Bəhram Bağırzadə koronavirusa yoluxduAzərbaycanlı aktyor, əməkdar artist Bəhram Bağırzadə koronavirusa yoluxub.

Avrasiya.net Baku.vs-ə istinadla xəbər verir ki, əməkdar artist xəstəxanaya yerləşdirilib. Ondan götürülmüş koronavirus testinin nəticəsi pozitiv çıxıb.

Hazırda temperaturu bir qədər yüksək olsa da Bəhram Bağırzadənin vəziyyəti stabildir.
"AŞPA-nı fakt qarşısında qoyub ifşa etməliyik” – DeputatAvrasiya.net Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin müsahibəsini təqdim edir:

-Qüdrət bəy, iyun ayının birinci ongünlüyü başa çatmayıb, amma quraqlıq səbəbindən Kür çayında suyun səviyyəsinin kəskin aşağı düşməsi rayonlarda ciddi su qıtlığı yaradıb.
Artıq bəzi yaşayış məskənlərində insanların və mal-qaranın icməli su ilə təmin olunmasında cətinliklər var. Belə bir şəraitdə Azərbaycan hökuməti əhalini su ilə təmin etmək üçün hansı addımlar atmalıdır?


-İlk növbədə biz Sərsəng su anbarının təcili olaraq Azərbaycanın istifadəsənə qaytarılması üçün ciddi təşəbbüslər göstərməliyik. 26 yanvar 2016-cı ildə Azərbaycan Respublikası Prezidentinin ciddi dəstəyi, Elxan Süleymanovun fədəkarlığı sayəsində Azərbaycan diplomatiyası mühüm bir uğura imza atdı. Biz AŞPA-da Sərsəng su anbarının işğalı səbəbindən Azərbaycan üçün yaradılmış humanitar və ekoloji problemlərdən bəhs edən “Azərbaycanın sərhəd rayonlarının sakinləri qəsdən sudan məhrum edilib” adlı qətnamənin qəbuluna nail olduq.
Qətnamənin mətnini olduğu kimi oxucuların diqqətinə təqdim edirik:
Avropa Şirası Parlament Assambleyası
1. Parlament Assambleyası bütün üzv dövlətlərə xatırladır ki, 1966-cı il Helsinki və 2004-cü il Berlin Qaydalarına əsasən, sudan istifadə hüququ həyat və sağlamlıq üçün vacibdir və bununla, digər insan hüquqlarından istifadənin ilkin şərtini təşkil edir. Assambleya dövlətlərin öz əhalisini yetərli, təhlükəsiz və əlverişli su ehtiyatları ilə təmin etmək öhdəliyini vurğulayır.
2. Assambleya hesab edir ki, içməli sudan maneəsiz istifadə (suya maneəsiz çıxış) hər bir dövlət üçün əsas hüquq, həyat mənbəyi və strateji əhəmiyyətə malikdir və sərhədlərin mövcudluğu bu istifadəni məhdudlaşdıra bilməz. Assambleya təsdiq edir ki, qəsdən sudan məhrum etmə günahsız vətəndaşlara zərər yetirmə vasitəsi kimi istifadə edilə bilməz.
3. Assambleya bildirir ki, qəsdən süni ətraf mühit böhranı yaratmaq “ekoloji təcavüz” kimi qəbul edilməli və ekoloji fəlakət zonaları yaratmaq, həmçinin aidiyyəti əhalinin normal yaşamını çətinləşdirmək məqsədilə bir dövlətin digərinə qarşı düşmənçilik hərəkəti kimi qiymətləndirilməlidir.
4. Assambleya qınayır ki, Azərbaycanın Dağlıq Qarabağ və digər ətraf ərazilərinin Ermənistan təfərindən işğalı Azərbaycanın Aşağı Qarabağ bölgəsində yaşayan əhalisi üçün oxşar humanitar və ekoloji problemlər yaradır.
5. Assambleya xatırladır ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri 20 may 2014-cü il tarixli bəyanatında tərəflərin regionun ümumi faydası üçün bu su resurslarından birgə istifadə üzrə razılıq əldə edəcəyinə ümid edib.
6. Assambleya bildirir ki, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərindən birində yerləşən Sərsəng su anbarında 20 ildən artıq dövr ərzində mütəmadi baxım işlərinin aparılmaması bütün ətraf ərazilər üçün təhlükə yaradır. Assambleya vurğulayır ki, Sərsəng su anbarının baxımsız vəziyyətdə qalması çoxsaylı insan tələfatı və yeni humanitar böhrana səbəb ola biləcək böyük fəlakətə gətirib çıxara bilər.

7. Bu vacib humanitar problemi nəzərə alaraq, Assambleya tələb edir:

7.1. Ermənistan silahlı qüvvələrinin sözügedən regiondan dərhal çıxarılması və bununla:
7.1.1. müstəqil mühəndis və hidroloqlar tərəfindən yerində təhqiqat aparılmasının təmin edilməsi;
7.1.2 sutoplama dövründə Sərsəng su resurslarının istifadəsi və onların saxlanmasının beynəlxalq idarəçiliyi;
7.1.3. suvarma kanalları, Sərsəng və Madaqiz su anbarlarının vəziyyəti, payız və qış mövsümündə su verilməsi cədvəli və su hövzələrinin həddən artıq istismarına beynəlxalq nəzarət;
7.2. Ermənistan hakimiyyəti su resurslarından siyasi təsir və ya təzyiq vasitəsi kimi istifadə etməyi dayandırsın.

8. Assambleya bu məsələ ilə bağlı hesabatın hazırlanması prosesində Ermənistan parlament nümayəndə heyəti və hakimiyyətinin əməkdaşlıq etməməsi faktını kəskin şəkildə pisləyir. Assambleya Ermənistanın bu kimi davranışının Avropa Şurasının tamhüquqlu üzvü kimi üzərinə götürdüyü öhdəliklərinə uyğun gəlmədiyini hesab edir. Assambleya bu və parlamentarilərin səlahiyyəti dövründə yarana biləcək buna oxşar məsələlərdə atacağı addımları nəzərdən keçirir.
9. Assambleya aidiyyəti tərəfləri Sərsəng su anbarının resurslarından birgə istifadə sahəsində yaxından əməkdaşlıq etmək üçün öz səylərini artırmaga çağırır və bildirir ki, bu kimi əməkdaşlıq istənilən münaqişənin həlli üçün vacib olan etimad quruculuğu tədbirlərini yarada bilər.
AŞPA-nı çağırmalıyıq ki, qəbul etdiyi qərara hörmət edib, Ermənistana təzyiq göstərsin, məsələ ilə əlaqədar BMT Təhlükəsizlik Şurasına, üzv dövlətlərin hökumət və dövlət başçılarına müraciət etsin. Ermənistana heç olmasa ciddi sanksiyaların tətbiqinə çalışsın. Hərbi güc tətbiqi etiraf edək ki, qeyri realdır.

- Sizcə AŞPA bunu edərmi?

-Əslində, Prezident 3 iyunda Tərtərə səfəri zamanı bu təşkilatın qəbul etdiyi qərarların kağız parçası qədər də dəyəri olmadığını bildirdi. Dövlət başçısı AŞPA-nı işğalçı Ermənistana göstərdiyi münasibətə görə siyasi riyakarlıqda ittiham edir və bunda tam haqlıdır. Biz bu təşkilatın fəaliyyətində hər addımbaşı ikili standartların şahidi oluruq. AŞPA-nın Sərsəng su anbarı ilə bağlı “sifətini qorumaq üçün” qəbul etdiyi qərardan 4 il keçməsinə baxmayaraq, həmin qərarın icra olunması üçün heç bir əməli addım atmayıb. Bu Qərbdə hökm sürən islamafobiya və xristian həmrəyliyindən qaynaqlanır. Bu gün insan hüquqlarının ayaqlar altına atıldığı Qərbin aparıcı dövlətlərində baş verən, çoxsaylı insan itkisi ilə nəticələnən qanlı hadisələrə AŞPA reaksiya verirmi? Yox! Amma onlara Avropanın ucqarında Azərbaycan kimi kiçik bir müsəlman ölkəsi lazımdır ki, xoruz banlamasını da işgəncə altında çıxarılan səs kimi qiymətləndirib “ciddi” işlərlə məşğul olduqlarını göstərsinlər. Bütün bunlara baxmayaraq, biz haqlı tələblərimizlə onları fakt qarışısında qoyub ifşa etməliyik.

-Qüdrət bəy, su böhranı dərinləşərsə, Azərbaycan Sərsəng su anbarı ilə əlaqədar Ermənistana ultimatum verə bilərmi?

-Ultimatum beynəlxalq münasibətlərdə bir dövlətin digər dövlətə qarşı irəli sürdüyü tələbdir və həmin tələb müəyyən olunan müddətdə yerinə yetirilməsə o zaman hərbi güc tətbiq olunur. Mən Sizi başa düşürəm, yəni demək istəyirsiniz ki, susuzluqdan ölməkdənsə gedib vuruşub ölək. Əvvəlki müsahibələrimdə də demişəm ki, hazırkı mərhələdə müharibə etmək çox risklidir. Biz hazırda Sərsəng su anbarı ilə əlaqədar qəbul edilmiş qətnamənin icra olunması üçün diplomatik səylərimizi artırmalı, iqtisadi, hərbi və məhkəmə islahatları yolu ilə daha güclü olmağa çalışmalıyıq. Su probleminin həlli üçün hazırda edə biləcəyimiz ən vacib iş sənaye üsulu ilə suvarma sisiteminin tətbiqinə başlamaq və sudan maksimum qənaətlə istifadə etmək ola bilər.
Bakıda karantini pozan şəxs polisə hücum etdi - FotoPaytaxtın Xətai rayonunda xüsusi karantin rejimi qaydalarına zidd olaraq, mövcud preventiv tədbirlərin şərtlərini pozan şəxs polis əməkdaşlarına müqavimət göstərib.

Bakı şəhər Baş Polis İdarəsindən Axar.az-a verilən məlumata görə, iyunun 6-da Xətai RPİ əməkdaşlarına bıçaqla müqavimət göstərən 1989-cu il təvəllüdlü, əvvəllər Cinayət Məcəlləsinin 221.2.1-ci (Xuliqanlıq) maddələri ilə məhkum olunan Emin Dadaşov zərərsizləşdirilərək polis bölməsinə gətirilib.

E.Dadaşovun üzərindən 1 ədəd qatlanan tiyəli bıçaq maddi sübut kimi aşkar olunaraq götürülüb.

Faktla bağlı toplanmış materiallar əsasında Xətai RPİ-nin İstintaq şöbəsində E.Dadaşov barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Hazırda istintaq hərəkətləri davam etdirilir.
Son sutkada daha 55 nəfər koronavirusdan öldü - MoskvadaRusiyanın paytaxtı Moskvada koronavirusa yoluxanların ümumi sayı 2 919 nəfərə çatıb.

Avrasiya.net xəbər verir ki, bu barədə ölkənin Koronavirusla bağlı Vəziyyətə Nəzarət və Monitorinq üzrə Operativ Qərargahı məlumat yayıb.

Məlumata görə, ötən gün paytaxtda daha 55 nəfər COVID-19-dan ölüb.

“Son sutkada Moskvada pnevmaniya diqanozunun qoyulduğu və koronavirus testinin müsbət nəticə verdiyi 55 nəfər vəfat edib”, - deyə qərargahın xəbərində bildirilir.

Bildirilir ki, paytaxtda ümumilikdə koronavirus diaqnozunun qoyulduğu 2 919 nəfər vəfat edib.
Məşhur azərbaycanlı həkim və xanımı koronavirusa yoluxdu - FOTOUzun müddətdir ki, koronavirusla mübarizə aparan, yüzlərlə xəstəni həyata qaytaran həkim Barat Bayramovun özü də bu xəstəliyə yoluxub.

Publika.az xəbər verir ki, bu barədə B.Bayramovun yaxınları məlumat verib. Onlar bildiriblər ki, Ağciyər Xəstəlikləri İnstitunun əməkdaşı, cərrah B.Bayramovun həyat yoldaşı Aygün Bayramova da koronavirusa yoluxub.

Artıq onlar müalicə olunmaq üçün karantinə alınıb.

Son bir gündə 1 168 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edildiKoronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu ərazilərində tətbiq edilən sərtləşdirilmiş xüsusi karantin rejiminin pozulmasına görə 06.06.2020-ci il saat 00:00-dan 07.06.2020-ci il 00:00-dək olan müddət ərzində nəqliyyat vasitələri ilə hərəkətdə olan 1083 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə, respublikanın digər avtomobil yollarında isə sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyinə görə həmin Məcəllənin 211.2-ci maddəsi ilə 85 nəfər olmaqla ümumilikdə 1168 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Bu barədə Avrasiya.net-ə DİN Baş DYP İdarəsindən bildirilib.
Azərbaycanda koronavirusla bağlı SON DİNAMİKA-Bakıda yoluxma artıb Azərbaycanda koronavirusa yoluxmada son dinamika açıqlanıb.

Avrasiya.net koronavirus.info.az saytına istinadən xəbər verir ki, son məlumatlardakı rəqəmlər Bakıda yoluxma hallarının artdığını göstərir.

Belə ki, bundan əvvəlki göstəricilərdə ümumi yoluxma hallarında Bakının payı 47 faiz təşkil edirdisə, hazırda bu, 49,5 faizdir.

Sonrakı yerlərdə 13,4 faizlə Gəncə-Qazax, 10,6 faizlə Abşeron rayonu, 9,5 faizlə Aran, 7,3 faizlə Lənkəran, 1,7 faizlə Şəki-Zaqatala, 1,4 faizlə Qubaz-Xaçmaz, 1,1 faizlə Yuxarı Qarabağ, 1,4 faizlə Dağlıq Şirvan, 0,1 faizlə Naxçıvan Muxtar Respublikası qərarlaşıb.

Rəsmi məlumata görə, Azərbaycandakı koronaviruslu xəstələrin 4 faizi ölkə xaricində yoluxanlardır.

Qeyd edək ki, bugünədək Azərbaycanda 7239 nəfərdə COVİD-19 virus aşkarlanıb. Onlardan 4024 nəfəri sağalıb, 84 nəfəri vəfat edib. Hazırda xüsusi rejimli xəstəxanalarda 3131 xəstə müalicə alır. Xəstələrin 113 nəfəri reanimasiyadadır, 20 nəfəri süni tənəffüs aparatına qoşulub.
Politoloq Sumqayıt şəhər icra başçısına müraciət edibVəhdət Partiyası sədrinin müavini, politoloq Vasif Əfəndi Sumqayıt şəhər İcra hakimiyyəti başçısı Zakir Fərəcova müraciət edib.

Avrasiya.net müraciəti təqdim edir.

Respublikada COVİD 19 -la mübarizə üsulları barədə cavabdeh qurumların fəaliyyətinin effektsizliyi və bundan çıxış yollaru barədə dəfələrlə yazmışam.

Çağırışlarım diqqətdən kənar qaldığı üçün Sumqayıtla bağlı təkliflərimi vermək istəyirəm. Dünəndən şəhərimizin boş küşələrində yuyulma prosesi aparılır. Dezinfeksiyai işərini mərkəzi küçələrindən kənar yerlərdə də aparılması vacibdir və bunu etmək lazımdır. Virusun Sumqayıtda az qala həndəsi sislsilə ilə atrmağa başlamasının birinci səbəbi Gold Qayalı, Ən Ucuz marker, Səda super marketləri başda olmaqla digər iri ərzaq və ticarət obyektləridir.

Virusla mübarizə başlayanadan təkid edirəm ki, böyük ticarət obyektlərinə giriş məhdudlaşdırılmalıdır. Polsiləri küçələrə deyil, daha çox ərzaq marketlərinin içərisində və qapısının ağzında yerləşdirmək lazımdır. Müştərilər növbə ilə və az sayda içəri buraxılmalıdır. Marketlərdə insanları ləngimyə qoymamaq lazımdır. İnsanlara pulsuz maskalar, əlcəklər və dezinfeksiyaedici məhlullar ın paylanmasını təşkil etmək vacidbir.

Qapalı yerdə və avtobuslarda maska taxmaq istəməyənlər ciddi cəzalandırımalı və dərhal qapalı yerdən çıxarılmalıdırlar. Şəhər içi və Sumqayıt -Bakı istiqamətində hərəkət edən bütün nəqliyyat vasitələrinə sərnişinlər oturacaq sayından iki dəfə az olmaqla hərəkətinə icazə verilməlidir. Kiçik həcmi mikroavtobuslar marşrutlardan çıxarılmalıdır. Avtobuslar gün ərzi də bir neçə dəfə dezinfeksiya edilməlidir. Yalnız bu sayaq önləyisi tədbirlər qısa müddətdə bizi vəziyyətdən itkisiz çaxara bilər. Şəhərimizi və onun insanlarını qorumaq borcumuzudr və bu missiyanı yerinə yetirmək üçün cavabdeh şəxslər məsuliyyəti hər zaman öz üzərilərində hiss etməlidirlər.