Ermənistan Rusiyanın tərkibinə qatılır, Qarabağ isə... – ŞokRusiyanın siyasi dairələrində Ermənistanın Rusiya Federasiyasının tərkibinə daxil edilməsi məsələsinə baxılır. Nüfuzlu “Vremya” nəşrinin Rusiyanın diplomatik strukturlarındakı mənbəyə istinadən verdiyi məlumata əsasən, bununla bağlı artıq Ermənistan Prezidenti Armen Sərkisyanın ilkin razılığı alınıb.

N.Paşinyanın isə məsələ ilə bağlı Rusiya lideri Vladimir Putinə “hə” dediyi vurğulanır.

Ermənistanın özündə Rusiya tərkibinə qatılma faktı uzun sürən sosial-iqtisadi böhranla vidalaşmaq imkanı kimi təqdim olunacaq. Eyni zamanda, Azərbaycanın ildən-ilə artan hərbi gücünün təsirini neytrallaşdırmaqdan ötrü başqa yolun olmadığı da qeyd ediləcək.

Güman edilir ki, Ermənistan Rusiyanın tərkibinə Federasiyasının subyektlərindən biri kimi daxil olacaq.

Bu barədə Axar.az-a danışan məşhur rusiyalı tarixçi-qafqazşünas, politoloq Oleq Kuznetsov bildirib ki, bu halda Kreml işğal olunmuş torpaqları Azərbaycana qaytaracaq.

“Kreml həmişə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib, buna görə də heç vaxt işğal edilmiş Qarabağın və ətraf rayonların Azərbaycan torpaqlarının ilhaqına getməyəcək. Onsuz da Moskvanın Krım və Ukraynanın şərq vilayətləri ilə (Luqansk, Donetsk) bir çox problemləri var”, - deyə müsahibimiz bildirib.


"Dünyanın aparıcı dövlətləri və şirkətləri Azərbaycanla əməkdaşlıq etməkdə maraqlıdır"Bunu Avrasiya.net-ə Milli Məclisin deputatı Anar Məmmədov bildirib.

Deputat bildirib ki, ölkəmiz hər zaman yeni texnologiyalara və innovasiyalara açıq və hazırdır: "Cənab Prezident İlham Əliyevin bu istiqamətdə ən aparıcı şirkətlərin rəhbərləri ilə şəxsən özünün görüşməsi əslində bunun ən bariz nümunəsidir. Bir neçə gün bundan öncə ölkə başçısının videokonfrans şəklində dünyanın nüfuzlu şirkətlərindən olan “Signify”nin (əvvəlki adı “Philips Lighting”) rəhbərləri ilə görüşü onu deməyə əsas verir ki, cənab Prezident koronavirus pandemiyası şəraitində belə ölkənin iqtisadiyyatının dayanıqlılığının təmin olunması üçün səylərini əsirgəmir".

A. Məmmədov vurğulayıb ki, məlum məsələdir ki, yaşadığımız dövr daha çox elmin və texnikanın sürətli inkişafı, yeni texnologiyaların, elmi və praktiki innovasiyaların, informasiya-kommunikasiya texnologiyalarının inkişafı ilə səciyyələnir. Artıq uzun müddətdir ki, qlobal səviyyədə yeni reallıqlar və çağırışlar var. Dövlətlərin bu çağırışlarla ayaqlaşması isə birbaşa yeni texnologiya və innovasiyaların tətbiqindən asılıdır. Ölkə başçısının keçirdiyi son videokonfrans məhz Azərbaycanın bu çağırışlara adekvat reaksiya verməsinə hesablanır: "Dünyanın nüfuzlu şirkətlərindən olan, 1891-ci ildə yaradılan “Signify” dünya bazarında özünü kifayət qədər tanıda bilib. 74 ölkədə fəaliyyət göstərən və 140 ölkədə xidmət və məhsul satışı həyata keçirən şirkətin rəhbəri ilə keçirilən videokonfrans bundan əvvəlki görüşlərin davamı kimi qiymətləndirilə bilər. "Signify" şirkəti öz sahəsində dünyanın ən aparıcı şirkətlərindən biridir. Bu şirkətin istehsalatda əsas prinsipləri mümkün qədər qənaətcil və ekoloji cəhətdən səmərəli məhsul və xidmətlər təqdim etməkdir. Bu iki prinsip Azərbaycan dövləti üçün də prioritet olduğu üçün əlverişli əməkdaşlıq mühiti var".

Deputat bildirib ki, görüşdə Prezident İlham Əliyevin çıxışında diqqət çəkən əsas məqamlardan biri odur ki, vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması üçün Azərbaycan dövləti ən müasir texnologiyaların tətbiqində qətiyyətlidir. Və elə cari ildən biz bunun müsbət nəticələrini görəcəyik. Digər əsas məqamlardan biri də "Signify" şirkətinin COVID-19 virusu ilə mübarizə sahəsində müasir texnologiyalar üzərində iş aparmasıdır. Şirkət rəhbəri açıq şəkildə bu sahədə Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu bəyan etdi. Əslində pandemiya ilə mübarizədə indiyədək örnək model ortaya qoymuş Azərbaycanla bu sahədə əməkdaşlığın məntiqi əsası var. Prezident İlham Əliyevin rəhbərliyində Azərbaycan dövləti pandemiyadan Azərbaycan xalqının ən az itkilərlə çıxması üçün bütün lazımi tədbirləri görüb. İnsanların sağlamlığının qorunması üçün böyük iqtisadi itkilərin gözə alınması əslində dövlətin öz vətəndaşına verdiyi dəyərin göstəricisidir:

"Zənnimcə, şirkətin Azərbaycanla əməkdaşlıq etməsinə can atmasında Azərbaycanın etibarlı tərəfdaş kimi böyük nüfuzu və ölkədəki münbit investisiya mühiti böyük rol oynayır. Çünki Azərbaycan həm siyasi, həm iqtisadi baxımından riskli ölkə deyil, eyni zamanda, investisiya yatırılması üçün əlverişli şəraitə və mənbəyə malikdir".
Rusiyadan sensasiyalı proqnoz: ABŞ Çində vətəndaş müharibəsi törədəcəkABŞ-Çin münasibətləri koronavirus pandemiyası fonunda “soyuq müharibə” vəziyyətini xatırladır. Qarşılıqlı ittihamlar və təhdidlər davam etməkdədir. Sonuncu dəfə ABŞ Çini COVİD-19 pandemiyasına qarşı vaksini oğurlamağa cəhddə ittiham etdi. Prezident Donald Trampın müşaviri Robert O'Brayn iddia edir ki, koronavirusa qarşı vaksini ilk ABŞ hazırlayacaq və istisna deyil ki, Pekin bu vaksini Vaşinqtondan oğurlamağa çalışa bilər. Çin Xarici İşlər Nazirliyi səviyyəsində bu iddiaları əsassız adlandırdı.

Publika.az xəbər verir ki, rusiyalı politoloq Fyodor Lukyanov ABŞ-Çin münasibətlərini siyasi manevrlərdən silahlı qarşıdurmaya doğru getdiyini hesab edir.

Onun fikrincə, Tayvan bu prosesdə əsas nöqtədir və ABŞ Çinlə Tayvan arasında silahlı toqquşmanı yarada bilər.

“Çin və ABŞ arasında ayrılma dövrü çoxdan başlayıb. Pandemiya sadəcə olaraq bu prosesi sürətləndirdi. Buna görə də müharibə ritorikasının kəskinləşməsini görürük. İndi səbəb hələki pandemiyadır, amma sonrakı dövrdə bunun müxtəlif səbəbləri ortaya çıxacaq. Mahiyyət isə eynidir - ABŞ və Çin kəskin mübarizə mərhələsinə keçir, hər şeydən öncə bu, ticarət-iqtisadi rəqabəti gücləndirəcək”, - deyə Lukyanov bildirib.
Məhəmmədəli Qəriblidən Aslan İsmayılova mesaj - Narahat olmasın, cavabını alacaq...Tanınmış jurnalist Məhəmmədəli Qəribli sosial səhifəsində ötən gün vəkil Aslan İsmayılovun saytların birində onun haqqında işlətdiyi ifadəyə cavab verib.

- Azərbaycan cəmiyyətinin üz qarası olan, Azərbaycan Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə 3 dəfə məhkum edilmiş, əvvəlki adı Allaverdi olan, sonra adını dəyişib Aslan qoyan, Sumqayıt hadisələrində prokuror olduğu işdə ermənilərin deyil, azərbaycanlıların gülələnməsini tələb edən, Azərbaycandakı "yumurta işi"ndə erməni əsilli iş adamlarının hüquqlarını qoruyan, vəkillikdən qovulan, etdiyi nalayiq hərəkətlərə görə hətta məşq etdiyi idman zalına belə buraxılmayan Aslan İsmayılov adlı şəxs öz səhifəsində bir neçə jurnalisti öz əxlaqına uyğun olan formada təhqir edib.

Onun təhqirinə və böhtanlarına tuş gələnlərdən biri də mənəm. Bayram günləri olduğu üçün, istirahətimi yarımçıq qoyub ona dərhal cavab yazmadım. Demokratiyadan dəm vuran bu adam təhqir və şantaj vasitəsi kimi istifadə etdiyi səhifəsində onun yazdıqlarına cavab verməyə şərait yaratmır.

Narahat olmasın, bu gün layiq olduğu ətraflı cavabını alacaq. Səhifəmi izləyin. Aslanın böhtanlarını tirajlayan saytların rəhbərləri ilə də əlaqə saxlamışam. Həmin saytlarda da cavab haqqımı tanıyacaqlar.
Misirdə Azərbaycan diasporunun bəyanatı geniş şəkildə dərc olundu“Vətənpərvər” - Azərbaycanın Misirdəki Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirovun, Dağlıq Qarabağda keçirilən qeyri qanuni "seçkilərlə" bağlı, Misirin geniş oxucu kütləsinə malik olan xəbər saytlarında bəyanatı dərc olunub.

Bəyanatda deyilir: Misirdə Azərbaycan diasporu, Ermənistan ordusu tərəfindən işğal olunmuş, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində keçirilən son qanunsuz "seçkiləri" tanımadığı üçün, qardaş Misir Ərəb Respublikasına təşəkkür edir. Dünyanın koronavirus pandemiyası ilə mübarizə apardığı bir dönəmdə və bütün beynəlxalq təşkilatlarının çağırışlarına məhəl qoymayan işğalcı ermənilər, bu ayın 21-də azərbaycanlıların qəlbində özünəməxsus yeri olan Şuşa şəhərində andiçmə mərasimi keçiriblər. Beynəlxalq qanunlara zidd olaraq təşkil olunmuş bu mərasim, münaqişənin dinc yolu ilə həllinə göstərilən səylərə böyük zərbə vurmuşdur.

Dünyanın bir çox dövlətləri, o cümlədən Avropa İttifaqı, ATƏT, NATO, İslam Əməkdaşlıq Təşkilatı, GUAM, kimi beynəlxalq təşkilatlar, eləcə də görkəmli şəxsiyyətlər bu “seçkiləri” şousunu pisləyərək Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini bəyan etmişdir.

Seymur Nəsirov bəyanatda həmçinin, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası, Avropa Birliyi, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlar, Ermənistan ordusunun işğal etdiyi Azərbaycan torpaqlarından dərhal çıxarılmasını tələb edən qətnamələrin də olduğunu qeyd edir.

Sonda birliyin sədri, Misirin müstəqil Azərbaycan Respublikasını tanıyan ik ölkələrdən olduğunu da bildirərək, Azərbaycan diasporu adından Misir xalqına dərin minnətdarlığını bildirmişdir.

https://www.albawabhnews.com/4028427
https://www.elwathiqa.com/571
http://www.shbabalnil.com/%d8%a7%d9%84%d8%ac%d8%a7%d9%84%d9%8a%d8%a9-%d8%a7%d9%84%d8%a3%d8%b0%d8%b1%d8%a8%d9%8a%d8%ac%d8%a7%d9%86%d9%8a%d8%a9-%d9%8a%d8%ab%d9%85%d9%86-%d9%85%d9%88%d9%82%d9%81-%d9%85%d8%b5%d8%b1-%d9%81%d9%8a/?fbclid=IwAR01WucN_FDonouO-temwhZH9IzQ0uu9OXVV-oOIoRb3WqKjXs3VWeE-69o
Deputatla professor arasında böyük qalmaqal – Sərt ittihamlarAzərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, professor Kamil Vəli Nərimanoğlu ilə deputat Fazil Mustafa arasında gərginlik yaşanıb.

Yenisabah.az xəbər verir ki, buna səbəb deputat Etibar Əliyevin sosial şəbəkədə Rusiya əsilli ABŞ şairi, Nobel mükafatı laureyatı İosif Brodski haqqında yazdığı status olub.

Kamil Vəli Nərimanoğlu İosif Stalinin Brodskini mühacirətə yolladığını qeyd edib. Lakin ona Stalin dünyasını dəyişəndə Brodkinin 13 yaşı olduğu xatırladılandan sonra yazdıqlarına düzəliş edib.

Bu zaman Fazil Mustafa professoru tənqid edib.

“İndiyədək bir orijinal mətnə sahib olmayan bu savadsız "professor" həmişə bu cür səviyyəsiz atmacalarla müzakirələrə qatılaraq bir düşüncə adamı olduğunu qabartmağa çalışır. İnanın ki, Brodskinin bir misrasını belə anlayacaq zəkaya sahib deyil”, - deyə deputat bildirib.

Kamil Vəli Nərimanoğlunun deputata cavabı sərt olub: “Sən mənim ikinci, üçüncü dərəcəli tələbələrimin də əlinə su tökə bilməzsən. Sən adi diletantsan, bu ayıb deyil, satqın olmaq cox böyük ayıbdır. Qulağında sırğa olsun. Rəhmətlik Elçibəyin sənin kitabın haqqında müzakirədə dediyi sözü və rəhmətlik Fuad Qasımzadənin dediyi sözləri yazmıram. Dad yarımçıq əlindən. Bir gün gələcək satdığın əqidə dostlarının qabağında diz çöküb ağlayacaqsan. İnşallah. Fetoçu dostlarından da yazmıram. Mənə yaraşmaz. Get işinlə məşgul ol”.

Fazil Mustafa professorun bu yazdığını da cavabsız qoymayıb: “Kamil Vəli, sən kiməsə dərs deyə bilərsən, ancaq sənin tələbən ola bilməz. Çünki savadsız və rüşvətxor adamın tələbəsi olmur. Universitetə xeyli özün kimi savadsızın rüşvətlə qəbul olmasında roluna görə səni hərəkat vaxtı tələbələr yaxına buraxmırdılar. Yalnız Əbülfəz bəyin xahişindən sonra sənə salam vermək əziyyətinə qatlandıq. Azərbaycan dilçiliyində Dəmirçizadənin, Şirəliyevin, Ağamusa Axundovun tələbəsi ola bilər, Kamil Vəlinin yox. Azərbaycan tarixində adının qarşısına Kərbəlayi sözünü yazan yeganə professor-saxtakarsan. Oradan-buradan köçürdüyün mətnlərlə özünə alim də deyə bilərsən, ancaq bütün titullarını məhz həyatının təməl fəlsəfəsinə çevrilmiş "girmək"lə əldə etmisən. Bizim hakimiyyətdə yeganə adam oldun ki, vəzifəni qoruyub saxlamaq üçün hər vasitəyə əl atdın və bütün vasitələrlə H.Əliyevə yaltaqlanmağa çalışdın ki, vəzifədə saxlasın. O, isə birinci səni qovdu. Satqınlığın təməlini orada qoymusan. İnşallah, bir fürsət olar, hansısa debatda sənin savadsız, əsərləri plagiat və əqidəsiz bir kimlik olduğunu çox rahatlıqla ortaya qoyaram”.



Bakıda onlayn narkotik satmaq istəyən qardaşlar tutulduDaxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat nəticəsində ölkə ərazisinə gətirilən külli miqdarda yüksək təsiredici xassəyə malik narkotik vasitələrin və psixotrop maddələrin "qara" bazarda satılmasının qarşısı alınıb.

Bu barədə Avrasiya.net-ə Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Baş İdarə əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini Aqil Salmanov Nərimanov rayonunda saxlanılıb.

Onun üzərində şəxsi axtarış aparılan zaman 1 kq-am 98 qram narkotik vasitə heroin və 519,789 qram psixotrop maddə metamfetamin aşkar olunaraq götürülüb.

Əməliyyat tədbirlərinin davamı olaraq məlum olub ki, ona narkotik vasitələri satmaq məqsədi ilə qardaşı, əvvəllər məhkum olunmuş Kamil Salmanov tərəfindən verilib. Baş İdarənin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı o da tutularaq məsuliyyətə cəlb edilib. Hər iki qardaşın Nərimanov rayonunda yaşadıqları evə baxış zamanı 12 kiloqram 360,737 qram heroin, 2 kq 277,334 qram metamfetamin və 1 ədəd elektron tərəzi, həmçinin evə baxış zamanı Salmanov qardaşlarına məxsus 3 ədəd tapança, 2 ədəd patron darağı və 24 ədəd patron aşkar olunaraq götürülüb. Bu əməliyyat nəticəsində isə Baş İdarənin əməkdaşları tərəfindən 17 kq-dan artıq narkotik vasitə və psixotrop maddənin qanunsuz dövriyyəyə buraxılmasının qarşısı alınıb.

Araşdırma zamanı müəyyən olunub ki, Kamil Salmanov bir müddət əvvəl hələlik adı istintaqa məlum olmayan İran vətəndaşının tapşırığı ilə qanunsuz yollarla Azərbaycan ərazisinə keçirilən külli miqdarda narkotik vasitə və psixotrop maddəni Bakı şəhəri Yasamal rayonu ərazisində qəbul edib. Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxslər narkotik vasitələri paytaxtın müxtəlif nöqtələrinə qoyaraq həmin yerlərin şəklini çəkib votsap anı mesajlaşma şəbəkəsi vasitəsi ilə İran vətəndaşına göndəriblər. Onlayn yolla müştərilər pulu iranlının hesabına yükləyəndən sonra isə narkotik vasitələrin yerləşdirildiyi məkanların şəkilləri onlara ötürülüb

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, Aqil və Kamil Salmanovlar tutularaq istintaqa təqdim olunub. Cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
İrəvanda korona şoku: xəstəxanalar dolduHazırda koronavirus xəstələrinin müalicəsinə imkan verən reanimasıyalardakı ümumi 186 yerdən 154-ü dolub. Bizim cəmi 32 boş yerimiz qalıb.

Axar.az xəbər verir ki, bu sözləri Ermənistanın Səhiyyə naziri Arsen Torosyan Feysbuk hesabında bildirib.

O bildirib ki, koronavirusa yoluxanlar içərisində 230 ağır, 52 nəfər həddən artıq ağır xəstə var.

Qeyd edək ki, Ermənistan koronavirusa yoluxmaya görə Qafqaz ölkələri arasında liderliyə yüksəlib. Yalnız bu gün rekord həddə - 452 nəfər koronavirusa yoluxub. daha 6 nəfər ölüb.

Ermənistanda ümumilikdə yoluxanların sayı 7113, ölənlərin sayı isə 81-dir.
Prezident və birinci xanım Şamaxıda Pirsaat Baba ZİYARƏTGAHINDAAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 25-də Şamaxı şəhərində Pirsaat Baba ziyarətgahının yenidən qurulması çərçivəsində görülən işlərlə tanış oldular.

Avrasiya.net xəbər verir ki, Prezidentin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanıma tikinti-bərpa və yenidənqurma tədbirləri barədə məlumat verdi.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə yenidən qurulan Pirsaat Baba ziyarətgahı bütün ölkə əhalisinin ziyarət etdiyi müqəddəs ocaqlardan biridir və hər gün buraya yüzlərlə zəvvar gəlir. Burada yeni avtomobil dayanacağı, mərasim zalları və digər yerlər inşa olunacaq.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Pirsaat Babanın məzarını ziyarət etdilər.
Prezident və birinci xanım Şamaxıda Pirsaat Baba ZİYARƏTGAHINDA
Prezident və birinci xanım Şamaxıda Pirsaat Baba ZİYARƏTGAHINDA
Prezident və birinci xanım Şamaxıda Pirsaat Baba ZİYARƏTGAHINDA
İlham Əliyev Şamaxıda TAPŞIRIQ VERDİAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 25-də Şamaxı rayonuna ayrılan nəqliyyat vasitələri və xüsusi texnikalara baxdılar.

Avrasiya.net xəbər verir ki, sərnişindaşımanın lazımi səviyyədə təşkili üçün rayona 10 sərnişin avtobusu ayrılıb, bundan əlavə, kommunal təsərrüfat texnikaları da alınıb. Həmçinin təcili tibbi yardım avtomobilləri və digər ağır texnika da rayonun ixtiyarına verilib.

Prezident İlham Əliyev ölkənin başqa şəhərlərinin də belə texnika və nəqliyyat vasitələri ilə təchizatını təşkil etmək üçün təkliflər hazırlanması barədə tapşırıq verdi.
İlham Əliyev Şamaxıda TAPŞIRIQ VERDİ