DTX Türkiyədə gizlənən qatil azərbaycanlını ölkəmizə gətirdi - VideoAzərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti və Türkiyə xüsusi xidmət orqanlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Dövlət Təhlükəsizliyi Xidmətində istintaqı aparılan cinayət işi çərçivəsində təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində axtarış elan edilmiş, 1984-cü il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı Adilov Saleh Valeh oğlu Türkiyənin Van şəhərində saxlanılaraq ölkəmizə gətirilib.

Avrasiya.net DTX-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, 2008-ci ildə Saleh Adilov tərəfindən dini radikal qruplaşmanın digər üzvləri ilə birlikdə Tərtər rayonunda yerləşən “N” saylı hərbi hissənin döyüş postuna silahlı basqın edilmiş, 1 əsgər öldürülmüş, 1 əsgər ağır yaralanmış və hadisə yerindən müxtəlif silah-sursat oğurlanmışdır.

Saleh Adilov cinayət məsuliyyətindən yayınmağa müvəffəq olaraq, ölkə hüdudlarından kənarda qanunsuz fəaliyyət göstərən silahlı birləşmələrin tərkibində iştirak etmək üçün 2009-cu il mayın 14-də Azərbaycan Respublikasının ərazisini İran İslam Respublikası istiqamətində tərk etmiş, oradan isə qaçaq yolla Pakistan İslam Respublikasının Şimali Vəziristan vilayətinə gedərək “Taliban” terror təşkilatının himayəsi altında fəaliyyət göstərən Vüqar Hacızadənin rəhbərlik etdiyi terror qruplaşmasına qoşulmuşdur.

2010-cu ildə V.Hacızadə beynəlxalq antiterror koalisiyasının qüvvələri tərəfindən məhv edildikdən sonra həmin qruplaşmaya Saleh Adilov başçılıq etmişdir. 2014-cü ildə “Taliban” terror təşkilatının vasitəsilə o, gizli yolla Türkiyəyə, oradan isə Suriyaya getmək istəyərkən İran ərazisində yerli hüquq mühafizə orqanları tərəfindən həbs edilmişdir. 2019-cu ildə azad edildikdən sonra Saleh Adilov qeyri-qanuni yolla Türkiyə ərazisinə keçərək orada gizlənmişdir.

Hazırda həbs olunmuş Saleh Adilov barəsində cinayət işi davam etdirilir.
"Dürüstlük ən başlıca meyarıdır..."Mayın 20-si Sabir Rüstəmxanlının 74 yaşı tamam olur.

Dostluqda sədaqətli, yoldaşlıqda nəzakətlidir. Əliaçıq olduğundan dost məclislərində səxavət göstərməkdən zövq alır, zərrəcə təlaş hissi keçirmir. Sabit xarakterə malikdir, zamanın çətinlikləri iradəsini sındıra bilmir. Hadisələrə qarşı soyuqqanlı və səbrlidir, ani reaksiya verməyə tələsmir. Riskdən uzaq olan bu adam adətən hər problemi öz axarında həll etməyə çalışır. Dürüstlük ən başlıca meyarıdır...

Dəniz səviyyəsindən 1800 metr yüksəklidə, ucqar bir dağ kəndində, çoxuşaqlı bir ailədə dünyaya gəlib. Həmyaşıdlarından istedad və bacarığı ilə fərqləndiyindən təhsil həyatında böyük rol oynayıb. Onu adi kənd uşağından mükəmməl siyasətçi səviyyəsinədək yüksəldə bilib. Partiya sədri, deputat, Xalq şairidir...

...Ömür-gün yoldaşı Tənzilə xanım ölkəmizin tanınan fəal ictimai simalarından biridir. Dörd övladı var- iki oğlan, iki qız...

Çox məsuldar çalışır. Ölkə əhəmiyyətli səmərəli işlərlə məşğuldur. Yaradıcılığında olduğu kimi siyasi aləmdə də xeyli uğurlara imza atıb. Sanki anadan siyasət üçün doğulub. Artıq beşinci dəfədir ki, ölkənin qanunverici orqanında təmsil olunur...

Dadlı yeməkləri xoşlayır. Şiriniyyata meyillidir. Öz həyətində bağbanlıq etməkdən yorulmur. Dünyanı gəzib dolaşsa da özünü ata-baba yurdunda olduğu qədər rahat hiss etmir. Musiqi dinləməkdən zövq alır. Uğurlu daşı opal, sevdiyi rənglər yasəməni, narıncı və yaşıldır. Ruhu ağ rəngdədir, səsi göyə çalır. Onurğa sütunu onu narahat edən ən zərif yeridir...

Gəncliyində fırtınalı bir həyat yaşasa da, yaşlandıqca rahatlığa, əmin-amanlığa can atır. Əqidəsinə sədaqətlidir. Və bu sədaqət onu daha əzəmətli göstərir. Parlaq zəkalı, iti zehinli, müdrik, təbiətcə zəngin aydınlarımızdandır. Məntiqli danışmağı xoşlayır, mükəmməl natiqdir...

Gözəl olan nə varsa əhvalına müsbət təsir bağışlayır. Çoxlarından fərqli olaraq həyatı olduğu rəngdə görə bilir, realistdir. Bütün ömrü boyu haqq-ədalətin, tapdanmış hüquqların bərpası uğrunda çalışıb, kəskin qarşıdurmalara son qoymağa səy göstərib. Təsadüfü deyil ki, rəhbərlik etdiyi partiyanın adı da bu amalları özündə əks etdirir- “Vətəndaş Həmrəyliyi Partiyası”...

Haqqında söhbət açdığım Sabir Rüstəmxanlı hələ gənclik yaşlarından yüksək istedadı və əməksevərliyi ilə insanların diqqətini cəlb edib. Mübarizliyi, yaradıcılığı, güclü yaddaşı, özünəinamı, dəqiqliyi, hədsiz təmkini ona xalqın məhəbbətini qazandırıb...

O, harada olursa olsun çıxış edərkən və ya dinləyərkən siz onun daxildən gələn hisslərlə davrandığının şahidi ola bilərsiniz. Bu insan bütün hallarada özündə səmimiyyəti qoruyub yaşada bilir. Cılız hisslər onun həndəvərində ya birləşib tam olur, ya da ki, mənasız bir nəsnəyə çevrilir. Məntiqə, dürüstlüyə söykənən hər nə varsa onun yanında daha da əhəmiyyətli və parlaq görünür...

Mayın 20-sində, təbiətin ən gözəl çağında dünyaya gəlib. Bu gözəllik onun taleyinə, ömür yoluna, varlığına hoparaq təbii, orjinal bir rəngə çevrilib- Sabir Rüstəmxanlı adlı bir rəngə...

Bəli, illər ötəcək, nəsillər dəyişəcək, əlahəzrət zaman çox insanları keçmişdə saxlayıb unutdurmağa çalışacaq. Amma Sabir Rüstəmxanlı imzası əbədi yaşayacaq...

74 yaşın mübarək, ELOĞLU!

Elman Eldaroğlu
Göygöldə yeniyetmə oğlan çayda boğulduGöygöl rayonunda yeniyetmənin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

Avrasiya.net "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Pənahlılar kəndi ərazisində qeydə alınıb.

Belə ki, 13 yaşlı Hüseynov Ömər Tural oğlu kənd ərazisində mal-qara otaran zaman ehtiyatsızlıqdan körpünün üstündən çaya düşüb.

Onun meyiti sudan çıxarılaraq ailəsinə təhvil verilib. Faktla bağlı Göygöl rayon Prokurorluğunda araşdırma aparılır.
İran fransız tədqiqatçını həbs etdiİran məhkəməsi tədqiqatçı Fariba Adelxahı beş il həbs cəzasına məhkum edib.

Axar.az xəbər verir ki, Adelxah milli təhlükəsizliyə qəsddə və islam respublikasına qarşı təbliğatda ittiham olunub.

Qeyd edək ki, Adelxah Fransa və İran vətəndaşıdır. O, 2019-cu ilin iyulunda həbs edilib.
"Milli Şura"dakılar faşistdilərNiyaməddin Orduxanlı:" İstefa verən Eldəniz Quliyev ABŞ agenti dediyi şəxs Xədicə İsmayılı nəzərdə tutur. "Milli Şura"da baş verənlər ABŞ agentləri ilə İran agentlərinin qarşıdurmasıdır. İndi gördüz ki, Əli Kərimli hər yerə işləyir?!"

“Milli Şura yarananda Azərbaycan ictimaiyyətinə bəlli idi ki, bu qurum kənar qüvvələrin və ya xarici dövlətin təşəbbüsü ilə yaradılıb. Şura Azərbaycan dövlətinə təzyiq vasitəsi olaraq ortaya atılmış bir proyekt idi. O dönəmdə Milli Şuranın üzdə olan şəxsləri açıq şəkildə bildirdilər ki, bu, Rusiya tərəfindən yaradılmış bir qurumdur”.

Milli Şuranın videokonfransında səsləndirilən fikirlər və sözügedən qurumda baş verən istefalar haqda Avrasiya.net-ə danışan Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini , tanınmış QHT sədri, politoloq Niyaməddin Orduxanlı belə deyib.

Son istefalara münasibətini bildirən BAXCP rəsmisi Milli Şuranın parçalanmağa məhkum olduğunu və bu prosesin tədricən sürət qazandığını bildirib:

“Hələ 2013-cü ildə şura rəhbərliyində təmsil olunan şəxslər Rusiya Prezdenti Vladimir Putinə məktub ünvanladılar ki, şuranın vahid namizədi Rüstəm İbrahimbəyovun vətəndaşlığı ləğv edilsin, prezident seçkisində iştirakına imkan yaradılsın. Yəni, Milli Şuranın xarici proyekt olduğunu hər kəs bildi. Bu günə qədər bu qurumu idarə edən Əli Kərimlidir. Bu gün isə Milli Şurada təmsil olunan bəzi şəxslər bir daha cəmiyyətə öz biabırçı əməllərini nümayiş etdirdilər. Cəmil Həsənlinin, vaxtilə deputat mandatı olanda bələdiyyələrdən özünə torpaq alan, varidat yığan Gültəkin Hacıbəylinin əsl siması göründü. Onlar özlərinə “ziyalı”, “professor” desələr də, əslində faşist olduqlarını bildirdilər. Bu davranışlar mədəniyyət və etikadan kənardır. Açıq şəkildə LGBT icmasının üzvlərinin məhv edilməsinə çağırışlar etdilər. Bu nə deməkdir? Cəmil Həsənli, Gültəkin Hacıbəyli və digərləri müxalifətdə ola-ola bu cür düşüncə sahibi olduqlarını çəkinmədən nümayiş etdirirlər. Kimliyindən asılı olmayaraq, insanları məhv etməyə çağırış faşist təfəkkürüdür. Bütün bunlar onların öz şəxsi maraqları üçün siyasi fəaliyyətlərlə məşğul olduqlarını, öz mənfəətləri üçün istənilən yola əl ata biləcəklərini və ən əsası da, siyasətdə təsadüfi adamlar olduqlarını nümayiş etdirdi. Gültəkin Hacıbəylinin növbəti seçkilərdə Milli Məclisə seçilə bilməməsindən sonra müxalifətə qoşulması, bunun əyani sübutudur.

Eldəniz Quliyev Milli Şuradan istefa verəndən sonra da, açıq şəkildə bəyan etdi ki, onlar xarici qüvvələrin təsirindədir, Amerikanın hansısa bir konqresmeninin nəzarətində olan bir agentinin tapşırıqlarını icra edirlər. Burada söhbət Xədicə İsmayıldan gedir. Yəni amerikalı konqresmenin agenti olan Xədicə İsmayıl Gültəkin Hacıbəyli, Cəmil Həsənli, Əli Kərimli və digərlərini idarə edir. Biz dəfələrlə Millli Şuranın xaricdən idarə olunmasını demişdik”.

Niyaməddin Orduxanlı xatırladıb ki, Milli Şura vaxtilə Rusiyanın bəlli siyasi dairələri və bu ölkənin rəhbərliyində təmsil olunan müəyyən şəxslər tərəfindən yaradılmışdı:

“2013-cü ildə keçirilən prezident seçkisindən sonra Milli Şura öz missiyasını başa vurdu və Rüstəm İbrahimbəyov buradan aralaşdı. Amma bu missiyanı Əli Kərimli öz üzərinə götürdü, şuranın iplərini ələ aldı. Eldəniz Quliyevin istefası da, şurada baş verənlərə bir etiraz forması idi. Eldəniz Quliyevlə yanaşı, digərləri də açıq şəkildə bəyan etdilər ki, biz xarici qüvvələrin tapşırıqlarını yerinə yetirənlərin əleyhinəyik. Habelə, bu istefalarla LGBT məsələsinin müzakirəsinə etiraz olundu. Şurada bir qismi Qərbə, bir qismi İrana, bir qismi də Rusiyaya meylli olan qüvvələr arasındakı narazılıq belə bir vəziyyət yaratdı. Başqa sözlə, əsl simalarını, hansı xarici siyasi dairələrin əllərində alət olduqlarını, kimlərə xidmət etdiklərini nümayiş etdirdilər. Biz şurada bu prosesin başlamasının şahidi oluruq.

Azərbaycan xalqı görməlidir ki, onu idarə etmək iddiasında olan Əli Kərimli, Cəmil Həsənli və Gültəkin Hacıbəyli hansı etikanın sahibidir. Onlar heç bir əxlaqi dəyərə söykənməyən təhqirlərə, ifadələrə yer verirlər. LGBT icmasının üzvləri dünyada xəstə insanlar kimi qəbul olunurlar. Amma bu gün şurada təmsil olunan Manaflı faşistcəsinə bu insanları məvh etməyə çağırışlar edir. Təsəvvür edin ki, xəstə insanların başını kəsmək istəyən və onların məhv edilməsini istəyən adamlar var. Ən pisi isə budur ki, həmin şəxsləri cəmiyyətə “siyasətçi” kimi sırıyırlar. Əsl xəstə elə onların özləridir ki, onlarla olmayan, onların düşüncələrini bölüşməyənlərin məhv edilməsinə çağırışlar edirlər. Gültəkin Hacıbəylinin, Cəmil Həsənlinin ortaya qoyduqları mövqe budur”.

Partiya rəsmisi hesab edir ki, Milli Şura asanlıqla ayrı-ayrı qüvvələrin əllərində oyuncağa çevrilir:

“Təsəvvür edin ki, bu gün Cəmil Həsənli və Əli Kərimli Amerikanın hansısa bir konqresmeninin Azərbaycandakı agentinin əlində bir vasitədir. Gültəkin Hacıbəyli də, Əli Kərimli də, Cəmil Həsənli də Xədicə İsmayılın əlində oyunacağa çevrilib. Təsadüfi deyil ki, elə buna görə də Gültəkin Hacıbəyli Xədicə İsmayıldan ağız dolusu danışır, ondan razılıq edir. Sevinc Osmanqızı də bu şəbəkəyə daxildir. Onları idarə edən, xaricdən ayrılmış pulları onlara çatdıranın kimliyi də, hər kəsə məlumdur".
Bakıdan rayonlara gediş-gəlişə yalnız iki halda icazə veriləcək Mayın 18-dən etibarən vətəndaşların Bakı, Sumqayıt, Lənkəran, Gəncə şəhərləri və Abşeron rayonundan respublikanın digər ərazilərinə, eləcə də bölgələrdən adıçəkilən rayon və şəhərlərə hansı hallarda gəlib-getməsinin qaydası müəyyənləşib.

Avrasiya.net xəbər verir ki, bu barədə “Report”a Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov məlumat verib.

Hökumət sözçüsü 18 may 2020-ci il saat 00:00-dan etibarən SMS icazə sisteminin ləğvindən sonra Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə vətəndaşların yaşayış yerini tərk edərək ölkənin digər rayon və şəhərlərinə hansı hallarda səfər edə biləcəklərinə aydınlıq gətirib.

“Mayın 18-dən - yəni SMS icazə və “icaze.e-gov.az” portalında qeydiyyatdan keçmə sistemi ləğv olunduğuna görə Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonuna gəlib-getmək istəyən vətəndaşlara yalnız iki halda icazə veriləcək: Yaxın qohumunun yas mərasimində iştirak etmək üçün və xüsusi ağır xəstələrin göndəriş əsasında paytaxtda və digər yerlərdə müayinə və müalicələri üçün. Vəfat etmiş yaxın qohumunun dəfn mərasimində iştirak etmək üçün yaşayış yerini tərk etmək istəyən vətəndaş müvafiq ölüm haqqında arayışı təqdim etməklə gedə biləcək. Bunlardan başqa, xüsusi karantin rejimi dövründə Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonuna, eləcə də Gəncə və Lənkəran şəhərlərinə giriş-çıxış və ölkənin digər şəhər və rayonlarından yerüstü və hava nəqliyyatı ilə sərnişin daşımaları qadağandır”, - hökumət sözçüsü vurğulayıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov da SMS icazə sisteminin ləğv olunmasından sonra vətəndaşların Bakı, Sumqayıt, Lənkəran, Gəncə şəhərləri və Abşeron rayonundan respublikanın digər ərazilərinə, eləcə də bölgələrdən adıçəkilən rayon və şəhərlərə gəliş-gedişinə iki halda icazə verilməsi qaydası ilə bağlı məlumatı təsdiqləyib.

Qeyd edək ki, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı Azərbaycandakı sanitar-epidemioloji vəziyyət, ölkə əhalisi arasında virusa yoluxanların ümumi sayı və xəstələrin sağalma dinamikası nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən məhdudiyyətlərin daha bir qisminin yumşaldılmasına qərar verilib. Mövcud sanitar-epidemioloji vəziyyət, aktiv xəstə sayı və yoluxma sürəti əsas götürülməklə, 18 may 2020-ci il saat 00:00-dan etibarən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə yaşayış yerini SMS icazə ilə, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında tərk etmək sistemi ləğv olunur.

Daha əvvəl mayın 4-dən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu istisna olmaqla respublikanın digər rayon və şəhərlərində və Naxçıvan Muxtar Respublikasında yaşayış yerini SMS icazə ilə, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında tərk etmək sistemi ləğv olunub.
Azərbaycanlı biznesmen koronavirusdan öldü - FOTOİsveçdə yaşayan soydaşımız koronavirusdan dünyasını dəyişib.

Bu barədə İsveçdə yaşayan soydaşımız Teymur Eminbəyli məlumat verib. Onun sözlərinə görə, dünyasını dəyişən şəxs 60 yaşlı Məhərrəm Hüseynovdur. Əslən Salyan rayonundandır və 2004-cü ildən İsveçdə məskunlaşıb. M. Hüseynovun tikinti firması olub.

T.Eminbəylinin dediyinə görə, M. Hüseynov 2 aya yaxın idi ki, COVİD-19 virusundan xəstəxanada müalicə alırdı. Vəziyyəti ağır idi və ötən gecə dünyasını dəyişib.(ölke.az)
Azərbaycanda daha 158 nəfər koronavirusa yoluxdu, 58 nəfər sağaldıAzərbaycan Respublikasında 158 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 58 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumata görə, hazırkı dövrədək ölkəmizdə 3138 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1944 nəfər müalicə olunaraq sağalıb, 36 nəfər vəfat edib, 1158 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 41 nəfərin vəziyyəti ağır, 52 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 226005 test aparılıb.
"Trampın məktubundakı iki böyük xalq və dövlət sözləri..." - ŞƏRHABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevə məktubunda iki dövlət arasındakı münasibətlərin inkişaf perspektivlərini, beynəlxalq hüququn norma və prinsiplərini, ölkəmizin maraqlarını ifadə edən kifayət qədər önəmli məqama toxunub.

Bunu Teleqraf.com-a açıqlamasında “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru, politoloq Elçin Mirzəbəyli bildirib.

O qeyd edib ki, Donald Trampın məktubunun Azərbaycanın suverenliyi və müstəqilliyinin ABŞ tərəfindən güclü şəkildə dəstəkləndiyi fikri ilə başlaması ölkəmizin ərazi bütövlüyünün, müstəqil hüququn subyekti kimi beynəlxalq münasibətlər sistemində iştirakının birmənalı şəkildə müdafiə olunmasıdır:

“Klassik və müasir suverenlik konsepsiyalarına, həmçinin BMT Nizamnaməsinə və beynəlxalq hüququn norma və prinsiplərinə görə, suverenlik dövlətin bütün əraziləri üzərində daimi və mütləq hakimiyyətə malik olmasıdır. Suverenlik konsepsiyasının başqa bir önəmli prinsiplərindən biri onun bölünməzliyidir. Yəni, konkret halda Azərbaycanın öz əraziləri üzərində mütləq və daimi hakimiyyətə sahib olmasının güclü dəstəklənməsi Azərbaycan ərazilərinin bölünməzliyi prinsipinin dünyanın supergücü tərəfindən birmənalı şəkildə müdafiə olunmasıdır. Suverenlik konsepsiyasının digər mühüm prinsipi isə dövlətin suverenliyinin öz əraziləri üzərində istisnasız olaraq təmin edilməsidir. Qeyd olunan prinsipin ABŞ Prezidenti tərəfindən Azərbaycanın suverenliyinin dəstəklənməsi çərçivəsində müdafiə edilməsi ölkəmizin Ermənistanın işğalı altında olan əraziləri üzərində istisnasız suverenliyinin təmin olunmasının vacibliyinə işarə kimi qəbul edilməlidir”.

Elçin Mirzəbəyli bildirib ki, ABŞ Prezidenti Donald Tramp öz məktubunda beynəlxalq təhlükəsizliyin gücləndirilməsi, Avropanın enerji marşrutlarının və mənbələrinin şaxələndirilməsində Azərbaycanın rolunu və töhfələrini yüksək dəyərləndirir, bu sahələr üzrə iki ölkə arasında 30 illik əməkdaşlığı xüsusi vurğulayır:

“Bu yanaşma Azərbaycanın məktubda qeyd olunan istiqamətlərdə oynadığı rolun yüksək səviyyədə qiymətləndirilməsi olmaqla yanaşı, ölkəmizin təşəbbüsləri və iştirakı ilə gerçəkləşdirilən, hazırda həyata keçirilən və ya həyata keçirilməsi nəzərdə tutulan bütün enerji layihələrinin, Azərbaycanın bu istiqamətdəki təşəbbüslərinin bundan sonra da dəstəklənəcəyinə münasibətdə ifadə olunan önəmli bir mesajdır. Şübhəsiz ki, bu dəstəyin əsasında Azərbaycanın “Əsrin müqaviləsi”ndən başlayaraq həyata keçirdiyi bütün layihələrə münasibətdə öz öhdəliklərinə sadiq qalması da mühüm rol oynayır. Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən layihələrin region dövlətlərinin inkişafına və təhlükəsizliyinə verdiyi töhfə də nəzərə alınmalıdır. Enerji təhlükəsizliyi istənilən dövlətin sabit iqtisadi inkişafının, təhlükəsizliyinin təmin edilməsində müstəsna önəm daşıyır. Məhz bu baxımdan, ölkəmizin liderliyi ilə həyata keçirilən enerji layihələrinin regionun və Avropanın təhlükəsizliyinin təmin olunmasında xüsusi əhəmiyyətə malik olduğunu danılması mümkün olmayan bir fakt kimi qeyd edə bilərik”.

Politoloq əlavə edib ki, məktubda Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın beynəlxalq sülh, sabitlik və qlobal inkişafa verdiyi əhəmiyyətli töhfələrin və dövlətimizin beynəlxalq səviyyədə nailiyyətlərinin vurğulanması isə ABŞ-ın dövlət başçısının ölkəmizə və onun liderinə verdiyi yüksək qiyməti ifadə edir:

“Məktubda, həmçinin, ABŞ və Azərbaycan nəzərdə tutularaq, iki böyük xalq və dövlət ifadəsindən istifadə olunur. Bu, ilk növbədə, ABŞ-ın dövlət başçısı səviyyəsində Azərbaycanın nüfuzlu və güclü dövlət olaraq qəbul edilməsi anlamına gəlir. Azərbaycan xalqına münasibətdə böyük xalq ifadəsinin işlədilməsi də çox böyük məna daşıyan, xalqımızın regionda həyata keçirdiyi və bundan sonra da keçirəcəyi böyük hərəkətverici, tənzimləyici missiyaya verilən yüksək dəyərdir. Bu, eyni zamanda, Azərbaycan və ABŞ arasında yaxın tərəfdaşlıq münasibətlərinin təsdiqi kimi səciyyələndirilməlidir.

Məktubunun sonunda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan Donald Tramp ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi ABŞ-ın münaqişənin sülh yolu ilə dayanıqlı həlli üzrə aparılan danışıqlara dəstəyini davam etdirəcəyini bəyan edir. Danışıqlara dəstək ifadə etməklə Minsk qrupunun həmsədr ölkəsi olan ABŞ Ermənistanın danışıqlar formatının dəyişdirilməsi cəhdlərini birmənalı olaraq rədd edir, işğalçı ölkənin qarşısında manipulyativ və pozucu davranışlara, destruktiv hərəkətlərə son qoyulması tələbini qoyur. Məktubda münaqişəsinin sülh yolu ilə həllinin vacibliyinə vurğu edilməsi isə Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan və qəbul edilən ərazilərinin hərbi işğalının qəbuledilməzliyi və Ermənistan silahlı qüvvələrinin ərazilərimizdən qeyd-şərtsiz çıxarılması tələbidir”.

Elçin Mirzəbəyli ABŞ Prezidentinin Azərbaycan dövlətinin başçısına ünvanladığı məktubu Azərbaycanın regional və qlobal proseslərdə oynadığı rola verilən yüksək qiymət kimi dəyərləndirib.

O, iki dövlət arasındakı münasibətlərin qarşılıqlı faydalılıq prinsipi əsasında bundan sonra da inkişaf edəcəyini, hətta yeni və daha dinamik bir mərhələyə qədəm qoyacağını vurğulayıb.
"Prezidentin korrupsiyaya qarşı başlatdığı bu müharibədə biz qalib gələ bilərik”Korrupsiyaya qarşı mübarizənin effektivliyi üçün rüşvət alanlarla yanaşı rüşvət verənlərin də həbs olunması son dərəcə zəruridir. Ona görə də artıq rüşvət verənlərin də həbs olunması təqdir olunmalıdır.

Bu sözləri BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev Moderator.az-a müsahibəsində deyib.

O bildirib ki, dövlətimizin təhlükəsizliyinə, onun iqtisadi inkişafına və beynəlxalq nüfuzuna qarşı böyük təhdidə çevrilmiş korrupsiyaya qarşı ölkə Prezidentinin ciddi dəstəyi ilə DTX tərəfindən səmərəli mübarizə aparılır:

“Artıq bu işə prokurorluq orqanları da qoşulub, törədilən cinayətə görə cəzanın labüdlüyü prinsipi təmin edilir. İnsanlarımızın kütləvi şəkildə buna inanacağı təqdirdə korrupsiyaya ciddi zərbə vurulacaq. Ölkəmizdə insanlar rüşvət verməsə, rüşvətxorlar dövlət idarəetməsindən çəkilib biznesə gedəcəklər. Bundan isə həm özləri, həm də vətəndaşlarımız qazanacaq. Bununla yanaşı dövlət idarəetməsi təkmillədirilməlidir ki, rüşvətxorları ifşa etmək asan olsun.

İnsanların kütləvi şəkildə korrupsiyaya bulaşması və onun nəticəsi olaraq kütləvi həbsi onların ailə üzvləri, yaxınları üçün ciddi mənəvi sarsıntılara səbəb olur. Ona görə də dövlət cinayətkarları cəzalandırmaqla yanaşı, onun profilaktikası istiqamətində də ciddi qərarlar qəbul etməlidir. Ailələr isə hər hansı üzvünün həbsindən mənəvi iztirab yaşamamaq üçün aza qane olmalı, onları qanun pozuntularından çəkindirməlidirlər.

Əgər kimsə iş yerini itirmək qorxusu səbəbindən qanunları pozmağa məcbur edilirsə, bu barədə Prezidentə açıq müraciət etməlidir. Yalnız cəmiyyətin açıq və ciddi dəstək verəcəyi halda Prezidentin korrupsiyaya qarşı başlatdığı bu müharibədə biz qalib gələ bilərik”.