İkinci dalğada başqa qadağalar da olacaqAçıq deyim ki, karantin rejiminin iki aydan artıq müddətdə davam etməsi başqa fəsadlara da səbəb ola bilərdi.

Bu sözləri “Yeni Müsavat”a geniş müsahibəsində BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev deyib.

O bildirib ki, ümumən ölkəmiz bu mübarizədən üzüağ çıxdı:

“Həm yoluxanların, həm dünyasını dəyişənlərin sayı az oldu. Dövlət vaxtında insanların bir-birindən təcrid olunması istiqamətində zəruri addımlar atdı. Bizim iqtisadiyyatımız neftdən asılıdır. Neftin də qiyməti kəskin şəkildə aşağı düşüb. Büdcədə neftin qiyməti 55 dollar götürülmüşdü, Brent markalı neftin bugünkü qiyməti 30 dollardan yuxarıdır. Bu, onu göstərir ki, bizim xeyli dərəcədə büdcə kəsirimiz olacaq. Biz müəyyən xərcləri ixtisar etmək zorunda qalacağıq. Yaxud Neft Fondundan büdcəyə daha çox vəsait yönəltməli olacağıq. Ona görə də belə bir vəziyyətdə bizim uzun müddət karantin rejimini saxlamağımız mümkünsüz idi.

Həm də açıq deyim ki, karantin rejiminin iki aydan artıq müddətdə davam etməsi başqa fəsadlara da səbəb ola bilərdi. Bizim üçün təkcə insanların fiziki sağlamlığı əsas deyil, həm də onların əqli-psixoloji durumunun qaydasında olması lazımdır. İnsanların üzünə qapını bağlayıb saxlamaq, belə bir vəziyyət insanların psixikasına öz mənfi təsirini göstərə bilərdi. Ona görə də müəyyən zaman kəsimi üçün müəyyən yumşalmalara gedilməsi zərurət idi, bundan qaçmaq mümkün deyildi. Bu mənada hökumət haqlı olaraq yumşalma qərarları verdi”.

Millət vəkili bildirib ki, xüsusilə xaricdən gətirilən vətəndaşlarımızda yoluxma yüksəkdir:

“İndidən heç kim deyə bilməz ki, bu vəziyyət nə qədər davam edəcək. Hamı deyir ki, virusun ikinci dalğası baş qaldıra bilər. Bu halda, hətta başqa məhdudiyyətlərin tətbiqinə ehtiyac yarana bilər. Bu, real vəziyyətdən asılı olacaq”.
Vilyam Hacıyev bu pulları kimə verəcəkdi? - Sensasion iddiaİcra başçılarının rüşvət üstündə yaxalanması getdikcə adi hala çevrilsə də, DTX əməliyyatları nəticəsində məmurların "ilişmə" prosesinin rəngarəngliyi-yəni, pulların verilməsi və qəbul olunması anları, görüntülərin müxtəif rakurslardan çəkilməsi, açığı deyək ki, həmişə xüsusi maraq oyadıb və cəmiyyət üçün göstərilən video kadrlarda pul əskinaslarının markaları, düzülüşü və işarələnməsi hər dəfə yenilik kimi qarşılanıb.

Avrasiya.net xəbər verir ki, Moderator.az-ın yazdığına görə, İmişli icra hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin yaxalanması anı, onun saxlancığından çıxan səliqə ilə bükülmüş, yapışqanlanmış pul dağarcıqları əvvəlkilərdən həm həcmcə, həm də çox olması ilə fərqlənirdi. Ona görə cəmiyyətdə belə bir sual yaranırdı: bu icra baçcısı pulları niyə büküb saxlayıb? Adətən, Azərbaycandan oğurlanan pullar ya daxildə, ya xaricdə obyekt almağa sərf edilib. Son günlər İngiltərə Cinayət agentliyinə minnətdar olmalıyıq ki, Azərbaycan məmurlarının Londonda yatırdıqları milyonların kimlərə mənsub olduğunu açıqladı. Əcəba, bəlkə Vilyam Hacıyev də pul bağlamalarını Londona aparmaq niyyətində olub?

Hakimiyyətdəki yuxarı eşalona yaxın mənbələrdən birinin verdiyi məlumata görə V.Hacıyevin topladığı pullar yuxarılarda sözü keçən səlahiyyətli şəxslərdən birinə çatmalıymış. Hədiyyə kimi yox, bu milyonların əvəzində V.Hacıyevin Prezident Administrasiyasında yüksək posta təyin olunması gözlənilirmiş. Son anda bu niyyətdən xəbərdar olan yüksək vəzifəli şəxs bu "əməliyyat”ın qarşısını ala bilib...

Xatırlatmaq yerinə düşər ki, V.Hacıyevin ardınca Göygöl rayon icra hakimiyyətinin başçısı da vəzifədən azad edildi. Mənbənin məlumatına görə, əslən Göygöl rayonundan olan V.Hacıyev o rayonun baççısı Arif Seyidovu da bu işə qoşubmuş. O Arif Seyidovdan da vəsait toplayıb ki, daha yüksək vəzifəyə gedir, əvəzində yerinə 14 il Göygöl rayonuna başçılıq etmiş Arif Seyidovu gətirir, Göygöl rayonunun icra başçısının yerinə isə özlərinə yaxın yeni bir şəxsin təyinat almasına çalışırlar. DTX əməliyyatı isə bütün bu planları alt-üst edir...

Mənbə V.Hacıyevin həbsinə qərar verən məhkəmə prosesi bitəndən sonra, çıxışda V.Hacıyevin yaxınlarına müraciət edərək "Narahat olmayın, tezliklə haqq-ədalət öz yerini tutacaq” deməsi havayı deyil. V.Hacıyevin bu mesajı daha çox başqasına ünvanladığı barədə həqiqətə yaxın söz-söhbətlər dolaşmaqda davam edir.

V.Hacıyev Bakıda hansı vəzifəni tutmaq üçün çalışırdı və bunun üçün toplanan pul kimə çatacaq idi? Bu və digər suallar hələlik açıq qalır.
Tramp İrana təşəkkür etdiABŞ Prezidenti Donald Tramp İran hakimiyyətinə Hərbi Dəniz Qüvvələrinin veteranı Maykl Uaytı azad etdiyi üçün təşəkkür edib.

Axar.az xəbər verir ki, bu sözlərini Tramp öz Tvitter səhifəsində paylaşıb.

“Mayklın evdə olması çox yaxşıdır. İndicə gəlib. Sağ ol İran. ABŞ-da seçki bitənə qədər böyük müqavilə bağlamağı gözləməyin. Mən qalib gəlməyə hazırlaşıram. Siz indi daha yaxşı müqavilə bağlayacaqsınız”, – deyə o bildirib.
ABŞ-ın imici darmadağın oldu - Polşa nəşriABŞ-da baş verən son olaylar bu ölkənin beynəlxalq imicini darmadağın etdi.

Axar.az xəbər verir ki, bu barədə Polşa nəşri “Reçpospolita” yazıb.

Nəşr qeyd edib ki, son hadisələr fövqəldövlətin heç də hər şeyə gücü çatan və səhvsiz olmadığını göstərdi:

“Vətəndaşlar bu ölkədə özlərini təhlükəsizlikdə hiss etmir. ABŞ cəmiyyətində böyük bərabərsizlik var və bu, gələcəkdə daha da dərinləşəcək”.

Qeyd edək ki, ABŞ-da afroamerikalı Corc Floydun polis tərəfindən öldürülməsinə etiraz olaraq ölkənin bir çox şəhərlərində kütləvi itaətsizlik baş qaldırıb.
Bakıda ər arvadını bıçaqlayıbBakının Sabunçu rayonunda ailə münaqişəsi zəminində bıçaqlanma hadisəsi baş verib.

Avrasiya.net xəbər verir ki, hadisə Sabunçu qəsəbəsində qeydə alınıb.

1990-cı il təvəllüdlü Babayeva Günel Nazim qızı əri ilə mübahisə zamanı bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib.
Emin Ağalarov koronaya yoluxub - Özü təsdiqlədiXalq artisti, tanınmış iş adamı Emin Ağalarov sensasion açıqlama verib.

Azərbaycanın xalq artisti koronavirusa yoluxduğunu, amma bunu mediadan gizlətməyə məcbur olduğunu etiraf edib.

E.Ağalarov opera müğənnisi Yusif Eyvazovun İnstaqramda etdiyi canlı yayımda qonaq olub. O, verdiyi müsahibədə xəstəliyə yoluxduğunu, amma adının ətrafında çoxsaylı şayiələri artırmamaq üçün bu xəbəri gizlətdiyini deyib.

E.Ağalarovun sözlərinə görə, xəstəlik səbəbindən kifayət qədər ciddi imtahandan keçib. Həyatında heç vaxt tək qalmadığını deyən müğənni xəstəlik səbəbindən iki həftə özünü izolyasiya etmək məcburiyyətində qalıb.

"40 il ərzində ilk dəfə özümlə tanış oldum", - deyə, musiqiçi izolyasiyada keçirdiyi vaxta işarə edərək zarafatından da qalmayıb.

Ağalarov xəstəlik zamanı qanında əmələ gələn antikorların onu bundan sonra koronavirus infeksiyasından qorumağa imkan verəcəyinə inandığını bildirib.

O, xəstəlik səbəbindən uşaqları ilə məsafəli görüşdüyünü, onlar üçün darıxdığını söyləyib. (Musavat.com)