“Məsuliyyətsizliyimiz bizi böyük təhlükələrlə üz-üzə qoya bilər”Azərbaycan hökumətinin COVİD-19 pandemiyasına qarşı effektiv tədbirlər həyata keçirməkdədir. Əhalinin sağlamlıığı və sosial təhlükəsizliyi üçün həyata keçirilən bütün vacib və təxirəsalınmaz tədbirlər ictimaiyyət tərəfindən rəğbətlə qarşılanıb.

Xüsusi karantin rejimi dövründə yoluxma hallarının sayı minimuma endirilib, ölkəmizdə ölüm halları çox aşağı səviyyədə olub, xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalanların sayı yeni yoluxma hallarının sayını kəskin üstələyib.

Bununla yanaşı, xüsusi karantin rejimi yumşaldılandan və sərt qadağalar aradan qaldırılandan sonra, yeni yoluxma hallarının sayında artım müşahidə olunmağa başlayıb, əldə edilən pozitiv nəticəni qoruyub saxlamaq mümkün olmayıb.

Mövzu ilə bağlı “Xalq Cəbhəsi” qəzetinə açıqlama verən Kliniki Tibbi Mərkəzin həkim stomatoloqu, tibb elmləri üzrə fəlsəfə doktoru (Phd) Alı Əliyev bildirib ki, hazırda bu pandemiyadan dünya əhalisinin milyon yarımdan artığı əziyyət çəkir və xeyli sayda da insan dünyasını dəyişib: “Bu virus Sars viruslar qrupuna mənsubdur. Covid-19 da koronavirusun bəşəriyyətdə mövcud olan yeni formasıdır. Alfa koronavirus heyvanlarda, Betta koronavirus isə insanlarda xəstəlik törədir. Bu xəstəliyin patoqnomonik simptomu yoxdur, yəni sırf özünəməxsus əlaməti yoxdur. Qızdırma, boğaz ağrısı, baş ağrısı, öskürək və s. Kimi KRVİ-yə xas olan əlamətlər verir. Ən nəhayət agciyərləri və qisməndə digər orqanlarda (ürək, böyrəklərdə) dəyişikliklər törədir. Təbii ki sadaladıgım orqanlardakı dəyişikliyi xəstəliyin daha agır keçən formaları törədir”.

Doktor bildirib ki, əhali heç də təşviş keçirməməlidir, amma təhlükəsizlikləri ilə bağlı mövcud qaydalara riayət etməlidirlər: “Əhalinin bu günlərdə daha anlaşıqlı davranmalarını xahiş edərdim. İnsanlara panikaya uymamalarını, evdə qalmalarını və şəxsi gigiyenik qaydalara ciddi riayət etmələrini tövsiyyə edərdim. Vətəndaşlarımız pandemiya gunlərində 3 əsas prinsipə əməl etməlidirlər: 1-ci Kontakt minimuma endirilməlidir; 2-ci Distansiya, yəni sosial məsafə saxlanılmalıdır (2 metr) və 3-cü İzolyasiya tədbirləri gözlənilməlidir. Ölkə başcısı başda olmaqla hökümətin həyata keçirmiş olduğu preventiv tədbirlərə bizim də ciddi dəstək verməyə borclu olduğumuzu bir vətəndaş kimi vurgulmaq istərdim. Unutmayaq ki, təhlükəsizliyimiz milli həmrəyliyimizdədir! Hər birimizi məsuliyyətli olmalıyıq, harada olmağımızdan asılı olmayaraq sağlamlığımızı düşünməliyik. Hökumət sağlamlığımızın qorunması üçün bütün vasitələrdən istifadə edib, real tədbirlər həyata keçirib, vasait xərcləyib. Məsuliyyətsizliyimiz bizi böyük təhlükələrlə üz-üzə qoya bilər”.
Azərbaycanlı jurnalistin “Pandemiyaya qarşı qlobal mübarizə: nümunəvi Azərbaycan modeli” yazısı İspaniya mətbuatında“Xalq cəbhəsi” qəzetinin əməkdaşı Əli Zülfüqaroğlu İspaniyanın “Tu Voz en Pinares” qəzetində və qəzetin eyniadlı Tuvozenpinares.com saytında “Pandemiyaya qarşı qlobal mübarizə: nümunəvi Azərbaycan modeli” sərlövhəli məqalə ilə çıxış edib. (https://www.tuvozenpinares.com/articulo/economia/lucha-mundial-pandemia-azerbayano/20200526201912025390.html)

Məqalədə Azərbaycanın dünyaya nümunə ola biləcək COVİD-19 pandemiyasına qarşı mübarizəsindən söhbət açılır.

Məqaləni olduğu kimi təqdim edirik:

Dünya gözlənilmədən peyda olmuş təhlükə – COVID-19 pandemiyası ilə mübarizə aparır. Bu xəstəlik inkişaf etmiş ölkələrə belə, ciddi itkilər bahasına başa gəlir. Bununla yanaşı, koronavirusla effektiv mübarizə aparan ölkələr də var. Onların ön sıralarında yer alan dövlətlərdən biri də Azərbaycandır.
Aparılan mübarizəyə baxmayaraq, bir çox ölkədə yoluxma və ölüm halları həddindən artıq çoxdur. Azərbaycanda isə cəmi 3274 yoluxma halı var. Onlardan da 2015 nəfəri sağalıb. Son məlumata görə, ölkədə 1220 aktiv xəstə var və cəmi 39 nəfər bu xəstəlikdən dünyasını dəyişib (statistika hər gün dəyişir). Səbəb əlbəttə ki, Azərbaycanın pandemiya təhlükəsinə verdiyi çevik reaksiyadır. Xəstəliyin yayılmağa başladığı ilk günlərdə qonşu ölkələrlə sərhədlərini bağlayan Azərbaycan bütün dövlət və özəl xəstəxanaları hazır vəziyyətə gətirib, dövlət sturkturları gücləndirilmiş iş rejiminə keçib.

Bundan dərhal sonra prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva əhaliyə çağırışlar ediblər. Bundan başqa, pandemiya nəticəsində zərər görmüş sahibkarlara, həmçinin sıravi vətəndaşlara dövlət yardımı ayrılıb. ÜST-ün tövsiyələrinə ciddi əməl edən Azərbaycan ən müasir standartlara cavab verən tibbi laboratoriyalar alıb, digər təxirəsalınmaz tədbirlər görüb.

Bundan başqa, prezident İlham Əliyev qlobal həmrəyliyə hesablanmış və həqiqətən də müsbət nəticələr verən addımlar da atıb. Bununla, Azərbaycan qlobal pandemiya şəraitində dövlətlər və xalqlar arasında kommunikasiya qurub, körpü yaradıb. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrlik edən Azərbaycan prezidentinin təşəbbüsü ilə aprelin 10-da qurumun videokonfrans rejimində Zirvə görüşü təşkil olunub. Yeri gəlmişkən, Türk Şurası dövlət başçıları səviyyəsində koronavirus pandemiyasına həsr olunmuş Zirvə görüşü keçirmiş ilk beynəlxalq qurumdur.

Zirvə görüşü

Qoşulmama Hərəkatına da sədrlik edən prezident İlham Əliyevin təşəbbüsü ilə mayın 4-də bu qurumun da Zirvə görüşü olub. Hərəkatın Təmas Qrupu formatında təşkil edilmiş toplantı “COVID-19-a qarşı birlikdəyik” adı altında baş tutub. Azərbaycan prezidentinin Zirvə görüşünün keçirilməsilə bağlı təşəbbüsü üzv dövlətlər tərəfindən yekdilliklə dəstəklənib. Qeyd edək ki, Təmas Qrupunda coğrafi təmsilçilik və könüllü iştirak əsasında bütün regional qruplardan olan ölkələr yer alır. Topantıya Avropa İttifaqının rəsmisi də qatılıb.

Bir sözlə, əks qütblərdə olan Qoşulmama Hərəkatı ilə Avropa İttifaqını koronavirus təhlükəsi fonunda məhz Azərbaycan bir araya gətirə bilib.
Bu bir reallıqdır ki, qlobal əməkdaşlığa güclü ehtiyacın duyulduğu şəraitdə dövlətlər, eləcə də bir sıra beynəlxalq və regional təşkilatlar vəziyyətə adekvat reaksiya verə, beynəlxalq həmrəylik istiqamətində zəruri addımlar ata bilməyib. Qlobal liderliyə ehtiyacın yarandığı bu vəziyyətdə belə təşəbbüslərlə çıxış edən prezident İlham Əliyev “özünəqapanma sindromu”nun heç kəsə xeyir gətirməyəcəyini nümayiş etdirərək, ayrı-ayrı qitələrdən müxtəlif siyasi və ideoloji quruluşlara malik ölkələri bir araya gətirməyə nail olub. O, pandemiyaya yalnız qlobal əməkdaşlıq və həmrəylik sayəsində qalib gəlməyin mümkünlüyünü dünyaya göstərib.

Əməkdaşlıq

Beləliklə, Azərbaycan öz təşəbbüsləri və praktiki addımları ilə dünyada həmrəyliyin möhkəmlənməsinə, indiki mürəkkəb şəraitdə dövlətlər və xalqlar arasında təmasların artmasına, qlobal pandemiya ilə mübarizədə səfərbərliyə ciddi töhfələr verib.

Bundan başqa, Azərbaycan koronavirusla qlobal mübarizəyə dəstək olaraq, ÜST-ə 5 milyon dollar könüllü maliyyə yardımı da ayırıb. O, bunu pandemiya ilə mübarizədə yardıma ən çox ehtiyacı olan Qoşulmama Hərəkatı üzvlərinin dəstəklənməsi məqsədilə edib.
ÜST-ün baş direktoru Tedros Adhanom Qebreyesus prezident İlham Əliyevə martın 23-də ünvanladığı məktubda Azərbaycanın pandemiya ilə mübarizədə gördüyü işləri yüksək qiymətləndirib, bu mənada Azərbaycanı nümunəvi ölkə adlandırıb.

Həqiqətən də, prezident İlham Əliyevin rəhbərliyilə görülmüş qabaqlayıcı tədbirlər nəticəsində bu gün koronavirusla ən effektiv mübarizə aparan ölkələrin sırasında Azərbaycanın adı birincilər cərgəsində çəkilir, onun bu fəaliyyəti beynəlxalq səviyyədə təqdir olunur. Konkret olaraq, sosial-iqtisadi sahədə atılmış addımlar dünyanın aparıcı maliyyə qurumları, o cümlədən Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən yüksək qiymətləndirilir.

Koronavirus pandemiyasının yaratdığı vəziyyət göstərir ki, dövlətlərarası münasibətlər sistemi daha ədalətli olmalı, münasibətlər qarşılıqlı hörmət əsasında qurulmalı, burada təcavüzkarlığa yer olmamalı, qarşılıqlı yardım, bəşəri dəyərlər prioritet təşkil etməlidir. Dünyanı yalnız ədalət xilas edə bilər!
“Təbəssüm heç zaman uşaqların çöhrəsindən əskik olmasın!” – Fotolar“Bizim xalq olaraq ən böyük mental dəyərlərimizdən biri uşaqlara qayğı ilə yanaşmaq, onların etiyaclarını qarşılamağa çalışmaqdır”.

Bu fikirləri Avropa.info-ya Gənc sahibkar, xeyriyyəçi, ictimai fəal Vüsal Nərimanov 1 İyun Uşaq Hüquqlarının Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə bildirib.

Onun sözlərinə görə, hər bir valideynin arzusu övladının sağlam, təhsilli, zəngin dünyagörüşlü şəxs olaraq cəmiyyətdə özünə layiqli yer tutmasıdır: “Ancaq, bunu arzu etməklə kifayətlənmək də olmaz. Bu arzunu reallığa çevirmək üçün, gərək valideyn öz vəzifəsini anlasın və yöndə bütün fədakarlıqlara hazır olsun. Arzunu vəzifəyə çevirdikdə, əməli nəticəni görmək mümkün olur. O halda insan öz övladı ilə qürur duya bilir. Eyni zamanda hər bir valideyn övladını vətənpərvərlik hissləri ilə böyütməlidir. Əsasən də, oğlan övladını. Çünki, bu günün oğlan uşağı gələcəkdə bu dövlətin əsgəri olacaq, Vətənin səngərində dayanacaq. Böyük şairimiz Məmməd Araz demiş: "Vətən daşı olmayandan, olmaz ölkə vətəndaşı".

“Biz övladlarımızı ölkəmiz üçün əsl vətəndaş kimi yetişdirməliyik. Mən hesab edirəm ki, Azərbaycan valideynlərinin böyük əksəriyyəti övladlarının xöşbəxt gələcəkləri üçün bütün fədakarlıqlara sinə gəlməyi bacaran insanlardır”, deyən gənc iş adamı həmçinin bildirib ki, o heç zaman tək öz övladlarımın qayğılarını düşünməyib: “Həmçinin valideyn himayəsindən kənarda qalan uşaqların və şəhid ailələrində böyüyən uşaq və yeniyetmələrin də normal təhsil almaları, sağlamlıqları üçün əlimdən gələn köməklikləri əsrgəməmişəm. Uşaq evlərinin sakinləri ilə hər dəfə görüşəndə, onlara nə isə bir yardımım toxunanda mən özümü çox rahat və xoşbəxt hiss edirəm. Hesab edirəm ki, dövlətimizin qayğı və diqqəti ilə yanaşı imkanı olan hər bir kəs bu yönümdə fəaliyyət göstərməlidir. Bu, hər birimizin vətəndaşlıq borcudur, eyni zamanda, övladlarımız üçün bir nümunədir. Belə bir gündə, Azərbaycan uşaqlarının simasında bütün bəşəriyyətdə böyüyən uşaqları təbrik edir, onlara firavan həyat, sağlam gələcək və qayğısız yaşam arzu edirəm. Təbəssüm heç zaman uşaqların çöhrəsindən əskik olmasın!"
“Təbəssüm heç zaman uşaqların çöhrəsindən əskik olmasın!” – Fotolar
“Təbəssüm heç zaman uşaqların çöhrəsindən əskik olmasın!” – Fotolar
“Təbəssüm heç zaman uşaqların çöhrəsindən əskik olmasın!” – Fotolar
“Təbəssüm heç zaman uşaqların çöhrəsindən əskik olmasın!” – Fotolar
Sabiq rektorun prokuror oğlu koronadan öldüBakı Dövlət Universitetinin sabiq rektoru Firudin Səməndərovun oğlu Yusif Səməndərovun dünyasını dəyişməsi ilə bağlı bəzi məqamlar bəlli olub.

Axar.az-a daxil olan məlumata görə, 44 yaşlı Yusif Səməndərov Bakı şəhər Prokurorluğunda çalışırmış. Onun koronavirus səbəbindən dünyasını dəyişdiyi bildirilir.

Y.Səməndərovun ölüm səbəbi müəyyənləşəndən sonra TƏBİB Bakı Prokurorluğunda onunla ünsiyyətdə olanları test edib və bir neçə prokurorda testin nəticələri pozitiv çıxıb.

Hazırda həmin şəxslərin karantinə alındığı bildirilir.

Qeyd edək ki, F.Səməndərov 1992-93-cü illərdə BDU-nun rektoru olub.
Bakıda tələbə aksiyası: Nazirlikdən reaksiyaİyunun 1-i saat 14:00 radələrində 5-7 tələbə, tələbə olmayan və özünü NİDA təşkilatının üzvləri kimi təqdim edən bir neçə şəxs, onların dəvəti ilə gəlmiş 20-yə yaxın media mənsubu Təhsil Nazirliyinin inzibatı binasına yaxınlaşaraq tələbələrin müraciəti ilə bağlı qəbul olunmaqlarını xahiş ediblər.

Avrasiya.net xəbər verir ki, bunu Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib.

O qeyd edib ki, Nazirlər Kabineti tərəfindən 16 may 2020-ci il tarixində qəbul olunmuş “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərara əsasən, karantin qüvvədə olduğu müddətdə “ASAN xidmət” və “DOST” mərkəzləri istisna olmaqla, digər dövlət orqanlarında (qurumlarında) vətəndaşların yerində qrup və fərdi qaydada qəbulu müvəqqəti olaraq dayandırılıb: "Buna baxmayaraq, nazirliyə müraciət edən 3 tələbə - Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin II kurs tələbəsi Rüstəm İsmayılbəyli, Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və mühasibatlıq fakültəsinin IV kurs tələbəsi Allahverdi Həsənov və Azərbaycan Dillər Universitetinin Tərcümə fakültəsinin IV kurs tələbəsi Zərifə Novruzova Nazirliyin Elm, ali və orta ixtisas təhsili şöbəsinin vəzifəli şəxsləri tərəfindən qəbul olunub.

Qəbul zamanı tələbə Rüstəm İsmayılbəyli nazirlik rəsmilərinə bütün imtahanların ləğv olunması barədə yazılı, imzasız fərdi müraciət təqdim edib. Bundan əlavə, tələbə Allahverdi Həsənov nazirlik tərəfindən istifadəyə verilən sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi üçün qeydiyyat portalında (http://e-telebe.edu.az) anasının şəxsiyyət vəsiqəsinin müddətinin başa çatması ilə əlaqədar olaraq qeydiyyatdan keçə bilməməsi barədə məlumat verib".

"Nazirliyin ali, orta ixtisas və əlavə təhsil sektorunun müdiri Yaşar Ömərov Nazirlər Kabineti tərəfindən 19 may 2020-ci il tarixində qəbul edilmiş “Koronavirus (COVID-19) pandemiyasının ölkənin təhsil müəssisələrində təhsil prosesinə mənfi təsirinin aradan qaldırılması ilə bağlı bəzi tədbirlər barədə” qərarın müddəaları və həmin qərar əsasında ali və orta ixtisas müəssisələri tərəfindən bu tədris ilin sonunda imtahanların keçirilməsi qaydası barədə məlumat verib. Bundan əlavə, mart ayından başlayaraq təhsil müəssisələri tərəfindən təşkil edilmiş məsafədən tədrisə obyektiv səbəbdən qoşula bilməyən və bunun nəticəsi olaraq imtahanda iştirak etməyə hazır olmayan tələbələrin fərdi müraciətləri əsasında (müraciətlər iyul ayının 5-nə qədər qəbul olunur) ali təhsil müəssisəsi tərəfindən həmin tələbələr üçün cari ilin avqust ayı ərzində 3-4 həftəlik, əyani və ödənişsiz əsaslarla icmal mühazirələr təşkil olunacağı qeyd edilib. Bununla da yay imtahan sessiyasında bu və ya digər səbəbdən iştirak etməyə hazır olmayan tələbələrə seçim hüququnun verildiyi bir daha vurğulanıb, tələbə Rüstəm İsmayılbəyliyə bu barədə oxuduğu ali təhsil universitetinə fərdi qaydada müraciət etmək tövsiyə olunub.

Tələbə Allahverdi Həsənovun (http://e-telebe.edu.az) valideyninin şəxsiyyət vəsiqəsinin etibarlıq müddətinin başa çatması ilə əlaqədar isə valideynin ASAN mərkəzlərinə müraciət edərək vəsiqənin dəyişdirilməsi tövsiyə edilib, sənəd qəbulu prosesinin 10 iyun tarixinə qədər davam edəcəyi barədə məlumat verilib. Təqribən 20 dəqiqə davam edən qəbuldan sonra tələbələr Təhsil Nazirliyinin binasını tərk ediblər", - nazirlik rəsmisi vurğulayıb.
Bağlanan banklardakı sığortalanmayan əmanətlər də qaytarılacaq? “Banklar haqqında” qanuna görə, müəyyən edilən sıralama ilə ilkin olaraq sığortalanmış əmanətlər qaytarılacaq.

Avrasiya.net-in məlumatına görə, bunu Əmanətlərin Sığortlanması Fondunun İcraçı direktoru Tural Piriyev bildirib.

T.Piriyev qeyd edib ki, sığortalanmayan əmanətlərin geri qayatarılması ən sonda həyata keçiriləcək.

Mərkəzi Bankın sədri Elman Rüstəmov isə deyib ki, ilkin hesablamalara görə, bağlanan 4 bankda 110 milyon manat əmanət var.
Baş prokurordan yeni TƏYİNATLARProkurorluq orqanlarının kadr korpusunun peşəkarlıq və mənəvi keyfiyyətlərinə görə işçilərlə komplektləşdirilməsi istiqamətində işlər davam etdirilir.

Avrasiya.net Baş Prokurorluğa istinadən xəbər verir ki, Baş prokuror Kamran Əliyevin imzaladığı müvafiq əmrlərlə Bakı şəhər prokurorunun ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Tural Aslanov və Bakı şəhər prokurorluğunun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin prokuroru Həsən Mahmudov tutduqları vəzifədən azad edilərək Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin böyük prokuroru, Baş Prokurorluğun Kadrlar idarəsinin prokuroru Elxan Novruzov isə tutduğu vəzifədən azad edilərək Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin prokuroru vəzifələrinə təyin ediliblər.

Bundan başqa, Baş prokurorun imzaladığı digər əmrlə Neftçala rayon prokuroru Aydın Əliyev tutduğu vəzifədən azad olunub.
Gənc oğlan ana və bacısını niyə güllələdi? - İcradan açıqlamaHadisəni törədən gənc və atası kənddə avtomobil təmiri işi ilə məşğul olurlar. Kənddə hamı onları peşəkar avtomobil ustası kimi tanıyır. Problemsiz ailədir. Belə bir ailədə bu cür hadisənin yaşanması bizi də təəccübləndirib.

Bu sözləri Axar.az-a açıqlamasında Bərdə Rayon İcra Hakimiyyətinin nümayəndəsi Azər İsmayılov Alaçadırlı kəndində ana və qızının ölümü ilə nəticələnən ailədaxili münaqişə haqda danışarkən deyib. A.İsmayılov bildirib ki, hadisənin hansı səbəbdən baş verməsi barədə heç kəsin məlumatı yoxdur:

“Hadisəni törədən gənci yaxşı tanıyıram. Ailə başçısı da sakit, öz işində olan biridir. Ata və oğul ikisi də yük avtomobilləri təmiri yerində çalışır. Tanıdığım qədərilə, çox gözəl ailə olublar. Təbii ki, evin içini biz bilə bilmərik. Ancaq problemli ailə olmayıblar”.

Kələntərli kənd bələdiyyəsindən verilən məlumata görə isə hadisəni törədən T.Zeynallı narkotik istifadəçisi olub. Hadisəni də narkotikin təsiri altında törədib.

Xatırladaq ki, Ağdamın Maqsudlu kənd sakini, 1996-cı il təvəllüdlü Toğrul Musa oğlu Zeynallı qısqanclıq zəminində anası, 1979-cu il təvəllüdlü Zeynalova Nazirə Həmid qızını ov silahından atəş açaraq öldürüb. Hadisəni görən 21 yaşlı bacısı Əminə Musa qızı Zeynallı evdən qaçıb. Bacısının arxasınca düşən T.Zeynallı onu Bərdə rayonunun Kələntərli qəsəbəsində yaxalayaraq həmin silahla öldürüb.

Hazırda Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları T.Zeynallının saxlanılması ilə bağlı əməliyyat keçirir. Faktla bağlı Bərdə Rayon Prokurorluğunda cinayət işi açılıb.

Rus ekspert: Ukraynanın raketləri ilə balıq yemləmək olar - VideoUkraynanın Rusiyanın nüvə-raket potensialını müzakirə etməməsi məsləhətdir.

Axar.az xəbər verir ki, bu sözləri rusiyalı hərbi ekspert Viktor Litovkin Ukraynanın raket sınağı ilə bağlı açıqlamasında deyib.

“Krım yarımadası etibarlı şəkildə qorunur. Bizim orada aviasiya qüvvələrimiz - qırıcılar, hücumçular, bombardmançılar, Top-M2 və S-400 də daxil olmaqla, havadan müdafiə komplekslərimiz, Qara dəniz donanmamız var. Ukrayna raketləri isə köhnə sovet nümunləridir. Onlarla ancaq Qara dənizdə balıqları yemləmək olar”, - deyə Litovkin bildirib.

Qeyd edək ki, Ukranya Odessada “Neptun” kompleksinin R-360 qanadlı raketinin sınağını keçirib.

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının keçmiş katibi Aleksandr Turçinov bildirmişdi ki, sözügedən raketlər bir neçə dəqiqəyə Krım körpüsünü məhv edə bilər.