Bakıdan yasa gedən kürəkəni qohumları döyüb, bıçaqladıGöyçay rayonunda qohumlar arasında baş verən dava qanla nəticələnib.

Axar.az-ın bölgə müxbiri xəbər verir ki, hadisə Göyçay şəhərinin Natavan küçəsində, avtovağzalın yanında baş verib.

Əslən Göyçaydan olan və Bakıda yaşayan 1990-cı il təvəllüdlü Mirzə Əlibala oğlu Məmmədov ailə münaqişəsi zəmnində aralarında baş verən dava zamanı bacısının kürəkəni, İsmayıllı rayonu Kürdmaşı kənd sakini, 1995-ci il təvəllüdlü Şəhriyar İlqar oğlu Məmmədovu bıçaqlayıb. O, bıçaqla Şəhriyar Məmmədovun cinsiyyət orqanını və əlini kəsib.

Çoxlu qan itirən Şəhriyar Məmmədov təcili olaraq Göyçay Mərkəzi Xəstəxanasına aparılaraq cərrahiyyə əməliyyatı olunub.

Məlumata görə, Kürdmaşı kənd sakini Şəhriyar Məmmədov qaynanasının vəfatı ilə əlaqədar ailəsi ilə birgə Göyçayın Çaxırlı kəndinə gəlib. Dəfn mərasimindən sonra Şəhriyar Məmmədov Çaxırlı kəndində aralarında baş verən dava zamanı həyat yoldaşının dayısı Mirzə Məmmədov tərəfindən döyülüb.

Göyçay rayon avtovağzalının yanında qohumlar arasında baş verən növbəti dava zamanı bıçaqlanma hadisəsi baş verib. Cinayəti törədən Mirzə Məmmədov hadisə yerindən qaçaraq gizlənib. Hazırda polis əməkdaşları Mirzə Məmmədovun tutularaq istintaqa təhvil verilməsi üçün əməliyyat-axtarış tədbirləri yerinə yetirir.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Sumqayıtda kütləvi dava: ölü və yaralı varSumqayıt şəhərində gənclər arasında düşən mübahisə bıçaqlanma ilə yekunlaşıb.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, hadisə şəhərin 10-cu mikrorayon ərazisində qeydə alınıb.

Gənclər arasında düşən mübahisə zamanı Namiq adlı şəxs ürəyindən bıçaqlanaraq öldürülüb. Digər bıçaq yarası alan Zöhrab Qasımov isə reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin baş vermə səbəbləri araşdırılır, digər şəxslərin kimliyi müəyyənləşdirilir.
Deputatın yaxın qohumu koronavirusdan öldüMilli Məclisin deputatı Aydın Mirzəzadənin əmisi qızı koronavirusdan vəfat edib.

Avrasiya.net xəbər verir ki, bu barədə Report-a deputatın özü məlumat verib.

Onun sözlərinə görə, 64 yaşlı əmimisi qızı dünən koronavirusdan ölüb: "Üç gün temperaturla gəzib, hesab edib ki, soyuq dəyib. Onu Goranboydakı xəstəxanalardan birinə yerləşdirmişdilər. İki gün süni nəfəs aparatında saxlasalar da, həkimlər əmim qızının həyatını xilas edə bilmədilər. Özündən başqa ailəsindən daha dörd nəfər klinikada koronavirusdan müalicə alırlar və ananın vəfatından xəbərləri yoxdur".
Azərbaycanda 379 yeni yoluxma, 2 ölümAzərbaycan Respublikasında 379 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 153 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Naizrlər Kabineti yanında Operativ Qəragahdan verilən məlumatda bildirilib. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1941 və 1956-cı il təvəllüdlü iki nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 7239 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 4024 nəfər müalicə olunaraq sağalıb, 84 nəfər vəfat edib, 3131 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 72 nəfərin vəziyyəti ağır, 86 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 334.863 test aparılıb.
Kürdəmirdə 20 yaşlı gənc göldə batıbFövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Kürdəmir rayonunun Sovla kəndində, süni göldə 2000-ci il təvəllüdlü Məmmədov Balakişi Sahib oğlunun batması barədə məlumat daxil olub.

FHN-dən Avrasiya.net-ə bildirilib ki, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.
Azay Quliyev seçicilərlə videogörüş keçiribBu gün deputat Azay Quliyev 8 saylı Binəqədi birinci seçki dairəsinin seçiciləri ilə növbəti videogörüşünü keçirib.

Görüşdə Binəqədi rayon İcra Hakimiyyəti başçısı aparatı Sakinlərin Müraciət Xidmətinin rəisi Anar Səfərov, Binəqədi bələdiyyəsinin sədri Mürsəl Əliyev, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinin müdiri Cahandar Axundov və Binəqədi rayonu üzrə kommunal xidmət sahələrinin nümayəndələri iştirak edib.

Videogörüşdə iştirak edən seçicilər ərazidə qanunsuz tikinti aparılmasının qarşısının alınması, bank və müştəri arasındakı kredit öhdəlikləri, mənzilin zəbt edilməsi, binaların dam örtüklərinin təmiri, əlillik statusunun verilməsi və məşğulluq məsələsi ilə bağlı onları narahat edən problemlər haqqında deputata müraciətlərini çatdırıblar. Qaldırılan problemlərin bir qismi ilə bağlı müvafiq izahat verilib. Digər məsələlər isə aidiyyəti qurumların rəhbərləri tərəfindən qeydə alınıb və onların araşdırılıb həll ediləcəyi bildirilib. Seçicilər onların müraciətlərini daim diqqətdə saxladığı üçün deputat Azay Quliyevə təşəkkürlərini bildiriblər.
Azay Quliyev seçicilərlə videogörüş keçirib
Mirtağı Əsədov Gürcüstanın DTX-nə çağrıldıÜmumgürcüstan Müsəlmanları Ali Dini İdarəsinin sədri şeyx Mirtağı Əsədov Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) çağırılıb.

Avrasiya.net APA-ya istinadən xəbər verir ki, sədr Gürcüstan DTX-nın azərbaycanlı milli azlığın yaşadığı bölgələrdə irqi ayrıseçkilik və radikal çağırışların edilməsi ilə əlaqədar başladılan istintaq çərçivəsində sorğu-sual ediləcək.

Qeyd edək ki, mayın 30-da Gürcüstan DTX Kvemo Kartli və Kaxeti bölgələrində gürcülər və azərbaycanlılar arasında etnik qarşıdurmanı alovlandırmağa cəhd edən qruplar və fərdlərin olması ilə bağlı bəyanat yayıb. Bəyanatda qeyd olunub ki, həmin şəxslər milli zəmində münaqişə yaratmaq məqsədilə azərbayanlıların yığcam yaşadığı bölgələrdə uzun illər ərzində toplanmış problemləri müxtəlif mənfi kontekstlərdə təhrif edir, aqressiv çağırışlar edir və insan hüquqlarını pozurlar.

Məsələ ilə əlaqədar irqi ayrı-seçkilik, insan haqlarının birbaşa və ya dolayı şəkildə pozulması, milli zəmində düşmənçilik yaratmaq və diskriminasiya, maddələri üzrə istintaqa başlanılıb.
Tanınmış infeksionistdən virusun ikinci dalğası barədə SOS: “Ölüm halları arta bilər”Yoluxucu xəstəliklər üzrə yapon mütəxəssis Akihiro Sato koronavirus pandemiyasının ikinci dalğa ehtimalını qiymətləndirib. Onun hesablamalarına görə, ikinci dalğanın baş vermə ehtimalı təxminən 90% təşkil edir və çox güman ki, gələn payızda start götürəcək.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, ekspert ikinci dalğanın baş verəcəyi dəqiq tarixi proqnozlaşdırmaqda çətinlik çəkdiyini bildirib.

“Çox güman ki, gələn payız və ya qış aylarına təsadüf edir, ancaq ikinci dalğanın artıq iyul və ya avqust aylarında baş verməsi ehtimalı rədd edilə bilməz”, - A.Sato qeyd edib.

O, infeksiyanın yayın istisində məhv olacağı barədə məlumatdan şübhələndiyini söyləyib. Yoluxucu xəstəliklər üzrə mütəxəssis Asiya və Cənubi Amerika ölkələrini, yoluxmuşların sayına görə ikinci yerdə olan Braziliyanı misal göstərib. O, Braziliyada isti hava şəraitinə baxmayaraq çox sayda yoluxmuş insanın olduğunu xatırladıb.

Yapon həkimlərinin fikrincə, ölkənin müxtəlif bölgələrində eyni vaxtda infeksiya ocaqlarının meydana gəlməsi koronavirusun ikinci dalğasının başladığını göstərən əsas əlamətdir. Həkim hadisələrin belə bir nəticəsinin əsas təhlükəsini əhalinin əksəriyyətinin koronavirusa yoluxmamasında və hələ kütləvi immunitet əldə edə bilməməsində görür.

“Xəstəliyin kəskin artması ölkələrin səhiyyə sistemlərinin çökməsinə, nəticədə infeksiyadan sonra ölüm hallarında artıma səbəb ola bilər. Digər bir təhlükə virusun mutasiyasıdır. Mutasiya etsə, daha ölümcül ola bilər. Ancaq müsbət tərəflər var. İkinci dalğa birincisindən daha az davam edəcək, çünki insanlar və hakimiyyət orqanları xəstəliyin yayılmasına qarşı tədbirlər görməkdə daha məsuliyyətli davranır”, - deyə ekspert izah edib.

İkinci yoluxma dalğasına hazırlıqlı olmaq üçün mütəxəssis özünü təcrid etməyi, sosial məsafəni qorumağı və qoruyucu vasitələr taxmağı məsləhət görüb.

Məlumat üçün bildirək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) da koronavirusun ikinci dalğasının vaxtını açıqlayıb. Təşkilatın Avropadakı regional ofisinin direktoru Hans Klyugeyə görə, ikinci dalğa sentyabr ayında başlaya və mövsümi qripin yayılması ilə üst-üstə düşə bilər. Bu halda bəzi ölkələrdə COVID-19 pandemiyası səbəbindən müntəzəm peyvəndləmə işlərinin dayandırılması ilə vəziyyət daha da ağırlaşacaq.

9 yaşlı məktəbli iki avtoşun qurbanı olfuBiləsuvarda iki avtoxuliqanın səbəb olduğu qəzada faciəli şəkildə yaralanan 3-cü sinif şagirdinin vəziyyəti ağırdır.

Axar.az xəbər verir ki, 1 iyun tarixində evdən çörək almaq üçün çıxan 9 yaşlı Yusif Muradov iki avtoxuliqanın qəza törədərək aşırdığı işıq dirəyinin altında qalıb. Hadisə nəticəsində məktəblinin kəllə sümüyü dağılıb. Təcili xəstəxanaya qaldırılan uşağın vəziyyəti ağır olduğundan, o, Bakıya - 1 saylı Kliniki Tibbi Mərkəzə gətirilib. Daha sonra özəl klinikalardan birinə yerləşdirilən uşağın tamamilə dağılmış alın sümüyünü plastiklə əvəzləyiblər.

Klinkanın həkimləri hazırda ağır vəziyyətdə reanimasiyada olan məktəblinin sağalacağını bildirib. Lakin bunun üçün külli miqdarda pula ehtiyac var.

Ailə bildirib ki, xəstəyə gün ərzində vurulan iynə, dərman, müalicələrə 1300 manat pul tələb olunur. Ailənin isə artıq bu vəsaiti qarşılayacaq imkanı qalmayıb. Həmçinin sonradan məktəblini gözləyən əməliyyatlar üçün də pul tələb olunur ki, bu da ailənin imkanları xaricindədir. Ailə övladının sağalması üçün yardım istəyir.

Ailə xeyirxah insanlardan bu bank hesabına vəsait köçürməklə, yardım göstərməyi xahiş edib.

Hesab nömrəsi: Kapital Bank 4169 7413 7363 6206. Muradova Zülfiyyə Tehran qızı.
“Yeni bələdiyyə sədri kəndimizdə ilklərə imza atdı”Yardımlı rayon Şəfəq bələdiyyəsinin sədri effektiv fəaliyyət göstərir

Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə ciddi islahatlar aparılır. Artıq ölkə yeni mərhələyə qədəm qoyub ki, bu dövrdə hər bir vəzifə daşıyan şəxsin üzərində böyük məsuliyyət var. Dövlət başçısı dəfələrlə bildirib ki, vəzifə daşıyan hər bir şəxs daşıdığı vəzifənin məsuliyyətini anlamalı və xalqın xidmətçisi olmalıdır.
Təbii ki, bu sözlər seçkili orqanlara, o cümlədən bələdiyyələrə də aiddir.
“Yeni bələdiyyə sədri kəndimizdə ilklərə imza atdı”
Yardımlı rayon Şəfəq bələdiyyəsinin sədri Əli Əliyevin fəaliyyəti bu baxımdan nümunəvidir. Belə ki, bu il yanvarın 17-də baş tutan seçkilərdə qalib gələn və bələdiyyə sədri seçilən Əli Əliyev qısa zaman kəsiyində effektiv fəaliyyət göstərib. Xüsusilə abadlıq, quruculuq işlərini daim diqqətdə saxlayan yeni bələdiyyə sədri ilk dəfə olaraq kəndin mərkəzinə bulaq çəkdirib.

Bundan başqa kənddə, çay kənarında yerləşən və kənd sakinləri tərəfindən daim isitifadə olunan bulağın ətrafı tikilib, üstü bağlanaraq əhalinin rahatlığı təmin olunub. Xatırladaq ki, bulaq çayın kənarında yerləşdiyi üçün dəfələrlə sel nəticəsində dağılıb və indiyə qədər baxımsız vəziyyətdə olub. Bundan başqa kənddə ictimai ayaqyolu problemi həll edilib. Bələdiyyə tərəfindən ictimai ayaqyolu tikilərək istifadəyə verilib. Xüsusilə qış aylarında problemə çevrilən kəndarası yollar təmir edilib, əhalinin rahat gediş-gəlişi üçün şərait yaradılıb, məişət tullantılarının bir mərkəzdə toplanması üçün çuxurlar qazılıb.

Şəfəq kənd bələdiyyəsi pandemiya dövründə də sınaqdan üzüağ çıxıb. Bələdiyyə sədri Əli Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ehtiyacı olan ailələrə yardım paylanıb.
Təsadüfi deyil ki, kənd sakinləri yeni bələdiyyə sədrinin fəaliyyətini təqdir edirlər: “Yeni bələdiyyə sədri Əli müəllim kəndimizdə ilklərə imza atdı. Görülən işlərdən razıyıq və bu ümidvericidir.
“Yeni bələdiyyə sədri kəndimizdə ilklərə imza atdı”
Onun kəndimizin mərkəzinə bulaq çəkdirməsi nəyə desən dəyər. Özünüz də görürüsünüz ki, bulaq əhalinin, qonaqların istifadəsi ilə yanaşı kəndimizi daha da gözəlləşdirib. Bu cür kadrların iş başında olması çox vacibdir, biz, növbəti seçkidə də Əli müəllimi dəstəkləyəcəyik”.