Əli Kərimlinin cangüdəni terrorçuluqda ittiham olunduAzərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Niyaməddin Əhmədova qarşı yeni ittiham irəli sürülüb.

Avrasiya.net Musavat.com-a istinadən xəbər verir ki, Niyaməddin Əhmədov terroru maliyyələşdirməkdə suçlanır.

Ona qarşı Cinayət Məcəlləsinin 214.1-ci (Terrorçuluq, yəni ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, yaxud dövlət hakimiyyət orqanları və ya beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və ya digər hərəkətlər (terror aktı) törətmə, habelə həmin məqsədlə bu cür hərəkətlərin törədiləcəyi ilə hədələmə) maddəsi ilə ittiham irəli sürülüb.

Məlumata görə, N.Əhmədov ictimai əsaslarla AXCP sədri Əli Kərimlinin mühafizəçisidir.

Xatırladaq ki, AXCP üzvü Niyaməddin Əhmədov aprelin 15-də Xətai Rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması ) və 535-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddələri üzrə inzibati qaydada 30 sutka müddətinə həbs olunub.

Onun inzibati həbs müddəti bitsə də azadlığa buraxılmayıb. Bu gün məlum olub ki, ona qarşı yeni ittiham irəli sürülüb.
İcra Hakimiyyətindən vətəndaşın döyülmə xəbərinə - ReaksiyaSosial şəbəkələrdə Goranboy rayon Qızılhacılı qəsəbə sakini Verdiyev Arzu Vəli oğlunun icra başçısının birinci müavini Ceyhun Həsənov tərəfindən döyülməsi ilə bağlı xəbərlər yer alıb. İddiala görə, Verdiyev Arzunun döyüldükdən sonra qurumun binasının pəncərəsindən yerə atılıb və o, müxtəlif bədən xəsarəti alıb.

"Qafqazinfo" xəbər verir ki, Goranboy Rayon İcra Hakimiyyəti sözügedən iddia ilə bağlı məlumat yayıb.

Məlumatda bildirilir:

"13.05.2020-ci il tarixdə Goranboy RİH-də, müəyyən edilmiş qrafikə əsasən keçirilən və çoxsaylı insanın iştirak etdiyi RİH Başçısının qəbulu zamanı, Qızılhacılı qəsəbə sakinləri Verdiyev Arzu Vəli oğlu və Musayev Eldar Cabbar oğlu inzibati binanın həyətinə gələrək, özlərinin haqsız tələblərini təmin etmək məqsədi ilə, yəni başqa şəxslərə məxsus, rayonun Aşağı Ballıqaya kənd sakinləri Əskərov Etiram Akif oğlunun, Pirimov Əli İsaq oğlunun və Qızılhacılı qəsəbə sakinləri Hüseynova Aygün Rafiq qızının, Qəhramanov Yunis İslam oğlunun torpaqlarını öz zəbtlərində saxlamaq üçün bu məsələ ilə bağlı daxil olan müraciətlərin RİH tərəfindən araşdırılmasına qəti etiraz ediblər. Onlara “Vətəndaşların müraciətləri haqqında” Qanuna əsasən daxil olan müraciətlərin araşdırılmasının RİH-nin səlahiyyətinə aid olduğu izah edilib. Lakin, onlar bununla razılaşmamış, qəbulda iştirak edən RİH-nin Başçısının Aparatının məsul işçiləri və digər rəhbər vəzifəli şəxslər haqqında təhqiramiz ifadələr işlətmiş, nalayiq hərəkətlər etmişlər, qəbulun keçirilməsinə maneçilik törətməklə RİH qanuni iş rejimini pozmaga cəhd etmişlər. Məsələ ilə əlaqədar dərhal rayonun hüquq mühafizə orqanlarına məlumat verilmiş və hazırda faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Məlumat üçün bildiririk ki, Verdiyev Arzu Vəli oğlu və Musayev Eldar Cabbar oğlu dəfələrlə sosial şəbəkələrdə yerləşdirdikləri video çəkilişlərdə Qızılhacılı bələdiyyəsinin torpaq sahələrindən istifadədə qanunsuzluqlara yol verildiyini bildiriblər. Qeyd edirik ki, 2019-cu və 2020-ci ilin ötən dövrü ərzində, müxtəlif məsələrlə bağlı həmin vətəndaşların RİH-nə daxil olmuş 10 sayda müraciətlərinə baxılıb və hər birinə qanunamüvafiq qaydada müfəssəl cavab verilib.

Hər iki vətəndaş 04 may 2020-ci il tarixdə RİH-nin inzibati binasında İcra başçısı və rayonun hüquq mühafizə orqanlarının rəhbərləri tərəfindən qəbul edilib, müraciətləri ilə bağlı onlara bir daha qanunamüvafiq izahat verilib, məsələnin aidiyyəti dövlət orqanları tərəfindən yerində araşdırılacağı bildiriib. Onların müraciətinin təkrar qaydada araşdırılması üçün RİH tərəfindən Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinə 05 may 2020-ci il tarixdə 127 nömrəli, ƏMDK yanında Torpaqların Dövlət idarəetməsinin təşkil üzrə Dövlət Agentliyinə 05 may 2020-ci il tarixli 128 nömrəli məktubla müraciət olunub.

Qızılhacılı qəsəbə sakinlərinin RİH-ə daxil olmuş müraciətləri əsasında RİH tərəfindən aparılan araşdırmalar zamanı müəyyən edilib ki, Arzu Verdiyev qəsəbə sakini Qəhrəmanov Yunis İslam oğlunun icarəsində olan torpaq sahəsinin 5,0 hektarını, onu təhdid edərək əlindən alıb və həmin sahədə arpa əkib, digər qəsəbə sakini Pirimov Əli İsa oğlunun icarəsindəki Dövlət Ehtiyat Fonduna aid olan örüş sahəsinin daxilində qanunsuz arxlar çəkib, həmin sahənin bir hissəsini isə şumlayaraq pambıq əkin. Bundan başqa sahibkar Hüseynova Aygün Rafiq qızının istifadəsindəki torpaq sahəsindən onun məcburi çıxmasını tələb edib və əhalinin pay torpaqlarına gedən yolu, həmçinin ərazidə mövcud olan hərbi məqsədli ehtiyat yolu zəbt edərək əkib. Arzu Verdiyevin bu qanunsuz hərəkətləri barədə vətəndaşlar tərəfindən RİH-ə daxil olmuş müraciətlər əsasında aidiyyətı üzrə Goranboy rayon Polis Şöbəsinin İstintaq Bölməsində araşdırma aparılır".

Vilyam Hacıyevin 1 milyondan çox borcu üzə çıxdı - ŞOK AÇIQLAMA“2012-ci ildən Vilyam Hacıyevin mənə 400 min manat verəcəyi var”.

Avrasiya.net xəbər verir ki, bunu Oxu.Az-a "Neftçi”nin sabiq oyunçusu, futbol veteranı, Azərbaycan Regional Futbol Federasiyaları Assosiasiyasının vitse-prezidenti Maşallah Əhmədov deyib.

O, mayın 5-də məhkəmənin qərarı əsasında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunmuş İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin ona olan borcundan danışıb:

“Mən və Müqayis Verdiyev (“Azər-İnşaat-2009” MMC-nin direktoru – S.M.) 2012-ci ildə İmişlidə sahibkar kimi abadlıq işlərinə cəlb olunmuşuq. Bütün bu işlər Nazirlər Kabinetinin Sərəncamı ilə həyata keçirilib. Orada sıfırdan başlayıb Müqayislə birgə işlər görmüşük. Amma Vilyam Hacıyevin dələduzluğu sayəsində pulumuzu tam ala bilmədik.

Mənə dedi ki, gəl sənə 50 min manat verim, qalanlarını da hissə-hissə verərəm, amma izahat yaz ki, daha borcum yoxdur. Şirin dilə tutdu məni. Mən də Vilyamın bu sözlərinə inandım. 2013-cü ilin fevralın 23-də mənə İmişlidə gördüyümüz abadlıq işinin nəticəsi olaraq 50 min manat verdi. Həmçinin Müqayisə də bu yolla pul verdi.

Onun I müavini Səfa Ağayev mənə izahat yazdırdı ki, Vilyam Hacıyevin bizə heç bir borcu yoxdur. Özüm inanıb yazdım. İnanmadım ki, o bu qədər pulu danar. Sonra da həmin pulu vermədi. Pulumuzu istəyəndə də bizi həbs etdirdilər. Həmin sənədi də qarşımıza fakt kimi qoydular ki, burada İmişli Rayon İcra Hakimiyyətinin bizə borclu olmadığını göstərmisiniz.

Sonra polisə tapşırıq vermişdi ki, İmişliyə gəlsəm, məni tutsunlar. Öz pulumla məni tutdurdu”.

M.Əhmədov ona və şərikinə olan borcun məbləğini açıqlayıb:

“Hazırda onun 400 min manat mənə, 857 min manat Müqayis Verdiyevə borcu var. İkimiz də İmişlidə abadlıq işlərində iştirak etmişik. Müqayis İmişlidə 86 metr uzunluqda bayrağın ucaldılmasında əziyyət çəkib. Onun burnundan gəlsin”.

M.Əhmədov bu ay DTX-də zərərçəkmiş şəxslər kimi ifadə verəcəklərini bildirib:

“Bu ayın 24-nə Müqayisi, 26 və ya 28-nə də məni DTX-yə çağırıblar. Samuxda işləyərkən mənim şərikimə də pul “atıb”. O da zərərçəkmiş şəxs kimi DTX-yə çağırılıb”.

Qeyd edək ki, Maşallah Əhmədov Binəqədi Rayon polisinə edilmiş şikayət ərizələri əsasında 350 min manatı mənimsəmə iddiası ilə 2015-ci ilin dekabrın 14-də həbs olunub. Onun barəsində açılan Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Əhmədov səkkiz il müddətinə azadlıqdan məhrum edilib.

Lakin M.Əhmədovun vəkilinin apellyasiya şikayəti əsasında onun cəzası 2017-ci ilin iyulun 24-də səkkiz ildən iki ilə endirilib. Həmin ilin oktyabrın 7-də isə cəzasını başa vuraraq azadlığa çıxıb.
Putin İlham Əliyevə zəng etdiMayın 18-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Avrasiya.net xəbər verir ki, telefon söhbəti zamanı dövlət başçıları koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən işlərdən danışıb, bu istiqamətdə ölkələrimizin sərhəd-keçid məntəqələrində qarşılıqlı əlaqələndirmə şəraitində həyata keçirilən tədbirlər barədə fikir mübadiləsi aparıblar.

Dövlət başçıları Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlıq əlaqələrinin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq əməkdaşlığımızın postpandemiya dövründə inkişaf perspektivlərini də müzakirə ediblər.

Yenidən sərtləşmə ola bilər - İbrahim MəmmədovMəscidlərdə kütləvi şəkildə dini ayinlərin keçirilməsi qadağandır.

Avrasiya.net xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov Operativ Qərargahın brifinqində deyib.

O bildirib ki, bu gün qərarlar riyazi hesablamalarla aparılır:

"Əgər kritik vəziyyət yaranarsa, yenidən sərtləşmə elementlərinə qayıtmaq olar. Ölkəyə vətəndaşların gətirilməsi zamanı yoluxmalar 20-30 faiz səviyyəsindədir. Ukraynadan ölkəyə gətirilən 120 nəfərdən 29-unda virus aşkarlanıb. Rusiyadan gətirilən vətəndaşlar arasında da 20 faiz yoluxma qeydə alınıb. Hazırkı imkanlar daxilində bunu idarə etmək mümkündür".
Məsafə saxlanılmasa, virusun ikinci dalğasından qaça bilməyəcəyik - Eldar ƏzizovƏhalinin üzərinə böyük məsuliyyət düşür.

Avrasiya.net-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizov bildirib. İcra başçısının sözlərinə görə, Prezidentin tapşırıqlarına uyğun olaraq, bütün lazımi tədbirlər həyata keçirilir:

"Əgər sosial məsafə saxlanılmasa, koronavirusun ikinci dalğasından qaça bilməyəcəyik. Bəşər tarixində belə epidemiyalar olub. İlk dəfə olaraq, koronavirus bütün dünyaya eyni vaxtda təsir edib. Sakinlərdən xahiş edirəm ki, qaydalara riayət etsinlər. Nəzərə alaq ki, parklar, istirahət mərkəzləri bu gündən açılıb, çimərlik mövsümü də açılacaq, insanları qaydalara riayət erməyə çağırıram. Əks halda payızda da bu virusla mübarizə aparmalı olacağıq".
Əli Həsənovun nəvəsi maşın nömrələrini bu qiymətə satdı - FotoBakıda 2017-ci ildə törətdiyi ağır avtomobil qəzası ilə iki nəfərin ölümü və iki nəfərin yaralanmasına səbəb olan "Qaçqınkom"un sabiq sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevdən yeni xəbər var.

Avrasiya.net Unikal.org-a istinadən xəbər verir ki, N.Allahverdiyevə məxsus əksər avtomobillər satılıb. O, əvvəlcə qəza törətdiyi "Gelandevagen”ni dövlət nömrə nişansız satıb.

Daha sonra isə qəza törətdiyi avtomobilin 10 PP 203, “Porşe” 10 YY 203, “Niva” 10 OO 203 dövlət nömrə nişanlarını 20 min AZN-ə satışını həyata keçirib.
Əli Həsənovun nəvəsi maşın nömrələrini bu qiymətə satdı - Foto

 Daha 113 nəfər koronavirusa yoluxdu: ölən varAzərbaycanda daha 113 nəfər koronavirusa yoluxub, 40 nəfər sağalıb, 1 nəfər isə vəfat edib.

Avrasiya.net xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

Y.Qarayeva qeyd edib ki, hazırda 3387 ümumi yoluxan var.

O bildirib ki, bu günə qədər 235 910 test edilib.
Goranboyda icra başçısının müavini şikayətçini döyüb pəncərədən aşağı tulladı – Azərbaycanda ŞOK - VİDEOSosial şəbəkələrdə Goranboy rayon sakini Verdiyev Arzu Vəli oğlunun prezidentə videomüraciəti yayılıb.

Virtualaz.org xəbər verir ki, həmin şəxs mayın 14-də Goranboy rayon icra hakimiyyətinin başçısının qəbuluna getdiyini, bu vaxt başçının birinci müavini tərəfindən döyüldüyünü və pəncərədən aşağı atıldığını bildirir.

Goranboy sakini deyir ki, o prezidentin Azərbaycanda ictimai nəzarətin zəif olması barədə çıxışınızdan ruhlanaraq Goranboy rayonunda baş verən qanunsuzluqlarla bağlı faktları ictimailəşdirib. Amma bunun əvəzində rayon İcra Hakimiyyətində döyülüb.

Arzu Verdiyev hadisəni belə nəql edir: “Dünən başçının qəbul günü idi. Mən də qərara aldım ki, Musayev Eldarla (yerli sakin) başçının qəbuluna gedim. İcra başçısının qəbuluna yaxınlaşdım, orada xeyli adam vardı, təxminən 40-50 nəfər. İcra başçısının birinci müavini Ceyhun Həsənov o boyda əhalinin içərisindən bizi görüb çağırdı, qəbul edib dərdimizi dinləyəcəyini dedi. İçəri keçdikdən sonra bizim hərəmizi bir otağa saldı. Məni orada kobud rəftara məruz qoydu, söyüşlər yağdırdı, nalayiq ifadələrlə danışdı, məni döydü, başımı pəncərəyə, divara vurdu. Sonra götürüb pəncərədən aşağı atdı. Bunun nəticəsi olaraq mənim əlimdə, başımda kəsiklər əmələ gəldi, yerdə məni qan aparırdı. İcra Hakimiyyətinin iki sürücüsü, deyilənə görə, biri Ceyhun Həsənovun bacısı oğludur, mənə bu vəziyyətdə yardım etmək əvəzinə söydülər, təhqir elədilər. Yenidən pəncərədən içəri ataraq hadisəni ört-basdır etməyə çalışdılar. Amma mən imkan tapıb qaça bildim və yaxınlıqdakı DTX rayon şöbəsinə sığındım. Sağ olsunlar, orada mənə yardım etdilər, təcili yardım çağırdılar, yaralarımı sarıdılar…”.

Onunla birlikdə torpaq və örüş yeri məsələsi ilə bağlı şikayətini çatdırmaq üçün qəbula gedən Eldar adlı yaşlı şəxs də videomüraciətdə təsdiq edir ki, icra başçısının müavini C.Həsənov A.Verdiyevin qolundan tutaraq içəri salıb. Onun özünün isə “arxasından təpiklə vurub”.

Sakinin bildirdiyinə görə, onu İcra Hakimiyyətinin arxa tərəfindən içəri salıblar, zalın yanındakı otaqda, şikayətə gələnlərin yanında Ceyhun Musayev “arxa tərəfindən diziylə vurub”, sinəsindən itələyib. Habelə hədələyib və “səninlə sonra danışacam” deyib.

Ürək xəstəsi olan Eldar Musayev deyir ki, o, İcra Hakimiyyətindən çıxaraq DİN-in 102 xidmətinə zəng vurub, icra başçısının müavini tərəfindən döyüldüyünü bildirib. Polislər gəlib və onu maşınla evinə çatdırıb. Evdə E.Musayevin vəziyyəti pisləşib və o, xəstəxanaya zəng vurub. Daha sonra onu xəstəxanaya aparıblar və tibbi yardım göstəriblər. Polislər də xəstəxanada şikayətçinin ifadəsini alıb.

Sonda A.Verdiyev deyir ki, həmin Ceyhun Həsənov Goranboyda oliqarxdır, çoxlu biznes obyektləri var və vəzifəsindən istifadə edib biznesinə “krışalıq” edir.

“Xahiş edirəm onun barəsində tədbir görəsiniz”,-sakin prezidentə müraciətini yekunlaşdırır.(Virtualaz.org)
Daha bir məmur barədə cinayət işi başladı - RəsmiÖlkəmizdə həyata keçirilən iqtisadi islahatların korrupsiyaya qarşı mübarizə tədbirləri ilə dəstəklənməsi prokurorluq orqanları tərəfindən qanunla ona həvalə edilmiş səlahiyyətləri çərçivəsində daim diqqət mərkəzində saxlanılmaqla aidiyyəti dövlət qurumları ilə əlaqəli şəkildə korrupsiya hüquqpozmaları törətmiş vəzifəli şəxslərə qarşı mübarizədə ardıcıl tədbirlərin icrası davam etdirilir.

Baş Prokurorluğun Mətbuat Xidmətindən Avrasiya.net-ə verilən məlumata görə, bu tədbirlərin davamı kimi, dövlət strukturlarının əhalinin sağlamlığının qorunması, digər sahələr üzrə xidməti fəaliyyətin təşkili istiqamətində səfərbər olunduğu bir vaxtda bəzi vəzifəli şəxslərin mövcud vəziyyətdən öz maraqları naminə istifadə edərək, vətəndaşların və dövlətin qanunla qorunan mənafelərinə zərər vuran, dövlət orqanlarının işinə kölgə salan hüquqazidd əməllərə yol vermələrinə dair məlumatlar araşdırılaraq hüquqi məsuliyyət tədbirləri görülür.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilindən (Ombudsman) vəzifəli şəxslər tərəfindən yol verilən qanun pozuntularına dair materiallar hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa daxil olub.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan araşdırmalarla Nizami rayon 117 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi İsmayıl Mansurovun öz qulluq mövqeyindən istifadə edərək səlahiyyəti olmadığı halda vətəndaşın evində əlavə tikilinin inşası ilə bağlı sənədləşməsini rəsmiləşdirmək vədi ilə onu aldadaraq 10 500 manat məbləğində pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 178.2.3 (qulluq mövqeyindən istifadə etməklə dələduzluq) və 178.2.4-cü (xeyli miqdarda dələduzluq) maddələri ilə cinayət işi başlanılıb.

Hazırda iş üzrə bütün qanunazidd halların tam və hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.