Mirsamir Məmmədov: "Dövlətimizin  qəbul etdiyi qərarlara  əməl etmək  hər birimizin virusdan qorunması deməkdir"Dövlətimiz Covid-19 pandemiyasının qarşısının alınması üçün gecə gündüz fasiləsiz qabaqlayıcı və izolyasiya tədbirləri həyata keçirir və bu tədbirlər də hər birimizin Koronavirusdan qorunması üçündür. Bu səbəbdən Dövlətimizin bütün tələb və tövsiyyələrinə əməl etmək‚ həftə sonu "Evdə qal" kampaniyasına qoşulmaq xalqımızın təhlükəsizliyi naminə atılan addımlardır.

Bunu mətbuata açıqlamasında siyasi ekspert‚ politoloq Mirsamir Məmmədov deyib. M. Məmmədov qeyd edib ki‚
Bütün dünyanı öz cənginə almış Koronavirus pandemiyasının tüğyan etdiyi bir vaxtda Dövlətimizin həyata keçirtdiyi qabaqlayıcı və izolyasiya tədbirlərinin icrasına mane olmaq və bütün dünyanı qorxuya salan bu virus bəlasından xilas olmaq üçün Dövlətimizin qəbul etdiyi qərarların icrasını həyata keçirən əsayiş keşikçilərinə ciddi müqavimət göstərmək çox ciddi təxribat halıdır. Məsələdən belə də qənaətə gəlmək olar ki‚ kimlərsə‚ hansısa gözə görünməz çirkin niyyətli xain qüvvələr ölkəmizdə əsayişin və sabitliyin pozulmasına və virus təhlükəsinin yayılmasına çalışır. Hansısa görünməz xarici qüvvələr ölkəmizdə təxribat yaratmağa və virusun daha da artmasına çalışırlar ki‚ bu da ölkəmiz üçün ağır nəticələrin yaşana biləcəyi təhlükəsini meydana gətirə bilər. İlk növbədə onu qeyd edək ki‚ bu təhlükəli virus sürətlə yayılarsa‚ insanlar arasında sürətli və kütləvi ölümlər yaşana bilər. Əgər virus qarşısı alınmaz həddə çatarsa‚ bu təhlükəli pamdemiyadan ölümlərin sayı sürətlə artar və bu da dəhşətli fəlakət deməkdir.

Virusun yarada biləcəyi kütləvi ölüm halları bütün ölkəmizi bürüyə bilər və qarşısı alınmaz hal yaşanar. Dövlətimiz və ölkə rəhbərliyi xalqımızı və bütün ölkəni bu dəhşətli bəladan qorumağa çalışır. Ali rəhbərlik bu günə qədər buna çalışıb və çox güclü qabaqlayıcı tədbirlər həyata keçirilir. Dövlətimizin başçısı bütün əzmini xalqımızı bu ölüm saçan dəhşətli virus bəlasından qorumağa və xilas etməyə sərf edir. Möhtərəm cənab Preziedentin rəhbərliyi və birbaşa nəzarəti altında Dövlətimiz bütün qabaqlıyıcı və qoruyucu tədbirləri həyata keçirir. Bunun üçün səhiyyə mütəxəssisləri tərəfindən‚ virusdan qorunmaq və xilas olmaq istiqamətində beynəlxalq təcrübəyə əsaslanan qaydalar müəyyən edilmiş və hal hazırda tətbiq edilməkdədir. Tətbiq edilən qaydalar ölkəmizin mövcud virus təhlükəsindən xilas olması üçündür. Dünyanın bütün ölkələrində bu qaydalar tətbiq edilir. Eləcə də bizim ölkəmizdə məlum izolyasiya və xilas etmə tədbirləri həyata keçirilir.

Bütün bu tətbiq edilənlər hər birimizin həyatının sığortası və həyatda qalmağımız üçündür. Dövlətimizin tətbiq etdiyi bütün qaydalara‚ bütün çağırışlara və bütün tələblərə əməl etmək bütün xalqımızın mövcud Koronavirus pandemiyasından qorunması deməkdir. Ölkə başçısı özü də bu qaydalara şəxsən riayət edir və hər kəs də bundan nəticə çıxararaq‚ öz məsuliyyətini bilməli‚ tələb edilən bütün qaydalara əməl etməlidir. Bu‚ virusdan xalqımızın və ölkəmizin qorunması və xilas olması üçün məcburidir. Çünki söhbət ölkənin və 10 milyonluq xalqın təhlükəsizliyindən və müqəddəratından gedir. Məsələ artıq ümummilli məsələdir. Kiminsə qaydanı pozmaq haqqı yoxdur. Ölkəmizin və xalqımızın təhlükəsizliyi üçün hər kəs və hamı məsuliyyətini dərk edərək Dövlətimizin bütün çağırış və tələblərinə‚ qanunların icrasına əməl etməlidir.
Mirsamir Məmmədov qeyd edib ki‚ hər kəs məsələnin ciddiliyini və ağırlığını başa düşüb‚ Dövlətimizin bütün çağırışlarına əməl etməlidir. Bu‚ hər kəsə şamildir. Əgər virusdan qorunmaq üçün beynəlxalq təcrübəyə əsasən evdə qalmaq tələb olunursa‚ bu tələb hər birimizin‚ bütün Azərbaycan xalqının virusdan xilas olması və qorunması üçündür. Buna qeyd-şərtsiz əməl etmək hər kəsin üzərindəki ən vacib məsələdir. Bu‚ hər kəsin borcudur.

Üstəlik virusdan qorunmağımız üçün qanunun tələblərinin icrasına nəzarət edən əsayiş keşikçilərinə hərbə-zorba gəlmək‚ qanuna qarşı güc və zor tətbiq etmək‚ özbaşınalıq edərək virusun yayılmasına və bütün ölkə və xalq üçün təhlükə yaradacaq hərəkətlər etmək‚ qanunun bütün tələblərini pozmaq isə bağışlanmaz cinayət halıdır. Bu kimi cinayət hallarının qarşısı dərhal alınmalıdır. Hətta vətəndaşlarımız özləri məsuliyyət hiss edərək qanunu pozan bu kimi insanları ictimai qınaq obyektinə çevirməli‚ bu hallar xalqımız tərəfindən ən sərt və ağır şəkildə qınanmalı‚ xalqımızın təhlükəsizliyinin qorunması üçün Dövlətimizin çağırış və tələblərini pozan bu kimi insanları xalqımız özü sərt tənqid edərək mənəvi cəza verməlidir ki‚ kimsə bir daha qanunu pozmasın və kimsə qanunun tələblərinə qarşı çıxmasın.

Dövlətimizinin bütün çağırış və tələbləri qanunlara əməl edilməsindən ibarətdir. Qanun hamı üçündür və bu‚ bizim təhlükədən qorunmağımız üçündür‚ deyə M. Məmmədov bildirib.
Samur-Abşeron kanalında boğulan 2 nəfərin meyiti TAPILDIBu gün Samur-Abşeron kanalında boğulan 2 nəfərin meyiti tapılıb.

Avrasiya.net xəbər verir ki, dərhal nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Qusar rayonu, Samur qəsəbə sakinləri - 1993-cü il təvəllüdlü Əlirzayev Əlirza Tofiq oğlu və 1988-ci il təvəllüdlü Qasımov Vadim Ənibala oğlunun meyitləri sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Azərbaycanda iki nəfər kanalda batdıAzərbaycanda iki nəfər kanalda batıb.

Fövqəladə Hallar Nazirliyindən Avrasiya.net-ə verilən məlumata görə, "112" qaynar telefon xəttinə, Samur-Abşeron su kanalının Qusar rayonu, Samur qəsəbəsi ərazisindən keçən hissəsində 2 nəfərin (şəxsiyyətləri dəqiqləşdirilir) batması barədə məlumat daxil olub.

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.
Azərbaycanda 10-a yaxın tibb işçisi koronavirusdan ölüb “İndiyə kimi yeni növ koronavirusa yoluxan 10-a yaxın tibb işçisi vəfat edib”.

Avrasiya.net xəbər verir ki, bunu APA-ya açıqlamasında TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev bildirib.

V.Əliyev deyib ki, xəstələnən insanlarla ən çox ünsiyyətdə olanlar tibb işçiləridir: “Xəstələnən insanlarla ən çox ünsiyyətdə olanlar həkimlər, tibb bacıları və xadimələrdir. Bu insanlar yüksək risk qrupundadır və onlar arasında yoluxma çoxdur. Daha çox yoluxma orta və kiçik tibb işçiləri arasında qeydə alınıb. Ancaq bunun sayını söyləmək çətindir. Çünki tibb işçiləri özlərini evdə də müalicə edə bilərlər. Yoluxan və yaşı çox olan tibb işçilərində bu xəstəlik daha ağır keçir, ölüm riski daha yüksəkdir. İndiyə qədər koronavirusdan 10-a yaxın tibb işçisi dünyasını dəyişib”.
Rəhim Qazıyevin döyülməsilə bağlı cinayət işi başlanıldıBu gün naməlum şəxs sabiq Müdafiə naziri Rəhim Qazıyevə xəsarət yetirib.

Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev Modern.az-a bildirib ki, R.Qazıyevin xəsarət alması ilə nəticələnən faktla bağlı Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə Yasamal Rayon Polis İdarəsinin (RPİ) İstintaq şöbəsində cinayət işi başlanıb:

“Bu barədə faktın törədilməsində ehtimal olunan şübhəli şəxs var. Hazırda araşdrımalar davam etdirilir”.
İcazəsi olan şəxslər öz maşınında ailə üzvlərini daşıya bilməz - Kamran Əliyev"Sərt karantin günlərində fəaliyyətinə icazə verilən qurumların əməkdaşlarına öz avtomobillərində ailə üzvlərini daşımağa icazə verilmir".

Avrasiya.net-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Baş Dövlət Yol Polisi İdarəsinin (BYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib.

O qeyd edib ki, yalnız ailə üzvləri eyni yerdə çalışdıqları halda buna icazə verilir.
"Azərbaycanın bugünkü uğurları ulu öndərin siyasətinin məntiqi nəticəsidir"Bunu Avrasiya.net-ə açıqlamasında Milli Məclisin deputatı Anar Məmmədov bildirib.

Deputat qeyd edib ki, Azərbaycan xalqı öz azadlığı, müstəqilliyi uğrunda illərlə mübarizə apararaq, bu yolda minlərlə şəhid verib. Ulu öndər Heydər Əliyevin «Müstəqiliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir» tezisi hər bir dövr üçün öz aktuallığını qoruyur, birliyə, həmrəyliyə bir çağırış kimi önə çəkilir. Bu baxımdan Azərbaycanın müasir tarixinin iki önəmli hadisələrindən biri Azərbaycanın dövlət müstəqilliyinin yenidən bərpa edilməsi və Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı xüsusilə vurğulanmalıdır.

Dahi şəxsiyyət Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı yeni, müasir Azərbaycanın yaranmasını şərtləndirdi. O, uğurlu, düşünülmüş və məqsədyönlü siyasəti ilə Azərbaycanı yenidən qurdu. Azərbaycanın dünyaya günəş kimi doğacağını bir hədəf kimi qarşıya qoyan ulu öndər Heydər Əliyev çox qısa zamanda bu məqsədə nail oldu. Ölkədə sabitliyin, əmin-amanlığın yaradılması malik olduğumuz enerji resurslarından səmərəli istifadəyə yol açdı. Dövlət başçısı İlham Əliyev hər zaman çıxışlarında 1993-cü ildəki Azərbaycanla bugünkü Azərbaycanı müqayisə edərək bu reallığı bəyan edir ki, müstəqil müasir Azərbaycan ulu öndər Heydər Əliyevin şah əsəridir:

“O vaxt Azərbaycanda xaos hökm sürürdü. Bu gün Azərbaycanda sabitlikdir. O vaxt Azərbaycanda hərc-mərclik var idi. Bu gün Azərbaycanda sülhdür, əmin-amanlıqdır. O vaxt Azərbaycanın iqtisadiyyatı tənəzzülə uğrayırdı. Bu gün Azərbaycan dünyada ən dinamik inkişaf edən ölkələrdən biridir. O vaxt Azərbaycan vətəndaş müharibəsi ilə üz-üzə qalmışdı. Bu gün Azərbaycanda milli birlik, milli həmrəylik mövcuddur. O vaxt Azərbaycanda total böhran hökm sürürdü. Bu gün dünyanın aparıcı dairələri etiraf edir ki, Azərbaycan ən qüdrətli ölkəyə çevrilməkdədir. Bütün bunları edən, bütün bunları yaradan xalqın dəstəyinə arxalanan xalqımızın əbədi lideri Heydər Əliyev olmuşdur. Onun zəhmətidir, onun əməyidir və xalqla birlikdə bu gün biz Azərbaycanı daha da inamla, daha da sürətlə inkişaf etdiririk.” Həqiqətən də Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış 1993-2003-cü illər ölkəmizin dirçəlişi, tərəqqisi dövrü kimi xarakterizə olunur.

Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıtması ilə bütün sahələrdə olduğu kimi, ölkəmizin iqtisadi həyatında da taleyüklü dəyişikliklərin əsası qoyuldu, Azərbaycan dövlətini və ölkə iqtisadiyyatını labüd fəlakətdən, hərc-mərclikdən xilas edən Heydər Əliyev ölkənin iqtisadi yüksəlişi üçün təcili tədbirlər görməyə başladı.

Milli Məslisin deputatı bildirib ki, Azərbaycana azərbaycançılığı qaytarması, azərbaycançılığın ideologiya səviyyəsində formalaşdırılması Heydər Əliyevin ən böyük xidmətlərindəndir:

“Ulu öndərin rəhbərliyi ilə hazırlanıb qəbul edilmiş Konstitusiyamız dünyəviliyimizi, müasirliyimizi, tolerantlığımızı açıq nümayiş etdirir. “Mən ömrümün qalan hissəsini də xalqıma bağışlayıram!” deyən xalqın xilaskarı bir-birinin ardınca çəkinmədən, qorxmadan mətin addımlar atır, Azərbaycanın hərtərəfli dirçəlişinə zəmin yaradırdı. Ulu öndər Heydər Əliyevin ölkəmizə, xalqımıza miras qoyduğu varlıqların ən önəmlilərindən biri də Yeni Azərbaycan Partiyasıdır. 1992-ci il oktyabrın 24-də ziyalıların müraciətinə cavab məktubunda ümummilli lider Heydər Əliyevin yaranmış vəziyyəti dərindən təhlil etməsi və çıxış yolunu göstərməsi noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyasının yaradılmasını şərtləndirmişdi. Yeni təsis edilmiş partiyanın sədrinin ulu öndər Heydər Əliyevin seçilməsi Azərbaycanın düşdüyü dərin bataqlıqdan çıxarılması istiqamətində atılan ilk tarixi addımlardan biri olmuşdu.”

Anar Məmmədov vurğulayıb ki, ümummilli liderin müəyyənləşdirdiyi inkişaf kursu bu gün onun layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir, bu siyasi kursun daha da zənginləşdirilməsi nəticəsində Azərbaycan bütün sahələrdə yüksək sürətlə inkişaf edir, dünya dövlətləri arasında öz yerini daha da möhkəmləndirir. Cənab Prezidentin rəhbərliyi altında ölkəmizin dinamik inkişafı, sürətli tərəqqisi, həyata keçirilən əzəmətli layihələr, Azərbaycanın hərtərəfli yeniləşməsi, modernləşməsi, doğma Vətənimizi dünyaya yeni formada təqdim etməyə imkan yaradan müsbət dəyişikliklər ulu öndərin qoyduğu yolun davamının sübutudur:

“Siyasi və makroiqtisadi baxımdan sabit, davamlı və dayanıqlı iqtisadi inkişafa malik ölkə, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş, qlobal enerji və nəqliyyat layihələrinin fəal iştirakçısı, beynəlxalq tədbirlər məkanı kimi tanınan Azərbaycanın bugünkü uğurları məhz Heydər Əliyev siyasətinin layiqincə davam etdirilməsinin məntiqi nəticəsidir. Bu yüksəliş isə Heydər Əliyevin müəyyən etdiyi inkişaf konsepsiyasının alternativsizliyini tam dolğunluğu ilə təsdiq edir”.
İrandan sərt mesaj: Önümüzdə diz çökəcəklər!ABŞ yaxın vaxtda İran xalqının önündə diz çökəcək.

Axar.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi sosial şəbəkə hesabında deyib.

“İstər öz xalqı, istərsə də dünya xalqları arasında siyasətini təzyiq üzərində quran bir hökumət iqtisadi terrorizmdən və adi insanlara edilən təzyiqlərdən məmnunluq duyar. Ancaq bu təzyiqlər İran xalqına zərər verməyib. Əksinə öz ayaqlarına dolanıb. Yaxında İran xaqlının önündə diz çökəcəklər”, - XİN sözçüsü bildirib.

Qeyde dək ki, ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Brayan Huk bir neçə gün əvvəl İrana tətbiq olunan embarqolarından məmnun olduğunu bildirib.