Vətəndaş cəmiyyətinin pandemiya sınağıAzərbaycan dövlət müstəqilliyini bərpa edən dövrdən indiyədək bir çox ağır kataklizmlərdən keçib: torpaqlarımızın işğalı, vətəndaş müharibəsi təhlükəsi, terrorçuluqla mübarizə, dövlət çevrilişi və xarici siyasi müdaxilə cəhdləri, iqtisadi böhran və s. 2020-ci ildə ölkəmizin üz-üzə qaldığı bənzərsiz qlobal infeksiya olan koronavirus (COVID-19) təhlükəsi isə bütün dünya dövlətlərində olduğu kimi Azərbaycanda da tamami ilə yeni situsiya yaratdı.

2019-cu ilin dekabr ayında Çinin Hubey əyalətinin Uhan şəhərində meydana gələn naməlum infeksion xəstəlik qısa müddət sonra bütün dünyanı lərzəyə salan səssiz qatilə çevrilməyə başladı. Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci ilin fevralın 11-də infeksiyanın adının COVID-19 olduğunu bildirdi, martın 11-də isə koronavirusu pandemiya elan etdi.

COVID-19 pandemiyasının qlobal təhdidə çevrilməyə başladığı ilk vaxtdan etibarən bir çox inkişaf etmiş Avropa dövlətindən fərqli olaraq Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın qəbul etdiyi qərarlar bu xəstəliyin ölkəmizdə geniş yayılaraq kütləvi insan itkisinə səbəb olmasının qarşısını aldı. Cəmiyyətin bütün təbəqələrinin, dövlət və ictimai qurumların, özəl sektorun koronavirusa qarşı mübarizədə qısa müddət ərzində səfərbər olunması, vətəndaşların sağlamlığının qorunması və xəstələrin müalicəsinin yüksək şəkildə və peşəkar səviyyədə təmin edilməsi, milli həmrəyliyin daha da gücləndirilməsi ümummili lider Heydər Əliyevin əsasını qoyduğu və prezident İlham Əliyevin uğurla inkişaf etdirdiyi dövlətimizin sağlam siyasi, iqtisadi və mənəvi dayaqlar üzərində bərqərar olduğunu bir daha göstərdi.

Azərbaycan COVID-19 infeksiyası ilə mübarizədə zəruri olan tibbi avadanlığın, dərman preparatları və digər qorunma vasitələrinin təcili şəkildə alınıb ölkəyə gətirilməsi, yeni tibb və istehsal müəssisələrinin qısa müddət ərzində yaradılması ilə fərqləndi.

Koronavirusla mübarizədə Azərbaycan modelinin effektivliyi statistikada da aydın şəkildə əksini tapır. Beynəlxalq hesabatlara görə istər əhalisinin sayı 10 milyon civarında olan ölkələrdə, istər Azərbaycanla qonşu dövlətlərdə, istərsə də bütün dünyada əhalinin hər 1 milyon nəfərinə düşən xəstə və ölənlərin sayına görə Azərbaycan ən sonuncu yerlərdən birini tutur. Bu göstərici əlbəttə ki, cənab Prezidentin gözlənilməz infeksion təhlükəyə qarşı mübarizə məqsədi ilə qəbul etdiyi çevik, konseptual və uzaqgörən qərarların nəticəsində əldə olundu.

Koronavirus pandemiyasının ölkə iqtisadiyyatına, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirlərinin azaldılması, həssas təbəqədən olan vətəndaşlara dəstək verilməsi məqsədi ilə dövlətin 3 milyardan manatdan artıq maliyyə vəsaiti ayırıb.

Çoxsaylı yerli və beynəlxalq ekspertlər dünyanın qəfil yaxalandığı dəhşətli xəstəliklə mübarizədə Azərbaycanın atdığı çevik və məqsədyönlü addımları, əldə olunan nəticəni örnək təcrübə adlandırırlar. Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Qebreyesus prezident İlham Əliyevə ünvanladığı məktubda ölkəmizdə COVID-19 pandemiyasının təsirinin və miqyasının məhdudlaşdırılması istiqamətində Azərbaycan prezidentinin yürütdüyü siyasətin və atılan addımların təqdirəlayiq olduğunu bildirib.
Azərbaycan həmçinin, koronavirus (COVID-19) pandemiyasına qarşı ölkəiçində uğurlu mübarizə modeli yaratmaqla yanaşı, dünya ölkələri ilə həmrəyliyini də müxtəlif formalarda ifadə edib. Ölkəmiz koronavirusla mübarizə məqsədilə ÜST-ə 5 milyon dollar yardım edib. Eyni zamanda İran, Qırğızıstan və digər bir sıra ölkələrə də maddi yardım edib. Arelin 11-də Heydər Əliyev Mərkəzinin binası üzərinə Türkiyə, Böyük Britaniya, Gürcüstan, Rusiya, ABŞ, Avropa İttifaqı, İspaniya, İran, Almaniya, Fransa, Çin, İtaliya və Ümumdünya Səhiyyə Təşkilatının bayraqları videoproyeksiya olunaraq ölkəmizin dəstəyi nümayiş etdirilib. Bu aksiya dünyanın bir çox tanınmış media qurumları tərəfindən rəğbətlə təqdim olunub.

Əlbəttə ki, dövlətimizin bütün resurslarını bu dəhşətli pandemiya ilə mübarizəyə yönəltdiyi bir dövrdə vətəndaş cəmiyyətinin də üzərinə mühüm vəzifələr düşür. Fəaliyyəti cəmiyyət həyatının bütün sahələrini əhatə edən qeyri-hökumət təşkilatları qəfil qarşılaşdığımız koronavirusa qarşı mübarizədə öz işini fəal və effektiv şəkildə qurması ilə diqqəti çəkdi. Koronavirus pandemiyası ilə mübarizədə dövlət qurumları və özəl sektorla yanaşı ictimai təşkilatlar da ön sıralarda yer aldı.

Martın 14-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası dövlət başçısının tapşırıqlarına uyğun olaraq QHT-lərə çağırış edərək onları koronavirusla bağlı hökumətin müəyyən etdiyi qaydada bütün kütləvi görüşləri və öncədən planlaşdırdıqları tədbirləri təxirə salmağa, tətbiq olunan məhdudiyyətlərin icrasına ictimai nəzarəti gücləndirməyə çağırdı.

Martın 25-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev Şura üzvlərinin və Katibliyin əməkdaşlarının Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə köçürmək haqqında qərar qəbul etdiyini bildirərək bütün QHT-ləri bu təşəbbüsə qoşulmağa və koronavirusla mübarizədə həmrəylik nümayiş etdirməyə çağırıb. İndiyədək 100-dək QHT Koronavirusla Mübarizəyə Dəstək Fonduna 50 manatdan 100 min manatadək dəyişən müxtəlif məbləğlərdə ianə köçürüb. Bu proses hazırda da davam etməkdədir.

Şura martın 27-dən etibarən Real TV-lə birlikdə “Evdə qal, cəmiyyəti qoru” ictimai monitorinq və maarifləndirmə kampaniyasına başlayıb. Bu kampaniyaya qoşulan yüzlərlə QHT koronavirus pandemiyası ilə bağlı vətəndaşların məlumatlandırılmasında, karantin rejiminə əməl edilməsinin vacibliyi ilə bağlı maarifləndirmə işində yaxından iştirak edir. Bu günədək 40-dək QHT Real Tv ilə birlikdə qeyd olunan kampaniya çərçivəsində 19 gün ardıcıl olaraq Bakı şəhərinin və Abşeron rayonunun müxtəlif ərazilərində aparılan maarifləndirmə və monitorinqdə iştirak edib. Monitorinqin nəticələri barədə məlumatlar televiziya və saytlar vasitəsi ilə ictimaiyyətə həmçinin, Nazirlər Kabineti yanında Operativ Qərargaha təqdim edilib.

Martın 28-də Şura 2020-ci ilin qrant müsabiqəsinin qalibi olan QHT-lərə və birgə qrant müsabiqəsi keçirdiyi qurumlara ölkəmizdə koronavirusun geniş yayılmasının qarşısını almaq məqsədilə dövlətimizin həyata keçirdiyi qabaqlayıcı tədbirlərdə QHT-lərin yaxından iştirakını təmin etmək üçün müraciət edib. Şura cari ilin martın 5-də nəticəsi elan edilən müvafiq dövlət qurumları ilə birgə həyata keçirdiyi 9 qrant müsabiqələrinin qalibi olan 56 QHT layihəsinin mövzu və fəaliyyət planını dəyişərək koronavirusla mübarizə tədbirlərinə yönəltməyi təklif edib.

Şura aprelin 2-də koronavirus pandemiyasına qarşı mübarizə ilə bağlı QHT-lərin fəaliyyətinin çevik əlaqələndirilməsi və bu istiqamətdə görüləcək işlərin effektivliyinin daha da artırılması məqsədi ilə “QHT-lərin koronovirusla mübarizəyə həsr olunan ümumrespublika onlayn konfransı”nı keçirib. Şuranın tərəfdaşı olan bir neçə dövlət qurumunun rəsmisi və 400-ə yaxın QHT-nin rəhbərinin iştirak etdiyi onlayn konfransda prezident İlham Əliyevin rəhbərliyi ilə qısa müddət ərzində ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində mühüm işlər görüldüyü bildirilib. Dövlətin koronavirusla mübarizə sahəsindəki fəaliyyətinə QHT-lərin də yaxından dəstək verdiyi vurğulanıb. Toplantıda QHT-lərin koronavirusla mübarizə sahəsindəki fəaliyyətinin effektivliyini artırmaq və koordinasiyanı gücləndirmək üçün QHT-lərin İctimai Qərargahının yaradılması barədə qərar qəbul olunub. Konfransda irəli sürülən bütün təkliflərin ümumiləşdirilərək Nazirlər Kabineti yanında Operativ Qərargaha təqdim olunması qərara alınıb. Konfrans iştirakçıları ölkəmizdə koronovirusla mübarizədə görülən təsirli tədbirlərə görə Cənab prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin təşəkkürlərini bildiriblər. QHT rəhbərləri həmçinin, fədakar fəaliyyətinə görə həkim və polisləri alqışlayıblar.

Aprelin 4-də keçirilən Şuranın onlayn iclasında "QHT-lərin koronavirusla mübarizəyə həsr olunan ümumrespublika onlayn konfransı"nın iştirakçılarının irəli sürdüyü təkliflərin icraya yönləndirilməsi haqqında qərar qəbul edilib. Şura koronavirusla effektiv mübarizədə ictimai sektorun potensialını tam səfərbər məqsədi ilə İctimai Qərargah yaradıb.

İctimai Qərargah ötən iki ay ərzində mütəmadi olaraq onlayn iclaslar keçirərək regionlardakı vəziyyət barədə QHT-lərin məlumatlarını dinləyib, görülən işləri və irəli sürülən təklifləri müzakirə edib və müvafiq qərarlar qəbul edib.

Aprelin 7-dən etibarən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Real TV-lə birlikdə “Evdə qalaq, bilgi alaq” adlı onlayn ictimai dəstək və maarifləndirmə kampaniyasına başlayıb. Kampaniya çərçivəsində indiyədək QHT rəhbərlərinin və tanınmış şəxslərin iştirakı ilə Şuranın rəsmi feyzbuk səhifəsində canlı yayımda müxtəlif mövzularda ictimai müzakirələr təşkil olunub. İndiyədək QHT rəhbərlərinin, tanınmış ekspertlərin iştirakı ilə “Koronavirus pandemiyasının yaratdığı psixoloji vəziyyətlə bağlı məlumatlandırma”, "Koronavirusla bağlı tibbi maarifləndirmə", "Koronavirusun dünya düzəninin dəyişməsinə təsiri", "4-cü sənaye inqilabı və koronavirusun gətirdiyi reallıqlar", "Milli vətənpərvərlik mövzusunda qiraət ustaları ilə görüş", "Mədəniyyət və incəsənət xadimləri ilə görüş" mövzularında ictimai müzakirələr təşkil edilib.

Adıçəkilən kampaniya çərçivəsində həmçinin, mayın 1-də ABŞ, Polşa, İtaliya, Fransa və digər dövlətlərin vətəndaş cəmiyyəti institutlarının rəhbərlərinin iştirakı ilə “Koronavirusla mübarizə mədəniyyəti: Kim? Harada? Necə?” mövzusunda beynəlxalq videokonfrans keçirilib.

Aprelin 8-də Şura koronavirus (COVID-19) pandemiyasının geniş yayılmasının qarşısının alınması üçün dövlətin həyata keçirdiyi tədbirlərə ictimai dəstəyin göstərilməsi məqsədilə qeyri-hökumət təşkilatları üzvlərinin könüllü şəkildə iştirak etmək imkanlarının öyrənilməsi məqsədi ilə onlayn Sorğu keçirməyə başlayıb. Bir həftə müddətində keçirilən sorğuda 100 QHT nümayəndəsi iştirak edib. Dörd mövzu üzrə keçirilən sorğuda tibbi maarifləndirmə və tibbi ləvazimatların paylanması ilə bağlı 43, tibbi xidmət sahəsində dəstəyin göstərilməsi ilə bağlı 3, psixoloji xidmət sahəsində dəstəyin göstərilməsi ilə bağlı 18, ahıl və tənha insanlara xidmətlərin göstərilməsi istiqamətində isə 36 QHT nümayəndəsi könüllü olaraq iştirak etmək istədiyini bildirib. Beləliklə 100-dən çox QHT nümayəndəsi könüllü olaraq koronavirusla mübarizədə mütəxəssis kimi iştirak etmək üçün qeydiyyatdan keçib. Sorğunun nəticəsi Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargaha təqdim olunub.

Yenicə təsis olunmasına baxmayaraq Şuranın yanında fəaliyyət göstərən “SƏLİS Könüllülər” Birliyinin üzvləri də Prezident İlham Əliyevin çağırışına uyğun olaraq əhalinin həssas təbəqəsindən olan şəxslərə, xüsusi ilə yaşı 65-dan yuxarı insanlara ərzaq yardımlarının paylanması işində həmçinin, ictimai məlumatlandırma kampaniyalarında fəal iştirak edib.

Aprelin 10-da Şura sədri, Milli Məclisin deputatı Azay Quliyevin mərkəzi icra hakimiyyəti orqanlarının yanında fəaliyyət göstərən İctimai Şuraların rəhbərləri və üzvləri ilə onlayn görüşü keçirilib. Toplantıda prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın həyata keçirdiyi çevik və təsirli tədbirlərin sayəsində Azərbaycanın COVID-19 pandemiyasına qarşı effektiv mübarizə apardığı və vəziyyətin tamamilə nəzarət altında olduğu bildirilib.

Görüşdə İctimai Şuraların fəaliyyətinin koordinasiyasının təşkili, növbəti görüşə regionlarda və universitetlərdə fəaliyyət göstərən İctimai Şuraların da dəvət edilməsi, sosial yardımların monitorinqi, sosial şəbəkələrdə məqsədli şəkildə yayılan, dövlətin sosial siyasətinin gözdən salınmasına yönələn saxta məlumatlara qarşı aktiv şəkildə münasibətin bildirilməsi, istilik sistemlərinin fəaliyyətinin mayın 1-dək uzadılması, dövlət qurumlarınin yaratdığı İctimai Şuraların qarşılıqlı effektiv şəkildə fəaliyyətinin təmin edilməsi üçün "İctimai İştirakçılıq haqqında" qanuna müvafiq əlavələrin də edilməsi üçün təkliflərin hazırlanması və s. kimi müxtəlif təkliflər səsləndirilib. 11 mərkəzi icra hakimiyyəti orqanının - Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində olan KOBİA, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında fəaliyyət göstərən İctimai Şura sədrləri və üzvlərinin iştirak etdiyi toplantıda COVID-19 pandemiyasının geniş yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərin effektivliyinin artırılmasında İctimai Şuraların rolu geniş müzakirə edilib. İclasda vurğulanıb ki, cəmiyyətin aparıcı institutlarından biri kimi QHT-lər yaşlı vətəndaşlara sosial xidmətlərin göstərilməsindən, vətəndaşların karantin rejimi ilə bağlı maarifləndirilməsinə qədər bütün sahələrdə göstərdiyi fəaliyyətini daha da gücləndirməlidir. Konfransda dünyanın bütün ölkələrinin pandemiya ilə mübarizə apardığı, karantin rejimi tətbiq etdiyi indiki dövrdə dövlətimizin və millətimizin əleyhinə fəaliyyət göstərən xəyanətkarlara da birmənalı şəkildə etiraz bildirilib.

Toplantının yekununda qəbul edilən bəyanatda Əli Kərimlinin və özlərini Milli Şuranın üzvləri adlandıran digər xəyanətkarların xaricdəki havadarlarının birbaşa iştirakı ilə ölkəmizə qarşı hədyanlar yağdırması, anti-Azərbaycan şəbəkəsinin ölkəmizin və millətimizin əlehinə apardığı təxribatlar birmənalı şəkildə pislənilib.

İctimai Şuraların üzvləri ilə keçirilən görüşdə irəli sürülən bütün təkliflər Şura tərəfindən Nazirlər Kabineti yanında Operativ Qərargaha təqdim olunub. Aprelin 15-də onlardan biri ilə bağlı (istilik sistemlərinin fəaliyyətinin mayın 1-dək uzadılması) hökumət müsbət qərar verib. Qərara görə istilik mövsümünün müddəti aprelin 25-nə qədər uzadılıb.

Aprelin 14-də Şuranın qhtxeber.az saytı maddi imkanı zəif olan, yardıma ehtiyacı olan insanların aşkarlanması, bunla bağlı məlumatların vahid bazaya toplanması və cəmiyyətin müxtəlif imkanlı üzvlərinə müraciət etməklə həmin şəxslərə dəstək kampaniyası keçirməyə başlayıb.

Şura aprelin 17-də Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən qanvermə aksiyasında iştirak üçün müraciət edib. Mərkəzi Qan Bankı aksiyaya qoşulanların sayının çoxluğunu nəzərə alaraq Şuranın bu aksiyada iştirakını mayın 20-nə təyin edib. Mayın 20-də saat 10:00-da Mərkəzi Qan Bankında Şura sədri, Katiblik əməkdaşları ilə yanaşı QHT nümayəndələri də qanvermə aksiyasında iştirak edəcək.

COVID-19 pandemiyası ilə əlaqədar karantin rejimi elan olunan ilk günlərdən etibarən QHT-lər dövlət başçısının çağırışına qoşularaq əhalinin həssas təbəqəsindən olan aztəminatlı ailələrə yardımlar göstərməyə başlayıb. 90 QHT bu prosesdə aktiv iştirakı ilə seçilib. 9 QHT bu yardımları Şuranın maliyyə dəstəyi ilə icra etdiyi layihə çərçivəsində göstərib. 81 təşkilat isə bu yardımları könüllü qaydada və öz hesabına həyata keçirib. Vətəndaşlara öz imkanı hesabına kömək edən QHT-lər 4000 ailəyə ərzaq, 6748 nəfərə tibbi ləvazimat və dərman, 5 nəfərə əlil arabası, 119 nəfərə isə müxtəlif növ maliyyə yardımı edib.

Xüsusi ilə Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinin paytaxtda və ölkənin bütün regionlarında həssas təbəqədən olan on minlərlə ailəyə yardım etməsi vətəndaş həmrəyliyinin gücləndirilməsinə çox böyük töhfə verib.

Aprelin 18-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşəbbüsü və Mətbuat Şurasının yaxından iştirakı koronavirus (COVİD-19) pandemiyası ilə mübarizədə QHT-media əməkdaşlığının gücləndirilməsinə həsr olunan onlayn konfrans keçirilib. Konfransda Şura sədri, Milli Məclisin deputatı Azay Quliyev, Mətbuat Şurasının sədri Əflatun Amaşov, ölkənin tanınmış media qurumlarının və QHT-lərin rəhbərləri iştirak edib. 270 nəfər QHT və media nümayəndəsinin iştirak etdiyi konfransda Azərbaycan Milli QHT Forumunun prezidenti Rauf Zeyni "Pandemiya ilə mübarizədə QHT sektorunun rolu və üzərinə düşən vəzifələr" və "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid "Pandemiya ilə mübarizədə medianın üzərinə düşən vəzifələr və mövcud durum" mövzusunda məruzə ilə çıxış edib.

Konfransın yekununda dövlət başçısına müraciət qəbul olunub. Müraciətdə ölkənin yüzlərlə QHT və media nümayəndəsi cənab prezidentin rəhbərliyi ilə koronavirus (COVID-19) infeksiyanın qarşısının alınması üçün atılan addımların nəticəsində xalqımızın bu böyük bəladan tezliklə xilas olacağına inamını ifadə edib. Konfrans iştirakçıları həmçinin, anti-Azərbaycan siyasəti həyata keçriən xarici dairələrin alətinə çevrilən margianl siyasi quruplara kəskin etiraz edərək dövlət başçısının həyata keçirdiyi siyasəti dəstəkləyədiyini, ölkəmizin daha da qüdrətlənməsi və inkişafı üçün bundan sonra da var gücü ilə çalışacağını bildirib.

Şura sədrinin təşəbbüsü ilə ümummilli məsələlərlə bağlı fikir və təkliflərinin öyrənilməsi, xüsusilə ictimai rəyə təsir imkanı olan tanınmış QHT rəhbərlərinin fəaliyyətinin koordinasiya olunması məqsədilə QHT sektorunda çalışan mütəxəssislərdən ibarət "İctimai liderlər" adlı qrup yaradılıb. "İctimai Liderlər" qrupunun aprelin 20-də keçirilən onlayn iclasında birgə fəaliyyətin təşkili, pandemiya ilə mübarizədə mövcud vəziyyətin qiymətləndirilməsi, mümkün risklər və onların qarşısının alınması istiqamətində fəaliyyət mexanizmləri geniş müzakirə edilib.

Şura koronavirusa qarşı mübarizə sahəsində ölkədaxili fəaliyyətlərlə yanaşı Beynəlxalq xeyriyyə aksiyasında da iştirak edib. Aprelin 29-da Rusiyanın "Rus Velikaya" Beynəlxalq Fondunun keçirdiyi immunitet estafentini Şuranın koordinatorluğu ilə Azərbaycan QHT-ləri götürüb. Rusiyanın müxtəlif tanınmış saytlarında Azərbaycan QHT-lərinin keçirdiyi yardım kampaniyası haqqında məlumat yayımlanıb. 30 QHT-nin iştirak etdiyi bu xeyriyyə kampaniyası çərçivəsində Azərbaycanın müxtəlif ərazilərində yaşayan 100-ə qədər yaşlı vətəndaşımıza ərzaq yardımları göstərilib.

Mayın 6-da Şura “İslahatlara dəstək və ictimai nəzarət mexanizmləri” mövzusunda konfrans keçirib. Konfransda 300-dən çox QHT sədri, həmçinin bir sıra media qurumlarının nümayəndəsi iştirak edib. Konfransda vurğulanıb ki, dövlət qurumlarında neqativ halların öncədən qarşısının alınması, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının fəaliyyətində şəffaflığın və hesabatlığın tam təmin edilməsi üçün vətəndaş cəmiyyəti institutları daha fəal olmalı və bu məqsədlə ictimai nəzarəti gücləndirməlidir. Toplantıda Prezident İlham Əliyevin korrupsiya və rüşvətxorluğa qarşı apardığı mübarizənin sistemli və ardıcıl xarakter daşıdığı və bu çətin mübarizədə ictimai sektorun dövlət başçısını birmənalı və qətiyyətlə dəstəklədiyi bildirilib.

Konfransda Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun sədri Sabit Bağırov “Ölkədə aparılan sosial-iqtisadi islahatlara QHT-lərin dəstəyi”, Konstitusiya Araşdırmalar Fondunun sədri Əliməmməd Nuriyev “İctimai nəzarət və etik standartlara riayət olunması”, Müstəqil Hüquq Mərkəzinin sədri Aydın Kərimov “Yeni dövrün çağırışları və vətəndaş cəmiyyətinin üzərinə düşən vəzifələr” mövzusunda geniş məruzə ilə çıxış edib. Toplantıda məlumat verilib ki, Şura ilə AzTv-nin birgə layihəsi kimi həftəlik "İctimai nəzarət" adlı televiziya verilişinin hazırlanması haqqında "Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədovla razılıq əldə olunub.

Konfransda Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevaya ölkəmizdə pandemiyanın geniş yayılmasının qarşısını alınması, 200 min ailəyə ərzaq yardımının edilməsi, qana ehtiyacı olan xəstələr üçün geniş qanvermə aksiyasının təşkilinə və ümumilli həmrəyliyin gücləndirilməsindəki töhfələrinə görə QHT sektoru adından təşəkkür məktubu ünvanlanıb.

Mayın 7-də Şuranın 2020-ci ildə birgə qrant müsabiqəsi keçirdiyi 26 dövlət orqanı və digər qurumların nümayəndələrinin, eləcə də Şura Katibliyinin əməkdaşlarının iştirakı ilə onlayn müzakirə keçirilib. Müzakirədə cari ilin mart ayının 6-da birgə qrant müsabiqələri çərçivəsində qalib olan layihələrin növbəti dövrlərdə icra vəziyyəti geniş müzakirə olunub.

Şura hökumətin sosial sahədə həyata keçirdiyi ardıcıl və qabaqlayıcı tədbirlərdə QHT-lərin yaxından iştirakını və dəstəyini təmin etmək məqsədilə tərəfdaş olduğu dövlət orqanları və digər qurumlarla birgə həyata keçirdiyi qrant müsabiqələrinin qalibi olan bir sıra QHT layihələrinin mövzularının və fəaliyyət planının razılıq əsasında dəyişdirilərək koronavirusla mübarizə məqsədilə tətbiq olunan karantin rejimi dövründə sosial cəhətdən dəstəyə ehtiyacı olan vətəndaşlarımıza müxtəlif növ birdəfəlik yardımların göstərilməsinə yönəltməyi təklif edib. Dövlət qurumlarının nümayəndələri Şuranın bu təklifini dəstəklədiklərini bildiriblər. Müxtəlif mövzularda təlim, seminar və çoxlu sayda vətəndaşları cəlb etməklə keçirilməsi nəzərdə tutulan digər kütləvi tədbirlərin təşkilini özündə əks etdirən layihələrin siyahısının hazırlanması və həmin layihələri müvafiq dövlət qurumları ilə razılaşdırılması barədə Şura Katibliyinə müvafiq tapşırıqlar verilib.

Bundan irəli gələrək Şura 2020-ci ildə maliyyələşməsi barədə qərar qəbul etdiyi 429 layihədən 314-nün mövzusu dəyişdirilərək sosial cəhətdən dəstəyə ehtiyacı olan vətəndaşlarımıza müxtəlif növ birdəfəlik yardımların göstərilməsinə yönəltməyi barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına müraciət edib.
Mayın 13-də Şuranın Real TV ilə birgə təşkil etdiyi "Evdə qalaq, bilgi alaq!” onlayn ictimai dəstək və maarifləndirmə kampaniyası çərçivəsində "Koronavirus həmrəyliyi, beynəlxalq təcrübə” mövzusunda yerli və xarici vətəndaş cəmiyyəti nümayəndələri ilə birlikdə videokonfrans keçirilib. Azərbaycan, Böyük Britaniya, Rusiya, Türkiyə, Polşa, Bosniya və Herseqovina, Ukrayna, Slovakiya, Yunanıstan, Fransa QHT rəhbərlərinin iştirak etdiyi videokonfransda koronavirusun (COVID-19) yaratdığı fəsadlar, dünya ölkələrinin bu pandemiyaya qarşı birgə mübarizəsi, həmrəyliyin daha da artırılması ilə bağlı, çıxışlar dinlənilib və müzakirələr aparılıb.

Ötən müddət ərzində paytaxt QHT-ləri ilə yanaşı həmçinin, Mingəçevir, Şirvan, Şəmkir, Qəbələ və Qubada fəaliyyət göstərən QHT-lərin regional resurs və təlim mərkəzləri də dövlət qurumları, ictimai və özəl sektorla əlaqəli şəkildə çalışaraq vətəndaşların koronavirus təhlükəsindən xilas olması üçün aktiv fəaliyyət göstərib.

Mart ayından etibarən Şuranın təşkilatçılığı ilə həyata keçirilən fəaliyyətin bu qısa xronologiyası bir daha göstərir ki, qeyri-hökumət təşkilatları ölkəmizdə COVID-19 pandemiyası ilə mübarizəyə başlanan gündən bütün sahələrdə prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinə birmənalı və fəal şəkildə dəstək verir. Şuranın koordinatorluğu ilə sosial şəbəkələrdə, televiziyalarda, qəzetlərdə, saytlarda, həmçinin, küçə və parklarda karantin rejiminə əməl edilməsinin vacibliyi və koronavirusun yaratdığı təhlükə barədə maarifləndirmə işləri aparılmasından, həssas təbəqədən olan vətəndaşlara ərzaq yardımlarının göstərilməsinə, anti-Azərbaycan qüvvələrin, xəyanətkar siyasi qrupların təxribatlarına qarşı birmənalı və kəskin mövqeyin ifadə olunmasınadək bütün sahələrdə davamlı və uğurlu fəaliyyət göstərən QHT-ləri bu prosesin əsas ictimai aktorlarından biri hesab etmək olar.

COVID pandemiyasının insanlar üçün yaratdığı təhlükənin başa çatacağı yekun tarix isə hələ də bəlli deyil. Bu cəhətdən ümummili problemlərin həlli ilə bağlı cəmiyyətdə həmrəyliyin daha da gücləndirilməsi, dövlətçiliyin ətrafında sıx şəkildə birləşilməsi aktual olaraq qalmaqdadır. İnanıram ki, cəmiyyətin başlıca ictimai institutlarından olan QHT-lər qeyd olunan bu prosesə bundan sonra da töhfə verməkdə davam edəcəklər. Bu işdə ictimai institutlar da daxil olmaqla bütün qurumlar və vətəndaşlar üçün cənab prezident İlham Əliyevin martın 24-də Azərbaycan Televiziyasına müsahibəsində söylədiyi konseptual fikirlər mükəmməl yol xəritəsi mahiyyəti daşıyır: “Biz bu günə qədər həmişə xalq-iqtidar birliyinin hesabına inkişafa nail olmuşuq. Bu gün Azərbaycanın əsas təkanverici qüvvəsi xalq-iqtidar birliyidir. Çünki bizim siyasətimiz xalq tərəfindən həmişə dəstəklənib və bu dəstəyi biz bu gün də görürük. Vətəndaşlardan yalnız və yalnız məsuliyyət tələb edirik. Xahiş edirik, məsuliyyətli olun, öz yaxınlarınıza arxa olun, dayaq olun, yaşlı nəslin nümayəndələrinə arxa olun, onları qoruyun, özünüzü qoruyun, uşaqlarınızı qoruyun. Mən əminəm ki, həm milli həmrəylik, həm məsuliyyət, həm də milli birliyimiz bizə imkan verəcək ki, bu xəstəliyə qalib gələk. Biz birlikdə güclüyük".

Elməddin Behbud
Şuranın ictimaiyyətlə əlaqələr bölməsinin rəhbəri
Xameneidən fələstinlilərə çağırış: Silahlanın!İordan çayının qərb sahilindəki fələstinlilər də qəzzadakılar kimi silahlanmalıdır.

Axar.az xəbər verir ki, bu sözləri İranın Ali dini lideri Əli Xamenei deyib.

O bildirib ki, fələstinlilərin yaşadığı çətinlikləri yüngülləşdirəcək tək vasitə gücdür:

“Güzəşt etmək bu qəsbkar, pisniyyətli və qurda bənzəyən rejimin zalımlığını zərrə qədər azaltmayacaq”.
Rəşad Mahmudov daun sindromlu körpə üzərində əməliyyat icra edib - VideoAzərbaycanın dünya miqyasında tanınan kardiocərrahı, tibb elmləri doktoru, Rəşad Mahmudov daun sindromlu körpə üzərində əməliyyat icra edib.

Avrasiya.net xəbər verir ki, son dərəcə mürəkkəb və risk tələb edən uğurlu əməliyatdan sonra pasiyentin heç bir həyati təhlükəsi yoxdur və o özünü yaxşı hiss edir.

Əməliyyat öncəsi Rəşad Mahmudov öz duyğularını bu cür ifadə edib: "Daun (down sindromu) xəstəlik yox, genetik bir fərqlilikdir, daha doğrusu bir ayrıcalıqdır. Səbəbi, hamımızda olan 46 xromosom yerinə, 47 xromosomun olmasıdır. Demək ki, daun genetik 1 əksiklik yox, əksinə +1 üstünlükdür!..

Onlar dünyamızı gözəl və saf gülüşləri ilə bəzəyirlər. Amma bəzən xəstələnir, bəzən də əməliyyata bir az gecikirlər..."
"Ölkəmizdə insan alverinə qarşı mübarizə sahəsində bütün mexanizmlər mövcuddur"“İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin uğurlu fəaliyyəti onu deməyə əsas verir ki, Azəbaycan dövləti insan alveri ilə qətiyyətli mübarizə aparır”

News12.az İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun Milli Məcilisdə illik hesabatı ilə bağlı İnsan Alverinə Qarşı Mübrazə təşkilatının sədri Ramiz Alıyevin müsahibəsini təqdim edir.

-Ramiz müəllim, bu gün Milli Məclisin plenar iclasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı haqqında məsələ müzakirəyə çıxarılaraq qəbul olunub. Bu il hansı yeniliklər var və ümumiyyətlə Azərbaycan dövləti insan alverinə qarşı necə mübarizə aparır ?

-Hazırda ölkəmizdə insan alverinə qarşı mübarizə sahəsində bütün mexanizmlər mövcuddur. Bu sahədə cənab Prezidentin sərəncamları ilə qəbul edilmiş Milli Fəaliyyət Proqramları var. Eyni zamanda beynəlxalq standartlara cavab verən qanunvericilik bazası da qəbul olunmuşdur. Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin uğurlu fəaliyyəti onu deməyə əsas verir Azəbaycan dövləti insan alveri ilə qətiyyətli mübarizə aparır. 2019-cu ildə 186 insan alveri cinayəti qeydə alınıb, 27 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Bu rəqəmlər ötən illə müqayisədə daha çoxdur, yəni bu statistika uğurlu və əzmkar fəaliyyətin nəticəsidir. Qeyd etdiyimiz kimi bu hesabat ilində baş idarə öz işini peşəkarcasına apara bilib. Həmçinin onu da bildirməliyik ki, Azərbaycan Hökuməti insan alverinə qarşı mübarizdə mühüm beynəlxalq sənəd olan Lanzarot Konvensiyasının ratifikasiya edib. İnsan Alverinə Qarşı Mübarizə Baş idarəsi vətəndaş cəmiyyəti institutları ilə birgə əməkdaşlıq çərçivəsində bütün hədəf qruplarını üçün keçirilmiş geniş maarifləndirmə tədbirlərini yüksək qiymətləndirirəm. Hesab edirəm ki, bu sahədə vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir, onların fəaliyyəti müxtəlif formatlarda dəstəklənməlidir. 2019-cu ildə insan alverinə qarşı effektiv mübarizə üçün qanunvericilik, preventiv və cəza tədbirləri davam etdirilib.

-İnsan alverindən zərər çəkmiş şəxslərə reinteqrasiya dövründə ödənilən müavinətin qaldırılması nə kimi müsbət dəyişikliklərə səbəb olacaq ?


- İnsan alveri qurbanlarına reinteqrasiya dövründən ödənilən müavinətin məbləği 400 manatdan 700 manata artırılıb. Bunun da əhəmiyyəti böyükdür, beləki Azərbaycan dövləti bu cinayətdən zərərçəkən şəxslərə öz qayğısını artırmaqla onların sosial durumlarının yaxşılaşmasına köməklik edir. Həmin şəxslərin gələcəkdə cəmiyyətə dönməsi üçün də əməli tədbirlər atılmaqdadır. Bu cinayətdən zərər çəkən şəxslərin Daxili işlər Nazirliyinə aid insan alveri qurbanları üçün nəzərdə tutumuş ən yüksək səviyyədə şəraiti olan sığınacağında saxlanılması, onların təlabatlarının dövlət hesabına həyata keçirilməsi, peşə kurslarına yönəldilmələri buna əyani sübutdur.
“Hələ ölmək fikrim yoxdur” - Zeynəb Xanlarova DANIŞDI+SƏSYAZISIMayın 19-da haqqında ölüm xəbəri yayılan Xalq artisti, Milli Məclisin sabiq deputatı Zeynəb Xanlarova vəziyyətinin yaxşı olduğunu, işıüqlı dünyanı hələ tərk etməyə hazırlaşmadığını bildirib.

Avrasiya.net xəbər verir ki, sənətçi News24.az-a müsahibəsində Milli Məclisə namizədliyini verməməsindən tutmuş nəvələrinədək hər mövzuda danışıb.

- Necəsiniz, Zeynəb xanım? Çox təəssüf ki, bütün sevənləriniz səhəri üzücü xəbərlə açdı...


- Məni öldürmək istədilər, yalandan xəbər düzəltdilər ki, güya mən vəfat etmişəm. Zeynəb hələ ölməyəcək. Mənim anam 100 yaşında rəhmətə gedib. Ona görə də mən uzunömürlülərdənəm. Məni Allahım, xalqım daim yaşadacaq. Mənə də indi bu xəbərlər haqda dedilər. Zeynəb xalqını, millətini, dövlətini çox sevir və hər zaman da bu sevgiylə yaşayacaq. Özümü çox əla hiss edirəm. Hətta əladan bir az da yuxarı (gülür).

Bu xəbərlər məni öldürmür, əksinə, ömrümü uzadır, yaşadırlar məni. Mənim üçün pis adam yoxdur, çünki özüm pis deyiləm. Allah yazanlardan da, yazmayanlardan da razı olsun. Allah yazanlara 100 il ömür versin. Mərhum anam hər zaman deyərdi ki, sən 120 il yaşayacaqsan. Səhərə yaxın yuxudan oyandım. Oyanan kimi bu xəbəri eşitdim təccübləndim. Gör, Azərbaycan xalqı məni nə qədər çox istəyir ki, onların dillərindəyəm, ağıllarındayam. İstəməzdim haqqımda belə sözlər yazılsın. Mən hələ indiyə qədər heç bir həkimin yanına getməmişəm. Yəni heç bir xəstəliyim yoxdur.

- Bildiyimiz kimi solo-konsertinizə hazırlaşırsınız...

- Karantin rejimi olduğundan hələ ki, evdəyəm, dincəlirəm. Arada bağa gedirəm, amma ümumilikdə ev şəraitindəyəm. Baxmayaraq ki, evdəyəm, amma konsertimə hazırlaşıram, ansamblımla məşqlər edirəm. Allahın izniylə noyabrda möhtəşəm konsertimiz baş tutacaq. Camaat məni görməyəndə çox darıxır.

- Bu yaxınlarda "uşaqpulu" məsələsinə görə tənqid olundunuz...

- Xalqımı, millətimi sevən insanam və heç vaxt onların əleyhinə gedə bilmərəm. Gedib Milli Məclisdə yoxlasınlar görüm, mən o sözü nə vaxt demişəm?! Olmayan şeylər yazırlar haqqımda. Onları Allaha tapşırıram. Mən danışanda ancaq mədəniyyətdən, musiqidən söz aça bilərəm. Daha belə məsələlərdən yox. Bu il Milli Məclisə namizədliyimi irəli sürmədim. Bu şəxsi istəyim idi. Çünki mən orda olanda haqqımda cürbəcür məlumatlar yazırdılar. İllərlə qazandığım hörməti itirməmək üçün getmədim. Bu məsələ mənim yaralı yerimdir. Mən hamını sevirəm, amma bu sözləri yazan şəxs məni sevmir və məni xalqın gözündən salmaq istəyir. Zeynəb heç vaxt xalqın gözündən düşən deyil. Mən daim Milli Məclisin arxa qapısından çıxıram ki, heç kimin gözünə dəyməyim. Çünki haqqımda çox pis şeylər yazan insanlar var, Allahlarını itirirlər. Yaxşının yerinə pis yazırlar. Olan şeyi yazsalar nə olardı ki?

- Altı nəvəniz var. İkinci Zeynəb yetişirmi?

- İndi istirahət edirəm, heç kimlə görüşmürəm. Hətta nəvələrimlə ancaq uzaqdan-uzağa qapının ağzında görüşürəm. Altı nəvəm var. Üç qız, üç oğlan. Nəvəmin biri öz adımı, ikincisi anamın, üçüncüsü isə həyat yoldaşımın adlarını daşıyırlar. Zeynəb, Pəri, Səlim. Dədə-baba yoluyla gedirik.

- Bəs ailənizdə sənətinizi davam etdirən varmı?

- Ailədə bir Koroğlu olar (gülür).
 Nazirin təqdimatı: ölkəmizin adı səhv yazıldı – Foto73-cü Ümumdünya Səhiyyə Assambleyasının COVİD-19 pandemiyası ilə bağlı keçirilən videokonfransında Səhiyyə naziri Oqtay Şirəliyevin qarşısındakı lövhədə ölkəmizin adının ingiliscə yazılışında səhvə yol verilib.

Avrasiya.net xəbər verir ki, ÜST-ə üzv olan 194 dövlətin nazirinin və bir sıra beynəlxalq qurumların nümayəndələrinin iştirak etdiyi konfransda ölkəmizin adının yazılışında nazirlik əməkdaşlarının yol verdiyi bu yanlışlıq sosial şəbəkələrdə etirazla qarşılanıb.

Qeyd edək ki, lövhədə ölkəmizin adı ingiliscə "Azerbaijan" əvəzinə yanlış yazılaraq “Azerbaidjan” (“Azərbaycan” sözünün rus dilində səslənişinin ingiliscəyə çevrilməsidir – red.) kimi qeyd olunub.
Azərbaycanda daha 131 nəfər koronavirusa yoluxdu, 143 nəfər sağaldıAzərbaycanda 131 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 143 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Avrasiya.net-ə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış, keçirilmiş miokard infarktı, qaraciyər çatışmazlığı və xronik böyrək çatışmazlığı olan 1949-cu il təvəllüdlü vətəndaş vəfat etmişdir. Hazırkı dövrədək ölkəmizdə 3518 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 2198 nəfər müalicə olunaraq sağalmış, 41 nəfər vəfat etmiş, 1279 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 41 nəfərin vəziyyəti ağır, 59 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 240.220 test aparılmışdır.
“Pandemiya başa çatmayıb, bu virus dolaşacaq” - İlham Əliyev Azərbaycan Prezidenti İlham Əliyev mayın 19-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Bakının Nizami rayonunda yerləşən 3 saylı DOST mərkəzinin açılışında iştirak etdikdən sonra Azərbaycan Televiziyasına müsahibə verib.

Avrasiya.net həmin müsahibəni təqdim edir:

- Cənab Prezident, xoş gördük Sizi.

- Salam.

- Azərbaycanda bu gün həyata keçirilən sosial siyasətin tərkib hissələrindən biri də DOST mərkəzləridir. Bu gün yeni DOST Mərkəzinin açılışında iştirak etdiniz. Ümumiyyətlə, Siz DOST mərkəzlərinin açılışını necə qiymətləndirirsiniz?

- Bu, çox gözəl sosial təşəbbüsdür. Bildiyiniz kimi, Azərbaycan bu sahədə də liderlik göstərir və DOST mərkəzlərinin fəaliyyətə başlaması sosial sahədə görülən işlərin, aparılan islahatların əyani təzahürüdür. Artıq üçüncü mərkəz açılır və ilk açılan iki mərkəzin fəaliyyəti də çox uğurludur. Vətəndaşların bəyənmə əmsalı 96 faizə çatıbdır. Burada göstərilən xidmətlər, əlbəttə, sosial təminat sahəsində böyük bir yenilikdir və təsadüfi deyil ki, artıq bir neçə ölkə bu təcrübə ilə bağlı bizə müraciət edib və Azərbaycan öz təcrübəsini bölüşməyə hazırdır.

Bütövlükdə 30-dan çox mərkəzin fəaliyyətə başlaması nəzərdə tutulur. Ümid edirəm ki, yaxın bir neçə il ərzində Bakıda və bütün ölkə üzrə DOST mərkəzləri fəaliyyətə başlayacaq. Eyni zamanda, burada iş yerləri yaradılır. Mənə verilən məlumata görə, bu DOST Mərkəzində 130-dan çox iş yeri yaradılır və o cümlədən könüllülər də işlərə cəlb olunur. Bütövlükdə 130-dan çox xidmətin göstərilməsi demək olar ki, sosial sahənin bütün xidmətlərini ehtiva edir. Beləliklə, bu mərkəzlərin fəaliyyəti həm insanlara rahatlıq verəcək, eyni zamanda, şəffaflıq istiqamətində önəmli addım artıq özünü doğruldub. Eyni zamanda, burada tətbiq olunan innovasiyalar bizim gələcəyə baxışımızla tam uzlaşır. Çünki innovativ inkişaf bizim siyasətimizin əsas istiqamətlərindən biridir. Əlbəttə, DOST mərkəzləri məhz bu innovasiyalar əsasında fəaliyyət göstərir və gələcəkdə bu istiqamətdə əlavə addımların atılması da nəzərdə tutulur.

- Cənab Prezident, açılışında iştirak etdiyiniz DOST Mərkəzində digər mərkəzlərdə olduğu kimi, əməkdaşların mütləq əksəriyyəti gənclərdir. Siz tez-tez çıxışlarınızda gənclərin Azərbaycanın inkişafındakı rolunu xüsusi vurğulayırsınız. Ümumiyyətlə, Azərbaycanın bugünkü inkişafında gənclərin rolunu necə qiymətləndirirsiniz?

- Mən gənclərin rolunu həmişə çox yüksək qiymətləndirmişəm. Bu gün də Azərbaycan gəncləri ölkəmizin uğurlu inkişafında öz fəal rolunu oynayırlar. Deyə bilərəm ki, gənclər cəmiyyətimizin ən fəal təbəqəsidir və bu gün gənclərə geniş imkanlar yaradılır. Gənclər önəmli vəzifələrə təyin olunur: nazir, icra başçısı vəzifələrinə. Eyni zamanda, Milli Məclisdə kifayət qədər gənclərimiz var və DOST Mərkəzində çalışan insanların demək olar ki, hamısı gənclərdir. Məhz innovasiyaya olan maraq, gənclərin fəallığı, onların müasir bilikləri imkan verdi ki, Azərbaycan öz daxili intellektual resursları hesabına belə mərkəzləri yaratsın və eyni zamanda, dediyim kimi, digər ölkələrlə bu təcrübəni bölüşsün. Ona görə gənclərlə çoxsaylı görüşlərim əsnasında mən onları həmişə biliklərə cəlb edirəm, dəvət edirəm ki, yaxşı oxusunlar, yaxşı peşəkar olsunlar və öz fəaliyyətləri ilə ölkəmizin inkişafına daha böyük xidmət göstərsinlər. Şadam ki, bu gün bizim gənclərimiz ən yüksək meyarlara cavab verirlər - bilik, peşəkarlıq, yenilik, müasirlik baxımından. Eyni zamanda, onu da bildirməliyəm ki, gənclər xoşagəlməz hallara qarşı da mübarizədə bizə böyük dəstək olurlar. Bütövlükdə gələcəkdə Azərbaycanı idarə edəcək insanlar bugünkü gənclərdir. Ona görə onların bilikləri və eyni zamanda, vətənpərvərliyi bizim müstəqilliyimizi daim gücləndirəcək və ölkəmizin uzun illər, onilliklər bundan sonra dayanıqlı inkişafını təmin edəcək.

- Cənab Prezident, son illərdə Azərbaycanda əhalinin sosial təminatı ilə bağlı dünyanın çox nadir ölkələrində rast gəlinən kompleks tədbirlər həyata keçirilir. Bu sahədə icra olunan layihələr barədə nə deyə bilərsiniz?

- Sosial sahə daim prioritet sahə olub və mənim əvvəlki illərdə də çıxışlarımda daim bu məsələyə böyük diqqət yetirilib. Xüsusilə son müddət ərzində - keçən il və bu il sosial sahə daha da böyük prioritet kimi gündəlikdə mövcuddur. Təsadüfi deyil ki, ötən il müstəqillik dövründə ən geniş sosial paket təqdim olundu və uğurla icra edildi. Bu sosial paketin əhatə dairəsi çox geniş idi – 4 milyon 200 min insan dövlət tərəfindən sosial paketlə təmin edildi. Bunun içərisində minimum əməkhaqqının təxminən 2 dəfə, minimum pensiyanın 70 faizdən çox qaldırılması məsələləri var idi. Minimum pensiyanın alıcılıq qabiliyyətinə görə bu gün Azərbaycan MDB məkanında lider dövlətdir. Müavinətlər qaldırıldı - bəzi müavinətlər 50 faiz, bəzi müavinətlər 2 dəfə. Problemli kreditlərlə bağlı məsələ öz həllini tapdı. Yəni, biz bu məqsədlər üçün milyardlarla manat ayırdıq və dediyim kimi, 4,2 milyon insanın güzəranı əhəmiyyətli dərəcədə yaxşılaşdırıldı.

Bu ilin əvvəlindən bu meyillər daha da güclənibdir. Minimum əməkhaqqı və orta əməkhaqqının, orta pensiyanın artırılması göz qabağındadır. Nəzərə alsaq ki, manatın məzənnəsi də sabitdir, insanların real gəlirləri artır, inflyasiya aşağı səviyyədədir. Ona görə bu sahədə bu il görülən işlər keçən il görülmüş işlərin məntiqi davamıdır. Bu ilin xüsusiyyəti ondadır ki, biz indi pandemiya dövründə yaşayırıq və pandemiyaya bizim cavabımız çoxşaxəli olmuşdur. O cümlədən sosial təminatla bağlı çox ciddi, operativ və məqsədə hesablanmış addımlar atılmışdır. Artıq sirr deyil ki, dövlət sektorunda fəaliyyət göstərən 900 min insanın əməkhaqqı tam ödənildi, özəl sektorda təxminən 700 min insanın əməkhaqqının əhəmiyyətli hissəsi dövlət tərəfindən ödənildi. Nəzərə alsaq ki, bu sektorda fəaliyyət göstərən insanlar işsiz qalmışdılar, işsiz vətəndaşların, aztəminatlı təbəqənin, o cümlədən qeyri-formal məşğulluqda fəaliyyət göstərən insanların sosial təminatı təşkil edildi, hər birinə 190 manat vəsait ayrıldı. Bu kateqoriyadan olan insanların sayı az deyil, 600 mindir. Bu işlərin hamısı əlbəttə ki, böyük maliyyə resursları tələb edir. Buna ünvanlı sosial yardım proqramını əlavə etsək, bu proqramla əhatə olunan insanların sayı kəskin artır. Hazırda 80 min ailə bu proqramla əhatə olunur və orta hesabla hər bir ailəyə hər ay 220 manatdan çox vəsait ödənilir.

Eyni zamanda, ödənişli ictimai iş yerlərinin - 90 min iş yerinin açılması nəzərdə tutulur. Özünüməşğulluq proqramında 12 min insan əhatə olunur. Artıq biz bu proqramın bir hissəsini Dünya Bankı ilə birlikdə icra edirik. Yəni, bütövlükdə bu sahəyə ayrılan diqqəti və vəsaiti nəzərə alsaq, görərik ki, bu gün bizim üçün bu, prioritetdir və bu, belə də olmalıdır. Çünki pandemiyadan bütün dünya əziyyət çəkir, bütün ölkələr böyük çətinliklərlə üzləşiblər. İnkişaf etmiş ölkələrin bəzilərində iqtisadi tənəzzül 7-10 faiz səviyyəsindədir. Bu, hələ ilkin rəqəmlərdir. Azərbaycanda maliyyə sabitliyini qorumaq üçün bütün lazımi tədbirlər görüldü. Hər kəs bilməlidir ki, əgər maliyyə sabitliyi pozularsa, onda sosial proqramların icrasına da bizim imkanımız çatmayacaq.

Mən ilin əvvəlində və pandemiyanın artıq alovlanan dövründə demişəm ki, bir dənə də olsun sosial proqram ixtisar edilməyəcək və biz bunu təmin edirik. Eyni zamanda, sosial infrastruktur layihələrinin heç biri ixtisar olunmayıb. Ona görə bu sahəyə göstərilən diqqət və əməli-praktiki addımlar bir daha bizim siyasətimizin mahiyyətini göstərir. Bir də onu göstərir ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır.

- Cənab Prezident, informasiya-kommunikasiya texnologiyalarının inkişafı və innovasiyanın tətbiqi Sizin fəaliyyətinizin prioritet istiqamətlərindən biridir. Bu yaxınlarda CISCO şirkətinin rəhbərliyi ilə görüşdə də Sizin liderliyiniz və Azərbaycanda həyata keçirilən bu işlər çox yüksək qiymətləndirildi. İstərdik ki, bununla bağlı fikirlərinizi bölüşəsiniz.

- Bilirsiniz, bu sahə bir neçə il bundan əvvəl mənim təşəbbüsümlə Azərbaycanda geniş vüsət almağa başlamışdır. Xatırlayıram, biz kosmik sənayenin yaradılması ilə məşğul olmağa başlayanda bəziləri təəccüb edirdi, bəziləri düşünürdü ki, Azərbaycan o qədər də böyük ölkə deyil, - kosmik klub dünya miqyasında çox məhdud bir klubdur, - və Azərbaycan üçün orada özünə yer tapmaq çətin olacaq. Ancaq həyat göstərdi ki, biz düzgün yoldaydıq. Çünki kosmik sənayenin yaradılması, üç peykin orbitə çıxarılması təkcə iqtisadi və digər maraqlarımızı təmin etmir, eyni zamanda, bu, kadrların hazırlanması, gənc kadrların yeni texnologiyalara sahib çıxması baxımından da çox önəmli idi. Kadr hazırlığı olmadan müasir texnologiyalar heç bir ölkədə inkişaf edə bilməz. Ona görə biz həm dövlət resurslarımızı bu istiqamətə cəlb etdik və çox düzgün proqram tərtib etdik, həm də kadr hazırlığı ilə əlaqədar əməli-praktiki addımlara start verdik. Çünki bax, bu gözəl DOST Mərkəzinin timsalında görürük, əgər burada peşəkar kadr olmasa, bu Mərkəz fəaliyyət göstərə bilməz. Azərbaycan əksər ölkələr kimi, texnologiyaları idxal edir. Ancaq bu texnologiyaları işlətmək, onları mənimsəmək, bu texnologiyalar əsasında yeni intellektual məhsul yaratmaq artıq kadr peşəkarlığından, kadr hazırlığından bilavasitə asılıdır.

Ona görə informasiya-kommunikasiya texnologiyalarının inkişafı ilə bağlı bütün addımlarımız düzgün idi və CISCO şirkətinin rəhbərləri ilə videokonfrans çərçivəsində keçirdiyim görüş də bunu bir daha göstərdi. Biz təkcə CISCO şirkəti ilə əməkdaşlıq etmirik, biz demək olar ki, dünyanın informasiya-kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərən bütün aparıcı şirkətləri ilə sıx əməkdaşlıq edirik. CISCO şirkəti ilə biz, deyə bilərəm ki, artıq strateji tərəfdaşlıq əlaqələrinə yaxınlaşırıq. Əlbəttə ki, onların təklif etdiyi intellektual məhsul bizim gələcək inkişafımıza çox lazımdır. Misal üçün, biz hazırda ağıllı şəhər – “Smart City” layihəsi üzərində işləyirik. Bu layihənin ilkin təzahürləri artıq görünməkdədir. Biz daha uzağa gedərək artıq “Smart Nation” – yəni, “Ağıllı ölkə” proqramı üzərində işləməyə başlamışıq. Ölkəmizin rəqəmsallaşdırılması, informasiya texnologiyalarının bütün sahələrdə tətbiq edilməsi bizim prioritet sahəmizdir.

Pandemiya dövründə, özünütəcrid şəraitində informasiya texnologiyaları olmadan iş görmək mümkün deyil. Misal üçün, mənim görüşlərim, videokonfrans şəklində keçirdiyim Zirvə görüşləri müasir texnologiyalar olmadan mümkün deyil. Ona görə hazırda həm iqtisadi sahədə, həm təhsil, səhiyyə, kənd təsərrüfatı sahələrində və digər sahələrdə, o cümlədən bizim su resurslarının nəzarəti, su balansının formalaşması və itkilərin azaldılması istiqamətində də məsələ qaldırıldı. Ona görə bu sahə, hər kəs bunu bilməlidir, gələcəyə atılan addımdır. Biz gecikə bilmərik, yubana bilmərik, geciksək uduzarıq. Ona görə bütün resurslarımızı, o cümlədən maliyyə, intellektual və kadr resurslarımızı səfərbər etmişik. Əminəm ki, gələcək illərdə Azərbaycan informasiya-kommunikasiya texnologiyaları sahəsində liderlik mövqelərini daha da möhkəmləndirəcək.

- Cənab Prezident, şəhid ailələrinin sosial məsələlərinin həlli, onların mənzil-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində ölkəmizdə kompleks şəkildə tədbirlər həyata keçirildi. İstərdik bu barədə fikirlərinizi bölüşəsiniz.

- Bu, daim diqqət mərkəzində olan məsələdir. Bu günə qədər 7600 şəhid ailəsi dövlət tərəfindən evlərlə, mənzillərlə təmin edilibdir. Bu il şəhid ailələrinə verilən mənzillərin, evlərin sayı rekord həddə çatıb -1500 şəhid ailəsinə evlər, mənzillər veriləcək və beləliklə, növbədə duran şəhid ailələrinin sayı 2 mindən az olacaqdır. Ümid edirəm ki, maksimum iki il ərzində bütün şəhid ailələri dövlət tərəfindən evlərlə təmin ediləcəkdir.

Bununla paralel olaraq, biz minik maşınları da veririk – həm şəhid ailələrinə, həm də Qarabağ qazilərinə. Bu günə qədər 6 mindən çox minik maşını verilib, bu il də 400 maşının verilməsi nəzərdə tutulur. Deyə bilərəm ki, bu sahədə də Azərbaycan liderlik göstərir. Çünki dünyanın bir çox yerlərində müharibələr olub, münaqişələr, insan itkisi olub. Mən, əlbəttə, Azərbaycanı heç bir ölkə ilə müqayisə etmək istəməzdim, ancaq həqiqət ondan ibarətdir ki, Azərbaycanda müharibədən əziyyət çəkmiş, öz yaxınlarını itirmiş ailələrin dövlət tərəfindən dəstəklənməsi, hesab edirəm, ən yüksək səviyyədədir.

İndi bir daha demək istəyirəm ki, heç kimlə müqayisə aparmaq istəmirəm, amma baxın, Ermənistanda müharibədə ölənlər olubdur. Onlara mənzil verilir? Onlara avtomobil verilir? Yox. Orada pullar faşistlərin abidələrinin ucaldılmasına xərclənir. Amma biz bütün bu işləri görürük və görməliyik. Bu, bizim mənəvi borcumuzdur. Mənim şəhid ailələri ilə çoxsaylı görüşlərim əlbəttə ki, cəmiyyət üçün də, şəhid ailələri üçün də çox önəmlidir. Biz şəhidlərin ruhu qarşısında baş əyirik və öz işimizi təkcə sözlə yox, əməllə təsdiq etməliyik. Ona görə artıq 7600 şəhid ailəsinə verilən evlər, - bu il onların sayı 9 minə çatacaq,- bizim əməli işlərimizin gözəl nəticəsidir.

- Cənab Prezident, Azərbaycanda koronavirusun qarşısının alınması ilə bağlı görülən işlər və həyata keçiriləcək tədbirlər barədə nə deyə bilərsiniz?

- Koronavirusla bağlı işlər əvvəldən Azərbaycanda çox düzgün istiqamətdə aparıldı və bunu həm Azərbaycan xalqı görür və təqdir edir, həm də beynəlxalq təşkilatlar. Bu günə qədər mən vətəndaşlardan gündə yüzlərlə məktub alıram. Yəni, pandemiyanın ilk günlərindən minlərlə məktub almışam və bütün bu məktublar təşəkkür xarakterli məktublardır. Çünki doğrudan da qabaqlayıcı tədbirlərin görülməsi bizi böyük bəladan xilas etdi. Yenə də hər şey müqayisədə ölçülür. Əhalisinin sayı Azərbaycanla eyni olan inkişaf etmiş ölkələrdə vəziyyət necədir, Azərbaycanda vəziyyət necədir? O ölkələrin bəzilərində bu günə qədər 10 minə yaxın insan vəfat etdi. Azərbaycanda vəfat edənlərin sayı kifayət qədər azdır. Eyni zamanda, qabaqlayıcı, məhdudlaşdırıcı tədbirlər imkan verdi ki, biz pandemiyanın geniş vüsət almasının qarşısını alaq və buna nail olduq. Təsadüfi deyil ki, Ümumdünya Səhiyyə Təşkilatı bizim bu sahədə gördüyümüz işləri yüksək qiymətləndirir və Azərbaycanı nümunəvi ölkə adlandırır. Bu, bizim gördüyümüz işlərə verilən böyük qiymətdir. Mən bilmirəm başqa bir ölkəyə belə bir ad verilib, yoxsa yox. Bu, doğrudan da görülmüş işlərin məntiqi nəticəsidir. Çünki bəri başdan bizim əsas məqsədimiz xalqımızı, vətəndaşlarımızı bu xəstəlikdən qorumaq idi. Bütün digər iqtisadi məsələlər, iqtisadiyyatın tənəzzülə uğraması, iqtisadiyyatda yarana biləcək problemlər arxa plana keçdi. Halbuki, biz bu məsələlərlə də ciddi məşğul olmuşuq. Amma birinci məsələ insanların sağlamlığı, ikinci məsələ insanların sosial təminatı idi ki, biz hər ikisini də təşkil etdik.

Deyə bilərəm ki, səhiyyə sistemimizi qısa müddət ərzində yenidən qura bildik. Mən burada xüsusilə İcbari Tibbi Sığorta Agentliyinin və TƏBİB-in fəaliyyətini yüksək qiymətləndirirəm. Orada da fəaliyyət göstərənlərin mütləq əksəriyyəti gənclərdir və burada da gənclər göstərdilər ki, nəyə qadirdirlər. Çünki belə bir çətin şəraitdə heç bir ölkənin səhiyyə sistemi buna hazır deyildi. Belə bir çətin şəraitdə bütün təşkilati işləri görmək doğrudan da böyük nailiyyətdir. Xəstəxanaları müəyyən etmək, logistika işlərini təmin etmək, xəstələri regionlar üzrə bölmək, karantin rejimində saxlanılanların təminatını təşkil etmək, onlar üçün bütün bu təşkilati-logistik məsələləri həll etmək, xaricdən vətəndaşları təxliyə etmək – biz bütün bunları Operativ Qərargah çərçivəsində, o cümlədən həkimlərin və TƏBİB-in fəal iştirakı ilə təmin edə bilmişik. Ona görə biz artıq aprelin sonunda gördük ki, üç həftə ərzində dinamika müsbətdir, yoluxanların sayı sağalanların sayından azdır və biz yumşalma tədbirlərinə keçdik. Əfsuslar olsun ki, yumşalma tədbirləri yoluxanların sayına mənfi təsir göstərmişdir. Ancaq bu gün vəziyyət tam nəzarətdədir və bütün ölkələr artıq açılır. Hətta pandemiyanın geniş vüsət aldığı ölkələr də açılır və biz də yavaş-yavaş açılırıq. Amma vəziyyəti tam nəzarətdə saxlayırıq.

Bizdə hazırda 20-dən çox xəstəxana sırf koronavirusla bağlı fəaliyyət göstərir, orada ancaq koronavirus xəstələri müalicə olunur - hazırda 19 xəstəxanada. Çünki indi bəzi xəstəxanalarda artıq xəstə qalmır. Ancaq 20-dən çox xəstəxana hazırdır, modul tipli 10 xəstəxananın inşası başlamışdır, birinin açılışında mən iştirak etmişəm. Bu da bizə əlavə 2000 yataq verəcəkdir. Bütün tibbi avadanlıq təmin edilib, süni tənəffüs aparatları gətizdirilib, reanimasiyada kifayət qədər boş yerlərimiz var, yataqlar kifayət qədərdir, karantində saxlanılanların sayı xaricdən gələnlərin sayı ilə birbaşa əlaqəlidir. Çünki xaricdən təxliyə edilən vətəndaşları biz iki həftə karantində saxlayırıq. Deməliyəm ki, 20 mindən çox Azərbaycan vətəndaşı mütəşəkkil qaydada xaricdən təxliyə edilib. Biz bu işləri kortəbii görə bilmərik. Mütəşəkkil qaydada, qrafik üzrə, ölkələr üzrə bölgü aparılıbdır : hansı ölkədən nə vaxt, nə qədər Azərbaycan vətəndaşı gələcək. Bu işlər bu qaydada davam etdiriləcək. Ən çox təxliyə edilmiş vətəndaşlarımız Rusiyadan gəlib. Bu günə qədər Rusiyadan 6500 Azərbaycan vətəndaşı gəlib və bu proses davam etdirilir, ancaq dediyim kimi, mütəşəkkil qaydada. Hər kəs öz adını qeydiyyata salmalıdır, xüsusi portal da - “Evə gedirəm” mövcuddur. Ona görə təxliyə işləri də mütəşəkkil qaydada aparılacaq.

Karantin şəraiti çox gözəldir və mən karantində qalanlardan da çoxsaylı məktublar alıram, onları dörd-beş ulduzlu otellərdə saxlayırıq. Biz özümüz indi tibbi maska, kombinezon, dezinfeksiya vasitələri istehsalına başlamışıq. Ona görə bu kompleks tədbirlər əlbəttə ki, bizi böyük bəladan qoruya bildi. İndiki şəraitdə ki, artıq yumşalma prosesi gedir, əsas amil vətəndaşların məsuliyyəti olacaq. Mən bir daha demək istəyirəm ki, vətəndaşlar bu məsuliyyəti dərk etsinlər. Pandemiya başa çatmayıb, virus qeyb olmayıb, bu virus dolaşacaq. Ona görə hər kəs özünü, öz yaxınlarını qorumalıdır, öz məsuliyyətini hiss etməlidir və nizam-intizama da əməl etməlidir.

- Cənab Prezident, belə bir çətin şəraitdə əhalinin sosial təminatı, pandemiyanın törətdiyi iqtisadi fəsadların aradan qaldırılması ilə yanaşı, Azərbaycan bir sıra xarici ölkələrə yardım da edir. İstərdik bu məsələ ilə də bağlı fikirlərinizi bildirəsiniz.

- Mən hesab edirəm ki, bu, bizim apardığımız siyasətin tərkib hissəsidir. Çünki xarici siyasətə gəldikdə, biz həmişə əməkdaşlığa üstünlük vermişik və bunun faydasını görmüşük. Harada imkanımız olub, əgər imkanımız olubsa, kömək etməyə çalışmışıq və etmişik. Bizim bir neçə önəmli transmilli layihəmiz məhz bu prinsip əsasında qurulub və uğur da məhz bu prinsip əsasında qazanılır. Ona görə xarici siyasətdə qarşılıqlı dəstək sözdə yox, əməldə olmalıdır, həmrəylik əməldə olmalıdır.

Biz indi iki təşkilata sədrlik edirik və bu iki təşkilatın Zirvə görüşünü keçirmişik – Türk Şurası və Qoşulmama Hərəkatı və ən yüksək səviyyədə. Qoşulmama Hərəkatının və Türk Şurasının yekun bəyannaməsində Azərbaycanın xüsusi rolu qeyd olundu. Biz hər bir işə çox məsuliyyətlə yanaşırıq və bizim sədrliyimiz formal xarakter daşımamalıdır və daşımır. Ona görə çətin gündə kimin imkanı varsa, kömək etməlidir, həyatda da, siyasətdə də. Bu, bizim, necə deyərlər, adət-ənənələrimizə də uyğundur. Ona görə bu gün bu yardımın göstərilməsi hesab edirəm ki, düzgün addımdır. Bu günə qədər biz 13 ölkəyə yardım göstərmişik və bu haqda ancaq son vaxtlar danışmağa başlamışıq. Biz təyyarələrlə yardımlar göndərmişik, yüzlərlə ton yardım göndərmişik. Azərbaycanda istehsal olunan dezinfeksiya vasitələri, qoruyucu vasitələr və digər əşyalar göndərmişik, amma bunu reklam etməmişik. Bunu mənəvi borc bilərək etmişik, o ölkələrə ki, onlar bizə müraciət edib. Biz bilirik, o ölkələrin maliyyə vəziyyəti imkan vermir ki, onlar lazımi tədbirləri görsün. Əminəm ki, bu yardım bir çox insanın həyatını xilas etdi. Əsas məsələ budur. Beləliklə, 13 ölkəyə artıq yardım göstərilib, o cümlədən üç beynəlxalq təşkilata yardım göstərilibdir. Bu, bir daha bizim məsuliyyətimizi göstərir.

Təsadüfi deyil ki, Azərbaycan dünya miqyasında çox böyük hörmətə və yüksək imicə malik olan ölkədir. Əks təqdirdə, biz səkkiz il bundan əvvəl 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına seçilməzdik. Əks təqdirdə, Qoşulmama Hərəkatının yekdil qərarı ilə, 120 ölkənin qərarı ilə sədr seçilməzdik. Çünki mən demişəm, bu təsisatda bir çox ölkələr cəmləşir ki, bir-biri ilə yola getmir. Amma onların hər biri Azərbaycanı dəstəklədi. Nəyə görə? Çünki biz məsuliyyətli ölkəyik, biz özümüzə hörmət edirik, öz ləyaqətimizi qoruyuruq, tərəfdaşlara da hörmət edirik. Yardım edəndə bunu elə formada edirik ki, bu, yardımı alan üçün də məqbul olsun və öz işimizi bu istiqamətdə davam etdirəcəyik.

Pandemiya dövründə həm insanlar, həm də ölkələr özünün əsl simasını üzə çıxardı. Elə insanlar var ki, pandemiya dövründə onlara əl vermək böyük günah olar. Elə ölkələr var ki, pandemiya dövründə özlərinə qapanıblar və xüsusilə, ilkin mərhələdə bəzi addımlar atıblar və indi yəqin utanırlar. Azərbaycan o ölkələrdəndir ki, həmişə üzüağ, alnıaçıq olub və pandemiya bunu bir daha təsdiqləyib.

- Cənab Prezident, suallarımızı ətraflı cavablandırdığınız üçün Sizə minnətdarıq, çox sağ olun.

- Sağ ol, təşəkkür edirəm.
Gənclər önəmli vəzifələrə təyin olunur – İlham ƏliyevMən gənclərin rolunu həmişə çox yüksək qiymətləndirmişəm. Bu gün də Azərbaycan gəncləri ölkəmizin uğurlu inkişafında öz fəal rolunu oynayırlar. Deyə bilərəm ki, gənclər cəmiyyətimizin ən fəal təbəqəsidir və bu gün gənclərə geniş imkanlar yaradılır.

Avrasiya.net xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində deyib.

“Gənclər önəmli vəzifələrə təyin olunur: nazir, icra başçısı vəzifələrinə. Eyni zamanda, Milli Məclisdə kifayət qədər gənclərimiz var və DOST Mərkəzində çalışan insanların demək olar ki, hamısı gənclərdir. Məhz innovasiyaya olan maraq, gənclərin fəallığı, onların müasir bilikləri imkan verdi ki, Azərbaycan öz daxili intellektual resursları hesabına belə mərkəzləri yaratsın və eyni zamanda, dediyim kimi, digər ölkələrlə bu təcrübəni bölüşsün. Ona görə gənclərlə çoxsaylı görüşlərim əsnasında mən onları həmişə biliklərə cəlb edirəm, dəvət edirəm ki, yaxşı oxusunlar, yaxşı peşəkar olsunlar və öz fəaliyyətləri ilə ölkəmizin inkişafına daha böyük xidmət göstərsinlər. Şadam ki, bu gün bizim gənclərimiz ən yüksək meyarlara cavab verirlər - bilik, peşəkarlıq, yenilik, müasirlik baxımından. Eyni zamanda, onu da bildirməliyəm ki, gənclər xoşagəlməz hallara qarşı da mübarizədə bizə böyük dəstək olurlar. Bütövlükdə gələcəkdə Azərbaycanı idarə edəcək insanlar bugünkü gənclərdir. Ona görə onların bilikləri və eyni zamanda, vətənpərvərliyi bizim müstəqilliyimizi daim gücləndirəcək və ölkəmizin uzun illər, onilliklər bundan sonra dayanıqlı inkişafını təmin edəcək”, - Prezident bildirib.
Ali məktəblərə qəbul qaydaları dəyişdiBaş Nazir Əli Əsədov “Koronavirus (COVID-19) pandemiyasının ölkənin təhsil müəssisələrində təhsil prosesinə mənfi təsirinin aradan qaldırılması ilə bağlı bəzi tədbirlər barədə” qərar imzalayıb.

Avrasiya.net-in məlumatına görə, qərara əsasən, ““Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda dəyişiklik edilib.

Qüvvədə olan qərara əsasən, qəbul imtahanını rus dilində verən abituriyentlər Azərbaycan dili (dövlət dili kimi) fənnindən ayrıca imtahan verirlər. İmtahanda abituriyentlərə Azərbaycan dili (dövlət dili kimi) fənnindən 30 tapşırıq təqdim edilir. Abituriyentlərin toplaya biləcəyi maksimal bal 30 baldır. İmtahanın davametmə müddəti 1 saat 30 dəqiqədir. Bu imtahanın nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir və “məqbul” alanlar iki (cari və növbəti) tədris ili üçün keçirilən müsabiqələrdə qəbul imtahanlarına (ixtisas seçiminə) buraxılırlar.

Dəyişikliyə əsasən, imtahanın davametmə müddəti 45 dəqiqə olacaq.

Qüvvədə olan qərara görə, ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsi təhsil müəssisələrinə qəbul aparılan ixtisas qrupları üzrə həyata keçirilir, 1 il qüvvədə olur və yalnız cari tədris ilində abituriyentə ali təhsil müəssisələrinə keçirilən tələbə qəbulu müsabiqəsində iştirak etmək hüququ verir. Qəbul imtahanları hər tədris ilində iki dəfə – yaz və yay sessiyaları şəklində keçirilir. Abituriyent hər sessiyada istədiyi ixtisas qrupu üzrə yalnız bir imtahanda iştirak edə bilər.

Dəyişikliyə əsasən, qəbul imtahanları hər tədris ilində iki dəfə – yaz və yay sessiyaları şəklində keçirilməsinə dair müddəa ləğv olunur. Eyni zamanda abituriyent I-IV ixtisas qruplarının yalnız biri üzrə qəbul imtahanında iştirak edə bilər. I-IV ixtisas qruplarından biri üzrə qəbul imtahanında iştirakından asılı olmayaraq, abituriyent V ixtisas qrupu üzrə də imtahanda iştirak edə bilər.

Qüvvədə olan qərara əsasən, ali təhsil müəssisələrinin I-IV ixtisas qrupuna daxil olan ixtisasları üzrə müsabiqə abituriyentin qəbul imtahanında (iki mərhələnin nəticəsində) topladığı ümumi bal əsasında aparılıb. Abituriyent eyni tədris ilində eyni qrup üzrə keçirilən bir neçə qəbul imtahanında iştirak etdiyi halda, müsabiqədə hansı imtahanın nəticəsi ilə iştirak edəcəyini özü müəyyən edib. Bu müddəa da ləğv olunub.

Bu Qərar 2020-ci il oktyabrın 1-dək qüvvədədir.