GAK sədri Marneuli yepiskopunu siyasətlə məşğul olmamağa çağırdıMəlum olduğu kimi, iki gün öncə Marneuli və Hujabi yeparxiyasının Yepiskopu, Giorgi Camdeliani bazar xütbəsi zamanı, Nəriman Nərimanovun büstünün sökülərək zibilliyə atılmalı və rayon meri Zaur Darğallının isə vətəndaşlardan bu addımına görə üzür istəməli olduğunu söyləmişdir.

24News.ge xəbər verir ki, Yepiskopun bu ifadələri yerli icma arasında birmənalı qarşılanmayıb.

Gürcüstan Azərbaycanlılarının Konqres sədri Hüseyn Yusubov, Marneuli yepiskopu Giorgi Camdelianini siyasətlə məşğul olmamağa çağırıb:

"Nəriman Nərimanovun büstünü ziyarət etdim. Təmir işlərini mən bəyəndim. Bəs keşiş niyə bəyənməyib görəsən? Öz siyasi bəyanatı ilə digər aktiv siyasi bəyanatlar verən keşişlərəmi özünü göstərir? Marneulidə müstəqil bəyanat verə bilən siyasətçinin olmadığınamı işarə edir? İstər gürcü olsun , istər azərbaycanlı...

Bəlkə öz büdcəsinə əlavə olaraq bələdiyyədən aldığı pullardan narazıdı bu keşiş?

Əgər siyasətlə məşğul olmağa meylin varsa, meydanı boş görürsənsə, o mantiyanı çıxart və al boyunun ölçüsünü...

Gürcüstanın ərazi bütövlüyünü İosefdən də Filip Maxaradzedən də Serqodan da daha şərəflə qorumuş, bəli qorumuş (Leninə yazdığı məktuba bax) tarixi şəxsiyyət Nərimanovun heykəli sökülə bilər... Daha möhtəşəmini ucaltmaq üçün", - deyə Hüseyn Yusubov bildirib.


İt döyüşləri təşkil edən 6 nəfərin kimliyi məlum olub - DİNAzərbaycanda it döyüşləri təşkil edən şəxslərin kimliyi müəyyənləşdirilib.

Bunu Report-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi Ehsan Zahidov bildirib.

O qeyd edib ki, sosial şəbəkələrdə yayılan videogörüntülərlə bağlı hazırda araşdırmalar davam etdirilir:

“Onların törətdikləri əmələ müvafiq olaraq hüquqi qiymət verilməsi və məsuliyyətə cəlb olunmaları istiqamətində araşdırmalar davam etdirilir”.

E.Zahidov deyib ki, it döyüşləri təşkil edən şəxslərin 6 nəfər olduğu müəyyən edilib.

Qeyd edək ki, sosial şəbəkələrdə Azərbaycanda it dalaşdıran şəxslərin görüntüləri yayılıb. Yayılan məlumatlarda bildirilir ki, həmin şəxslər qadağan edilmiş it döyüşləri keçirirlər. Pulla döyüşlər təşkil edən şəxslərin Sumqayıt şəhərindən olduqları ehtimal edilir.

Belə ki, onlar itləri ölənə qədər döyüşdürürlər, daha sonra məğlub olan köpəkləri kəsib, ətini digər itlərə yedizdirirlər. Bir itin digər itə yedizdirilməsi də görüntülərdə yer alıb.
Daha 165 nəfər koronavirusa yoluxdu: ölənlər varAzərbaycan Respublikasında 165 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 78 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Avrasiya.net xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 1949 və 1957-ci il təvəllüdlü iki nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 4568 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 2897 nəfər müalicə olunaraq sağalıb, 54 nəfər vəfat edib, 1617 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 49 nəfərin vəziyyəti ağır, 63 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 280 663 test aparılıb.
Azərbaycanda daha bir polis koronavirusa yoluxduGədəbəy rayon Polis Şöbəsinin əməkdaşında koronavirus pandemiyası aşkarlanıb.

Avrasiya.net Unikal.org-a istinadən xəbər verir ki, rayon ərazisində xidmət aparan polis əməkdaşının səhhətində problem yarandığı üçün həkimə müraciət edib. Ondan götürülən test pozitiv çıxıb.

Daxili İşlər Nazirliyininin (DİN) mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov məlumatı təsdiqləyib:

"Karantin rejimini polis əməkdaşları həyata keçirdiyi üçün Daxili İşlər Nazirliyi rəhbərliyinin göstərişinə əsasən rayon polis şöbələrinin əməkdaşları mütəmadi olaraq testlərdən keçirilir. Bununla da yoluxma halları müəyyən edilir. Bu yaxınlarda Gədəbəy Rayon Polis şöbəsininin əməkdaşları testdən keçirilərkən bir nəfərdə şübhələr yaranıb. Həmin polis əməkdaşı xidmətdən kənarlaşdırılıb. Xəstəxanaya yerləşdirilən həmin polisin vəziyyəti hazırda yaxşıdır. Dərhal onun iş yoldaşları, ailə üzvləri və təmasda olduğu insanlardan nümunələr götürülüb və onlarda bu virus aşkarlanmayıb".
Siyəzəndə “Şərqin ilk demokratik respublikası və onun tariximizdə yeri” mövzusunda videokonfrans keçirilibMayın 27-də Siyəzən Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 102-ci ildönümünə həsr olunmuş “Şərqin ilk demokratik respublikası və onun tariximizdə yeri” mövzusunda videokonfrans keçirilib.

Fəal gənclərin iştirakı ilə zoom platforması üzərindən təşkil olunan online görüşdə Gənclər və İdman İdarəsinin rəisi Nadir Məmmədov, Təhsil Şöbəsinin müdiri Pərvin Ağasıyev, YAP Siyəzən Rayon Təşkilatı Gənclər Birliyinin sədri Elvin Kərimov, Mədəniyyət Mərkəzinin direktoru Ziyada Dadaşova və şəhər 1 saylı tam orta məktəbin tarix müəllimi Vuqar Abdullayev çıxış ediblər.

Çıxışlarda bildirilib ki, Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın qədim dövlətçilik ənənələrini yaşadaraq, həmin dövr üçün mütərəqqi hesab edilən dövlət təsisatlarının yaradılmasına nail olmuş, gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə fəaliyyət göstərmiş, dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, hərbi quruculuq və digər sahələrdə həyata keçirdiyi işlərlə Azərbaycan xalqının tarixində parlaq iz qoymuşdur.

Qısa bir zaman kəsiyində mövcud olmasına baxmayaraq onun şüurlarda bərqərar etdiyi müstəqillik ideyası unudulmamış, zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tariximizdə silinməz izlər qoyaraq xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlamışdır. Çıxışlarda həmçinin mövcud vəziyyətlə əlaqədar digər görüşlərin də videokonfrans formatında keçiriləcəyi qeyd olunub.
Siyəzəndə “Şərqin ilk demokratik respublikası və onun tariximizdə yeri” mövzusunda videokonfrans keçirilib
Siyəzəndə “Şərqin ilk demokratik respublikası və onun tariximizdə yeri” mövzusunda videokonfrans keçirilib
Siyəzəndə “Şərqin ilk demokratik respublikası və onun tariximizdə yeri” mövzusunda videokonfrans keçirilib
Siyəzəndə “Şərqin ilk demokratik respublikası və onun tariximizdə yeri” mövzusunda videokonfrans keçirilib
Siyəzəndə “Şərqin ilk demokratik respublikası və onun tariximizdə yeri” mövzusunda videokonfrans keçirilib
Siyəzəndə “Şərqin ilk demokratik respublikası və onun tariximizdə yeri” mövzusunda videokonfrans keçirilib
#evdəqal #Bizbirlikdəgüclüyük #məsafəsaxla #Respublikagünü #AzərbaycanXalqCümhuriyyəti102 #SiyəzənGİİ #GənclərvəİdmanNazirliyi #MysGovAz #MysAz #Gənclərsiyasəti
Məhkəmə Zakir Qaralova cinayət işi açılması üçün vəsatəti qəbul etdi- SABİQ BAŞ PROKURORUN HƏBSİ TƏLƏB OLUNUR Məhkəmə Zakir Qaralova cinayət işi açılması üçün vəsatəti qəbul etdi

Prokrorluq orqanlarının keçmiş əməkdaşı Tofiq Ağacanov sabiq baş prokuror Zakir Qaralovun həbsini tələb edir.

Gununsesi.org-un xəbərinə görə, Tofiq Ağacanov bununla bağlı Bakı İnzibati Məhkəməsində sabiq baş prokura qarşı iddiası üzrə məhkəmə prosesində vəsatət verib.

Məhkəmə isə bu vəsatəti qəbul edib.

Məlumatı Gununsesi.org-a təsdiqləyən Tofiq Ağacanov bildirib ki, Zakir Qaralovun barəsində cinayət işi başlanmasından ötrü xüsusi qərardad qəbul edilməsinə dair tərəfindən vəsatət verilib: “Hakim vəsatəti qəbul etdi və bildirdi ki, fikirini 16 iyun 2020-ci il tarixdə bildirəcək. Mən Prezidentə də, bu barədə açıq müraciət gödərmişəm”.

Keçmiş prokuorluq işçisi deyib ki, Zakir Qaralovun həbs olunması üçün ciddi əsaslar var: “Onlarla fakt var. Bu faktlardan birinin araşdırılması kifayyət edir ki, Zakir Qaralov barəsində cinayət işi başlansın. Mənim və bir neçə nəfərin rəsmi şikayəti var. Sərəncamda olduğumuz halda əmək haqlarımız verilməyib. Söhbət yüzlərlə belə prokuorluq işçisinin maaşlarından gedir. Ortada mənimsəmə cinayəti var.

Mənim Baş Prokurorluğa qarşı “sərancamda olduğum müddətdə əmək haqqınmın ödənilməsi və qanunla nəzərdə tutulan kompensasiyaların ödənilməsi haqqında” iddia tələbimə dair inzibati iş üzrə Baş Prokurorluğun mənim adıma tərtib etdiyi əmək haqqı cədvəlində qeyd etdiyi, sərancamda olduğum 01.06.2000-ci ildən 14.02.2001-ci illədək müddətdə, mənə guya 2000-ci ilin sentyabr ayında 225000,000 manat, noyabr ayında 225000.000 manat və dekabr aylarında 450000.000 manat, cəmi 90.000.000 manat məbləğində vrilməsi göstərilsə də, lakın həmin pulların mənə ödənilməməsi, onların Baş Prokurorluqda mənimsənilməsi və bununla da, Baş Prokurorluqda vəzifəli şəxslərin hərəkətlərində dövlət əmlakının xeyli miqdarda mənimsənilməsi kimi Azərbaycan Respublikası CM-nin 179.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əlamətlərin aşkara çıxarıldığı əsaslara görə, Azərbaycan Respublikası İPM-nin 1.2-ci və Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddələrinin tələblərinə uyğun olaraq, CM-nin 179.2.4-cü maddəsi ilə müvafiq cinayət işinin başlanmasından ötrü, xüsusi qərardad qəbul edilməsini xahiş edirəm”.

Naxçıan istiqamətində GƏRGİNLİK: Düşmən mövqelərini irəli çəkmək istədiErmənistan ordusunun Naxçıvan istiqamətində təxribat cəhdinin qarşısı alındı.

Ermənistan KİV-nə istinadən xəbər veririk ki, bu zaman hərbi hissələrdən birinin komandiri olan erməni zabitinin xidməti “Nissan Patriot” markalı avtomobili sıradan çıxarılaraq məhv edilib.

Düşmən ölkənin Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan faktı təsdiqləyib.

“İnsident tərəflər arasındakı neytral ərazidə yeni mövqelərimizi bərkidən zaman baş verib. Bəli, avtomobil yansa da, o, batalyon komandirinə xidmət göstərmirdi”.

Stepanyan cəbhədə hər gün atışmaların olduğunu, bu zaman hər iki tərəfin texnika sarıdan itki verdiyini söyləyib.
Modern.az
Azərbaycandan İrana 19 məhbus ekstradisiya olunubBu gün 19 iranlı məhbus Azərbaycandan İrana ekstradisiya olunub.

Bunu İranın ədliyyə nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Mahmud Abbasi deyib. M.Abbasinin sözlərinə görə, məhbuslar Astara sərhəd gömrüyü vasitəsi ilə İrana keçiblər.

Abbasi deyib ki, məhbusların ekstradisiyası İranın Ədliyyə Nazirliyi və Xarici İşlər Nazirliyinin məsləhətləşmələri nəticəsində baş tutub.

Nazir müavini əlavə edib ki, bu məhkumlar narkotik maddələrin qaçaqçılığı ilə əlaqədar həbs olunublar. İki ölkə arasında məhbusların ekstradisiyası üzrə razılaşma çərçivəsində məhkumlar məhkumluq dövrünün qalan hissəsini İran həbsxanalarında keçirəcəklər.modern.az
Pirallahıda 28 May - Respublika Günü” ilə əlaqədar tədbir keçirilibYeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatında “28 May – Respublika Günü” ilə əlaqədar tədbir keçirildi.

Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı ilk partiya təşkilatı sədrlərinin iştirakı ilə videokonfrans formatında keçirilən tədbir 186 №-li orta məktəb ilk partiya təşkilatı sədrinin müavini Həcər Ramazanovanın təklifindən sonra Dövlət Himninin oxunması ilə açıq elan olundu.

Giriş sözü ilə çıxış edən YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov qeyd etdi ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 102 il ötməsinə baxmayaraq, hər bir azərbaycanlı bu şanlı tarix ilə qürur duyur: “Biz bu gün də Cümhuriyyətin tarixini, onun görkəmli şəxsiyyətlərinin fəaliyyətini dərindən öyrənməli, ideyalarını təbliğ etməli, təcrübəsindən bəhrələnməliyik. Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətininin dövlətimiz və xalqımız tərəfindən yüksək qiymətləndirildiyini nəzərə alaraq, Prezident cənabİlham Əliyev 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etmişdir. Cümhuriyyətin tarixi təcrübəsi göstərir ki, dövlət müstəqilliyini və suverenliyi əldə etmək kifayət deyil, həm də onu bütün vasitələrlə qorumaq və möhkəmləndirmək lazımdır.
Pirallahıda 28 May - Respublika Günü” ilə əlaqədar tədbir keçirilib
Bu gün ulu öndər Heydər Əliyevin açdığı yolla Azərbaycan xalqı qətiyyətlə addımlayır. Mövcud iqtidarın vahid birliyi nəticəsində ümummilli Liderimizin qurub-yaratdığı azad, müstəqil, demokratik Azərbaycan Onun müəyyən etdiyi strateji xətlə inamla inkişafını davam etdirməkdədir. Bu xətti əzmlə, dəyanətlə irəli aparan isə ulu öndər Heydər Əliyevin layiqli varisi, dünya miqyasında böyük hörmətə, nüfuza malik Prezidentimiz cənab İlham Əliyevdir.
Dövlətimiz və xalqımızın həyatı üçün ən mühüm əhəmiyyət kəsb edən prinspial məsələlərdə Prezident İlham Əliyev Azərbaycan dövlətinin artan qüdrətini, sarsılmaz təmələ malik olan dövlətçilik ənənələrini öz məhsuldar fəaliyyəti ilə sübut edir.

Çıxış edən digər tədbir iştirakçıları da Azərbaycan xalqını “28 May – Respublika Günü” və müqəddəs Ramazan bayramı münasibət ilə təbrik edərək bir daha vurğuladılar ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyətli və uzaqgörən liderliyi ilə günü-gündən daha da inkişaf edən və bölgədə olduğu kimi, qlobal miqyasda da nüfuz sahibi olan Azərbaycan bütün sahələrdə yeni-yeni nailiyyətlər əldə edəcəkdir.