ABŞ-da provokasiya: İğtişaşlar belə başladı - VideoABŞ-da afroamerikalı Corc Floydun öldürülməsindən sonra başlanan qarşıdurmalarla bağlı inanılmaz iddia ortaya atılıb.

Axar.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə adı açıqlanmayan bir qadın provokasiyanın naməlum 6 ağdərili tərəfindən başladıldığını bildirib.

Qadın bildirib ki, sözügedən şəxslər dinc aksiya keçirən qaradərililəri iğtişaşlara təşviq edib. Qaradərili qadınlar bu vandallığı dayandırmalarını tələb etsə də, onlar məhəl qoymayıb.

Qadın polislərin etirazçılara tətbiq etdiyi zorakılığa da toxunub:

“Polislər əraziyə şəbəkəpozucu aparatlar gətirdi və insanların canlı yayım etməsinə mane oldu. Canlı yayım etmək çətin idi. İnsanların nə baş verdiyini bilmələrini istəmirdilər. Həmçinin polislər insanlara rezin güllələrlə atəş açdı və təcili yardımın əraziyə gəlişinə qadağa qoydu”.
Bərdədə ana və qızı qətlə yetirildiBərdə rayonunda dəhşətli qətl hadisəsi baş verib.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, hadisə rayonun Alaçadırlı kəndində qeydə alınıb.

Şəxsiyyətləri məlum olmayan ana və qızı ov tüfəngi ilə qətlə yetirilib.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.
Korona ilə bağlı daha bir şok: bu şəxslər də ölür - VideoYeni tip koronavirusa (COVİD-19) yoluxmuş xəstələrin təxminən 24 faizi keçirdikləri müxtəlif əməliyyatlardan bir ay sonra vəfat edirlər.

Axar.az xəbər verir ki, bu barədə İngiltərənin Birminqem Universitetinin mütəxəssisləri məlumat yayıblar.

"Koronavirusa yoluxmuş bir xəstənin keçirdiyi əməliyyatdan sonra ölüm riski artır", - məlumatda bildirilib.

Qeyd edək ki, elm adamları 235 xəstəxanada əməliyyat edilən 1128 koronaya yoluxmuş şəxsin nəticələrinə əsasən bu qənaətə gəliblər.
ABŞ mətbuatı: Əsəd ən çətin günlərini yaşayırSuriyada Bəşər Əsəd rejimi müharibənin başladığı 2011-ci ildən bu yana ən çətin günlərini yaşayır.

Axar.az xəbər verir ki, bu barədə “Vaşinqton Post” nəşri məlumat yayıb.

Buna səbəb kimi Əsədin qohumu Rami Mahlufla yaşadığı problemlər, ölkə iqtisadiyyatının zəifləməsi və müttəfiqi Rusiyada haqqında tənqidi yazıların çıxması göstərilir.

Həmçinin, Dera əyalətində baş verən yeni iğtişaşların müxalif qüvvələrinin canlanmasına təkan verəcəyi deyilir.

“Vaşinqton Post”a açıqlama verən “Çatham Haus” analitik qurumunun əməkdaşı Lina Xatip Əsədin getdikcə İran və Rusiyanın dəstəyindən asılı vəziyyətə düşdüyünü vurğulayıb:

“Tərəfdarlarını təmin etmək üçün daxili imkanları yoxdur. Artıq əvvəlki kimi də hərbi gücə malik deyil. Bir sözlə həmişəkindən daha zəif vəziyyətdədir”.
Paşinyan koronavirusa yoluxduErmənistan Baş naziri Nikol Paşinyan koronavirusa yoluxub.

Axar.az xəbər verir ki, bu məlumatı o, Feysbuk səhifəsindəki canlı yayım zamanı açıqlayıb.

Paşinyan koronavirus üçün ondan götürülən testin müsbət çıxdığını bildirib:

“Məndə heç bir simptom yox idi, amma səfərə getməli olduğum üçün test vermək qərarına gəldim. Bütün ailə üzvlərimin test nəticələri də müsbət çıxıb. Aydındır ki, ailə üzvlərim məndən yoluxublar”.

Paşinyan hazırda heç bir simptomun onda müşahidə edilmədiyini və iqamətgahından işləməyə davam edəcəyini söyləyib.