"Ermənistan adlanan ölkə terror yuvası, rəhbərləri isə terrorçudurlar"Bunu Avrasiya.net-ə açqılamasında İspaniya Azərbaycanlıları Birliyinin sədri, Qərbi Azərbaycan İctimai Birliyinin İspaniya üzrə nümayəndəliyinin rəhbəri Vahid İmanov bildirib.

Onun sözlərinə görə, nəinki İspaniyada, eləcə də Avropanın digər şəhərlərində keçirdikləri tədbirlərdə, görüşdükləri avropalılara ermənilərin terrorçuluğundan, Azəraycanın ərazilərini işal edib, dinc əhaliyə qarşı soyqırım siyasəti həyata keçirdiklərindən danışılıb, özü də faktlarla: “Tarixən ermənilər xain, xəyanətkar bir toplum olublar. Bu gün tarixi Azəraycan torpaqlarında özlərinə “dövlət” quran ermənilər hər zaman terrora dəstək olublar. Müxtəlif terror qruplaşmaları yaradıblar. Uzağa getməyək, ötən əsrin 90-cı illərinin əvvəllərində Ermənistanın rəsmi dairələri "Daşnaksütyun", ASALA, MAQ, "Erməni birliyi", "Erməni Azadlıq Cəbhəsi" və digər terror təşkilatları fəallarına lazımi maliyyə dəstəyi göstəriblər. 1983-cü ilin iyun ayında Parisdə Orli aeroportunda 8 nəfərin ölümü və 50-dək insanın yaralanması ilə nəticələnmiş terror aktına görə ömürlük həbs cəzasına məhkum edilən terrorçu V.Qarabedyanın azad olunması üçün Ermənistanda dövlət səviyyəsində imzatoplama kampaniyası keçirilib. 2001-ci ilin aprelində Fransa məhkəməsi tərəfindən azad olunan terrorçu Ermənistanda rəsmi sığınacaq tapıb. Məşhur terrorçu, Qərbi Avropada "ASALA-nın inqilabi hərəkatı" adlı qruplaşmanın rəhbəri, 1981-ci ildə Türkiyənin Romadakı səfirinə sui-qəsd etdiyinə görə həbs olunan M.Melkonyan 1990-cı ildə Fransa həbsxanasından buraxılaraq Ermənistana gəlib, terror fəaliyyətini davam etdirmək üçün Dağlıq Qarabağa göndərilib və Xocavənd döyüşlərində məhv edilib. Ermənilərin dünyanın müxtəlif ölkələrində türklərə qarşı terror siyasəti həyata keçirdikləri faktdır. O da bir faktdır ki, erməni terrorçuları Livanda təlim keçiblər”.

V.İmanov erməni terrorunun 1992-ci ildə Xoicalı soyqırımı ilə davam etdiyini deyib. Onun fikrincə, ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi terror siyasətinə dünya birliklərinin göz yumması, terror, terrorçuluğa dəstək kimi qiymətləndirilməlidir. Diaspor sədri onu da qeyd edib ki, terror siyasəti yürüdən ölkənin rəhbərləri də heç vaxt azad fikirli, humanist, sülhpərvər ola bilməzlər: “Yaxın tariximizə nəzər salaq, işğalçı Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan Suriyada doğulub. 1988–ci ildən Qarabağı Azərbaycandan qoparmaq üçün erməni millətçilərinin yaratdığı "Qarabağ komitəsi"nin üzvü və "Erməni İctimai Hərəkatı"nın rəhbərlərindən biri olub.

1988-ci ilin dekabrında "Qarabağ komitəsinin" digər üzvləri ilə birlikdə Ter-Petrosyan da həbs olunur, onları kütləvi iğtişaşların təşkilində və milli ayrıseçkiliyin təbliğində ittiham edilib.

Ondan sonra Robert Köçəryanın birinci prezidentliyi dövrü 1999-cu ildə Ermənistan Parlamentində baş verən terror hücumu ilə yadda qaldı. 27 oktyabr 1999-cu il tarixində hökumət tərəfindən sual-cavab iclası keçirilərkən jurnalist və keçmiş EİF üzvü Nairi Hunanyanın rəhbərliyi altında uzun paltolarının içərisində gizlədilən Kalaşniov AK-47 avtomatları ilə silahlanmış beş nəfər İrəvanın Bağramyan prospektindəki Milli Məclis binasına girdi. Onlar səkkiz nəfəri güllələyərək öldürdülər. Terror zamanı parlamentin spikeri Karen Dəmirçiyan, Ermənistanın Baş naziri Vazgen Sərkisyan, vitse-spikerlər Yuri Baxşyan və Ruben Miroyan, deputatlar Mikael Kotanyan, Armenak Armenakyan, Henrix Abramyan, operativ məsələlər üzrə nazir Leonard Petrosyan güllələnib. Koçaryan da 1988-ci ildən Qarabağda erməni millətçilərinin başlatdığı Miatsum hərəkatına qoşulub və bir müddət sonra separatçıların liderlərindən birinə çevrilib.

Köçәryan azərbaycanlı əhaliyə qarşı qırğınlar törədən Qarabağ ermənilərinin və erməni diasporunun təşkil etdiyi silahlı dəstələrə başçılıq edib.

Robert Köçəryan digər şəxslərlə əvvəlcədən əlbir olaraq konstitusiya quruluşunu devirməktə ittiham olunub və bu iş üzrə 2018-ci ilin dekabrında həbs olunub. O zaman prezident seçkilərinin nəticələrini tanımayanların nümayişi zorakılıqla dağıdıldığı zaman silah tətbiq olunmuş, iki nəfəri hüquq-mühafizə orqanlarının nümayəndələri olmaqla 10 nəfər həlak olub. Söhbət 2008-ci il hadisələrindən gedir. O zaman, prezident seçkilərindən sonra Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın tərəfdarlarının təşkil etdiyi aksiyalar davam edirdi. Onlar liderlərinin qalib olduğuna əmin idilər və seçki nəticələrinə yenidən baxılmasını tələb edirdilər. Mərkəzi Seçki Komissiyası isə səsvermə nəticələrinə əsasən, Serj Sarqsyanı qalib elan etmişdi.
Nümayişin dağıdılmasında silah tətbiq olunmuş, 10 nəfər həlak olmuşdu.

Köçəryandan sonra Ermənistanda hakimiyyətə Serj sSrkisyan gəldi. Bu adam da 1989-cu ildən 1993-cü ilə kimi separatçı "Dağlıq Qarabağ Respublikası"nın özünümüdafiə qüvvələri komitəsinə rəhbərlik edib. Bu gün isə işğalşı ölkənin başında Paşinyan durur. Həbsdə olan bu adam inqilab yolu ilə hakimiyyəti ələ keçirib. Paşinyan da Ermənistanda Qarabağ hərəkatı zamanı 1988-ci ildə tələbə etirazları, yürüşləri və nümayişlərini təşkil edib. Fikir verin, bu şəxslərin heç biri nə ölkəsinə, nə də ermənilərə bir xeyir gətirib. Həbsdə olublar, insanların itkisi üzərindən hakimiyyəti ələ keçiriblər. Azərbaycanlılara qarşı vuruşublar, təbii ki, heç biri dövləti demokratik yolla idarə edə bilməzdilər. Çünki təfəkkürlərində terror, işğalçılıq siyasəti hopub. Ölkə büdcəsinin çox hissəsi xaricdəki erməni terror təşkilatlarından əldə edilən vəsaitdir. Həmin terror təşkilatlarına birbaşa Ermənistan və onun rəhbərləri, xaricdəki diaspor təşkilatları himayə edirlər”.

V.İmanovun fikrincə, dünya birlikləri, nüfuzlu beynəlxalq təşkilatlar Ermənistanın işğalçılıq siyasətini, azərbaycanlılara qarşı apardıqları etnik təmizləmə siyasətini, eyni zamanda Ermənistanda hakimiyyətə qurbanlar bahasına gəldiklərini gördükləri halda susmaları, terrora və terrorçuya dəstək kimi qəbul edilməlidir: “Bununla bağlı biz öz etiraz səsimizi həmişə ucaltmışıq və ermənilərin işğalçılıq, terror siyasətini ifşa etmişik, təmsil olduğumuz ölkədən buna siyasi və hüquqi qiymətin verilməsini tələb etmişik. Avropa Şurası İnsan haqları Məhkəməsinə, İspaniya Xarici İşlər Nazirliyinə rəsmi müraciətlər də etmişik. Biz Dağlıq Qarabağ münaqişəsi məsələsində Azərbaycan Prezidentinin tutduğu mövqeyi dəstəkləyir və ona inanırıq. Ümid edirik ki, Prezidentimiz İlham Əliyevin qətiyyəti və müdrikliyi nəticəsində işağl olunan bütün torpaqlarımız geri qaytarılacaq. Amma ermənilərin işğalçılıq siyasətlərini ifşa etməkdə və dünya birliklərinin diqqətini bu istiqamətə yönlənməsinə nail olmaq üçün güclü iş aparmalıyıq. Harada olmağımızdan asılı olmayaq dövlətimizə, millətimizə xidmət etmək azərbaycanlı kimi borcumuzdur”.
Məsuliyyətli olmalıyıq! - DeputatCovid-19 pandemiyanın yayılmasının qarşısının alınması məqsədi ilə ölkə başçısı İlham Əliyevin ardicil tapşırıqları, hökumətin qəbul etdiyi qərarlar, əhalinin “Biz Birlikdə Güclüyük” çağırışına qoşulması, vəziyyəti tam nəzarət altında saxlamaq mümkün olmuşdur.

Xüsusi ilə karantin rejiminin tətbiqi, mütəxəssislər tərəfindən vəziyyətə dair mütəmadi qaydaların hazırlanması, Azərbaycanda daha çox insanın bu virusa yoluxmasının qarşısını almışdır. Lakin, son həftə ərzində 1000-ə yaxın vətəndaşda koronavirusun aşkarlanması, 70 nəfərin ölüm faktının qeydə alınması, karantin rejiminin yenidən sərtləşdirilməsini zəruri etmişdir. Hazırlanmış yeni qərara əsasən həftə sonunu tam qapanma qərara alınmış və vətəndaşların sağlamlığının qorunması naminə bu qərara tam ciddiliyi ilə əməl olunmasının vacibliyi qeyd olunmuşdur.

Ölkə rəhbəri İlham Əliyevin 03.06.2020-ci il tarixində Tərtərdə Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edərkən maskadan istifadə etməsi hər bir Azərbaycan vətəndaşı üçün nümunə olmalıdır və sağlamlığımızı qorumaqla digərlərinin də yoluxmasının qarşısının alınmasında məsuliyyətli olmalıyıq.

Ölkəmizdə maskaların və tibbi spirtin, habelə ərzaq ehtiyyatının kifayət qədər olması, vəziyyətin tam hökümət tərəfindən idarə olunması, vətəndaşlarımızda heç bir narahatçılığa əsas olmadığını bir daha vurğulayıram.

Azərbaycan vətəndaşlarına, seçicilərimə, bacı və qardaşlarıma bir daha müraciət edərək həftə sonları evdən çölə çıxmamalarını tövsiyyə edir və ölkəmizin başı üzərində olan qara buludların tezliklə dağılacağına inanıram.

Məzahir Əfəndiyev
Milli Məclisinin deputatı
Sərt karantin: nələr qadağan olundu? - SiyahıNazirlər Kabineti Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə qərar verib.

Avrasiya.net xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün 2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək aşağıdakı məhdudiyyətlər tətbiq edilib.

Aşağıda qeyd edilənlər istisna olmaqla, bütün iş, xidmət, o cümlədən ticarət sahələri üzrə fəaliyyət dayandırılıb:

- siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilən dövlət orqanlarının (qurumlarının) və digər təşkilatların fəaliyyəti;

- xəstəxanalar və təcili tibbi yardım müəssisələrinin fəaliyyəti;

- .sosial xidmət müəssisələrinin fəaliyyəti, o cümlədən əqli və hissiyat pozuntusu olan, habelə xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün baxıcılıq xidməti;

- kommunal xidmətlər (su təchizatı və kanalizasiya, qaz təchizatı, istilik təchizatı, enerji paylanması, məişət tullantılarının yığılması və utilizasiyası);

- elektrik enerjisinin istehsalı və təchizatı;

- meliorasiya və su təsərrüfatı;

- rabitə xidmətləri; 1.1.8. teleradio yayımçılarının (televiziya və radio kanalları, kabel televiziyaları) fəaliyyəti;

- dəmir yolu, avtomobil, dəniz, hava nəqliyyatı ilə yük daşımaları;

- boru kəmərləri ilə nəqliyyatın təmin edilməsi fəaliyyəti;

- fasiləsiz istehsalat fəaliyyəti (istehsalat-texniki şərtlərə görə fəaliyyətinin dayandırılması mümkün olmayan müəssisələr);

- neft və qazın hasilatı, emalı, saxlanması və satışı;

- fəaliyyəti dayandırılmış iş və xidmət sahələrinin mühafizə və texniki təhlükəsizliyinin təmin edilməsi üzrə xidmətləri.

Bu Qərarın 1.1.1-1.1.13-cü yarımbəndlərində nəzərdə tutulan iş və xidmət sahələrində fəaliyyət göstərən şəxslər istisna olmaqla, digər şəxslərin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilsin və onların həmin yerləri tərk etməsinə aşağıdakı müstəsna hallarda icazə verilib:

- həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda (təxirəsalınmaz tibbi yardım yalnız təcili tibbi yardım xidməti vasitəsilə);

- yaxın qohumların dəfnində iştirakla əlaqədar.

- Xüsusi təyinatlı, qəza-bərpa, təcili tibbi yardım və fəaliyyətinə icazə verilmiş orqanlara (qurumlara) və təşkilatlara məxsus xidməti avtomobillər istisna olmaqla, bütün digər avtomobillərin və ictimai nəqliyyatın hərəkəti qadağan edilsin.

Bu Qərarın 1.1.1-1.1.13-cü yarımbəndlərində nəzərdə tutulan iş və xidmət sahələrində fəaliyyətin həyata keçırılməsi üçün yalnız zəruri və məhdud sayda işçilərin işə cəlb edilməsi təmin edilib.

Bu Qərarın 1.2.2-ci yarımbəndində göstərilən əsasla yaşayış yerini və ya olduğu yeri tərk etmək üçün hər bir şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 102 Xidməti - Zəng Mərkəzi vasitəsilə icazə almalıdır.

Bu Qərarın 1.1.1-1.1.13-cü yarımbəndləri ilə fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində işləyən şəxslərin hərəkətinə işəgötürən tərəfindən həmin şəxslər barədə məlumatlar elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol verilir.

Bu Qərarın 1.2.1-ci və 1.2.2-ci yarımbəndlərinin tələblərinə riayət olunmasına nəzarət Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilir.

Bu Qərarın tələblərinin pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslər qanunla nəzərdə tutulmuş qaydada inzibati və cinayət məsuliyyəti daşıyırlar.
Evdən hansı hallarda çıxmaq olar? - SiyahıQərarın 1.1.1-1.1.13-cü yarımbəndlərində nəzərdə tutulan iş və xidmət sahələrində fəaliyyət göstərən şəxslər istisna olmaqla, digər şəxslərin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsinə aşağıdakı müstəsna hallarda icazə verilib.

Avrasiya.net bu siyahını təqdim edir:

- həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda (təxirəsalınmaz tibbi yardım yalnız təcili tibbi yardım xidməti vasitəsilə);

- yaxın qohumların dəfnində iştirakla əlaqədar.

- Xüsusi təyinatlı, qəza-bərpa, təcili tibbi yardım və fəaliyyətinə icazə verilmiş orqanlara (qurumlara) və təşkilatlara məxsus xidməti avtomobillər istisna olmaqla, bütün digər avtomobillərin və ictimai nəqliyyatın hərəkəti qadağan edilsin.

Qeyd edək ki, qadağa 6 iyun saat 00:00-dan 8 iyun saat 6:00-a qədər qüvvədədir.
Şamaxı – dünən, bu gün və sabaha doğru mətin addımlarlaŞamaxı haqqında çox alimlər, səyyahlar böyük fikirlər söyləyiblər, çox şairlər, yazarlar, aşıqlar, söz deyiblər, mahnı qoşublar, hələ bundan belə çox söz də deyəcəklər. Şamaxı durduqca nə bu sözlər bitəcək nə də verilən qiymətlər. Şamaxı haqqında yazımı şamaxılı mərhum şair Fikrət Sadığın məşhur “Şamaxı” şeiri üzərindən qurmaq istəyirəm.

Səni necə anmayım,
Atəşinə yanmayım....

Elə yerlər, elə məkanlar var ki, onlar haqqında danışan zaman bir neçə sözlə, cümlə ilə fikrini izah edə bilmirsən. Tarixin dərinliklərinə boylanan zaman bəzi yerləri asanlıqla görmək, müşahidə etmək olur. Amma elə yerlər, elə şəhərlər var ki, onlar haqqında fikir söyləmək çox çətin və məsuliyyətlidir. Azərbaycanımızda elə yerlər var ki, onlardan danışan zaman özünə çəki-nizam verməlisən, fikirlərini yüz ölçüb, bir biçərək ifadə etməlisən, ona görə yox ki, sən o yerdə anadan olmusan və ya ora sənə əzizdir. Ona görə ki, o yer özündə Azərbaycan tarixinin ən keşməkeşli dövrlərini, mədəni və ictimai hadisələrini əks etirir, yaşadır və bu günümüz üçün bir salnamə mahiyyəti daşıyır. Belə yerlərdən, belə məkanlardan, belə azsaylı şəhərlərdən biri də Şamaxıdır. Nələr çəkməyib bu şəhərin başı?! Fars, Ərəb, Xəzər, Monqol istilaları, Teymurilərlə, Səfəvilərlə mübarizələr sarsıda bilməyib bu şəhəri. Nadir şah Şamaxını Ağsuya köçürüb Yeni Şamaxı inşa etmək istəsə də şəhər öz əzmini və dəyanətini itirmədi, təslim olmadı. Yenidən var oldu, yenidən gücləndi. Ruslarla da mübarizə apardı, ermənilərlə də, xəstəliklərlə də. Şamaxı bu təsirlərdən zəiflədi, amma məğlub olmadı, sınmadı, yenə öz mərkəz funksiyasını qoruyub saxlaya bildi. Bir zəlzələ ilə bacarmadı qocaman paytaxt şəhəri. Zəlzələdən başqa heç bir təsir Şamaxıya ciddi ziyan vura bilmədi. Aramsız zəlzələlər Şamaxının tarixi abidələrini yerlə yeksan etdiyi kimi 10 əsrə yaxın Şimali Azərbaycanda sayılıb seçilən paytaxt funksiyasını şərəflə icra edən şəhərin bu üstünlüyünü əlindən aldı. Bütün bunlara baxmayaraq Şamaxı yenə də öz əzmini, dəyanətini və varlığını qoruyub saxlayaraq günümüzə qədər yaşadı, Sovet dövrü Azərbaycanın və SSRİ-nin sayılıb seçilən kənd təsərrüfatı və mədəni mərkəzi oldu, dünyaya və Azərbaycana tanınmış simalar bəxş etdi, bu gün də şərəflə bu yolu davam etdirir. Rəhmətlik Fikrət müəllimin sözü olmasın, bu şəhəri necə anmamaq və atəşinə yanmamaq olar…

Necə sevməyim səni,
Xəqanilər Vətəni....

Şamaxı tarix boyu özünün intellektual sərvəti olan alimləri, mütəfəkkirləri, şairləri, ədibləri, memarları, səyyahları, hərb və dövlət xadimləri ilə məşhur olub. Şamaxı ərazicə bir o qədər geniş olmasa da, dünyaya verdiyi fikir və ideya nəhənglərinin sayı və keyfiyyətinə görə Azərbaycanda lider şəhər olaraq qalır. Yetirdiyi dahi şairlər, ədiblər, mütəfəkkirlər, səyyahlar və dövlət xadimləri baxımından, alimlər, Şamaxını ancaq Şiraz şəhəri müqayisə edə bilərlər. Şamaxı mühitində kimlər yetişməyib…. Məşhur Şamaxılıları xatırlayarkən biz siyahını çox uzada bilərik, amma buna ehtiyac görmürəm. Aşağıda qeyd etdiyim silsilə bizə hər şeyi izah edir və qarşımızda böyük bir mənzərə yaradır. Xaqani Şirvani, Kafiyəddin Ömər, Fələki Şirvani, İmadəddin Nəsimi, Şirvanşah İbrahim Xəlilullah, Seyid Yəhya Şirvani, Ağa Məsih Şirvani, Seyid Əzim Şirvani, Mahmud ağa Məmmədzadə, Mirzə Nəsrullah Bahar Şirvani, Zeynalabidin Şirvani, Aleksey Çernyayevski, Məhəmməd Hadi, Zivər bəy Əhmədbəyov, Abbas Səhhət, Mirzə Bilal, Sultanməcid Qənizadə, Həbib bəy Mahmudbəyov, general mayor Tərlan Əlyarbəyov, Ağasadıq Gəraybəyli, Əzizə Cəfərzadə, Fikrət Sadıq, Əlövsət Abdullayev, Məmmədağa Şirəliyev, Niyazi Nəcəfov, Nurqələm Mikayılov, Xəlifə İbrahimov, Qürbət Əziz, Əlikram Abdullayev, Alim Qasımov, Daşqın İsgəndərov, Daşqın Şikarov, general-leytenant Ayaz Həsənov və adını çəkə bilmədiyim yüzlərlə alim, mütəfəkkir, şair, ədib, sənətçi, memar, səyyah, diplomat, hərbçi və dövlət xadimi bu diyarın yetişdirmələridir. Babalarımız burda deyib ki, görünən şəhərə nə bələdçi. Bu şəhəri necə sevməyim axı...?

Mehr salmışam axı,
Heyran olmuşam axı...

Əsrarəngiz təbiəti, saf suları, səfalı dağları və tarixi abidələri ilə məşhur olan Şamaxı hər zaman ora qonaq gələnləri valeh edib. Şamaxı torpaqlarının təbii şəraiti və əlverişli mövqeyi qədim zamanlardan insanları özünə cəlb edibdir. Bu rayonun özünəməxsus təbiəti, mülayim iqlimi, mineral bulaqları ona xüsusi gözəllik bəxş edir. Burada havalar nə çox şaxtalı, nə də çox qızmar olur. Uca dağlar qoynundakı palıd, fıstıq və vələs meşələri, göz oxşayan yaşıl çəmənliklər və kol bitkiləri yazdan payıza qədər burada ecazkar bir mənzərə yaradır. Pirqulu qəsəbəsində Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası fəaliyyət göstərir. Bu rəsədxana ən müasir avadanlıqlarla və MDB məkanında ən böyük, güzgüsünün diametri 2 metrə bərabər olan, teleskopla təchiz edilmişdir. Şamaxının tarixi çoxsaylı arxeoloji və memarlıq abidələri ilə zəngindir, belə ki: Qoşa minarəli Cümə məscidi (743-cü il), Pirmərdəkan məqbərəsi (XII-XIII əsrlər), Şahxəndan məqbərəsi (XV əsr), Kələxanı kəndindəki XVII əsrə aid səkkiz məqbərədən ibarət kompleks, Gülüstan qalasının (XI-XII əsrlər) xarabaları və sair abidələr böyük marağa səbəb olur. Pirqulu dövlət qoruğu və Safari Parkı da Şamaxı ərazisində yerləşir.
Bu əsrarəngiz təbiətli, qədim tarixli yurda necə heyran olmayasan axı...?

Nə gözəldir bu çağın,
Nə istidir qucağın...

Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkəmizdə yaşanan problemlər Şamaxıya da təsir etmiş, bazar iqtisadiyyatına keçid dövründə yaşanan çətinliklər Şamaxıda da öz izlərini buraxmışdır. Amma bunlar hamısı keçmişdə qalıb, biz isə bu gün və gələcək üçün yaşayır və mübarizə aparırıq. Son zamanlar ölkə rəhbərliyinin apardığı sosial-iqtisadi islahatlar, yenidənqurma və abadlıq işləri Şamaxıdan da yan keçməmişdir. Şamaxı zəngin tarixi keçmişini yaşatmaqla bərabər, günbəgün müasirləşir, abadlaşır və gözəlləşir desək heç də mübaliğə etmiş olmarıq. Təsadüfü deyil ki, ölkə başçısı cənab İlham Əliyev və I Vitse Prezident Mehriban xanım Əliyeva Şamaxıdan diqqətlərini heç bir zaman əsirgəməmişdirlər. Heç bir araşdırma və dəqiqləşdirmə aparmadan deyə bilərəm ki, cənab Prezidentin ən çox səfər etdiyi rayon məhz Şamaxıdır.
Ö
lkə rəhbərliyinin Şamaxıya qayğısını sözlə yox, görülən işlərlə ifadə etsək, aşağıdakı mənzərənin şahidi olarıq.
Son illərdə Şamaxıda müasir standartlara cavab verən Müalicə Diaqnostika Mərkəzi, Olimpiya İdman Kompleksi, Tarix-Diyarşünaslıq muzeyinin yeni binası, “ASAN Həyat” mərkəzi kompleksinin binası tikilmiş, Şamaxı Astrofizika Rəsədxanası əsaslı təmir olunmuş, neçə-neçə məktəb və uşaq bağçaları yüksək səviyyədə təmir edilmiş, bəziləri isə yenidən qurularaq istifadəyə verilmişdir. Yaxın zamanlarda istifadəyə veriləcək onlarla layihə isə öz açılış gününü gözləməkdədir. O günlər isə çox da uzaqlarda deyil.

Cənab Prezidentin birbaşa göstərişi ilə Bakı-Şamaxı avtomobil yolu dörd zolağa genişləndirilərək yenidən qurulmuş, Şamaxı-Göylər-Padar, Həmyə-Cabanı-Əngəxaran, Şamaxı-Dəmirçi-Lahıc yolu yenidən qurularaq vətəndaşların istifadəsinə verilmişdir. İndi sənətkarlıq mərkəzi olan Lahıc qəsəbəsinə ən təhlükəsiz yol Şamaxıdan keçir.
Eyni zamanda son illər ərzində Şamaxı rayonunun qazlaşdırlması və elektrik xəttlərinin yenidən qurulması layihəsi icra olunmuş, ən ucqar kəndlərə belə qaz və elektrik xətləri yenidən çəkilmişdir.

Rayon iqtisadiyatının əsasını təşkil edən kənd təsərrüfatı da dirçəliş yolundadır. Son illər aparılan islahatlar nəticəsində üzümçülük Şamaxıda yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Şamaxıda keçən il ən yüksək səviyyədə “Üzüm və Şərab Festivalı” təşkil olunmuş və bu ənənənin əsası qoyulmuşdur. Bu inkişaf kənd təsərrüfatının digər sahələri olan bağçılıq, heyvandarlıq və arıçılıq sahəsində də əhəmiyyətli şəkildə hiss olunmaqdadır. Şamaxı rayonu ərazisində yeni inşa edilən və yaxın vaxtlarda istifadəyə veriləcək iri həcmli heyvandarlıq kompleksi bu inkişafın əyani sübutudur.
Ölkə başçısının birbaşa qayğısı nəticəsində 2019-cu il Azərbaycanda “Nəsimi ili” elan olunmuş, bununla bağlı olaraq Azərbaycanın müxtəlif şəhərlərində, eləcə də Şamaxıda bir çox tədbirlər həyata keçirilmişdir.

Keçən il Şamaxıda baş verən zəlzələ zamanı da yanımızda, arxamızda olan ilk şəxs cənab Prezident və Mehriban xanım Əliyeva oldu. Bunu Şamaxılılar heç vaxt unutmayacaqlar. Ən yüksək səviyyədə təmir-bərpa işlərinin həyata keçirilməsi və yenidənqurma işlərinin aparılması üçün dövlət büdcəsindən və Prezidentin ehtiyat fondundan Şamaxı rayonuna kifayət qədər vəsait ayrılmış və bu işlərin həyata keçirilməsi üçün istifadə olunmuşdur.

Ölkə Prezidenti İlham Əliyev Şamaxıda “ASAN Həyat” kompleksinin açılışında iştirak etdikdən sonra kompleksin əməkdaşları ilə görüşündə çıxışı zamanı bildirmişdir ki, Şamaxının tarixi siması qorumaqla müasirləşdirilir: "Biz Şamaxının tarixi simasını qorumaqla onu müasirləşdiririk. Bu yaxınlarda rayon icra hakimiyyətinə kifayət qədər böyük vəsait ayrıldı ki, infrastrukturla bağlı layihələr icra edilsin. Müasir sərnişin avtobusları, müasir təcili tibb yardımı maşınları, kommunal texnika gətiriləcək. Tapşırıq verilmişdir ki, Şamaxı şəhərinin bütün daxili yolları, kənd yolları əsaslı şəkildə təmir edilsin.” Bəli məhz bu göstəriş və sərəncamdan sonra Şamaxı şəhəri, onun qəsəbə və kəndləri üçün nəzərdə tutulan və sərnişin daşımanın keyfiyyətini artıracaq yeni iri tutumlu avtobuslar alındı. Artıq bu avtobuslar marşurut xəttləri üzrə sərnişinlərin istifadəsinə təqdim olunub. Eyni zamanda şəhər infrasturukturu üçün tələb olunan bütün texnika və avadanlıqlar Şamaxıya gətirilmiş və onların istifadəsinə start verilmişdir. Cənab Prezidentin Şamaxıya son səfəri zamanı müasir texnikalara şəxsən baxış keçirməsi, ayrılan vəsaitin necə xərclənməsinə diqqət etməsi onun Şamaxıya olan birbaşa qayğısının nümunəsidir. Cənab Prezidentin və Mehriban xanımın Şamaxının tarixi və müqəddəs yerlərindən olan “Pirsaat baba” türbəsinə, Avaxıl kəndində yerləşən və tariximizə yenidən qazandırılan “Pir Ömər Sultan” ziyarətgahına son səfərləri Şamaxıya, onun tarixinə və bütünlükdə isə Şamaxılılara qoyulan hörmət və ehtiramın nümunəsidir.

Bütün dünyanı başına alan “COVİD 19” pandemiyası dövründə də Şamaxılılar diqqətdən kənarda qalmadılar. Heydər Əliyev Fondunun dəstəyi, “RİİB” İctimai Birliyinin təşkilatçılığı ilə Şamaxıda ehtiyacı olan insanlara yardım sovqatları paylandı və bu iş bu gün də davam edir.

25 may 2020-ci il tarixində ölkə başçısı cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Şamaxıya səfəri zamanı cənab Prezident Şamaxıya və şamaxılılara bir daha diqqət və qayğısını göstərdi. Cənab Prezident çıxışında: “Mən göstəriş vermişdim ki, Şamaxı şəhərinin avtomobil yollarının da təmiri ilə bağlı tədbirlər görülsün. Kənd yollarının bir çoxu asfaltlanıb, hətta ucqar kəndlərə də asfalt yollar çəkilib. Amma şəhər yolları o qədər də yaxşı vəziyyətdə deyil. Ona görə də həm kənd yollarının çəkilişinin davam etdirilməsi, eyni zamanda, Şamaxı şəhərinin yol infrastrukturunun müasirləşməsi ilə əlaqədar əlavə tədbirlər görülməlidir.” – deyərək Şamaxının daxili yollarının yenidən qurulması işinin də həll edilməsini aidiyyatı qurumlar qarşısında məsələ kimi qoydu. Bütün yuxarıda sadalananları və həyata keçirilən layihələri görən zaman Şamaxı haqqında qürurla deyə bilirik – Nə gözəldir bu çağın...!

Şamaxı və şamaxılılara ölkə rəhbərliyinin qayğısının bir nümunəsini də yenilənən idarəetmə sistemində görmək olar. Şamaxı rayonuna təyin olunan icra başçısı həm müasirliyi, həm mədəniliyi, həm innovativliyi, həm də islahatçılığı ilə ölkə rəhbərliyinin iradəsini nümayiş etdirir. Tahir Məmmədovun Şamaxıya icra başçısı təyin olunandan sonra ilk atdığı addım təhsil sahəsində islahatlardan başladı ki, bu da onun kimliyindən xəbər verirdi. Bir milləti yenidən inşa etmək istəyirsənsə ona təhsil verməlisən. Almaniya kansleri Otto fon Bismark Almaniyanın möhtəşəmliyini alman xalqının müəllimləri ilə bağlayırdı. O, Fransa-Prussiya müharibəsində Prussiyanın qələbəsini alman müəlliminin qələbəsi hesab edərək deyirdi: “BİZ QƏLƏBƏ ÇALDIQ ONA GÖRƏ Kİ, ALMAN MÜƏLLİMİ FRANSIZ MÜƏLLİMİNƏ ÜSTÜN GƏLDİ". Bəli, biz ermənilərə qalib gəlmək istəyiriksə Azərbaycan müəllimini ucaltmalıyıq, yalnız bu yol ilə qələbəmiz mümkündür. İllərlə təmizlik və iməcilik işlərinə cəlb olunan, kimlərəsə “haqq verən” Şamaxı müəllimi artıq dərslə, təlim-tədrislə məşğul olmağa başladı. Bu gün Şamaxı müəllimi öz adının ucalığını və şərəfini hiss edir.
İcra başçısı Tahir Məmmədovun apardığı kadr islahatları da öz bəhrəsini verməkdədir. Vəzifəyə təyin olunan gənc və perespektivli kadrlar Şamaxının inkişafı üçün yeni ideyalar ətrafında birləşərək yeni Şamaxının qurulması və inkişafı üçün əllərindən gələni edirlər, buna Şamaxı mühitinə bələd olan hər bir kəs şahiddir. Yolu düz olanın, yükü ağır olar deyiblər babalarımız. Əsas odur ki, yolunuz düzdür, bunu Şamaxılılar görür, alqışlayır və yüksək qiymətləndirirlər.

Bəs Şamaxıda problemlər yoxdurmu? Təbii ki, var. Problem o yerdə olmur ki, orda iş dayanıb və fəaliyyətsizlik hökm sürür. Hər bir yerdə problem var, problem o zaman olmayacaq ki, həyat dayanacaq. Amma problemdən problemə, məsələdən məsələyə də fərq var. Var təbii problemlər – bunların həlli bir başa icra hahimiyyəti başçısının işidir və buna görə o məsuliyyət daşıyır. Bir də var Şamaxının “köhnə problemi”, yəni az sayda narazıların, hər şeyə etiraz edənlərin aparılan işləri sabotoj etməsi. Son günlər Şamaxıda baş verən hadisələr fonunda deyə bilərəm ki, biz tükü-tükdən seçən şamaxılılar üçün bu oyunların mahiyyəti oyun başlayan gündən məlumdur. Şamaxını sevən insanlar, ziyalılar yaxşı bilir ki, kim kimdir, nə nədir. Ona görə də heç kim bu adamlara baş qoşmur və onların etdiklərinə fikir vermir. Onları dəstəkləyənlər isə ölkə xaricində “ordan-burdan” maliyyələşən, əxlaqsız metodlarla “mübarizə” aparan hoqqabazlardır. Onların nə sosial dayaqları var, nə də sözlərinin keçəri. Belə insanları dinləmək belə vaxt itkisidir. Belə bir deyim var, “Dəyirman öz işini görür, “çax-çax” baş ağrıdır”. Bu gün də bu məsələ aktualdır. Biz Şamaxılılar ölkə rəhbərliyinin ətrafında sıx birləşərək “çax-çax”lara fikir vermədən öz dəyirman funksiyamızı yerinə yetiririk, ölkəmizin, Şamaxımızın yenidən qurulmasına dəstəyimizi ifadə edirik. Söhbət Şamaxıdan və onun inkişafından gedirsə, şəxsi ambisiyalar kənara qoyulmalı, Şamaxının inkişafı və yüksəlişi üçün yaranan bu tarixi şansdan düzgün istifadə edilməlidir. Belə tarixi şanslar isə hər zaman ələ düşmür. Bir zamanlar Şamaxıda olan Aleksandr Düma yazırdı: «Şamaxı heç vaxt bu gündən sabaha salamat çıxacağını söyləyə bilməyəcək». Üstündən əsrlər keçib, baş verən zəlzələlər fonunda bəlkə də Düma hardasa haqlı idi. Ancaq unutduğu və bilmədiyi bir şey vardı. - Şamaxılılar hər dəfə zəlzələdən xaraba qalan bu şəhəri xarabalıqlar içindən dirçəltmək üçün özlərində qüvvə tapıblar. Dəfələrlə bu şəhəri inşa ediblər və onu tərk etməyiblər. Bu gün də belədir, sabah da belə olacaq. Şamaxını zəlzələlərə, epidemiyalara, yadelli istilalarına təslim etməyən mərd, əzmkar və arif şamaxılılar, Şamaxını özünü tanımayan üç-beş nəfər “hoqqabaza” da təslim etməyəcək.

Çünki biz Şamaxıya Fikrət Sadıq demişkən;

Mehr salmışıq, axı,
Heyran olmuşuq, axı,
Qüvvət almışıq, axı!
Şamaxı, ay Şamaxı!

Ruslan AĞAYEV
Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzinin (QESAM) analitiki
“AZE NAKHCHIVAN-KÖLN” Futbol Klubuna stadion tikilirKlub üçün süni ot örtüklü stadion inşa olunacaq

Türkiyədə yaşayan iş adamı, ARS SPOR şirkətinin rəhbəri Elşən Rəsulov Almaniyada fəaliyyət göstərən “AZE NAKHCHIVAN-KÖLN” SK Futbol Klubuna dəstək verib. Bu barədə klubun mətbuat xidmətindən məlumat verilib. Beləki, o, yeni yaranmış kluba Kölndə süni ot örtüklü stadion inşa etmək arzusunda olduğunu bildirib. Klubla razılıq baş tutandan sonra klub rəhbərliyi stadionun inşası Köln Şəhər Bələdiyyəsi ilə danışıqlara başlayıb. Texniki məsələlər Köln bələdiyyəsi ilə razılaşdırılıb.

Qeyd edək ki, mütəxəssislərin bildirdiyinə görə, belə bir stadionun Kölndə tikintisi 800 000 avroya başa gəlir.

Onu da bildirək ki, Elşən Rəsulov öz sahəsində uğur qazanmış gənc iş adamıdır. O, Türkiyənin İstanbul şəhərində idman komplekslərinin inşası ilə məşğul olan ARS SPOR şirkətinin sahibidir. Bu şirkət indiyə qədər dünyanın 70-dən çox ölkəsində futbol, basketbol, tennis, golf və sait idman növləri üçün nəzərdə tutulmuş komplekslər inşa edib.

Elşən Rəsulov Avropada tanınan, Belçikada yerləşən nüfuzlu ULB Universitetini bitirib.
Vətəndaşlar karantin qaydalarının yumşaldılmasından sui-istifadə etdiSüleyman İsmayılbəyli: "Ona görə də sərt tədbirlərin görülməsinə ehtiyac var"

"Koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində həftə sonları bir sıra sərt tədbirlərin həyata keçirilməsi təşəbbüsünün irəli sürülməsi və belə bir addımın atılmasının qaçılmazlığı vətəndaş məsuliyyətsizliyindən irəli gəldi. Çünki karantin qaydalarının yumşaldılmasından vətəndaşlarımız sui-istifadə etdilər".

"OLAYLAR" xəbər verir ki, bu fikirləri Milli Vəhdət Partiyasının sədr müavini Süleyman İsmayılbəyli səsləndirib. O, bildirib ki, məhz bu məsuliyyətsizlik və yumşaldılma prosesindən sui-istifadə ölkədə koronavirus infeksiyasına yoluxanların sayının artmasına gətirib çıxartdı: "Bir gün ərzində 325 nəfərin virusa yoluxması və 5 nəfərin vəfat etməsi kifayət qədər böyük rəqəmdir və təhlükənin nə qədər ciddi olduğunu deməyə əsas verir. Halbuki karantin qaydaları zamanı Azərbaycanda gündəlik virusa yoluxanların sayı ikirəqəmli idi. Bu da ondan irəli gəlir ki, vətəndaşlarımız tətbiq edilən qaydalara əməl etmir, ətrafımızda olan təhlükəyə ciddi yanaşmırlar". MVP rəsmisi onu da deyib ki, dövlət başçısı Cənab İlham Əliyev nümunəvi davranış nümayiş etdirib son Tərtər və Ağcabədi rayonlara səfəri zamanı keçirdiyi görüşlərdə qoruyucu maskalardan istifadə etsə də, lakin bəzi vətəndaşlarımız bu qaydaya əməl etmirlər: "Əvvəl etiraz edirdilər ki, maska tapılmır, apteklərdə maska qıtlığı var. Azətbaycan dövləti və dövlət başçısı Cənab İlham Əliyevin bu istiqamətdə atdığı müvafiq addımlar, verdiyi tapşırıq və tövsiyələr, eləcə də görülən təxirəsalınmaz tədbirlər nəticəsində qoruyucu maska istehsal edən müəssisə istifadəyə verildi və indi apteklərdə asanlıqla qoruyucu maska tapmaq olur. Belə olan halda, nə üçün qaydalara əməl edib həm özümüzü, həm də ətrafımızı qorumuruq?.

Yuxarıda da qeyd etdiyim kimi, bu da yalnız məsuliyyətsislikdən irəli gəlir. Ona görə də vətəndaşlarımızın məsuliyyətli davranması, onları buna sövq etmək üçün əlavə addımların atılmasına, sərt tədbirlərin görülməsinə ehtiyac var". Süleyman İsmayılbəyli deyib ki, həftə sonları ictimai və fərdi nəqliyyat vasitələrinin, eləcə də insanların hərəkətinə məhdudiyyət tətbiq edilməsi doğru seçimdir: "Çünki vətəndaşlarımız həftə sonları istirahət günlərindən yararlanmaq üçen gəzintiyə çıxır, qonaq gedir və s. Bu da istər-istəməz küçə və meydanlarda, parklarda, restoran və kafelər, istirahət mərkəzlərində qələbəlik yaradır, xəstəliyin yayılması riskini artırır. Ona görə də hesab edirəm ki, həftə sonları insanların hərəkətinə məhdudiyyətlərin qoyulması doğru qərardır. Qardaş Türkiyədə bu təcrübə işə yaradı və bundan faydalanmaq məqsədəuyğundur. Bu bəlanı tamam aradan qaldırdıqdan sonra vətəndaşlarımız hara istəyir getsinlər. Ancaq olsun ki, bu qısa müddətdə dözümlü olaq, dövlətin, hökumətin qərarlarına əməl edib özümüzü, ətrafımızı qoruyaq".
SON DƏQİQƏ: Sabahdan bu şəhərlərdə İŞ VAXTI DƏYİŞİR - QƏRARBakı, Sumqayıt, Gəncə və Lənkəran şəhərlərində cümə günü saat 14:00-dan bazar ertəsi səhərə qədər iş qrafikinin tam məhdudlaşdırılacağı ilə bağlı qərar qəbul olunub.

Dövlət və özəl müəssisələr sabah saat 14:00-a kimi fəaliyyət göstərəcək. Buna görə artıq yerli icra hakimiyyəti və bir sıra dövlət orqanlarının əməkdaşlarına məlumat verilib. Onlara qaydalara ciddi əməl etmələri tövsiyə olunub.

Qeyd edək ki, hazırda Baş nazir Əli Əsədovun başçılığı ilə iclas keçirilir və yaxın saatlarda qərarla bağlı detallar ictimaiyyətə açıqlanacaq. (unikal)
Daşkəsəndə qardaş bacısını öldürdüÖtən axşam Daşkəsən rayon sakini Elgün Abbasova qətlə yetirilib.

Daşkəsən Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, rayonun Əhmədli kənd sakini, 01.01.2000-ci il təvəllüdlü Abbasov Elvin Elşah oğlu qısqanclıq zəminində bacısı 11.11.1996-cı il təvəllüdlü Abbasova Elgün Elşah qızını nənəsinin evində ağac parçası ilə başından vuraraq öldürüb.

Faktla bağlı qəsdən adamöldürmə maddəsi ilə cinayət işi başlanılıb, istintaq davam etdirilir.
Dövlətçilik tariximizin parlaq səhifəsiMüsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycan torpağında yaradılması xalqımızın o dövrdə və o illər ərzində - XIX əsrin sonunda və XX əsrin əvvəllərində milli müstəqillik, azadlıq duyğuları ilə yaşaması ilə bağlıdır.

O illərdə xalqımızın qabaqcıl şəxsiyyətləri, mütəfəkkir adamları, ziyalıları xalqımızda milli azadlıq, milli müstəqillik duyğularını gücləndirmiş, milli dirçəliş, milli oyanış əhval-ruhiyyəsi yaranmış və bunların hamısı məntiqi olaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına gətirib çıxarmışdır.

Heydər ƏLİYEV


Azərbaycanın istiqlaliyyəti uğrunda mübarizə tarixində 28 May ən unudulmaz gündür. 1918-ci ilin məhz həmin günü xalqımız azadlıq və müstəqillik arzularına qovuşmuş, Şərqdə ilk demokratik dövlət - Azərbaycan Xalq Cümhuriyyətini (AXC) elan etmişdir. Ancaq bu cümhuriyyətin yaradılması son dərəcə çətin və mürəkkəb tarixi-siyasi proseslərin cərəyan etdiyi bir dövrə təsadüf olunurdu. Rusiyada oktyabr inqilabından sonra 1917-ci ilin noyabrında müstəqil Zaqafqaziya Komissarlığı, daha sonra Zaqafqaziya Seymi yaradıldı. 1918-ci il may ayının 26-da Gürcüstan müstəqilliyini elan edərək Seymdən çıxdı. May ayının 27-də isə Seymin müsəlman üzvlərinin fövqəladə iclasında Azərbaycan Milli Şurası yaradıldı və artıq bir gündən sonra Azərbaycan öz istiqlaliyyətini dünyaya bəyan etdi.

Müstəqillik Aktı qəbul olunan gündən Azərbaycan Xalq Cümhuriyyəti gərgin fəaliyyətə başladı. Fətəli xan Xoyskinin rəhbərliyi ilə ilk hökumət yaradıldı. ilk hökuməti "Müsavat", "Müsəlman sosialist bloku", "Hümmət", "iltihad" və bitərəflərdən ibarət 9 nazir təmsil edirdi. Bununla da müvafiq dövlətçilik atributlarının tətbiq edilməsi, qanunvericilik bazasının formalaşdırılması istiqamətində işlərin əsası qoyuldu. Qısa müddətdə Azərbaycan Xalq Cümhuriyyətinin bütün dövlətçilik atributları yaradıldı, dövlət quruculuğu sahəsində mühüm addımlar atıldı. 1918-ci il iyunun 27-də isə Azərbaycanın tarixində ilk dəfə olaraq Azərbaycan dili rəsmən dövlət dili elan edildi. Həmin il noyabrın 9-da Azərbaycanın indiki üçrəngli dövlət bayrağı qəbul edildi, eyni zamanda, Azərbaycan vətəndaşları haqqında qanun da qəbul olundu. Dövlətçilik göstəricilərinə və prinsiplərinə görə Şərqdə ilk demokratik respublika olan Azərbaycan artıq özünün parlamenti, hökuməti, ordusu və pul vahidi olan müstəqil, suveren bir dövlət idi. Vurğulamaq lazımdır ki, Azərbaycan bütün Şərqdə qadınlara seçki hüququ verən ilk ölkə olmuşdur.

Bu dövrdə Azərbaycan Milli Şurasının və hökumətin Gəncəyə köçməsi ilə əlaqədar müxtəlif qüvvələr arasında mübarizə gedirdi. İyunun 19-da Azərbaycanda yaranmış gərginliklər nəzərə alınaraq bütün ölkə ərazisində hərbi vəziyyət elan edildi. Nazirlər Kabinetinin 1918-ci il 26 iyun tarixli 164 saylı sərəncamına əsasən Azərbaycan Milli Ordusu yaradıldı. 1918-ci il sentyabrın 15-də ağır döyüşlərdən sonra Qafqaz islam Ordusu Azərbaycan xalq könüllü dəstələrinin köməyi ilə Bakını azad etdi. Səhər S.Şaumyanın bolşevik-daşnak rejimindən sonra hakimiyyəti ələ keçirmiş menşevik-daşnak - "Sentrokaspi" diktaturası devrildi. 1918-ci il sentyabrın 17-də Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Bakıya köçdü. Bakı paytaxt elan olundu.

Noyabrın 9-da Xalq Cümhuriyyətinin dövlət bayrağı üzərində aypara və səkkizguşəli ulduz təsviri olan üçrəngli bayraqla əvəz olundu. Müsəlman Şərqində ilk parlamentli tarix Azərbaycan parlamentinin tarixidir. Demokratik hüquqi dövlət yaradan Xalq Cümhuriyyəti hakimiyyəti qanunların aliliyini təmin etməli olan təsisatların, ilk növbədə parlamentin yaradılması zərurətini ən ümdə vəzifələrdən biri hesab edirdi. Parlamentin fəaliyyətə başlamasına qədər Azərbaycan Təsis Məclisi - Milli Şura və icraedici orqan - Nazirlər Kabineti çox mürəkkəb şəraitdə fəaliyyət göstərərək, Azərbaycan Xalq Cümhuriyyətinin qorunub saxlanılmasında əhəmiyyətli işlər görmüşdü. Azərbaycan hökuməti, eləcə də parlament yeni respublikanın müstəqilliyinin Paris Sülh Konfransının iştirakçısı olan qalib qüvvələr tərəfindən tanınmasına çalışırdı. Buna görə də 1918-ci il dekabrın 28-də Azərbaycan hökuməti tərəfindən parlamentin ağsaqqallar şurası nümayəndələrinin iştirakı ilə Paris Sülh Konfransında iştirak etmək üçün Azərbaycan Cümhuriyyəti parlamentinin sədri, cümhuriyyətin beynəlxalq aləmdə tanınmasında əvəzsiz xidmətləri olmuş Ə.M.Topçubaşovun sədrliyi ilə Fransaya nümayəndə heyəti göndərildi. Böyük əziyyətlərdən və erməni təbliğatı ilə uzunmüddətli mübarizədən sonra, nəhayət ki, həmin nümayəndə heyəti 1920-ci il yanvar ayının 12-də sülh konfransındakı əsas ölkələr tərə-findən Azərbaycanın de-fakto tanınmasına nail oldu.

1920-ci il aprelin 22-də süqutundan beş gün əvvəl Azərbaycan Cümhuriyyəti parlamenti Paris Sülh Konfransında missiyasını uğurla yerinə yetirmiş Azərbaycan nümayəndə heyətini buraxmaq, Qərbi Avropa ölkələrində (İngiltərə, Fransa, İtaliya, İsveçrə, Polşa və ABŞ-da diplomatik nümayəndəlik açmaq haqqında qanun qəbul etdi. Lakin təəssüflər olsun ki, həmin dövrdə müstəqil dövlətimiz xarici və daxili düşmənlərin güclü müqaviməti ilə rastlaşıb bu qara qüvvələrin təzyiqinə dözmədi. Öz ülvi arzu və məqsədlərinin böyük hissəsini həyata keçirə bilməyən Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aydan sonra Rusiya bolşevizminin açıq təcavüzü nəticəsində süquta uğradı.

Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsrlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanış və dirçəliş proseslərinin məntiqi nəticəsi kimi meydana çıxmışdı. AXC xalqımızın siyasi şüur səviyyəsinin, intellektual və mədəni potensialının, yüksək istedad və qabiliyyətinin göstəricisi idi. 1918-ci il mayın 28-də Azərbaycanın istiqlaliyyətinin elan edilməsində, Xalq Cümhuriyyətinin təşəkkül tapmasında və fəaliyyət göstərməsində AXC-yə rəhbərlik etmiş şəxslərin - Əlimərdan bəy Topçubaşovun, Məhəmməd Əmin Rəsulzadənin, Fətəli xan Xoyskinin, Həsən bəy Ağayevin, Nəsib bəy Yusifbəylinin, Səməd bəy Mehmandarovun, Əliağa Şıxlinskinin və başqalarının böyük xidmətləri olmuşdur. Bu görkəmli dövlət xadimlərinin, vətənpərvər ziyalıların, peşəkar hərbçilərin adları millətimizin yaddaşına əbədi həkk olunmuş-dur. Xalqımız bir daha hürriyyət və azadlıq eşqini, 1991-ci il oktyabrın 18-də ikinci dəfə öz dövlət müstəqilliyini dünyaya elan etdi. Lakin bu dəfə də böyük qurban və itkilər hesabına əldə olunan müstəqilliyimizin itirilməsi təhlükəsi yarandı, yenə də daxili başıpozuqluq, xarici müdaxilə, bədnam qonşularımızın işğalçılıq siyasəti respublikamızı çətin vəziyyətə saldı. Cəbhədə uğursuzluqlar bir-birini əvəz edir, bölgələrdə separatçılıq fəaliyyəti güclənir, Bakıda isə hakimiyyət uğrunda ölüm-dirim mübarizəsi gedirdi. Respublikamızın bütün ərazilərində xaos, anarxiya tüğyan edirdi. 1993-cü ilin həyəcanlı iyun günlə-rində Azərbaycan yenidən öz müstəqilliyini itirmək, parçalanmaq təhlükəsi ilə üz-üzə dayanmışdı. Əgər həmin vaxt ümummilli liderimiz, dahi şəxsiyyət Heydər Əliyev hakimiyyətə gəlməsəydi, bu, qaçılmaz olacaqdı. Məhz bu böyük şəxsiyyət təhlükələri bir-birinin ardınca dəf edərək dövlət müstəqilliyimizin qorunub saxlanılması, möhkəmləndirilməsi üçün misilsiz işlər gördü.

Ulu öndərimizin yenidən hakimiyyətə qayıdışı Azərbaycan iqtisadiyyatının dirçəlməsinə, sənaye müəssisələrinin bərpasına, yeni istehsal sahələrinin formalaşmasına, özəl sektorun inkişafına güclü təkan verdi. Ölkəmizdə ictimai-siyasi sabitliyin bərqərar olması və həyata keçirilən islahatlar xarici investorların respublikamızda fəaliyyət göstərmələrinə də əlverişli şərait yaratdı. İmzalanan neft müqavilələri, reallaşan iqtisadi proqramlar hesabına Azərbaycan qısa zamanda tərəqqi etdi, gücləndi.
Müstəqillikdən sonra xalqımızın əldə etdiyi böyük nailiyyətlərdən biri də 1995-ci ildə referendum yolu ilə qəbul olunan ilk Milli Konstitusiyamızdır.
Müstəqil dövlətin həyatında Konstitusiyanın oynadığı rolu yüksək qiymətləndirən Heydər Əliyev səlahiyyətli tərkibdə Konstitusiya Komissiyası yaratdı və layihə ulu öndərin rəhbərliyi ilə geniş ictimaiyyətin müzakirəsinə verildi. 12 noyabr 1995-ci ildə Azərbaycanda çoxpartiyalı əsaslarla parlament seçkiləri keçirildi və eyni vaxtda referendum yolu ilə müstəqil Azərbaycanın Əsas Qanunu - Konstitusiyası qəbul edildi. Əsas Qanunda Azərbaycan dövlətinin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, Konstitusiya çərçivəsində demokratik quruluşa təminat verilməsi, vətəndaş cəmiyyətinin qorunması, xalqın iradəsinin ifadəsi kimi amilləri təmin edən dünyəvi-hüquqi, demokratik dövlətin bərqərar olunması, ədalətli sosial nizamın yaradılması və ən əsası, hakimiyyətin üç müstəqil qola - qanunvericilik, icra və məhkəmə hakimiyyətinə bölünməsi öz əksini tapmışdır.

Ümummilli liderimiz Heydər Əliyev hər zaman dövlət mənafeyini və milli maraqları əsas tutaraq düşünülmüş, çevik xarici siyasət aparmışdır. Azərbaycanda milli mənafelərə əsaslanmaqla həyata keçirilmiş xarici siyasət kursunun prioritet istiqamətləri müstəqil və güclü dövlət modelinin praktik surətdə reallaşdırılmasına yönəlmişdir. Respublikamız beynəlxalq normalara istinad edərək sivil dünyanın hüquqi-siyasi atmosferini müəyyənləşdirən aparıcı dövlətlər və beynəlxalq təşkilatlarla münasibətləri yüksək dinamizmlə inkişaf etdirmək xəttinə üstünlük vermişdir.

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında yeni dünya düzənində aparıcı güc mərkəzləri arasında gedən mübarizənin mahiyyətinə uyğun xarici siyasət yürüdən müstəqil Azərbaycan Cənubi Qafqazın aparıcı dövlətinə çevrilmiş və ölkəmizin regionda gerçəkləşdirilən bütün transmilli layihələrdə iştirakı təmin olunmuşdur.
Vurğulamaq lazımdır ki, bu gün Azərbaycan Respublikasının Prezidenti cənab ilham Əliyevin məqsədyönlü fəaliyyəti sayəsində bütün sahələrdə uğurlu nəticələrə imza atılır. Dövlət başçısı yüksək bilik və intellektə, təcrübə və istedada, geniş dünyagörüşünə, çevik idarəçilik məharətinə, güclü əzm və qətiyyətə malik lider olduğunu daim nümayiş etdirir. O, hər addımda ulu öndər Heydər Əliyevin yüksək ideallarına sadiqlik nümayiş etdirir. Prezident İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli siyasətin ali məqsədi Azərbaycanın hər bir vətəndaşı üçün layiqli və firavan həyat tərzinin təmin olunması, ölkədə azad və demokratik cəmiyyətin qurulmasıdır.

Anar MƏMMƏDOV,
millət vəkili