Bu şəxslər “Vaqif Səmədoğlu” medalı ilə təltif edildi - FotoBu gün Xalq şairi Vaqif Səmədoğlunun doğum günüdür. Vaqif Səmədoğlu Mərkəzinin İdarə Heyətinin qərarı ilə Vaqif Səmədoğlu irsinin təbliğində iştirakına görə bir qrup yaradıcı insan “Vaqif Səmədoğlu” medalı ilə təltif edilib.

Bu barədə Kult.az-a Vaqif Səmədoğlu Mərkəzinin sədri Nüşabə Babayeva-Vəkilova məlumat verib.

Onun sözlərinə görə, mərkəzin 4 iyun 2020-ci il tarixli keçirilən İdarə Heyətinin qərarına əsasən, aşağıda adları qeyd olunan şəxslər “Vaqif Səmədoğlu” medalı ilə təltif ediliblər.

1. Ramiz Həsənoğlu –Xalq artisti , rejissor

2. Valeh Kərimov –Xalq artisti

3. Afaq Bəşirqızı- Xalq artisti

4. Kamran M.Yunis –aktyor, bədii qiraətçi

5. Xəzər Süleymanlı - bədii qiraətçi

5. Ülviyyə Heydərova - yazıçı

6. Nəzrin Hüseynli - ədəbiyyatçı

7. Kamran Əsədov - heykəltaraş

8. Səməd Vəkilov - hüquqşünas

Nüşabə xanım onu da qeyd edib ki, hazırda ölkədəki vəziyyətlə bağlı təqdimat mərasimi başqa vaxta keçirilib.
Bu şəxslər “Vaqif Səmədoğlu” medalı ilə təltif edildi - Foto

Ölü at ətini Bakıda restoran və kafelərə satan şəxslər həbs edildi - FOTO/VİDEODİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərinin iştirakı ilə vətəndaşların ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.

DİN-in Mətbuat xidmətindən Avrasiya.net-ə bildirilib ki, əməliyyat zamanı Biləsuvar rayonunda ət tədarükü məntəqəsi yaradıb heyvan kəsimi sexi görüntüsü adı altında pərdələnərək qidaya yararsız, ölü at və iribuynuzlu heyvan ətlərinin satışı ilə məşğul olan daha bir mütəşəkkil dəstənin üzvləri ifşa olunaraq məsuliyyətə cəlb ediliblər.

Toplanmış əməliyyat materialları əsasında müəyyən edilib ki, Biləsuvar rayon sakini Mirzə Abbasovun rəhbərlik etdiyi dəstə ölmüş at və iri buynuzlu mal ətlərinin respublikanın müxtəlif rayonlarından toplanması, tədarükü, emalı və satışı ilə məşğul olub. Bu məqsədlə o, İmişli, Cəlilabad, Salyan və digər ətraf rayonlardan xəstə, artıq təsərrüfatda istifadə edilməyən və ölmüş atları ucuz qiymətə alaraq özünə məxsus Biləsuvar rayonunun Çaylı kəndində yerləşən fermada toplayıb. Daha sonra orada dəstə üzvləri tərəfindən həmin heyvanların kəsimi həyata keçirilib. Qidaya yararsız at ətinin sümükləri ayrılandan sonra mal əti adı ilə Mirzə Abbasov tərəfindən Bakı şəhərində fəaliyyət göstərən müxtəlif ictimai iaşə obyektlərinə satılıb. Baş İdarənin əməkdaşları tərəfindən Mirzə Abbasova məxsus Biləsuvar rayonu Çaylı kəndi yaxınlığında yerləşən fermaya baxış keçirilərkən qidaya yararsız, mənşəyi məlum olmayan 4 ton mal və at əti aşkar olunaraq maddi sübut kimi götürülüb. Təyin olunmuş müvafiq ekspertizalarla aşkar olunmuş ətin qidaya tam yararsız və insan sağlamlığına ciddi təhlükə mənbəyi olması təsdiq edilib.

Faktla bağlı Baş İdarədə mütəşəkkil cinayətkar dəstənin başçısı Mirzə Abbasov, oğlu Elmar Abbaszadə və Biləsuvar rayon sakini Əmrah Muradov barəsində cinayət işi başlanılıb. Mirzə Abbasov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, digərləri isə istintaqa cəlb olunublar.

Mütəşəkkil dəstə ilə əlbir olan digər şəxslərin, həmçinin Mirzə Abbasovun yararsız ətləri satdığı ictimai iaşə obyektlərinin sahiblərinin də müəyyən edilərək saxlanılması və istintaqa cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlər davam etdirilir.
Bağlanan banklarda əmanətləri olanların nəzərinə!Azərbaycan Mərkəzi Bankının lisenziyalarını ləğv etdiyi “AG Bank” və “NBC Bank” ASC-lərdə qorunan əmanətlərə görə kompensasiya verilməsi üçün agent bank qismində “Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) seçilib.

Avrasiya.net xəbər verir ki, bu barədə bankların ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, kompensasiyalar nağdsız qaydada, “Əmanətlərin tam sığortalanması haqqında” qanuna uyğun olaraq ödəniləcək.

ABB-nin filial şəbəkəsində əmanətçilərin sıxlığının yaranmaması, kompensasiyaların sistemli şəkildə ödənilməsi və vətəndaş məmnunluğunun təmin edilməsi üçün qorunan əmanətlər üzrə kompensasiyalar iki mərhələdə qaytarılacaq:

- 16 iyun 2020-ci il tarixindən başlayaraq 30 min manat ekvivaləntinə qədər (30 min manat daxil olmaqla) olan əmanətlər;

- 15 iyul 2020-ci il tarixindən başlayaraq 30 min manat ekvivalentindən çox olan əmanətlər.

Əmanətçilərdən kompensasiyaların alınması üçün əmanət müqaviləsini (əlavələrlə birlikdə), əmanət kitabçasını, əmanətin sahibliyini təsdiq edən digər sənədləri (hesabdan cıxarışların) və şəxsiyyəti təsdiq edən sənədi təqdim etmələri xahiş olunur.

Qorunan əmanətçilər ərizə formalarını iyunun 16-dan ABB-nin müvafiq filiallarından və www.adif.az saytından əldə edə bilərlər. Kompensasiyaların ödənilməsi ilə bağlı filial şəbəkəsi barədə əlavə məlumat veriləcək.

Qorunan əmanətçilər hesabdan çıxarışları 10 iyun 2020-ci il tarixindən ləğv prosesində olan “AG Bank” ASC-nin Bakı şəhərində yerləşən filialları üzrə Cəlil Məmmədquluzadə küçəsi, 102A ünvanında yerləşən baş ofisi, digər şəhər və rayon filialları üzrə isə bankın müfaviq filiallarından, ləğv prosesində olan “NBC Bank” ASC-nin Bakı şəhərində yerləşən filialları üzrə Nərimanov rayonu, Müzəffər Nərimanov küçəsi, məhəllə 2054 ünvanında yerləşən baş ofisindən, digər şəhər və rayon filialları üzrə isə bankın müfaviq filiallarından əldə edə bilərlər.

“Əmanətlərin sığoratalanması haqqında” qanuna əsasən Fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir.
Ukraynada aksiya: erməni nazirin istefası tələb edilirUkraynada Daxili İşlər naziri Arsen Avakovun istefaya göndərilməsi tələbi ilə Ali Radanın qarşısında aksiya keçirilir.

Axar.az xəbər verir ki, aksiya iştirakçıları Ali Radadan Avakovun istefaya göndərilməsi və hüquq-mühafizə orqanlarında islahatların aparılması tələb edirlər.

Aksiya iştirakçıları “Avakov, rədd ol!”, “0 faiz ictimai etimad” və digər şüarlar səsləndirilib. Bir neçə saatdan sonra eyni tələblə hökumət binası qarşısında da mitinq keçirilməsi gözlənilir.

Qeyd edək ki, bu gün Ali Radanın iclasında Ukrayna Daxili İşlər Nazirliyinin fəaliyyətinə dair hesabat dinləniləcək.
İran gəmisi İraqda batdı: ölənlər varİrana məxsus “Behbehan” adlı yük gəmisi Fars körfəzinin Hor Abdullah kanalının girişində batıb.

Axar.az xəbər verir ki, hadisə körfəzin İraq ərazisinə aid hissəsində baş verib.

Gəminin batmasının səbəbi hələlik bəlli deyil.

Məsələ ilə bağlı açıqlama verən İran Dənizçilik və Liman İdarəsinin təhlükəsizlik şöbəsinin müdürü Nadir Pesendə hadisə zamanı 2 nəfərin öldüyünü, 4 nəfərin isə xilas edildiyini açıqlayıb.

O bildirib ki, itkin düşən ekipaj üzvləri İran və İraqa aid xilasedicilər tərəfindən axtarılır.

Qeyd edək ki, yük gəmisi İrandan İraqa 850 ton keramika materialı daşıyırmış.
"Çoxsaylı faktlar sübut edir ki, Ermənistan təcavüzkar ölkədir"Bunu Avrasiya.net-ə açıqlamasında Milli Məclisin deputatı Anar Məmmədov bildirib.

Deputat qeyd edib ki, Demokratik cəmiyyət quruculuğu yolunda sürətlə irəliləyən, sosial-iqtisadi sahədə gündən - günə daha böyük yüksəlişlərə nail olan Azərbaycan regionun mühüm iqtisadi güc mərkəzinə çevrilib. Ötən 17 il ərzində ölkədə həyata keçirilən liberal iqtisadi siyasət makroiqtisadi və maliyyə sabitliyinin qorunmasının təmin edilməsi, dayanıqlı iqtisadi artım və iqtisadiyyatın modernləşməsinə dəstək verən siyasətin yürüdülməsi, qeyri - neft sektorunun sürətlə inkişaf etdirilməsi kimi yadda qalmışdır. Bölgələrin tarazlı və davamlı inkişafına xidmət edən dövlət proqramlarının uğurlu icrası yeni iş yerlərinin açılmasına, infrastrukturun yeniləşdirilməsinə, sahibkarlığın inkişafına böyük imkanlar açmışdır:

"Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının qəbulundan sonra regionlarda infrastrukturun bərpası və inkişafı, əhalinin kommunal xidmətlərlə təminatının, elektrik enerjisi, qaz və su ilə təchizatının yaxşılaşdırılması, səhiyyə və təhsil müəssisələrinin tikintisi, əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində mühüm əhəmiyyətli tədbirlər həyata keçirilmiş, bu sahəyə irihəcmli dövlət investisiyaları yönəldilmişdir. Əhalinin sosial təminatı, yerli əhəmiyyətli yolların təmiri və bərpası sahəsində böyük irəliləyişlər əldə edilmişdir. Regional inkişafa xidmət edən kompleks tədbirlərin həyata keçirilməsi milli iqtisadiyyatın neft amilindən asılılığının qeyri-neft sektorunun tərəqqisi hesabına aradan qaldırılması üçün geniş imkanlar açmışdır".

A.Məmmədovun sözlərinə görə, Azərbaycan Prezidentinin indiyə qədər imzaladığı strateji əhəmiyyətli dövlət proqramları vətəndaşları uzun illərdən bəri narahat edən, qayğılandıran bir sıra problemlərin kompleks həllini nəzərdə tutur. Ölkə başçısı mövcud problemlərin aradan qaldırılması məqsədilə imzaladığı dövlət proqramlarının, fərman və sərəncamların icrası vəziyyəti ilə yerindəcə tanış olmaq, sıravi vətəndaşlarla birbaşa ünsiyyət quraraq mövcud çətinliklər barədə informasiyaları ilkin mənbədən almaq üçün vaxtaşırı Azərbaycanın müxtəlif rayonlarına səfərlər edir. Ölkə başçısının bölgələrə hər bir səfəri isə mühüm sosial obyektlərin açılışı ilə əlamətdar olur:

"Cənab Prezindentin iyunun 3-də Tərtər rayonuna səfəri də bu baxımdan mühüm önəm daşıyır. Bu səfər çərçivəsində Dövlət Rəmzləri Muzeyinin, Olimpiya İdman Kompleksinin, “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti rayon filialının açılışı, Buruc-Gülabatlı-Xoruzlu-Kəbirli-Bayandurlu-Qaradağlı avtomobil yolunun və 110/35/6 kilovoltluq “Tərtər” elektrik yarımstansiyasının yenidənqurmadan sonra istifadəyə verilməsi bir daha göstərir ki, dövlətimizin başçısı son 17 ildə respublikamızda milli - mənəvi dəyərlərin qorunması ilə bərabər, sosial - iqtisadi sahələrin inkişafını da daim diqqət mərkəzində saxlayır. Cənab Prezidentin Tərtər Olimpiya İdman Kompleksinin açılışında xüsusən Ermənistanın terror dövləti olduğunu, bu ölkədə hakimiyyətin faşist mahiyyətinin dəyişməz olaraq qaldığını, cinayətkar rejimin bütün milli azlıqları əzdiyini diqqətə çatdırması isə bir daha özlərini tarixən "məzlum", "soyqırıma məruz qalan" millət kimi təqdim etməyə çalışan ermənilərin necə dağıdıcı və faşist xislətinə malik olduğunu faktlarla sübut etmiş oldu. Tarixi faktlara istinad etsək görərik ki, Ermənistanın xüsusi xidmət orqanlarının bilavasitə dəstəyi və iştirakı ilə 80-ci illərin sonundan başlayaraq, Azərbaycana qarşı 30-dan artıq terror-təxribat əməli törədilib. Bu terror əməllərinin Ermənistanın xüsusi xidmət orqanları tərəfindən törədilməsi əməliyyat - istintaq yolları ilə tam şəkildə sübut olunub".

Deputat qeyd edib ki, Azərbaycan hakimiyyəti illərdir erməni şovinist millətçilərinin soydaşlarımıza qarşı törətdiyi cinayətlərin, dünya ictimaiyyətinə çatdırılması üçün məqsədyönlü və ardıcıl fəaliyyət göstərir. Əsl həqiqətlərin dünyaya çatdırılmasında maraqlı olan Azərbaycan tərəfi Ermənistandan və erməni millətçilərindən fərqli olaraq, bu məsələdən hər hansı maliyyə, ərazi və başqa dividendlər güdmür. Azərbaycanın məqsədi tarixi ədalətin bərpasına nail olmaq, məlum olan cinayətkarları beynəlxalq səviyyədə də ifşa etmək və onları dünya ictimaiyyətinin mühakiməsinə verməkdir. Bu gün hər bir azərbaycanlının, qanında, canında vətən sevgisi olan hər bir kəsin qarşısında duran ən əsas vəzifələrdən biri Azərbaycan hakimiyyətinin bu istiqamətdə həyata keçirdiyi işlərə dəstək verərək erməni vəhşilikləri barədə əsil həqiqətlərin dünyaya çatdırılmasına, bunlara beynəlxalq müstəvidə siyasi - hüquqi qiymətin verilməsinə nail olmaqdır:

"Çünki bu gün erməni tərəfinin Azərbaycanın Dağhq Qarabağ regionu və ətraf rayonlarda baş verən silahlı toqquşmaları, Azərbaycan ərazisinin silah gücü ilə parçalanmasını, azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin həyata keçirilməsini bu ərazilərdə məskunlaşmış ermənilərin öz müqəddəratını təyin etmək kimi qiymətləndirmə cəhdləri beynəlxalq hüququn əsas prinsiplərinə ziddir və həqiqəti əks etdirmir. Əksinə, çoxsaylı faktlar sübut edir ki, Ermənistan təcavüzkar ölkədir və Azərbaycanın 20% ərazisini məhz bu ölkənin silahlı qüvvələri işğal etmişdir. Biz əgər beynəlxalq təşkilatların rəylərinə nəzər salsaq görəcəyik ki, misal üçün Human Rights Watch beynəlxalq təşkilatınm 1994-cü ildə hazırladığı "Dağlıq Qarabağda münaqişənin yeddi ili" adlı məruzəsində göstərilir ki, əldə edilmiş faktlar Ermənistanın münaqişə tərəfi olduğunu sübuta yetirir. Məruzədə çoxsaylı müşahidələr və sübutlar əsasında nəticə çıxarılır ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərində olması hüquqi nöqteyi-nəzərdən bu ölkəni münaqişə tərəfi edir. Artıq danılmaz faktdır ki, Azərbaycanın ərazi bütövlüyü ən nüfuzlu dövlətlərarası beynəlxalq təşkilatlar tərəfindən tanınır və dəstəklənir. Bu isə, öz növbəsində, müasir beynəlxalq hüquqa əsasən, Ermənistan tərəfindən Azərbaycan torpaqlarının zəbt edilməsi, Ermənistanın Azərbaycana qarşı təcavüzünün əyani sübutudur".
İcra Hakimiyyətinə qarşı şok ittiham-“Onlar anti-milli qüvvələri dəstəkləyir”“Mingəçevir Şəhər İcra Hakimiyyətində Qarabağ qazilərinə, müharibə əlillərinə az qala düşmən gözündə baxırlar”.

“Qarabağ Əlillərinə Qayğı” İctimai Birliyinin Mingəçevir filialı “Kanal32” İnformasiya Agentliyinə (kanal32.az-a) müraciət göndərib. Müraciət məktubunda sözügedən İctimai birlik Mingəçevir Şəhər İcra Hakimiyyətində onlara qarşı sərgilənən qərəzli və mənfi münasibətlə bağlı öz etirazlarını ifadə edərək rəsmi bəyənat veriblər.Birliyinin məktubunda qeyd olunur ki,dövlətimizin müvafiq qanunvericiliyin tələblərinə uyğun və hüquqi-normativ aktlara əsasən fəaliyyət göstərmələrinə şərait yaradılması üçün bir neçə dəfə Mingəçevir Şəhər İcra Hakimiyyətinə rəsmi müraciət edilib.Birliyinin Mingəçevir filialının sədri Oktay Cəfərovun kanal32.az-a verdiyi məlumata görə, üzləşdikləri bürokratik əngəllər,müxtəlif bəhanələr və qərzəli münasibət səbəbindən müraciətləri müsbət cavablandırılmayıb:”Ən maraqlısı və acınacaqlısı odur ki,İcra hakimiyyətinin rəhbərliyi bu xalqın azadlığını,müstəqilliyini vəhşicəsinə boğan kommunistlərə açıq dəstək nümayiş etdirir.30 ilə yaxındır varlığı ilə yoxluğu bilinməyən,heç biri fəaliyyəti olmayan Azərbaycan Kommunist Partiyasının Mingəçevirdəki özündən və meşin papkasından ibarət olan “təşkilat sədri” Günəş Şəfaqətovun zəbt etdiyi boş otağı bizə vermir.Mingəçevir Şəhər Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin yerləşdiyi binada olan bu otaq dövlətin balansındadır.”Partiya təşkilat sədri” Günəş Şəfaqətov bu otağın istifadəsi üçün heç bir müqavilə bağlamayıb.Onun bu “işğalına” isə icra hakimiyyəti necə lazımdır,elə də rəvac verib.Bir sözlə,şəhər rəhbərliyi və aidiyyatı şəxsləri Müstəqil Azərbaycan dövlətçiliyinin əleyhinə olan anti-milli qüvəllərə dəstək verir”.

“Qarabağ Əlillərinə Qayğı” İctimai Birliyinin Mingəçevir filialının rəsmi müraciətini olduğu kimi təqdim edirik:
İcra Hakimiyyətinə qarşı şok ittiham-“Onlar anti-milli qüvvələri dəstəkləyir”
İcra Hakimiyyətinə qarşı şok ittiham-“Onlar anti-milli qüvvələri dəstəkləyir”
Onu da qeyd edək ki, bu,Mingəçevir Şəhər İcra Hakimiyyətində Şəhid ailələrinə,Qarabağ qazilərinə, müharibə əlillərinə,məcburi köçkünlərə sərgilənən biganə münasibətlə bağlı ilk hal və ilk iddia deyil.Son illər belə hallarla bağlı dəfələrlə mətbuatda yazılar gedib və daha sərt ittihamlar səsləndirilib.Deməli,od olmayan yerdən tüstü çıxamaz…
“Etihad Airways” iyunun 10-dan uçuşlara başlayırİyunun 10-dan etibarən Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) milli aviaşirkəti “Etihad Airways”, Əbu Dabi üzərindən Avropa, Asiya və Avstraliyanın 20 şəhəri arasında uçuşlara başlayacaq.

Avrasiya.net yazır ki, bu xidmət xüsusi səfərlərə çıxanlara dünyanın bir sıra əsas istiqamətlərinə Əmirliklərin paytaxtı vasitəsilə asanlıqla səyahət etməyə imkan verəcək. Bu yaxınlarda “Etihad Airways” Melbrun və Sidneydən Londona, eləcə də Əbu Dabi vasitəsi ilə Londona və oradan da birbaşa istiqamətlərə uçuşlar təşkil edib. İyun ayı ərzində də “Etihad Airways” Əbu Dabi vasitəsilə qeyd edilmiş bir sıra uçuşları həyata keçirəcək. Əbu Dabi üzərindən Cakarta, Kəraçi, Kuala Lumpur, Manila, Melburn, Seul, Sinqapur, Sidney və Tokiodan Avropanın böyük şəhərləri - Amsterdam, Barselona, Brüssel, Dublin, Frankfurt, Cenevrə, London, Madrid, Milan, Paris və Sürixə silsilə uçuşlar olacaq. Seçimlərini görmək və səfər edəcəkləri ölkədə müvafiq giriş qaydaları barədə məlumat almaq üçün aviabilet bron edənlərə www.etihad.com/transfer səhifəsinə daxil olmaları tövsiyə olunur. Uçuşları mobil tətbiq, həmçinin “Etihad Airways” əlaqə mərkəzinə +971 600 555 666 (BƏƏ) zəng etməklə, yerli və ya onlayn səyahət agentliyi vasitəsilə sifariş etmək mümkündür. “Etihad Airways” BƏƏ hökumətinin və beynəlxalq tənzimləmə və səhiyyə orqanlarının göstərişlərini izləməyə davam edir, koronavirusun yayılmasının məhdudlaşdırılması istiqamətində öz rolunu oynayır. Aviaşirkət yüksək sanitariya və müştəri təhlükəsizliyi proqramı həyata keçirərək müştəri səyahətinin hər bir hissəsində ən yüksək gigiyena standartlarına əməl edir. Bura iaşə, təyyarə və kabinlərin dərindən təmizlənməsi, qeydiyyat, sağlamlıq müayinəsi, ekipajla qarşılıqlı əlaqə, yemək xidməti, sərnişinlərin hava gəmisini tərk etməsi və yerüstü nəqliyyat daxildir.
Bu gün dünya liderləri virtual qaydada Kolumbiyaya bağlanacaqKolumbiya bu gün (iyunun 5-də) keçiriləcək Ümumdünya Ətraf Mühitin Qorunması Gününə həsr edilmiş tədbirə ev sahibliyi edəcək. Tədbirin məqsədi ətraf mühitin qorunması ilə bağlı məlumatlılığı artırmaq, hökumətləri, vətəndaşları və özəl sektorun rəhbərlərini iqlim dəyişikliyi, biomüxtəlifliyin qorunması və davamlı istifadəsi üçün birgə işləməyə çağırmaqdır.

Kolumbiyanın ölkəmizdəki səfirliyindən Avrasiya.net-ə verilən məlumata görə, biomüxtəlifliyi əsas götürən tədbir, COVID-19 pandemiyasının yaratdığı şəraitdən asılı olaraq, virtual şəkildə keçiriləcək.

Tədbir çərçivəsində mütəxəssislərin də iştirakı ilə bir sıra panellər və dialoqlar təşkil ediləcək, burada Amazon meşələrinin qorunması, biomüxtəlifliyin dayanıqlı istifadəsi, yaşıl müəssisələr və COVID-19 pandemiyası; havanın keyfiyyəti, iqlim dəyişikliyi və dairəvi enerji kimi mövzular olacaq. Qlobal liderlərin, məşhurların, yerli icmaların və yerli xalqların, iş adamlarının və vətəndaşların mesajları da təqdim ediləcək.

Yerli vaxtla saat 7:30-8:30 GMT-5 (Bakı vaxtı ilə saat 16:30-17:30) başlayacaq mərasimin açılışını Kolumbiya Prezidenti İvan Duque Markes edəcək. Tədbirin açılışında həmçinin BMT-nin Baş katibi Antonio Guterres, BMT-nin Ətraf Mühit Proqramının icraçı direktoru İnger Andersen, Amerika İnkişaf Bankının prezidenti Luis Alberto Moreno, Dünya İqtisadi Forumunun qurucusu və baş direktoru, professor Klaus Schab, Kolumbiyanın Ətraf Mühit və Davamlı İnkişaf naziri Rikardo Lozano, eləcə də digər iştirakçılar iştirak edəcəklər.

Kolumbiya səfirliyi bildirir ki, əlavə məlumat almaq istəyənlər tədbirin rəsmi internet saytina daxil ola bilərlər (https://www.worldenvironmentday.global və ya Kolumbiya Ətraf Mühit və Dayanıqlı İnkişaf Nazirliyinin saytına (https://dia-mundial-medio-ambiente-mads.hub.arcgis.com).