Bakıda jurnalist koronavirusdan SAĞALDIKoronavirusa yoluxmuş idman jurnalisti Anar Cəfərsoy şəfa tapıb.

Avrasiya.net xəbər verir ki, Supersport.az portalının təsisçisi və baş redaktoru iki həftədir koronavirusdan müalicə olunurdu.

Anar Cəfərsoy açıqlamasında deyib:

“Allah qalib elədi. Əminliklə deyə bilərəm ki, Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında peşəkar həkimlər, tibb işçiləri fəaliyyət göstərir. Gecə səhərə kimi bu fədakar insanlar, yaşından asılı olmayaraq hamının sağalması üçün yüksək səviyyədə çalışırlar. Belə qəhrəmanlar həyatlarını təhlükəyə atmaq bahasına olsa belə, insanları xilas etmək üçün bütün varlıqlarını sərf edirlər, hamıya sevgi, hörmət, nəvazişlə davranırlar. Təmizlik-gigiyenik işlərlə yanaşı, qidayla təminata da xüsusi diqqət yetirilir. Allah bütün xəstələrə şəfa versin. Başda həkim Şərəf Hüseynova, böyük tibb bacısı Könül Vəliyeva, tibb qardaşı Şəmsi Axundov olmaqla hər kəsə dərin təşəkkürümü bildirirəm”.

Baş redaktor bildirib ki, immunitet sistemini gücləndirmək üçün dərmanlardan, təbii qidalardan istifadə edir:

“Koronavirus orqanizmə ciddi təsir edib, çəkim də azalıb. Həkim məsləhətinə əsasən, immuniteti gücləndirmək üçün dərmandan, təbii qidalardan istifadə davam etdirəm”.

Xatırladaq ki, idman jurnalistinin 69 yaşlı anası Zöhrə Cəfərova mayın 28-də bu pandemiyadan Mərkəzi Neftçilər Xəstəxanasında vəfat edib.
Azərbaycanda koronavirusa rekord yoluxma - daha 3 nəfər öldüAzərbaycan Respublikasında 273 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmış, 56 nəfər müalicə olunaraq sağalmış və evə buraxılıb.

Nazirlər Kabineti yanında Oprativ Qərargahdan Avrasiya.net-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1943, 1954 və 1956-cı il təvəllüdlü 3 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 5935 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 3564 nəfər müalicə olunaraq sağalmış, 71 nəfər vəfat etmiş, 2300 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 50 nəfərin vəziyyəti ağır, 73 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 309.901 test aparılıb.
Baş Prokuroluqğun Bakıda özünü yandıran kişi ilə bağlı MƏLUMATIBaş Prokurorluq Bakıda 35 yaşlı kişinin intihara cəhd etməsi ilə bağlı xəbərlərə aydınlıq gətirib.

Baş Prokurorluğun Mətbuat Xidmətindən Avrasiya.net-ə verilən məlumata görə, 1985-ci il təvəllüdlü Hüseyn Nuriyevin özünü yandıraraq intihara cəhd etməsi faktı ilə bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, intihara cəhdin səbəbləri istintaq yolu ilə araşdırılır.

Qeyd edək ki, KİV-də yayılan məlumata görə, Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Hüseyn Nuriyev üzərinə benzin tökərək özünü yandırıb. Yaxınlıqdakı şəxslər tərəfindən alov ram edilib və yaralı Yanıq Mərkəzinə yerləşdirilib.
Putin nüvə silahını tətbiq edə biləcəyi şərtləri AÇIQLADIRusiyanın nüvə silahı sahəsində dövlət siyasəti ilə bağlı qanun təsdiqlənib.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, prezident Vladimir Putinin imzaladığı qanun nüvə silahının tətbiq olunması üçün şərtləri müəyyən edib.

“Rusiya Federasiyası tərəfindən nüvə silahının tətbiqi - Rusiyanın çox önəmli dövlət və hərbi əhəmiyyətli obyektlərinə düşmənin təsiri yaxud onları sıradan çıxarması halında istifadə oluna bilər”-deyə sənəddə deyilir.



Azərbaycandakı bütün təhsil müəssisələrində tədris dayandırıldı - Baş nazirdən SƏRƏNCAMBaş nazir Əli Əsədov Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin dayandırılması barədə sərəncam imzalayıb.

Avrasiya.net Nazirlər Kabinetinə istinadən xəbər verir ki, sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə:

1. Qanunvericiliklə müəyyən edilmiş xüsusi karantin rejiminin qaydalarına riayət olunmaqla, təhsilalanların qiymətləndirilməsi (attestasiyası), uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu ilə bağlı imtahan və müsahibələr, müxtəlif arayış və sənədlərin verilməsi ilə bağlı vətəndaş müraciətlərinin qəbulu, tədris və təlim-tərbiyə prosesi ilə birbaşa əlaqəsi olmayan digər tədbirlər istisna olmaqla, 2019-2020-ci tədris ilinin sonunadək Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılsın və bununla bağlı bütün tədbirlər təxirə salınsın.

2. Azərbaycan Respublikasının Təhsil Nazirliyi, tabeliyində təhsil müəssisələri olan digər icra hakimiyyəti orqanları və dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər bu Sərəncamın 1-ci hissəsinin icrası ilə bağlı zəruri tədbirlərin görülməsini təmin etsinlər.

3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş Naziri

Əli Əsədov

Bakı şəhəri, 30 may 2020-ci il"
Kamran Əliyev daha bir prokuroru işdən ÇIXARDIBaş prokuror Kamran Əliyevin imzaladığı əmrlə Masallı rayon prokuroru Allahverdi Novruzov “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq prokurorluqda qulluqda olmanın yaş həddinə çatdığına görə tutduğu vəzifədən azad olunmaqla prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilib.

Avrasiya.net-in məlumatına görə, bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat yayıb.

O qeyd edib ki, həmin əmrlə A.Novruzov prokurorluq orqanlarında səmərəli fəaliyyətinə görə “Azərbaycan Prokururorluğunun Fəxri Fərmanı” ilə təltif edilib.
Bakıda məktəb direktoru saxlanıldıBakı şəhəri, Sabunçu rayonu, F.Bayramov adına 22 saylı tam orta məktəbin direktoru vəzifəsində işləmiş Cavad Səfərovun məktəbə işə düzəlmək üçün ondan rüşvət alması barədə vətəndaş Ruxsarə Babayevanın müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən araşdırılıb.

Baş Prokurorluqdan Avrasiya.net-ə verilən məlumata görə, araşdırma zamanı Cavad Səfərovun əvvəllər direktor vəzifəsini icra etdiyi 22 saylı tam orta məktəbin təsərrüfat işləri üzrə müdiri vəzifəsinə təyin edilməsi ilə bağlı ona müraciət edən tanışı Ruxsarə Babayevadan xidməti otağında 6000 manat məbləğində pul vəsaitini rüşvət qismində istəməsinə və həmin məbləğin 5500 manatını almaqla xadimə vəzifəsinə təyin edib faktiki olaraq təsərrüfat işləri üzrə müdir vəzifəsini icra etməsinə qanunsuz olaraq şərait yaratmasına əsaslı şübhələr müəyyən edilmişdir.

Faktla bağlı Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə cinayət işi başlanmışdır.

C.Səfərov təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan olunmuşdur.

Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu bu qəbildən qanunazidd hallarla üzləşən vətəndaşlara müraciət edərək “961” nömrəli “Çağrı Mərkəzi” və ya Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin "161" nömrəli "Qaynar xətt" əlaqə mərkəzinə məlumat vermələrini xahiş edir.
İmam Xomeyninin (rə) vəfatının 31-ci ildönümüdürİran İslam Respublikasının 1-ci Ali Rəhbəri və qurucusu İmam Xomeyninin (rə) vəfatının 31-ci ildönümüdür.

İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin mətbuat xidməti İmam Xomeyninin vəfatının növbəti ildönümü ilə bağlı kiçik bir yazı hazırlayıb.

İslam İnqilabının lideri və İran İslam Respublikasının banisi İmam Xomeyni (rə) ləqəbli Seyid Ruhullah Mustafavi 24 sentyabr 1902-ci ildə İranın Xomeyn şəhərində dünyaya gəlmişdir.

İmam Xomeyni (rə) Ayətullah Burucerdinin ölümündən sonra Tağut siyasətinə qarşı çıxmış və 6 iyun 1963-cü il qiyamında həbs olunanaq Tehrana göndərilmişdir. O, bir müddət həbsdən sonra müqəddəs Qum şəhərinə qayıtmış və kapitulyasiyanın (İrandakı Amerika cinayətkarlarının toxunulmazlığı) təsdiqlənməsi hadisəsində Qum böyük məscidində əhəmiyyətli və atəşli çıxışından sonra yenidən tutularaq Türkiyəyə, oradan da İraqa sürgün edilmişdir. O, İraqda da Pəhləvi rejimi ilə mübarizəni davam etdirmişdir.

Pəhləvi rejimi ilə İraqdakı Bəəs rejimlərinin birgə koordinasiya onu İraqı tərk edərək Parisə getməyə məcbur etmişdir.

Monarxiyanın dağılması və 57 illik məzlum Pəhləvi rejiminin sonu ilə İmam Xomeyni (rə) xalqın həlledici səsləri əsasında İran İslam Respublikasını qurdu. İmam Xomeyni (rə) 11 fevral 1979-cu ildən 3 iyun 1989-cu ilə qədər inqilaba rəhbərlik etmişdir. O, təhlükəli hadisələrdə, müxtəlif sui-qəsdlərdə, İraqa qarşı 8 illik müharibədə və sanksiyalarla mübarizə yolunda inqilabı və ölkəni təhlükəsiz və məharətlə idarə etmişdir. İmam Xomeyni (rə) 3 iyun 1989-cu ildə vəfat etmişdir.

İmam Xomeyni (rə) və insanın batini həyatı

1989-cu il 3 iyun tarixində baş verən o böyük hadisənin ildönümündə bu gerçəkliyə məna bəxş etmiş o həqiqətə bir daha nəzər salmaq lazımdır.

Həzrət İmam Xomeyni (rə) adi insan növündən deyildi və tarixin dahiləri arasında da onun kimi şəxsiyyətlər çox olmayıb. Lakin müasirlərin yazdığı kimi tarix İmam Xomeyni (rə) kimi şəxsiyyətləri qədrini bilməkdə acizdir.
Qərblilərin yazdığı kimi “sivilizasiyalar tarixi” “insanın təbiətdən israfcasına bəhrələnməsi üçün insanın təbiətə qələbəsi tarixidir”. Onlar bugünki bəşərin ruhuna üfürülmüş üsyankarlıq ruhunun tələbinə görə belə düşünüblər ki, əvvəlkilərin də bundan başqa hədəfləri olmamışdır və buna görə də insanın Yer kürəsindənki mövcudluğunun gerçəyindən qəflətdə olublar.

Böyük və geniş fəzada kiçik bir kürə olan Yer kürəsində yaşayan insanın “batini tarix”i də vardır: əgər “sivilizasiyalar tarixi” insanın zahiri həyatının tarixidirsə “peyğəmbərlərin tarixi” onun batini tarixidir.

İnsanın zahiri və batini, cismi və ruhu vardır ... və ruhu inkar edənlər əgər insan həyatının tarixinin yalnız sivilizasiyalar tarixindən ibarət olduğunu iddia edirlərsə, bu təəccüblü deyil. Və bunun ardından bu gün “tarixin dahiləri” dedikdə insanın təbiətə hakim olması yollarını tapanlara aid etmələri də buna əsasəndir.

Onlar insanı böyük bir mədə hesab edirlər ki, tarix boyu onu doldurmaq və heyvani ləzzətlərdən daha çox istifadə etmək üçün münasib vasitələr tapmışdır. Əgər insanın mahiyyəti bu olsa, onda tarix də sivilizasiyalar tarixi ilə məhdudlaşar, özü də dar çərçivədə. Bu gün “sivilizasiyalar tarixi” adlandırılan gerçəyi olmayan bir vəhmdir ki, yeni insan onu öz keçmişinə də aid etmişdir. Buna görə də burada peyğəmbərlərdən və onların davamçılarından bir nişanə yoxdur. “Sultanların tarixi” də insanların xüdbinliyi, özünəpərəstliyi və istikbarı üzərində qurulmuş ambisiyalar və təcavüzlər tarixidir. Bu tarix də insanın batini həyatına toxunmadığı üçün peyğəmbərlərin, vəsilərin, onların davamçılarının və həqiqət evinin memarlarını əsaslandıra bilmir. Buna görə də “bəşər varlığının həqiqət evinin memarları” olan İmam Xomeyni kimi dahilərin əsl məqamı və dəyəri sivilizasiyalar tarixi və rəsmi tərtib olunan tarixlərdə tanımaq gözləntimiz olmamalıdır.

Şeyxül-ənbiya Həzrəti İbrahim də yer üzündə həqiqət evinin memarı olmuş və nə qədər ki, dünya dünyadır və insan bu yer kürəsində qalır, bu ev bir möhkəm bir qaladır ki, insanı şeytanların sınağından və heyvandan da aşağı səviyyəyə enməkdən uzaq saxlayır. Amma sivilizasiya tarixində harada ondan bir nişanə tapmaq olar? İnsanın daxili həyatının tarixi Məkkəni Umməl-Qurə və yerin mərkəzi hesab edir. Amma sivilizasiya tarixi bu böyük hadisəyə gözucu da olsa baxsa, görər ki, o cəsur qəbilə su axtarışında Zəmzəmi tapmış, onun ətrafında məskunlaşmış və ilk vətəndaş cəmiyyətini qurmuşdur. Niyə bu xarici görünüş bugün bəşəriyyət üzərində qələbə qazanmış və onu xülyalara və dar düşüncəyə vadar edir? Bu gün insan günləri və illərini peyğəmbərin hicrətindən və İsa peyğəmbərin doğumundan saymağına baxmayaraq, artıq peyğəmbərlərin gücünü bilmir və o zamana qədər ki bu cəhalət qalacaq insan İmam Xomeyninin (rə) də dəyərini bilməyəcək. Çünki, o, eyni zamanda insanın daxili həyatının canlandırıcısı və həqiqət evinin yaradıcısıdır. İslam İnqilabı isə bu əsrin Ümməl-Qurəsidir. İmam Xomeyni (rə) İslam İnqilabı ilə həqiqət evi qurdu. Baxmayaraq ki, sivilizasiya tarixi və sultanların tarixi həqiqət evinin memarlarını və insan daxili həyatının canlandırıcılarını unutmuş, amma və "insanın daxili həyatının tarixi" görünüşdən qəflətdə olmayıb. Görünüş daxili cilvədir. Əgər bir gün qərara alınsa ki, insanın zahiri həyatının həqiqət tarixi yazılsın, gərək onu tarix boyu insanın daxili dəyişiklikləri ilə yəni din tarixi və peyğəmbərlər tarixi ilə əsaslandıralar. İnsanın tarix boyu nələr yaşandığını anlaması üçün gərək dünya tarixi əvvəldən yazıla...


«Ev 500 min manata tikilibsə, o demək deyil ki, qiyməti də o qədərdir» - MÜSAHİBƏƏmlakın qiymətləndirilməsi sahəsində vəziyyət və gözlənilən yeniliklərlə bağlı FED.az-ın suallarına Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədr müavini, «VECON CONSULTING» qiymətləndirmə şirkətinin rəhbəri Vüqar Oruc cavab verir:

- Vüqar müəllim, 2019-cu il iqtisadiyyatda canlanma ili kimi yadda qaldı. Bu özünü daşınmaz əmlak bazarında da göstərdimi?

- 2019-cu il həm şirkətlərin özünün inkişafı, həm də daşınmaz əmlakların alqı-satqısı baxımından xüsusi yüksəliş ili oldu. Həm iqtisadiyyatda, həm də daşınmaz əmlak bazarının ayrı-ayrı seqmentlərində fəallıq artdı.
Bu vəziyyət qiymətləndirmə işlərinin və sifarişlərin də artmasına səbəb olub.

Alqı-satqının artması qiymətlərə də təsirini göstərdi, əvvəlki süstlük öz yerini dinamikaya verdi. Bazara təklif edilən qiymətlər artdı, hətta bir neçə ay əvvəl satış elanı verən şəxslər sonradan elanı dəyişərək qiymətləri artırdılar, baxmayaraq ki, əmlak həmin anadək satılmamışdı. Yəni, əmlak sahibləri öz obyektlərinin daha dəyərli olduğunu düşünür və bazardan gözləntiləri artır. Belə hallar isə iqtisadi inkişaf zamanı baş verir.

- 2019-cu ildə əmlak bazarının ayrı-ayrı seqmentlərində hansı proseslər baş verib?

- Təəssüflər olsun ki, statistik məlumatlar çox zaman ümumi yanaşmanı ehtiva edir və orta qiymətlər müəyyən olunur. Bu isə durumun seqmentlər üzrə dəqiq və obyektiv dəyərləndirilməsinə imkan vermir. Doğrudan da ayrı-ayrı seqmentlərdə vəziyyəti qiymətləndirmək daha düzgün yanaşmadır. Məsələn, şəhərin mərkəzindəki iri ticarət obyektlərinin alqı-satqısında durğunluq hələ də müşahidə edilir. Əvəzində, mənzillər və kiçik sahəli kommersiya obyektlərinə tələbat, onların satışı faktları xeyli artıb.

- Kiçik kommersiya obyektləri dedikdə, hansı qiymətə olanlar?

- Qiyməti 1-1,5 milyon manata qədər olanları nəzərdə tuturam, bu obyektlərin həm qiyməti artır, həm də onlar daha yaxşı, yəni tez satılır. Onlardan fərqli olaraq daha böyük obyektlərdə ekspozisiya (satışda qalma) müddəti böyükdür, bu əmlaklara müştəri tapmaq da asan deyil.

- Bəs ayrı-ayrı seqmentlərdə qiymətlər necə dəyişib?

- Müxtəlif əmlaklar üzrə qiymətlər 5-8% arasında yüksəlib. Xüsusilə də mənzillər və kiçik obyektlər, məsələn, metro ətrafında yerləşən və qiyməti o qədər də böyük olmayan obyektlərin təklif qiymətlərində təqribən 10% artım müşahidə edilib.

Amma şəhərin mərkəzində yerləşən və ipoteka krediti üçün o qədər də cəlbedici olmayan mənzillərin qiyməti artmayıb. Bəzi tanınmış MTK-lara məxsus böyük sahəli mənzillərin də qiyməti yüksəlməyib, əksinə hazırda bazarda böyük mənzillərə maraq az olduğuna görə, onların qiymətində ciddi endirimlər olub. Müştəri tapmaqda çətinlik çəkən böyük obyektlərin qiymətində də azalma müşahidə edilib.

- Bakı ərazisində infrastruktur yenilənir, həm qəsəbələrə qatar xətləri işə düşür, həm də şəhərin mərkəzində yeni parklar, yaşıl zonalar yaradılır. Bu proses qiymətlərə də təsir edirmi?

- Əlbəttə, birbaşa təsir edir. Çünki qiymətlər birbaşa infrastrukturdan asılıdır - adi mənzildən tutmuş qeyri-yaşayış obyektinədək istənilən əmlakın alıcıları ilk növbədə ona çatma yollarını dəqiqləşdirir və nə qədər əlverişli olduğunu müəyyən edirlər. Bundan başqa, yaxınlıqda sosial obyektlərin olması, bazar və alış-veriş mərkəzlərinə (AVM) çıxış da nəzərə alınır. Ona görə də yeni tikilən yollar və marşrutlar həmin ərazinin qiymətinə müsbət təsir göstərir.

- Bu zaman qiymət artımı hansı hədlərdə olur?

- Məsələn, Sumqayıta qatar yolu açıldıqdan sonra burada əmlakın qiymətləri 10-15% civarınla yüksəlib. Digər tərəfdən psixoloji amil yaranır və əmlakın satıcısı onun təsvirində əlverişli nəqliyyat imkanını qabardır. Bununla da əvvəlki aşağı qiymətin yüksəlməsinə bir növ haqq qazandırılır.

- İnfrastruktura görə, hansı ərazilərdə qiymətlərin daha da artacağı gözlənilir?

- Mərkəz ərazilər, necə deyirlər, doymuş vəziyyətdədir. Yəni burada hər hansı infrastruktur inkişafı və qiymət artımı gözlənilmir. Mərkəzdən kənarda, məsələn, Əhmədli, Yeni Günəşli və Həzi Aslanov metrosu ətrafında istənilən infrastruktur layihəsi qiymətlərə ciddi təsir edir. Hətta bir qədər əvvəl Ukrayna dairəsi yaxınlığında yerüstü keçidin tikintisinin də bu ərazidəki evlərin qiymətlərinə təsir edəcəyini gözləyirik.

- Yerüstü keçidin tikintisi qiymətlərə hansı səbəbdən təsir edir?

- Məsələn, bu keçid imkan verir ki, piyadalar yolu daha rahat və təhlükəsiz keçsinlər, yəni həmin ərazidə qəzaların sayı azalacaq. Hətta keçidin tikintisi barədə xəbərlər bu ərazidəki mənzillərin kirayə haqlarını artırdı. Əvvəllər bu zonalarda bir otaqlı mənzillərin kirayə haqqı 400-450 manat idisə, keçidin tikildiyi Ukrayna dairəsində qiymət 500-550 manata yüksəlib. İnvestor və ya düşüncəli alıcı obyekt əldə edəndə hər bir nüansı süzgəcdən keçirir.

- Hazırda ən çox hansı obyektlər qiymətləndirilir?

- Hazırda əsasən bankdan kredit götürən, əmlak alqı-satqısını həyata keçirən şəxslər əmlaklarını qiymətləndirirlər. Bunlar evlər, böyük obyektlər, iş mərkəzləri, zavodlar və sairdir. Bəzi iş adamları isə sadəcə malik olduqları əmlakların real dəyərini, hansı aktivlərə, hansı gücə sahib olduqlarını bilmək üçün əmlaklarını qiymətləndirirlər. Dünyada bu adi praktikadır. Məncə, hər bir vətəndaş da öz əmlakının dəyərini bilməlidir. Məsələn, əmlaklar dövlət ehtiyacları üçün alınanda, ailə quranda, şərikliyə başlayanda və sair hallarda insanlar öz əmlakları və onların dəyəri barədə biliyə malik olmalıdır.

- İş adamlarımız bu qaydaya əməl edirlərmi?

- O qədər də yox, iş adamlarının əksəriyyəti bu sahədə passivdir. Üstəlik, bəzi əmlak sahibləri əmlaklarının real qiyməti ilə bağlı fərqli fikirdə olurlar, ədalətli qiyməti izah edəndə isə narazı qalırlar. Məsələn, onlar bildirirlər ki, əmlakın yaradılmasına böyük məbləğ yatırılıb, amma onlara izah edirik ki, əmlakın dəyəri təkcə ona yatırılan məbləğlə hesablanmır. Ola bilər həmin əmlaka 10 milyon manat yatırılıb, amma onun bazar dəyəri 5 milyon manatdır. Və ya əksinə 10 milyon yatırılıb, investisiya layihəsi uğurlu alındığı üçün istifadəsinə başlandığı zaman dəyəri 20 milyon manata yüksəlmişdir.

- Vüqar müəllim, dövlət başçısının fərmanı ilə binaların istismara qəbulu və sənədləşdirilməsi sadələşib. Bu yenilik həmin mənzillərin qiymətinə necə təsir etdi?

- Əlbəttə, bu fərman nəticəsində yeni tikililərin istismara qəbulu və mənzillərin sənədləşdirilməsi onların qiymətinə də müsbət təsir edir. Burada bir məsələni xüsusi qeyd etmək istəyirəm ki, hazırda çox gözəl bir aksiyaya start verilib. Çıxarışların səyyar şəkildə verilməsi həyata keçirilir. Alqışlanan haldır və bu, neqativ halların qarşısını alır, yəni sənədlər qaydasındadırsa, asanlıqla çıxarışa sahib olmaq mümkündür. Bu müsbət təcrübəni davam və inkişaf etdirmək lazımdır.

- Adətən kredit almaq istəyən sahibkarlar girov qoyacaqları obyektlərin qiymətini artırmağa, banklar isə əksinə, aşağı salmağa çalışırlar. Bu iki qiymətləndirmə arasında fərq nə qədər olur?

- Bunu dəqiq demək çətindir, bəzən yaxın qiymət olur, bəzən isə əksinə, sahibkarın yüksək qiymətli hesab etdiyi əmlak bankların risk mütəxəssisləri tərəfindən ucuz dəyərləndirir. Əslində bankları başa düşmək olar, pulu onlar verir. Sabah krediti qaytara bilməyən sahibkar hansısa üsulla bundan yayınmağa, vaxtı uzatmağa çalışa bilər. Amma ortada olan məbləğ bankındır. Ona görə də bank bu məsələdə daha diqqətli olur.

- Əmlaka qiymət qoyarkən əsasən hansı yanaşmaya üstünlük verilir?

- Çox maraqlıdır ki, indiyədək Azərbaycanda sovet dövründən qalmış bir yanaşma – xərc yanaşması geniş yayılıb. Yəni mən hansısa obyektə nə qədər investisiya yatırmışamsa, hesab olunur ki, əmlakın dəyəri də budur. Amma dünya praktikasında əsasən gəlir yanaşmasına üstünlük verilir. Obyektin gətirdiyi gəlir onun uzunmüddətli istifadəsinin və təminatının əsasını təşkil edir. Ona görə də fikrimcə, obyektin dəyərini müəyyən edəndə onun gətirəcəyi gəlirlər və oxşar obyektlərin bazarda satış qiymətləri nəzərə alınmalıdır.

- Xərc və gəlir metodları ilə müəyyən edilən qiymətlər bir-birindən çox fərqlənir?

- Dünya praktikasında developer mənfəəti, yəni tikintidən əldə edilmiş mənfəət təqribən 30% civarındadır. Yəni mən obyekti satıramsa, onun satışından 30%-ə qədər gəlir götürürəmsə, bu gəlirli sayılır. Bəzi hallarda bu rəqəm 50-70% də ola bilər.

Amma əksinə də olur. Məsələn, Lənkəranın ucqar bir kəndində 500 min manat xərcləməklə gözəl zövqlə, hətta daxilində lifti olan böyük fərdi yaşayış evi tikilib. Sahibi hesab edir ki, evin qiyməti minimum 500 min manatdır. Amma ona izah edirik ki, evin real bazar dəyəri 4-5 dəfə aşağıdır. Çünki hansısa ucqar kənddə yerləşən bu əmlaka heç kim 500 min manat ödəməz. Yəni tikinti və bazar dəyəri arasında böyük fərq ola bilər.

- Elə obyektlər var ki, eyni yerdə yerləşməsinə baxmayaraq qiymətləri fərqli olur. Bunun səbəbi nədir?

- Bəli belə hallar var, eyni ərazi, hətta eyni binada yerləşməsinə baxmayaraq iki obyektin gəlirliyi və qiyməti fərqlidir. Bununla bağlı «xoşbəxt olmayan obyektlər» anlayışı var. Məsələn, eyni binada yerləşirlər, amma obyektin biri heç gəlir gətirmir, oraya gələn istənilən icarədar 1-2 aya həmin obyekti tərk edir. Səbəbi odur ki, insanlar hansısa səbəbdən ora meyllənmir, alver etmir. Tutaq ki, obyekt binanın uyğun olmayan tərəfində yerləşir, necə deyərlər «gizlənmiş» şəkildədir.

- Gələk qiymətləndiricinin özünün fəaliyyətinə: bu sahədə vəziyyət necədir, Azərbaycanda əmlaklar düzgün qiymətləndirilir?

- Azərbaycanda qiymətləndirmə sahəsində sağlam rəqabət tam mövcud olmadığına görə, bu sahədə problemər var. Bəzi qiymətləndiricilərin hazırladığı hesabat cəmi 1 səhifə olur və burada heç bir əsaslandırma olmur. Halbuki, bu beynəlxalq standartlara ziddir. Standartlara görə əmlakın dəyərinin hesablanması variantları, göstərilən dəyərin necə müəyyən edildiyi hesabatlarda birbaşa əksini tapmalıdır. Məsələn, bizim şirkətin ən sadə əmlaklar – mənzil və avtomobillər üzrə hesabatları 20-25 səhifədir. Yəni hesabatı oxuyan adamda təsəvvür yaranmalıdır ki, bu qiymət haradan formalaşıb.

Azərbaycanda isə qiymətləndirmə hesabatlarının 90%-də belə deyil. Əksər hallarda bu bank işçilərindən və sifarişçilərdən qiymətin necə formalaşdığını gizlətmək üçün edilir. Belə olan halda, qiymətləndiricinin öz maraqlarına uyğun şəkildə apardığı hesablamaların təftişi mümkün olmur.

- Bu vəziyyətin yaranmasına səbəb nədir?

- Əsas səbəb - bu sahədə ciddi nəzarətin olmamasıdır. Biz istəyirik ki, Auditorlar Palatasında olduğu kimi, oxşar bir palata və ya dövlət qurumu yaradılsın və Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) ilə birlikdə bu sahəyə nəzarət etsin.

Xatırladım ki, Auditorlar Palatasında auditorların reyestri var və burada qeydiyyatdan keçməmiş şəxslər audit apara bilməzlər. Oxşar sistemin qiymətləndiricilər üçün də yaradılmasını istəyirik.

Çünki müxtəlif hallarda bəzən elə qiymətləndirici şirkətlərlə rastlaşırıq ki, onlar ümumiyyətlə tanınmır və hətta sadə hesabatları belə təqdim edə bilmirlər. Bəzi qiymətləndirmə aktları beynəlxalq standartlara, mövcud qaydalara və daşınmaz əmlak prinsiplərinə uyğun deyil. Belə hallar xüsusilə məhkəmələrdəki qiymətləndirmələr zamanı qarşımıza çıxır.

- Ölkə qanunvericiliyində qiymətləndiricilərlə bağlı hər hansı tələb varmı?

- Mövcud qanunvericiliyə görə, yəni 1998-ci ildə qəbul edilmiş «Qiymətəndirmə haqqında» qanuna görə, qiymətləndirmə ilə məşğul olan şəxsin sertifikatı olmalıdır, əks halda bu fəaliyyətə icazə verilmir. Amma indi bu qanuna əməl edilmir, qeyd etdiyim kimi xüsusilə məhkəmə prosesləri zamanı bunun şahidi oluruq. Yəni görürük ki, iştirak edən qiymətləndiricilər bizim cəmiyyətin üzvü deyil, sertifikatı yoxdur. Amma onun hesabatını qəbul edirlər, halbuki ən azı dövlət qurumu belə hala yol verməməlidir. AQC bununla bağlı dəfələrlə ayrı-ayrı dövlət qurumlarına müraciət edib. Söhbət AQC-nin monopoliyasından getmir, qoy bu mexanizmi dövlət özü yaratsın. Çünki məhz belə hallara görə qiymətləndirici fəaliyyətinə və ümumilikdə bu sektora etimadsızlıq yaranır və onun nəticələrini bütün bazar hiss edir.

- Bəlkə də məhz bu sahəyə ciddi nəzarət olmadığına görə, hazırlıqsız qiymətləndiricilər fəaliyyət göstərir və bu sonradan digər sahələrdə də problemlərə səbəb olur.

- Bəli, tamamilə doğrudur. Çünki düzgün olmayan qiymətləndirmə sonradan digər sahələr, o cümlədən bank-maliyyə sektorunda problemə, qeyri-likvid girovların yaranmasına səbəb olur. Ona görə də biz sertifikatlaşdırma məsələsini önə çəkmişik ki, dövlət qurumları, banklar və sahibkarlar sertifikatı olmayanlarla əməkdaşlıq etməsinlər.

Sertifikatı Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti beynəlxalq təşkilatlarla birlikdə, aparılan treninqlər və imtahanın müvafiq nəticəsinə uyğun olaraq təqdim edir.

- Vüqar müəllim, bazarın daha da şəffaflaşması üçün başqa hansı təklifləriniz var?

- Məsələn Rusiyada dövlət səviyyəsində qiymətləndiricilər üçün kvalifikasiya imtahanları keçirilir və sertifikat verilir. Bizdə də belə imtahanın keçirilməsini təklif edirəm. Hətta indiyədək fəaliyyət göstərən mütəxəssislər də imtahan verməlidir. Çünki onların fəaliyyətidən bütün iqtisadiyyatın və bank sektorunun fəaliyyəti asılıdır. Rusiyanın elə qiymətləndirici şirkətləri var ki, nəinki öz ölkələrində, hətta bütün Avropada tanınsalar da 2 ildən bir imtahan verir və onun nəticəsini ictimaiyyətə açıqlayırlar. Bizdə isə cəmi bir dəfə sertifikat alıb demək olar ki, daimi fəaliyyət göstərmək mümkündür.

- Qiymətləndirmə fəaliyyətində xidmət haqqı necə formalaşır?

- Qeyd edim ki, qeyri-peşəkarların təsirini xidmət haqqında da hiss edirik. Bəzi qiymətləndiricilər tələb olunan prosedurları lazımi qaydada aparmadıqlarına görə, öz keyfiyyətsiz xidmətlərinə olduqca aşağı qiymət təyin edirlər.

Halbuki qiymətəndirmə ciddi prosesdir, bir neçə mərhələdən ibarətdir və sonda ətraflı hesabat hazırlanır. Bütün bunlar isə əlavə xərclərdir - peşəkar işçilər, ofis xərcləri, ezamiyyə xərcləri və sair. Biz də yüksək qiymətin əleyhinəyik, amma təəssüf ki, indi bazarda qiymətləri qeyri-real həddə qədər endirənlər var. AQC olaraq vahid minimal və maksimal tarifin tətbiq edilməsi üzərində işləyirik. Doğrudur, bəzi şirkətlər bununla razılaşmır, «bu bizim öz işimizdir və xidmətin qiymətini özümüz müəyyən edirik» deyirlər. Amma bu addım tövsiyə xarakteri daşımaqla sifarişçilərin də normal qiymətləndirmə tariflərindən xəbərdar edilməsi məqsədini daşıyır. Müştəri görəndə ki, 80-100 manatlıq qiymətləndirmə işini hansısa şirkət 50-60 manata edir, başa düşəcək ki, burada nəsə düz deyil.

Daha sadə desək, tanınmış sertifikatlı işçiləri, ciddi qurumlarda təmsilçiliyi, peşə riskinin sığortası, internet səhifəsi və ofisi olmayan qiymətləndiriciyə iş verilməməlidir. Bizdə əksər şirkətlərin saytları yoxdur, halbuki müştərilər şirkətin necə və hansı peşəkarlarla işlədiyini bilməlidir.

- Qiymətləndiricilər öz peşə məsuliyyətlərini sığorta etdirirlərmi?


- Çox az sayda. Halbuki böyük gəlirləri olan şirkətlər həmin gəlirlərindən cəmi bir neçə faiz ayırıb peşə məsuliyyətini sığorta edə bilər. Hazırda bunu onlardan tələb edən yoxdur, amma mənə elə gəlir ki, banklar və digər sifarişçilər qiymətləndiricidən peşə məsuliyyətini sığortalamağı tələb etməli, əks halda onlarla işləməməlidirlər.

Yəni sifarişçi əmin olmalıdır ki, gələcəkdə qiymətləndirmənin nəticələri ilə bağlı hər hansı problemi yaransa, ona dəyən zərər qarşılanacaq.