"Məsafənin saxlanması, maskadan istifadə önəmlidir"Bunu Avrasiya.net-ə Milli Məclisin deputatı Anar Məmmədov vətəndaşlarımızın koronavirusdan qorunması qaydalarına riayət edilməsinin vacibliyi məsələsinə münasibətində bildirib.

A.Məmmədov qeyd edib ki, 2020-ci ilin əvvəlindən başlayaraq dünyada cərəyan edən və fevral ayından ölkəmizdə də yayılmağa başlayan koronavirus infeksiyasının qarşısının alınması məqsədilə dövlət və hökumət tərəfindən ilk günlərdən təxirəsalınmaz, qətiyyətli tədbirlər görülüb, karantin rejimi tətbiq olunub, bu dövr ərzində epidemiyanın Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə dövlət başçısının tapşırıqlarına uyğun olaraq bütün sahələr və istiqamətlər üzrə lazımi tədbirlər həyata keçirilib:

"Artıq aylardır ki, ayrı-ayrı dövlətlərlə təmasların minimallaşdırılması və ya ümumiyyətlə, dayandırılması, ölkə daxilində ictimai həyata və davranışa sərt məhdudiyyətlərin tətbiq edilməsi bir çox ölkələr üçün səciyyəvi hal alıb. Vətəndaşların sağlam həyat şəraitinin, təhlükəsizliyinin təmin edilməsi və hazırkı qlobal problemin təsirindən müdafiəsi Azərbaycan dövləti üçün də ən vacib və prioritet məsələdir. Ölkəmiz öz vətəndaşlarının bütün növ təhlükələrdən etibarlı müdafiəsini təşkil etmək üçün zəruri potensiala malikdir. DST - nin ekspertlərinin də qeyd etdiyi kimi, Azərbaycan hazırkı qlobal təhlükənin öz əhalisinə təsirini mümkün qədər minimuma endirmək üçün ən səmərəli tədbirlər həyata keçirən ölkələrdən biridir.
Azərbaycan hökuməti DST - nin tövsiyələrini və beynəlxalq təcrübəni nəzərə alaraq, əhalinin sağlamlığının etibarlı qorunması və virusun yayılmasının qarşısının alınması üçün həyata keçirilən tədbirlərin əhatə dairəsini daha da genişləndirir. Fevralın əvvəlindən reallaşdırılan tədbirlər infeksiyanın xaricdən idxalını məhdudlaşdırmaq və onun ölkə daxilində yayılmasının qarşısını almaq məqsədi daşıyır. Dövlət orqanlarının fəaliyyətini əlaqələndirən Operativ Qərargahın yaradılması, bəzi ölkələrlə sərhədlərin bağlanması və gediş - gəliş təmaslarının məhdudlaşdırılması, karantin rejiminin tətbiqi və digər addımlar, eyni zamanda 2 gün bundan öncə ölkədə sərt karantin rejiminin tətbiqi hazırkı dövrə kimi qarşıya qoyulan vəzifələri maksimum icra etməyə imkan verir.Bildiyimiz kimi, 2 gün idi ki, ölkəmizdə bütün hərəkət tam məhdudlaşdı. Bu gündən isə normal rejim bərpa olunub. Buna baxmayaraq vətəndaşların sosial izolyasiya qaydalarına əməl etməsi yenə də vacib amillərdən biridir".

Deputatın fikrincə, məsafənin saxlanması, maskadan istifafə, gigyenik qaydalara əməl olunması kimi qaydalar önəmlidir. Bu gündən etibarən mollara və digər mağazalara yenə insan axını olacaq. Təəssüf ki, vətəndaşlar arasında maskasız olanlar da çoxdur, ara məsafəsini gözləməyənlər də. Bütün bunlara əməl etmək ilk növbədə onların özləri, ailələri və ətrafdakıların təhlükəsizliyi üçün vacibdir:

"Bu gün hər bir vətəndaşımız cənab Prezident İlham Əliyevin 03.06.2020-ci il tarixində Tərtər rayonun Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edərkən maskadan istifadə etməsini özünə nümunə götürməli, öz şəxsi məsuliyyətini hiss etməli, sosial izolyasiya tədbirlərinə və Operativ Qərargahın digər tələb və tövsiyələrinə riayət etməlidir. Çünki tətbiq olunan qaydalar təkcə dövlət orqanlarının deyil, ümumilikdə bütün cəmiyyətin, fərdi qaydada hər bir vətəndaşın üzərinə böyük məsuliyyət qoyur".
Azərbaycanlı sabiq deputat DTX-yə çağırıldı - FOTOGürcüstan parlamentinin keçmiş deputatı, “Qeyrət” qeyri-hökumət təşkilatının təsisçisi Zümrüd Qurbanlı Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) çağırılıb.

Publika.az Gürcüstan mətbuatına istinadla xəbər verir ki, o, DTX-nin irqi diskriminasiya üzrə apardığı istintaq çərçivəsində sorğu-sual olunacaq.

Z.Qurbanlı bildirib ki, bəzi insanlar Kvemo Kartli bölgəsində qeyri-sabitlik yaratmağa cəhd edirlər: “Biz, Gürcüstan azərbaycanlıları kiməsə siyasi maraqlarını dövlətin maraqlarından üstün tutmağa imkan verə bilmərik”.

DTX-ya dindirilmə üçün bir neçə azərbaycanlı ictimai fəal və din xadimi də dəvət olunub.

Qeyd edək ki, DTX mayın 30-da Kvemo Kartli və Kaxeti bölgələrində azərbaycanlılara qarşı ayrı-seçkiliklə bağlı istintaqa başlayıb.

Z.Qurbanlı 2000-2004-cü illərdə Gürcüstan parlamentinin üzvü olub
Dünyanın ən bahalı futbolçularının siyahısıBeynəlxalq İdman Araşdırmalar Mərkəzi (CİES) ən bahalı futbolçularının reytinqini dərc edib.

Avrasiya.net Qol.az-a istinadən xəbər verir ki, futbolçuların qiyməti CİES-in şəxsi metodikası üzrə qiymətləndirilib. Siyahıya Fransa millisinin və PSJ-nin hücumçusu Kilian Mbappe başçılıq edib. Onun qiyməti 259,2 milyon avro göstərilib.

"Mançester Siti"dən Rahim Sterlinq (194,7 milyon avro) ikinci "Borussiya"dan (Dortmund) Ceydon Sanço (179,1 milyon) üçüncü olub.

Dünyanın ən yaxşılarından Lionel Messi ("Barselona") 100,1 milyon avro ilə 21-ci, Kriştiano Ronaldo ("Yuventus") 62,8 milyon avro ilə 70-ci olub.

CİES-in versiyasına görə, dünyanın ən bahalı 10 futbolçusu:

1. Kilian Mbappe (PSJ) – 259,2 milyon avro

2. Rahim Sterlinq ("Mançester Siti") – 194,7 milyon

3. Ceydon Sanço ("Borussiya" Dortmund) – 179,1 milyon

4. Trent Aleksander-Arnold ("Liverpul") – 171,1 milyon

5. Markus Reşford ("Mançester Yunayted") – 152,3 milyon

6. Məhəmməd Salah ("Liverpul") – 144,9 milyon

7. Sadyo Mane ("Liverpul") – 139,2 milyon

8. Antuan Qrizmann ("Barselona") – 136,4 milyon

9. Alfonso Devis ("Bavariya") – 133,5 milyon

10. Harri Keyn ("Tottenhem") – 118,7 milyon

Bakıda kürəkən qayınanasını döydüBakıda ailə məişət zəminində döyülmə hadisəsi baş verib.

Hadisə Zabrat qəsəbəsində qeydə alınıb.

Belə ki, 1972-ci il təvəllüdlü Hacıyeva Xanım Əli qızı kürəkəni tərəfindən döyülüb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. (Report)


Bakıda ağır qəza: 5 nəfər xəsarət aldıBakıda iki avtomobilin toqquşması ilə nəticələnən növbəti yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Hövsan-Türkan yolunda qeydə alınıb.

Qəza nəticəsində 2000-ci il təvəllüdlü Məmmədli Hüseyn Novruz oğlu, 1991-ci il təvəllüdlü Mayılov Cəbrayıl Fərahim oğlu, 1999-cu il təvəllüdlü Umudov Orxan Həsən oğlu, 2000-ci il təvəllüdlü Əhmədov Ruslan Elşən oğlu və 17 yaşlı Zeynallı Əkbər Əbülfəz oğlu xəsarət alıblar.

Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

H. Məmmədliyə burun əzilməsi və bədənin küt travması, C. Mayılova ayağın sınması, O. Umudova kəllə-beyin travması, baş-beyin əzilməsi, R. Əhmədova burun əzilməsi və Ə. Zeynallıya sol bazunun çıxığı, bədənin çoxsaylı sıyrıntı diaqnozları qoyulub. (Report)