Kamran Əliyevin işdən çıxardığı kürəkəninə DTX-də vəzifə verildiBaş prokuror Kamran Əliyevin prokurorluq orqanlarında çalışmış kürəkəninin hansı dövlət orqanında işə başladığı məlum olub.

Oxu.az-ın əldə etdiyi məlumata görə, Səbail rayon prokurorunun keçmiş müavini Orxan Nuriyevə Dövlət Təhlükəsizliyi Xidmətində vəzifə verilib.

Qeyd edək ki, Orxan Nuriyev 2019-cu ildən ədliyyə nazirinin müavini işləyən Eldar Nuriyevin oğludur.

Xatırladaq ki, Baş prokuror Kamran Əliyev prokurorluq orqanlarında çalışan kürəkəninin vəzifədən azad olunması barədə əmr imzalayıb.
Ermənistanda koronavirus rekord vurdu – 697 yoluxma, 15 ölümErmənistanda koronavirusa yoluxma halları rekord həddə çatıb.

Baş nazir Nikol Paşinyan son sutka ərzində ölkədə 697 yeni yoluxma faktının təsdiq olunduğunu deyib. Baş nazir son sutka ərzində 15 nəfərin də koronavirusla bağlı problemlər üzündən ölümünü təsdiq edib.

Bununla da Ermənistanda koronavirusa yoluxanların sayı 11 221-ə yüksəlib. Virusdan ölənlərin sayı isə 250-yə çatıb.
Ordumuzun "cəhənnəm silahı": İrəvanı yox edə bilərAzərbaycan raketləri İrəvanı darmadağın etmək gücünə malikdir.

Avrasiya.net Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə politoloq Zaur Məmmədov danışıb.

Ekspert qeyd edib ki, İsrailin yeganə dövlət olaraq bizə satdığı LORA raketlərinin İsrail ordusu tərəfindən dənizdə sınağı baş tutub:

“Yerusəlim Post” qəzeti yazır kı, İsrail ordusu LORA ballistik raketini dənizdə sınaqdan keçirib. LORA maksimim 300-400 kilometr (döyüş başlığından asılı olaraq dəyişə bilir), minimum 30 kilometr mənzilə sahibdir. Atışdan hədəfə dəyənə qədərki uçuş vaxtının 10 dəqiqədən daha az olduğu bildirilir. Öz göstəricilərinə görə, LORA ABŞ-ın ATACMS operativ-taktiki raketlərinə və Rusiyanın İsgəndər-E operativ-taktiki raketlərinə yaxındır, yaxud onlarla eyni sinif raketlər hesab edilir.

Raketin işlənib hazırlanması böyük məxfilik şəraitində həyata keçirilib. Yalnız 2003-cü ildə İsrailin peyk telekanallarından biri təsadüfən raketin sınaqlarından görüntüləri sızdırıb. Bundan sonra LORA raket kompleksləri üzərindən məxfilik pərdəsi qaldırılıb, 2004-cü ildə raketlər İsrail ordusunun quru qoşunlarının, daha sonra hərbi dəniz qüvvələrinin silahlanmasına daxil edilib. Türkiyə və Hindistanın İsraildən bu raketləri almağa maraq göstərdiyi haqda məlumatlar var, lakin bu sövdələşmələr baş tutmayıb. Ona görə də Azərbaycan İsraildən LORA raketlərini alan ilk ölkə hesab edilə bilər”.

Zaur Məmmədov qeyd edib ki, LORA raketləri uçuş trayektoriyasına görə ballistikdir, ancaq raketdən müdafiə sistemlərindən yayınmaq üçün proqramlaşdırılmış və ya ixtiyari manevrlər edə bilir:

“Bu səbəbdən onu kvaziballistik raket də adlandırırlar. Raket həm GPS sistemi, həm operator tərəfindən idarə edilə bilər. Dörd konteynerdən ibarət buraxılış qurğusu adi yük maşınının və ya treylerin şassisində yerləşdirilir. İsrail ordusu “LORA” raketlərini Suriyada İran hərbi bazalarını vurmaq üçün dəfələrlə istifadə edib. 2017 -ci ilin sonlarında bu raketlərdən birinin Rusiyanın “Pantsir-S” artilleriya-raket kompleksi tərəfindən vurulduğu haqda məlumatlar yayılsa da İsrail tərəfi bu məlumatı şərh etməyib.

Habelə, Belarusdan aldığımız “Polonez”ləri də unutmamalıyıq. “Polonez” raket kompleksi Moskvanın Minskə “İsgəndər” raketləri satmaqdan imtina etməsindən sonra yerli müdafiə sənayesinin ekspertləri tərəfindən yaradılmışdı.

Eyni zamanda, bundan əvvəl ordumuzun silahlanmasında İsrail istehsalı olan “Lynx” çoxfunksiyalı raket atəş sistemi var idi - Naxçıvandan İrəvanı vurmağa qadir olan. Müxtəlif kalibrli YARS raketləri ilə silahlanmış bu sistem üçün müasir ballistik LORA raketləri alınıb. Onun taktiki imkanlarının artırılması, Azərbaycanın raket-artilleriya qoşunlarının imkanlarını dəfələrlə artıraraq, dünyanın qabaqcıl ölkələri səviyyəsinə çatdırdı. Artıq ölkəmizi “İsgəndər” raketləri ilə hədələmək mümkün deyil. Bu hədələri edənlər və onlardan qorxanlar onsuz da hərbi işdən xəbərsiz adamlar idi. Bu tipli silahların effektiv tətbiqi yüksək keyfiyyətli texniki kəşfiyyat tələb edir ki, Ermənistan ordusunda heç buna oxşar bir şey də yoxdur”.
“Koronavirusa yoluxmaların artması həftə sonları sərt karantin rejiminin tətbiqini zərurətə çevirir” - Rəşad Mahmudov"Bu günki vəziyyət və ümumiyyətlə Azərbaycanda karantin rejiminin yumşaldılmasından sonra son 10 gün içərisində koronavirusa yoluxmaların tendensiyasına baxdığımız zaman daha sərt tədbirlərin görülməsinə zərurət yarandığını görürük".

Avrasiya.net xəbər verir ki, bunu "Trend"ə Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov deyib.

R.Mahmudov bildirib ki, xəstəxanalarda yatan koronaviruslu xəstə sayının artımı, ağırlaşmaların dərəcələri, analiz sayı ilə yoluxan insanların sayı arasında olan nisbətin artımı və digər faktorlar həftə sonları sərt karantin rejiminin tətbiq olunmasını zərurətə çevirir:

“Birmənalı olaraq hər bir vətəndaşın təhlükəsizliyinin qorunması və eləcədə ölkədə ola biləcək növbəti dalğanın nəzarətdən çıxmaması üçün, eyni zamanda, səhiyyə sistemi nə qədər hazırlıqlı olmuş olsa da belə ola biləcək çox yüksək dalğalarda səhiyyə sisteminin çöküşünün olmaması üçün, eləcə də səhiyyə sistemində digər xəstəliklərdən əziyyət çəkən insanların təcili vəziyyətlərində müalicəsinin təşkili üçün məcburiyət qarşısında hökumət tərəfindən sərtləşmənin aparılması təqdirəlayiq və düzgün addımdır.

Əlbəttə ki, bu addımlar nəticəsində epidemioloji vəziyyətdə dəyişmələrin müsbət tendensiyaya dönməsi və yenidən yumşalmanın davam etdirilməsi hər birimizin arzusudur. Amma bügünki vəziyyət hökuməti məcbur edir ki, bu addımları atsın”.