Rəşad Mahmudov: Son günlərin statistikası pandemiyanın “ikinci dalğası”nın yetərincə real olacağını göstərirAzərbaycanda son günlərin statistikası pandemiyanın “ikinci dalğası”nın yetərincə real olacağını göstərir.

Bunu Trend-ə Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov deyib.

Millət vəkili bildirib ki, Azərbaycanda koronavirusun ikinci dalğası da ola bilər və düşünürəm ki, biz buna hazır olmalıyıq:

"Qeyd etdiyim kimi, hökumətimiz, dövlət qurumlarımız və həkimlərimizin son dərəcə gərgin əməyi nəticəsində virusa yoluxma halları və onun miqyası maksimal dərəcədə azalıb. Bununla belə, vətəndaşlarımıza bir daha tövsiyəm budur ki, arxayınlaşmasınlar, sanitar-gigiyenik qaydalara ciddi riayət etsinlər, karantin rejimi çərçivəsində hərəkət etsinlər və yayılan şaiyələrə də uymasınlar. Bu ağır günlərdə bizim müstəqil dövlətimiz öz vətəndaşının yanındadır. Vətəndaşımız da öz dövlətinin yanında olmalıdır".

Deputat bildirib ki, karantin rejiminin yavaş-yavaş yumşaldılması, məhdudiyyətlərin xeyli qisminin aradan qaldırılması, hələ həyatımızın tam normal axara düşməsi demək deyil. Dünyada sanitar-epidemioloji vəziyyət və bu sahədə beynəlxalq ekspertlərin rəyini nəzərə alsaq, biz arxayın olmamalıyıq:

"Təəssüf ki, dövlətimiz və hökumətimizin bütün qabaqlayıcı tədbirlərinə baxmayaraq, ölkəmizdə hələ də bu təhlükəli virusa yoluxanlar var. Doğrudur, qəhrəman həkimlərimizin səyi nəticəsində bizdə başqa ölkələrə nisbətən ölüm hallarının faizi çox aşağı, sağalanlar və evə buraxılanların sayı daha çoxdur. Lakin təhlükə tam aradan sovuşmayıb və bunu əhalimiz də düzgün dərk etməlidir. Bəzən insanlar arasında “koronavirus yoxdur!”, “koronavirus bir oyundur!”, yaxud da “bu virus bəzi hegemon dövlətlərin dünya əhalisinə repressiv tədbirləri üçün lazımdır!” və s. bu kimi fikirlər və şayiələr dolaşır. Sosial şəbəkələrdə bu barədə qeyri-sağlam düşüncələrə, hətta aqressiv ittihamlara da rast gəlirik. Qərbdə belələrinə “koronaidiotlar” deyilir və onlara qarşı qanunvericilik çərçivəsində sərt tədbirlər də görülür.

Qeyd edim ki, virusdan qorunmaqla bağlı qaydalara və metodiki göstərişlərə əməl etmək hamımızın borcudur. Kimsə düşünməsin ki, ona heç nə olmaz. Mən mətbuatda və televiziyada dəfələrlə bəyan etmişəm ki, virus çox qorxuludur və hər kəs yoluxa bilər. Bizim sağlam həyatımız ətrafımız, ailəmiz, övladlarımız, vətəndaşılarımız və dövlətimiz üçün vacibdir. Buna görə də hər bir kəs öz məsuliyyətini ciddi dərk etməli, Operativ Qərargahın göstərişlərinə düzgün əməl etməlidir. Xüsusilə ictimai yerlərdə, nəqliyyatda məsafə saxlanılmalı, maskalardan istifadə edilməlidir".
Dinin əsas vəzifəsi cəmiyyətin mənəvi saflığına xidmət etməkdir - DeputatOn bir ayın sultanı, Ramazan bayramı münasibətilə, başda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev olmaqla, hər birinizi təbrik edirəm, uca Allahdan dualarınızın qəbul olunmasını, vətənimiz üçün əmin amanlıq arzulayıram.

Avrasiya.net xəbər verir ki, bunu Milli Məclisin deputatı Nəsib Məhəməliyev sosial səhifəsində yazıb.

Deputat qeyd edib ki, dünya əhalisinin təxminən 25%-ni müsəlmanlar təşkil edir. Hər dörd nəfərdən bir dünya insanı üçün əziz olan, 11 ayın sultanı, Ramazan,müsəlmanlar üçün sınaq, mərhəmət ayı hesab olunur. Cəmiyyətdəki statusundan, maddi vəziyyətindən asılı olmayaraq, sağlıq imkanları qənaətbəxş olan, özünü dərk edən müsəlmanlar islam normalarına uyğun oruc tutur və maksimum günah işlərdən yayınırlar. İmkanlı insanlar ay ərzində kasıblara əl tutmaqla daha çox savab işlər görməyə çalışırlar. Çünki, Ramazan ayı, oruc tutmaqla yanaşı bir çox kompleks məsələləri özündə cəmləşdirir ki, bu da cəmiyyətin mənəvi cəhətdən saflaşmasına, bütövləşməsinə xidmət edir.

Bu ilki Ramazan ayı xüsusi bir şəraitdə keçdi. Çindən başlayan koronovirus pandemiyası qısa zaman kəsiyində bütün dünya ölkələrini bürüdü. Heç kimin təsəvvür belə etmədiyi xırda bir virusun qarşısında, dünyanın iqtisadi cəhətdən inkişaf etmiş ən güclü ölkələri belə aciz qaldılar. Nə qədər paradoksal olsa da, əvvəllər Ramazan ayında müsəlmanları kütləvi şəkildə spirtli içkilər qəbul etməyə, qadağan olunmuş ərzaqlardan istifadədə etməyə məcbur edən islamofob qüvvələr, pandemiya dövründə kütləvi şəkildə ibadət etməyə başladılar. Adətən Ramazan ayı ərzində ölkələr arası müharibələrdə fasilələr, atəşgah elan olunardı.

Ancaq təəssüflər ki, bir çox sahələrdə olduğu kimi burada da deqradasiya baş vermişdir. Yaxın şərqin müsəlman ölkələrində müharibələr səngimir. Yerli xalqların məişəti, mentaliteti ilə uzlaşmayan,süni şəkildə yeridilmiş demokratik idarəetmə sisteminin qurulması bəhanəsilə təbii sərvətləri dağıdılır, millətlər qarşı qarşıya qoyulur. Nəticədə bütöv ölkələrin dağılması ilə müşaiyət olunan qardaş qırğını baş verir, milyonlarla insan qaçqın düşür.

Təbii olaraq sadalanlar hər bir müsəlmanı düşündürməlidir. Dünyada baş verən proseslərdən doğru nəticə çıxarmaq,ölkəmizin təlükəsizliyini hər şeydən üstün tutaraq ictimai-siyasi sabitliyi qorumalıyıq. Bəzi hallarda əsil dinin mahiyyətini düzgün anlamadan, quranı oxumadan, kortəbii dini fanatizmə xidmət edən qüvvələr, ictimai siyasi sabitliyi pozmağa, xalqı mollalaşdırmağa cəhd edirlər. Hesab edirəm ki, dinin əsas vəzifəsi cəmiyyətin mənəvi saflığına xidmət etməkdir. Uzun illər ərzində islam dinini ölülər üçün, yas mərasimlərinin yola verilməsi kimi cəmiyyətə sırımışlar.

Dəyərli dostlar,

Bir daha hər birinizi bu gözəl bayram münasibətilə təbrik edir, möhkəm can sağlığı, xoşbəxt həyat arzulayıram. Uca Allahdan arzu edirəm ki, növbəti Ramazan ayını işğal olunmuş torpaqlarımızda keçirək.
İri şirkətlərin Azərbaycanla əməkdaşlığı onların beynəlxaq iqtisadi nüfuzlarını artırır"Signify" şirkətinin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevlə bu şirkətin baş icraçı direktoru Erik Rondolat, MDB üzrə baş meneceri Erik Benedetti və “Signify” rəhbərliyinin digər nümayəndələri arasında videokonfransın keçirilməsi ölkəmizə olan böyük diqqətdən irəli gəlib.

Bunu "Xalq Cəhəsi" qəzetinə Vətəndaş Cəmiyyəti Naminə Maarifləndirmə İctimai Birliyinin sədri Füzuli Kərimov deyib.

Qeyd edək ki, 1981-ci ildə yaranan “Signify” şirkəti dünyanın aparıcı və böyük şirkətlərindən biridir. Dünyanın 74 ölkəsində fəaliyyət göstərir, 140 ölkədə xidmət və məhsul satışı həyata keçirir.

“Signify” işıqlandırma avadanlıqları, sistemləri və xidmətləri sahəsində dünyada birinci yerdə olmaqla yanaşı, 10 “yaşıl” şirkətdən biridir.

Hüquq müdafiəçisinin fikrincə, Azərbaycanda invrstorlara yaradılan maneəsiz şərait bir sıra beynəlxalq şirkətlərin marağına səbəb olduğundan ölkəmizlə əməkdaşlığa can atırlar: "Ölkəmizin nüfuzu, əlverişli biznes və sərmayə mühiti, eyni zamanda aparılan islahatların nəticəsi bunu deməyə əsas verir. Baxmayaraq ki, Azərbaycan işğalçı Ermənistanla müharibə şəraitindədir, amma iqtisadiyyatını qoruyub saxlayıb, ildən-ilə inkişaf etdirir, gücləndirir. Ölkəmizin iqtisadi inkişafı nüfuzlu şirkətlərin gözündən qaçmır, onlar iqtisadi sahədəki uğur və göstəriciləri təhlil edirlər. Azərbaycan Cənubi Qafqazda iqtisadi inkişaf göstəricilərinə görə liderdir, beynəlxalq iqtisadi təhlil mərkəzlərinin hesabatlarında da Azərbaycanda iqtisadi artım yüksək dəyərləndirilib".

F.Kətimov onu da qeyd edib ki, Azərbaycan istənilən xarici investora qapılarını aşıb, onun burada iqtisadi təhlükəsizliyini təmin edib: "Azərbaycana investisiya yatıran və yatırmaq istəyən şirkət rəhbərləri ölkəmizin başçısının həyata keçirdiyi siyasətə yüksək qiymət veriblər. Ölkəmizdə minlərlə xarici şirkət fəaliyyətdədir. Azərbaycanın Avropanın enerji təminatçısına çevrilməsi xarici şirkətlərin ölkəmizə axınını gücləndirib. Bu axın həm onlara, həm də bizim iqtisadiyyatımızın inkişafına müsbət təsir göstərir. Azərbaycanla əməkdaşlıq onların beynəlxaq iqtisadi nüfuzlarını möhkəmləndirir".
Sosial layihələr xalqımızda nikbin əhval-ruhiyyə yaradırDünyanı bürümüş pandemiya ölkələri iqtisadi cəhətdən çökdürdüyü halda Azərbaycan prezidentinin vacib sosial layihələri davam etdirməsi xalqımızda sabaha nikbin əhval, ruhiyyə yaradacaq.

Bunu "Xalq Cəbhəsi" qəzetinə politoloq Vasif Əfəndi
Signify” (əvvəlki adı “Philips Lighting”) şirkətinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə bu şirkətin baş icraçı direktoru Erik Rondolat, MDB üzrə baş meneceri Erik Benedetti və “Signify” rəhbərliyinin digər nümayəndələri arasında keçirilən videokonfransda səslənən fikirlərə münasibətində deyib.

Politoloqun fikrincə, aparılan danışıqlar gələcəkdə Sumqayıt şəhərinin daha da gözəlləşməsi və işıqlandırılmasına xidmət edəcək: "Bundan öncə Prezident İlham Əliyev nüfuzlu CİSCO informasiya texnologiyaları təşkilatı ilə sıx əməkdaşlıq barədə danşıqları olub. Bu layihə ölkəmizin dünya informasiya, koorporativ şəbəkə və internet sisteminin keyfiyyətinin yaxşılaşdırılmasına xidmət edəcək. CİSCO proqramları vasitəsilə müasir dünyanın informasiya texnologiyalarının bütün imkanlarından istifadə etmək mümkün olacaq. Son 5 ildə Prezidnet Sumqayıt şəhərinin abadlaşdırılmasına yetərincə maliyyə vəsaiti ayırsa da, növbəti sosial proqramda da bir daha nəzərə alınması bir sumaqyıtlı kimi məni sevindirməyə bilməz. Sumqayıt gözlərimin qarşısında gündən-günə böyüyür, gözəlləşir və dəyişir. Ümid edirik ki, proqram çərçivəsində Sumqayıt şəhərinin bir qədər kənar hissələrinə xüsusi diqqət yetiriləcək. Şəhərini 20, 21-ci mikrorayonlarının sosial inkişafında və işıqlandırılmasında əskikliklər var".

V. Əfəndinin sözlərinə görə, hökumətin bu istiqamətdə həyata keçirdiyi bütün sosial layihələr Bakı və Sumqayıtın işıqlandırma sistemini gücləndirəcək, eyni zamanda enerjiyə qənaət olunacaq.
Fuad Əliyev Arzuxan Əlizadə ilə də razılığa gəldiALDP-nin partiya sədrləri ilə görüşləri davam edir

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev və Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədr əvəzi Arzuxan Əlizadə arasında görüş keçirilib.

ALDP-nin Mətbuat Xidmətindən Avrasiya.net-ə verilən məlumata görə, görüş bu gün AMİP-nin Qərərgahında baş tutub.

ALDP sədrinin təşəbbüsü ilə keçirilən görüşdə ölkədə demokratik mühitinin formalaşdırılması və partiyaları birləşdirən məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Pandemiya dövründə Azərbaycan hökumətinin atdığı addımlar, görülən işlər və çatışmazlıqları da müzakirə edən partiya rəhbərləri, həmçinin korrupsiyaya qarşı mübarizə istiqamətində DTX və Prokurorluğun həyata keçirdiyi tədbirlərlə bağlı da fikirlərini bölüşüblər.

Görüşdə həmçinin müzakirə olunan məsələlərin bundan sonra da gündəmdə saxlanılması üçün mütəmadi məsləhətləşmələrin keçirilməsi barədə razılıq əldə olunub.

Qeyd edək ki, bundan əvvəl ALDP sədri BAP sədri Elşad Musayev və AĞ partiyanın başkanı Tural Abbaslı ilə görüşlər keçirib.
“Şuşadakı “inaqurasiya” oyunu ermənilərin diqqətini böhrandan yayındırmaq cəhdidir” – Aqil Məmmədov
“İşğalçı Ermənistanın Şuşada təşkil etdiyi “inaqurasiya” oyunu daxili ictimai rəyə hesablanmış uğursuz addım idi. Bu təxribat beynəlxlaq səviyyədə heç bir rezonans doğurmadı. Azərbaycanın işğal olunmuş ərazilərində keçirilmiş qondarma “prezident seçkisi” əvvəldən də dünya dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən tanınmayıb və birmənalı şəkildə rədd olunub”.

Bu sözləri Turkustan.info-ya açıqlamasında Kəlbəcər rayonundan millət vəkili Aqil Məmmədov söyləyib.
A.Məmmədov bildirib ki, “inaqurasiya”nın Şuşada keçirilməsi həm də Azərbaycan xalqının hissiyatı ilə oynamağa yönəlmişdi: “Azərbaycan xalqı və dövləti birmənalı bəyan edib ki, Şuşasız Azərbaycan yoxdur. Bu dəyişməz mövqeni yaxşı bilən ermənilər təxribatı Şuşada həyata keçirməklə xalqımızın əsəblərini tarıma çəkmək istədilər. Amma, bu cəhd əks effekt verdi. Azərbaycan xalqı və dövləti son günlərdə sərgilədiyi mövqe ilə nə Şuşanı, nə də işğal olunmuş digər rayonlarımızı heç zaman güzəşt etməyəcəyini birmənalı şəkildə ortaya qoydu. Bu təxribat eyni zamanda danışıqlar prosesini pozmağa yönəlib”.

Millət vəkilinin sözlərinə görə işğalçı Ermənistanın daxildə əhalinin diqqətini ağır sosial-iqtisadi böhrandan yayındırmaq üçün bu cür militarist addımlara əl atır: “Son aylarda pandemiya ilə bağlı yaranmış durum Ermənistanda sosial-iqtisadi vəziyyəti daha da ağırlaşdırıb. Təsəvvür edin, əhalisi Azərbaycan əhalisindən 3-4 dəfə az olan Ermənistanda hər gün koronavirusa yoluxanların sayı günü-gündən artır. Çünki, işğalçı ölkədə əhalinin tibbi müdafiəsi ilə bağlı hər hansı ciddi infrastruktur, sosial proqramlar yoxdur. Belə bir vaxtda Şuşada “inaqurasiya” səhnəsi quraşdırmaqla, erməni xalqının diqqətini sosial-iqtisadi böhrandan yayındırmaq cəhdi nəticə verməyəcək”.

A.Məmmədov bildirib ki, Azərbaycan xalqı Şuşanı və işğal altındakı bütün ərazilərimizi azad etməyə hər an hazırdır: “Son günlərdə Azərbaycan xalqının sərt təpkisi, bununla eyni vaxtda ordumuzun keçirdiyi təlimlər göstərdi ki, xalq-dövlət birliyi torpaqlarımızın azadlığının təminatıdır. Yaranan ilk tarixi fürsətdə Ali Baş Komandanın əmri ilə Ordumuz xalqın dəstəyi ilə torpaqlarımızı azad edəcək”.
Adil Əliyev seçicilərin növbəti qəbulunu keçirib - FOTO20 saylı Nərimanov seçki dairəsindən deputat, Milli Məclisin sədr müavini, Gənclər və İdman Komitəsinin sədri Adil Əliyev 23.05.2020-ci il tarixdə videokonfrans vasitəsiylə seçicilərinin növbəti qəbulunu keçirib.

Milli Məclisin Mətbuat xidmətindən bildirilib ki, videoqəbul zamanı seçicilərin qaldırdığı müxtəlif məsələlər müzakirə edilib, onları narahat edən bir sıra problemlər yerindəcə həll edilib, habelə secicilərin məişət şəraitinin yaxşılaşdırılması, kommunal problemlərin aradan qaldırılması və digər müraciətlər araşdırılması üçün aidiyyəti orqanlara göndərilib.

Görüşdə iştirak edən seçicilər Prezident İlham Əliyevin rəhbərliyi ilə vaxtında və düzgün atılmış addımlar nəticəsində bütün dünyada geniş yayılmış koronavirus pandemiyasının, ölkəmizdəki fəsadlarının minimuma endirilməsini, əvvəllər tibbi maska qıtlığına və tibbi ləvazimatlara olan ehtiyacların tam aradan qaldırılmasını, qəbul edilmiş sosial paketlərin nəticəsində güzəranlarının daha da yaxşılaşmasını, Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın nəcib təşəbbüsüylə başlanmış sosial yardım paketlərini yüksək qiymətləndiriblər.
Adil Əliyev seçicilərin növbəti qəbulunu keçirib - FOTO
Adil Əliyev müəqəddəs Ramazan bayramı və 28 may – Respublika Günü münasibətilə seçiciləri təbrik edib, onların daim dövlətin diqqət və qayğısında olmasını bildirib, habelə xəstəliyin yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün növ tapşırıq və tövsiyələrinə əməl etməyə, bayram müddətində zərurət olmadığı halda evdən çıxmamağı tövsüyə edib.
Nazir 40 nəfəri işdən çıxartdıSui-istifadə, vətəndaşların haqlı narazılığına səbəb olan pozuntulara, o cümlədən korrupsiyaya şərait yaradan hallara görə son iki ildə Penitensiar xidmətin 470-ə yaxın əməkdaşı intizam məsuliyyətinə cəlb olunub

Avrasiya.net xəbər verir ki, bu barədə Ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə Penitensiar və Tibb xidmətlərinin rəhbərliyinin, cəzaçəkmə müəssisələri rəislərinin, habelə nazirliyin digər aidiyyəti məsul işçilərinin iştirakı ilə videokonfrans formatında əməliyyat müşavirəsində məlumat verilib.

Bildirilib ki, onlardan 40 nəfəri ədliyyə orqanlarından xaric edilib və ya vəzifədən azad olunub, 2 nəfər barəsində materiallar istintaqa verilib.
"Motivator Azerbaijan"ın növbəti qonağı "Azart Group" un sahibi Arif Zeynalovdur - Video"Motivator Azerbaijan" layihəsi hər həftə olduğu kimi bu həftədə çox maraqlı qonağı ilə öz izləyicilərini sevindirdi.

Layihənin bu dəfəki qonağı "Azart Group"-un sahibi Arif Zeynalovdur!

Avto Tuning imperiyasının qurulması,Made in Azerbaijan brendinin yaradılması və dünya bazarına inamla irəliləməsi,bu biznesin çətin və riskli tərəfləri haqqında bilmədiklərinizi verilişin sayca 34-cü sayından biləcəksiniz!

Qeyd edək ki,"Motivator Azerbaijan"layihəsi Azərbaycanda hər sahədə olan uğur qazanmış şəxslərin iş prinsipi və uğur hekayəsini işıqlandırmaqdadır.

Adından da məlum olduğu kimi layihə - insanları hər zaman məqsədlərinə çatmağa yönləndirir və heç vaxt geri çəkilməməyə səsləyir. Əsas məqsəd Azərbaycanda biznesin inkişafı, ”startup” layihələrə dəstək,gələcəkdə böyük kütlələr üçün motivasiya və planlama təlimləri keçmək həmçinin forumlar təşkil etməkdir.

Motivator Azerbaijan-Biznesini bizimlə tanıt !