Səudiyyə Kralı və vəliəhdi Azərbaycan Prezidentini təbrik etdiİki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub göndərib.

Avrasiya.net-in məlumatına görə, məktubda deyilir:

"Zati-aliləri, Qardaşım İlham Heydər oğlu Əliyev.

Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Səudiyyə Ərəbistanı Krallığının xalqı və Hökuməti adından, şəxsən öz adımdan Zati-alinizə ən səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram. Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan Respublikasının hökumətinə və xalqına davamlı inkişaf və firavanlıq arzu edirəm".

***

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazirin müavini, müdafiə naziri Məhəmməd bin Salman bin Əbdüləziz Al Səudd da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Vəliəhdin təbrik məktubunda deyilir:

"Zati-aliləri.

Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Sizə ən səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram. Qardaş Azərbaycan Respublikasının hökumətinə və xalqına daha böyük inkişaf və firavanlıq arzu edirəm."
Mingəçevirdə məcburi köçükün özünü asdıMingəçevir şəhərində intihar hadisəsi qeydə alınıb

Kanal32.az xəbər verir ki,hadisə mayın 26-sı təxminən saat 18:00 radələrində avtovağzalın həyətindəki köhnə tikilinin yaxınlığında baş verib.

Belə ki, H.Əliyev prospektindəki “Yeni köçkün qəsəbəsi”,bina 4-də yaşayan, Ağdam rayonundan olan məcburi köçkün 1976-cı il təvəllüdlü Vüqar Nəbiyevin meyiti ağacdan asılmış vəziyyətdə aşkar edilib.

Hadisə yerinə Mingəçevir Polis Şöbəsinin və şəhər prokurorluğunun əməkdaşları gəlib və oraya baxış keçiriblər. Olay yerindən maddi sübut kimi mərhumun özününh asdığı məftil götürülüb.İntiharın səbəbi hələ ki məlum deyil.

Faktla bağlı araşdırma aparılır.
Azərbaycanda daha 132 nəfər koronavirusa yoluxub, 78 nəfər sağalıbAzərbaycan Respublikasında 132 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 78 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Avrasiya.net xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb, serebral ateroskleroz, hipoksik ensefalopatiya və şəkərli diabet xəstəliyi olan 1948-ci il təvəllüdlü vətəndaş vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 4 403 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 2 819 nəfər müalicə olunaraq sağalıb, 52 nəfər vəfat edib, 1 532 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 42 nəfərin vəziyyəti ağır, 56 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 276 338 test aparılıb.

“Azərişıq” ASC-nin üç əməkdaşı güllələnibMasallı rayonunda “Azərişıq” ASC-nin əməkdaşları güllələnib.

“Report”un Cənub Mərkəzinin əldə etdiyi məlumata görə, hadisə rayonun Yeddioymaq kəndində baş verib.

Belə ki, Yeddioymaq kənd sakini 1969-cu il təvəllüdlü Mansur Bəşir oğlu Şahmuradov elektrik enerjisi borcu olduğuna görə onun həyətinə gələn və borcunun ödənməsini istəyən elektrik şəbəkəsi işçiləri ilə mübahisə edib. Heç bir borcunun olmadığını iddia edən abonent M.Şahmuradov evindəki ov silahı ilə "Azərişığ"ın əməkdaşlarına atəş açılıb.

Nəticədə üç nəfər müxtəlif dərəcəli xəsarətlər alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İki nəfərin xəsarətləri yüngül olduğundan ambulator yardım edilib. “Azərişıq” ASC-nin digər əməkdaşı Masallı şəhərində yaşayan, 1983-cü il təvəllüdlü Ramal Sudef oğlu Bağırova isə sol körpücük nahiyəni dəlib-keçən güllə yarası diaqnozu qoyulub. Hazırda yaralı əməliyyatdadır.

Faktla bağlı Masallı Rayon Prokurorluğunda araşdırma aparılır. Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Milli Məclisin qarşısında aksiya - Polisdən AÇIQLAMABu gün Milli Məclisin inzibati binasının qarşısında aksiya keçirilməsinə cəhd olub.

Avrasiya.net xəbər verir ki, polis "Qarabağa azadlıq" şüarı ilə təşkil olunan aksiyanın qarşısını alıb.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri, polis mayoru Elşad Hacıyev Modern.az-a bildirib ki, icazəsiz aksiya keçirməyə cəhd edənlər polis əməkdaşlar tərəfindən ərazidən uzaqlaşdırılıb:

"Saxlanılan yoxdur".
Radikal müxalifət torpaq, Vətən, ailə, ana, dil, millət kimi dəyərlər uğrunda çarpışmağa hazır deyilAnar MƏMMƏDOV,
Milli Məclisin deputatı

Bütün dövlətlərdə olduğu kimi Azərbaycanda, ölkəmizdən kənarda yaşayan vətəndaşlarımız arasında hakim partiyanın, iqtidarın siyasətini bəyənməyən müəyyən qüvvələr var. Yəni, müəyyən qədər müxalifət mövqeyində olan insanlar var. Bu təbii bir prosesdir. Amma məsələ burasındadır ki, Azərbaycandakı iqtidara müxalif mövqe sərgiləyən insanların böyük bir qismi ölkə daxilindəki ictimai-siyasi prosesləri lazımınca bilmirlər. Müxalifət cəbhəsində son durum bundan ibarətdir ki, öz şəxsi ambisiyaları və maraqları naminə milli dəyərlərdən uzaq düşmüş bir qrup xəyanətkar şəbəkə təmsilçiləri ənənəvi qrant üslubunu dəyişərək artıq yeni növ mənəviyyatsız siyasi mübarizə metodunun təbliğinə start veriblər.

Dırnaqarası sözlə desək, təfəkkürü ancaq pula görə hansısa bir məhsul istehsal etmək, təhqir, söyüş, fəaliyyətsizlik, böhtan və qara yaxmaq kimi mübarizə üsulları radikal müxalifətin əsas fəaliyyət prinsipinə çevrilib. Bu istər ölkəmizdə keçirilən seçkilər ərəfəsində, istər yüksək tədbirlər ərəfəsi, istərsə də dünya dövlətlərinin koronavirusla mübarizə apardığı zaman radikal düşərgə təmsilçilərin əsl xislətini açıb ortaya qoyur.

Bu gün dağıdıcı müxalifət ənənəsinə sadiq qalaraq, bütün vasitələrdən istifadə etməklə ölkədə qarışıqlıq yaratmağa çalışır, erməni və ermənipərəst qüvvələrin təsiri altında öz fəaliyyətini davam etdirir. Artıq belələri üçün Vətən, dövlət, xalq, milli-mənəvi dəyərlər kimi anlayışlar çoxdan yadlaşıb. Məqsəd isə birdir-onlara verilən “tapşırıqları” icra etmək, bunun müqabilində “xarici dayılarından” qrantlar qoparmaq…

Şübhəsiz ki, xalq artıq dağıdıcıların bu manevrlərini çoxdan başa düşüb və onların əsl niyyətlərini yaxşı bilir. İstər ABŞ-da, istər Avropada, hətta Rusiyada da bəzi ermənipərəst dairələr yaxşı bilirlər ki, Azərbaycanda “beşinci kolon” rolunu oynayan AXCP-nin sədri Əli Kərimli, “Milli Şura”nın rəhbəri Cəmil Həsənli kimilər sıravi əsgərləri və ordusu olmayan "general" dan başqa bir kəs deyillər.

Vətən, torpaq, dil, din, millət, ana, valideyn, mənlik kimi dəyərlər bizim hər birimiz üçün müqəddəs dəyər sayılmalıdır. Müqəddəs dəyər hesab etdiyimizin uğrunda çarpışmalı, onu qorumağa çalışmalıyıq. Laki bu gün radikal müxalifət cəbhəsində "dəyər" anlayışı çox dar çərçivədə başa düşülür. Çoxları dəyərli olmağı ancaq öz ailəsinə, yaxın adamlarına söz deyilməsinə imkan verməməkdə görür. Bəzi radikal müxalifətçilərdə Avropa psixologiyası o qədər üstünlük tapıb ki, onlar Vətənə qarşı dəyərsiz mövqe sərgiləməyə adət kimi baxırlar.

Müsəlman adətinə görə, torpağı işğal altında olan ölkə müxalifətinin qüruru yol verməli deyildir ki, düşməninə əl verib onunla görüşsün və ya onunla qucaqlaşıb görüşsün. Bu hal ən azı o ölkənin torpağının qorunması uğrunda canlarından keçmiş şəhidlərə ehtiramsızlıq və hörmətsizlikdir. Bu kimi hərəkətlər, azərbaycanlıların adına və nüfüzuna ləkə gətirməkdən başqa bir şey deyil. Lakin sadaladığım bu faktlar bizim radikallara tamamilə yad olan bir məfhumdur. Bu isə radikal müxalifət düşərgəsində müqəddəs dəyərlərin deqredasiyaya uğramasından xəbər verir. Radikal müxalifət təmsilçiləri torpaq, Vətən, ailə, ana, dil, millət kimi dəyərlər uğrunda çarpışmağa hazır deyil. Digər tərəfdən radikal müxalifət öz millətlərinə, xüsusilə radikal müxalifətin rəhbərlərinin əksəriyyəti Azərbaycan millətinə xor baxmağa başlayıb. Onların məqsədləri bir cəbhədə birləşir. Azərbaycanı beynəlxalq aləmdə nüfuzdan salmaq, adi cinayət hadisələrini siyasiləşdirmək, bu hadisəni törədənləri azadlıq "mücahidi" kimi təqdim etməklə Azərbaycan əleyhinə beynəlxalq təşkilatlarda müzakirə etmək üçün faktlar verməyə cəhd edirlər.

Bildiyimiz kimi, ABŞ Dövlət Departamenti indiyə kimi bir ç̧ox qrantlar verirdi. Söz azadlığına, demokratik təsisatlara pul ayırırdı. İndi isə bütün bu maliyyəni dayandırıb. Yalnız cinsi azlıqların müdafiəsi ilə məşğul olan qurumlar istisna təşkil edir. Belə olan təqdirdə isə öz anarxizmini və özbaşınalıqlarını söz azadlığı kimi qələmə verən sapı özümüzdən olan baltalar qəfildən əqidə bağlılığını deyil, sadəcə müəyyən qrup azlıqların müdafiəsi üçün vəkillik etmək sevdasına düşüblər. Bu formada ucuz təbliğat aparmaq isə heç bir siyasi təşkilata başucalığı gətirməz. Təbii ki bu fakt bir daha bizim qeyri-milli ünsürlərin növbəti dəfə sağlam olmayan mənbələrdən qidalanacağının sübutudur.

Azərbaycan xalqı artıq son 20-25 ildir ki, baş verən proseslərdən özü üçün praqmatik nəticələr çıxarıb. Ona görə də mən düşünürəm ki, bunlar nə qədər özlərini müxalifət generalları kimi təqdim etsələr də, xaricdəki düşmənlərimizin dərsləri və təlimatları ilə Azərbaycan dövlətçiliyinin əleyhinə şər-böhtan və təhqirlər yağdıraraq ölkəmizin beynəlxalq nüfuzuna qara yaxmağa çalışsalar da heç nəyə nail ola bilmiyəcəklər. Çünki xalqımız dağıdıcı müxalifətin milli-mənəvi, etik-əxlaqi, ideya-siyasi cəhətdən kasad “liderlərini” birmənalı şəkildə rədd edir.
İcra başçısından götürülmüş testin nəticəsi açıqlandı - Şamaxıda 5 nəfərdə virus aşkarlanıb“Ölkəmizin hər yerində olduğu kimi Şamaxı rayonunda da müvafiq profilaktiki tədbirlər həyata keçirilir”.

Bunu Şamaxı Rayon İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlil sektorunun müdiri Təbriz Qəniyev deyib.

O bildirib ki, bu tədbirlərdən biri də müəssisə və təşkilatların, eyni zamanda icra hakimiyyəti əməkdaşlarının testlərə cəlb edilməsidir:

”Bu testlər keçirilərkən, əməkdaşlarımızdan yalnız birində koronavirus infeksiyasına yoluxma qeydə alınıb. Həmin əməkdaşımız hazırda xüsusi karantin zonasında olan xəstəxanalardan birində yerləşdirilib. Digər əməkdaşlarımız isə sosial izolyasiya rejimində işlərini davam etdirirlər”.

T. Qəniyev qeyd edib ki, icra başçısı Tahir Məmmədov da digər əməkdaşlarla birlikdə koronavirus testindən keçib, testin nəticəsi neqativ çıxıb:

“Ümumilikdə icra hakimiyyəti əməkdaşlarının, icra hakimiyyəti başçısının testinin nəticələri neqativ çıxıb və növbəti testlərdən də keçəcəyik. Hazırda bayram günləri olduğu üçün qeyri-iş günləridir. Amma testin nəticələri neqativ çıxdığı üçün biz işimizi davam etdirəcəyik”.

T.Qəniyev rayonda olan ümumi vəziyyətə də aydınlıq gətirib:

“Rayonda vəziyyət stabildir. Rayonda da testlər mütəmadi olaraq keçirilir. İndiyə qədər rayon sakinlərindən 5 nəfərdə koronavirus infeksiyası aşkarlanıb” (apa).

Qeyd edək ki, Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini Elxan İbrahimov yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub. Elxan İbrahimov xəstəxanaya yerləşdirilib.

Onun ailə üzvlərindən yaxma nümunəsi götürülüb.

Xəstə ilə yaxın təmasda olan şəxslər, o cümlədən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov və İcra Hakimiyyətinin əməkdaşları hazırda özünü izolyasiya qaydalarına uyğun olaraq karantindədir.
“Qızıl ürək” filmi...Bu nağıl yox, gerçəklik filmidir. Həyat gerçəkliyi! İnsanın həyatı və sağlamlığı uğrunda mübarizəyə ürək qoymaq böyük bir SİVİLİZASİYA deməkdir. Mən ayrı sivilizasiya tanımıram, sivilizasiya elə ürəklərdə olur – qızıl ürəklərdə!

İndi baxacağınız film də məhz qızıl ürəkli İNSANların xeyirxah əməlləri barədədir. Bu film uşaqlıqda “göydən düşən almalar”ı nağıl arzular kimi gözlədiklərimizin real və gerçək anlarıdır; bu anlar bizim gələcək nəsillərin sağlam düşüncə və ruhla böyüyəcəklərinə sonsuz inam, iradə, cəsarət, mərdlik və xeyirxahlıq ifadə edən fraqmentlərini göstərir. Hələ bunlar nədir ki! Hələ bu fraqmentlər 11 dəqiqəlik zaman çərçivəsində Heydər Əliyev Fondunun təkcə bir xəstəxanada, bir həftədə və tibbin sadəcə bircə sahəsində gördüyü işlərin fraqmentləridir. Bu bir həyat eşqidir!

O yerdə ki, ağıl və zəka yüksək arzulara, amallara, xeyirxah işlərə yönəlir, o yerdə sivil həyat, sağlam ürək döyünür. O yerdə ki, yorulmaz fəaliyyət, sevgi dolu istəklər əməllərlə gerçəkləşir, şüurun və ruhun əlləri mükəmməlliyə doğru uzanır, o yerdə nəinki səhiyyə, mədəniyyət də, elm də, incəsənət də, din də, sivilizasiyalar arasındakı münasibətlər də sağlamlaşar, gələcəyimizin parlaq şəfəqli günəşi bizim və övladlarımızın üzünə gülümsəyər. Bütün bunları filmə çəksək, bəlkə də 1001 seriyalı möhtəşəm həyat filmi alınar. Ən əsası isə bu film üçün senaristə ehtiyac qalmaz, çünki bu senariolar Azərbaycan insanının qəlbindədi...Qəlbin senarioları isə hər zaman əbədilik nəğməsi oxuyur.

Bu gün milyonlarla insanın qəlbində əbədi bir sevgi heykəli ucaldan Azərbaycanın Birinci xanımı Mehriban Əliyevadır. Yüzlərlə balaca vətəndaşımızın həyatının xilaskarı - elgünlərin, ilkinlərin, orxanların, nigarların, fidanların, fəridlərin, turanların, ərolların, fərhadların, babəklərin, sonaların, gülzarların...göydən gözlədikləri almalarını həyat gerçəkliklərinə çevirən, onların varlıqlarını həyat möcüzəsi kimi özlərinə ərməğan edən Mehriban xanım!

Öz xalqını və dövlətini hər şeydən uca tutan İNSAN! Bayramınız mübarək!

Rəşad Mahmudov,
Milli Məclisin deputatı
İran prezidenti İlham Əliyevi təbrik edibİran İslam Respublikasının Prezidenti Həsən Ruhani Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub göndərib.

İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən Avrasiya.net-ə verilən məlumata görə, məktubda İran prezidenti azərbaycanlı həmkarını, eləcə də Azərbaycan xalqını qarşıdan gələn Azərbaycan Respublikasının Milli bayramı - Respublika Günü münasibətilə, səmimi qəlbdən təbrik edib.

İran prezidenti təbrik məktubunda iki ölkə arasında ortaq tarixi, mədəni və dini dəyərlərə toxunaraq mövcud olan siyasi iradəyə əsaslanaraq göstərilən birgə səylər və dəstəklərin nəticəsində hər iki ölkə tərəfindən xalqlarımızın rifahı və mənafeyi istiqamətində böyük addımların atıla biləcəyinə ümid edib.

H. Ruhani sonda Azərbaycan Prezidenti İlham Əliyevə möhkəm cansağlığı, qardaş Azərbaycan xalqına isə səadət və xoş günlər arzulayıb.
İran prezidenti İlham Əliyevi təbrik edib
Müstəqil Azərbaycan aydın tərəqqi yolunda əzmlə addımlayırRəşad Rəhmanov
YAP Siyəzən Rayon təşkilatının sədr müavini

"Müstəqilliyi elan etmək hər bir xalq üçün, hər bir ölkə üçün tarixi hadisədir, böyük xoşbəxtlikdir. Amma müstəqilliyi yaşatmaq və onu dönməz etmək, sarsılmaz etmək bundan da böyük vəzifədir, bundan da böyük xoşbəxtlikdir".

Ümummilli lider Heydər Əliyev

Azərbaycanda dövlətçilik ənənələrinin formalaşması tarixi min illərlə ölçulsə belə, əlverişli geostrateji mövqedə yerləşən, zəngin təbii sərvətlərə malik ərazidə qurulmuş dövlətlərin tezliklə süquta uğraması da tarixi faktdır. Ötən əsrin əvvəllərində çar Rusiyasında cərəyan edən ictimai-siyasi proseslər, imperiya daxilində bir araya gətirilmiş xalqların azadlıq uğrunda mübarizəyə qalxması Azərbaycana da öz istiqlaliyyətini elan etmək imkanı yaratdı. Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycan torpağında yaranması xalqımızın o dövrdə və o illər ərəfəsində 19-cu əsrin sonunda, 20 əsrin əvvəllərində milli müstəqillik, azadlıq duyğuları ilə yaşaması ilə bağlıdır. O illərdə xalqımızın qabaqcıl şəxsiyyətləri, mütəfəkkir adamları, ziyalıları xalqımızda milli azadlıq, milli müstəqillik duyğularını gücləndirmiş, milli dirçəliş, milli oyanış əhval-ruhiyyəsini yaymış və bunların hamısı məntiqi olaraq Azərbaycan Demokratik Cümhuriyyətinin yaranmasına gətirib çıxarmışdır...

Bu cümhuriyyət, hökumət 23 ay ömür sürmüşdür. Ancaq qısa zamanda çox böyük işlər görülmüşdür. Ən böyük nailiyyət ,tariximizə yazılmış qızıl səhifə ondan ibarətdir ki, çoxəsrlik tariximizdə ilk dəfə Azərbaycan xalqı dövlət müstəqilliyini əldə edə bilmişdir, müstəqillik hiss edə, dərk edə bilmişlər,müstəqil yaşamaq öz taleyinin sahibi olmaq duyğularını dərk edə bilmişlər.

Azərbaycan Demokratik Cümhuriyyətinin yaşadığı dövr çox çətin ,ziddiyyətli,mürəkkəb dövr olmuşdur.Belə bir ağır şəraitdə görülən işlər və sonrakı nəsillərə ,bizə çatan irs ilk Azərbaycan Demokratik Cümhuriyyətinin tarixi əhəmiyyətini gözəl əks etdirir. Məhz bu demokratiya, milli azadlıq müstəqillik əhval-ruhiyyəsi sonrakı dövrlərdə də xalqımızın qəlbində yaşamış və nəhayət, bu əsrin sonunda xalqımızı dövlət müstəqilliyinə gətirib çıxara bilmişdir.
1918-ci ildə yaranmış ilk Azərbaycan Demokratik Cümhuriyyəti bizim milli sərvətimizdir, tariximizin parlaq səhifəsidir. Ondan sonrakı illər, onilliklər də həyatımızın böyük mərhələləridir.

Əgər 20 əsrin əvvəllərində xalqımız müstəqillik yolunda ilk dəfə böyük bir addım atıbsa, 20-ci əsrin sonunda dövlət müstəqilliyinə tam nail olublar.

Dövlət müstəqilliyi bizim əziz nemətimizdir. Cümhuriyyətin süqutundan sonrakı onilliklər ərzində həyata keçirilən repressiyalar, təzyiqlər insanlarımızın istiqlal duyğularına təsir göstərməmiş, imperiyanın antimilli, şovinist siyasəti ilə barışmayan xalqımız müstəqillik uğrunda mübarizəyə qalxmışdır.

Ulu Öndər Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövründə görülən işlər, elm, təhsil, səhiyyə, kadr hazırlığı, sosial, iqtisadi sahələrdə həyata keçirilən məqsədyönlü tədbirlərin uğurlu nəticələri bir neçə on ildən sonra Azərbaycanın müstəqil dövlət kimi mövcudluğuna zəmin hazırladı.1991-ci ilin 18 oktyabrında qüdrətli dövlət xadimi Heydər Əliyevin də əsas təşəbbüskarlarından biri kimi imza atdığı "Azərbaycan dövlət müstəqilliyinin bərpası haqqında Konstitutsiya aktı" ilə ölkəmizin istiqlaliyyəti bütün dünyaya bəyan edildi.

Ulu öndər Heydər Əliyev adını ucaldan ən əsas cəhət bu adın Azərbaycan dövlətçiliyi anlayışının simvoluna çevrilməsidir. Ulu Öndərimiz öz əməlləri ilə hələ sağlığında özünə müstəqil Azərbaycan dövləti kimi əzəmətli və əbədi bir abidə ucaltmışdır. Ümummilli liderimiz Heydər Əliyevin müqəddəs ideallarının artıq reallığa çevrilməsi prosesini izlədikcə zamanında respublikamızın gələcək inkişafı üçün əsaslar hazırlamış ulu öndərimizin şəxsiyyəti ilə qürur duymaya bilmirsən.
Müstəqil Azərbaycan aydın tərəqqi yolunda əzmlə addımlayır
Qürur duyduğumuz ən vacib məqam budur ki,Ulu Öndərimiz həyata keçirdiyi inkişaf kursunun ardıcıllığını təmin etmiş, bu kursun ən layiqli davamçısı möhtərəm prezidentimiz İlham Əliyev bu kursu layiqincə davam etdirir, bu gün iqtisadiyyatdan siyasətə, diplomatiyadan ictimai fəaliyyətə qədər Azərbaycanda həyata keçirilən dövlət quruculuğu prosesinin aktiv iştirakçına çevrilmişdir.

Cənab İlham Əliyev Müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin müəllifi olduğu strateji inkişaf kursunun xalqımız üçün bütün daha böyük nailiyyətlər, qələbələr əldə etmək üçün bütün səylərini ortaya qoymuşdur.Bu gün dövlət quruculuğu prosesi daha böyük dinamizm ,yüksək əzmkarlıqla inkişaf edir ki, bu da xalqımızın sabaha olan inamını daha da artırır.

Cənab Prezidentimiz İlham Əliyevin əzmlə həyata keçirdiyi siyasət Azərbaycanı Cənubi Qafqaz regionunun ən güclü dövlətinə çevirmiş, ölkəmiz iqtisadi inkişaf tempinə görə dünyada rekord göstəricilərə sahib olmuşdur.
Müstəqil Azərbaycanımızın inkişafı, uğurları bizi sevindirir, qürurlandırır, bizi daha aktiv fəaliyyətə sövq edir. Vətənimizin inkişafı, müstəqilliyimizin daimiliyi üçün çaışmalı və bütün işlərində dövlət başçımıza dəstək olmalı, onun ətrafında daha sıx birləşməliyik.

Müstəqil Azərbaycanımın müstəqilliyinin elan edildiyi 28 may Respublika günü münasibəti ilə hamınızı bir daha təbrik edirəm.

Yeni Azərbaycan Partiyasının əsas məqsədi Azərbaycanın xoşbəxt gələcəyi, Azərbaycanın müstəqilliyidir.

Sözümü Ulu Öndərin fikri ilə bitirmək istəyirəm - "Hamımız üçün bir böyük məfhum var: Azərbaycan Respublikası, Azərbaycan xalqı. Bu məfhumun ətrafında hamımız sıx birləşməliyik..."