BƏƏ neft kəmərlərini partlatmaq istəyib - İddiaBirləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Yəməndəki neft boru kəmərlərinə təxribat edənlərə dəstək verib.

Axar.az xəbər verir ki, bunu Yəmən hökumətinin rəsmisi Abdullah əl-Ayaşi bildirib.

"Şəbvədəki neft kəmərlərini partlatmaq üçün BƏƏ bəzi qruplara dəstək verir. BƏƏ-nin dəstəklədiyi Cənub Keçid Şurasının üzvləri dindirilmə zamanı neft kəmərlərinə qarşı təxribata əl atdıqlarını etiraf edib", - Ayaşi söyləyib.

Qeyd edək ki, ötən il hökumət qüvvələri Şəbvəni ələ keçirdikdən sonra ərazidəki neft kəmərlərinə qarşı bir çox hücum reallaşdırılıb.
Avropa Parlamentindən Paşinyanla bağlı BƏYANAT10 iyun 2020-ci il tarixində Avropa İttifaqı – Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Marina Kalyurand, Avropa Parlamentinin Azərbaycan üzrə məruzəçisi Jelyana Zovko və Ermənistan üzrə məruzəçisi Trayan Basesku birgə bəyanatla çıxış ediblər.

Avrasiya.net xəbər verir ki, bəyanat Ermənistan baş naziri Nikol Paşinyanın bir nüddət öncə çıxışlarından birində səsləndirdiyi Ermənistanla Dağlıq Qarabaı birləşdirən yeni avtomobil yolunun çəkilməsi haqqında layihəyə Avropa Parlamentinin münasibətini özündə ehtiva edir.

Bəyanatda deyilir:

"Avropa Parlamentinin Cənubi Qafqaz ölkələri üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri xanım Marina Kalyurand, Avropa Parlamentinin Ermənistan üzrə Daimi Məruzəçisi cənab Trayan Basesku və Avropa Parlamentinin Azərbaycan üzrə Daimi Məruzəçisi xanım Jelyana Zovko tərəfindən

Ermənistanla Dağlıq Qarabağ arasında yeni yolun tikintisi ilə bağlı

B İ R G Ə B Ə Y A N A T

Brüssel, 10 iyun 2020

Keçən il elan edilmişdi ki, tezliklə Ermənistanla Dağlıq Qarabağı birləşdirən üçüncü magistral yolun çəkilişinə başlanılacaq. Yeni yol infrastrukturu Ermənistanın Qafan rayonunu Azərbaycanın işğal olunmuş Cəbrayıl və Qubadlı bölgələrindən keçməklə Dağlıq Qarabağın Hadrut rayonuna birləşdirəcəkdir. Prinsip etibarı ilə biz Şərq Tərəfdaşlığı ölkələri ərazisində regional əməkdaşlığı dəstəkləyən, qarşılıqlı əlaqələri və insanlararası təmasları artıran layihələri dəstəkləyirik.

Bununla belə, həmin yolun tikintisi ilə bağlı qərar Azərbaycanın müvafiq səlahiyyətli dövlət qurumları ilə hər hansı bir razılaşdırma olmadan, beynəlxalq hüququ pozmaqla qəbul edilmişdir. Həmçinin, bu layihə Dağlıq Qarabağın və onun ətrafındakı rayonların qeyri-qanuni işğalını rəmzi olaraq möhkəmləndirə bilər.

Buna görə də biz qarşılıqlı inama, sülhə və barışığa imkan yaradacaq şəraitin formalaşmasına dəstək verməyəcək bu təşəbbüsü çox dərin təəssüf hissi ilə qarşılayırıq.

Biz bununla ATƏT-in Minsk Qrupunun həmsədrlərinin cəhdlərinə və onların 2009-cu il Baza Prinsiplərinə olan tərəddüdsüz dəstəyimizi ifadə edirik. Bu vasitəçilik prosesinin uğur qazanması üçün biz Ermənistan və Azərbaycan hökumətlərini münaqişənin sülh yolu ilə, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll edilməsi üçün yaxşı niyyətli danışıqlarla bağlı öz öhdəliklərini və səylərini artırmağa çağırırıq".
Təndir istisi kimi...O, hər dəfə bizə zəng edəndə kiçik qızım “Ata, Ulduz xanım zəng edib”, – deyə telefonun dəstəyini mənə verərdi. Mən də bilərdim ki, zəng edən Fərqanə xanımdı. Övladlarım Fərqanə xanımın şeirlərini “Ulduz” jurnalından oxumuş və onun adını öz aləmlərində “Ulduz” qoymuşdular. Təbii ki, mən də etiraz etməmişdim. Jurnalı hər dəfə evə gətirəndə “Ata, Ulduz xanımın şeirləri yenə jurnalda varmı?” – soruşardılar.

Şeirlər olanda mən də ürəklə “Var!” – deyər, olmayanda, elə mən də məyus olardım uşaqlar kimi, amma onları ürəkləndirib, “Baxın, Ulduz xanımın kitabları var, oradan oxuya bilərsiniz” – deyərdim. Hiss edərdim ki, yeni şeir arzusundadırlar. “Təndir” şeirini dönə-dönə oxuyardılar... Kəndə gedən kimi həyətdə təndir axtarardılar. Bizim də ki təndirimiz hardadır? Nənəm rəhmətə gedəndən, anam xəstələnəndən sonra təndir də küsdü bizdən. Amma Fərqanə “Təndir”i ürəyimizə, ruhumuza elə yazdı ki, biz unutduq həyətimizdəki təndirin yoxluğunu, öz aləmimizdə yaşatdıq. Şairin də ucalığı bu deyilmi?

Tez-tez öz-özümə ürəyimdə oxudum “Təndir”i. Heç yadımdan çıxmadı... Sanki ürək sirdaşıma çevrildi bu şeir Fərqanənin özü kimi. Onunla dərdləşmək imkanı olanda özü, olmayanda “Təndir”i dadıma çatdı. O, hansı mövzudan yazdısa, elə “Təndir” kimi isti oldu. Çünki ürəyindən süzülən sevgi ilə isitdi sətirlərini. Elə söz çələngi yaratdı ki, ətrini duyunca bir də duymaq istədin, istədin, istədin, amma heç doymadın. Bu şeirlər onu heç kimə bənzətmədi.

Doğrusunu deyimmi? Heç bir “Nobel” mükafatçısı Fərqanə qədər hislərimə, duyğularıma təsir edə bilməyib. Bəs ən yüksək mükafatı oxucu sevgisi ilə qazanmırlarmı, yaxud ən yüksək mükafat oxucu məhəbbəti deyilmi? Eşitdim ki, Fəranə xanımın şeirləri “Ulduz”un son sayında dərc olunub. Gərək jurnalı alıb uşaqlar üçün aparım, sevinəcəklər. Mən də xəyalən Fərqanəli “Ulduz”la Fərqanəli günlərə qayıdacam. Bir də, Fərqanənin yoxluğunu uşaqlara deməmişəm. Heç bilmədim necə deyim, necə izah edim, hardan başlayım... ona görə də düşündüm ki, qoy, bilməsinlər. Ürəklərindəki Ulduz sevgisi həyatda da onlarla yaşasın...

Böyükağa MİKAYILLI,
jurnalist