İran PA-ya bağlı saytdan Qarabağ təxribatı - Fotoİranın Elm və Texnologiya Məsələləri üzrə vitse-prezidentliyinə bağlı İran Milli Elm Fondunun (İNSF) rəsmi internet səhifəsində Azərbaycanın ərazi bütövlüyünə qarşı növbəti dəfə hörmətsizlik edilib.

Axar.az xəbər verir ki, saytın qeydiyyat bölümündə Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsi müstəqil ölkələr sırasında təqdim edilib.

Bu durum güney Azərbaycandakı soydaşlarımız tərəfindən etirazla qarşılanıb.

Qeyd edək ki, aprel ayında İranın Səhiyyə Nazirliyinin koronavirusla bağlı yaratdığı “Mask” adlı tətbiqdə işğal edilmiş Dağlıq Qarabağ bölgəsi fars dilində “Qarabağ Respublikası” kimi təqdim edilmişdi. Güney Azərbaycan ictimaiyyətinin etirazları nəticəsində İran rəsmiləri qondarma “Qarabağ Respublikası”nın adını həmin tətbiqdən silmişdi.

Dağlıq Qarabağın heç bir dövlət və beynəlxalq qurum tərəfindən tanınmadığını bir halda bəzi İran rəsmilərinin dəfələrlə “Qarabağ Respublikası” ifadəsini işlətməsi birmənalı qarşılanmır.
Azərbaycan diasporunun rəhbəri koronadan vəfat etdiRusiya Azərbaycanlıları İttifaqının Tula vilayəti üzrə nümayəndəsi Məhsud Məmmədov yeni növ koronavirusdan dünyasını dəyişib.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, bu barədə təşkilatın vitse-prezidenti Elnur Hüseynov məlumat verib.

"Məhsud Məmmədovun rəhmətə getməsi Rusiya Azərbaycanlıları İttifaqı üçün böyük itkidir. O, fəal diaspor sədri olmaqla yanaşı, həm də vətənpərvər, vətənini, millətini düşünən bir insan idi. Onun ölümü bütün diasporumuzu sarsıtdı. Təşkilatın Koordinasiya Şurası adından Məhsud Məmmədovun yaxınlarına dərin hüznlə başsağlığı verir, Allahdan rəhmət diləyirik", - deyə Elnur Hüseynov bildirib.

E.Hüseynov əlavə edib ki, məhz M.Məmmədovun sayəsində Azərbaycan diasporu regionun aparıcı içtimai təşkilatlarından birinə çevrilib.

"Məhsud Məmmədov Azərbaycanın bütün tarixi günlərini Tula vilayətində qeyd etməklə yanaşı, regionun sosial həyatında da yaxından iştirak edirdi".

Qeyd edək ki, Məhsud Məmmədov 1970-ci ildə anadan olub. Diaspor sədri iki həftə bundan əvvəl COVID-19-a yoluxub.
“Azərbaycan dünyanın bir çox ölkələri üçün nümunədir” - Rəşad MahmudovŞəffaflıq və ictimai xidmətlərin səmərəliliyinin artırılması hökumətimiz qarşısında duran əsas hədəflərdəndir. Bu istiqamətdə ən mükəmməl layihələrdən biri də 2012-ci ildə yaradılmış Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyidir.

Avrasiya.net xəbər verir ki, bunu "Trend"ə Milli Məclisin deputatı Rəşad Mahmudov deyib.

R.Mahmudov bildirib ki, burada əsas məqsəd dövlət orqanlarının fəaliyyətində şəffaflığı artırmaq, vətəndaşlara daha keyfiyyətli və innovativ xidmətlər göstərməkdir:

“Son illərin təcrübəsi göstərir ki, ölkəmizdə elektron hökumət sahəsində çox önəmli irəliləyişlər əldə olunub. Qeyd edim ki, Agentlik qısa müddətdə bir çox uğurlara imza atıb. İndi qürur hissiylə demək olar ki, əsasən gənclərdən ibarət bu qurumun fəaliyyəti sayəsində Azərbaycan dünyanın bir çox ölkələri üçün nümunədir və tətbiq olunan model Azərbaycan brendi hesab olunur.

Bu model "ASAN xidmət" modelidir. Məhz bu modelin tətbiqi sayəsində ölkəmizdə ictimai xidmətlər sahəsində inqilabi dəyişikliklər baş vermişdir. Azərbaycan Prezidentinin məlum fərmanına əsasən, yaradılmış bu qurum hətta beynəlxalq araşdırmaların diqqət mərkəzinə çevrilib.

İlk öncə onu deyim ki, dünyada analoqu olmayan bu modelin üstünlüklərindən ən əsası birbaşa vətəndaşlarla dövlət arasındakı əlaqələrin yaxınlaşmasına xidmət etməsidir. Axı ictimai xidmətlərin elektron şəkildə həyata keçirilməsi, vətəndaşlara göstərilən xidmətlərin rəqəmsallaşdırılması müasir dövrün tələbidir. “ASAN xidmət” mərkəzləri də məhz bu zərurətdən doğdu və fəaliyyət göstərdi. Bundan başqa, qurum həm də əhalinin həyat standartlarının yaxşılaşdırılmasına xidmət edən vasitələrdən birinə çevrilib. Bu cür mərkəzlərin cənab Prezidentimizin qeyd etdiyi kimi, tamam yeni fəlsəfədə tətbiq olunması təkcə ictimai xarakter daşımır, eyni zamanda, siyasi sabitliyə də xidmət edir.

Mən “ASAN xidmət” mərkəzlərinin yaradılması, onların əhaliyə tez, rahat və keyfiyyətli xidmətlər göstərilməsinə yönəlmiş fəaliyyətini təqdirəlayiq hesab edirəm. Mərkəzlərin sərrast iş prinsipləri, keyfiyyət standartları və personalın seçim qaydalarından tutmuş - ta mərkəzlər şəbəkəsinin genişləndirilməsinə qədər bütün fəaliyyəti Azərbaycan hakimiyyətinin öz xalqına, öz vətəndaşına müasir standartlar çərçivəsində və sivil qaydada yanaşmasından irəli gəlir".

Deputat qeyd edib ki, hazırda “ASAN xidmət" mərkəzləri dövlət orqanları tərəfindən göstərilən xidmətlərin vahid və əlaqələndirilmiş formada həyata keçirilməsini uğurla təmin edir və vətəndaşlarımız əvvəllər müxtəlif dövlət orqanlarından əldə etdikləri xidmətləri yalnız bir ünvana - “ASAN xidmət” mərkəzinə müraciət etməklə ala bilirlər: "Düşünürəm ki, “ASAN xidmət” modeli uğurludur və fəxrlə qeyd edirəm ki, bu gün avropalılar da bu cür sistemin tətbiqinin yaxşı nəticələrini görür və qiymətləndirirlər”.
İranda 110 tibb işçisi koronadan öldüİranda 110 tibb işçisi yeni tip koronavirusdan vəfat edib.

Axar.az xəbər verir ki, bunu İranın birinci vitse-prezidenti İshaq Cahangiri deyib.

O bildirib ki, ölənlərin arasında həkimlərlə yanaşı tibb bacıları da olub.

“Bu, İranın səhiyyə əməkdaşlarının COVİD-19-la mübarizədə necə fədakarlıqlar etdiyini bir daha sübuta yetirir”, - Cahangiri qeyd edib.
İyul, avqust aylarında kəskin isti gözlənilir... - Umayra Tağıyeva açıqladıÖtən il Azərbaycanda yay fəsli o qədər də isti keçmədi. Havaların intensiv küləkli və sərin keçməsi insanların çimərliklərə üz tutmasına da əngəl yaratdı.

Bu ilin yayının isə daha isti keçəcəyi gözlənilir. Bununla bağlı Ümumdünya Hidrometerologiya Xidməti də məlumat yayıb.

Avrasiya.net xəbər verir ki, mövzu barədə Modern.az-a danışan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib ki, qlobal iqlim dəyişmələri fonunda nəinki Azərbaycanda, eləcə də, bütün dünyada yay fəslində isti hava dalğalarının intensivliyi artmaqdadır:

“Hər il müəyyən aylarda istilərlə bağlı rekord göstəricilərlə rastlaşırıq. Hər ay yay mövsümü öncəsi mətbuatda belə yazılarla rastlaşırıq. “Son 10 ilin, yaxud da, 20 ilin isti yayı gözlənilir”.

Xidmət rəisi ölkəmizlə müqayisədə Avropa ölkələri üçün normal olmayan temperaturun da olmasından söz açıb: “Ümumdünya Hidrometerologiya Xidməti şimal yarımkürəsi üçün isti hava proqnozalaşdırsa da bu o demək deyil ki bütün şimal bölgəsinə aiddir. Məsələn, son illərdə iyun ayında ölkəmizdə kəskin istilər müşahidə olunmur. Bəzi şimali Avropa ölkələrində havanın temteraturu 30 dərəcədən çoxdursa, onlar üçün bu yüksək göstəricidir. Bunun da səbəbi var. Hər bir ölkə üçün səciyyəvi olan iqlim şəraiti mövcuddur. Azərbaycanda isə temteraturun 30-dərəcədən yuxarı olması səciyyəvidir. Yəni, biz bu temteratur rejiminə öyrəşmişik”.

Umayra Tağıyeva proqnozlaşdırılan istilərdən də danışıb: "Qarşıda isti dövrlər gözlənilir. İyul, avqust ayında havaların kəskin isti olacağı istisna olunmur. Əgər keçmişdə bu proseslər 1-2 gün davam edirdisə, indi isti hava dalğaları bir həftəyədək uzanır. Bu da insanların sağlamlığı üçün müəyyən risklərlə nəticələnir. Belə olduğu üçün də hidrometeoroloji təminatın və bizim sahənin əhəmiyyəti artır. Nəinki Azərbaycanda, bütün dünyada bu proseslər ciddi müşahidə olunur".

Azərbaycanda 314 nəfər koronaviruaa yoluxdu, 4 nəfər vəfat etdiAzərbaycan Respublikasında daha 314 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 125 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumatda bildirilib. Qeyd edilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1947, 1954,1956 və 1958-ci il təvəllüdlü dörd nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 7553 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 4149 nəfər müalicə olunaraq sağalıb, 88 nəfər vəfat edib, 3316 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 69 nəfərin vəziyyəti ağır, 80 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 339.876 test aparılıb.
"Təhlükəsizliyimizin keşiyində duran polisimizlə həmrəy olaq"İctimai xadim, Azərbaycan Braziliya Ciu-Citsu Klubu İctimai Birliyinin prezidenti Aqil Acalov günün aktual mövzusu olan pandemiya ilə mübarizə çərçivəsində qəbul olunmuş qərarlara vətəndaş mövqeyi barədə fikirlərində bildirib:

Yalnız ictimai asayişin bərqərar olduğu cəmiyyətdə inkişaf mümkündür. Sağlam vətəndaş cəmiyyətinin daim mövcudluğu, güclü Azərbaycan dövlətinin daim var olması üçün başlıca amil sabitlik və əmin-amanlıqdır. Sabit, güclü və işlək qanunların yaradılması cəmiyyətin müvafiq dövrlərdə müvafiq situasiyalara uyğun ehtiyaclarından irəli gəlir.

Günümüzdə ümumbəşəri bəla olan Covid-19 Pandemiyası ilə mübarizədə qəbul olunan qərarların, yoluxma və itki sayına görə müvafiq qadağaların və məhdudlaşdırılmaların mövcudluğu ilə bağlı nəzarət mexanizminin tətbiqi məsələsində üzərinə böyük məsuliyyət və yük düşən tərəflərdən biri də Azərbaycan polisidir.
Təəssüflə qeyd etmək istərdim ki, qadağaların sərtləşdirilməsi ilə bağlı polis nəzarətinin gücləndirilməsindən və ciddi nəzarətdən sonra son günlər sosial şəbəkələrdə bəzən Azərbaycan polisinə qarşı xoşagəlməz fikirlər də öz əksini tapır. Virusa yoluxmamaq üçün tətbiq olunan qaydalar zamanı bizim üzərimizə düşən məcbur olmadıqca evdən çıxmamaq, həftə sonu isə evlərimizdə ailələrimizlə birlikdə qalmaqdırsa, Azərbaycan polisi küçələrdə, müxtəlif ictimai iaşə obyektlərində qanunlara əməl olunmasının və bilavasitə bizim sağlamlığımızın keşiyində durur.

Əgər bugün hər hansısa vətəndaş bütün Azərbaycan xalqının təhlükəsizliyi üçün verilmiş qərara əməl etmirsə, özü ilə bərabər digərlərini də təhlükəyə atırsa, yoluxma və itki sayının azaldılması naminə qəbul olunan qərarların əksinə gedirsə, bunun bərabərində qaydaları pozması ilə bağlı xəbərdarlıq olunduğu halda belə buna məhəl qoymursa, bu halda Azərbaycan polisi ona qarşı adekvat tədbirlər görüb və görməkdədir.

Cəmiyyətə hər şeydən əvvəl hüquq, qanun, hüquqlarını bilən və qanunun keşiyində duran insanlar lazımdır. Məlumdur ki, hər bir DİN nümayəndəsinin vəzifə öhdəliyi müvafiq olaraq ölkədə daxili sabitliyin davamlılığı və hüquq normalarına riayət olunmasının təmin edilməsi, cinayətkarlıqla mübarizə, milliyyətindən və dinindən asılı olmayaraq bütün vətəndaşların həyatının, əmlak və hüquqlarının qorunmasından ibarətdir.

Elə isə biz də ümumi ictimai asayişin və təhlükəsizliyin təmin olunması üçün qəbul olunan qaydalara riayət edərək Azərbaycan polisinin işinə çətinlik törətməyək, pandemiya ilə birgə mübarizədə bir-birimizə dəstək olaq və bu bəladan birlikdə qurtulaq, qanunlarını bilən və onlara əməl edən sağlam düşüncəli vətəndaş kimi təhlükəsizliyimizin keşiyində duran polisimizlə həmrəy olaq.
İrana ölümcül sanksiya tətbiq etməyin vaxtıdır - NetanyahuDünya ictimaiyyətinin ABŞ-la birləşib İrana qarşı ölümcül sanksiyalar tətbiq etməyin vaxtı çoxdan çatıb.

Axar.az xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu deyib.

“MAQATE-nin məlumatına görə, İran gizli obyektlərə bu qurumun əməkdaşlarını buraxmaqdan imtina edib. İran sistemli olaraq öz öhdəliklərini pozdu”, - Netanyahu bildirib.
İranda bir gündə 2364 nәfәr virusa yoluxdu - 72 ölüİranda son sutkada 2364 nәfәr koronavirusa yoluxub.

Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mәtbuat xidmәtinin rәhbәri Kiyanuş Cahanpur deyib

K.Cahanpurun sözlərinə görə, İranda bu virusa yoluxanların sayı 171 789 nәfәrә yüksәlib. Onlardan 2 596 nәfәrin vәziyyәti ağırdır, 72 nәfәr koronavirusdan ölüb. Bununla da İranda bu virusdan ölәnlәrin sayı 8 291 nәfәrә çatıb.
Bakıda inanılmaz hadisə - Polis maşınında uşaq dünyaya gətirdi Bu gün sərtləşdirilmiş karantin dövrü şəraitində Bakıda qeyri-adi hadisə baş verib.

Avrasiya.net xəbər verir ki, paytaxt ərazisində 9 aylıq hamilə qadının xəstəxanaya çatdırılması ilə bağlı təcili tibbi yardıma müraciət edilib. Ailə üzvləri eyni zamanda qadını xəstəxanaya çatdırmaq üçün polisə də müraciət ediblər. Hadisə yerinə ilk gələn Bakı şəhər Dövlət Yol Poisi İdarəsinin inspektoru xidməti "BMW" markalı atomobillə qadını xəstəxanaya aparıb. Lakin yolda olarkən təbii doğuş baş tutub və qadın avtomobildə övladını dünyaya gətirib. DYP əməkdaşı qadını və yeni doğulmuş körpəni xəstəxanaya çatdırıb.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov Publika.az-a faktı təsdiq edib. O bildirib ki, son 2 gündə bu tip hadisələrə rast gəlinir: "Dünən və bu gün əməkdaşlarımız 20-yə yaxın insanın həyatını xilas ediblər və ya çox təcili şəraitdə xəstəxanalara çatdırıblar. Bu gün baş verən hadisədə də ana və yeni doğulan körpəsi sağ-salamat təbbi heyətə təhvil verilib. Onların həyatına hər hansı təhlükə yoxdur".