Bakıda tələbə qız intihar etdiBakıda intihar hadisəsi baş verib.

Avrasiya.net "Report"a istinadla xəbər verir ki, hadisə Nərimanov rayonunda qeydə alınıb.

Belə ki, 1999-cu il təvəllüdlü Nağıyeva Günel Bəhram qızı özünü Ceyhun Hacıbəyli və Həsən Əliyev küçələrinin kəsişməsindəki binanın 18-ci mərtəbəsindən atıb. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Qeyd edək ki, G.Nağıyeva Azərbaycan Dövlət Pedaqoji Kollecinin tələbəsidir. Hadisə ilə bağlı əraziyə Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin və Nərimanov Rayon Prokurorluğunun əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.
Bakıya “baqaj”da keçmək istəyən sərnişin və sürücü həbs edildi - FOTOKoronavirus pandemiyası ilə mübarizədə bölgələrdən paytaxta, eləcə də əks istiqamətdə vətəndaşların hərəkətinə tətbiq olunan məhdudiyyətləri pozaraq Bakı şəhərinə avtomobilin yük yerində keçmək istəyən şəxs və nəqliyyat vasitəsinin sürücüsü polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıblar.

Daxili İşlər Nazirliyindən Avrasiya.net-ə verilən məlumata görə, keçirilən tədbir zamanı qaydalara əməl etməyən Masallı rayon sakinləri Mircəlal Ağayev və Kərim Mustafayev tutulub. Araşdırma zamanı müəyyən edilib ki, K.Mustafayev tanışı M.Ağayevlə əvvəlcədən razılaşaraq onu idarə etdiyi “Opel” markalı avtomobilin yük yerində gizli olaraq Bakı-Ələt yolundakı xüsusi polis postundan keçirərək paytaxta gətirəcəyinə söz verib. K.Mustafayev həmin şəxsi postdan keçirəndən bir neçə kilometr sonra polis əməkdaşları tərəfindən saxlanılıb.

Mircəlal Ağayev və Kərim Mustafayev İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə nəzərdə tutulan qaydada ciddi şəkildə cəzalandırılaraq inzibati qaydada həbs ediliblər.

Daxili İşlər Nazirliyi əhalini koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması, virus infeksiyasının ölkədə yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə elan edilən qaydalara əməl etməyə çağırır.
 Metro 2 gün işləməyəcəkBakı metrosu həftə sonu fəaliyyətini dayandıracaq.

“Bakı Metropoliteni” QSC-dən bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 4 iyun tarixli “Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Qərarına uyğun olaraq iyunun 6-da saat 00:00-dan iyunun 8-də saat 06:00-dək Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılır.
Gəncədə olan hadisələr əslində böyük planın görünən tərəfi idi - Komitə sədriMilli Məclisin deputatı, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanovun 4 iyun 1993-cü il Gəncə hadisələrilə bağlı qısa müsahibəsini təqdim edirik:

- Sadiq müəllim, sizcə 04 iyun 1993-cü ildə Gəncədə nə baş vermişdi?

- Bu məsələyə təkcə həmin gün Gəncədə baş verənlərdən yox, daha geniş çərçivədən baxmaq lazımdır. 70 il mövcud olmuş imperiyanın dağılmasilə xalqımızda milli oyanış baş qaldırmışdı. Müstəqilliyin əldə olunmasilə siyası idarəetmə yeni yanaşma tələb etməyə başlamış, elə bu səbəbdən ölkədə hakimiyyət böhranı yaranmışdı. Bir tərəfdə öz hakimiyyətini qoruyub saxlamaq istəyən “köhnələr” - Ayaz Mütəllibov və komandası, digər tərəfdə isə nəyin bahasına olursa-olsun, hakimiyyəti ələ almağa çalışan cəbhəçilər bu böhranın daha da dərinləşməsi üçün öz “töhfələrini” verməkdə idilər. Zaman keçdikcə qütbləşmə və qarşıdurma kəskinləşirdi. Fikrimcə, Xocalı faciəsi, Şuşa və Laçının işğalı məhz Bakıdakı bu qarşıdurmanın nəticəsi oldu. Nəhayət, 1992-ci il mayında cəbhəçi bəylər hakimiyyəti ələ keçirdilər. Bu naşı komandanın hakimiyyətdə olduğu qısa müddətdə nələr baş verdi, indi bu barədə geniş danışmağa ehtiyac yoxdur – hər şey aydındır. Vəziyyəti o həddə gətirib çıxardılar ki, 1993-cü ildə Azərbaycan dövlətinin taleyi sual altında düşdü. Gəncədə qiyam baş verdi, qardaş qırğını törədildi. Xalq bu vəziyyətdə bütün siyasi qüvvələrdən imtina edərək, bütün ümidini böyük şəxsiyyət, ümummilli liderimiz Heydər Əliyevə bağladı. Movcud vəziyyəti idarə edə bilməyən, geosiyasi məsələlərdən baş çıxarmayan “bəylər” də öz həyatlarının təhlükədə olduğunu anlayaraq, məcburiyyət qarşısında qalaraq, üzlərini Naxçıvana - ümummilli liderimizə tutdular. Xalqın tələbi ilə hakimiyyətə qayıdan ümummilli lider vəziyyəti ustalıqla təhlil edərək, böhrandan çıxış yollarını müəyyənləşdirdi.

Gəncədə olan hadisələr əslində böyük planın görünən tərəfi idi. Baş verənlər SSRİ-nin dağılmasından sonra Rusiyanın o vaxtkı rəhbərliyində hələ də imperialist təfəkkürlü insanların imperiyanı bərpa etmək, yenidən Azərbaycanı və o cümlədən digər müstəqillik əldə etmiş dövlətləri açıq-aşkar öz təsir dairələrinə almaq planlarının məntiqi nəticəsi idi. Hadisələrin sonrakı analizi onu deməyə əsas verir ki, bu qüvvələrin planı Dağlıq Qarabağda Azərbaycan ordusunu məğlubiyyətlərə düçar etmək, ölkənin şimalında və cənubunda etnik separatizmi qızışdırmaq, daxildən narazı qüvvələri ələ almaq və bununla siyasi böhran yaradaraq imperiyalist məqsədlərinə nail olmaq idi. Bunun üçünsə onlar tərəfdən əlverişli şərait var idi. Belə ki, heç bir siyasi səriştəsi olmayan, dövlət idarəetmə sistemini anlamayan inşanlar hakimiyyəti ələ keçirmişdilər. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Bu gün də onun ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir və regionda və dünyada Azərbaycanın nüfuzu daha da artır.

- Bəs barəsində danışdığınız təhlükələr bu gün də mövcuddurmu?...

- Təhlükə həmişə var. Azərbaycanın müstəqilliyini gözü götürməyən qüvvələr az deyil. Dövlətçiliyimizi, müstəqilliyimizi gözü götürməyən, inkişafımıza hər vasitə ilə, açıq və ya gizli şəkildə əngəl olmağa çalışan dövlətlər və qüvvələr yenə var. Sadəcə bu təyziqlərin qarşısında hər kəs ilə öz dilində danışa bilən, Azərbaycanın milli maraqlarını layiqincə qoruyan, Azərbaycanımızın, xalqımızın şərəf tarixinin yeni-yeni şanlı səhifələrini yazaraq gələcək nəsillərə ötürən Liderimiz, Prezidentimiz İlham Əliyev fenomeni dayanır. Fəxrlə deyə bilərik ki, bəzi inkişaf etmiş ölkələrin 100 ildən artıq müddətdə keçərək əldə etdiyi demokratik dəyərlərə, biz ulu öndərimizin ideyaları əsasında cənab İlham Əliyev və Mehriban xanım Əliyevanın yürütdüyü siyasət nəticəsində çox qisa vaxtda nail olmuşuq.



"Həftə sonları üçün qadağa qərarını tam dəstəkləyirəm"Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, tanınmış kardioloq Rəşad Mahmudov həftəsonu üçün ölkədə tətbiq ediləcək küçəyə çıxma qadağasından danışıb.

Deputat “Qafqazinfo”ya açıqlamasında bildirib ki, yumşaldılma və karantin rejimindən mərhələli şəkildə çıxma planı ölkəmizdə son vaxtlarda dövlətin və hökumətin, eləcə də Operativ Qərargahın əsas məqsədlərindən biri idi:
“Bu həm cəmiyyətin iqtisadi, həm sosial, həm də mədəni baxımından problemlərinin həlli istiqamətində ehtiyac olan bir məqamdır. Belə təcrübə dünyanın hər ölkəsində tətbiq olunur. Amma əfsuslar olsun ki, həm ekspertlər, həm Operativ Qərargah tərəfindən dəfələrlə xəbərdarlığına baxmayaraq, fərdi gigiyenik qaydalara, ictimai ortamlarda insanların bir-birinə qarşı olan münasibətlərində yeni çağırışlara riayət olunması kimi hadisələrə cəmiyyətin böyük bir hissəsindən müsbət cavab verilmədi. Əfsuslar olsun ki, son 10 gün ərzində yoluxma sayı getdikcə artdı. Onun üçün də mən bu gün birmənalı olaraq Operativ Qərargahın ən azından hələ ki, həftə sonları üçün vermiş olduğu bu qərarı tam dəstəkləyirəm”.

R. Mahmudov tibbi nöqteyi-nəzərdən küçəyə çıxma qadağası ilə bağlı qərarın vacib olduğunu vurğulayıb:
“Bunu etmədiyimiz zaman hər nə qədər insanlar bu məsələlərə şübhə ilə yanaşmalı olsa da , biz daha böyük fəsadlarla qarşılaşa bilərik. Bu fəsadlar sadəcə insanların həyatının itirilməsi və onların həyatı üçün təhlükə yaranması deyil. Bu həm də Azərbaycan səhiyyə sisteminin hər nə qədər gücləndirilmiş iş rejimində olsa belə, sisteminin çökməsinə qədər gətirib çıxa bilər. Bunu biz digər ölkə nümunələrinin təcrübəsində gördük.

Ən başda da səhiyyə sisteminin və xəstəxanaların bu xəstələrlə dolması ikinci bir böyük problem yaradır. Bu gün çarəsi olan xəstəlikdən əziyyət çəkən problemlərin Azərbaycan səhiyyəsi həll edə bilmədiyi üçün bu dəfə başqa problemləri məsələn, ürəyin işemik xəstəliyindən, insultdan tutmuş qeyri-infeksion xəstəliklərdən ölümlərin sayının artmasına səbəb ola bilər. Ona görə də, birmənalı olaraq mən bu gün atılan bu addımı dəstəkləyirəm. Hər bir vətəndaş öz məsuliyyətini dərk edərək hadisəyə reaksiya verməlidir. Biz birlikdə dövlətin atmış olduğu addımlara, fərdi gigiyenanı sadəcə bədənimizdə deyil, beynimiz üzərində çalışdığımız zaman birlikdə bu virusa qalib gələ bilərik. Belə olan halda, təhlükədən daha az itkilərlə ölkə və cəmiyyət olaraq uzaqlaşa bilərik”.
Məsuliyyətsizlikdən ölüm sayı artdı"Həftə sonu sərt karantin rejiminin tətbiq olacağını xəbərdarlıq edirdik. ALDP sədri və partiya funksionerləri öz çıxışlarında karantin rejimi qaydalarına riayət edilmədiyi halda yoluxan insanların sayının artmasına və karantin rejimin sərtləşməsilə nəticələnəcəyini bildirirdik”.

Bunu Baku News-a Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədin müşaviri Dinarə Məmmədova deyib.

D.Məmmədova bildirib ki, karantin rejiminin yumşalmasından sonra yoluxan insanların sayı və sağalanların sayı arasında böyük artım müşahidə olundu. Bu da vətəndaşların məsuliyyətsizliyindən baş verib.
“Hökumət məcburiyyət qarşısında qaldığından bu qərarı verib. Mən bunu dəstəkləyirəm və hesab edirəm ki, bu düzgün qərardı. Əgər yoluxanların sayı belə kəskin artmasaydı, məsələ ciddiləşməsəydi onda prezident İlham Əliyev Tərtərdə Dövlət Rəmzləri Muzeyinin açılışında iştrak edərkən tibbi maskadan istifadə etməzdi. Əgər prezident bunu edibsə deməli məsələ çox ciddidir. Ona görə hər bir vətəndaş məsuliyyəti dərk etməlidir. Biz hamımız məsuliyyətli olsaq onda tezliklə karantin rejim tam ləğv olunar.” – sonda Dinarə Məmmədova bildirdi.
"Ordumuz susduqca, Avropa da susacaq, ədalətsizliklərə göz yumacaq”Ermənilər Qarabağda qondarma seçkilər keçrilməklə Avropa Birliyinə mənafelərinə uyğun müqəddaratlarını həll etdiklərini anladırlar.

Bunu “Xalq Cəbhəsi” qəzetinə açıqlamasında Niderland Azərbaycan Evinin rəhbəri Elxan Mirhəşimli deyib.

Onun fikrincə, 1995-ci ildən aparılan danışıqlar heş bir nəticə vermir, danışıqlar mövzusunda Azərbaycan ərazisinin, suverenliyinin bərpasına nail olmağa çalışır: “Biz torpaqlarımızı yalnız danışıqlar vasitəsilə bərpasına çalışsaq da, ermənilər Qarabağda qondarma seçkilər keçirməklə “müstəqil”liklərini bəyan edirlər və eyni zamanda münaqişənin həlli prosesini uzadırlar. Bu isə ermənilərin maraqlarına uyğundur. Proses uzandıqca ermənilər Avropada prosesin həllinə müdaxilə ümün yeni siyasi güclər axtarırlar”.

E.Mirhəşimli qeyd edib ki, zaman-zaman dünyada proseslər dəyişir, yeni siyasi fiqurlar meydana çıxır. Necə ki, Amerikada Tramp Qüdsü İsrail torpağı, Rusiya Abxaziya, Cənubi Osetiya və Krımı öz torpağı elan etdi: “Avropa buna etiraz etsə də illər keşdikdən sonra artıq Rusiya ilə iqtisadi maraqlarını artırmaq istəyir. Yəni işğal arxa planda qaldı. Əsas maddi maraqlar Avropa ölkələrinin maraqların uyğun gəlir. Ermənilər də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesini uzadaraq prosesdən yaralanmaq istəyirlər. Əgər bu danışıqlar daha da uzanarsa avropalılar Dağlıq Qarabağ “müstəqil dövlət” kimi , Şuşanı da “paytaxt” qəbul edə bilərlər. Avropa onsuz da bu prosesə illərdi ikili standartlardan yanaşır. Avropa ilk öncə həm siyasi, həm də iqtisadi maraqlarını qoruyur. Koronavirus dövründə bu birliyin necə çalxalandığı, narazılıqların yarandığı, hətta gələcəkdə dağılma ehtimalının ortaya çıxdığını da eşitdik”.

Diaspora təşkilat sədri bildirib ki,1 milyon azərbaycanlı məcburi köçkünün hüququ qorunmur, ermənilərin Xocalıda törətdikləri soyqırıma göz yuymulur. Əgər insan haqlarının qorunmasından söhbət gedirsə ermənilərin işğal siyasətinin qurbanına çevrilən azəraycanlıların da hüquqları beynəlxalq qurumlar tərəfində qorunmalıdır: “ABŞ-da bir qaradərili polis tərəfindən qətlə yetirilib. Bütün Avropa koronavirusla bağlı qadağalara baxmayaraq zorakılığa qarşı ayağa qalxdı. 100 il öncə bir erməni qətlə yetirilib, biz türklər təzyiqlərə məruz qalırıq. Siyasi ikiüzlülük, xristian həmrəyliyi beynəlxalq hüquqa yaraşmır, hüquq ədalətli olmağı sevir. Bu cür ikili siyasət, insan haqlarının pozulması, beynəlxalq qurumların fəaliyyətini etibarsız edir. 1 milyondan çox azərbaycanlı qaçqının hüququ pozulur, torpaqlarımız işğal atındadır, BMT Təhlükəasilzik Şurasının məlum 4 qətnaməsi yerinə yetrilmir, ermənilər işğalçılıq siyasətlərini davam etdirirlər, amma dünya birlikləri susur. Biz bir daha beynəlxalq qurumların ədalətsizliyinin şahidi oluruq”.

E.Mirhəşimli bildirib ki, biz yalnız o zaman istəyimizə nail olacağıq ki, düşmənlə öz dilində danışaq. Düşmən xoşluq anlamırsa, o zaman güc dilində danışmalıyıq: “Biz öz gücümüzü göstərməsək, bizimlə heç kim hesablaşmayacaq. Avropa da separatçıların keçirdikləri qondarma seçkilərə göz yumacaq. Avropa işğal edilən torpaqlarımızı geri qaytarmayacaq. Ordumuz susduqca, Avropa da susacaq, ədalətsizliklərə göz yumacaq”.
"Dünya çox yaxşı bilir ki, İlham Əliyev Qarabağı ermənilərə heç zaman güzəşt etməyəcək"Tərtər Olimpiya İdman Kompleksinin açılışında Azərbaycan Prezidenti İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikirləri və Ermənistanın terror dövləti olması ilə bağlı çıxışı cəmiyyət tərəfindən çox müsbət qarşılanmaqdadır.

Bununla bağlı Avrasiya.net-ə açıqlama verən BAXCP sədrinin müavini, tanınmış QHT sədri, politoloq Niyaməddin Orduxanlı bildirib:" Cənab Prezident İlham Əliyev hər zaman açıq şəkildə bəyan edib ki, Azərbaycanın ərazı bütölüyü heç zaman müzakirə pridmeti olmayacaq! Qarabağ Azərbaycanın ayrıkmaz torpağıdır və heç zaman ermənilər özlərinin ikinci dövlətini Azərbaycan ərazisində qura bilməyəcəklər! Bunun tək Azərbayca cəmiyyətinə deyil, dünyanın ən güclü aparıcı dövlətlərinə, istər Rusiya prezident il, istər ABŞ prezidenti ilə və o cümlədən beynəlxalq təşkilatların rəhbərləri ilə görüşündə bəyan edib. Prezidentin mövqeyi hər zaman dövlət və milli maraqlarımızın müdafiəsinin qorunmasına yönəlib. Bir çox hallarda İlham Əliyev daxili aditoriya etdiyi çıxışı ilə bir sıra beynəlxalq qurumlara və ölkə rəhbərlərinə mesajını çatdırır. Və tam əminliklə bildirirəm ki, həmin şəxslər və qurumlar çox yaxşı bilir ki, İlham Əliyev heç zaman erməilərə 1 sm torpağı bağışlamayacaq. Və çox yaxşı bilirlər ki, hər gün aprel döyüşləri təkrarlana bilər. Prezidetn Qarabağın azad olunması istiqamətində fikirlərini çox doğru və düzgün qeyd etdi. O bildirdi ki, Qarabağı azad olunması üçün indikindın daha güclü olmalıyıq. Daha uyğun vaxtda torpaqlarımızı azad etməliyik və daha əlverişli gio-siyasi vəziyyət yaranmalıdır. Bütün bunlar o deməkdir ki, Azərbaycan heç zaman öz ərazisini güzəşt etməyəcək! Erməni milləti bir xalq olaraq faşist ideologiyasıa çoxdan yoluxmuşdular. Onlar hətta SSRİ zamanında öz körpələrinə "türk sənin düşmənindir", "Ermənilər dənizdən dənizə böyük Ermənistan qurmalıdır" düşüncəsi ilə yaşayıblar. Bu da onların nə qədər xəstə təffəkkürlü olduğunun göstəricisidir. Heç də təsadüfü deyil ki, baş nazir Paşinyanın babasının alman faşistləri ilə birgə vuruşması. Və Ermənistanda faşistə abidə üçaldırlar. Və bu faşist ermənilər suyumuz da kəsirlər. Bunlar üçün heç bir bəşəri dəyər yoxdur.

Niyaməddin Orduxanlının sözlərinə görə, Prezident İlham Əliyev 1918-ci ildə ADR hakimiyyəti tərəfindən İrəvan da daxil olmaqla Azərbaycan torpaqlarının Ermənistana verilməsi və tarixi Azərbaycan torpaqlarında Ermənistan dövlətinin yaradılması üçün bağışlanmaz güzəştlərin edilməsi çıxışı da daha çox bır sıra dövlətlərə hesablanmış çıxışdır:"Həmin çıxış haqqında radikal müxalifət və bır sıra şəxslər məqsədli şəkildə Prezidentin əleyhinə kampaniya təşkil edirlər. Cənab Prezidentin çıxışı tək Azərbaycan aditoriyası üçün deyil. Onun çıxışını Qərb və bütün dünya izləyir. Ona görə də, İlham Əliyev hamıya bəyan etdi ki, İrəvan qədim Azərbaycan torpağı olub. Bununla mesaj verir ki, hətta o dövrdə Azərbaycanın ərazisi olan İrəvanın Ermənistana verilməsinə etiraz edən Prezident üçün Dağlıq Qarabağın güzəşt olunmasından heç bir halda söhbət gedə bilməz! İlham Əliyevin birinci sözü bununla başlayır ki, biz Azərbaycan Xalq Cümhuriyyəti ilə qurur keçirdirik! Və bundan sonra da deyir ki, İrəvanın ermənilərə verilməsi bağışlanmazdır Bunu bəyan edən adama qarşı aparılan kampaniyanın hansı məqsədlə olunduğunu görməmək mümkün deyil..."
Daha 262 nəfər virusa yoluxdu: ölənlər varAzərbaycanda 262 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 72 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə bildirlib ki, COVİD-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 1960 və 1963-cü il təvəllüdlü iki nəfər vəfat edib.

Hazırkı dövrədək ölkədə 6 522 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 3 737 nəfər müalicə olunaraq sağalıb, 78 nəfər vəfat edib, 2 707 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 64 nəfərin vəziyyəti ağır, 75 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 322 574 test aparılıb.
“İstedadlar sorağında” müsabiqəsinin qalibləri müəyyənləşib“İstedadlar sorağında” devizi altında uşaq, yeniyetmə və gənclər arasında online şeir müsabiqəsinin qalibləri müəyyənləşib.

Siyəzən Rayon Gənclər və İdman İdarəsi və Təhsil şöbəsi tərəfindən mayın 20-də elan olunan müsabiqəyə müxtəlif yaş qruplarında 60-a yaxın iştirakçı qatılıb.
Online qaydada keçirilən müsabiqə “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.4.3. yarımbəndinin icrasının təmin olunması, mütaliə mədəniyyətinin təbliği, istedadlı uşaq, yeniyetmə və gənclərin üzə çıxarılması, eləcə də evdə olduqları müddətdə öz yaradıcılıqlarını inkişaf etdirməsinə dəstək vermək məqsədi daşıyıb. Şeirlərin münsiflər heyəti tərəfindən qiymətləndirilməsi zamanı onların məzmununa uyğun jest və mimikalardan, səs tonundan, intonasiyadan məqsədyönlü istifadə edilməsi, nitqin aydınlığı, səlisliyi və ifadəliliyi əsas meyar kimi götürülüb. Münsiflər heyətinin qərarına əsasən müsabiqənin nəticələri 3 yaş qrupu üzrə aşağıdakı kimi olub:

Uşaqlar arasında:

Abdulov Kənan (şəhər 6 saylı məktəb-lisey) – I yer
Abdullayev Vahid (şəhər 1 saylı tam orta məktəb) – II yer
Manaflı Nigar (şəhər 4 saylı tam orta məktəb) – III yer
Əbdulov Cavidan (şəhər 1 saylı tam orta məktəb) – həvəsləndirici yer
Orucov Əli (şəhər 2 saylı tam orta məktəb) – həvəsləndirici yer

Yeniyetmələr arasında:

Quliyeva Fidan (şəhər 4 saylı tam orta məktəb) – I yer
Muradlı Xoşbəxt (şəhər 3 saylı tam orta məktəb) – II yer
Nadirova Nuray (şəhər 3 saylı tam orta məktəb) – III yer
Məmmədova Zümrüd (şəhər 1 saylı tam orta məktəb) – həvəsləndirici yer
Vəliyev Aqil (şəhər 1 şəhər saylı tam orta məktəb) – həvəsləndirici yer

Gənclər arasında:

Məmmədova Züleyxa (şəhər 4 saylı tam orta məktəb) – I yer
Zeynalova Leyla (Böyük Həmyə kənd tam orta məktəb) – II yer
Nərimanova Qəfilə (Balaca Həmyə kənd tam orta məktəb) – III yer
Əliyeva Nuray (şəhər 1 saylı tam orta məktəb) – həvəsləndirici yer
Qaliblər online formada fəxri fərmanlarla təltif ediliblər.

#evdəqal #Bizbirlikdəgüclüyük #istedadlarsorağında #SiyəzənGİİ #GənclərvəİdmanNazirliyi #MysGovAz #MysAz