Rəşad Mahmudov seçiciləri adından dövlət başçısına təşəkkür etdi – VİDEOAstara rayonunun 3 yaşayış məntəqəsində – Diqo, Dolu və Sekaşan kəndlərində elektrik enerjisi təchizatının keyfiyyətinin yüksəldilməsi və dayanıqlılığını artırmaq məqsədilə Cənab Prezident İlham Əliyev müvafiq sərəncam imzalamışdır.

Avrasiya.net xəbər verir ki, bu barədə məhşur kardiocərrah, millət vəkili Rəşad Mahmudov öz facebook səhifəsində paylaşım edib.

“Bu gün adıçəkilən ucqar dağ kəndlərində işlər tam yekunlaşdırılıb.

Dövlətimizin qüdrəti, inkişaf tendensiyası və idarəetməsi icazə verir ki, bütün çətinliklər mərhələli şəkildə öz həllini tapsın. Seçicilərim adından aidiyyatı qurumlara və xüsusi ilə Cənab Prezidentə dərin minnətdarlığımı bildirirəm.”

Qeyd edək ki, Rəşad Mahmudov 77 saylı Astara seçki dairəsindən seçilmiş millət vəkilidir.
DTX FHN-in sabiq əməkdaşlarını həbs etdiFövqəladə Hallar Nazirliyinin (FHN) sabiq əməkdaşları həbs edilib.

Avrasiya.net xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Baş Prokurorluğun mətbuat xidmətlərinin Dövlət Sərhəd Xidmətində həyata keçirilən əməliyyatla bağlı yaydığı birgə məlumatında qeyd edilib.

Bildirilib ki, FHN-in Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Bakı və Abşeron regional şöbəsinin sabiq inspektoru Babayev Rəhman Rəşid oğlu həmin vəzifədə işlədiyi müddətdə balıqçılardan rüşvət qismində pul alaraq qeyd olunan şöbənin müdiri Abdullayev Abdulla Əbülfəz oğluna çatdırıb.

Hər iki şəxs Cinayət Məcəlləsinin 308.2, 311.3.1 və 311.3.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində müvafiq qətimkan tədbirləri seçilib.
DSX-nin vəzifəli şəxsləri həbs edildi - Rəsmi - VİDEO Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Baş Prokurorluğun Mətbuat xidmətləri birgə məlumat yayıb.

Avrasiya.net xəbər verir ki, məlumatda bildirilir:

Azərbaycan Respublikasının Prezidenti lham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla həyata keçirilən inkişaf siyasətinin mərkəzində aşkarlıq və şəffaflığın təmin olunması, vətəndaşa layiqli xidmət missiyası dayanmaqla dövlət idarəçiliyinin əsas prioritetini vətəndaş məmnuniyyətinin təmin edilməsi, onları narazı salan halların aradan qaldırılması təşkil edir.

Təəssüf ki, ölkə başçısının müəyyən etdiyi siyasi kursun əksinə olaraq, son dövrlərdə bəzi məmurların timsalında vəzifə səlahiyyətlərindən öz şəxsi və maddi maraqları naminə sui-istifadə halları müşahidə olunur. Cəmiyyətimiz tərəfindən ikrahla qarşılanan bu kimi əməllər qətiyyətlə ifşa edilir və belə hərəkətlərə yol verən məmurlar qanun qarşısında cavab verirlər.

Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsinin və toxunulmazlığının, o cümlədən sərhəd sularında rejimə əməl olunmasının təmin edilməsində bəzi vəzifəli şəxslərin öz maraqları naminə bu sahədə dövlətin qanunla qorunan mənafelərinə zərər vuran, hakimiyyət orqanlarının fəaliyyətinə kölgə salan hüquqazidd əməllərinin qarşısının alınması istiqamətində Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir.

Son dövrlər Azərbaycan Respublikası vətəndaşlarının Xəzər dənizində dövlət sərhədini qanunsuz keçərək həmsərhəd ölkələrin ərazi sularında balıq ovu ilə məşğul olmaları, müqabil tərəfdən silah tətbiqi nəticəsində insan tələfatı və onların tutulub saxlanılmaları ilə bağlı baş vermiş hadisələr həmin tədbirlər çərçivəsində araşdırılmışdır.

Keçirilmiş birgə əməliyyat-istintaq tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) rəis müavini, 2013-cü ildən 2020-ci ilin fevral ayınadək DSX Sahil Mühafizəsinin rəisi vəzifəsində xidmət etmiş general-leytenant Nağıyev Əfqan Vəli oğlu və onun tabeliyində olan DSX Sahil Mühafizəsinin vəzifəli şəxsləri - polkovnik Pənahov Nemət Hacı oğlu, polkovnik-leytenant Vəliyev Elçin Vaqif oğlu, polkovnik Əzizov Samiq Yusif oğlu, polkovnik-leytenant Muradov Sakit Yusif oğlu, mayor Namazov Müzəffər Qafil oğlu və digərləri qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifə səlahiyyətlərindən istifadə edərək Xəzər dənizində balıq ovunun aparılmasına və dənizə balıq ovu ilə bağlı sərbəst çıxışlarına şərait yaradılması üçün bu fəaliyyətlə məşğul olan çoxsaylı Azərbaycan Respublikası vətəndaşlarından müxtəlif məbləğlərdə pulu rüşvət qismində istəməklə almışlar. İstintaq zamanı müəyyən edilmişdir ki, qeyd olunan vəzifəli şəxslər tərəfindən vətəndaşlardan rüşvət qismində tələb edərək alınmış külli miqdarda pul vəsaitləri hər ayın sonunda Əfqan Nağıyevə onun xidməti otağında təqdim edilmiş, Əfqan Nağıyev isə qrupun digər üzvləri arasında bölüşdürülməsi məqsədilə həmin yığılan pul vəsaitinin müəyyən faizini onlara geri qaytarmışdır.

Məhkəmə qərarları əsasında DSX-nin adıçəkilən vəzifəli şəxslərinin xidməti otaqlarına və yaşadıqları ünvanlara keçirilmiş baxış zamanı onların qəbul etdikləri pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, ayrı-ayrı valyutalarda saxlanılan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilərək götürülmüşdür.

Faktla bağlı Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs halında rüşvət alma) maddələri ilə cinayət işi başlanılmış və həmin şəxslər təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində Bakı Hərbi məhkəməsinin qərarı ilə həbs qətimkan tədbirləri və vəzifədən kənarlaşdırılma əlavə qətimkan tədbirləri seçilmişdir.

Bununla yanaşı, balıqçılıq fəaliyyəti ilə məşğul olan şəxslərdən ayrı-ayrı vaxtlarda müəyyən məbləğlərdə vəsaiti toplayaraq qeyd edilən əlbir qrupun üzvlərinə çatdırılmasında köməkçi qismində iştirak etməsində şübhəli bilindiyi üçün, balıqçılıqla məşğul olan Bakı şəhər sakini Abdullayev Arif Cəfər oğlu, Quliyev Xalis Xudamurad oğlu və 2003-cü ildən 2017-ci ilədək Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzəsində Bioresursların Artırılması və Mühafizəsi Departamentinin Sumqayıt-Xaçmaz sektorunun müdiri vəzifəsində işləmiş Paşayev Fikrət Həsənağa oğlu təqsirləndirilən şəxs qismində cəlb edilməklə onlara Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan edilərək barələrində müvafiq qətimkan tədbirləri seçilmişdir.

Həmçinin istintaqla müəyyən edilmişdir ki, Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Bakı və Abşeron regional şöbəsinin sabiq inspektoru Babayev Rəhman Rəşid oğlu həmin vəzifədə işlədiyi müddətdə balıqçılardan rüşvət qismində pul alaraq qeyd olunan şöbənin müdiri Abdullayev Abdulla Əbülfəz oğluna çatdırmışdır. Hər iki şəxs Cinayət Məcəlləsinin 308.2, 311.3.1 və 311.3.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində müvafiq qətimkan tədbirləri seçilmişdir.

Hazırda cinayət işi üzrə digər təqsirli şəxslərin, eləcə də baş vermiş qanun pozuntularında iştirakı müəyyən edilən digər aidiyyəti dövlət qurumlarının əməkdaşlarının tam dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilməsi istiqamətində birgə zəruri əməliyyat istintaq-tədbirləri davam etdirilir.
Rayonların Azərbaycana qaytarılması artıq həll olunmuş məsələdir - Rusiyalı politoloq"Dağlıq Qarabağ ətrafındakı rayonların Azərbaycana qaytarılması artıq həll olunmuş məsələdir. Hazırki Ermənistan hakimiyyəti bu prosesə başlamaqdan imtina etməklə cəbhədə gərginliyi artırmaq məqsədi güdür".

Bunu "PolitRus" portalının rəhbəri, rusiyalı politoloq Vitali Arkov bildirib.

Onun sözlərinə görə, Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar prosesində hazırda top İrəvanın tərəfindədir:

"Məhz İrəvan, hazırda hakimiyyətdə olan Nikol Paşinyan və onun komandasının simasında bu məsələdə Ermənistanın daha əvvəllər Minsk Qrupu çərçivəsində üzərinə götürdüyü öhdəlikləri icra etməkdən boyun qaçırır. Ermənistan tərəfi Dağlıq Qarabağ ətrafında olan işğal edilmiş rayonları Azərbaycana geri qaytarmaq prosesinə başlamaqdan imtina edir. Bu gün Dağlıq Qarabağın gələcək statusu dialoq predmetidir. Burada həm iki tərəfli formatda, həm də beynəlxalq vasitəçilər cəlb etməklə müxtəlif variantlar müzakirə oluna, danışıqlar aparılar bilər. Lakin işğal altındakı rayonların qaytarılması artıq həll olunmuş məsələdir. Ermənistan tərəfi bu addımı atmasa, danışıqların gələcəyi mümkün deyil. Ermənistanın üzərinə götürdüyü öhdəlikləri icra etməkdən imtina etməsi onu göstərir ki, hazırkı Paşinyan hökuməti konfrontasiyaya meyllidir. Təəssüflər olsun, ancaq güc nümayişi ilə külü soyutmaq mümkündür. Hazırkı Ermənistan rəhbərliyi qoşunların təmas xəttində və Azərbaycan-Ermənistan sərhədində müxtəlif təxribatlar törədərək Azərbaycan tərəfini cavab tədbirləri görməyə sövq edir".

Rusiyalı politoloq Azərbaycan ordusunun keçirdiyi hərbi təlimləri də şərh edib. Onun sözlərinə görə, Azərbaycan öz ərazisində hərbi təlim keçirmək hüququna malikdir:

"Əgər bu, beynəlxalq hüquq-normalarına zidd deyilsə, Azərbaycan öz ərazisində hərbi təlim keçirmək üçün tam suveren hüquqlara malikdir. Mayın 18-dən başlayan hərbi təlimlər də heç bir beynəlxalq hüquq normalarına zidd deyil. Ermənistanın işğal altında olan Azərbaycanın Dağlıq Qarabağ regionunda hərbi təlimlər keçirməsi isə beynəlxalq hüquq-normalarının kobud surətdə pozulmasıdır. Bununla təkcə ATƏT-in Minsk Qrupu deyil, digər beynəlxalq təşkilatlar də məşğul olmalıdırlar"(apa).
ADAU-nun rektoru MDB ölkələrinin ali aqrar təhsil müəssisələrinin rektorlar şurasının onlayn iclasında məruzə edib21 may 2020-ci il tarixində Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov MDB ölkələrinin aparıcı ali aqrar təhsil müəssisələrinin rektorlar şurasının onlayn iclasında “Karantin rejimi dövründə ADAU-da tədrisin təşkili və postkarantin dövründə qarşıda duran vəzifələr” mövzusunda məruzə edib.

Məruzədə ölkəmizdə karantin rejimi dövründə dünyanı bürümüş koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması məqsədilə dövlətimiz tərəfindən həyata keçirilən tədbirlər barədə məlumatın verilməsi ilə başlayan tədbirdə ADAU-da tədris prosesi, elmi-tədqiqat işləri, aqrar məsləhət xidməti barədə məruzə edib.

Rektor təhsilin onlayn formada, o cümlədən ADAU TV və digər onlayn platformalar vasitəsilə aparılması, buraxılış kurs tələbələrinin yekun dövlət attestasiyası, istehsalat (diplom qabağı), habelə elmi-tədqiqat və elmi pedaqoji təcrübələrinin, semestr imtahanları üzrə qiymətləndirmələrin aparılması, magistr dissertasiya işlərinin müdafiəsinin təşkili barədə məlumat verib.

Tədbirdə Qazaxıstan Milli Aqrar Universiteti, Qırğızıstan Milli Aqrar Universiteti, Moldova Dövlət Aqrar Universiteti, Belarus Kənd Təsərrüfatı Akademiyası,Belarus Dövlət Kənd Təsərrüfatı Akademiyası, Moskva Dövlət Baytarlıq Təbabəti və Biotexnologiya Akademiyası, K.A.Timiryazev adına MKTA-Rusiya Dövlət Aqrar Universiteti, Ukrayna Bioresurslar və Təbiətdən İstifadə Milli Universiteti, Daşkənd Dövlət Aqrar Universiteti, Rusiya Dövlət Yerquruluşu Universiteti, Taciksitan Dövlət Aqrar Universiteti və digər ali təhsil müəssisələrinin rektorları və prorektorları iştirak edib.

Onlayn görüşdə postkarantin dövründə qarşıda duran vəzifələr, o cümlədən məsafədən təhsilin təşkili, müəllim və tələbələrin mübadiləsi, birgə elmi-tədqiqat işləri və nəşrlər və digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

İlham Əliyev gənclərə, gəncliyə xüsusi önəm verir - Siyəzən gənclərindən minnətdarlıqAzərbaycan Prezidentinin həyata keçirdiyi dövlət quruculuğu prosesində kadr siyasəti də uğurludur. Məlumdur ki, ayrı-ayrı sahələrdə fəaliyyət göstərməli olan kadrların peşəkarlığı ümummilli lider Heydər Əliyevin də kadrlar qarşısında irəli sürdüyü ən başlıca tələblərdən idi. Ulu Öndər xüsusi olaraq vurğulamışdı ki, Azərbaycanın dövlət müstəqilliyi daimidir, əbədidir, dönməzdir, sarsılmazdır. Hər bir gənc Azərbaycanın müstəqilliyini möhkəmləndirmək, inkişaf etdirmək, yaşatmaq üçün çalışmalıdır və öz xidmətlərini göstərməlidir...

Cənab Prezidentimiz İlham Əliyev ulu öndərin gənclərimizə göstərdiyi diqqət və qayğıya, kadr siyasətinə sadiq qalaraq onun yolunu uğurla davam etdirir. Dövlət başçısı İlham Əliyevin kadr siyasətində bu amil xüsusilə önə keçmiş, eyni zamanda hər bir vəzifə sahibinin peşəkarlığını, öz işinə məsulliyyətini göstərən meyarlar dəqiq müəyyənləşdirilib.

Prezident İlham Əliyev irəli çəkdiyi hər bir kadrın xidmətini onun respublikamızın bütün bölgələrində özünü sosial, iqtisadi inkişaf prosesinə töhfələri, vahid strategiyaya, siyasi kursa sadiqliyi, ən ümdəsi isə vətəndaşlara xidməti əsasında dəyərləndirir.

Biz Yeni Azərbaycan Partiyasının qabaqcıl, fəal üzvləri olaraq möhtərəm prezidentimizin son zamanlarda apardığı uğurlu kadr siyasətini ürəkdən dəstəkləyir, gənclərimizə verdiyi dəyəri yüksək qiymətləndiririk, ona dərin təşəkkürümüzü bildiririk.

Prezidentin sərəncamı ilə YAP Gənclər Birliyinin sədri Seymur Orucovun Ağstafa rayon icra hakimiyyəti başçısı vəzifəsinə təyini bizi çox sevindirir, gələcəyə olan inamımızı daha da artırır. Son zamanlar kadr siyasətində gənclərə meyllilik hiss olunur, bu da onu deməyə əsas verir ki, cənab prezidentimiz Ulu Öndərin gənclər siyasətini daha da inkişaf etdirir.

Bu uğurlu etimad siyasəti bütün gənclərimizi daha da məsulliyyətli olmağa, gələcəyə daha inamla baxmağa sövq edir.

Gənc nəslin yetişdirilməsi hər bir ölkə üçün ən başlıca məsələdir. Çünki gələcəkdə ölkənin gələcəyi, müqəddəratı indiki gənclərdən asılı olacaqdır. Nəsillər dəyişir, ölkələr və ölkəmiz inkişaf edir. Azərbaycan xalqının rifah halının yüksəldilməsi üçün hər bir gənc, hər bir insan öz əməyini göstərməlidir. İndi yetişən savadlı, bilikli insanlar Azərbaycanı inamla irəli aparacaqlar, çünki möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən dövlət quruculuğu prosesinin daha böyük dinamizm, yüksək əzmkarlıqla davam etdirilməsi vətəndaşlarımızın, xüsusən də gənclərimizin sabaha olan inamını artırır.

Seymur Orucovu bir daha səmimi qəlbdən təbrik edir, ona bu məsulliyyətli vəzifədə uğurlar arzulayıram.

Eyni zamanda öz adımdan da möhtərəm prezidentimizə gənclərə göstərdiyi qayğıya, uğurlu kadr siyasətinə görə ürəkdən təşəkkür edirəm. Azərbaycanın inkişafı naminə möhtərəm przezidentimizin apardığı uğurlu siyasətində uğurlar arzulayır və onu dəstəkləyirik.

Bir daha rayon gəncləri adından və öz adımdan həyata keçirdiyi layihələrlə qürur mənbəyinə, ümid yerinə çevrilən prezidentimizə uğurlar arzulayıram.

Hər zaman sizinləyik, cənab Prezidentimiz!

Rəşad Rəhmanov
YAP Siyəzən Rayon təşkilatının sədr müavini
Kasıb insanın puluna göz dikmək vicdansızlıqdır - Prezident Ödənişli ictimai iş yerlərinin yaradılması artıq bir neçə ildir ki, təmin edilir və biz bu kateqoriyaya aid olan insanların sayını ildən-ilə artırırıq.

Avrasiya.net xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev mayın 21-də Seymur Orucovu Ağstafa Rayon İcra Hakimiyyətinin, Elçin Rzayevi isə İmişli Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar videoformatda keçirdiyi qəbulda deyib.

“Biz 30 mindən başlamışıq. Bu il mənim göstərişimlə 90 min ödənişli ictimai iş yeri yaradılmalıdır və bu istiqamətdə artıq nəticələr vardır. Ancaq əfsuslar olsun ki, bəzi icra başçılarının cinayətkar əməllərinə görə, bu sahə də ən korrupsiyalaşmış və ən çirkin sahəyə çevrilib. O işlərə cəlb edilən insanların ödəniş kartları icra başçıları tərəfindən oğurlanırdı. Həbs olunmuş bütün icra başçılarının iş otaqlarından və onların yaxınlarının iş otaqlarından yüzlərlə ödəniş kartı çıxır. Bu pul kasıb, özünə iş tapa bilməyən insanlara çatmalıdır. Xüsusilə pandemiya dövründə bütün ölkələrdə iş yerləri ixtisar edilir, bütün ölkələrdə işsizlik artır, o cümlədən Azərbaycanda. Belə bir vəziyyətdə kasıb insanın puluna göz dikmək vicdansızlıqdır və cinayətdir. Ona görə bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırıq verilib ki, onlar ümumi nəzarət və eyni zamanda, monitorinq aparsınlar. Siz də rəhbərlik edəcəyiniz rayonlarda bu işləri ciddi təhlil edin, görün nə qədər insan cinayətkar icra başçıları tərəfindən bu imkandan məhrum edilib. Biz bu ədaləti bərpa etməliyik”, - İlham Əliyev bildirib.
Paşinyan Qarabağa gəldi – FOTOErmənistan baş naziri Nikol Paşinyan artıq Qarabağdadır.

Ermənistan KİV-nə istinadən xəbər veririk ki, o, öz Facebook səhifəsində elektromobil şəkli paylaşıb.

Xankəndində çəkilən fotoya şərh yazan Paşinyan elektromobilin Qarabağ separatçılarının yeni lideri Araik Arutunyan tərəfindən xidməti maşın kimi istifadə olunacağını bildirib.

"Yeni seçilmiş prezident Araik Arutunyan bu elektromobildə işə gedib-gələcək", -deyə Paşinyan separatçıların lideri haqda qeyd edib.

Xatırladaq ki, Nikol Paşinyan iki günAzərbaycanın işğal altındakı Dağlıq Qarabağ torplaqlarında qalacaq.

O, Xankəndində separatçı rejimin "fəaliyyət müddəti bitən rəhbəri" Bako Saakyanla görüşəcək. Nikol Paşinyan saat 18:00-da Şuşa Mədəniyyət Evində yeni “prezident” Araik Arutunyanın "andiçmə mərasimi"nə qatılacaq.

“Andiçmə”dən sonra Nikol Paşinyan qondarma rejimin parlamentində görüşlər keçirəcək, müxtəlif siyasi qüvvələrin təmsilçiləri ilə görüşəcək.

Onun Qarabağ erməniləri qarşısında yeni çıxışı da gözlənilir.modern.az
Azay Quliyev QHT-ləri EKOSOS-a üzv olmağa çağırıbBu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və BMT-nin Azərbaycandakı nümayəndəliyinin yardımı ilə Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) "BMT yanında Məşvərətçi Status: QHT lər üçün imkan və faydalar " mövzusunda videokonfrans keçirib.

Avrasiya.net xəbər verir ki, Şura sədri, Milli Məclisin deputatı Azay Quliyev videokonfransda çıxış edib. Azay Quliyev bildirib ki, BMT ilə Azərbaycan Respublikası arasında yüksək səviyyəli əməkdaşlıq əlaqələri mövcuddur. Hələ 2011-ci ildə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmiş Azərbaycan bu ay Qoşulmama Hərəkatının Təmas Qrupunun onlayn səviyyəli Zirvə görüşünün keçirilməsinin təşəbbüskarı qismində çıxış edib. BMT-nin 120-dən çox ölkəsinin dövlət və hökumət başçısını bir araya gətirən bu tədbirdə Baş katib Antonio Guterresin də video müraciəti dinlənilib. Bütün iştirakçılar COVID-19 pandemiyası ilə mübarizədə BMT Baş katibinin planlarına və təşəbbüslərinə dəstəklərini ifadə ediblər. Şura sədri deyib ki, Azərbaycanın vətəndaş cəmiyyəti institutları da BMT orqanlarında səmərəli fəaliyyət göstərirlər. Azərbaycanın hazırda 16 QHT-sinin BMT-nin İqtisadi və Sosial Şurasına (EKOSOS) üzv olaraq xarici tərəfdaşlarla yaxından işləməsi çox təqdirəlayiqdir: “Məmnuniyyətlə qeyd edmək istərdim ki, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası ilə BMT qurumları arasında da əməkdaşlıq səviyyəsi öz sıxlığı və məhsuldarlığı ilə fərqlənir. BMT-nin ölkəmizdəki nümayəndəliyi və ixtisaslaşmış qurumları ilə birlikdə bir sıra birgə layihələr uğurla həyata keçirilib. Şura hər zaman Azərbaycan vətəndaş cəmiyyəti təşkilatlarının beynəlxalq səviyyədə daha geniş təmsil olunmasını təşviq edir. Şura hər il bir çox yerli QHT-lərin BMT, AŞPA, ATƏT və digər beynəlxalq təşkilatların yüksək səviyyəli tədbir və görüşlərində iştirakı üçün onlara xarici səfər qrantları ayırır. BMT qurumları ilə QHT-lər arasında mümkün əməkdaşlıqdan danışarkən qeyd etmək lazımdır ki, Şura elektron və ya rəqəmsal hökumət sahəsində BMT ilə əməkdaşlığın keyfiyyətcə yeni səviyyəyə yüksəldilməsinə böyük diqqət yetirir”.

Azay Quliyev 2019-cu ildə "Hökümət – QHT - Vətəndaş" üçtərəfli əməkdaşlığının tamamilə yeni bir modeli olan və Şuranın 20 elektron xidmətini bir araya gətirən "SƏLİS" Sürətli Əlaqələndirmə və Layihələri İdarəetmə Sistemini təqdim etdiklərini və bununla da Şuranın fəaliyyətinin e-hökumətə tam keçidinə nail olduqlarını vurğulayıb: “BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi cənab Qulam İshaqzaiyə SƏLİS-in təqdimat mərasimində bu Sistemin tezliklə BMT-nin Dövlət Xidmətləri Mükafatına layiq görülməsinin mümkün olacağını bildirdiyinə görə təşəkkür edirəm. Onu da qeyd etmək istərdim ki, biz cənab İshaqzai və BMT-nin müvafiq qurumları ilə əməkdaşlığımızı davam etdirmək niyyətindəyik”.

Azay Quliyev Şuranın COVID-19 pandemiyasının beynəlxalq gündəmin əsas məsələsi olduğunu nəzərə alaraq ötən həftə 11 ölkənin vətəndaş cəmiyyəti institutlarının nümayəndələrini bir araya gətirərək onların təmsil etdikləri dövlətlərin koronavirusla mübarizə istiqamətində milli təcrübələrinə dair beynəlxalq videokonfrans keçirdiyini bildirib. Konfransda Ümumdünya Səhiyyə Təşkilatına (BST) Bəyanat ünvanlanıb və pandemiya və post-pandemiya dövründə birgə fəaliyyət planı barədə ÜST-ə məlumat verilib.

Azay Quliyev Şuranın EKOSOS-un məqsədlərini və missiyasını dəstəklədiyini bu beynəlxalq quruma üzv olmaq istəyən hər bir yerli QHT-yə lazımi maliyyə, metodik, konsultativ və texniki yardım verməyə hazır olduğunu deyib: “BAMF-ın prezidenti Umud Rəhimoğlunun böyük təcrübəsini və onun rəhbərlik etdiyi təşkilatın müvafiq resurslarını nəzərə alaraq Azərbaycan QHT-lərinin EKOSOS-a üzvlüyünün təşviqi prosesinin koordinasiyasını ona həvalə etmək təklifini vermək istərdim. İnanıram ki, BAMF tərəfindən təşkil edilə biləcək seminar və məlumat sessiyaları Azərbaycanın vətəndaş cəmiyyətinin bu qurumda daha geniş təmsil olunmasına töhfə verə bilər. QHT-lərin EKOSOS çərçivəsində məşvərətçi statusu almaq üçün son müraciət tarixinin 1 iyun 2020-ci ilin olduğunu nəzərə alaraq hesab edirəm ki, bütün texniki detalları razılaşdırmalı və bu tədbirləri ən qısa müddətdə başlamalıyıq.

Yerli QHT-ləri istənilən qeyri-hökumət təşkilatı üçün böyük bir üstünlük olan EKOSOS üzvlüyünə müraciət etməyə çağırıram. Bunun sayəsində onlar müxtəlif vacib mövzularda beynəlxalq tədbirlərdə iştirak etmək və əlbəttə ölkəmizi beynəlxalq arenada təmsil etmək, Ermənistanın Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində yürütdüyü işğalçılıq siyasəti barədə daha geniş auditoriyanı məlumatlandırmaq və bu məsələ ilə bağlı BMT-yə ətraflı alternativ hesabatlar təqdim etmək üçün daha böyük imkanlar qazanacaqlar. Yekunda Şura ilə BMT-nin müvafiq qurumları arasında daha sıx əməkdaşlığa ümidvar olduğumu bildirmək istərdim”.

Azay Quliyev Şura və BMT-nin Bakı Ofisi, Minilliyin İnkişaf Məqsədlərinin icrasında vətəndaş cəmiyyətinin iştirakını artırmaq məqsədi ilə Əməkdaşlıq Memorandumu imzalaya biləcəklərini və Şuranın bununla bağlı lazımi maddi və texniki yardım göstərməyə hazır olduqlarını vurğulayıb