Rusiyada Azərbaycan vətəndaşını vəhşicəsinə QƏTLƏ YETİRDİLƏRRusiyanın Sankt-Peterburq şəhərində şirkət rəhbəri 33 yaşlı Azərbayan vətəndaşını qətlə yetirib.

Hadisə şəhərin Vıborq rayonunda baş verib.

Mayın 23-də kommersiya firmasının direktoru "Təcili yardım”a zəng vurub və xəbər verib ki, onun Asafyev küçəsindəki mənzilində bıçaqla öldürülmüş kişi meyiti var. Tibb işçiləri ilə birlikdə hadisə yerinə polislər də gəlib. Mənzildə Azərbaycan vətəndaşının döş qəfəsində kəsilmiş-deşilmiş yaralar, başında şiş olan meyiti aşkarlanıb.

Həmin gün biznesmen qətli törətdiyini etiraf edib. Tikinti-montaj fəaliyyəti ilə məşğul olan firmanın rəhbəri deyib ki, az əvvəl mənzilində qəfildən başlamış mübahisə zəminində azərbaycanlını qətlə yetirib. Müstəntiqlər qətlə yetirilən şəxsin dişlərinin sındırıldığını da müəyyən ediblər və hadisə yerindən onun 7 sınmış dişini, habelə cinayətdə istifadə olunan bıçağı tapıblar.

Xəbər verilir ki, hadisəni törədən biznesmen 2000-ci ildə qanunsuz silah-sursat saxlamağa görə cinayət məsuliyyətinə cəlb olunub, lakin onun barəsində işə xitam verilib. 2020-ci ilin martında isə direktordan oğurluq işi üzrə cinayət işi çərçivəsində başqa yerə getməmək barədə iltizam alınıb. / Virtualaz.org
Saakaşvili Gürcüstana qayıdacaq - Müxalifət liderindən AÇIQLAMAHəbsdən yenicə azad edilmiş, "Avropalı Gürcüstan" partiyasının liderlərindən biri olan Gigi Ugulava Mixeil Saakaşvilidən danışıb.

Publika.az Gürcüstan mətbuatına istinadla xəbər verir ki, Ugulava Saakaşvilinin Ukraynada vəzifəyə təyin olunmasına öz münasibətini bildirib. O qeyd edib ki, bir Gürcüstan vətəndaşı kimi, ölkənin sabiq prezidentinin uğuru onu çox sevindirir.

Ugulava həmçinin Bidzina İvanişvili ilə Saakaşvilini müqaisə edib:

"İvanişvili bu gün Gürcüstan siyasətinin ən böyük problemidir, Buna baxmayaraq onun ölkədə uzunmüddətli siyasətçi rolu aparması üçün siyasi resursları yoxdur, ancaq bundan fərqli olaraq Saakaşvilinin Gürcüstan siyasətində böyük siyasi resursları və təcrübəsi var. İvanişvilidən fərqli olaraq o, ölkədə daha uzun müddətli siyasi sima olaraq qalacaq" - deyə Ugulava bildirib.

Bundan başqa, müxalifət lideri Mixeil Saakaşvilinin Gürcüstana qayıdacağını da qeyd edib:

"Gürcü Arzusu deyir ki, əgər hakimiyyətdə biz olmasaq, Saakaşvili olacaq, Təbiidir ki, Saakaşvili Gürcüstana mütləq qayıdacaq", - deyə Ugulava bildirib.
Ramazan bayramı münasibətilə İcra hakimiyyəti bayram sovqatı paylayıb - FOTOLAR11 ayın soltanı olan Ramazan bayramında Ölkə Prezidenti, Heydər Əliyev Fondu və Yardımlı rayon İcra Hakimiyyəti, rayonda yaşayan aztəminatlı ailələri, Şəhid ailələrini və Milli Qəhrəman ailələrini həmişə olduğu kimi yaddan çıxarmadı. Bu ailələr daim dövlətin diqqət və qayğısı ilə əhatə olunub.

Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev cənablarının xüsusi tapşırığı əsasında və Heydər Əliyev Fondunun dəstəyi ilə, eyni zamanda rayon icra hakimiyyətlərinin təşəbbüsü ilə respublikada yaşayan şəhid və Milli Qəhrəman ailələrinə, o cümlədən də tənha və aztəminatlı ailələrə bayram günlərində ərzaq sovqatları paylanmaqdadır.
Ramazan bayramı münasibətilə İcra hakimiyyəti bayram sovqatı paylayıb - FOTOLAR
Ötən gündən başlayaraq Yardımlı rayonunda da Ölkə Prezidentinin tapşırığı əsasında Yardımlı rayon icra hakimiyyəti və Heydər Əliyev Fondu tərəfindən rayonda yaşayan Şəhid və Milli Qəhrəman ailələrinə, həmçinin tənha və aztəminatlı yardıma ehtiyacı olan ailələrə Ramazan bayramı münasibətilə bayram sovqatları paylanıb.

Daim dövlətin diqqət və qayğısında olan Yardımlı rayonunun şəhid və Milli Qəhrəman ailələri, o cümlədən tənha və aztəminatlı ailələr, onlara diqqət və qayğı göstərən, bayram günlərində onları yaddan çıxarmayan Ölkə Prezidentinə, Ölkənin Birinci Vitse Prezidentinə, Heydər Əliyev Fonduna və Yardımlı rayon İcra Hakimiyyətinin Başçısına təşəkkür və minnətdarlıqlarını bildiriblər.
Ramazan bayramı münasibətilə İcra hakimiyyəti bayram sovqatı paylayıb - FOTOLAR
Bayram sovqatları ailələrə təqdim olunan zaman rayon icra hakimiyyətinin nümayəndələri Ölkə Prezidenti və Birinci Vitse Prezident adından, həmçinin rayon icra hakimiyyəti adından ailələri Ramazan Bayramı münasibəti ilə təbrik ediblər, onların daim dövlətimizin diqqətində olduğunu ifadə ediblər.
Ramazan bayramı münasibətilə İcra hakimiyyəti bayram sovqatı paylayıb - FOTOLAR
Ramazan bayramı münasibətilə İcra hakimiyyəti bayram sovqatı paylayıb - FOTOLAR
Ramazan bayramı münasibətilə İcra hakimiyyəti bayram sovqatı paylayıb - FOTOLAR
Azərbaycanda 140 yeni yoluxma qeydə alındı - 101 nəfər sağaldıAzərbaycan Respublikasında 140 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 101 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumata görə, hazırkı dövrədək ölkəmizdə 4122 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.

Onlardan 2607 nəfər müalicə olunaraq sağalıb, 49 nəfər vəfat edib, 1466 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 47 nəfərin vəziyyəti ağır, 58 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 270.739 test aparılıb.
Azərbaycanda bu kənd nəzarətə götürüldüAzərbaycanın regionlarında xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən bəzi məhdudiyyətlər aradan qaldırıldıqdan sonra bir-neçə rayonda infeksiyaya yoluxma hallarında artım müşahidə olunub.

Avrasiya.net Report-a istinadla xəbər verir ki, Kürdəmir rayonunun Sığırlı kəndində təkcə son iki gündə 12 nəfərin koronavirus testi müsbət nəticələnib. Onların içərisində 1 yaşlı uşaq da var.

Kürdəmir Rayon İcra Hakimiyyəti, Kürdəmir Rayon Polis Şöbəsi, mərkəzi xəstəxana, Gigiyena və Epidemiologiya şöbəsinin əməkdaşları Sığırlı kəndində olublar. Sakinlərdən elə yerindəcə yaxma analizləri götürülüb.

Onlara zərurət olmadığı halda evdən bayıra çıxmamaq, tibbi maskalardan və əlcəklərdən istifadə etmələri tövsiyə edilib.

Bundan başqa rayonun digər ərazilərində də bu kimi tədbirlərin mütəmadi keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Kürdəmir rayonu üzrə bu günə kimi 54 yoluxma faktı qeydə alınıb. Onlardan 16 nəfəri sağalıb.
Usubovun qəzaya düşən bacısı dünyasını dəyişdiBir neçə gün əvvəl Gəncə şəhərində yol-nəqliyyat qəzası nəticəsində ağır xəsarət alan Baş Prokurorun sabiq birinci müavini Rüstəm Usubovun bacısı Səidə Novruzova vəfat edib.

Avrasiya.net Gununsesi.org-a istinadən xəbər verir ki, Mərkəzi Klinik Xəstəxananın Gəncədəki Korpusuna yerləşdirilən Səidə Novruzova bir neçə gün koma vəziyyətində qalıb.

Onu da qeyd edək ki, Səidə Novruzovanın qızı da eyni qəzada yaralanıb. Onun həyatı təhlükəsi yoxdur.

Allah rəhmət eləsin!
Erməni qabağından qaçanlar indi savaş istəyir - DeputatAvrasiya.net Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin müsahibəsini təqdim edir:

-Qüdrət bəy, internet üzərindən bir qrup şəxs Prezidenti və ordumuzun generallarını tənqid və bəzən isə ədəbsizlik edərək təhqir edirlər ki, niyə Paşinyanın Şuşaya səfərinin qarşısı alınmadı? Paşinyanın səfərinin qarşısını almaq olardımı?

-Əlbəttə olardı, amma bu, yeni müharibənin başlanması olacaqdı. Mən əvvəllər də söyləmişdim ki, yeni müharibəyə başlayana qədər diplomatik, iqtisadi və ordu quruculuğu sahəsində ciddi işlər görməliyik.

-Müharibə istəyənlər Siz dediklərinizi görmürlərmi?

-Sözsüz ki, görürlər. Vəziyyətin mürəkkəbliyini başa düşməyən müəyyən qism vətənpərvər insanlar, azsaylı gənclər istisna olmaqla, digərləri müharibə çağırışları ilə iqtidarı, nəticəsi ölkəmiz üçün çox acınacaqlı ola biləcək müharibəyə sürükləmək istəyirlər. Ermənin qabağından qaçıb Qarabağı müdafiəsiz qoyan “Surətin uşaqları”ndan qorxub hakimiyəti təhvil verənlər indi Ermənistana savaş açmağımızı istəyirlər. Həm də çox gözəl başa düşürlər ki, Qarabağ savaşındakı ağır məğlubiyyətdən və alçaldıcı atəşkəs sazişindən sonra regionda çox şey dəyişməyib. O zaman necə tək idiksə indi də təkik. Vəziyyətimiz torpaqları bizim kimi işğal olunmuş keçmiş sovet respublikaları olan Ukraynadan, Moldovadan və qonşu Gürcüstandan daha ağırdır. Çünki Qərb həmin dövlətlərin üzləşdiyi ölkələrin ərazi bütövlüyü çərçivəsində həllini dəstəkləsə də Azərbaycana münasibətdə bu mövqedən çıxış etmir.

Bu gün ölkəmizdə hakimiyyət ehtirası ilə alışıb yanan, iqtidardakılardan qisas almaq üçün hər cür xəyanətə hazır olan, xaricdən idarə olunan çoxlu insanlar var. Onların çoxu fikirləşir ki, müharibə başlasa, Ermənistan müttəfiqlərinin köməyi ilə Kür çayına qədər torpaqlarımızı işğal edər və onlar da bundan istifadə edib hakimiyyəti dəyişərlər. Çünku birinci savaşdan xalqımızın gücünə, müsəlman dövlətlərin qeyrətinə bələddirlər, onu da bilirlər ki, başlayan kimi müsəlman dövlətlərdən fərqli olaraq inkişaf etmiş xristian Qərb ölkələri Azərbaycana sanksiyalar tətbiq edib, Ermənistana kömək edəcəklər. Həm də təkcə onlar yox, bəzi riyakar müsəlman dövlətləri də. Bunu bildiklərindən, ictimai təzyiqlərə baxmayaraq özləri Azərbaycan Avropa Şurasına üzv olarkən müxalifət partiyaları kimi münaqişənin sülh yolu ilə həllinə dair üzərilərinə götürdükləri öhdəlikdən, hakimiyyət iddialarına Qərbin gələcəkdə ola biləcək dəstəyi naminə imtina etmirlər. İndi belələrinin iqtidarı müharibənin yenidən başlanmasına yol açacaq addımlar atmağa çağırması sadəcə ikrah doğurur. Bu gün biz müharibə barədə yox, sadəcə “birinci savaşdan sonra niyə vəziyyəti dəyişə bilməmişik və bundan sonra nə etməliyik ki, torpaqlarımız daha 30 il işğal altında qalmasın” mövzusunda siyasi müzakirələr açmalıyıq. İqtidarın siyasi partiyalarla başlatdığı dialoq çərçivəsində ilk müzakirəyə çıxaracağımız mövzu bu olmalıdır.

-Qüdrət bəy, Qarabağda savaş başlayarsa doğrudanmı ermənilər Kürə qədər torpaqlarımızı işğal edə bilər?

-Bir vaxtlar kimsə inanmazdı ki, İrəvan xanlığının paytaxtı İrəvan şəhəri nə vaxtsa Ermənistanın paytaxtına, yaxud Zəngəzur, Göyçə mahalı Ermənistanın ərazisinə çevrilə bilər. Elə 90-cı illərin əvvəllərində də kimsə inanmırdı ki, Qarabağla yanaşı ətrafındakı 7 rayonumuz da işğal oluna bilər. Ona görə də regionun böyük dövlətləri ilə razılaşmadan, ciddi müttəfiqlər tapmadan, güclü peşəkar ordu və rəqabətə davamlı bazar iqtisadiyyatı qurmadan müharibəyə başlamaq olmaz. Bu dəfə də döyüşü uduzsaq, bizi kapitulyasiyaya məcbur edəcəklər. O zaman yəqin ki, Ermənistanın paytaxtı Şuşa olacaq.

-Bəzi radikallar, qeyd etdiyiniz islahatların heç birini indiki iqtidarın həyata keçirməyəcəyini söyləyir, ona görə də Qarabağı azad etmək üçün ilk növbədə Bakıda hakimiyyətin dəyişdirilməsini zəruri sayırlar. Onlar deyirlər ki, torpaqlarımızın 20 %-ni ermənilər, 80%-ni isə Əliyevlər işğal edib. Əgər radikalların dediyi kimi iqtidar güclü iqtisadiyyat və peşəkar ordu qurmasa, biz də məğlubiyyətdən qorxub müharibə etməsək Qarabağ işğal altındamı qalmalıdır? Yoxsa biz radikalların dediyi kimi hakimiyyətimi dəyişməliyik?

-İlk öncə onu söyləyim ki, Əliyevlər Azərbaycanın 80%-ni işğal etməyiblər, Azərbaycan dövlətçiliyini qoruyub saxlayıblar. 20% torpaqlarımızı da işğaldan azad etmək imkanları var. Əgər biz region dövlətlərinin razılığını ala bilsək indiki iqtisadi və hərbi gücümüzlə də torpaqlarımızı azad edə bilərik. Yox, diplomatik sahədə buna nail ola bilməsək, güclü iqtisadiyyat və güclü peşəkar ordu qurmadan müharibəyə başlamaq olmaz. İqtidar bu istiqamətdə dərin islahatlara getməyəcəksə həm xalqımızla, həm iqtidarla işləməklə bunu qaçılmaz etməliyik. Hazırda hakimiyyət dəyişikliyi həm real deyil, həm də ölkəmizi fəlakətə uğradar. Ona görə də nə qədər vaxt alsa və çətin olsa da, Qarabağdakı rejimi heç bir dövlətin tanımaması ilə özümüzə təskinlik verib, gəncliklə yorulmadan işləməli və səbrlə gözləməliyik ki, məğlubiyyətin sındırmadığı, vəzifə və var-dövlət naminə “lal, kar, kor” olmayan, işğalla barışmayan gənc nəsil cəmiyyətimizin aparıcı qüvvəsinə çevrilsin. Buna isə çox az qalıb. 90-cı illərdə doğulanların indi 30 yaşı var. İlham Əliyev artıq yüksək dövlət vəzifələrinə gəncləri təyin edir. Çünki tarix sübut edir ki, uzun illər əsarət altında yaşamış insanlar müharibələrdə yenidən başqa xalqlara, xüsusilə də özündən çox kiçiklərə məğlub olduqları halda qisas və milli qürurları barədə az düşünür, yeni şəraitə uyğunlaşıb ən ağır mənəvi yük altında altında yaşamağı üstün tuturlar. Məğlubiyyətdən yaranmış daxili aqressiyanı digər soydaşlarına münasibətdə sərgiləyir, özlərinə və bir-birinə güvənmədiklərindən, düşünürlər ki, onları bu mənəvi əzabdan kimsə başqa birisi xilas etməlidir. Topxanada bir neçə ağacın kəsilməsinə görə yüz minlərlə soydaşımız küçələrə axışıb hayqırdığı halda, savaşda məğlub olandan sonra 50 milyonluq xalqımız şərəf məsələsi olan Qarabağımızın 30 ildən artıq işğal altında qalmasına başını aşağı salıb susur. Qarabağla bağlı razılaşdırılmış mitinqə iki min adam gəlir. Artıq Qarabağla maraqlanan, ümidlərini itirmiş soydaşlarımız hansısa məsələdə Putinin Paşinyandan fərqli fikir söyləməsini, hansısa erməni politoloqun Paşinyanı tənqid etməsini bir birinə və xalqımıza sevinclə, az qala qələbə kimi çatdırırlar. Artıq hansısa ölkənin Qarabağı müstəqil dövlət kimi tanımamasını mətbuatda bayram etmək səviyyəsinə qədər kiçilmişik. Amma bir daha deyirəm, bu üzücü vəziyyət bizi ruhdan salmamalı, əksinə bizi daha çox işləməyə sövq etməlidir. Xalqların, xüsusilə müsəlman xalqların xarakterində və mentalitetində dəyişikliklərin baş verməsi həmişə zaman alır. Rəhmətlik Elçibəy şərqşünas alim kimi bunu görürdü və deyirdi ki, bəzi problemlərin həlli üçün zamana ehtiyac var. O Şuşaya gedən yol Təbrizdən keçdiyini deyirdi. Yəni 50 milyonluq xalqımızın mənəvi birliyindən.
Türkiyə də etiraz edəcək: Nüvə silahı gündəmə gəlirABŞ-ın nüvə sınaqlarını yeniləməsi ciddi nüvə böhranına səbəb ola bilər. Belə ki, rəsmi Vaşinqton bu qərarı ilə faktiki olaraq nüvə silahı əldə etmək istəyən digər dövlətlərə şərait yaratmış olacaq.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli Tramp administrasiyasının nüvə sınaqlarının yenilənməsi üçün müzakirələrə başladığı haqda informasiyanı şərh edərkən deyib.

Politoloq bildirib ki, ABŞ-ın nüvə sınaqlarının yenilənməsi haqda danışıqlara başlamasında əsas rolu Rusiya oynayır:

“ABŞ Dövlət Departamenti aprel ayında Rusiyanı nüvə silahı üzərində təcrübə aparmaqda ittiham edib. Rusiya Xarici İşlər Nazirliyi isə nüvə sınağına dair moratoriumun pozulması ittihamını rədd edib. Məsələ ondadır ki, Rusiya son dövrlərdə, xüsusilə də 2014-cü ildən başlayaraq, Avropa yaxın olan ərazilərində orta mənzilli nüvə başlıqlı raketləri yerləşdirməyə başlayıb. Bu, vaxtı ilə Qarbaçov və Reyqan arasında imzalanan müqavilənin öhtəliklərini pozmaq deməkdir. Nüvə başlıqlı raketlər ABŞ və onun Avropadakı müttəfiqləri üçün ciddi təhdid olaraq görülür. Məhz bu səbəbdən Tramp administrasiyası 1992-ci ildən bu yana ilk dəfə nüvə sınaqlarının yenilənməsi haqda danışıqlara başlayıb”.

Q.Hüseynlinin sözlərinə görə, ABŞ-ın bu qərarı başda Türkiyə olmaqla, bu silahı əldə etmək istəyən ölkələrin narazılığına səbəb olacaq:

“Əvvəlcə onu qeyd edim ki, Donald Tramp administrasiyası nüvə sınağının keçirilməsinin mümkünlüyünü artıq müzakirə edib. Rusiya və Çinə fərqli cavab verməklə bağlı qərar qəbul olunub və sınaqları bərpa etməmək qərara alınıb. Lakin bu, heç də dolğun bir açıqlama deyil və müzakirələr faktiki olaraq hələ də davam edir. Əslində, bu, ABŞ-ın uzun müddətdir arzuladığı bir fürsətdir. Lakin ABŞ-ın yenidən nüvə silahının sınaqlarına başlaması başda Türkiyə olmaqla, bu silahı əldə etmək istəyən bir çox dövlətin narazılığına səbəb olacaq. Heç kəsə sirr deyil ki, bu gün bir çox dövlət nüvə silahı olan ölkələrə etiraz edir. Dəfələrlə Türkiyə, İran və başqa ölkələr nüvə silahından ya birdəfəlik imtina edilməsi, ya da bütün ölkələrin belə bir haqqının tanınmalı olduğunu dilə gətirmişlər. Bu gün ABŞ-ın belə bir qərar verməsi ən çox bu ölkələrin narazılığına səbəb olacaq”.
PKK-ya qarşı əməliyyat: Sabiq partiya sədrləri tutulduTürkiyə polisi Diyarbəkir şəhərində PKK terror təşkilatına qarşı əməliyyat keçirib.

Axar.az xəbər verir ki, əməliyyat çərçivəsində 18 nəfər şübhəli şəxs qismində saxlanılıb.

Məlumata görə, saxlanılan şəxslər arasında Demokratik Bölgələr Partiyasının (DBP) sabiq sədrləri Məhməd Arslan və Gülcihan Şimşək də olub.

Eyni zamanda, Xalqların Demokratik Partiyasından (HDP) sabiq millət vəkili Ayla Akat Ata da saxlanılıb.

M.Arslan və G.Şimşəkin də aralarında olduğu 12 nəfər "Silahlı terror təşkilatına üzv olmaq" cinayəti ilə ittiham olunaraq həbs edilib.

A.Ata və digər 5 nəfər isə sərbəst buraxılıb.