“Polis zibil atanlardan üzr istəməyib” - Ehsan Zahidov“Sosial şəbəkələrdə yazılanlardan belə başa düşülür ki, guya polis zibil atanların hamısından üzr istəyib. Amma bu, kökündən yanlış qənaətdir”.

Bunu Modern.az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazilriyinin (DİN) Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov deyib.

O bildirib ki, yalnız polis əməkdaşı tərəfindən “dövşansınız” deyilən qadından həmin ifadəyə görə üzr istənilib və o ifadəni işlədən əməkdaş da Daxili İşlər nazirinin əmri ilə daxili işlər orqanlarında xidmətdən xaric edilib:

“Başqa heç kimdən üzr istənilməyib. Çünki orada karantin rejiminə nəzarəti həyata keçirən polis sırf qanuni tədbirini görüb və qanundan kənara çıxma halları olmayıb. Barəsində tədbir görülən vətəndaşlar da karantin rejimini pozduqlarına və polisə müqavimət göstərdiklərinə görə haqlı olaraq cəzalanıblar”, – E.Zahidov bildirib.

Xatırladaq ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumata əsasən, iyunun 7-də sərtləşdirilmiş xüsusi karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşları Yasamal rayonu ərazisindəki yaşayış binalarından birinin həyətində karantin rejimi qaydalarını pozan şəxsi saxlayarkən həmin binada yaşayan bir qrup sakin mənzillərinin eyvan və pəncərələrindən polis əməkdaşlarının üzərinə müxtəlif əşyalar ataraq onların ünvanına təhqiredici ifadələr səsləndiriblər.

“Buna baxmayaraq, polis əməkdaşları karantin rejimini pozan həmin şəxs barəsində inzibati tədbir görüb. Aparılan araşdırmalarla asayiş keşikçilərinin üstünə müxtəlif əşyalar atan 11 nəfərin də şəxsiyyəti müəyyən edilib və onlar saxlanılaraq müvafiq araşdırmalar aparılması üçün ərazi polis orqanına aparılıblar”, - məlumatda bildirilib.

Saxlanılan şəxslərin barəsində məhkəmə tərəfindən inzibati həbs cəzası verilib.
Bakıda sürücü avtomobili aşırdı, ölən var  Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Avraisya.net xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu, Nobel prospekti qeydə alınıb.

Bakı şəhər sakini, 2000-ci il təvəllüdlü Tofiq Mütəllimov İdarə etdiyi BMW markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək aşırıb.

Hadisə nəticəsində özü və sərnişini, 2004-cü il təvəllüdlü Mirişli Qəhrəman Tərlan oğlu ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib, sürücü xəstəxanada ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (yol istismar qaydalarını pozma, zərərçəkənin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Müxalifətçi özünü damdan atmaq istədiBakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) “Nida” vətəndaş hərəkatının üzvü Qiyas İbrahimovla bağlı açıqlama yayıb.

BŞBPİ Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev virtualaz.org-a bildirib ki, o, iyunun 9-da, saat 17 radələrində yaşadığı evin damına çıxaraq, ictimai diqqəti üzərinə yönəltməklə qanunsuz çağırışlar edib. Polis əməkdaşlarının ona yaxınlaşacağı təqdirdə intihar edəcəyini bildirib.

İntihara meyilli olan şəxs polis əməkdaşlarının təxirəsalınmaz səyi və operativliyi nəticəsində xilas olunaraq, ərazi üzrə polis bölməsinə gətirilib.

“Hazırda Qiyas İbrahimov barəsində araşdırmalar aparılır. Əmələ hüquqi qiymət verilməsi üçün onun barəsində toplanmış materiallar rayon məhkəməsinə göndəriləcək”,-deyə BŞBPİ-nin nümayəndəsi vurğulayıb.
Bakıda maska taxmayan sakin: "Ölmək istəyirəm" - VİDEOKoronavirus infeksiyasının hər gün həm dünya ölkələrində, həm ölkəmizdə can aldığı bir vaxtda bir çox insanlar tibbi maskadan istifadə etmirlər. Hətta məcburi olmasına baxmayaraq, bu qaydalara məhəl qoymayan vətəndaşlar keçirilən reyd zamanı cərimə olunublar.

Dəfələrlə xəbərdarlıq edilir və barələrində inzibati cəza tədbiri görülür. Ancaq nə fayda, hələ də müxtəlif bəhanələr gətirərək tibbi maskadan istifadə etməyən, koronavirus təhlükəsini heçə sayanlar var.

Bakı şəhər Baş Polis və Xətai rayon Polis İdarələrinin əməkdaşları rayon ərazisində reyd keçiriblər. Metronun Əhmədli stansiyasının ətrafında baş tutan reyd zamanı yenə də tibbi maskadan istifadə etməyərək qaydaları pozan xeyli vətəndaş aşkar edilib.

Avtobus dayanacağında tibbi maskadan istifadə etməyən bu vətəndaş isə etdiyi əmələ haqq qazandırmaqla yanaşı, çəkiliş qrupumuza da hücum edir.

Ticarət obyektlərində işləyən bəzi satıcılar da müştərilərlə ünsiyət zamanı tibbi maskadan istifadə etmirlər.

İnsanlar tibbi maskadan istifadə etməmələrini müxtəlif səbəblərlə əlaqələndirirlər.

İnfeksiyanın daha geniş yayıla biləcəyi yerlərdən biri də ictimai nəqliyyatdır. Nazirlər Kabinetinin qərarına əsasən ictimai nəqliyyatda da tibbi maskalardan istifadə etmək məcburidir. Lakin avtobuslarda bəzi sərnişinlər tibbi maskadan istifadə etsələr də, onların arasında bu qaydaya əməl etməyənlər də var.

Banklar qarşısında növbə gözləyən əksər vətəndaşların da həm tibbi maskadan istifadə etmədiyi, həm də ara məsafə saxlamadığı məlum oldu.

Qaydaları pozan şəxslər 50 manat miqdarında cərimə olundular.
Polis Kərim Süleymanlının döyülməsini TƏKZİB ETDİİyunun 7-də Yasamal rayonunda gücləndirilmiş karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşlarının üzərilərinə məişət əşyaları atanlardan, təhqiramiz ifadələr işlədənlərdən biri Kərim Süleymanlının polis bölməsində təzyiqə məruz qalması ilə bağlı iddiaları araşdırılıb.

Bakı şəhər BPİ Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, iddialar həqiqəti əks etdirmir:

“O, sifətindəki xırda xəsarətləri polis bölməsində yox, saxlanılarkən polis əməkdaşlarının qanunu tələblərinə zidd olaraq tabesizlik göstərərkən alıb. İddialar üzrə hər bir xüsusat tərəfimizdən yoxlanılıb, onun polis əməkdaşları tərəfindən döyülməsi faktı təsdiqini tapmayıb. İddiaları qəti şəkildə təkzib edirik”.modern.az
Vahid Əhmədovun adına saxta profil açıldı - Deputat DİN-ə şikayət etdiDeputat Vahid Əhmədovun adına “Facebook” profili açılıb. Profildə Yasamalda karantin qaydalarının pozulmasına diqqət çəkilərək, vətəndaşı təhqir edən polis tərbiyəsiz adlandırılıb:

“Bir polis əməkdaşının Azərbaycan qadınına “siz hamınız dovşansınız” deməsi böyük tərbiyəsizlik və əxlaqsızlıqdır. Düzü videogörüntülərə axıra kimi baxa bilmədim. Çünki əsəb və stress keçirtdim. Azərbaycan polisi bunu bilməlidir ki, insanları təhqir etmək və aşağılamaq olmaz. Səhəri günü sən bu millətlə üzbəüz qala bilərsən. Bu əxlaqsızlığın arxasında kimlərinsə durduğuna heç şübhə etmirəm. Cənab prezident, sizdən artıq dərəcədə xahiş edirəm ki, bu işi öz üzərinizə götürəsiniz”.

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov sosial şəbəkədə açılan profilin saxta olduğunu deyib:

“Mən “Facebook”da nə profil açmışam, nə də belə bir status yazmışam. Həmin faktla bağlı Daxili İşlər Nazirliyinə müraciət etmişəm. Hazırda bunun kimlər tərəfindən edildiyi araşdırılır”.
Avstriya Rusiyanın casusuna hökm oxuduZalsburq məhkəməsi Rusiyanın xeyrinə casusluqda ittiham edilən Avstriya ordusunun ehtiyatda olan polkovniki Martin M.-lə bağlı qərarını verib.

Axar.az xəbər verir ki, bu məlumatı “Kronen Zaytunq” qəzeti yayıb. Məlumata görə, məhkəmə Martin M.-i üç il azadlıqdan məhrum edib. Bununla belə məhkəmə Martin M.-in 1,5 il təcridxanada olduğunu nəzərə alaraq bu zamanın ümumi cəza müddətindən çıxarılması barədə qərar qəbul edib.

Qeyd edək ki, Martin M. bundan öncə Rusiya kəşfiyyatına məxfi informasiya verməkdə ittiham olunub. Onun casus avandanlıqları vasitəsilə informasiyalar əldə etdiyi və Rusiya tərəfindən bunun qarşılığında 220 min avro aldığı vurğulanıb.
İrəvan rus kreditindən imtina etdiİrəvan Metsamor Atom Elektrik Stansiyasının fəaliyyət müddətinin uzadılmasıyla bağlı Rusiyanın verəcəyi kreditin bir hissəsindən imtina edib.

Axar.az xəbər verir ki, bunu Ermənistanın Ərazi İdarəetməsi və İnfrastrukturu naziri Suren Papikyan deyib. O bu işlərin bir qisminin büdcə vəsaitləri hesabına görüləcəyini bildirib. Papikyan tərəflərin qrafiklə bağlı razılığa gələ bilmədikləri üçün bu addımın atıldığını deyib.

Qeyd edək ki, Rusiyanın Metsamor AES-in yenilənməsi üçün verəcəyi kredit 270 milyon dollar olmalı idi. Bununla bərabər İrəvana 30 milyon dollar qrant təqdim edilməliydi.