Tanınmış jurnalistin qardaşı da koronaya yoluxduTanınmış jurnalist Aida Eyvazlının qohumu pnevmaniya diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Avrasiya.net xəbər verir ki, bu barədə A.Eyvazlı yaydığı videomüraciətdə bildirib. O qeyd edib ki, onun vəziyyəti çox ağırdır və hələlik diaqnoz dəqiq qoyulmayıb.

O, müraciətində hamını diqqətli olmağa, qorunmağa səsləyib və pnevmaniyanı müharibə ilə müqayisə edib.

Report agentliyi isə A.Eyvazlının xəstəxanaya yerləşdirilən qohumunun qardaşı olduğu və onun koronavirus testinin nəticəsinin pozitiv çıxdığını yazıb.
İranda 7 942 nəfər koronavirusun qurbanı olduİranda gün ərzində daha 64 nəfər koronavirusdan həyatını itirib.

Bu barədə “Vörldometers” portalı məlumat yayıb.

Belə ki cənub qonşumuzda COVİD-19 virusundan ölənlərin ümumi sayı 7 942-yə çatıb.

Bir gün ərzində İranda 3117 nəfər koronaya yoluxub. Hazırda İranda 157 562 nəfər koronaviruslu xəstə var.