Azərbaycan koronavirusla mübarizədə ən öndə gedən ölkələrdən biridirAnar Məmmədov
Milli Məclisin deputatı

Bu gün bütün dünya koronavirus pandemiyası ilə mübarizəyə səfərbər edilib. Azərbaycan isə koronavirusla mübarizədə ən öndə gedən ölkələrdən biridir, artıq aylardır ki, koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə hökumət tərəfindən sistemli addımlar atılır. Ölkəmizdə yeni növ koronavirus infeksiyasına qarşı mübarizə çərçivəsində həyata keçirilən operativ və mübarizə xarakterli tədbirlər də dövlətin öz vətəndaşlarına verdiyi dəyərin ifadəsidir.

Respublikamızın sosial-iqtisadi inkişafı cəmiyyət həyatının bütün sahələrində olduğu kimi səhiyyə sistemində də öz müsbət nəticələrini vermişdir. Son illər səhiyyənin idarəolunması, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, yeni tibbi texnologiyaların tətbiqi, köklü kadr islahatları və başqa geniş miqyaslı tədbirlər həyata keçirilmişdir. Bu da öz növbəsində səhiyyəmizin dünya standartları üzrə inkişaf etməsinə, onun dünyanın qabaqcıl ölkələrinin səhiyyə sisteminə ardıcıllıqla inteqrasiya edilməsinə zəmin yaratmış və beynəlxalq miqyasda Azərbaycan səhiyyəsinin nüfuzunun nəzərəçarpacaq dərəcədə artmasına səbəb olmuşdur.

Bu günə qədər səhiyyə sistemində aparılan quruculuq və yenidənqurma işləri koronavirusa qarşı effektiv mübarizə aparılmasında mühüm rol oynayır. Cənab Prezident İlham Əliyev səhiyyə sisteminin inkişafını, müasirləşdirilməsini daim diqqətdə saxlayır. Həm paytaxt Bakıda, həm də bütün regionlarımızda müasir tibbi avadanlıqlar və ləvazimatlarla təchiz edilmiş, peşəkar həkimlərimizin çalışdığı tibb ocaqları fəaliyyət göstərir.

Son 16 il ərzində ölkəmizdə 700-dən çox səhiyyə ocağı tikilib və ya əsaslı təmir edilib.
Bildiyimiz kimi, iyunun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə üç modul tipli xəstəxananın açılışı oldu. Açılışda iştirak edən Prezident İlham Əliyev mühüm məsələlərə toxundu.

Ölkə başçısı bildirdi ki, Azərbaycan dövləti mövcud vəziyyətdən az itkilərlə çıxmaq üçün əlindən gələni edir: “Güclü səhiyyə infrastrukturu mövcud vəziyyətdən də şərəflə çıxmağa imkan verdi. Koronavirusla mübarizə sahəsində işlər yüksək səviyyədə təşkil olunub. Azərbaycan xalqı çətin dövrdə birlik və həmrəylik nümayiş etdirir. Azərbaycanda yeni modul tipli 4 xəstəxana açılmış, iyunun sonuna kimi daha 6 xəstəxana açılacaq və bununla da yeni yaradılmış modul tipli xəstəxanaların sayı 10-a çatdırılacaq.

Əsas vəzifə insanları xəstəlikdən qorumaq, onların həyatını xilas etməkdir”. Cənab Prezident bundan öncə olan ilk modul tipli xəstəxananın açılışında da vətəndaşlara müraciət edərək bildirmişdi ki, vətəndaşlar şəxsi gigiyenaya riayət etməli, maska taxmalı, məsafə saxlamalı, gündə bir neçə dəfə sabunla əlləri yumalı, dezinfeksiya vasitələrindən istifadə etməlidirlər.

Qısa müddət ərzində ölkə başçısının dəfələrlə vətəndaşlara müraciəti heç də səbəbsiz deyil. Yəni vəziyyət kifayət qədər kritikdir. Bunların fərqinə varıb, sosial izolyasiyaya əməl etməlidir. Hər kəs bu məsələdə tam məsuliyyətli olmalıdır ki, hökumətimizin göstərdiyi səylər öz nəticəsini versin, koronavirus bəlasından tezliklə xilas ola bilək.
Azərbaycanda bu polis şöbəsinin bütün rəhbər heyəti işdən çıxarıldı - SİYAHIAğstafa Rayon Polis Şöbəsinin (RPŞ) rəhbər heyəti tutduqları vəzifələrdən azad ediliblər.

Polis şöbəsinin Əməliyyat üzrə rəis müavini İlham Kərimov, Xidmət üzrə rəis müavini Cabir Ələsgərov, Şöbənin Post Patrul Xidməti üzrə Komandiri Qabil Ələsgərov, baş müstəntiqi Rəşad Məhərrəmov və Köçvəlili Polis Bölməsinin rəisi Vüqar Məmmədli işdən çıxarılıblar.

Məlumat üçün bildirək ki, bir müddət əvvəl Ağstafa RPŞ-nin rəisi Elsevər Əli oğlu Aslanov tutduğu vəzifədən azad olunaraq sərəncama götürülüb.

Xatırladaq ki, 2019-cu ilin dekabr ayında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat nəticəsində Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev həbs edilib. (report)
Taleh Bağırzadə Milli Şuradan İSTEFA VERDİMüsəlman Biriliyi Hərəkatının həbsdə olan sədri Taleh Bağırzadə Milli Şuranın Koordinasiya Mərkəzinin üzvlüyündən istefa verib.

Avrasiya.net xəbər verir ki, bu barədə onun "Facebook" səhifəsində bəyanat yayılıb.

“Bildirmək istəyirəm ki, “cinsi azlıqlar” dinimizdə birmənalı olaraq qəbul edilmir və İslam dəyərlərinə tamamilə ziddir. Lakin iclasdan yayılmış görüntülərdən sonra Milli Şuranın üzvləri, başda Cəmil Həsənli və Əli Kərimli olmaqla “cinsi azlıqların” müdafiəsinə qalxmış, onlarla həmrəylik nümayiş etdirərək müsəlman xalqımızın dini inancını təhqir etmişdir. Yaranmış durumdan qaynaqlanaraq din məhbuslarının müdafiəçiləri, İslam dini və mənəvi dəyərlərimizin təbliğatçıları, hörmətli ziyalımız Eldəniz Quliyev, din xadimlərimiz Rövşən Əhmədli, Hacı İlqar İbrahimoğlu və Məşədi Natiq Kərimov haqlı olaraq etiraz səsini ucaltmış və qurumda olanlar oradan istefa veriblər.

Mən Milli Şura üzvü olaraq bir daha bildirirəm ki, dırnaqarası cinsi azlıqlar dinimizdə birmənalı olaraq qəbul edilmir və onların müdafiəsi birbaşa dinimizə və mənəvi dəyərlərimizə həqarətdir! Milli Şura üzvlərinin belə şəxsləri müdafiəsi şəxsim və Müsəlman Birliyi Hərəkatı tərəfindən qəbul edilməzdir. Mən də yaranmış rüsvayçı vəziyyəti bağışlanmaz hesab edərək Milli Şuranı tərk etdiyimi bəyan edirəm”, - o, əlavə edib.

Qeyd edək ki, bu gün Azərbaycan İslam Partiyasının sədr müavini Rövşən Əhmədli Milli Şuranın Koordinasiya Mərkəzinin üzvlüyündən istefa verdiyini bəyan edib.

Bundan əvvəl isə Milli Şuradan Eldəniz Quliyev, Rafiq Manaflı və Namizəd Səfərov da istefa verib.
Əli İnsanov bilir ki, keçmiş komanda üzvləri onu nədə ittiham edir - MüsahibəAvrasiya.net Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin “BayMedia”ya müsahibəsini təqdim edir:

- Qüdrət bəy, Əli İnsanov bəyan edib ki, ölkəni vəziyyətdən çıxarmaq üçün 4 partiyanın etmad hökuməti formalaşdırmasına ehtiyac var. Siz necə düşünürsünüz?

- Əli İnsanov ahıl yaşında yenidən siyasi hakimiyyətə qayıtmaq istəyir. Siyasi rəqabətin güclü olduğu bir zamanda özünə diqqəti cəlb etməyin başqa yolunu tapa bilmir. Yəqin fikir verdinizsə, dediklərinə özü də gülürdü. Bu gün Qərbdən siyasi dəstək almaq ümidi ilə Azərbaycanın Avratlantik məkana inteqrasiya olunmasının zəruriliyindən danışır. Amma hakimiyyətdə olarkən Qərb dəyərlərini Azərbaycandan silmək üçün ən amansız möqe sərgiləyən hökumət üzvü olub. Müxalifətə həqarət edən, addımbaşı onu ən pis formada aşağılayan şəxs kimi yadda qalıb. Amma həbs olunandan sonra təhqir etdiklərinin dəstəyini almaq üçün onlardan üzr də istəyib. Bunu dəstək almaq istədiyi Qərb dairələri də bilir. Hakimiyyətdən də Prezidentlə fikir ayrılığına görə getməyib. Dediyinə görə, onunla mehriban şəkildə görüşüb icazə alaraq xaricə gedib, qayıdanda isə həbs olunub.

Bundan başqa ölkədə fövqəladə nə baş verib, hansı böhran yaranıb ki, etimad hökuməti qurulması məsələsi gündəmə gəlsin?! Həm də İnsanovun müəyyənləşdirdiyi partiyalarla. Cəmiyyətimiz inkişaf edib və dəyişikliklər istəyir. Bu dəyişikliklər konstitusion yolla, Prezident tərəfindən islahatlarla həyata keçirilməlidir.

Xalqımız heç zaman bu iqtidarın imtina etdiyi, demokrat çarşabına bürünmüş qisasçılara siyasi hakimiyyətə gəlib ölkəni dağıtmaq şansı verməyəcək.

- Qüdrət bəy, bəlli müsahibəsində Əli İnsanov dolayısı ilə Prezidenti yaxın ətrafına xəyanətdə ittiham edib. Bu məsələyə münasibətiniz necədir?

- Diqqətli vətəndaşlar görürlər ki, Prezident ona xəyanət edənləri, ya da işinin öhdəsindən gələ bilməyənləri vəzifəsindən azad edir, yaxud cəzalandırır. Əslində bəzi hallarda Prezidenti belə məsələlərdə çox gözləməklə bağlı tənqid etmək olar. Əli İnsanov bilir ki, keçmiş komanda üzvləri onu nədə ittiham edir. Ona görə də “adımı sənə qoyum, səni yana-yana qoyum” el məsəlinə uyğun davranır.
Rövşən Əhmədli Milli Şuradan çıxıb“Qarabağın Azadlığı Uğrunda İslami Müqavimət Hərəkatı”nın sədri Rövşən Əhmədli Milli Şuradan çıxıb.

Avrasiya.net xəbər verir ki, bu barədə R. Əhmədli özünün “facebook” səhifəsində məlumat yayıb.

O bildirib ki, son zamanlarda Milli Şuranın Koordinasiya Mərkəzində baş verən arzuolunmaz hadisələr, sosial şəbəkələrdə geniş müzakirə olunan mübahisəli məqamlar, ictimaiyyətin, vətəndaş cəmiyyətinin müxtəlif təbəqələrinin bu hadisələrə münasibəti onu dərindən narahat edib.

"Milli Şurada baş verənlərə görə hədsiz dərəcədə üzgünəm. Milli Şurada qalmağı mümkünsüz , faydasız hesab edir və acı təəssüf hissi ilə bu gündən Milli Şuranı tərk edirəm. Milli Şuranı tək etsəm də, demokratik, hüquqi dövlət quruculuğu uğrunda mübarizəmiz davam edir və bu mübarizədə hamıya uğurlar diləyirəm”, - deyə R. Əhmədli qeyd edib.

Qeyd edək ki, bir müddət əvvəl Eldəniz Quliyev, Rafiq Manaflı və Namizəd Səfəron da Milli Şuradan istefa verib.
Siyəzəndə “Milli Qurtuluş günü”nə həsr olunmuş videokonfrans keçirilibİyunun 11-də Siyəzən Rayon Gənclər və İdman İdarəsi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə 15 İyun “Milli Qurtuluş günü”nə həsr olunmuş videokonfrans keçirilib.

Zoom platforması üzərindən “Qurtuluşdan Tərəqiyyə” mövzusunda təşkil olunan tədbiri giriş sözü ilə açan Gənclər və İdman İdarəsinin rəisi Nadir Məmmədov əlamətdar gün münasibəti ilə videokonfrans iştirakçılarını təbrik edib və “Milli Qurtuluş günü” barədə ətraflı məlumat verib. Daha sonra Heydər Əliyev Mərkəzinin direktoru İxtiyar İsayev, Uşaq Gənclər İnkişaf Mərkəzinin direktoru Şəms Hüseynova, Böyük Həmyə kənd tam orta məktəbin müəllimi Zamiq Güləliyev, Rayon Mədəniyyət Mərkəzinin direktoru Ziyada Dadaşova və Gilgilçay qəsəbə tam orta məktəbin direktoru Samir Baxşıyev çıxış edərək “Milli Qurtuluş günü”nün tariximizdə yeri və rolu ilə bağlı fikirlərini bölüşüblər.
Siyəzəndə “Milli Qurtuluş günü”nə həsr olunmuş videokonfrans keçirilib
Çıxışlarda xüsusi vurğulanıb ki, xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gələn Heydər Əliyev iyunun 15-də Ali Sovetin sədri seçildi. Bununla da dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edildi. Ümummilli Liderin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycanda vətəndaş qarşıdurmasına birdəfəlik son qoyuldu, ölkəmiz xaosdan, siyasi çəkişmələrdən, sosial-iqtisadi böhrandan xilas oldu. Milli dövlətçiliyimizin konsepsiyasını yaratdı. Bütün maneələrə baxmayaraq ən qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik bərpa olundu. Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı.
Siyəzəndə “Milli Qurtuluş günü”nə həsr olunmuş videokonfrans keçirilib
Çıxışlarda ötən müddət ərzində əldən olunan uğurlardan danışılaraq xalqımızın bu çətin günlərdən də cənab Prezident İlham Əliyevin rəhbərliyi altında üzü ağ çıxacağına əminlik ifadə olunub.
Siyəzəndə “Milli Qurtuluş günü”nə həsr olunmuş videokonfrans keçirilib
Siyəzəndə “Milli Qurtuluş günü”nə həsr olunmuş videokonfrans keçirilib
Siyəzəndə “Milli Qurtuluş günü”nə həsr olunmuş videokonfrans keçirilib

#evdəqal #Bizbirlikdəgüclüyük #məsafəsaxla #MilliQurtuluşGünü #SiyəzənGİİ #GənclərvəİdmanNazirliyi #MysGovAz #MysAz
190 manatın ödənilməsi tam başa ÇATDIBirdəfəlik ödəmə proqramı üzrə 600 min şəxsin müəyyən edilməsi və onlara aprel-may aylarına dair ödənişlərin olunması prosesi tam yekunlaşıb.

Bunu Modern.az-ın sorğusuna cavab olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov bildirib.

Qeyd edək ki, ilkin olaraq pandemiya dövründə 200 min işsizə 190 manat birdəfəlik ödəmə verilməsi nəzərdə tutulmuşdu. Prezident İlham Əliyevin tapşırığına əsasən, birdəfəlik ödəmə proqramının əhatə dairəsi 3 dəfə artırılmaqla, birdəfəlik onların sayı 200 mindən 600 minə çatdırılıb. Nazirlik tərəfindən aprelin 9-dan ödəniş prosesi həyata keçirilib.

Vətəndaşlar aprel üzrə göndərilən SMS-lərdə göstərildiyi qaydada poçt şöbələrindən və ya bank fililallarından vəsaitlərini alıblar.

May ayına dair birdəfəlik ödənişləri isə həmin vətəndaşlar nazirliyin sifarişi ilə hazırlanan bank kartları vasitəsilə müvafiq banklardan əldə ediblər.

Birdəfəlik ödəniş edilmiş 600 min şəxsin siyahısı nazirliyin rəsmi saytında yerləşdirilib.
Vüqar Səfərli dövlətə vurduğu ziyana görə 100 min manatı hələ audit zamanı ödəyibHesablama Palatası Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunda (KİVDF) apardığı yoxlamaların nəticəsi olaraq

Hesablama Palatası Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunda (KİVDF) apardığı yoxlamaların nəticəsi olaraq Baş Prokurorluğa 400 səhifəlik hesabat təqdim edib.

KİVDF-nin keçmiş rəhbərliyi yol verdiyi nöqsanlar hesabına dövlətə vurduğu ziyanın 100 min manatını artıq ödəyib.

Xatırladaq ki, Prezident İlham Əliyevin bu il aprelin 4-də imzaladığı sərəncamla Vüqar Səfərli KİVDF-nin İcraçı Direktoru vəzifəsindən azad edilib və onun yerinə Əhməd İsmayılov təyin edilib. Bundan sonra Hesablama Palatası qurumda yoxlamalara başlayıb. Yoxlamalar nəticəsində vəzifəli şəxslərin dövlət satınalmaları haqqında qanunvericiliyin tələblərinə əməl etməməsi, vəsaitlərin təyinatı üzrə istifadə edilməməsi, tikinti norma və qaydalarının pozulması, kütləvi informasiya vasitələrinə yardımların qanunvericiliyin tələblərinin pozulması ilə verilməsi və digər hallar üzrə noqsanlar aşkar edilib və bununla bağlı materialların "Hesablama Palatası haqqında" qanunun 26.2-ci maddəsinə əsasən Baş Prokurorluğa göndərilməsi qərara alınıb.("Report")