“Marneulidə iki azərbaycanlı koronavirusa yoluxub” – Azər SüleymanovMövcud pandemiya qonşu ölkə Gürcüstandan da yan keçmədi. Belə ki, KOVİD-19-a Gürcüstanda indiyədək 796 nəfər yoluxub ki, onlardan 13-ü bu xəstəlik səbəbi ilə dünyasını dəyişib.

Azərbaycanlıların daimi yaşayış eləcə də təhsil üçün müraciət etdiyi bu ölkədə vətəndaşlarımızın vəziyyəti necədir? Onların arasında da yoluxma halları qeydə alınır?

Məsələ ilə bağlı Modern.az-a danışan Gürcüstan parlamentinin azərbaycanlı deputatı Azər Süleymanov indiyədək cəmi iki azərbaycanlının koronavirusa yoluxduğunu bildiri:

“Gürcüstanda bildiyiniz kimi hələ də karantindir. Karantinin sonlandırılmasını istəyənlər olsa da bu hələ ki, mümkün deyil. Belə getsə, karantin müddəti daha da uzadıla bilər. İqtisadi böhran Gürcüstana çox pis təsir etdi. Çünki buranın iqtisadiyyatı Azərbaycana baxanda çox zəifdir. Bu baxımdan camaat pandemiyadan çox işsizlikdən və maddi baxımdan əziyyət çəkdi.

Vətəndaşlarımızla bağlı isə onu deyə bilərəm ki, belə fikir yaratmışdılar ki, guya COVİD-19 Çindən yox, Gürcüstanın Marneuli rayonundakı azərbaycanlılardan bütün dünyaya yayılıb. Bizim ünvanımıza müxtəlif təhqir və söyüşlər oldu. Bu təxribatın qarşısının alınması üçün məhkəmə də oldu, cinayət işi açıldı. İddia edilirdi ki, Marneulidə iki nəfər azərbaycanlı virusa yoluxub və bütün Gürcüstana, hətta digər ölkələrə belə pandemiya bizdən yayılıb. Mən virusa yoluxan hər iki azərbaycanlı ilə əlaqə saxlayıb görüşmüşəm. Hazırda vəziyyətləri yaxşıdır. Başqa yoluxma halları isə müşahidə olunmayıb”.

Deputat Gürcüstanda yaşayan vətəndaşlarımıza Azərbaycan tərəfindən maddi dəstək göstərildiyini də vurğulayıb:

“Mən Gürcüstanda yaşayan bütün azərbaycanlılar adından prezident İlham Əliyevə öz təşəkkürümü bildirirəm. Belə çətin vaxtda burda yaşayan azərbaycanlılar diqqətdən kənar qalmadı. Demək olar ki, vətəndaşlarımızın çox yaşadığı bölgələrin hamısında onlara ərzaq yardımı verildi”.
ABŞ-dakı aksiyaların arxasından da Bill Qeyts ÇIXDIABŞ-da qaradərili Corc Floydun polis tərəfindən öldürülməsindən sonra baş qaldıran etiraz aksiyaları ilə bağlı ilginc iddia ortaya atılıb.

Publika.az xəbər verir ki, polis etirazçılara qarşı zorakılığın dozasını artırıb.

Etirazçılar isə polisə kərpiclərlə cavab verməyə başlayıb. Olaylarda diqqətçəkən məqam isə etirazçıların istifadə etdiyi kərpiclər olub. İddiaya görə, kərpiclər “Microsoft”un qurucusu Bill Qeytsin ortağı olduğu “Acme Brıck Company”nin məhsullarıdır. Məhsulların üzərində şirkətin markasının olması etirazlar zamanı təsadüfən çəkilmiş fotolarda düşüb.

Qeyd edək ki, Bill Qeyts koronavirusa qarşı peyvəndləmənin məcburi olmasını tələb edirdi. Buna görə də Qeytslə Ağ Ev arasında fikir ayrılıqları yaranmışdı. Qeyts Prezident Donald Trampı koronavirusa qarşı kifayət qədər tədbir görməməkdə ittiham edir. Başqa bir iddiaya görə, COVID-19-un yayılmasında Bill Qeytsin barmağı var. Belə ki, milyarder bütün dünyada insanların daha asan idarə edilə bilməsi üçün onların orqanizminə çip yerləşdirmək niyyətindədir. Bunu koronavirus yolu ilə həyata keçirmək istəyir. Buna görə də yeni tip virusa qarşı peyvəndin hər kəs üçün məcburi olmasını istəyir.
İran-Azərbaycan: dərin və köklü əlaqələrİran İslam Respublikasının məqsədi Azərbaycanla mehriban qonşuluq zəmnində iqtisadi-ticari əlaqələri inkişaf etdirməkdir.

Ölkələrin hərtərəfli tanınması onunla müxtəlif formatlarda münasibətlərin genişləndirilməsi və dərinləşdirilməsi üçün vacibdir. Bir ölkənin tarixi mənşəyi, etnik-siyasi quruluşu, faktiki və potensial imkanları ilə hərtərəfli tanışlıq münasibətlərin perspektivini daha aydın edir.

Azərbaycan mədəni, dini və tarixi yaxınlığına görə İrana ən yaxın ölkələrdən biridir. Azərbaycanın müstəqillik qazanmasından dərhal sonra onunla əlaqələrin genişləndiriməsi Tehranın xarici siyasətinin prioritetlərindən olub. O vaxtdan bu yana iki ölkənin prezidentlərinin, həmçinin digər yüksək vəzifəli şəxslərinin qarşılıqlı səfərləri bir çox sahələrdə əlaqələrin inkişafına mühüm təkan verib.

Siyasi əlaqələr

Müstəqilliyini 1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra qazanmış Azərbaycanı ilk tanımış dövlətlərdən biri İran olub. O, qonşusunu 25 dekabr 1991-ci ildə müstəqil dövlət kimi tanıyıb və 12 mart 1992-ci ildə iki ölkə arasında diplomatik əlaqələr qurulub.

Müstəqilliyin ilk illərində Azərbaycan istər Dağlıq Qarabağ münaqişəsi, istər iqtisadi problemlər, istərsə də daxili gərginlik və idarəçilik təcrübəsinin olmaması kimi bir sıra ciddi problemlərlə üzləşmişdi. Elə həmin dövrdə Tehran yenicə müstəqillik qazanmış bu ölkəyə hərtərəfli yardım göstərməyə hazır olduğunu bəyan etmişdi.

Respublikanın müstəqillik qazanmasından sonra Naxçıvan Ali Məclisinə sədrlik edən görkəmli siyasətçi Heydər Əliyev 1993-cü ilin yayında xalqın tələbilə Bakıya qayıdaraq, ölkənin başına keçib. Məhz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Bakının İran və Rusiya kimi ölkələrlə münasibətlərində köklü dəyişikliklər başlayıb. H.Əliyev hələ Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycanın əsas ərazisindən təcrid olunmuş Naxçıvanın Ali Məclisinə sədrlik edən zaman bu muxtar respublikanın bəzi problemlərini həll etmək üçün İranla sıx əlaqələr qura bilmişdi. O, təcrübəli siyasətçi olaraq, Tehranla əlaqələrin inkişaf etdirilməsinin vacibliyini anlayır və bu istiqamətdə addımlar atırdı.

2003-cü ilə qədər davam edən prezidentliyi dövründə H.Əliyev İrana dəfələrlə rəsmi və qeyri-rəsmi səfərlər edib. Bu səfərlər zamanı iki qonşu ölkə arasında əlaqələrin müxtəlif sahələrdə inkişaf etdirilməsi yolları nəzərdən keçirilib, tərəflər arasında mühüm siyasi, iqtisadi və mədəni sənədlər imzalanıb.

İranın mərhum prezidenti Əkbər Haşimi Rəfsəncani də öz növbəsində, hələ 1993-cü ilin oktyabrında böyük nümayəndə heyətilə Azərbaycana rəsmi səfər etmişdi.

1990-cı illərdə İran Dağlıq Qarabağ münaqişəsindən ciddi əziyyət çəkən Azərbaycana böyük yardımlar edib. Bu münaqişə nəticəsində bir milyona yaxın Azərbaycan vətəndaşı ev-eşiyindən didərgin düşüb. Həmin dövrdə Azərbaycanın müxtəlif bölgələrində qaçqın düşərgələrinin yaradılması, qaçqınlara humanitar yardımların göndərilməsi İranın yeni müstəqillik qazanmış bu ölkə ilə əməkdaşlıq istiqamətlərindən olub.

Azərbaycanın 2003-cü ildə hakimiyyətə gəlmiş hazırkı prezidenti İlham Əliyev Heydər Əliyevin İranla mehriban qonşuluq siyasətinə sadiqlik nümayiş etdirib. Onun Azərbaycana, Həsən Ruhaninin isə İrana rəhbərlik etdiyi dövrdə iki ölkə arasında münasibətlər daha da yaxşılaşıb.

İranla Azərbaycan ikitərəfli əlaqələri inkişaf etdirməklə yanaşı, regional əməkdaşlığın genişləndirilməsi istiqamətində də birgə səylər göstərir. İran, Azərbaycan və Rusiya prezidentlərinin 2016-cı ilin avqustunda və 2017-ci ilin noyabrında Bakıda və Tehranda keçirilmiş üçtərəfli görüşləri onların regional əlaqələri gücləndirmək əzmini ortaya qoyub. Bundan başqa, Tehranla Bakı beynəlxalq arenada da əməkdaşlıq edir. Azərbaycan hər zaman Qərbin ədalətsiz sanksiyaları qarşısında İranın mövqeyini dəstəkləyib. İlham Əliyev dinc məqsədli nüvə proqramının İranın haqqı olduğunu dəfələrlə beynəlxalq tribunalardan dilə gətirib. Bununla yanaşı, Bakı Azərbaycan ərazisindən İrana qarşı istifadəyə imkan verilməyəcəyini də dəfələrlə elan edib.

İqtisadi əməkdaşlıq

Azərbaycanın müstəqillik qazanmasından sonra İran tacirləri və malları digər ölkələrdən əvvəl Azərbaycana istiqamətlənməyə başlayıb. İranlı iş adamları ortaq mədəniyyət və din amilindən yararlanıb. Bundan başqa, məsafənin yaxınlığı, nəqliyyat xərclərinin azlığı İran mallarının Azırbaycan bazarında tez bir zamanda özünə yer etməsinə imkan verib. Doğrudur, sonradan respublikaya digər ölkələrdən idxalın başlaması, həmçinin xarici şirkətlərin Azərbaycana ayaq açması ilə rəqabət xeyli artıb. Eyni zamanda, yerli istehsala xüsusi güzəştlərin edilməsi İran məhsullarının bazarını bir qədər məhdudlaşdırıb. Bununla belə, iki ölkə arasında ticarət əlaqələri davam edir, hər iki tərəf iqtisadi mübadilənin mümkün qədər genişləndirilməsinə can atır.

İranın Azərbaycanla əlaqələri inkişaf etdirmək istiqamətində gördüyü tədbirlərdən biri də bu ölkə vətəndaşları üçün vizaların ləğvidir. İran bu qərarı 2010-cu ilin fevralında, lakin birtərəfli qaydada ləğv edib. Bu, Azərbaycan vətəndaşlarının İrana ziyarət, ticarət və müalicə səfərlərinin sayını xeyli artırıb.

Bundan başqa, İran Azərbaycanın tikinti və istehsal sektorlarında da fəaldır. İran şirkətləri Bakı və Naxçıvan hava limanlarının inşasında, ölkədə müxtəlif yaşayış binalarının tikintisində, ayrı-ayrı otellərin, Prezident Sarayının, Milli Məclisin binalarının təmirində iştirak edib. Kimyəvi dərman istehsalı zavodunun inşasında, bəzi sənaye qurğularının yenidən qurulması və istismara verilməsində də iştirak etmiş İran şirkətləri Bakı-Astara magistral yolunun layihələndirilməsində də zəhmət çəkib. Bir sözlə, son illər iki ölkə arasındakı iqtisadi əlaqələr də xeyli inkişaf edib.

İranla Azərbaycanın birgə reallaşdırdıqları iqtisadi layihələrdən biri də Bakıdan 168 km cənubda yerləşən Neftçala şəhərinin sənaye zonasında birgə avtomobil zavodunun inşasıdır. “İran Khodro” ilə “Azərmaş” şirkətləri tərəfindən birgə avtomobil zavodunun yaradılmasına dair saziş 2016-cı ilin avqustunda imzalanıb. Lyihənin investisiya dəyəri 24 milyon manat, zavodun maksimal illik istehsal gücü 10 min minik avtomobilidir. Zavodun açılışı 2018-ci ilin martında İran prezidenti Həsən Ruhaninin Bakıya rəsmi səfəri zamanı baş tutub. “İran Khodro” şirkəti bu istehsalat birliyində 25% paya malikdir.

Azərbaycan Dövlət Gömrük Komitəsinin son statistikasına əsasən, 2019-cu ilin ilk yarısında İranla Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 313,6 milyon dollara çatıb. Məlumata görə, bu dövrdə Azərbaycandan İrana ixracın həcmi 2,4 dəfə artaraq, 23 milyon dollar təşkil edib. 2019-cu ilin birinci yarısında İran Azərbaycana 290 milyon dollar dəyərində məhsul ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfə çoxdur. İranın Bakıdakı səfiri Cavad Cahangirzadə ötən yay iki ölkə arasında ticarət dövriyyəsi həcminin 600 milyon dollara çatacağına ümid etdiyini bildirmişdi. Onun sözlərinə görə, son illərdə Azərbaycanda fəaliyyət göstərən İran şirkətlərinin sayı 500-dən 1000-dək artıb.

İranla Azərbaycanın ortaq mədəni və tarixi kökləri inkaşaf edən Tehran-Bakı münasibətlərinin daha da möhkəmlənməsi üçün yaxşı zəmindir. Siyasi əlaqələrin dərinləşməsi, qarşılıqlı ticarətin artması hər iki ölkənin milli maraqlarına da cavab verir.

(İRNA- Fars dilindən tərcümə - WorldMedia.Az)
İsrail Ermənistanı qorxuda saxlayan LORA-nı Azərbaycana satıbİsrailin “Aviasiya sənayesi” (İAİ) konserni may ayında LORA raket kompeksinin sınağını həyata keçirib.

Holdinq xəbər verir ki, sınağın keçirilməsi barədə məlumat yalnız ötən gün rəsmən açıqlanıb. Aralıq dənizində keçirilən sınaqlar zamanı LORA raketləri uzaqlığı 90 və 440 kilometr məsafədə olan 2 hədəfi də yüksək dəqiqliklə məhv edib.

Buna qədər, LORA raketinin yalnız 300 kilometrə qədər məsafədə hədəfi məhv etdiyi söylənilirdi. Sınağın uğurundan danışan İsrail baş naziri Benyamin Netanyahu “qoyi düşmənlərimiz bizdən qorxsun” – deyə LORA raketlərinin yüksək zərbə potensialına toxunub.

“Koronavirusla mübarizə ilə paralel, biz İsrailin təhlükəsizliyi üçün həm müdafiə, həm hücum vasitələrini təkmilləşdiririk. İAİ konserni və təhlükəsizlik orqanları əhsən! Uğurlu raket sınağı İsril vətəndaşları üçün xoş, düşmənlərimiz üçün isə daha bir pis xəbər oldu”.

LORA ballistik raketləri İsrail tərəfindən yalnız Azərbaycana satılıb. Azərbaycan 2018-ci ildə bu müasir operativ-taktiki raket sistemlərini nümayiş etdirmişdi.
Zakir Qaralovun qardaşına cinayət işi AÇILDIAzərbaycanın sabiq Baş Prokuroru Zakir Qaralovun qardaşı Tahir Qaralova cinayət işi açılıb.

Avrasiya.net xəbər verir ki, bu barədə Gununsesi.org məlumat yayıb.

Qeyd olunur ki, sabiq Baş Prokurorun Gürcüstan vətəndaşı olan qardaşı Tahir Qaralov bu ölkədə başqa bir şəxsi ölümlə təhdid etdiyinə görə barəsində cinayət işi başlanıb. Cinayət işinin açılmasına səbəb isə Gürcüstan vətəndaşı Emil Ocaqquliyevin Zakir Qaralov barəsində Azərbaycanın yeni Baş Prokuroru Kamran Əliyevə şikayət ərizəsi göndərməsi olub.

Faktı təsdiqləyən Emil Ocaqquliyev birdirib ki, Kamran Əliyevə şikayətindən sonra Zakir Qaralovun qardaşı onu təhdid edib, ölümlə hədələyib:

“Mən də buna görə Gürcüstanın hüquq-mühafizə orqanlarına şikayət etdim. Artıq Tahir Qaralov barəsində cinayət işi başlanıb və dünən onun ilkin ifadəsi alınıb.”
Rusiyada 500 jurnalist koronavirusa yoluxdu - 5-i vəfat etdi Rusiya Rabitə və Kütləvi Kommunikasiyalar nazirinin müavini Aleksey Volin koronavirusa yoluxmuş rusiyalı jurnalistlərin sayını açıqlayıb.

Bu barədə “RİA Novosti” məlumat yayıb.

A.Volinin sözlərinə görə, Rusiyada 500 KİV nümayəndəsində COVID-19 aşkarlanıb. Onlardan 5-i dünyasını dəyişib.

Ən son məlumatlara əsasən, Rusiyada 423,7 min koronavirusa yoluxma halı qeydə alınıb, 5 037 pasiyent vəfat edib.

Bununla yanaşı, xəstəlikdən sağalanların sayı 186,9 minə yüksəlib.
Cəlilabadda məktəbli çayda boğularaq öldüCəlilabad rayonunda yeniyetmə çayda boğulub.

Avrasiya.net-in məlumatına görə, hadisə rayon ərazisindəki Göytəpə çayında baş verib.

Rayonun Göytəpə şəhəri, M.Əzizbəyov küçəsində yaşayan, Göytəpə şəhər 2 saylı orta məktəbin 9-cu sinif şagirdi, 2004-cü il təvəllüdlü Şəbiyev İlqar Zülfüqar oğlu heyvan otaranda Göytəpə çayını keçmək istəyərkən çaya yıxılıb. Nəticədə İ.Şəbiyev boğularaq ölüb.

Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda araşdırma aparılır.
Uroloji Xəstəxanada da həkim koronoavirusa yoluxub Mirməmməd Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasında xidmət göstərən həkimin koronavirusa yoluxduğu, bu səbəbdən də tibb ocağının fəaliyyətini dayandırdığı, bütün personalın karantinə alındığına dair məlumat yayılıb.

Məsələ ilə bağlı “Tibbi Ərazi İdarəetmə Birliyi”nin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, pandemiya dövründə hansısa xəstəxananın müvəqqəti bağlanması profilaktika məqsədi daşıyır:

“Xəstəxananın 3 gün, 1 həftəlik fəaliyyətini dayandırması mütləq orada kiminsə koronavirusa yoluxması faktı ilə bağlı deyil. Koronavirus dönəmində xəstəxanalarda profilaktika məqsədli dezinfeksiya işləri tez-tez, davamlı şəkildə aparılır və aparılacaq. Bunun üçün müvəqqəti olaraq xəstəxana bağlanır, profilaktika işləri həyata keçirildikdən sonra yenidən fəaliyyətini bərpa edir”.

TƏBİB rəsmisi Mirməmməd Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasında həkimin koronavirusa yoluxması faktı ilə bağlı məlumatlı olmadığını deyib.
Trampın fikirləri ilə razıyıq - RusiyaABŞ Prezidenti Donald Trampın G-7 ilə bağlı söylədiyi fikirlərlə razıyıq.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər naziri Mariya Zaxarova deyib.

O bildirib ki, həqiqətən də Böyük Yeddilik dünyada baş verənləri doğru şəkildə əks etdirmir:

“Moskvanın mövqeyi bəllidir. Dünya siyasəti və iqtisadiyyatı ilə bağlı problemlər Avropanın seçilmiş klubları çərçivəsində həll edilə bilməz. Həmçinin Pekinin də iştirakı olmadan qlobal əhəmiyyətdə olan prosesləri icra etmək mümkün deyil”.

Xatırladaq ki, Tramp G-7 formatının dünyada baş verənləri doğru əks etdirmədiyini, bu formatın artıq vaxtının keçdiyini bildirmişdi.

Eyni zamanda, ABŞ Prezidentinin payızda keçiriləcək G-7 sammitinə Rusiya, Cənubi Koreya, Avstraliya və Hindistanı da dəvət edəcəyi haqda məlumat yayılıb.
Fransada xalq ayağa qalxdı: daha bir qaradərili ölümüFransada 2016-cı ildə polis avtomobilində ölən qaradərili gənc Adama Traore ilə bağlı etiraz aksiyası keçirilib.

Axar.az xəbər verir ki, “Adama Traore haqqında həqiqət” çağırışı ilə Ədalət Sarayı binasının önündə toplaşanlar polis zorakılığına etiraz edib.

Məlumata görə, etirazçılarla polis arasında qarşıdurma yaşanıb. Polisin gözyaşardıcı qazla müdaxilə etdiyi deyilir.

Aksiyaya 19 min insan qatılıb. Onların arasında “sarı jiletlilər” də olub.

Qeyd edək ki, ekspertiza gəncin ölümündə polisin günahı olmadığını bildirsə də, Traorenin ailəsinin istəyi ilə yenidən aparılan ekspertiza onun boğularaq öldüyünü təsdiqləyib. Fransada nümayişlər məhz ekspertizanın nəticəsinin ictimaiyyətə açıqlandığı vaxt başlayıb.