Bu abituriyentlərin nəticələri ləğv olunacaqİmtahana telefonla gələn abituriyentlərin nəticələri ləğv olunacaq və onlar imtahana buraxılmayacaq.

Avrasiya.net xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə onlayn mətbuat konfransında deyib.

Qurum sədri bildirib ki, koronavirus pandemiyası və ya digər məsələlərə görə heç kəsə güzəşt edilməyəcək.

DİM sədri buraxılış imtahanlarının sentyabr ayında da təşkil ediləcəyini qeyd edib:

“Bu imtahanda üzrlü səbəblərdən daha əvvəl buraxılış imtahanında iştirak etməyənlər və 10-cu sinifdə öz təhsilini davam etdirmək istəyənlər iştirak edəcək”.
Bir vaxtlar işğal hesabına qazandıqları nüfuzu itirdilər...Bir neçə gündən sonra Ermənistanda Aprel döyüşlərinin nəticələrini araşdırmaq üçün 2016-cı ildə yaradılmış İstintaq Komissiyasının apardığı təhqiqat başa çatdırılacaq və nəticələrdən bir qismi ictimaiyyətə açıqlanacaq. Xatırladaq ki, 90-ci illərdə Birinci Qarabağ müharibəsindən sonra bir-birinin ardınca itirilmiş rayonlarımıza görə məhz Azərbaycanda belə istintaq və məhkəmə prosesləri aparılırdı və bu, bizim məğlubiyyətlərimiz üzərində qurduğumuz məhkəmə idi.

Avrasiya.net xəbər verir ki, bu sözləri parlamentin bugünkü iclasında çıxış edən İnsan haqları komitəsinin sədri Zahid Oruc deyib. O bildirib ki, Aprel döyüşlərindən sonra Ermənistanda əsas hərbi və siyasi rəhbərlik yüksək kreslolarını və bir vaxtlar işğal hesabına qazandıqları nüfuzu itirdilər:

“Serj Sərkisyan, Seyran Ohanyan, bir neçə ordu generalı nəinki vəzifələrindən getdi, eləcə də istintaqa çağırılmalı oldular.

Xatırladaq ki, Sərkisyan və Ohanyandan başqa XİN-in sabiq rəhbəri Edvard Nalbəndyan, sabiq baş nazir Karen Karapetyan, Bako Saakyan, o cümlədən Ağdərə, Cəbrayıl və digər ön cəbhələr üzrə döyüşlərdə iştirak edən hərbi hissə komandirləri, həmçinin ordunun kəşfiyyat idarəsinin rəisi Arşak Karapetyan və digər yüksək rütbəli şəxslər də izahata cəlb olunublar. KTMT-ya 2017-də baş katib təyin olunub, bir il sonra vəzifəsindən çıxarılan Yuri Xaçaturov da izahata çağırılanlar sırasındadır. İstintaqın nəticəsində 1000 səhifədən artıq material toplanıb. Onun əsasında yeni cinayət işləri qaldırılacaqdır. İstintaq bütün hərbi və siyasi xarakterli məsələləri ən kiçik detallarına qədər araşdırır - Lələtəpə nə üçün əldən verildi, kəşfiyyat qrupu Azərbaycan Ordusunun hərəkətləri barəsində tam məlumatlı idimi, hərbi sursat və yanacaq yetərli olubmu, xəyanət və satqınlıq baş veribmi, o cümlədən gecəgörmə cihazları və müşahidə qurguları düzgün çalışıbmı və sair".

Komitə sədri daha sonra bildirib ki, İstintaq Komissiyasının işi ətrafında böyük ictimai maraq var və erməni xalqı Aprel müharibəsinə görə cəza tələb edir:

“Bu, Azərbaycan dövlətinin qələbəsidir. Ermənistanın hərbi və siyasi baxımdan parçalanması, keçmiş səhra komandirlərinin məhkəməyə çəkilməsi İlham Əliyevin Dördgünlük müharibəsinin nəticəsidir. Bizim tarixçi və siyasətçilərimizin 100 il bundan əvvəl İrəvanın Ermənistana verilməsinin zərurət olduğunu əsaslandırmağa bütün güclərini səfərbər etdikləri bir vaxtda Ermənistanın inqilabi hakimiyyəti Aprel müharibəsinin yenidən təkrarlanmaması üçün məhkəmə qurur və günahkarları tapmağa çalışır. Təzadlı mənzərədir, lakin nəticə bizim xeyriməzdir. Əksər erməni mediasında Azərbaycanın Naxçıvan bölgəsində Ali Baş Komandan İlham Əliyevin yerləşdirdiyi müasir reaktiv sistemlər, hədəfi vurma məsafəsi 120 km olan “Qaplan”, “Qasırğa” və sair raket qurğularının təhlükəsi haqda silsilə yazılar gedir. Bu gün öz siyasi və ordu generallarını mühakiməyə qalxan Ermənistan sual edir ki, İlham Əliyevin Naxçıvana müasir silahları yerləşdirməsi ilə Azərbaycan Prezidentinin son İrəvan çıxışı arasında hansı bağlılıq var? Ona görə Azərbaycanın hərbi və siyasi dairələri, həmçinin mətbuat vasitələri Ermənistanda gedən Aprel müharibəsi istintaqının hər bir sətrini, hər bir hərəkətini izləməlidir. Bəli, gələcək müharibə üçün, yeni aprel, may, iyun döyüşləri üçün..."
İlham Əliyev videokonfransa qatıldı - Fotoİyunun 1-də Asiya İnkişaf Bankının təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevlə bankın prezidenti Masatsuqu Asakava, vitse-prezidenti Şiksin Çen və bankın rəhbərliyinin digər nümayəndələri arasında videokonfrans keçirilib.

Avrasiya.net xəbər verir ki, videokonfransda Azərbaycan tərəfdən Maliyyə naziri Samir Şərifov iştirak edib.






Anasını və bacısını güllələyərək öldürdü - Bərdədəki dəhşətli qətlin TƏFƏRRÜATIBərdə Rayon Prokurorluğu dəhşətli qətllə bağlı məlumat yayıb.

Avrasiya.net prokurorluğa istinadən xəbər verir ki, iyunun 1-də gecə saat 04 radələrində Bərdə rayonunun Alaçadırlı kəndi ərazisində iki şəxsin odlu silahla qətlə yetirilmiş meyitlərinin aşkar edilməsi barədə daxil olmuş məlumat əsasında prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib.

Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə müvafiq ekspertizalar təyin edilmiş və digər zəruri istintaq-əməliyyat tədbirləri aparılıb.

İlkin araşdırmalarla həmin gün saat 03 radələrində Alaçadırlı kəndində yaşayan Toğrul Zeynallının yaşadığı evdə qısqanclıq zəminində tüfəngdən atəş açmaqla anası Nəzirə Zeynalovanı, daha sonra yaşadıqları evdən təxminən 200 metr aralıda isə bacısı Əminə Zeynalovanı qəsdən öldürərək hadisə yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilib.

Hazırda cinayəti törətməkdə şübhəli bilinən Toğrul Zeynallının tutularaq istintaqa cəlb olunması, habelə hadisənin təfərrüatlarının tam, hərtərəfli və obyektiv araşdırılması istiqamətində təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Bakıda gənc qız itkin düşdüBakıda 19 yaşlı qız itkin düşüb.

Avrasiya.net xəbər verir ki, mayın 31-də paytaxtın Xətai rayonu, S.Vəzirov küçəsi, ev 17-də yaşayan 2001-ci il təvəllüdlü K.Fərmanlı yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Bu barədə hüquq-mühafizə orqanlarına onun atası X.Fərmanov ərizə ilə müraciət edib.

Faktla bağlı araşdırma aparılır.
Azay Quliyev QHT və qrant haqqında qanunun dəyişdirilməsini TƏKLİF ETDİQHT və qrant haqqında qanunlara dəyişiklik edilməsi, ümumiyyətlə QHT qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı həm Milli Məclisdə, həm cəmiyyətdə mütəmadi olaraq aparılan müzakirələrə münasibət bildirmək istəyirəm. Mən prinsip etibarilə bu istiqamətdə qanunvericiliyə yenidən baxılmasında və günün tələbinə uyğun dəyişiklərin edilməsində problem görmürəm.

Avrasiya.net-in məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Azay Quliyev bildirib.

A.Quliyev qeyd edib ki, cənab Prezidentin bu ilin fevralın 27-də təsdiq etdiyi Açıq hökumətin təşviqinə dair Milli Fəaliyyət Planında vətəndaş cəmiyyəti üzvlərinin fəaliyyətinin qanunvericilik bazasının genişləndirilməsi ilə bağlı bir sıra müddəalar var:

“Bu gün həqiqətən də QHT-lərin fəaliyyətinin dayanıqlı olması və onların maliyyə mənbələrinin şaxələndirilməsi üçün qanunvericilikdə müvafiq dəyişikliyin edilməsinə ehtiyac var.

6-7 il bundan qabaq QHT qanunvericiliyinə edilən dəyişiklikdən sonrakı dövrü soyuqbaşla analiz etdikdə görərik ki, milli təhlükəsizliyimizin və ictimai-siyasi sabitliyin qorunması, qeyri-qanuni və qeyri-şəffaf fəaliyyətin qarşısının alınması, QHT sektorunda nizam-intizamın yaradılması baxımdan bu dəyişikliklərin çox mühüm rolu oldu.

Lakin etiraf etməliyik ki, bəzi prosedur xarakterli dəyişikliyin bir qismi milli və dövlətçilik mövqeyində olan QHT-lərin maliyyə təminatına və dayanaqlığına mənfi təsir etdi. Halbuki, xarici dairələrin sifarişlərini yerinə yetirən bəzi QHT-lər və marginal qruplar müxtəlif vasitələrlə, xüsusilə 3-cü ölkələr üzərindən qeyri-şəffaf yollarla yenə də əvvəlki həcmdə qrant vəsaitləri almaqda davam edirlər.

Ona görə də vəziyyəti düzgün analiz edib, pandemiyanın gətirdiyi reallıqları, ölkədə aparılan köklü islahatları və xüsusilə siyasi islahatların mahiyyətini nəzərə alaraq, qanunvericilikdə müvafiq dəyişikliyin edilməsi və qrant alma prosedurlarının sadələşdirilməsi yollarını tapmalıyıq.

Elə bir formula tapmalıyıq ki, burada həm milli maraqlar tam şəkildə qorunsun, həm də xarici təsirdən kənar, dövlətinə və millətinə bağlı olan QHT-lərin maliyyə və davamlılıq problemləri həll olunsun”.

Deputat QHT-lərdən tələb olunan iki mühüm vəzifəni də xatırladıb:

“QHT-lər tərəfindən qrant vəsaitlərinin alınması və xərclənməsində qanunçuluq, şəffaflıq və hesabatlıq əsas prinsip olmalıdır. Hamı bilməlidir ki, bu prinsiplərdə heç kimə güzəşt olunmayacaq, 2013-cü ilə qədər olan qapalı və qeyri-şəffaf mühitə bir də qayıdılmayacaq.

QHT-lər hakimiyyət uğrunda gedən mübarizədə iştirak etməməli, siyasi partiyaların əlavəsi və ya filialları kimi fəaliyyət göstərməməlidir.

QHT-lər əksinə siyasi partiyaların fövqündə durub onların fəaliyyətinə ictimai nəzarəti həyata keçirməyi bacarmalıdırlar. Bu gün cənab Prezidentin təşəbbüsü ilə aparılan siyasi dialoqa, ölkədə vətəndaş anlaşmasının və ictimai barışın daha da dərinləşməsinə və vətəndaş cəmiyyətinin güclənməsinə daha çox töhfə verməlidirlər”.
Biz çox xoşbəxtik ki, siz müstəqil Azərbaycanın gələcəyisiniz! - Komitə sədrindən uşaqlara TƏBRİKMilli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov 1 iyun - Beynəlxalq Müdafiəsi Günü münasibətilə uşaqları təbrik edib.

Avrasiya.net millət vəkilinin təbrikini uşaqlarımıza çatdırır:

Əziz, gözəl və sevimli uşaqlar!

1 iyun- Sizlərin Beynəlxalq Müdafiəsi Günüdür. Bu xoşbəxt gününüz mübarək! Daima sağlam və gülərüz olun!

Siz çox xoşbəxtsiniz ki, müstəqil Azərbaycan dövlətinin uşaqlarısınız! Sizin varlığınız böyüklərə sevinc və fərəh bəxş edir! Sizin bir gülüşünüz dünyanın ən dəyərli nemətidir. Təəssüf ki, bəzən bunu qiymətləndirməyi bacarmayan əmilər və dayılar da var. Sizi xoşbəxt etmək əvəzinə, ağladır, oynadığınız məkanları əlinizdən alır, sizə təmiz hava verən ağacları kəsərək yerində pul qazanmaq üçün evlər, dükanlar və s. tikirlər. Hələ elə pis böyüklər də var ki, Azərbaycanın torpaqlarınının bir hissəsini zorla bizdən almaq istəyir. Bunun üçün hətta sevdiklərinizi belə amansızcasına sizdən ayırırlar.Amma bizim dövlətimiz çox güclüdür, həm də sizi çox sevir, ona görə də hərtərəfli qayğısı və sevgisi ilə əhatə edir.

Dövlətimiz çox çalışır ki, zorla əlimizdən alınmış torpaqlarımızı geri qaytarsın, pozulmuş hüquqlar bərpa olunsun. Bunun üçün dövlət rəhbərlərimiz İlham Əliyev və Mehriban xanım Əliyeva yorulmadan, səylə çalışır. Sizdə gərək bu işdə yaxından iştirak edəsiniz. Yaxşı oxumaqla, savadlı olmaqla, vətəni sevməklə dövlətimizə, prezidentimizə pozulmuş ədaləti bərpa etmək üçün öz köməkliyinizi göstərəsiniz.

Siz çox güclüsünüz!

Biz də çox xoşbəxtik ki, siz müstəqil Azərbaycanın gələcəyisiniz!

Həm də ona görə xoşbəxtik ki, siz bizim arzularımızın ümid yerisiniz!
Biz böyüklər, həm də gözəl bilirik ki, gələcəyimizi, yəni sizləri nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır.

Hamınızı bir daha təbrik edirəm! Xoşbəxt olun!!!

Tanrı Sizləri və Sizi sevənləri qorusun!! Amin!
Biz çox xoşbəxtik ki, siz müstəqil Azərbaycanın gələcəyisiniz! - Komitə sədrindən uşaqlara TƏBRİK
Biz çox xoşbəxtik ki, siz müstəqil Azərbaycanın gələcəyisiniz! - Komitə sədrindən uşaqlara TƏBRİK
Biz çox xoşbəxtik ki, siz müstəqil Azərbaycanın gələcəyisiniz! - Komitə sədrindən uşaqlara TƏBRİK
Azərbaycan ordusu işğal edilmiş torpaqları hər zaman düşməndən azad etməyə qadirdir! Anar MƏMMƏDOV
Milli Məclisin deputatı

Bu gün Azərbaycan ordusu işğal edilmiş torpaqları hər zaman düşməndən azad etməyə qadirdir! Düşmənlə səngərdə olan əsgər və zabitlərimiz torpaqlarımızı işğaldan azad etmək üçün Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin əmrini gözləyirlər.

1993-cü ildə ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının istəyi ilə siyasi hakimiyyətə qayıtdı və xalqın sarsıdılmış ruhunu özünə qaytardı. Müstəqil Azərbaycan ulu öndər Heydər Əliyevin rəhbərliyi altında qısa müddətdə nəinki dağılmış iqtisadiyyatını bərpa etdi, eyni zamanda dünyada nüfuzlu dövlətə çevrildi. Ulu öndər ilk vaxtlar xarici ölkələrə səfərləri zamanı özü ilə Azərbaycanın xəritəsini də aparırdı. Səfər etdiyi ölkələrdə Azərbaycanın yerləşdiyi coğrafi məkanı, eyni zamanda onun ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağı həmin ölkələrin ictimaiyyətinə göstərirdi. Münaqişədə Azərbaycanın tutduğu ədalətli mövqeyi dünya ictimaiyyətinin diqqətinə əsaslandırılmış şəkildə çatdırırdı.

Bu siyasi strategiyanın yeni mərhələdə uğurla davam etdirilməsi böyük nəticələrin əldə olunmasına gətirib çıxarıb.

Azərbaycan bu gün dünyada iqtisadi, siyasi və hərbi cəhətdən yerləşdiyi regionun ən qüdrətli dövləti kimi qəbul edilir. Bu da xalqın və ordunun mənəvi-psixoloji ruhunun yüksək səviyyədə olmasına xidmət edən güclü amildir. Ordu quruculuğu sahəsində aparılan ardıcıl islahatlar nəticəsində Azərbaycan ordusu daha da qüdrətlənmişdir. Bu gün işğalçı Ermənistan ordusundan fərqli olaraq, Azərbaycan ordusunda fərarilik hallarına rast gəlmək qeyri-mümkündür. Gənclərimiz böyük həvəslə ordu sıralarında xidmət keçirlər. Azərbaycan ordusunun əsgər və zabit heyəti milli ruhda, dövlətçilik ruhunda hazırlanır. Bu faktın özü də insanların orduya münasibətini əks etdirir.

Təmsil olunduğum 96 saylı Goranboy – Naftalan seçki dairəsi üzrə seçicilərlə keçirdiyimiz mütəmadi görüşlərdə bir daha şahidi oluram ki, xalq və ordu torpaqlarımızın işğaldan tezliklə azad edilməsi məsələsində yekdil mövqedədir. İndi hamı cəbhə üçün çalışmalı, tarixi ədalətsizliyə son qoymaq üçün əlindən gələni etməlidir. 28 May – Respublika Günü münasibətilə ölkə başçısının “Qobu 3” yaşayış kompleksinin açılışında dediyi kimi – « torpaqlarımız işğaldan azad ediləndən sonra biz bu gün hələ də işğal altında olan torpaqlarda buna oxşar gözəl binalar, şəhərciklər tikəcəyik, ermənilər tərəfindən dağılmış şəhərlərimizi yenidən quracağıq. Ermənilər tərəfindən dağıdılmış və məhv edilmiş milli irsimiz sənədləşdirilib. Biz öz tarixi keçmişimizi yaxşı bilirik və yaxşı bilirik ki, Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. İşğal olunmuş torpaqlar azad ediləndən sonra bütün binalar yenidən qurulacaq, o cümlədən dağılmış tarixi abidələrin mövcudluğunu əks etdirən əməli memarlıq tədbirlərinin görülməsi də nəzərdə tutulur.Mən tam əminəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, bunu deməyə əsas verən bir çox amillər var - bizim hərbi gücümüz və biz bunu göstərmişik».

Bununla da cənab Prezidentin münaqişə ilə bağlı tutduğu prinsipial mövqeyi bir daha diqqətə çatdırması nəinki Azərbaycan xalqı, ordusu tərəfindən, bütün sülhpərvər insanlar, dövlətlər tərəfindən yüksək qiymətləndirildi. Burada söhbət heç də müharibəyə çağırışdan getmir. Sadəcə olaraq Ermənistan tərəfindən aparılan işğalçı siyasətin, separatizmin insanlığa, bəşəriyyətə qarşı təhlükəsinə diqqət yönəldilir.

Lider TV müflis elan edilir - İddia qaldırıldıNəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi “Lider TV və Radio-Azərbaycan” MMC-nin müflis elan edilməsi və əmlak inzibatçısının təyin edilməsi barədə həmin MMC-yə qarşı iddia qaldırıb.

İddia ərizəsinə iyunun 8-də Bakı Kommersiya Məhkəməsində baxılacaq.

Qeyd edək ki, “Lider TV və Radio-Azərbaycan” MMC 1998-ci ildə qeydiyyatdan keçib. Şirkətin nəzdində "Lider TV" (1 sentyabr 2000-ci ildən), həmçinin "Radio Lider" fəaliyyət göstərir./Report/
Gənc ictimai xadim Aqil Acalov uşaqları təbrik edib Gənc ictimai xadim, Azərbaycan Braziliya Ciu-Citsu Klubu İctimai Birliyinin prezidenti Aqil Acalov 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə ünvanladığı təbrikdə yazır:

Uşaqlar - sabahımız və gələcəyimizdir... Hər birimiz sabahımıza böyük ümidlərlə yanaşır, böyük arzular qururuq. Ümidlərimizin doğrulması və gələcəyimizin parlaq olması üçün ilk öncə özümüzdən, daha dəqiq desək, uşaqlarla ünsiyyətimiz, onlara qayğımızdan başlamalıyıq. Çünki hər zaman deyildiyi kimi uşaqlar deyilənə qulaq asıb əmək etməkdən çox, gördüklərini təkrarlayırlar.

Vətənimizin hər bir övladı bizim hər birimizin övladıdır. Onlara milli mənəvi dəyərlərimizin aşılanması, dünya görüşlərinin artırılması, yüksək insani keyfiyyətlərin təlqin olunması yerinə yetirilməsi vacib olan amillərdir.

Sağlam gələcək üçün bugün sahib olduğumuz ən zərif və ən qiymətli sərvət uşaqlardır. Sağlamlıq dedikdə həm fiziki, həm mənəvi sağlamlıq üçün çalışmaq gərəkdir. Sözsüz ki, uşaqlar arasında fiziki və ya əqli məhdudiyyəti olanlar var, lakin onlar heç zaman cəmiyyətdən təcrid olunmamalı və sahib olduqları digər potensiallar üzə çıxarılaraq cəmiyyətə inteqrasiyaları üçün şərait yaradılmalıdır.

Sözsüz ki, bugün dövlətimiz uşaqların inkişafı və qorunması üçün lazımi bütün tədbirləri görür. Lakin biz vətəndaşlar da hər birimiz öz mövqeyimizi fərdi şəkildə ortaya qoymalı, bu işdə dövlət başçısı və onun yeritdiyi siyasət ətrafında sıx birləşməli, qayğıya və sevgiyə hamıdan çox ehtiyacı olan uşaqlar üçün tutarlı işlərə imza atmalıyıq.

Bugün yetişməkdə olan uşaqlar hər biri öz yaş dövrünə uyğun şəkildə hüquqlarına bələd olmalı və istismardan qorunmalıdır.

Sabah həyata sağlam və əmin addımlarla bağlanan bir gənc kimi formalaşmaları üçün bugün biz uşaqlarımıza sağlam əqidəyə, vətənpərvər ruha, ümumbəşəri dəyərlərə köklənməyə əsaslanan bünövrə qoymalıyıq.

Uşaqları qoruyaq və doğru yetişdirmək üçün əlimizdən gələni əsirgəməyək ki, sabaha ümidlərimiz və parlaq gələcəyə inamımız daha əmin olsun.
1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Azərbaycan Braziliya Ciu-Citsu Klubu İctimai Birliyi və şəxsim adına ən qiymətli sərvətimiz olan balalarımızı və valideynləri təbrik edir, daim inkişafda olan Azərbaycanın övladlarımıza bağlı gələcəyinin ümid dolu və işıqlı olmasını diləyirəm.