
Bu, Ermənistan tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərindəki qanunsuz fəaliyyətlə bağlı Avropa Parlamentinin rəsmiləri tərəfindən ilk dəfə qəbul olunan birgə sənəddir. Bu sənəddə münaqişənin məhz Azərbaycanın beynəlxalq hüquq çərçivəsində həllinə çağırış əks olunub.
ALDP hesab edir ki, BMT-nin məlum 4 qətnaməsi, Avropa Parlamentinib bəyanatı işğalda olan torpaqların azad olunması üçün hüquqi əsas verir.
ALDP ümid edir ki, yaxın zamanda torpaqlarımız işğaldan azad olunacaq.
