1 milyon mənimsəyən şirkət rəhbəri həbs edildi - FOTOÖlkəmizdə həyata keçirilən davamlı iqtisadi inkişaf siyasətinin mühüm şərtlərindən biri kimi şəffaflığın və maliyyə intizamının təmin edilməsi, aparılan iqtisadi islahatların korrupsiyaya qarşı mübarizə tədbirləri ilə dəstəklənməsi prokurorluq orqanları tərəfindən qanunla ona həvalə edilmiş səlahiyyətləri çərçivəsində daim diqqət mərkəzində saxlanılmaqla aidiyyəti dövlət qurumları ilə əlaqəli şəkildə korrupsiya hüquqpozmaları törətmiş vəzifəli şəxslərə qarşı ardıcıl mübarizə tədbirləri davam etdirilir.

Həyata keçirilməkdə olan belə tədbirlərdən biri kimi Ağcabədi rayonunun Ağabəyli kəndində fəaliyyət göstərən “BMS AQRO” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbərliyinin qanunsuz əməlləri nəticəsində Kənd Təsərrüfatı Nazirliyinin “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə külli miqdarda ziyan vurulması barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş material araşdırılıb.

Baş Prokurorluqdan Avrasiya.net-ə verilən məlumata görə, keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində qeyd olunan MMC-nin təsisçisi və direktoru Mülhazil Balakişiyevin digər şəxslərlə qabaqcadan əlbir olaraq 5200 baş müxtəlif cins damazlıq xırda buynuzlu mal-qaranın lizinq yolu ilə alınması ilə bağlı 24 iyul 2014-cü il tarixdə “Aqrolizinq” ASC tərəfindən elan edilmiş tenderin qalibi olduqdan sonra ümumilikdə 3 milyon 692 min avro (həmin dövrün məzənnnəsi ilə 3 milyon 581 min manat) məbləğində pul vəsaitinin köçürülməsinə nail olaraq müqavilə öhdəliyi üzrə 2 milyon 583 min avro (həmin dövrün məzənnəsi ilə 2 milyon 505 min manat) dəyərində olan 3600 baş xırda buynuzlu mal-qaranın gömrük rəsmiləşdirilməsindən keçirməklə ölkəyə gətirərək qeyd olunan müqavilə üzrə ASC tərəfindən ona etibar edilmiş 1 milyon 109 min avro (həmin dövrün məzənnəsi ilə 1 milyon 76 min manat) məbləğində pul vəsaitini nağdlaşdırmaqla mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

M.Balakişiyevin əməllərində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə) maddəsinin əlamətləri oluduğundan ona həmin maddə ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam, hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
"Ona baş qoşmağa dəyməz” - Millət vəkili Milli Şuranın onlayn keçirilən iclasında Cəmil Həsənlinin bəzi müxalifət qüvvələrinin ünvanına səsləndirdiyi təhqiramiz ifadələr cavabsız qalmayıb.

Millət vəkili, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev Publika.az-a açıqlamasında Cəmil Həsənlinin dediklərinə belə reaksiya verib: “Cəmil Həsənlinin ağzı unitaz, mahiyyəti isə təyinatı üzrə istifadəyə belə yaramayan tualet kağızıdır. Ona baş qoşmağa dəyməz”

Qeyd edək ki, onlayn müzakirələr zamanı çıxış edən Milli Şuranın sədri Cəmil Həsənli hökumətlə dialoqa gedənlər müxalifətçiləri “tryapka” adlandırıb: “İndi dialoqa gedənlər elə “tryapka”ya çevrilib ki, o “tryapka” ilə heç ayaqqabı da silmək olmaz”.
Bəlkə “tryapka” biz yox, sizsiniz?! - Fuad Əliyev  Cəmil Həsənlibin cavabını verdiAzərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev
Milli Şura adlanan qurum və orada baş verənlər, sədri Cəmil Həsənlinin müxalifət nümayəndələrini “tryapka” adlandırmasına sosial səhifəsində münasibət yazıb.

Avrasiya.net ALDP sədrinin statusunu təqdim edir:

- Təxminən 1984-cü ildən məhşur “Queen” qrupun fanatı olmuşam. Plastinka, kampakt disk alıb yığırdım. “Queen” grupun ifadə etdiyi bütün mahnılar mənim xoşuma gəlir, amma bir mahnı var, o, mahnı mənimlə bərabər milliyonların xoşuna gəlir. “Show must go on” – “Şou davam etməlidir” mahnısı. Niyə bu mahnı indi yadıma düşdü? Milli Şura hələ yaranmamışdan 4 ay öncə, belə bir təşkilatın təsis olunmasını və Rüstəm İbrahimbəyovun ona rəhbərlik edəcəyini ABŞ Dövlət Departamentində keçirilən görüşdə və bu təşkilatın yaradılmasında Rusiyanın rolunun olduğunu biləndən sonra, bu təşkilata üzv olmaqdan imtina etdim.

Daha sonra baş verən hadisələr bizim addımımızın düzgün olduğunu göstərdi. 2013-cü ildəki prezident seçkisində Rüstəm İbrahimbəyovun seçki şousı fiaskoya uğradıqdan sonra bir neçə təşkilat Şuranı tərk etdi. Rüstəm İbrahimbəyov indi də Suranın Fəxri sədr kimi bu şou göstərməyə davam edir. Çox təəssüf ki, Şurada tanıdığım və hörmət etdiyim dostlarımız hələ də oranı tərk etməyiblər. Və haradasa mənim Şura haqqında, özləri bilmədən, deyəcəyim fikirlərin qarşısını alırdılar. Hörmətli Cəmil Həsənlini tanıdığıma görə, dediyi bəzi fikirlərinə münasibət bildirmirdim. Amma Şuranın məlum on-line iclasının silsilə şousunun axırıncı seriyasında işlətdiyi ifadələr məni münasibət bildirməyə məcbur etdi. Belə ki, məlum iclasda səslənən siyasi etikadan və əxlaq normalarından uzaq fikirlər bir daha Milli Şurada bəzilərin hələ də 90-ci illərdəki düşüncədə qaldıqlarını göstərdi.

Milli Şuranın online iclaslarda qurumun rəhbərliyinin küçə söyüşləri ilə danışması onların bu gün də eyni mövqedə, düşüncədə olduqlarını göstərdi. Siz iclaslarda siyasi, sosial və iqtisadi məsələləri müzakirə etmək əvəzinə, başa düşdüyiniz sözlə desəm, qeybətlə məşqulsuz. Başqaları təhqir edirsiz. Heç nəyə nail olmayan biri professoru təhqir edir. Başqası isə Universitetdə dərs dediyi bir zaman var idi, tələbələrdən qiymət yazmaq üçün rüşvət alırdı.

Biri isə “bakılı-rayonlu” söhbəti edir.... qadın olduğuna görə şəxsən mən keçirəm...

Bilirsiz, insan bir otağda tək olanda nə edirsə ona öyrəşir. Və vaxt geçdikcə o hərəkətləri cəmiyyətin içində olanda təkrar edir. Onun hərəkətləri vərdişi olur. Yəni ki, siz tək olanda olduğunuz otağda yerə tüpürürsüzsə, burnunuzu eşəliyirsizsə (çalışıram siz başa düşdüyünüz sözləri işlədim), bərkdən öskürəndə, asqıranda və (sizdən fərqli olaraq etikadan kənar çıxmıram) ya ... , bu hərəkətlər artıq vərdləşir. Və cəmiyyətdə olarkən siz bunları edirsiz, çünki bu sizin üçün artıq normaya çevrilib.

Hörmətli Cəmil müəllim. Siz Şuradan kənar müxalifət nümayəndələrini “tryapka” adlandırdınız. Görəsən hardan bilirsiz ki, hakimiyyətlə dialoqa gedənlər “tryapka” olur? Maraqlıdır. Biz sizdən fərqli olaraq bunu gizlətməmişik, bir görüşə dəvət alıb, getmişik. Bəlkə “tryapka” biz yox, sizsiniz?!

Bunları yazanda başqa bir maraqlı serial yadıma düşdü. “Maski şou” serialı. Təəssüf ki o, böyük bir adı daşıyan Şura, xalqın ümidini elə yaranan gündən puç etdi, axırda “Maski şou” oldu....
Ermənistanda virusdan ölənlərin sayı isə 217-yə yüksəlibErmənistanda ötən sutka daha 350 nəfərdə koronavirus (COVID-19) aşkarlanıb, 6 nəfər virusdan ölüb.

Avrasiya.net xəbər verir ki, bununla da ölkədə infeksiyaya yoluxanların ümumi sayı 13675-ə, ölənlərin sayı isə 217-yə yüksəlib.

Qeyd edək ki, Ermənistanda koronavirusa görə tətbiq edilən fövqəladə vəziyyət rejimi davam edir.
Həcc ziyarəti ilə bağlı YENİ QƏRAR: Bu il belə keçiriləcəkSəudiyyə Ərəbistanı Həcc ziyarəti ilə bağlı qərar verib.

Publika.az xəbər verir ki, ölkədə yoluxanların 105 mini keçməsi və dünya miqyasında pandemiyanın davam etməsi səbəbilə bu il Həcc ziyarətləri iyul ayında məhdud zəvvar sayı ilə simvolik səviyyədə saxlanacaq.

“Röyters”ə danışan bir səudiyyəli rəsmi COVİD-19 səbəbilə əlavə səhiyyə nəzarəti sistemi qurulacağını, ikinci dəfə Həcc ziyarətinə gəlmək istəyənlərin ölkəyə buraxılmayacağını bildirib.

“Yevronyus”un xəbərinə görə, bu il Həcc ziyarətinin ləğvi Səudiyyə Ərəbistanı hökumətinin gündəmindədir.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı hər il Həcc turizmindən 12 milyard dollar gəlir əldə edir.

Qadına və ərinə “dovşan” deyən polis üzr istədi və işdən çıxarıldıİyunun 7-də Yasamal rayonunda gücləndirilmiş karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşlarının üzərilərinə məişət əşyaları atanlar saxlanılarkən çəkilmiş videogörüntülər araşdırılıb və bu zaman əməkdaşlardan birinin bir qadınla yüksək səs tonunda danışaraq onun həyat yoldaşının ünvanına yersiz ifadələr işlətməsi müəyyən edilib ki, bu da bağışlanmaz hal kimi qiymətləndirilib.

DİN-dən Avrasiya.net-ə verilən məlumatda qeyd olunub ki, həmin qadın Bakı Şəhər Baş Polis İdarəsinə dəvət edilib və ondan üzr istənilib:

"Bundan sonra DİN rəhbərliyi tərəfindən həmin əməkdaşın tutduğu vəzifədən azad edilməsi və barəsində xidməti yoxlama aparılması haqqında qərar qəbul edilib".

Qeyd edək ki, Yasamal rayonunda polislərin üzərinə müxtəlif əşyalar ataraq onların ünvanına təhqiredici ifadələr səsləndirmələri faktı ilə bağlı hadisəni törətməkdə şübhəli bilinən şəxslərin iyunun 8-də saxlanılması zamanı polis əməkdaşlarından biri yaşayış binasının qadın sakinini və ərini "dovşan" deməklə təhqir edib.

Əməliyyat zamanı asayiş keşikçilərinin üstünə müxtəlif əşyalar atan 11 nəfər saxlanılıb.
Polisə zibil atanlarla bağlı HƏBS QƏRARI verildiYasamal rayonunda polislərin üzərinə zibil atmaqda şübhəli bilinərək saxlanılan şəxslər barədə məhkəmə qərarı verilib.

Avrasiya.net xəbər verir ki, saxlanılan 11 nəfərin hər biri inzibati məsuliyyətə cəlb olunub. Onlar İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə təqsirləndirilib.

Yasamal rayon məhkəməsinin qərarı ilə onlar barəsində 10, 15 və 30 sutka müddətinə inzibati həbs cəzası seçilib.
"Məsuliyyətsizlik təhlükələrə yol açır"Karantin rejiminin yumşaldılması vətəndaşlarımızda arxayınlıq hissi yaratdığından virusa yoluxma, ölüm sayının artmasına səbəb olub. Xüsusən də, virusdan qorunmaq məqsədilə müəyyən qadağa, qayda və tövsiyələrə belə əməl olunmur. Bunlardan ən önəmliləri tibbi maskadan istifadə, sosial məsafənin saxlanması və gigiyenik normalara riayət olunmasıdır ki, bunlara əhəmiyyət belə verilmir.

Kardioloa Qalib Şəfahət "Xalq Cəbhəsi"nə açıqlamasında bildirib ki, dayanacaqlarda, bazarlarda, metro stansiyalarının ətrafında insan sıxlığı olduğu halda sosial məsafəyə riayət edən azdır. Ölkədə qapalı yerlərdə maska taxmaq məcburi olsa da, hələ də bundan istifadə etməyənlərə rast gəlinir: "Məsuliyyətsizlik təhlükələrə yol açır. Vətəndaşlarımız bunu bilməli və qaydalara riayət etməlidirlər. Hökumətimizin bütün tədbirləri bizim sağlamlığımız üçündür, bizdən yalnız qadağa və tövsiyələrə əməl etməyimiz tələb olunur. Buna da biganəlik nümayiş etdiririk".

Onu da qeyd edək ki, Dünya Səhiyyə Təşkilatı maska istifadəsi ilə bağlı yeni təlimatları açıqlayıb. Təlimatlara görə infeksiyanın yoluxma təhlükəsi yüksək olan bütün ictimai yerlərdə maskaların istifadəsi zəruridir. Təşkiların maska istifadəsinin əhəmiyyəti ilə bağlı yeni tövsiyələri akademik çalışmalarla sübut edilib. Bununla belə bəzi insanların maskadan istifadə etməməsi, qaydalara laqeydliyi ictimai qınağa da səbəb olur.

Azərbaycanda sərt karantin rejimi bitsə də koronovirus təhlükəsi qalır. Bu səbəbdən qoruyucu vasitələrdən istifadə və sosial məsafəyə riayət olunması hələ də aktualdır.

Kardioloq vətəndaşlarımıza öz tövsiyələrini də verib: "Əgər sağlamsınızsa, sadəcə koronavirusa yoluxma şübhəsi olan insanın qayğısına qalarkən maskadan istifadə etməlisiniz, öskürür və ya asqırırsınızsa, maska taxın.

3. Maska taxmaq yalnızca əllərinizi spirt əsaslı məhlulla təmizləyir və ya sabun və su ilə yuyursunuzsa, effektivdir.
Maska taxmazdan öncə əllərinizi spirt əsaslı məhlulla təmizləyin və ya sabun və su ilə yuyun. Ağız və burnunuzu maska ilə bağlayın, üzünüzlə maska arasında boşluq olmadığından əmin olun. Maskadan istifadə edərkən ona toxunmayın, əgər toxunacaqsınızsa, əllərinizi spirt əsaslı məhlulla təmizləyin və ya sabun və su ilə yuyun. Maskanız nəm olarsa, onu yenisi ilə əvəzləyin, birdəfəlik maskaları yenidən istifadə etməyin. Sosial məsafə saxlayın, əllə görüşmək və qucaqlaşmaqdan çəkinin, ictimai nəqliyyatda, əhalinin sıx olduğu yerlərdə tibbi maskadan istifadə və sosial məsəfanin saxlanması mütləqdir".
Ermənilərin həyasızlığı o səviyyəyə çatıb ki...Məlumdur ki, 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal edilmiş əraziləri ilə bağlı qəbul etdiyi 4 qətnamədə torpaqlarımızın işğaldan azad edilməsinin vacibliyi ilə bağlı Avropa strukturlarının, İslam Əməkdaşlıq Təşkilatının, Qoşulmama Hərəkatının qətnamələri və qəbul etdikləri sənədlər var.

Bunu Avrasiya.net-ə Milli Məclisin deputatı Məzahir Əfəndiyev bildirib.

Onun sözlərinə görə, amma çox təəssüf ki, Ermənistan tərəfindən indiyə qədər bu qətnamələrdə, sənədlərdə əksini tapan tələblər yerinə yetirilməyib, hələ də torpaqlarımız işğal altındadır. Ermənilərin həyasızlığı o səviyyəyə çatıb ki, bu yaxınlarda Dağlıq Qarabağda qondarma “seçkilər” keçirdilər və özlərinə qondarma bir “prezident” təyin etdilər. Hətta qondarma bir inaqurasiya şousu da təşkil etdilər. Beynəlxalq təşkilatların tam əksəriyyəti bu “seçki şousu”nu qınadılar, qondarma “seçkilər”i qəbul etmədilər:

"Çünki nə daxili, nə də beynəlxalq hüquq baxımından bu seçkilərin heç bir əhəmiyyəti yoxdur. Amma Avropa Şurası həmişə olduğu kimi bu məsələdə də susqun qaldı. Ümumiyyətlə, Avropa Şurası həmişə Azərbaycana münasibətdə ikili standartlardan çıxış edib və bu gün də bu siyasət davam edir. Azərbaycan da, Ermənistan da Avropa Şurasının, Avropa Şurası Parlament Assambleyasının üzvüdür. Necə ola bilər ki, Avropa Şurasının üzvü olan Ermənistan bu qurumun üzvü olan digər ölkənin – Azərbaycanın ərazilərini işğal edir, amma Avropa Şurası buna münasibət bildirmir?"

Deputat qeyd edib ki, Ermənistanda bu vaxta qədər keçirilən bütün seçkilərin qanunsuz olduğunu bəyan edən Nikol Paşinyanın fikirlərinin əksinə olaraq Avropa Şurası Ermənistanda Robert Köçəryan və Serj Sərkisyanın prezident seçildiyi seçkiləri, eyni zamanda o dövrdəki parlament seçkilərini legitim saymışdı. Özünə hörmət edən təşkilat hər halda bu bəyanata münasibət bildirməli idi, bildirmədi. Ona görə də Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Avropa Şurasının Azərbaycanla bağlı qəbul etdiyi sənədlərin bizim üçün heç bir əhəmiyyəti yoxdur, kağız parçasından başqa bir şey deyil. Yeri gəlmişkən, onlar qəbul etdikləri sənədlərin icrası ilə də maraqlanmırlar:

"Bununla yanaşı, Avropa İnsan Hüquqları Məhkəməsi "Çıraqov və başqaları Ermənistana qarşı" işi ilə bağlı qərar qəbul edib. Ancaq bu məhkəmənin qərarı icra edilməyib və Avropa Şurası bununla bağlı münasibətini də ortaya qoymayıb. O cümlədən Avropa Şurası Parlament Assambleyasında 2005-ci ildə "ATƏT-in Minsk Qrupunun məşğul olduğu Dağlıq Qarabağ bölgəsi üzərində münaqişə" adlı 1416 (2005) saylı qətnamə qəbul edilib. Bu sənəddən irəli gələrək, yaradılmış Dağlıq Qarabağ münaqişəsi üzrə alt-komitə Ermənistan nümayəndə heyətinin qeyri-konstruktiv yanaşması ilə fəaliyyətini dayandırmışdır.

Bu xüsusda, AŞPA tərəfindən qeyd edilən qətnamənin icrası istiqamətində qətiyyətin və Ermənistanın sərgilədiyi bu mövqeyə görə sərt qınanmasının şahidi olmamışıq. Azərbaycanda məişət zəminində baş vermiş ürək getməsinə belə reaksiya verən AŞPA nəyə görə öz qərarına Ermənistan tərəfindən məhəl qoyulmamasına reaksiya vermir? Sadəcə, Avropa Şurasının Azərbaycan və Ermənistan arasında bir balans yaratmaq, özünü “heç kim inciməsin” prinsipi ilə aparması doğru deyil. Avropa Şurasından bu günə qədər “Ermənistan işğalçıdır” sözünü eşitmədik. Bütün beynəlxalq təşkilatlar, o cümlədən Avropa Şurası çox yaxşı bilir ki, Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edib, lakin İşğalçı dövlətə qarşı heç bir sanksiya tətbiq edilməyib".

M.Əfəndiyev onu da bildirib ki, AŞPA-nın qərəzli, ədalətsiz və beynəlxalq hüququ nəzərə almadan qarayaxma kampaniyası Azərbaycanı siyasi iradəsindən, doğru və qanuni bildiyi yoldan heç vaxt uzaqlaşdıra bilməz və bütün bunlara baxmayaraq, Azərbaycan bundan sonra öz uğurlu inkişaf yolu ilə daha inamla irəliləyəcəkdir.
Ərdoğandan müharibə mesajı: Afina həddini bilməsə...Yunanıstan həddini bilməsə, Türkiyənin nə edəcəyi bəllidir.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yunan nazirin təhdidlərinə cavab olaraq deyib.

“Yunanıstan dinc dayanmır, Türkiyəyə söz atır. Türkiyəyə bu cür atmaca atılarmı? Bir az sözlərinə diqqət et! Həddini bilməsən, Türkiyənin nə edəcəyi bəllidir. Cənubi Kiprdə iki məscidimizlə bağlı provokasiyaya cəhd edib, yandırmağa çalışdılar! Bir tərəfdə yunan bayrağı, digər tərəfdə əski asırlar. Etdikləriniz qarşılıqsız qalacaqmı?!" - deyə Ərdoğan bildirib.

Qeyd edək ki, Yunanıstanın Müdafiə naziri Nikos Panagiotopoulos açıqlamasında ölkənin maraqları naminə lazım gələrsə Türkiyə ilə müharibəyə hazır olduqlarını söyləmişdi.