Millət vəkili şəhid anasını ziyarət edib - Fotolar Kəlbəcər rayonun Millət vəkili Aqil Məmmədov şəhid kəşfiyyatçı, Azərbaycan bayrağı ordeni ilə təltif olunmuş, Ülfət Kərimovun anasını ziyarət edib. Fatma Kərimovanın səhhətiylə, sosial durumuyla maraqlanan millət vəkili, Ülfət Kərimovun igidliyinin tarix boyu yaşayacağını, indiki gənclərin, eləcə də gələcək nəsil üçün şərəf, qeyrət nümunəsi olduğunu qeyd etdi.

Əfsanəvi kəşfiyyatçının qardaşı oğlu və onun adını daşıyan Ülfət Kərimov bu il ali məktəbi bitirərək hərbi xidmətə gedəcək. Millət vəkili Aqil Məmmədov gənclə söhbət edərək, yaddaşlarda əbədi heykəl yonmuş qəhramanın adının daşımağın, özü böyük bir şərəf, qürür olduğunu vurğulayaraq həyat yollarında ona uğurlar, daim yüksəliş, tərəqqi arzuladı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusunun Ülfət Kərimov kimi vətən sevdalı oğulları sayəsində üçrəngli bayrağımızı tezliklə Qarabağda, işğal altında olan rayonlarda məğrurluqla dalğalandıracağına əmin olduğunu və bu möhtəşəm qələbənin çox yaxında olmasına inandığını bildirdi.
Millət vəkili şəhid anasını ziyarət edib - Fotolar
Millət vəkili şəhid ailəsinin vəziyyəti ilə maraqlanıb, nəsə bir istəklərinin olmaları barəsində soruşdu. Ülfətin anası Fatma Kərimova oğluna sağlığında, eləcə də ölümündən sonra komandirləri tərəfindən milli qəhramanlıq veriləmsi barəsində üç dəfə təqdimat göndərildiyini, amma hələ də nəticəsiz qalmasını bildirərək, millət vəkilindən onlara köməklik etməsini xahiş etdilər.
Millət vəkili şəhid anasını ziyarət edib - Fotolar
Bakı metrosunda polislərlə sərnişinlər arasında DAVA - VİDEOBu gün metronun Qara Qarayev stansiyasında polislərlə vətəndaşlar arasında gərginlik yaşanıb.

Avrasiya.net xəbər verir ki, stansiyada polislərlə vətəndaşlar arasındakı davanın görüntüləri sosial şəbəkələrdə yayılıb.

Videogörüntüdə iki polis əməkdaşının sərnişinlərdən birini qatardan çıxarmağa çalışdığı əks olunub.

İlkin məlumata görə, sərnişin tibbi maskadan istifadə etməyib və polis əməkdaşı ona yaxınlaşaraq karantin qaydalarına riayət etməsini tələb edib.

Metropoliten Polisindən Publika.az-a hadisə barədə onlarda məlumat olmadığı, məsələnin araşdırılacağı bildirilib.

Sözügedən kadrları təqdim edirik:
Azərbaycanda şirkət rəhbərinə cinayət işi açıldıÖlkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatlar çərçivəsində görülən işlərdən biri kimi iqtisadiyyatın bütün sahələrində sahibkarlıq subyektlərinin formalaşmasına dövlət səviyyəsində geniş imkanların yaradılması, habelə bu istiqamətdə qanunvericilik aktlarının qəbul edilməsi və uzunmüddətli dövlət layihələrinin uğurla həyata keçirilməsi əlverişli formalaşmış biznes və investisiya mühitinin daha da güclənməsinə təkan verib.

Baş Prokurorluğun mətbuat xidmətindən Avrasiya.net-ə verilən məlumata görə, bununla yanaşı, dövlətin iqtisadiyyatın inkişafı sahəsindəki siyasətinə kölgə salan bəzi sahibkarlıq subyektləri tərəfindən yol verilən korrupsiya və rüşvətxorluq kimi qanunsuz hallara qarşı mübarizə istiqamətində kompleks, sistemli və ardıcıl tədbirlər davam etdirilməkdədir.

Həyata keçirilməkdə olan belə tədbirlərdən biri kimi, “Fakt Araşdırıcı-N” MMC-nin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə Qida Təhlükəsizliyi Dövlət Agentliyindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Araşdırma zamanı MMC-nin təsisçisi və direktoru Zeynal Məmmədovun 2017-2020-ci il tarixlərdə rəhbərlik etdiyi cəmiyyətə işə götürmək adı ilə vətəndaşlardan ümumilikdə 31 epizod üzrə cəmi 17 min manat məbləğində pulu bir neçə dəfə rüşvət kimi istəyərək almasına əsaslı şübhələr müəyyən edilib.

Araşdırmalarla həmçinin, Z.Məmmədovun öz qulluq mövqeyindən istifadə etməklə aldığı rüşvətin həqiqi mənbəyini gizlətmək məqsədilə ianə adı altında rəsmiləşdirmək üçün rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək maliyyə əməliyyatları həyata keçirib həmin pul vəsaitini təkrarən leqallaşdırmasına şübhələr üçün əsaslar müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 311.3.2 (təkrar rüşvət alma), 193-1.2.2, 193-1.2.3 (cinayət yolu ilə əldə edilmiş küllü miqdarda pul vəsaitlərini qulluq mövqeyindən istifadə etməklə təkrar leqallaşdırma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Z.Məmmədova həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan olunmaqla barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Qeyd edilən hüquqi şəxsin barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraat başlanıb.

Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu bu qəbildən qanunazidd hallarla üzləşən vətəndaşlara müraciət edərək “961” nömrəli “Çağrı Mərkəzi” və ya Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin "161" nömrəli "Qaynar xətt" əlaqə mərkəzinə məlumat vermələrini xahiş edir.
Masallıda bu ev nəzarətə götürüldü - 17 ilan...Masallı rayonunun Rüdəkənar kəndində ilanların öldürüldüyü ev nəzarətə götürülüb.

Avrasiya.net xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Adəm Məhərrəmov deyib.

O bildirib ki, evdə öldürülən ilanlar kənardan gəlməyib:

"İlanlar adətən torpaqda yuva qurur. Bu ev də köhnə torpaq tikili olduğuna görə ilanlar divardan və yerdən çıxır. Həmin ev bir otaqdır. Ola bilsin ki, bir müddət evdə yaşayış olmadığından ilanlar orada yuva qurub".

A.Məmmədov bildirib ki, hadisə barədə məlumat daxil olan kimi ev nəzarətə götürülüb:

"Hadisə yerinə rayon Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları cəlb edilib, ev dezinfeksiya olunub, əraziyə lazımi dərmanlar səpilib. Hadisə barədə Fövqəladə Hallar Nazirliyinə də məlumat verilib. Artıq həmin ev təhlükəsizdir və ailə mənzildə yaşayır. Fövqəladə Hallar Nazirliyi evin vəziyyətinə baxıb qərar verməlidir".

Xatırladaq ki, Masallı rayonunun Rüdəkənar kənd sakini İlham Əkbərova məxsus evdə 17 ilan öldürülüb.
"Xüsusi karantin dövrü bitsə də vətəndaşlar diqqətli olmalıdır"Bunu Avrasiya.net-ə Milli Məslisin üzvü Anar Məmmədov bildirib.

A.Məmmədov qeyd edib ki, ölkəmizdə koronavirus infeksiyasının (COVID-19) qarşısının alınması, eyni zamanda karantin dövründə əhalinin sosial rifahının qorunması istiqamətində görülən tədbirlər vətəndaşlar tərəfindən xüsusi minnətdarlıq hissi ilə qarşılanır: "Azərbaycan sivil dünyaya açıq dövlətdir, iqtisadiyyamızın qlobal iqtisadi sferaya inteqrasiya şəraitində inkişaf edir. Bu baxımdan fevralın sonunda artıq xeyli dövlətə ayaq basmış koronavirusun respublikamızda da qeydə alınması təəccüblü sayılmadı. Lakin əsas odur ki, Azərbaycan dövləti möhtərəm Prezidentimiz İlham Əliyevin uğurlu siyasəti nəticəsində ilk gündən koronavirusla mübarizənin ən effektiv nümunəsin ortaya qoydu. COVID-19 infeksiyasının geniş yayılmasının qarşısının alınması ilə əlaqədar tətbiq olunan xüsusi karantin rejimi vətəndaşların təhlükəsizliyinin təmin edilməsi, sağlamlığının qorunması məqsədilə həyata keçirildi. Belə bir çətin dönəmdə, pandemiya şəraitində ölkə əhalisinin birlik və həmrəylik göstərməsi vacib şərt idi. Respublikamızda isə dərhal qabaqlayıcı və məhdudlaşdırıcı tədbirlərin sayəsində koronavirusun ciddi fəsadlar verməsinin qarşısı alındı".

Deputat bildirib ki, ən mühümü odur ki, ölkə ictimaiyyəti ilk gündən Prezident İlham Əliyevin problemlə mübarizədə qətiyyətini, atdığı addımlarla insanların yanında olduğunu gördü: "Ümumiyyətlə cənab Prezidentin son üç aylıq fəaliyyətinə nəzər saldıqda görərik ki, dövlət başçısı koronavirusla mübarizənin qarşısının alınması və karantinlə əlaqədar vətəndaşların sosial rifahının pisləşməməsi üçün gərəkən bütün addımları atıb. Beləliklə, tətbiq olunan xüsusi rejim şəraitində biz xalq olaraq pandemiyanın ilkin mərhələsindən az itkilərlə çıxdıq.
Lakin bu gün xüsusi karantin rejimi yumşaldılandan və sərt qadağalar aradan qaldırılandan sonra, dövlətimiz tərəfindən koronavirus pandemiyasına qarşı hər cür zəruri addımlar atılsa da, bəzi insanların məsuliyyətsizliyi, qərarlara riayət edilməməsi, tibbi vasitələrdən istifadə olunmaması əldə edilən pozitiv nəticənin qorunmasına imkan vermir. Yoluxma sayı bəzi hallarda 250-ni ötür. Xatırladım ki, problemə laqeyd yanaşılmasının acı nəticələri bir sıra Avropa ölkələrində bu günə kimi də özünü göstərməkdədir. Qısa müddətdə yenidən virusa yoluxmaların çoxalması isə ilk növbətə vətəndaşların laqeydliyi və məsuliyyətsizliyindən irəli gəlir".

A.Məmmədovun sözlərinə görə, nəzərə almaq lazımdır ki, vətəndaşlar ölkəmizdə koronavirusun qarşısının tam alındığını düşünərək sərbəst hərəkət etsələr, gigiyenik qaydalara əməl etməsələr, nəticədə daha çox yoluxma hallarının və risklərin artmasına gətirib çıxaracaq. Ona görə də karantin rejiminin yumşaldılması insanlarda arxayınlıq yaratmamalıdır: "Vətəndaşlar daha diqqətli olmalı, özünütəcridə daha çox önəm verməlidirlər. Hər kəs gigiyenik qaydalara əməl etməli, insanlarla təmasda ən azı 2 metr sosial məsafə saxlamalı, ictimai yerlərdə digər şəxslərlə minimum kontaktda olmalıdır.

Bu ilk növbədə, özümüzün, yaxınlarımızın, bütövlükdə cəmiyyətimizin qorunması üçündür. Buna görə də həmrəylik nümayiş etdirib, TƏBİB tərəfindən pandemiya il əlaqədar olan maarifləndirmə işlərinə ciddi şəkildə riayət edək, gələcəyimiz naminə bütün qaydalara məsuliyyətlə yanaşaq. Əks təqdirdə karantin rejiminin yenidən sərtləşdirilməsi artıq günün tələbi olacaq".
Bakıdakı korona xəstələri: dəhşətli görüntülər... - VideoAzərbaycan Televiziyasının (AzTV) əməkdaşları növbəti dəfə koronavirus xəstələrinin müalicə aldığı xəstəxanada olublar.

Avrasiya.net xəbər verir ki, koronavirusa yoluxmuş vətəndaşlarımız AzTV əməkdaşları ilə söhbət zamanı nəfəs almaqda çətinlik çəkdiklərini, xəstəliyin çox ağır keçdiyini bildiriblər.

Onlar, həmçinin, digər vətəndaşlara da müraciət edərək, virusdan qorunmağın zəruri olduğunu vurğulayıblar.

“Heç bir insanın bu vəziyyətə düşməyini istəmərəm. Dillə deyiləsi deyil, çox çətindir. Bu, həyatla ölüm arasında mücadilədir”, - koronaya yoluxmuş vətəndaşımız bildirib.

Telekanalın hazırladığı süjetdə xəstələrin fikirlərini ifadə etməkdə çətinlik çəkdikləri, şiddətli ağrılar yaşadıqları aydın görünür.

Yaşlı xəstələrdən biri qeyd edib ki, indiyə qədər səhhətində heç bir problem olmayıb, lakin anidən koronavirusa yoluxub və ağır vəziyyətə düşüb.

Ən dəhşətli məqamlardan biri də koronavirus xəstələrinin hansı ağrıları hiss etməsidir. Belə ki, “koronavirus necə öldürür” sualına həkimlər belə cavab veriblər:

“Bu beyindən ayağın baş barmaqlarına qədər vücuda şiddətli hücumdur. İlk sıradan çıxan orqanlar bunlardır: ağciyərlər, böyrəklər və ürək”.

Həkimlərin sözlərinə görə, xüsusi karantin rejimi yumşaldılandan sonra xəstələrin sayında kəskin artım müşahidə olunub. Bu isə tibb işçilərinin vəziyyətini daha da çətinləşdirib.

Digər həkim isə bildirib ki, havaların istiləşməsinə görə xüsusi geyim, maska, gözlük, əlcəkdə işləmək də, nəfəs almaq da çətindir:

“Hazırda 3 minə qədər xəstə müalicə alır burada. Xəstə sayının artması və ağırlıq dərəcəsinin də çox olması bizim işimizi lap çətinləşdirir”.

Ən dəhşətli məqamlardan biri də ağır xəstələrin davamlı olaraq su istəməsi, lakin yalnız yarım saatdan bir 10 qram su verilməsidir. Bu, mədədəki suyun diafraqmanı sıxıb nəfəs almanı çətinləşdirməməsi üçündür.

Həkimlərdən biri xəstələrin yol verdikləri əsas səhvi açıqlayıb:

“Bəziləri düşünürlər ki, bu, adi soyuqdəymədir. Ona görə də həkimə gec müraciət edirlər. Həmin vaxta qədər isə artıq ağciyərlər sıradan çıxmış olur və onlara kömək etmək çətinləşir”.

Daha ətraflı videodan izləyə bilərsiniz:
"Müxalifət partiyaları hələ də keçmişin qalıqlarından qurtula bilmir"Baku News Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) Mətbuat Xidmətinə istinadən xəbər verir ki, bunu ALDP sədri Fuad Əliyev ona ünvanlanan suallara cavabında qeyd edib.

ALDP sədri müxalifətin bugünki durumu və özünün “ənənəvi mübarizə üsulları, yaxud yeni taktika ilə hərəkət etməli”, “dilemmasını aşa biləcəkmi? suallarını cavablandıraraq bunları bildirdi:

"Təəssüf ki, müxalifət bu baryeri aşa bilmir. Bunun da bir çox səbəbləri var. Bu məsələlər daim siyasi görüşlərdə müzakirə olunur və çıxış yolları aranır. Müxalifətin bir çox hallarda bir araya gələ bilməməsi, bir - birinə qarşı neqativ yanaşmaları bu problemlərin aşmasına imkan vermir. Buna görə də narazı elektorat müxalifətə inamsızlıq nümayiş etdirir. Əvəzində isə bir çox müxalifət liderləri yalnız özlərini "mənəm güclü, mənəm birinci", şüarları ilə qabağa çıxmağa çalışırlar. Lakin bunların da heç bir faydası olmayacaq, çünki xalq nə qədər narazı olsa da, bu müxalifətdəki bir çox simaların yanlışlarını görüb və görməkdə davam edir. Təbii ki, bu gün ölkədə böyük narazı elektorat var. Lakin bu, heç də o demək deyil ki, bütün narazılar hamısı gəlib bu müxalifəti dəstəkləyir. Həmin o elektorat iqtidarı da dəstəkləmir və sakitcə kənarda dayanıb. Çox təəssüf ki, bu gün müxalifət narazı olan vətəndaşların böyük bir hissəsini öz ətrafına cəlb edə bilmir. Bu da müxalifətin son 15 ildə atdığı səhv addımlarla bağlıdır. Artıq demək olar ki, insanlar müxalifətdaxili çəkişmələrdən, ”agent" axtarışı səhnələrindən, partiyaların bir-birinə qısqanclığı, keçmişdən qopa bilməməyi insanlarda müxalifətə qarşı ikrah hissi yaradıb."

Sonra ALDP sədri vətəndaşların müxalifətin bəzi nümayəndələrinə görə inamsızlığını qeyd edərək bildirib ki, artıq insanlar köhnə simalardan və köhnə ritorikaladan beziblər. Sosial kəsim siyasi səhnədə yeni simaları görmədiyinə görə siyasiləşmir və etimadı itirdiyinə görə ümumi müxalifətə dəstək vermir. Amma müxalifətin də öz elektoratının qarşısında öhdəsinə götürdüyü bir məsuliyyət var: "Müxalifət mövcud siyasi və sosial problemlərdən, həmçinin yeni metodlardan və yeni texnologiyalardan istifadə etməyi bacarmalıdır. Müxalifət nə qədər zəif və ona olan inamını itirmiş olsa belə, dövlətin və cəmiyyətin inkişafı məsələsi, müxalifətin özündə güc tapıb, vətəndaşlarının inamını və dəstəyini yenidən qazanıb dirçələcəyinə inanıram.

Mən bu prosesin daha çox siyasətə atılan yeni simaların, demokratik kəsimlə bir araya gəlməsi ilə gerçəkləşə biləcəyini düşünürəm. Müxalifətin fəaliyyətinin inkişafından danışarkən xüsusilə heç bir qarşıdurmaya yol veməyən, yalnız səmimi qəlbdən ölkənin inkişafına yönəlik islahatların aparılması naminə çalışan, öz maraqlarını deyil, ümummilli maraqları hər şeydən üstün tutan siyasi fiqurların meydana gəlişini nəzərdə tuturam. Yeni müxalif güclərin yaranması və təşkilatlanması iqtidara rəqib ola biləcək və yeni gücün formalaşmasına təsir edəcək müxalifəti formalaşdıra bilər və mən ümid edirəm ki, belə də olacaq".

Daha sonra "İndi gəlin baxaq iqtidara rəqib olacaq bizim müxlifət bu məqsədi həyata keçirmək üçün narazı elektoratı öz ətrafına yığa bilirmi?" sualını belə cavab verib:
"Bilirsiz, hər bir ölkənin inkişafı üçün güclü müxalifətin olması çox vacibdir. Bunu inkişaf etmiş ölkələrin təcrübəsindən də görmək olar. Əslində rəqabətin fonunda hər bir düşərgə tərəqqi, ölkənin potensialının artırılması, bir sözlə, inkişafı üçün öz proqramı və fəaliyyəti ilə ön planda olmağa çalışır. Bu məsələdə seçim xalqa məxsusdur. Azərbaycanda isə müxalifət partiyaları hələ də keçmişin qalıqlarından qurtula bilmir. Lakin müxalifət öz işini görməlidir, mübarizə aparmalıdır, bir-biri ilə mübarizə aparmamalıdır. Qeyd etdiyim kimi, yeni siyasi liderlərin meydana gəlməsi və sağlam siyasi mübarizə şəraitində rəqabətin qurulması demokraik cəmiyyətin əsas göstəricisidi. Təbii ki, iqtidar varsa, onun müxalifəti olmalıdır və müxalifət nə qədər güclü olarsa, iqtidarın iş potensialı da bir qədər çevik olar, öz üzərindəki məsuliyyəti daha da artar. Belə bir şəraitdə demokratik seçki sisteminə nail olmaq və öz həqiqi gücünü ortaya qoymaq mümkündür. Müxalifət güclü olarsa qalib olar, zəifdirsə uduzacaq və bununla barışmalı olacaq və seçkinin saxta keçirilməsi ilə bağlı ortaya heç bir iddia qoyulmasına imkan verilməyəcək. Hələlik isə bütün bunlar partiyamızın siyasi camiyədə görmək istədikləri əsas nüansladır."
Ermənistanda koronavirus ŞOKU – 1 gündə 517 yoluxma, 19 ölümErmənistanda koronavirusa yoluxanların sayı 10 009 nəfərə çatıb.

Avrasiya.net Ermənistan KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 517 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 19 nəfərin ölümü qeydə alınıb. Bu günədək Ermənistanda 158 nəfər koronavirusdan ölüb, 6 368 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə martın 16-dan elan edilən fövqəladə vəziyyət iyunun 13-dək uzadılıb.
Masallıda avtomobil kanala aşdı, sürücü öldüMasallıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Avrasiya.net-ə bildirilib ki, rayonun Ərçivan kəndində LADA markalı minik avtomobili yol kənarındakı su kanalına aşıb.

Hadisə yerinə cəlb olunan Cənub Regional Mərkəzinin xilasediciləri avtomobilin sürücüsü, 1988-ci il təvəllüdlü Kərimov Müşfiq Nəsir oğlunun meyitini su kanalından çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
ABŞ bu şəxsin yerini deyənə 5 milyon verirABŞ Dövlət Departamenti Venesuela kriptovalyutası olan petronun kuratoru Xoselita Ramires Kamaço barəsində məlumat üçün mükafat təyin edib.

Axar.az xəbər verir ki, bu bəyanatı ABŞ Dövlət katibi Mayk Pompeo yayıb.

O, Kamaçonun həbsinə yardım edə biləcək məlumat üçün ABŞ-ın 5 milyon dollar ödəyəcəyini deyib.

Pompeo bu şəxsin transmilli cinayətkarlıqda ittiham edildiyini söyləyib.