Onun Hitlerlə əməkdaşlığı təsdiq edilib - PrezidentBu gün beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sərgilədiyi mövqe həqiqəti, ədaləti əks etdirir.

Avrasiya.net xəbər verir ki, bunu Prezident İlham Əliyev iyunun 3-də Tərtər Olimpiya İdman Kompleksinin açılışında çıxışı zamanı bildirib.

"Sirr deyil ki, Ermənistan terror dövlətidir və bunu bu dövlət dəfələrlə göstərib, hətta öz rəhbərlərinə qarşı terror törədiblər. İyirmi il bundan əvvəl Ermənistan rəhbərliyinin bir çox üzvü bu ölkənin parlamentində qətlə yetirildi və o cinayətin üstü açılmayıb. Halbuki hər kəs bilir ki, o cinayətin sifarişçiləri kimdir. Ancaq onu ört-basdır edirlər. Çünki onların terrorçu mahiyyəti bu gün də yaşayır. Kiminsə suyunu kəsmək cinayətdir. Bu, faşizmin təzahürüdür və təsadüfi deyil ki, Ermənistanda faşistlərə abidələr ucaldılır. Azərbaycanda quruculuq, abadlıq işləri aparılır, hər bir şəhərdə sosial obyektlər, belə gözəl olimpiya mərkəzləri, xəstəxanalar, məktəblər tikilir, yollar çəkilir, qazlaşdırma aparılır. Kasıb Ermənistanda isə ondan-bundan dilənə-dilənə, güc-bəla ilə yaşayırlar, amma faşistlərə 6 metrlik abidə ucaldırlar. O adam ki, onun Hitlerlə əməkdaşlığı sənədlərlə təsdiq edilib. O adam ki, müharibə zamanı demişdir: “Almaniya uğrunda ölən, Ermənistan uğrunda da ölür”. O adam ki, Sovet İttifaqının müvafiq orqanları tərəfindən həbs olunub, ona 25 il hökm oxunub, həbsxanada da ölüb və reabilitasiya olunmayıb. O adama 6 metrlik abidə ucaldılır və bugünkü Ermənistan rəhbərliyi bu adamı qəhrəman kimi təqdim edir. Bu, nəyi göstərir?! Onu göstərir ki, Ermənistanda hakimiyyət dəyişə bilər, amma bu ölkənin terrorçu və faşist mahiyyəti dəyişməz olaraq qalır və bunu hər kəs bilməlidir. Bütün dünya bilməlidir.

Bu gün beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sərgilədiyi mövqe həqiqəti, ədaləti əks etdirir. Bizim səylərimiz nəticəsində bütün aparıcı beynəlxalq təşkilatlar münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunması ilə əlaqədar müvafiq bəyanatlar vermişlər. Bizim bir çox ölkələrlə ikitərəfli formatda imzaladığımız strateji tərəfdaşlıq haqqında bəyannamələrdə ölkəmizin ərazi bütövlüyü dəstəklənir və münaqişənin məhz bu prinsiplər əsasında həll olunması təsbit edilir", - İ.Əliyev qeyd edib.
Ceyhun Əşrəfov evimi dağıtdı, hələ də balaca bacımın gözlərinə baxa bilmirəm...Binəqədi rayonu Sulutəpə sakini Abdullazadə Abdulla AFİA.AZ-a müraciət edərək məmur özbaşınalıqları ilə üzləşdiyini bildirib:

- “2019 iyun-iyul aylarında Gənclər və İdman Nazirliyinin işçisi və Azərbaycan Sindo Ryu və Pençak silat federasiyasının kuratoru olan Oruc Məmmədli və Vəfa adlı xanımla “Gənclik”də yerləşən ofisdə görüşdük. “Alov” İdman Klubunun yaratmaq üçün onlara 210 manat verdim. Daha sonra 6 nəfər tələbəmin sənədlərini və hər biri üçün ayrılıqda pul ödədim. Bunun əvəzində onlar tələbələrimə idmançı kartı verməli, mənə isə möhür və əsasnaməni təqdim etməli idilər. Lakin Vəfa xanım və Oruc Məmmədli mənə yalnız əsasnamə verdilər, o da sonra məlum oldu ki, saxtadır. Möhürü isə ümumiyyətlə vermədilər. Maraqlıdır rəsmi sənədləri saxtalaşdıran bu şəxslər öz günahlarını dərk edərək onu düzəltməkdənsə, sonrakı dönəmdə də mənə qarşı təzyiq kampaniyasında iştirak etdilər”.

Şikayətçi daha sonra ona Məqami Bayramov adlı şəxsin zəng etdiyini bildirib:

- “Onunla “20 yanvar”da görüşdük. Çevik Polis Alayının işçisi ilə gəlmişdi”. Məqami Bayramov mənə dedi ki, Azərbaycan Sindo Ryu və Pençak silat federasiyasına baş məşqçi gəlir. “Kömək elə Abbas Hümbətovu (mənim müəllimimi) federasiyadan uzaqlaşdıraq. Bunun üçün məhkəmədə şahidlik eləməlisən. Təbii ki, bu iyrənc təklifə qətiyyətlə “yox” cavabı verdim və bunun ardınca ora Teymur Əhmədov gəldi. Onlar birlikdə mənə hədə-qorxu gəlməyə başladılar. Həmin vaxt fedrasiyanın prezidenti olan Ceyhun Əşrəfovun onların arxasında olduğunu bildirərək, onun da “yuxarılara” bağlı olduğunu və kəsdiyi başa sorğu olmadığını dedilər. Buna görə də Nazirliyin nümayəndəsi də ona baş əyir, çünki Ceyhun Əşrəfovun əlaqələri genişdi və pulu çoxdur.”
Ceyhun Əşrəfov evimi dağıtdı, hələ də balaca bacımın gözlərinə baxa bilmirəm...
“Bütün bunları ona görə deyirəm ki, bir qrup məmur planlı şəkildə məni öz məqsədləri üçün istifadə etməyə çalışıb və bunun üçün düşünülmüş oyunlar oynayıblar” – Abdulla Abdullazadə bizimlə söhbətində deyib.

Bundan sonrakı hadisələr isə daha dramatik xarakter alıb. Belə ki, məhkəmədə yalançı şahidlik etmədiyi üçün Abdulla Abdullazadə bir qrup şəxs tərəfindən hədələnib. A.Abdullazadə bu adamların Ceyhun Əşrəfovun “qoçu”ları olduğunu bildirir. Və nəhayət o, qarşılaşdığı problemlə bağlı aidiyyatı orqanlara müraciət edib. Maraqlı burasıdır ki, müvafiq quruma şikayətdən sonra hədə - qorxuların sayı da artıb.

Vətəndaş qeyd edir ki, qarşı tərəf onları polisə verdiyim üçün: -“cəzanı çəkəcəksən, yaşadığın evə qədər sökdürəcəyik. Ceyhun müəllimin əli hər yerə çatır...” deyə təhdid edib.

“Üstündən bir müddət keçdikdən sonra, mayın 27-də, ailə üzvlərimin evdə olmalarına baxmayaraq xəbərdarlıq edilmədən, eyni zamanda, məhkəmənin qərarı olmadan evimi sökməyə başladılar” – A.Abdullazadə həyacanla davam edir.

”Evdə ailələikcə oturmuşduq. Güclü səs gəldi, ev silkələndi. Əvvəlcə hasar uçdu. 2016-cı ildən otağın birində yaşayıram, qaz, işıq su pulu ödəyirəm, evim hasarın içində, ikinci otağı tikdirmişəm, üstünü hələ bağlaya bilməmişəm. Maddi vəziyyətim buna imkan verməyib. Amma yaşayış olduğu halda məhkəmə qərarı olmadan, xəbərdarlıq edilmədən günün günorta vaxtı adamın evini başınamı uçurdarlar! Prezidentin göstərişi bu deyil axı.

Kimə güvənirlər bunlar? Arxalarında kim durur? İndi korrupsiya və özbaşınalığa qarşı Cənab Prezidentin rəhbərliyi altında bu qədər mübarizə aparıldığı halda görünür, hələ də özünü toxunulmaz hesab edənlər var. Polis əməkdaşları anamı itələyərək yerə yıxdılar, məni isə evi sökənə qədər post patrul maşınında saxladılar. Söküntü bitdikdən sonra məni buraxdılar. Xəstə anam və balaca bacımın gözləri önündə evimizi sökdülər. Bu dəhşətli anlar idi. Hələ də bacımın qorxu dolu baxışlarını, göz yaşlarını, anamın keçirdiyi həyacanı, haqsızlıqdan göylərə ucalan sızıltısını, narahatçılıq hisslərini unuda bilmirəm.
Ceyhun Əşrəfov kimə güvənir görəsən?!
Ceyhun Əşrəfov evimi dağıtdı, hələ də balaca bacımın gözlərinə baxa bilmirəm...
Baş verənlərdə Ceyhun Əşrəfovu suçlayan şikayətçi iddia edir ki, O, Oruc Məmmədli ilə birləşib günün gunorta çağı evimi sökdürdü.

“Federasiyanın prezidenti Ceyhun Əşrəfov müəllimimə şər - böhtan ataraq məhkəmədə yalançı şahidlik etməyimi istəmişdi.”

Qartal Budaqlı, Rövşən, Səbuhi sökünütdə iştirak edən icra işçiləri dedilər ki, əmr yuxarıdandı. Hətta Səbuhi adlı icra məmuru bildirdi ki, yenidən tiksəniz bu dəfə yaşadığınız otağı da sökəcəyik.

Mən, buradan dövlət başçımıza, birinci vitse-rezidentimiz Mehriban xanım Əliyevaya müraciət edərək ölkədə baş verən haqsızlıqlara görə məmurlara layiqli cəza istəyirəm. Bir idmançı olaraq, ölkənin bayrağını xaricdə dalğalandıran insan kimi-evimin bu cür sökülməsini qəbul edə bilmirəm. İnanıram ki, haqq öz yerini tapacaq. Biz dövlətimizə və onun başçısına güvənirik”.

Yazıda adları çəkilən şəxslərin mövqeyini də verməyə hazırıq.
Karantini sərtləşdirməklə bağlı müraciət etdik - TƏBİBNazirlər Kabineti yanında Operativ Qərargaha karantin rejimi qaydalarının sərtləşdirilməsi barədə müraciət etdik.

Avrasiya.net xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Operativ Qərargahın brifinqində deyib.

"Yoluxmaların 200-dən artıq olması, yəni gün ərzində yoluxanların sağalanların sayını 200-dən çox üstələməsi bizə bu müraciəti etmək üçün məcburiyyət yaratdı. Bu səbəbdən həftənin cümə günü axşamdan bazar ertəsindək küçəyə çıxma qadağası tətbiq olunacaq. Bakı, Sumqayıt, Abşeron, Gəncə, Lənkəran şəhərlərində bu qaydalar tətbiq olunacaq", - o bildirib.

R.Bayramlı qeyd edib ki, bayram günlərində də küçəyə çıxma qadağası tətbiq oluna bilər:

"Təklifimiz Operativ Qərargah tərəfindən qəbul edilib. Beynəlxalq təcrübədə də bu qadağa tətbiq olunmaqdadır. Biz bayram günlərində arxayınlaşaraq qaydalara əməl etmədiyimiz üçün yoluxmalar artmaqda davam etdi".

O, detallar barədə sabah ictimaiyyətə məlumat veriləcəyini vurğulayıb.
SMS icazə bərpa edilir, nəqliyyat qapanır: ərzaq ehtiyatı görün...Bu həftənin cümə günü dövlət müəssisələrində iş saatlarının qısaldıması üçün müraciət edəcəyik.

Avrasiya.net xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Operativ Qərargahın brifinqində deyib.

"Küçəyə çıxma qadağasında ərzaq, supermarketlər xaric bütün sahələrin tam qapadılması nəzərə tutulur. Buna görə insanlardan ərzaq ehtiyatı etmələrini xahiş edirik. Təşvişə düşməyə ehtiyac yoxdur, bu qadağalar həftə sonları tətbiq olunacaq", - o bildirib.

R.Bayramlının sözlərinə görə, bu günlərdə həyatı vacib sahələrin çalışması nəzərdə tutulur:

"Bununla bağlı məlumat veriləcək. Eyni zamanda, SMS-icazə sistemi bərpa oluna bilər. Lakin bu SMS-icazə əvvəlki kimi olmayacaq. Yalnız xüsusi sağlamlıq vəziyyətində və tibb müəssisələrinə çıxmaq üçün icazə veriləcək.

Eyni zamanda, ictimai və şəxsi nəqliyyatın tam qapadılması nəzərdə tutulur. Zəruri sahələrdə çalışanlar üçün müəyyən istisnalar ola bilər".
Daha 325 nəfər koronaya yoluxdu, 5 nəfər vəfat etdiAzərbaycan Respublikasında 325 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 101 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Avrasiya.net xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

COVİD-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 1954, 1955, 1956, 1973 və 1978-ci il təvəllüdlü 5 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 6260 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 3665 nəfər müalicə olunaraq sağalmış, 76 nəfər vəfat etmiş, 2519 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 61 nəfərin vəziyyəti ağır, 78 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 315.527 test aparılıb.
Şuradan yeni elektron tətbiq: SƏLİS müqaviləAzərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası iyunun 2-dən başlayaraq QHT-lərlə qrant müqavilələrini heç bir canlı təmas olmadan elektron qaydada imzalamağa başlayıb. SƏLİS müqavilə iki formada – “ASAN imza” və elektron imza vasitəsilə bağlanır.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına dövlət Dəstəyi Şurasının ictimaiyyətlə əlaqələr bölməsinin rəhbəri Elməddin Behbud AZƏRTAC-a bildirib ki, qrant müqavilələrinin elektron qaydada imzalanması ölkəmizdə QHT-lərə xidmət sahəsində ilk dəfədir tətbiq olunur. Bu yenilik QHT-yə cəmi bir neçə saniyə ərzində qrant müqaviləsini imzalamağa imkan verir.

Məlumat üçün bildiririk ki, Şura 2019-cu ildən QHT layihələrinin idarə olunması prosesini SƏLİS çərçivəsində elektronlaşdırıb. Hazırda isə qrant müqavilələrinin imzalanması da elektron qaydada həyata keçirilir.
İlham Əliyev tibbi maska taxdı - FotoXəbər verdiyimiz kimi, Prezident İlham Əliyev bu gün Tərtər rayonuna gedib və bir sıra açılışlar edib.

Avrasiya.net xəbər verir ki, Preizdentin Dövlət Rəmzləri Muzeyində tibbi maskadan istifadə etməsi diqqət çəkib.

Qeyd edək ki, bu gündən etibarən ölkəmizdə tibbi maska istifadəsi məcburi olub. Tibbi maskadan istifadə məkanları sırasında tarix və mədəniyyət abidələri hesab edilən qapalı məkanlar, ibadət yerləri, elm və səhiyyə müəssisələri, sosial, mədəniyyət və digər bu kimi qapalı obyektlər də var.
İlham Əliyev Tərtərdə açılışlar etdi - FotoAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 3-də Tərtər rayonuna səfərə gəlib.

Avrasiya.net xəbər verir ki, dövlət başçısı ümummilli lider Heydər Əliyevin Tərtər şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 3-də Tərtərdə Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edib.

Dövlət başçısına muzeydə nümayiş etdirilən eksponatlar barədə məlumat verilib.

***

İyunun 3-də Tərtər rayonunda Buruc-Gülabatlı-Xoruzlu-Kəbirli-Bayandurlu-Qaradağlı avtomobil yolu yenidənqurmadan sonra istifadəyə verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yolun açılışında iştirak edib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədri Saleh Məmmədov dövlət başçısına yolun texniki göstəriciləri barədə məlumat verib.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 3-də Tərtər Olimpiya İdman Kompleksinin açılışında iştirak edib.

Dövlət başçısı kompleksdə yaradılan şəraitlə tanış olub.

Komplekslə tanışlıqdan sonra Prezident İlham Əliyev bir qrup idmançı ilə görüşüb.
Putindən şok: Bu hallarda nüvə zərbəsi endiriləcəkRusiya Prezidenti Vladimir Putin nüvə silahının tətbiqiylə bağlı şərtləri genişləndirən sənəd imzalayıb.

Axar.az xəbər verir ki, bu barədə məlumatı Rusiya mətbuatı yayıb.

Əgər 2014-cü ildə qəbul edilmiş hərbi doktrinada Rusiyanın nüvə silahından yalnız nüvə zərbəsi endiriləcəyi, eləcə də dövlət mövcudluğuna təhdid yaranacağı halda istifadəsinə icazə verilirdisə, yeni sənəd “cavab zərbəsi” prinsipini de-fakto dəfn edib. Yeni sənədə əsasən, Rusiya nüvə silahından düşmənin kritik vacib dövlət və ya hərbi obyeklərə hərəkətə keçəcəyi zaman istifadə edə bilər.

Həmçinin əvvəllər nüvə silahının yalnız düşmənin istifadə edəcəyi halda tətbiqi şərti doktrinada yer alırdısa, indi bunun üçün ballistik raketin Rusiya istiqamətində buraxılmağa hazırlanması barədə etibarlı informasiya kifayət edəcək.

Rusiyanın öz müttəfiqlərinə edilən hücuma cavab olaraq nüvə zərbəsi endirə biləcəyi də doktrinada vurğulanıb.

Rusiyanın nüvə raketlərini təkcə nüvə dövlətlərinə yox, həm də nüvə silahı olmayan, Rusiyanı düşmən kimi görən və ya Rusiyaya qarşı müqavimət aparan bloklara üzv olan ölkələrə tuşlaya biləcəyi də artıq yeni sənədlə təsdiqlənib.

Sənəddə nüvə silahının yalnız prezidentin əmri əsasında tətbiq edilməsinin mümkün olduğu qeyd edilib.
16 yaşlı oğlanın cəsədi tapıldıGöyçayda suda boğularaq dünyasını dəyişən 10-cu sinif şagirdinin cəsədi tapılıb.

Axar.az-ın bölgə müxbiri xəbər verir ki, rayonun Aşağı Qaraməryəm kənd sakini, 16 yaşlı İsmayıl Mehrah oğlu Cəbiyev 3 gün öncə Yuxarı Şirvan kanalında çimərkən ehtiyatsızlıq edib və suda boğulub. Onun meyitinin tapılaraq sudan çıxarılması üçün əraziyə FHN-nin Mingəçevirdəki Aran dalğıc-axtarış qrupunun əməkdaşları cəlb edilib.

Axtarış işləri bu gün başa çatıb. Mərhumun meyiti batdığı yerdən bir kilometr aralıdan tapılaraq ailəsinə təhvil verilib.

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırmalar aparılır.