Türkiyədə polislərə silahlı hücum: ölən varTürkiyənin Diyarbəkir vilayətinin Bağlar qəsəbəsində polislərə silahlı hücum edilib.

Axar.az xəbər verir ki, silahlı şəxsin atəş açması nəticəsində polis əməkdaşı Atakan Arslan güllə yarası alıb.

A.Arslan xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Hadisəni törədən şübhəlinin tutulması üçün genişmiqyaslı əməliyyatlara başlanılıb.
"Sosial şəbəkələrdə hüquqi baxımdan səliqə-səhman yaradılmalıdır"Sosial şəbəkələr müasir insan cəmiyyətinin ayrılmaz parçasıdır. Artıq qloballaşan və dəyişən dünyada həyatımızın bir çox elementləri sosial şəbəkələrə transformasiya olunub. İnsanlar buradan xəbər alır, şəxsi həyatları barədə məlumatları paylaşır, ciddi və ya qeyri-ciddi mövzuları müzakirə edir, bizneslərini reklam və inkişaf etdirirlər.

Bunu Avrasiya.net-ə açıqlamasında QHT sədri Emin Əliyev ABŞ Prezidenti Donald Trampın sosial şəbəkələrin fəaliyyətini tənzimləyən sərəncamına münasibətində açıqlayıb.

QHT sədri bildirib ki, dövlət rəsmiləri buradan bəyənatlar göndərir, dünya siyasətinin axarını dəyişəcək qərarlar verirlər: "Bura bir informasiya çəlləyinə dönübdür. İnsan cəmiyyətində olduğu kimi sosial şəbəkələrdə də xeyirxah insanlar olduğu kimi zərərli fikir daşıyıcısı olan, ədəb-ərkan qaydalarını daim pozmağa həvəsli olan insanlar da vardır. İnsanlar real cəmiyyətdə olduğu kimi öz xarakterlərinə uyğun insanlarla dostluq edir, xarakterləri ilə üst-üstə düşməyən insanlardan uzaq olurlar. Amma buna baxmayaraq bir çox hallarda həyatda bu cür insanlarla rastlaşsalar da onlardan uzaq olurlar. Sosial şəbəkələrdə də belədir.

Amma son illər sosial şəbəkələr söyüş-qarğışlarla dolmağa başlayıb. İnformasiyanın paylaşılması çox sadələşib. Bu informasiyanın sürətli yayılması prizmasından yaxşı hal sayılsa da, onun keyfiyyəti baxımından ciddi suallar yaradır. Eyni zamanda bu alət cəmiyyətlərin aşağı intellektual səviyyəli insanlarının da öz "keyfiyyətli əsərləri"ni paylaşmaq imkanı yaradır".

E.Əliyev qeyd edib ki, söyüş ritorikası isə son dövrlərdə çox yayğınlaşıb və insanları sosial şəbəkələrdən soyudub.
Sosial şəbəkələrin yaradılması məqsədi insanları bir-birinə yaxın etmək olsa da bu günkü vəziyyət o məqsədlərdən çox uzaqlaşıldığını göstərir. Artıq həyatımızın ayrılmaz hissəsi olan şəbəkələrdə hüquqi baxımdan səliqə-səhman yaradılmalıdır. Bunu ya bu şəbəkələrin sahibləri etməlidir, ya da lokal olaraq yerli dövlət institutları: "Belə müşahidə olunur ki, bu şəbəkələrin rəhbərləri burada səliqə yaratmağa meyilli olmadıqlarında dövlətlər yerli qayda-qanunlar əsasında sosial şəbəkələri səliqəyə salmaq və müəyyən çərçivələr yaratmaq üçün israrlıdır. Bu günədək Avropanın bir çox dövlətləri, o cümlədən Avropanın lokomativi olan Almaniya bu sahədə məhdudlaşdırıcı qaydalarıb tətbiqini təmin ediblər və bu sahədə nizam-intizam yaratmaq prosesi sürətlənməkdədir. Artıq ABŞ lideri Donald Tramp da yerli qanunvericilik əsasında müəyyən qaydaların tətbiq edilməsi ilə bağlı qərar verib".

Onun sözlərinə görə əgər biz ictimai real həyatda atdığımız addımlar, söylədiyimiz fikirlər ilə bağlı inzibati və ya cinayət məsuliyyəti daşıyırıqsa nə üçün bu cür məsuliyyət sosial şəbəkələrdə olmur? Biz adi həyatda təsadüfən belə eşitdiyimiz xoşagəlməz jarqonlara görə məsuliyyət daşınılmasını tələb ediriksə, övladlarımızı bu xoşagəlməzliklərdən qoruyuruqsa həyatımızın ayrılmaz hissəsinə çevrilmiş sosial şəbəkələrdə də belə nizam-intizamın yaradılmasını arzu edirik.
Azərbaycanda daha 257 nəfərdə koronavirus aşkarlandı - 3 nəfər öldüAzərbaycan Respublikasında 257 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 202 nəfər müalicə olunaraq sağalaraq evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1948, 1953 və 1957-ci il təvəllüdlü üç nəfər vəfat edib.

Hazırki dövrədək ölkəmizdə 5246 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 3327 nəfər müalicə olunaraq sağalıb, 61 nəfər vəfat edib, 1858 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 58 nəfərin vəziyyəti ağır, 68 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 294.264 test aparılıb.
"Sosial şəbəkələrdə yalan, böhtan, dezinformasiya, təhqir, terrora, dövlət çevrilişlərinə çağırışlar da zəngindir"ABŞ prezidenti Donald Trampın, sosial şəbəkələrin yaydıqları dezinformasiyalara görə məsuliyyətə cəlb olunması haqqında qəbul etdiyi sərəncamı düzgün hesab edirəm. Etiraf etmək lazımdır ki, bir çox müsbət cəhətləri ilə yanaşı sosial şəbəkələrdə yalan, böhtan, dezinformasiya, təhqir, terrora, dövlət çevrilişlərinə çağırışlar da zəngindir.

Bunu Avrasiya.net-ə açıqlamasında Millət vəkili Nəsib Məhəməliyev bildirib.

Deputat qeyd edib ki, yaxın tarixdəki prosesləri diqqətlə təhlil etsək, görərik ki, sosial şəbəkələrdən sui-istifadə nəticəsində bir çox ölkələrdə dövlət çevrilişləri, müxtəlif rəngli inqilablar, müharibələr baş veriv: "Məsələ ondadır ki, 1996-cı ildə qəbul olunmuş qanunla sosial şəbəkələrdə yayılan istənilən məlumatlara görə, həmin şirkətlər hər hansı hüquqi məsuliyyət daşımırlar. Biz ölkəmizə qarşı müxtəlif zamanlarda aparılan təxribat xarakterli kampaniyaların şahidi olmuşuq. Bəzi hallarda öz siyasi və iqtisadi maraqlarını təmin etmək üçün müxtəlif mərkəzlərdən idarə olunan qüvvələr Azərbaycana sosial şəbəkələr vasitəsilə hücumlar təşkil edirlər. Nə qədər acınacaqlı, milli, mənəvi dəyərlərimizə, əxlaqımıza zidd olsa da, ölkə xaricindən cəzasızlıq şəraitində, sosial şəbəkələr vasitəsilə ifrat söyüş, təhqir, böhtanlar yağdırırlar. Təbii ki, belə olan təqdirdə normal insanın, ələlxüsus gənclərin psixikası pozulur, cəmiyyətdə mənəvi deqradasiya baş verir. Hesab edirəm ki, hər bir texnoloji şirkət, öz platformalarında yayılan dezinformasiyalar, söyüş, şantaj, böhtan və təhqirlərə görə hüquqi məsuliyyət daşımalıdır".
"Qanundankənar şəbəkə" erası başa çatırElçin Mirzəbəyli

Məlum olduğu kimi 2020-ci il mayın 28-də Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp “Onlayn senzuradan müdafiə barədə” Sərəncam imzalayıb.

Mahiyyət etibarilə, sərəncamda nəhəng sosial media şirkətlərin öz maraqlarına uyğun olmayan fikirləri senzuraya məruz qoyduqları və bununla da “təhlükəli güc” tətbiq etdikləri qeyd olunur.

Sərəncama görə, “Twitter”, “Facebook”, “Instagram” və “YouTube” informasiyaların təqdim edilməsinə açıq və gizli müdaxilələri ilə insanların baxışlarını istədikləri istiqamətdə formalaşdırmağa çalışır və fikirlərə fikirlərə münasibətdə selektiv yanaşmalar tətbiq edirlər.

ABŞ Prezidenti hesab edir ki, “Twitter” ABŞ-a qarşı açıq şəkildə siyasi qərəz nümayiş etdirir, başqa ölkələrin “siyasi aləti” kimi çıxış edir və onların anti-ABŞ siyasətini dəstəkləyir, ABŞ-a qarşı informasiya təxribatları ilə məşğul olur: “Sosial şəbəkələrin tətbiq etdikləri bir çox məhdudlaşdırıcı tədbirlər sırf siyasi motivlidir və fikir plüralizminə ziddir. Onlayn platformaların fəaliyyəti şəffaf və hesabatlı deyil, onlar fikir azadlığını qorumaq üçün universal normativ standartlara və alətlərə malik deyillər. Bütün bunlar isə, ABŞ qanunlarına, xüsusilə Kommunikasiya Etikası Qanununun (Communications Decency Act) 230-cu bəndinə uyğun gəlmir. Ona görə də ABŞ-ın bu sahədə toxunulmazlığının sərhədləri aydınlaşdırılmalıdır. Çünki onlayn platformaların genişlənməsi və təsirini hədsiz artırması onların fəaliyyətinin tənzimlənməsini zəruri edir;

ABŞ Prezidentinin sərəncamı, ilk növbədə milli dövlətlərə, insanların şəxsi həyatlarına, qlobal sabitliyə, sülhə təhdid yaradan təhlükəyə qarşı atılan addım kimi dəyərləndirilməlidir. Qənaətimə görə, Donald Trampın bu addımı onun 2019-cu ilin sentyabrında BMT Baş Assambleyasındakı çıxışının davamıdır. Xatırladım ki, həmin çıxışında ABŞ Prezidenti milli suverenitetin və vətənpərvərliyin əhəmiyyətindən söz açmışdı və qeyd etmişdi ki, azad dünya öz milli köklərinə dəyər verməli, onları silməyə, əvəzləməyə çalışmamalıdır. ABŞ Prezidentinin sözügedən çıxışında gələcəyin qlobalçılara deyil, vətənpərvərlərə mənsub olduğunu bəyan etməsi isə, düşünürəm ki, onun son addımını əsaslandıran ən önəmli məqamlardan biridir. Kimsəyə sirr deyil ki, sosial şəbəkələr yarandıqları gündən ayrı-ayrı iqtisadi-siyasi mərkəzlərin əlində yumşaq güc aləti funksiyasını yerinə yetirib, ayrı-ayrı ölkələrin siyasi sistemlərinə, ictimai rəyinə müdaxilə etməklə, onları xaosa, vətəndaş qarşıdurmasına sürükləyib, nifrətin, aqressiyanın, terrorizmin çiçəklənməsinə zəmin yaradıblar. Sosial şəbəkələrin nəinki milli dövlətlərin, hətta BMT kimi dünyada sülhə, əminamanlığa təminat verən qlobal təsisatların təsir dairəsindən, beynəlxalq hüququn norma və prinsiplərindən, milli qanunvericilikdən, məsuliyyətdən kənarda əlahiddə hüquqa sahib olmaları bu gün dünyada mövcud olan bir çox problemlərin əsas səbəblərindən biri və bəlkə də birincisi kimi qiymətləndirilə bilər.

Sosial şəbəkələrin hüquqdan, qanundan kənar, heç bir hüquqi və sosial məsuliyyətin olmadığı bir məkana çevrilməsi informasiya sahəsində milli və qlobal təhlükəsizliyə ciddi təhdid yaratmaqla yanaşı, bu sahədə rəqabət mühitinin də kobud şəkildə pozulmasına, peşəkar və qanun qarşısında məsuliyyətli olan kütləvi informasiya vasitələrinin sıradan çıxmasına zəmin yaradır. Qeyd edim ki, məhz bu amil əsas götürülərək, təxminən 2 il öncə Avropa Şurası Parlament Assambleyasının sosial şəbəkələrdə yalnız peşəkar kütləvi informasiya vasitələrinin məlumatlarına istinad edilməsi ilə bağlı tövsiyyə xarakterli qətnaməsi də qəbul olunmuşdu. Amma təbii ki, bu sənəd heç bir hüquqi təsir mexanizminə malik olmadığı üçün bu sahədə baş verən özbaşınalığın qarşısının alınmasına da hər hansı bir formada təsir göstərə bilməzdi. Məhz bu baxımdan, terorra, qarşıdurmaya, insanlıq əleyhinə cinayətlərə, milli-dini ayrıseçkiliyə, xaosa, özbaşınalığa, əxlaqsızlığa çağırış platformasına çevrilmiş sosial şəbəkələrdə baş verənlərin qarşısının alınması üçün onların fəaliyyəti, yaxud fəaliyyətsizlikləri üçün hüquqi məsuliyyət yaradan addımların atılmasına ehtiyac var idi. ABŞ Prezidentinin imzaladığı sərəncam da məhz bu hüquqi məsuliyyətin yaranmasına xidmət edir.

Donald Trampın sərəncamı, qanun qarşısında hər kəsin bərabərliyinin təmin edilməsi baxımından da önəmlidir. Çünki mümkün deyil ki, real həyatda sən bir ölkənin vətəndaşı kimi bu və ya digər hərəkətlərinə görə hüquqi məsuliyyət daşıyasan, amma sənin eyni davranışları virtual platformalarda nümayiş etdirməyin heç bir hüquqi məsuliyyət yaratmasın. Bu hüquqi nihilzmdir və buna son qoyulması bütün bəşəriyyətin təhlükəsizliyinə, hüququn aliliyinin qorunmasına xidmət edir. Hazırda yaşadığımız qlobal pandemiya dönəmi də “qanundan kənar” virtual platformaların nə qədər təhlükəli və ziyanlı olduğunu bir daha ortaya qoydu. Düşünürəm ki, bu amil də ABŞ Prezidentinin qərarına öz təsirini göstərib.

Bununla yanaşı, bir məqama da diqqət çəkməyi vacib hesab edirəm. ABŞ Prezidentinin sərəncamı, eyni zamanda “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyadan irəli gələn öhdəliklərin yerinə yetirilməsinə xidmət edir. Sözügedən Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndində qeyd olunur ki, “ifadə azadlığının həyata keçirilməsi milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün, sağlamlığın, yaxud mənəviyyatın mühafizəsi üçün, digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün gizli əldə edilmiş məlumatların açıqlanmasının qarşısını almaq üçün və ya ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini təmin etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən formallıqlara, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər”. Sosial şəbəkələrdə nəinki Konvensiyanın iqtibas gətirdiyim müddəasının tələbləri yerinə yetirilmir, əksinə bu müddəa ilə tamamilə ziddiyyət təşkil edən bir fəaliyyət sərgilənir, milli qanunvericilik aktlarından irəli gələn vəzifələrin yerinə yetirilməsinə ciddi maneələr yaradılırdı. Bu isə bir çox hallarda, xüsusilə də sosial şəbəkələrlə bağlı dövlətlərə öz vətəndaşlarının təhlükəsizliyini təmin etmək kimi müstəsna konstitutsion vəzifələrini yerinə yetirməyə imkan vermirdi.

Yaranmış vəziyyət sosial şəbəkələr barədə universal normativ standartların yaradılmasını zəruri edir. Çünki indiki halda bu şəbəkələr feyk məlumatların, mənəvi-əxlaqi normalara zidd materialların, terrora, zorakılığa çağırışların, qeyri-qanuni ticarətin və digər zərərli əməllərin geniş yayılmasına, ayrı-ayrı fərdlərə, şirkətlərə, ölkələrə qarşı kampaniyalar təşkil etməyə, siyasi kataklizmlər formalaşdırmağa şərait yaradır.

Bu baxımdan, sosial şəbəkələrlə bağlı beynəlxalq səviyyədə universal normativ hüquqi aktların hazırlanması və tətbiqi ilə bağlı müzakirələrin getdiyi, ayrı-ayrı ölkələrdə qanunlara əlavələr olunduğu, yeni qanunların qəbuluna hazırlıqlar getdiyi bir vaxtda Azərbaycan da bu qlobal prosesdən kənarda qalmamalı və ümumi işə öz töhfəsini verməlidir.

Hesab edirəm ki, ABŞ Prezidentin imzaladığı sənəd, beynəlxalq müstəvidə də sosial şəbəkələrin fəaliyyəti ilə bağlı hüquqi mexanizmlərin yaradılmasına əsas verir. Bununla bağlı artıq uzun illərdir ki, müzakirələr aparılır və Azərbaycan da bu prosesdə aktiv rol alan ölkələrdən biridir. Artıq qlobal müstəvidə virtual hüquq məcəlləsinin yaradılmasına və sosial şəbəkələrin, internet resursların yayımlandıqları məkanların milli qanunvericiliklərinə uyğun olaraq fəaliyyətlərinin təmin edilməsinə ehtiyac var. Sosial şəbəkələr üzərindən milli-mənəvi dəyərlərinə sözün əsl mənasında müharibə elan edilən, bu şəbəkələr üzərindən terrorla, insanlıq əleyhinə cinayəıtlərlə təhdid olunan bir ölkənin vətəndaşı kimi, Azərbaycan xalqının mütləq əksəriyyətinin sosial şəbəkə xaosuna son qoyulmasının tərəfdarı olduğunua qətiyyən şübhə etmirəm. Bu həm milli, həm də qlobal sosial çağırışdır.

Bağlanan bankların əmanətləri bu bank vasitəsilə ödəniləcək - RƏSMİXəbər verdiyimiz kimi, Mərkəzi Bankın İdarə Heyətinin 28 aprel 2020-ci il tarixli qərarı ilə “Atabank” ASC və “Amrahbank” ASC-nin bank fəaliyyətinin aparılması üçün verilmiş lisenziyaları ləğv edilib.

“Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq “Atabank” ASC və “Amrahbank” ASC-də sığorta hadisəsi günü 28 aprel 2020-ci il müəyyən edilib.

Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının qərarına əsasən, “Atabank” ASC və “Amrahbank” ASC-də qorunan əmanətlərin kompensasiyaların verilməsi üçün agent bank qismində “Kapitalbank” ASC seçilib.

“Atabank” ASC və “Amrahbank” ASC-də qorunan əmanətlər üzrə kompensasiyalar nağdsız qaydada “Kapital Bank” ASC-nin adlı debet kartları və “Xəzri” sürətli pul köçürmə sistemi vasitəsilə ödəniləcək.

Əmanətlər “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kompensasiya olunacaq.

“Kapitalbank” ASC-nin filial şəbəkəsində əmanətçilərin sıxlığının yaranmaması, kompensasiyaların sistemli şəkildə ödənilməsi və vətəndaş məmnunluğunun təmin edilməsi üçün qorunan əmanətlər üzrə kompensasiyalar iki mərhələdə qaytarılacaq:

1 iyun 2020-ci il tarixindən başlayaraq “Atabank” ASC və “Amrahbank” ASC-də 30 min manat ekvivaləntinədək (30 min manat daxil olmaqla) olan əmanətlər üzrə “KapitalBank” ASC-nin filiallarında ərizələrin qəbulu və kompensasiyaların verilməsi;

1 iyul 2020-ci il tarixindən başlayaraq 30 min manat ekvivalentindən yuxarı olan əmanətlər üzrə “KapitalBank” ASC-nin filiallarında ərizələrin qəbulu və kompensasiyaların verilməsi.

Əmanətçilərdən kompensasiyaların alınması üçün “Kapital Bank” ASC-nin müvafiq filiallarına müraciət edərkən kompensasiyaların ödənilməsi prosedurlarına uyğun olaraq əmanət müqaviləsini (əlavələrlə birlikdə), əmanət kitabçasını, əmanətin sahibliyini təsdiq edən digər sənədlərin (hesabdan cıxarışların) və şəxsiyyəti təsdiq edən sənədin təqdim olunması xahiş olunur.

Qorunan əmanətçilər hesabdan çıxarışları ləğv prosesində olan “Atabank” ASC-nin Bakı şəhərində yerləşən filialları üzrə Şəmsi Bədəlbəyli küçəsi 102 ünvanında yerləşən baş ofisi, digər şəhər və rayon filialları üzrə isə bankın müfaviq filiallarından, ləğv prosesində olan “Amrahbank” ASC-nin Bakı şəhərində yerləşən filialları üzrə Xocalı prospekti 36 A ünvanında yerləşən baş ofisindən, digər şəhər və rayon filialları üzrə isə bankın müfaviq filiallarından əldə edə bilərlər.

“Əmanətlərin sığoratalanması haqqında” Azərbaycan Respublikasının Qanunun 28.3-cü maddəsinə əsasən Əmanətlərin Sığortalanması Fondu əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir.

Qorunan əmanətçilər ərizə formalarını 1 iyun 2020-ci il tarixindən etibarən “KapitalBank” ASC-nin müvafiq filiallarından və ƏSF-nin www.adif.az internet-saytından əldə edə bilərlər.

Əlavə olunan cədvələ uyğun olaraq qorunan əmanətçilər ləğv prosesində olan “Atabank” ASC və “Amrahbank” ASC-də əmanətləri olduğu filialın qarşısında qeyd edilən “KapitalBank” ASC-nin filialına müraciət edərək yuxarıda qeyd edilən sənədlər əsasında kompensasiyalarını əldə edə bilərlər.
Deputat icra başçısından müğənninin xahişini etdi - FOTOMilli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Azərbaycanın tanınmış yeni nəsil sənətçisi, müğənni Nurlan Əzizbəyli ilə görüşüb.

Avrasiya.net xəbər verir ki, millət vəkili Q.Paşayeva xeyriyyəçi Hacı Nuran Hüseynov və Qadın Sahibkarlar Assosasiasının rəhbəri Səkinə xanım Babayeva ilə birgə müğənninin evinə gedərək, onun qarşılaşdığı müəyyən sosial problemlərlə, mənzil şəraitsizliyi ilə yerində tanış olub.

Nurlan Əzizbəylinin gənc nəsil, eləcə də sənətbilicələri, geniş tamaşaçı auditoriyası tərəfindən maraqla qarşılanan istedadlı müğənni olduğunu qeyd edən xanım Paşayeva, onun həllivacib problemlərini aidiyyatı orqanlar qarşısında qaldıracağını bildirib.

Komitə sədri bildirib ki, dövlət başçısının, I vitse-prezidentin sənətə, sənətçilərə dayanıqlı diqqət-qayğısı hər bir məmurun, əlaqədar orqanların üzərinə hüquqi məsuliyyətlə yanaşı mənəvi məsuliyyət də qoyur. – “Ümidvaram ki, mümkün olan ən qısa zaman içində, sizin problemlər də öz layiqli həllini tapacaq. Bununla da, siz öz diqqətinizi gözəl sənətinizin inkişafına sərf edərək, musiqi, ifaçılıq sənətimizə yeni töhfələrlə çıxış edəcəksiniz”.

Bu gün isə Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Nurlan Əzizbəyli və xanımı ilə birgə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovla görüşüblər və sənətçinin üzləşdiyi ağır mənzil-məişət şəraiti ətrafında geniş fikir mübadiləsi aparılıb.

Yasamal Rayon İcra Hakimiyyəsinin başçısı Elşad Həsənov Nurlan Əzizbəyliyə üzləşdiyi problemin həllində dəstək olmaq üçün əlindən gələni edəcəyini deyib.

Millət vəkili Qənirə Paşayeva və sənətçi Nurlan Əzizbəyli məsələyə böyük həssaslıq və diqqətlə yanaşan Yasamal Rayon İcra Hakimiyyəti başçısı Elşad Həsənova təşəkkürlərini bildiriblər.
"Sosial şəbəkələr üzərindən ölkəmizə qarşı təhdid xarakteri daşıyan fikirlərin qarşısı alınmalıdır"Dünən ABŞ Prezidenti Donald Tramp ölkədə sosial şəbəkələrin fəaliyyətinin tənzimlənməsi haqqında sərəncam imzalayıb. Tramp Ağ Evdə jurnalistlərə verdiyi açıqlamasında bildirib ki, bu sərəncam söz azadlığını, ABŞ vətəndaşlarının hüquqlarını qorumağa xidmət edir.

Prezidentin sözlərinə görə, belə bir sərəncamdan əvvəl sosial şəbəkələr “istədiklərini edə bilirdilər”. Amerikalı lider həmin saytlar tərəfindən hər hansı “aldadıcı və ya zərərli ticarət fəaliyyəti”nə yol verilməsi cəhdlərinin izlənilməsini Federal Ticarət Komissiyasına tapşırıb.

Tramp, həmçinin jurnalistlərin suallarını cavablandırarkən, “Twitter”in bağlanmasının mümkünlüyünü də istisna etməyib.

Məsələ ilə bağlı "Xalq Cəbhəsi" qəzetinə açıqlama verən Vəhdət Partiyası sədrinin müavini, politoloq Vasif Əfəndi bildirib ki, sosial şəbəkələrin həyatımıza daxil olması dünya düzəinin 180 dərəcə dəyişməsinə gətirib çıxarıb. Mətbuat azadlığı barədə aparılan mübarizə qismən reallaşsa da böyük ölçüdə mətbuat çox hallarda maraqlı dairələrin təsirinə düşdü: "Azad mətbuatın idarəolunan mətbuatla müqayisədə iqtisadi cəhətdən çox zəif duruma düşməsinin bir səbəbi də bu oldu. Lakin sosial şəbəkələr söz azadlığı üçün yeni səhifə açdı. Artıq insanlar heç bir senzura və maneəyə rast gəlmədən müstəqil araşdırmalar apararaq öz fikirlərini sərbəst ifadə edə bilirlər. Lakin aşırı azadlıq fürsətçi və pozucu qüvvələrin də işinə yaramış oldu. Bu gün sosial şəbəklər vasitəsilə insanların bütün təbəqələrinə qarşı açıq mənəvi terrorla hücum edilməklə yanaşı, aktiv terrorizmi təbliğ edən qüvvələr də çox fəaldırlar. Heç də uzağa getməyək və nümunə olaraq öz ölkəmizi götürək. Bu gün Azərbaycan aktiv olaraq radikal dini və etnik separatizmi təbliğ edən qrupların hücumuna məruz qalıb. Ölkə daxilində sosial şəbəkələr vasitəsilə qanunla qadağan olunmuş cərəyanların təbliği və təhqir elementlərinə görə cinayət məsuliyyəti nəzərdə tutulsa da ölkə xaricində yerləşən radikal, dağıdıcı qüvvələr çox asanlıqla informasiya məkanımızı tapa bilirlər. Təbii ki, bu növ hücumlara qarşı qoruyucu tədbirlərin görülməsi yaxşı olardı".

Politoloq qeyd edib ki, Trampın bu qərarı imzalamasına baxmayaraq, onu ABŞ ərazisində tətbiq edə bilməyəcək. Bu sadəcə "Twitter" şirkətinə qarşı Trampın atdığı addımdır. Amma bütün dünya ölkələri üçün əhəmiyyət kəsb edə biləcək bir seçimdir: "Azərbaycanla bağlı onu demək istəyirəm ki, ilk növbədə sağlam cəmiyyət qurmaq üçün mübarizəmizi davam etdirməliyik. Prezidentin son bir il ərzində aktiv islahat proqramını həyata keçirməsi sosial şəbəkələrdə böyük dəstək qazandı və antiAzərbaycan qüvvələrinin səsləri çox alçaqdan və inamsız gəlməyə başladı. Ən əsası odur ki, başaldılan işi uğurla davam etdirmək lazımdır. Tələsik bəyanatlar verib islahatların sona çatmasını bəyan etmək hələ tezdir. Mübarizə bundan sonra başlanmalıdır. Sosial şəbəkələr üzərindən ölkəmizə qarşı təhdid xarakteri daşıyan fikirlərin qarşısı alınmalıdır".

Politoloq sonda onu da qeyd edib ki, dünyada sosial şəbəkələrlə bağlı real durum Prezident Trampın fikirlərinin və qərarının tam əsaslı olduğunu göstərir. Artıq Avropada bir sıra dövlətlər, o cümlədən Almaniya sosial şəbəkələrin zərərli təsirlərindən qorunmaq üçün məhdudlaşdırıcı qanunlar qəbul edib və proses sürətlə davam edir: "Ancaq bunun hansı formada effekt verə biləcəyini demək çətin olsa da, bu ümumi işin xeyrinədir".
"Trampın bu yanaşması məntiqlidir"Bunu "Xalq Cəbhəsi" qəzetinə Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev ABŞ Prezidenti Donald Trampın ölkədə sosial şəbəkələrin fəaliyyətinin tənzimlənməsi haqqında imzaladığı sərəncama münasibətində açıqlayıb.

Xatırladaq ki, Tramp Ağ Evdə jurnalistlərə verdiyi açıqlamasında bildirib ki, bu sərəncam söz azadlığını, ABŞ vətəndaşlarının hüquqlarını qorumağa xidmət edir.
Prezidentin sözlərinə görə, belə bir sərəncamdan əvvəl sosial şəbəkələr “istədiklərini edə bilirdilər”. Amerikalı lider həmin saytlar tərəfindən hər hansı “aldadıcı və ya zərərli ticarət fəaliyyəti”nə yol verilməsi cəhdlərinin izlənilməsini Federal Ticarət Komissiyasına tapşırıb.

Tramp, həmçinin jurnalistlərin suallarını cavablandırarkən, “Twitter”in bağlanmasının mümkünlüyünü də istisna etməyib.

ALDP sədri bildirib ki, sərəncam çox əhəmiyyətli və vacibdir: "Düzdür, Trampın bu sərəncamını başqa istiqamətə yozanlar da var. Məsələn, "Twitter" şirkətinin rəhbərliyi ABŞ prezidenti Donald Trampın sosial şəbəkələr haqqında fərmanını "irticaçı və siyasiləşdirilmiş" adlandırıb. Amma əslində bunu belə qəbul etmək düzgün deyil. Bu gün sosial şəbəkələr istənilən ölkədə azaddır, onu tənzimləyən qanun yoxdur. İstənilən şəxs sərbəs şəkildə istənilən sosial şəbəkədə öz fikirini bildirmək hüququna malikdir. Çox zaman bu hüquqdan başqa məqsədlər üçün də istifadə edilir. Terrorizmin təbliği, saxta profillərin açılması, çaşdırıcı məlumatların yayılması, əhali arasında təşviş, qorxuya səbəb ola biləcək informasiyaların ictimailəşdirilməsi, ictimai-siyasi sabitliyin pozulması, insanların şərəf və ləyaqətinin təhqiri və s. Bunlar hər bir ölkə və onun vətəndaşları üçün təhlükə deməkdir, cinayət deməkdir. Fikrimcə, ABŞ Prezidentinin bu sərəncamı düzgündür və dünyada mövcud reallıqlar baxımından diqqət çəkən bir seçimdir, reallığa cavab verən addımdır".

F.Əliyevin fikrincə, mahiyyət etibarilə sərəncama görə, nəhəng sosial media şirkətləri öz maraqlarına uyğun olmayan fikirləri senzuraya məruz qoyur və bununla da “təhlükəli güc” tətbiq edirlər. “Twitter”, “Facebook”, “Instagram” və “YouTube” informasiyaların təqdim edilməsinə açıq və gizli müdaxilələri ilə insanların baxışlarını istədikləri istiqamətdə formalaşdırmağa çalışır və fikirlərə qarşı selektiv yanaşmalar tətbiq edirlər: "Məsələn, Twıtter ABŞ prezidenti Donald Trampın Minneapolisdəki etirazlar və toqquşmalarla bağlı paylaşımını “zorakılığa və şiddətə çağırış” adı altında məhdudlaşdırıb. Bundan öncə Tramp Twıtter-i seçkilərdə saxtakarlıq etmək, demokratçıların tərəfini tutmaq, Çinə qarşı lazımi təbliğat aparmamaqda ittihamlandırıb. Trampa görə, xüsusilə “Twitter” ABŞ-a qarşı açıq şəkildə siyasi qərəz nümayiş etdirir, başqa ölkələrin “siyasi aləti” kimi çıxış edir və onların anti-ABŞ siyasətini dəstəkləyir, ABŞ-a qarşı informasiya təxribatları ilə məşğul olur. Trampın bu yanaşması məntiqlidir".

Partiya sədrinin fikrincə, sosial şəbəkələrin tətbiq etdikləri bir çox məhdudlaşdırıcı tədbirlər sırf siyasi motivlidir və fikir plüralizminə ziddir, onlayn platformaların fəaliyyəti şəffaf və hesabatlı deyil, onlar fikir azadlığını qorumaq üçün universal normativ standartlara və alətlərə malik deyillər: "Bütün bunlar isə, ABŞ qanunlarına, xüsusilə Kommunikasiya Etikası Qanununun (Communications Decency Act) 230-cu bəndinə uyğun gəlmir. Ona görə də ABŞ-ın bu sahədə toxunulmazlığının sərhədləri aydınlaşdırılmalıdır. Trampın bu mövqeyi tam haqlıdır, sosial şəbəkələrin hüquqi tənzimlənməsinin vacibliyinin ABŞ-da da dərk olunmasını göstərir".

F.Əliyev bu mövzunun Azərbaycan üçün də aktual olduğunu qeyd edib. Bildirib ki, Azərbaycan da dəfələrlə xarici anti-Azərbaycan qüvvələrinin sosial şəbəkələr, onlayn platformalar vasitəsilə qərəzli kampaniyalarına məruz qalıb, ölkəmizə qarşı ardıcıl terror çağırışları indi də davam edir: "İndi də təhdidlər mövcuddur, həm xaricdən, həm daxildən. İnternet azadlığı heç bir halda digər azadlıqları məhdudlaşdırmamalıdır, burada balansın əldə olunması üçün hüquqi tənzimlənmələr qaçılmazdır. Söz və fikir azadlığı istənilən fikrin internet üzərindən ictimailəşdirilməsi demək deyil. Əgər o fikir, milli və dövlətçilik maraqlarının qorunmasına xidmət etmirsə, qarşıdurmaya çağırışdırsa, təhqirdirsə, bu cinayətdir, yolverilməzdir".
Tural Gəncəliyev kanadalı deputata etiraz etdiAzərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev Kanada parlamentinin üzvünün Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən təşkil edilmiş qondarma rejimin nümayəndəsinə “təbrik məktubu” göndərməsini tənqid edib.

Avrasiya.net xəbər verir ki, T.Gəncəliyev bildirib:

Mən Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının və Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Kanada dostluq qrupunun rəhbəri kimi, Kanada Parlamentinin Nümayəndələr Palatasının erməni lobbisinə yaxın olan üzvü Reyçl Harderin Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində təşkil edilmiş qondarma rejimin nümayəndəsinə göndərdiyi məsuliyyətsiz “təbrik məktubu”nu qınayır və kəskin etiraz edirəm.

Xanım Harderə xatırladıram ki, Ermənistan beynəlxalq hüququn əsas prinsiplərinə, BMT və digər beynəlxalq təşkilatların qərarlarına zidd olaraq Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik ərazilərin qanunsuz işğalına davam edərkən, azərbaycanlı əhali 28 ildən çoxdur ki etnik təmizləmə yolu ilə zorla evlərindən qovulub və təməl insan haqlarından məhrum edilib. Bu müstəvidə, 31 mart və 14 aprel 2020-ci il tarixlərində Azərbaycanın işğal edilmiş ərazilərindəki "seçki şousu"nu “legitimləşdirməyə” cəhd etmək təməl insan hüquqlarına və qanunun aliliyi prinsipinə hörmətsizlikdir. Beynəlxalq ictimaiyyət, o cümlədən Kanada, yekdilliklə qanun və ədalətin tərəfini tutaraq “seçki şousu”nu qəti şəkildə rədd edib, Azərbaycanla həmrəy olduğunu ifadə edib.

Təəssüf ki, Kanada kimi insan hüquq və azadlıqlarına yüksək hörmət nümayiş etdirən bir ölkənin parlamentarisi Ermənistan tərəfindən azərbaycanlılara qarşı törədilən etnik təmizləmə siyasətinə dəstəyini ifadə edib, bununla da Kanadanın xarici siyasət maraqlarına və əsaslandığı dəyərlərə kölgə salıb.

Bir daha bəyan edirəm ki, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması münaqişənin dinc yolla həllinin - Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin hər iki icmasının sülh şəraitində birgə yaşaması və inkişafı yolunda səylərini əsirgəmir, bu məqsəd üçün yorulmadan çalışır. Beynəlxalq ictimaiyyət, o cümlədən Kanadada bizim haqlı mübarizəmizi dəstəkləyənlərə minnətdarlığımızı bildirir və ədalətin əleyhinə olanları isə bu yanlış yoldan çəkinməyə və Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmalarının Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü çərçivəsində birgə sülh şəraitində yaşamasına dəstək verməyə çağırırıq".