, ekspertiza, hüquq-mühafizə orqanlarının qərarı olmalıdır. Bütün ekspertizalar aparılıbsa, qəbir niyə yenidən açılsın?! Niyə mənim balamın ruhunu incidirlər! O videodan sonra uşağın qəbrinin videosunu da göndərdim Baş Prokurorluğa. İlkinin ailəsinin istədiyi yalnız və yalnız izi itirməkdir. Amma ata kimi mənim ürəyim yanır. Hər gün balamın yandırıldığı yerdən keçirəm. Bunu sözlə ifadə etməkdə acizəm. Allah heç kimə bala dərdi çəkdirməsin. Mənə çəkdirənlərin cəzasını qanunlarımızın verəcəyindən əminəm”.

Ş.Quliyev deyib ki, yaxın günlərdə Bakıya gələcək:

“Bir neçə gün əvvəl İlkinin qapalı məhkəməsi keçirilib, heç bir məluamtımız yoxdur. Bakıya gəlməkdə məqsədim bununla bağlı Baş Prokuroluğa gedib, məlumat almaqdır”.

Xatırladaq ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva ötən il noyabrın 21-də itkin düşüb, onun meyiti yanvarın 6-da yandırılmış halda tapılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib. O, müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli tam etiraf edib.

Daha sonra İ.Süleymanov etirafa məcbur edildiyini iddia edib. Onun vəkilləri bununla bağlı Baş Prokurorluğa şikayət edib və buna görə məsuliyyət daşıyan vəzifəli şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasını istəyib. Lakin Baş prokurorun sabiq I müavini Rüstəm Usubov şikayətin əsassız olması, buna görə də cinayət işi başlanmasının rədd olunması ilə bağlı qərar verib. Müdafiçilər həmin qərarın ləğvi üçün bir neçə gün əvvəl məhkəməyə müraciət ediblər. Həmin şikayatə iyunun 3-də Səbail rayon Məhkəməsində baxılıb. Qapalı keçirilən məhkəmə iclasına İlkin Süleymanovun özü də gətirilib.