Eldar Sultanov vəzifəsindən azad edildiBaş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Eldar Sultanov vəzifəsindən azad edilib.

Avrasiya.net xəbər verir ki, bu barədə Baş Prokuror Kamran Əliyev əmr imzalayıb.

Baş Prokurorun digər bir əmri ilə E.Sultanov Baş Prokurorluğunun Müraciətlərə baxılması və sənədlər izrə iş idarəsinin rəisi vəzifəsinə təyin edilib.
Polkovnik işdən çıxarıldıSilahlı Qüvvələrin Baş Klinik Hospitalının rəisi, tibb xidməti polkovniki Tofiq Tağıyev tutduğu vəzifədən azad edilib.

Bu barədə Avrasiya.net-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Müdafiə nazirinin əmri ilə Silahlı Qüvvələrin Baş Klinik Hospitalının rəisi, tibb xidməti polkovniki Tofiq Tağıyev tutduğu vəzifədən azad edilərək Müdafiə Nazirliyinin Tibb Baş İdarəsində baş kardioloq vəzifəsinə təyin edilib.
Komitə sədri YAP-ın Siyəzən rayon təşkilat rəhbərliyi ilə onlayn konfrans keçiribMilli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov 15 iyun - Milli Qurtuluş günü münasibətilə Yeni Azərbaycan Partiyasının Siyəzən rayon təşkilatı rəhbərliyi ilə onlayn konfrans keçirib.

Avrasiya.net xəbər verir ki, YAP Siyəzən rayon təşkilatının sədri Etibar Heydərov iştirakçıları salamlayıb tədbir haqqında məlumat verib, daha sonra S.Qurbanov 15 iyunda baş verən tarixi hadisələrə qısa ekskurs edib. O, qeyd edib ki, xalqın təkidi ilə ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı müasir Azərbaycanın xilası, qurtuluşu günü olub. Məhz o qurtuluşun nəticəsidir ki, bu gün Azərbaycan güclü dövlətə çevrilib.

Siyəzən rayon Təhsil Şöbəsinin müdiri Pərvin Ağasiyev da çıxışında tarixi məqamlara toxunaraq bu günün əhəmiyyətindən danışıb.

Siyəzən şəhər Cəfər Cabbarlı adına 1 saylı tam orta məktəin direktoru əməkdar müəllim, şair Nəcməddin Mürvətov çıxış edərək Qurtuluş sözünün mənasını açaraq həmin günləri xatırladıb.

Sonda millət vəkili bütün dünyanı bürümüş Covid-19 virusunun ağır nəticələrini vurğulayaraq əhalini son dərəcə ehtiyatlı olmağa dəvət edib. S.Qurbanov qeyd edib ki, cənab prezident İlham Əliyevin koronavirusla mübarizə ilə bağlı həyata keçirdiyi bütün sosial tədbirlər əhalinin sağlamlığına, təhlükəsizliyinə, sosial rifahının yaxşılaşmasına hesablanıb.
Komitə sədri YAP-ın Siyəzən rayon təşkilat rəhbərliyi ilə onlayn konfrans keçirib
Komitə sədri YAP-ın Siyəzən rayon təşkilat rəhbərliyi ilə onlayn konfrans keçirib
Komitə sədri YAP-ın Siyəzən rayon təşkilat rəhbərliyi ilə onlayn konfrans keçirib
Komitə sədri YAP-ın Siyəzən rayon təşkilat rəhbərliyi ilə onlayn konfrans keçirib
Teymur Mustafayev koronavirusdan ölüb - RƏSMİ"4 iyunda "Yeni Klinika" tibb müəssisəsinə 1939-cu il təvəllüdlü Mustafayev Teymur Ağaxan oğlu TTY ilə evdən ikitərəfli COVID-19 pnevmoniyası, kəskin tənəffüs çatışmazlığı, ağciyər-ürək çatışmazlığı, şəkərli diabet II tip ağır klinik gedişli, hər iki aşağı ətrafın işemiyası diaqnozu ilə ağır vəziyyətdə gətirilib".

TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva Modern.az-a bildirib ki, şəxs dərhal reanimasiya şöbəsinə yerləşdirilib:

"Daxil olan kimi xəstəyə müvafiq müayinələr olunub. Tənəffüs çatmazlığı və xəstədə hemodinamiki göstəricilərdə pozğunluqlar dərinləşdiyindən təcili intubasiya olunaraq süni ventilyasiya aparatına qoşulub. Həkim infeksionistin təyinatı ilə xəstəyə COVID-19-a qarşı antibakterial, antiviral müalicəyə başlanılıb".

Onun sözlərinə görə, həkimlərin səyinə baxmayaraq, xəstədə 11 iyun, saat 15:30-da bioloji ölüm qeydə alınıb.

Qeyd edək ki, Teymur Mustafayev Azərbaycanın Xalq artisti, Prezident təqaüdçüsüdür.
General-mayor vəzifədən azad olunduAzərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq sərəncamı ilə general-mayor Natiq Əliyev Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi vəzifəsindən azad olunaraq ehtiyata buraxılıb.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Müdafiə nazirinin əmri ilə Silahlı Qüvvələrin Baş Klinik Hospitalının rəisi, tibb xidməti polkovniki Tofiq Tağıyev tutduğu vəzifədən azad edilərək yuxarı vəzifəyə Müdafiə Nazirliyinin Tibb Baş İdarəsində baş kardioloq vəzifəsinə təyin edilib.

"İnsanların ümid dolu gözləri ümummilli lider Heydər Əliyevə dikilmişdi"Bu gün Bakı Dövlət Universitetində 15 İyun Milli Qurtuluş Gününə həsr olunmuş onlayn elmi-praktiki konfrans keçirilib. Deputatların, BDU rəhbərliyinin, ziyalıların iştirakilə keçirilən konfransda əsas məruzəçi qismində Milli Məclisin Təbii ehtiyyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov çıxış edib. S.Qurbanovun məruzəsini təqdim edirik:

- Tarixin bütün mərhələlərində şəxsiyyətin rolu danılmazdır. Bəzən güclü şəxsiyyətlər tarixin mühüm mərhələsinin başlanğıcı kimi çıxış edirlər. Belə mühüm tarixi şəxsiyyətlərdən biri də ümummilli lider Heydər Əliyevdir. Xalqın taleyində böyük önəm daşıyan elə tarixlər də var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən əhəmiyyətli başlanğıcların əsası qoyulub. Belə günlərdən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür. Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa, dayaq olan bir insan - Heydər Əliyevdir.

Ulu öndərimizin həyat fəlsəfəsi onun müstəqil dövlətçilik və azərbaycançılıq məfkurəsinin dərindən öyrənilməsi, geniş təbliğ olunması və hərtərəfli inkişaf etdirilməsi Azərbaycanımızın işıqlı gələcəyi naminə mühüm məsələlərdəndir. Heydər Əliyev müasir dövlətimizin ideoloji-siyasi əsaslarını tarixi irs və milli-mənəvi dəyərlər əsasında yaradaraq, onu real həyatda gerçəkləşdirmiş müdrik şəxsiyyət kimi hələ sağlığında canlı əfsanəyə çevrilmişdir. Milli özünüdərkin ən yüksək siyasi ifadəsi olan müstəqil dövlət ideyası ən yeni tariximizdə məhz Heydər Əliyevə məxsusdur. Böyük rəhbərin dövlətçiliyimizin ən ağır günlərində göstərdiyi qətiyyət və iradə sonsuz Vətən sevgisinin parlaq nümunəsidir. Əsl vətəndaş, tarixi şəxsiyyət və ümummilli lider kimi o, millətini, torpağını labüd fəlakətlərdən qurtarıb, çevriliş, qiyam cəhdlərindən qoruyaraq cəmiyyətdə özünəinam hissini bərpa edib, ölkəmizdə sabitlik və firavanlığa təminat yaradıb.

Zaman ötdükcə, olkəmiz bütün sahələr üzrə inkişaf edib möhkəmləndikcə bu şərəfli tarixin önəmi daha aydın dərk olunur. Xalqımız bu tarixi, yəni ulu öndərimiz Heydər Əliyevin xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışının rəsmiləşdiyi tarixi sonsuz minnətdarlıq hissi ilə xatırlamağı özünə mənəvi borc hesab edir. Çünki danılmaz həqiqət ortadadır. Hər kəs bilir ki, 15 İyun-Milli Qurtuluş Günü olmasaydı müstəqil dövlət kimi mövcudluğumuz 1918-1920 ci illərdə əldə etdiyimiz müstəqillikdən də qisa olacaqdı. Ulu öndərin böyük qayıdışı nəinki, Azərbaycanın XX yüzillikdə ikinci dəfə qazandığı müstəqilliyinin itirilməsinin qarşısını aldı, eyni zamanda ölkəmizi sabitliyə, davamlı inkişafa, sosial rifaha istiqamətləndirdi. Əslində, bizim 2-ci müstəqillik tariximiz 15 iyundan başlamışdır desək, yanılmarıq. Çünki 1991-ci ildə əldə edilmiş müstəqillik formal, şərti xarakter daşıyırdı. O zaman idarəetmə düyməsi Moskvanın əlində idi. Azərbaycan demək olar ki, xaricdən idarə olunurdu.

1991-1993-cu illərin qısa xülasəsini versək, onu deyə bilərik ki, bir tərəfdə 70 il mövcud olmuş imperiyanın dağılması prosesi gedirdi, digər tərəfdə isə xalqda milli oyanış baş qaldırırdı. Yaranmış siyası börhan çevik idarəetmə və yeni yanaşma tələb edirdi. Amma təəssüf ki, yaranmış bu siyasi böhrana bir tərəfdən öz hakimiyyətini qoruyub saxlamaq istəyən, imperialist təfəkküründən çıxa bilməyən Ayaz Mütəllibov və komandası, digər tərəfdən isə nəyin bahasına olursa-olsun, hakimiyyəti əla almaq, qamarlamaq yanğısı ilə meydanlara atılan cəbhəçi-musavatçı bəylər öz “töhfə”lərini verirdilər. Qütbləşmə, qarşıdurma getdikcə kəskinləşir və ölkə uçuruma yuvarlanırdı. Xocalı faciəsi, Şuşa və Laçının işğalı məhz bu xəyanətkar qarşıdurmanın nəticəsi oldu. Və nəhayət ki, 1992-ci il mayında AXC-Müsavat cütlüyü dövlət çevrilişi edərək, hakimiyyətin güc yolu ilə zəbt etdi. Bundan sonra vəziyyət daha da ağırlaşdı. AXC-Müsavat hakimiyyəti ölkədə xaos, anarxiya, özbaşınalıqa rəvac verdi. Mənfur ermənilər isə bundan istifadə edərək torpaqlarımızı işğal edir və çoxsaylı qaçqınlar-köçkünlər ordusunun yaranmasına səbəb olurdular. Problemlər getdikcə artırdı, səriştəsiz idarəetmə, savadsız kadr siyasətinin nəticəsində müstəqilliyimiz və bütövlükdə ölkəmiz çox ciddi təhdidlərə məruz qalmışdı. Hakimiyyət idarəetmə strukturlarına, o cümlədən silahlı birləşmələrə nəzarəti itirərək, 1993-cü ilin yayında ölkəni vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qoydular. Qisa fəaliyyətlərinin xülasəsi o oldu ki, ölkənin bir sıra regionlarında silahlı birliklər seperatçı iddialarla çıxış edib, mərkəzi hakimiyyətə tabe olmadıqlarını bildirirdilər. 1993-cü il iyunun 4-də Gəncədə polkovnik Surət Hüseynovun nəzarəti altında olan hərbi hissənin hakimiyyətə itaətsizliyi isə ölkəni tamamilə xaosa sürükləyirdi. Situasiyanı nəzarətə almaq üçün hakimiyyətin atdığı tələsik addımlar nəinki vəziyyəti düzəltmədi, əksinə, Gəncəyə yola düşən dövlət nümayəndələri girov götürüldü. Qiyamçı hərbi hissənin rəhbərliyi əvvəlcə Baş nazir və Milli Məclis sədrinin, sonra isə Prezidentin istefasını tələb etdi. Vəziyyət nəzarətdən çıxmışdı, ətraf rayonların icra başçıları zorla dəyişdirilir, Surət Hüseynovun qiyamı məhdud Gəncə civarlarından çıxaraq, üzü Bakıya doğru geniş miqyas alırdı. 1993-cü ilin iyunun 4-də iqtidarın fərsizliyi ucbatından Gəncədə qardaş qanı töküldü. Hadisələrin ertəsi günü - iyunun 5-də Heydər Əliyevin rəhbərlik etdiyi Naxçıvan Ali Məclisi hadisə ilə əlaqədar bəyanat verdi. Bəyanatda qəhrəman Cavad xanın nəvələri - gəncəlilərə müraciət edilərək onların imperiya nökərlərinə layiqli cavab verəcəklərinə, müstəqilliyimizi və gənc Azərbaycan dövlətini qoruyub saxlayacaqlarına böyük inam ifadə olunurdu.

Bakıda isə özlərini itirmiş yuxarı dairələrdə qədim Gəncə əhalisinin köçürülməsi, şəhərin bombardman edilməsi barədə sərsəm fikirlər səslənirdi. İyunun 8-də isə Əbülfəz Elçibəyin Milli Məclisdəki məntiqsiz çıxışı və AXC-nin bəyanatı hamını sarsıtdı. Bu düşünülməmiş avantürist hərəkətlərin məntiqi nəticəsi kimi Gəncə elliklə ayağa qalxdı. Vəziyyətin ciddiliyini nəzərə alan siyasi partiyalar, cəmiyyətlər və digər təşkilatlar iqtidara qarşı etiraz bəyanatı imzaladılar.

Belə ağır məqamda insanların ümid dolu gözləri Naxçıvana, hətta düşmən blokadasında belə muxtar respublikanı qorumağı bacaran ümummilli lider Heydər Əliyevə dikilmişdi. AXC-Müsavat iqtidarının yarıtmaz rəhbərliyindən cana doyan xalq, Vətənin bu ağır günündə öz sınanmış dahi oğlu Heydər Əliyevin Bakıya - Azərbbaycanın siyasi rəhbərliyinə gəlməsini qətiyyətlə tələb edirdi. Buna qədər AXC-Musavat hakimiyyəti də əvvəlki iqtidarlar kimi Heydər Əliyevin nüfuzuna qısqanclıqla yanaşır, hər vəchlə onu respublikada baş verən siyasi proseslərdən təcrid etməyə cəhd göstərirdi. Ancaq xalqın taleyinə biganə qala bilməyən ziyalılar, sadə zəhmət adamları başa düşürdülər ki, ölkəni, gözləyən fəlakətlərdən ancaq Heydər Əliyev müdrikliyi xilas edə bilər. Bu məqsədlə onlar “Səs” qəzetində “Azərbaycan Sizin sözünüzü gözləyir” adlı müraciətlə çıxış edərək, Heydər Əliyevin rəhbərliyi altında yeni bir siyasi partiyanın yaradılması barədə görkəmli dövlət xadiminə müraciət etdilər. Bundan qorxuya düşən Xalq Cəhbəsinin silahlı qüvvələri 1992-ci il oktyabrın 24-də Naxçıvanda çevriliş etməyə, Heydər Əliyevi tutduğu vəzifədən devirməyə cəhd göstərdilər. Heydər Əliyev xalqın dəstəyinə arxalanaraq dövlətçiliyə balta vurmaq istəyənlərin məkrli niyyətlərinin qarşısını aldı. Həmin xəyanətkar qüvvələr 4 iyun hadisələrində Surət Hüseynovun “dar ağacından” qorxaraq yenə xalqı yox, öz talelərini düşünərək xalqın böyük oğlu, xilaskarı Heydər Əliyevə yalvararaq Bakıya dəvət etdilər. Yaranmış vəziyyətdə hakimiyyətə gəlməyin çox böyük riskləri olmasına baxmayaraq, həmişə Azərbaycanın taleyini öz taleyi bilən Heydər Əliyev ona ünvanlanan çoxsaylı müraciətləri, xalqın çağırışını cavabsız qoymadı və iyunun 9-da Bakıya gəldi. Ulu öndər 13 iyunda parlamentdə çıxış etdi, Gəncəyə gedib oradakı vəziyyətlə tanış oldu. 15 iyunda isə ulu öndər Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi. Beləliklə, respublikamız diletant, naşı və həris insanların hakimiyyətindən qurtuldu.

Ümummilli lider Heydər Əliyev müstəqilliyimizin həmin mərhələsini belə xarakterizə edirdi: “Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi.

Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən kənar saldı”.

Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında Ulu Öndər Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və sonrakı illərdə onu həyata keçirdi. Əgər müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci vacib məsələ onu qoruyub inkişaf etdirmək idi. Heydər Əliyev milli dövlətçiliyimizin konsepsiyasını yaratdı. Bütün maneələrə baxmayaraq ən qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik bərpa olundu. AXC-Müsavat hakimiyyəti isə təbii ki, Heydər Əliyevin uğurlarını qısqanclıqla qarşılayıb, ona mane olmağa çalışdı. Vəziyyətdən səbrlə çıxan Prezident Heydər Əliyev televiziya vasitəsilə xalqa müraciət etdi. İyunun 20-də Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə yerli və xarici jurnalistlər üçün brifinq keçirdi. İyunun 21-də isə bir sıra ölkələrin diplomatları ilə görüşdü. Bu sahədə yürüdülən siyasət respublikanı informasiya blokadasından çıxardı. Dünyada ölkəmizlə bağlı formalaşan fikir müsbət yönümdə dəyişdi. Məhz belə bir mürəkkəb siyasi şəraitdə Heydər Əliyevin böyük potensialı Azərbaycanın müstəqilliyinin qarantına çevrildi. Ümummilli Liderin şəxsiyyəti, onun özünəməxsus siyasi idarəetmə qabiliyyəti, xarizması, qətiyyəti, uzaqgörənliyi böhrana son qoydu, xalqımız Azərbaycan və azərbaycançılıq ideyaları ətrafında birləşdi. Ümummilli Liderin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycanda vətəndaş qarşıdurmasına birdəfəlik son qoyuldu, ölkəmiz xaosdan, siyasi çəkişmələrdən, sosial-iqtisadi böhrandan xilas oldu. Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı. Respublikanın qarşısında duran problemlər mərhələlərlə həll olundu, əmin-amanlıq, siyasi sabitlik yarandı. İctimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatda əsaslı dönüş başlandı, xalqımızın bütövlüyü, həmrəyliyi, milli birliyi təmin edildi, Azərbaycanın dünya birliyinə inteqrasiyası başlandı.Azərbaycanın sabitlik və inkişafla səciyyələnən qurtuluş tarixi başladı. Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışı ilə qoca Qafqazın bu bölgəsində yeni bir siyasi dövr, yeni təfəkkür mərhələsi başlandı.

Heydər Əliyevin xalq tərəfindən sevilərək, təkidlə hakimiyyətə dəvət edilməsinin bir çox səbəbləri var idi:

1. Azərbaycanın rəhbəri kimi 1970-1980-ci illərin əvvəllərində gördüyü işlər, Azərbaycanın inkişafı, quruculuq və abadlıq işləri xalqın yaddaşında əziz xatirə kimi qalmışdır. Məhz onun rəhbərliyi ilə 1970-ci illərdə Azərbaycan sovet məkanında ən geridə qalmış yerdən ən qabaqcıl yerə yüksəlmişdir.

2. Heydər Əliyev xalqımız üçün ən ağır məqamlarda daim xalqla birlikdə olmuşdur, böyük müdriklik, cəsarət göstərmişdir. Qanlı Yanvar faciəsindən dərhal sonra - 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək Sovet hakimiyyətini, Kommunist Partiyasını törətdiyi cinayətə görə pisləmişdir, tənqid etmişdir, o qanlı faciəni qınamışdır, Azərbaycan xalqının ağrılarını bütün dünyaya çatdırmışdır.

3. Naxçıvanda fəaliyyət göstərdiyi dövrdə Ulu Öndər Naxçıvanı erməni işğalından qoruya bilmişdir, o da çox çətin vəzifə idi. Naxçıvan düşmənin əhatəsində idi və orada özünümüdafiə qrupları təşkil edilmiş və düşmənə layiqli cavab verilmiş, düşmən yerinə oturdulmuşdur.

4. 3 sentyabr 1991-ci il sessiyasında Naxçıvan Ali Sovetində "Azərbaycan Kommunist Partiyasının və onun strukturlarının fəaliyyətinə münasibət haqqında" məsələ müzakirə edilərək, Kommunist Partiyasının fəaliyyətini dayandırılması haqqında qərar qəbul edərək, Azərbaycan Respublikasının Ali Sovetindən Sovet İttifaqı Kommunist Partiyası və qurumlarının fəaliyyətinin dayandırılmasını xahış etmişdir.

5. Azərbaycan Xalq Cümhuriyyətinin dövlət bayrağını ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sessiyasında dövlət bayrağı kimi məhz Heydər Əliyev təsdiq etmişdir. Sovet İttifaqının saxlanmasına dair referendum Azərbaycanın bütün başqa yerlərində keçirilməsinə baxmayaraq, Naxçıvanda keçrilməsinə imkan verməmişdir.

6. Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adını dəyişdirmiş və “Sovet Sosialist” sözlərini oradan çıxarmışdır.

7. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi Heydər Əliyevin həyata keçirdiyi məqsədyönlü tədbirlər sayəsində sovet ordusu hissələri MR ərazisindən çıxarılmışdır və.s

Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan tarixindəki rolu haqqında dünya siyasətinin tanınmış simalarından olan Türkiyənin doqquzuncu prezidenti Süleyman Dəmirəlin dəyərli sözlərini xatırlayıram: “Çörçill ingilis millətinə 40 il xidmət etdi, ancaq bu, xidmətin sonunda, 1940-cı ildə lazım oldu. O zaman Çörçilin edəcəyi xidməti göstərəcək ikinci adam yox idi. Bəşər tarixində insanlar hər zaman millətinə xidmət edir, ancaq bəzən lazım olurlar. Ruzveltin 1942-ci ildə, de Qollun 1958-ci ildə, Adenauerin 1946-cı ildə lazım olduğu kimi... Hörmətli Heydər Əliyev Azərbaycan millətinə çox xidmət etmişdir, amma 1993-cü ildə lazım idi. Onun gördüyü işi görəcək başqa heç kim yox idi. Yaxşı ki o vardı!...”

Ümummilli liderimizin həyata keçirdiyi xilaskarlıq missiyası xalqımızın və bütün dünyanın gözü qarşısında cərəyan etmiş, ölkəmizi gələcəyə inamla baxan güclü bir dövlətə çevirmişdir. Bu gün isə Azərbaycan cənab İlham Əliyevin rəhbərliyi altında aydın bir yolla öz parlaq sabahlarına doğru addımlayır. Bu yol Heydər Əliyev yoludur. Bəli, tam əminliklə demək olar ki, Azərbaycanın gözəl gələcəyi var.

Bu gün tam əminliklə deyə bilərik ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş, müasir-müstəqil Azərbaycanımızın sağlam dövlətçilik əsasının dayanıqlı təməlləri üzərində, bu şərəfli siyasi yolun layiqli davamçısı Prezident İlham Əliyev çox məharətlə davam etdirir.

Prezident İlham Əliyev düşünülmüş islahatları və müdrik qərarları ilə həyatımıza yeni nəfəs gətirib, Azərbaycanı dünyanın inkişaf edən ölkələri sırasına çıxarıb. Beləliklə də, Azərbaycan indi nəinki regionda söz sahibidir, eyni zamanda dünya masştabında siyasi fiqura çevrilməkdədir.

Prezident İlham Əliyevin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş enerji siyasətini uğurla davam etdirməsi nəticəsində Azərbaycan bu sahədə əsas oyunçulardan birinə çevrilib. Dövlətimizin başçısının enerji siyasəti ilə bağlı təşəbbüsləri və reallaşan layihələr regional çərçivələrdən çıxaraq qlobal miqyas alıb. Bir qədər geri qayıdıb tarixə nəzər salmaq lazım gəlir. 2006-cı ildə Xəzər və Aralıq dənizlərini birləşdirən Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft kəməri, 2007-ci ildə Bakı–Tbilisi–Ərzurum qaz kəməri istifadəyə verildi. 2014-cü il sentyabrın 20-də Avropanın enerji təhlükəsizliyinin, həmçinin Azərbaycanın perspektiv inkişafının və iqtisadi maraqlarının təmin edilməsində böyük rol oynayacaq Cənub Qaz Dəhlizinin təməli qoyuldu. 2018-ci il mayın 29-da Bakıda Cənub Qaz Dəhlizinin, iyunun 12-də isə onun tərkib hissəsi olan TANAP boru kəmərinin rəsmi açılış mərasimi keçirildi. TAP layihəsinin icrası isə qrafik üzrə davam etdirilir.

Avropa və Asiyanı birləşdirən Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində böyük işlər görüldü. Təməli 2007-ci ildə qoyulmuş Bakı–Tbilisi–Qars dəmir yolunun 2017-ci il oktyabrın 30-da Bakıda rəsmi açılışı oldu. Azərbaycanın Rusiya, İran və Gürcüstanla sərhədinə qədər yeni magistral avtomobil yolları tikildi.

Azərbaycanın Silahlı Qüvvələri dünyanın ən güclü 50 ordusu sırasında yer alıb. Bu gün Azərbaycanda dünya miqyasında ən güclü ordulardan biri formalaşıb və bu ordu işğal altındakı torpaqlarımızı düşməndən azad etməyə qadirdir.

Elə təkçə son dövr dünyada tüğyan edən koronavirus (COVID-19) infeksiyasının əhatə dairəsinin və coğrafiyasının genişlənməsilə Azərbaycanda da yayılması və bununla bağlı təxirəsalınmaz ardıcıl işlərin aparılması və onun əksər dünya dövlətlərilə müqayisədə müsbət nəticələri göz önündədir.

Bir sözlə, cənab Prezident İlham Əliyev və ölkəmizin Birincı vitse-prezidenti Mehriban Əliyeva Azərbaycanı xoş gələcəyə inamla aparırlar!
Naxçıvana uçuşlar bu tarixdən başlayırOperativ Qərargahın zamanında verdiyi qərar əsasında uçuşların bərpası qərarlaşdırılb.

Avrasiya.net xəbər verir ki, bunu Azərbaycan Hava Yolları QSC-nin vitse-prezidenti Eldar Hacıyev Operativ Qərargahın bugünkü brifinqində deyib.

"İlk uçuş 15 iyun 00:00-da Bakı-Naxçıvan istiqamətində baş tutacaq. 106 yer ayrılsa da, 100 yer satışa çıxarılacaq. Əgər uçuş zamanı hansısa sərnişində virus aşkarlanarsa, təyyarənin arxa sırasında əyləşdirilib, respirator maska ilə təmin olunacaq", - o bildirib.

E.Hacıyev əlavə edib ki, sərnişinlərin hava limanında və səyahət zamanı davranış qaydalarının əyani nümayişi üçün hava yolları tərəfindən tərəfindən videoçarx hazırlanıb.
Teymur əmi VƏFAT ETDİAzərbaycan mədəniyyətinə ağır itki üz verib.

Avrasiya.net xəbər verir ki, Xalq artisti, Prezident təqaüdçüsü Teymur Ağaxan oğlu Mustafayev iyunun 11-də, ömrünün 82-ci ilində dünyasını dəyişib.

Mədəniyyət Nazirliyi xəbəri təsdiqləyib.

Qeyd edək ki, Teymur Mustafayev 1939-cu il aprelin 10-da Cəlilabadda anadan olub. O, əmək fəaliyyətinə 1959-cu ildə başlayıb. 60 il ərzində Azərbaycan Dövlət Filarmoniyasında, “Azkonsert” Birliyində, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində müğənni kimi öz sənəti ilə xalqa xidmət edib. Tanınmış sənətkarlarımızın ifaçılıq ənənələrini ləyaqətlə qoruyub yaşadan Teymur Mustafayev eyni zamanda, özünəməxsus ifa üslubu ilə milli musiqi sənətimizi daha da inkişaf etdirib.

Görkəmli sənətkar 1982-ci ildə milli mədəniyyətimizin inkişafında uğurlarına görə Əməkdar artist, 2005-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb. O, Prezident təqaüdçüsü idi.

Allah rəhmət eləsin!
Ölkəmizdə daha 352 nəfər koronaya yoluxdu: 6 nəfər öldüAzərbaycanda koronavirus infeksiyasına 352 yeni yoluxma faktı qeydə alınıb, 210 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Avrasiya.net xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

COVİD-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə ümumilikdə 8 882 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 4 930 nəfər müalicə olunaraq sağalıb, 108 nəfər vəfat edib
Bu gəliş Azərbaycanın yeni erasının başlanğıcı olduRəşad Rəhmanov
YAP Siyəzən Rayon təşkilatının sədr müavini

Tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 1993-cü ilin 15 iyun günü onu qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox əzizdir. Vətənini, xalqını sevən həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun qurtuluş tarixi, Azərbaycanda ölüm-dirim mübarizəsinin tarixidir.

Bu tarixi yaradan Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daimi xalqına arxalanan və xalqa arxa olan bir insandır - Heydər Əliyev.

“Heydər Əliyev bəşər tarixində özünə məxsus dəst-xətti, idarəçilik üslubu və yaradıcılıq əzmi olan böyük şəxsiyyətlərdən biri olmaqla yanaşı, konkret bir şəraitdə, konkret bir dövlətin formalaşmasına bilavasitə rəhbərlik etmiş, onun həm ideya müəllifliyi, həm memarı, həm də qurucusu olmuşdur. Müasir Azərbaycan dövlətçiliyi müstəsna olaraq Heydər Əliyevin adı ilə bağlıdır.”

Ölkəmizi məhv olmaqdan xilas edən, Azərbaycanın beynalxalq aləmdə imicini möhkəmləndirən və layiq olduğu yeri tutmağına səbəb olan müdrik dövlət xadimi Heydər Əliyevin 1993-cü il iyunun 15-də Naxçıvandan Bakıya gəlməsi özü bir tarixi hadisə idi. Bu gəliş Azərbaycanın yeni erasının başlanğıcı oldu.

Tədqiqatçılar, tarixçilər, politoloqlar çox haqlı olaraq yazırlar ki, Heydər Əliyev sevilən müstəqil Azərbaycan rəhbərliyinə yeni söz, yeni fikir, yeni proqramlar gəldi. Ümumimilli liderin böhran içində yaşayan doğma xalqında bu bəladan xilas etmək üçün işləri çox idi. Ən vacibi isə Azərbaycanın müstəqilliyinin, suverenliyinin dönməzliyini təmin etmək, Azərbaycanı güclü, qüdrətli, dünya siyasətinə təsir edə bilən sülhsevər dövlətlər sırasına çıxarmaq. Öz fəaliyyətinə prinsipiallıq, ardıcıllıq, obyektivlik, ədalətlilik, halallıq, dözümlülük, qanunun aliliyi və mənəvi saflığa qorumaq kimi məziyyətlərlə baş ulu öndərimiz xalqın dövlətə, dövlət başçısına inamını qaytararaq əhali arasında baş verən mənəvi aşınmanın qarşısını aldı, onu törədən səbəbləri aradan qaldırdı.

Gəncədə 1993-cü ilin iyun qiyami vəziyyəti daha da ağırlaşırdı. Burada hökümətə tabe olmayan bir qrup zabit ”hərbi birlik” yaratmışdır. Surət Hüseynovun rəhbərlik etdiyi 709 saylı hərbi hissə dövlətə tabe olmur, iqtidar isə müxalifətin öhdəsindən gələ bilmirdi. Xəyanətin, satqınlığın baş alıb getdiyi ölkədə xalq xilas yolunu Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışında görürdü. Ölkənin qabaqcıl adamları, ziyalılar, sadə əməkçilər böyük böyük fəlakətin yaxınlaşdığını hiss edirdilər. Bununla yanaşı xalqın sağlam qüvvələrinə arxalanan qurtuluş hərəkatı meydana gəlir və sürətlə genişlənirdi.

Bu hərakət zamanın böyük siyasətçisi Heydər Əliyevin ətrafında toplaşırdı. Başlanmış olan bu təhlükəli proseslərin qarşısını ala bilmədiyi dərk edən iqtidar son anda kömək üçün Heydər Əliyeva müraciət etdi. Xalqının və hakim dairələrin təkidi ilə dəvəti qəbul edən vətənpərvər, Azərbaycanın görkəmli oğlu Heydər Əliyev iyunun 9-u Bakiya gəldi. Xilaskarlıq hissiyasını üzərinə alan bu nəhəng şəxsiyyət həyatını təhlükə altına olaraq Gəncəyə getdi. Hadisələrin daha faciəli nəticələrə gətirib çıxarmaması üçün əlindən gələni etdi. Heydər Əliyevin səfəri vətəndaş qarşıdurmasının qarşısını aldı. Bu gün tariximizə “Milli Qurtuluş Günü” kimi daxil oldu. Xalqın tələbi ilə Milli Məclis 1997-ci ilin iyununda bu günü bayram elan etdi.

Heydər Əliyev kəskin ziddiyyətlərin mövcud olduğu bir şəraitdə, dövlətimizin qorunub saxlanılması üçün xalqımız və tariximiz qarşısında böyük xidmət göstərdi. Dövlətimizin qorunub saxlanılması isə azadlığımızın, müstəqilliyimizin qorunub saxlanılması deməkdir, qurtuluş deməkdir.

Azərbaycan dövlətçiliyi ona qarşı yönəlmiş qəsdlərdən uğurla çıxdı. Ümummilli liderin qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi, inanımızı özümüzə qaytardı, sabitlik-əmin-amanlıq yaratdı. Heydər Əliyev öz gücünə, təcrübəsinə güvənən dahi siyasətçi kimi dəfələrlə söylədiyi məşhur kəlamına sadiq qaldığını sübut etdi ki, ”Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir.”

Ümummilli liderimiz Heydər Əliyevin həyatı və fəaliyyəti doğma xalqına sədaqətlə xidmət etmək, onun yolunda hər cür fədakarlığa hazır olmaq timsalına çevrilmişdir.
1993-cü ilin iyun ayında ümummilli lider Heydər Əliyevin xalqın tələb və təkidi ilə siyasi hakimiyyətə gəlişində sonra daxili münaqişələr, müstəqilliyimizi təhlükə altına alan seperat meyllər aradan qaldırıldı, irimiqyaslı dövlət quruculuğu prosesinə başlanıldı.

Heydər Əliyev Milli Məclisin 15 iyun 1993-cü il tarixli iclasında Azərbaycan parlamentinə sədr seçilərkən xalq qarşısında bəyan etdi.

“Azərbaycan xalqının tarixi nailliyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyin, inkisaf etdirməyi özüm üçün ən əsas vəzifələrdən biri hesab edirəm. Heç kəsin şübhəsi olmasın ki, ömrünün bundan sonrakı hissəsini harada olursa olsun,yalniz və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkisaf etdirməsinə həsr edəcəyəm.”

Bu gün ulu öndərin miras qoyduğu Müstəqil Azərbaycan beynalxalq birliyin dəyərli üzvünə çevrilmiş, Qafqaz bölgəsində sabitləşdirici rol oynayan, demokratik inkişaf yolu ilə qətiyyətlə irəliləyən, Avropa ilə Asiyanı daha sıx bağlayan nəhəng iqtisadi layihələrin müəllifi kimi çox böyük nüfuz,etibar qazanmışdır.