Həmrəy, güclü, səbirli olaq və idmandan qalmayaq!Yusif Babanlı
ADBTİA-nın prorektoru, professor

Ölkəmizdə idmanın inkişafı gənc nəslin fiziki-mənəvi inkişafını daha da sürətləndirir. Sağlam bədəndə sağlam ruh olar devizi əbəs yerə deyilməmişdir. Həkim və mütəxəssislərin gəldiyi qənaətə əsasən idman insanın sağlamlığında mühüm rol oynayır. İnsanın əhvalını yüksədir, narahatlıq və gərginliyi aradan qaldırır.

Əsəb sisteminin müalicə olunmasında idmanın müsbət effektləri çoxdur. Fiziki tərbiyə ilə müntəzəm məşğul olmaq xroniki xəstəliklərin qarşısını alır və insanda immunitet sistemini gücləndirir. Həmçinin, tədqiqatçı və mütəxəssislər idmanın insanda müsbət əxlaqi keyfiyyətlər, vətənpərvərlik, özünəinam, səbr, mətanət, dözüm və s. kimi keyfiyyətlərin folrmalaşdırdığını dəfələrlə sübut etmişlər. Bütün bunlarla yanaşı fiziki tərbiyənin köməyi ilə əmək, hüquqi, iqtisadi, gigyena və digər tərbiyə növlərinin də təməli qoyulur. Söszsüz ki, yuxarıda qeyd etdiyimiz keyfiyyətləri özündə cəmləşdirən gənc hərtətəfli inkişaf etmiş şəxsiyyət kimi özünü cəmiyyətdə sübuta yetirəcəkdir.

İdmanın kütləviliyi hər bir xalqın inkişafı üçün vacib elementlərdən sayılır. Yaxın illərin statistkasına görə Azərbaycanda bədən tərbiyəsi və idmanla məşğul olanların ümumi sayı 2 milyona yaxındır. Hesablamalara görə ölkəmizdə idmanın kütləviliyi hər il daha geniş vüsət almaqdadır.

Yeniyetmə və gənclər arasında idmana marağın artması dövlətin gənclər və idman siyasətinin uğurla həyata keçməsi deməkdir. Azərbaycan müstəqillik əldə etdikdən sonra idmana dövlət dəstəyi və qayğısı idmanın kütləviliyinə təkan verdi. İdmançılarımızın beynəlxalq arenalarda qələbələri, bayrağımızın qürur və fərəh hissi ilə qalib ölkələr sırasında dalğalanması yetişən gənc nəsildə idmana həvəs və stimul yaratdı. Gənclərimiz arasında idmanın kütləviliyinə nail olmağın müsbət tərəflərindən biri də budur ki, bu gün bizə sağlam, güclü və dözümlü gənclər toplusu lazımdır. Məlum məsələdir ki, hər bir dövlətin güclü müdafiə qüdrəti onun ordusundakı sağlam, fiziki və mənəvi cəhətdən güclü gənclərinin olması ilə bağlıdır. Bu gün vətənimizin xeyli hissəsinin düşmən tapdağı altında olması bizim güclü və sağlam ordu ilə hər an müharibəyə hazırlıqlı olmağımız deməkdir.

Artıq aylardır ki, bütün dünya pandemiya ilə mübarizəyə cəlb olunb. Koronovirus pandemiyasının fəsadlarından maksimum müdafiə üçün dünya sosial izolyasiya və karantin metodlarından geniş istifadə edir. Ölkəmizdə də pandemiya ilə mübarizə tədbirləri uğurla həyata keçirilməkdədir. Ölkə başçısı Cənab İlham Əliyevin göstəriş və tövsiyyələrinə əsasən respublikamızda karantin qaydaları tətbiq olunmaqdadır. Bütün bunlar birmənalı olaraq xalqın sağlamlığının qorunmasına yönəldilmiş təbdirlərdir. Bütün dünyada idman tədbirləri və yarışları təxirə salınsada idmançılar ruhdan düşməmiş, idmanla mövcud şərait daxilində həvəslə məşğul olurlar.

Ölkəmizdə digər sahələrlə yanaşı idman müəssisələrinin də müvəqqəti qapalı olması idmançılarımızı ruhdan salmamış, məşq və fiziki tərbiyə təlimlərini müvafiq qaydalara rəayət etməklə davam etdirilər. İnanırıq ki, dünya tezliklə pandemiya təhlükəsindən azad olacaqdır. İdman yarışları bərpa olunub beynəlxalq səviyyədə keçiriləcək və əvvəlki illərdəki kimi idmançılarımız turinerlərdə güc və iradələrini nümayiş etdirərək ölkəmizi layiqincə təmsil edəcəklər.
Həmrəy olaq, güclü və səbirli olaq, ən əsasıda idmanadan qalmayaq!

Şura “Koronavirus həmrəyliyi, beynəlxalq təcrübə” mövzusunda videokonfrans keçirəcəkŞura “Koronavirus həmrəyliyi, beynəlxalq təcrübə” mövzusunda videokonfrans keçirəcək.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Real TV ilə birgə keçirdiyi "Evdə qalaq, bilgi alaq!” onlayn ictimai dəstək və maarifləndirmə kampaniyası çərçivəsində 13 may 2020-ci il, saat 16:00-da “Koronavirus həmrəyliyi, beynəlxalq təcrübə” mövzusunda videokonfrans təşkil ediləcək.
https://us02web.zoom.us/j/85642624489

Azərbaycan, Böyük Britaniya, Rusiya, Türkiyə, Polşa, Bosniya və Herseqovina, Ukrayna, Slovakiya və Yunanıstanın vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin iştirak edəcəyi videokonfransda koronavirusun (COVID-19) yaratdığı fəsadlar və dünya ölkələrinin bu pandemiyaya qarşı birgə mübarizəsi müzakirə ediləcək, həmrəyliyin daha da artırılması ilə bağlı çıxışlar ediləcək.

Şuranın katibi Nərgiz Xələfin moderatorluğu ilə keçiriləcək beynəlxalq videokonfrans Şuranın feyzbuk səhifəsində canlı yayımlanacaq.

Qeyd edək ki, videokonfransın işçi dili ingilis dili olacaq.

“Yeni islahatlar” erasına start verilibAzərbaycan gələn il müstəqilliyinin 30-cu ilini qeyd edəcək. Son 200 il ərzində Azərbaycan dövləti hələ belə uzunmüddətli müstəqil olmamışdır. Bu həm bir sınağ, həm də bir çağırışdır. İnstitutlaşdırılmış bir subyekt kimi dövlətimiz hələlik çox gəncdir və yetkinliyə çatmaq yolunda müxtəlif inkişaf mərhələrindən keçir. İnkişafın yeni bir mərhələsi 2018-ci ilin prezident seçkilərindən sonra başlamışdır. Bunu aydın şəkildə dövlət başçısı “yeni islahatlar” erası olaraq elan edərək, onların icrasına başlamışdır.

Aparılan islahatlar həm konseptual, həm də struktur xarakteri daşıyır. Strukturda olan dəyişikliklər idarəetmə sistemində islahatlar aparılmasa mümkün deyil. Uğurlu islahatın təməlində uğurlu idarəetmə, uğurlu idarəetmənın təməlində isə peşəkar və durust kadr faktoru durur. Vəzifələri həvvala olunmuş kadr, Prezidentin ətrafında sıx birləşərək onun apardığı islahatı tək sözlə yox, həm də əməllə dəstəkləyirsə, o zaman islahatın ayrılmaz bir parçası olur. Əgər onun amalları və fəaliyyətləri qeyd edilən kimi deyil və dövlətçiliyinə xidmət göstərmirsə bu o deməkdir ki, həmin şəxs islahatlara uyğunlaşmır. “Yol qaydalar”ı açıq, aydın və çox sadədir – riayət et və yaxud cəzalındarılacaqsan.

Prezident “sözdən əmələ” yanaşmanı nümayiş etdirir

Cənab Prezidentin dövlət və hökümətin daxilində apardığı yenidən qurma və islahat siyasətində nəzərdə tutduğu istiqamətlər artıq öz bəhrəsini verir. 2 il öncə başlamış hüquqi, institusional və kadr islahatları geniş vüsət alaraq bu gün intensiv formada davam edir. Biz artıq dövlətin bütün sahələrində islahatlara açıq formada şahid oluruq. İslahat elan olunub, “sözdən əmələ” keçərək, icrası başlanılıb. İslahatlara qarşı gedən, islahatlara “mənfi fon” yaradanlara qarşı cəza tədbirləri də elan olunub, “sözdən əməl”ə keçərək, cəzalandırılmanın tətbiqinə başlanılıb. Prezident həm islahat istiqamətində, həm də islahatlara qarşı gedənlərə qarşı cəzanı tətbiq etməkdə “sözdən əmələ” yanaşmasını aydın şəkildə nümayiş etdidir.

İslahatların gətirdiyi qaydaları riayyət etməyənlər oyunda “qırmızı kart” alır

Son dövrdə aparılan ciddi kadr və struktur dəyişikliklərini məhz bu cümlə ifadə etmək istərdim. Dövlətçilik və xalqın rifahı naminə qarşıya qoyulan məqsədlərə, islahatlar və strateji planlara əməl etməyənlər kənarlaşdırılmalı, daha doğrusu desək artıq kənarlaşdırılır. İslahatların gətirdiyi qaydalara riayət etməyənlər “qırmızı kart” alır.

Prezident yeni yanaşmalar və səriştələr gözləyir

Prezident hakimiyyətin üç qolunda da islahatlara start vermişdir. 2018-ci ilin prezident seçkilərindən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Nazirlər Kabinetində, Prezident Administrasiyasında, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, məhkəmə-hüquq sistemində, digər qurumlarda aparılan struktur və kadr islahatları start götürmüşdür. 10 mart 2020-ci il tarixində keçirilən altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında cənab Prezident İlham Əliyev öz çıxışında bu islahatların artıq ölkənin qanunvericilik orqanında başlanmasını elan etmişdir: “Ona görə islahatların dərinləşməsi, əlbəttə ki, parlamentdən yan keçə bilməzdi. Hesab edirəm ki, yeni tərkibdə formalaşmış Milli Məclis islahatlara yeni təkan verəcəkdir. Deputatlar qarşısında böyük vəzifələr durur...”.

Prezident qanunvericilik sahəsi üzrə, qanunların təkmilləşdirilməsi, qanun və sərəncamların icrasında nəzarət funksiyasına əməl edilməsində yeni tapşırıqlar vermişdir. İslahat dövründə hər kəsə yeni vəzifə və yeni hədəflər qoyulur. Prezident yeni yanaşmalar və səriştələr gözləyir.

Şahin Seyidzadə
Milli Məclisin deputatı
"İraq türkmanlarının qəlbi Azərbaycanla döyünür" Bunu Avrasiya.net-ə açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloq bildirib ki, İraqda baş verən siyasi proseslərin Azərbaycan üçün də müəyyən həssas məqamları var: "Bu ölkədə 3 milyon soydaşımız olan türkmanlar yaşayır. İraqda türkmanlar öz haqlarını və hüquqlarını qorumaq üçün uzun illərdir ki, mübarizə aparır. Burada ərəb və kürdlərin diskriminasiya siyasətinə məruz qalırlar. İraqda yeganə xalqdır ki, heç bir xarici dəstəyi olmadan öz mübarizə əzmləri ilə ayaqdadırlar.

Qeyd edim ki, kürdlərə xarici ölkələr, ərəblərə isə məzhəbsəl baxımından ayrı-ayrı ölkələr dəstək verir. Halbuki Türkiyə kimi böyük dövlət İraqda türkmanlara sahib çıxmalıdır. Nədənsə, istənilən dəstək verilmir".

M.Əsədullazadə onu da bildirib ki, Türkiyə İraqda öz mövqelərini gücləndirmək istəyərsə, ABŞ və İrandan da artıq burada möhkəmlənə bilər: "Məhz türkmanlara sahib çıxmaqla beynəlxalq güclərin İraqda kürd kartını özünə qarşı zəiflədə bilər. Suriyada necə ki, türkmanlara sahib çıxıb Şimali Suriyada möhkəmlənib. Bunu İraqda da edə bilər".

Politoloq vurğulayıb ki, Ankara Bağdad üzərində təzyiq aləti əldə edə bilər və burada digər ölkələrin siyasətini neytrallaşdıra bilər. Yenə də gec deyil. İraqda yeni qurulan hökumət türkmanların haqlarını növbəti dəfə tapdaladı və onlara kabinetdə yer vermədi. Halbuki İraq hakimiyyəti küdlərin üzərəələrində təzyiqlərini neytrallaşdırmaq üçün türkmanlara yer verib, onlara siyasi-iqtisadi dəstək verməklə xeyli güclənə bilərdi. Bütövlükdə itirən İraqdı və bu ölkənin parçalanması labüd ola bilər. Sadəcə Türkiyə faktoru bu ölkənin parçalanmasının qarşısını alır:

"Hazırda İraq türkmanları öz muxtariyyətlərini elan etmək istəyir. Türkiyənin dəstəyi olmasa, onlar muxtariyyət əldə edə bilməyəcək.

İraq türkmanlarının qəlbi Azərbaycanla döyünür. Onların bu çətin günlərində öz siyasi dəstəyimizi verməliyik. İraqda türkmanların güclənməsi gələcək perspektivdə Azərbaycanın da leyhinə ola bilər".
Azərbaycanda daha 70 nəfər koronavirusa yoluxdu - 30 nəfər sağaldıAzərbaycan Respublikasında 70 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 30 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumatda bildirilib.

Qeyd edilib ki, hazırkı dövrədək ölkəmizdə 2589 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1680 nəfər müalicə olunaraq sağalıb, 32 nəfər vəfat edib, 877 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 31 nəfərin vəziyyəti ağır, 42 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 197.545 test aparılıb.
DTX daha bir rayonda əməliyyat keçirdi? - VideoDövlət Təhlükəsizliyi Xidmətinin Sabirabad Rayon İcra Hakimiyyətində əməliyyat keçirməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

Bu barədə Axar.az-a açıqlamasında Sabirabad İH İnformasiya təminatı və təhlil sektorunun müdiri Aftandil Həsənov deyib. O bildirib ki, İcra Hakimiyyətinin hər hansı işçisi saxlanılmayıb.

Qeyd edək ki, mətbuatda Sabirabad rayon İcra Hakimiyyətində DTX-nin əməliyyat keçirməsi, əməliyyat zamanı başçının müavini Həsən Həsənovun və bir sıra şəxslərin saxlanılması barədə məlumat yayılmışdı.
Paşinyan babasının şəklini paylaşdı - Faşistlərə xidmət etdiyi üzə çıxdı + Video + FotolarErmənistanın Baş Naziri Nikol Paşinyanın babası, Böyük Vətən Müharibəsi iştirakçısı Nikol Paşinyanın faşistlərə xidmət etməsi ilə bağlı məlumatlar üzə çıxıb.

Modern.az Ermənistanın “iravunk.com” saytına istinadən bildirir ki, bu, hökumət başçısının sosial şəbəkə hesabında etdiyi paylaşımdan sonra bəlli olub. Belə ki, babasının fotosunu paylaşan N.Paşinyan bunları qeyd edib:

“Nikol Paşinyan, 1913-1943. 138-ci atıcı diviziyanın 554-cü atıcı alayında xidmət edib”.
Paşinyan babasının şəklini paylaşdı - Faşistlərə xidmət etdiyi üzə çıxdı + Video + Fotolar
Böyük Vətən müharibəsi zamanı həyatını itirən, itkin düşənlər haqda “obd-memorial.ru” saytında axtarış edən “iravunk.com” saytı aşağıdakı məlumatları əldə edib:

Doğum tarixi: 23.12.1913

Doğum yeri: Ermənistan SSR, Yenokavan

Taleyi: düşmənlə əməkdaşlıq edib, həlak olub

Vəfat tarixi: 29.09.1943

Baş Nazirin Nikol Paşinyan haqqında təqdim etdiyi məlumatlar və axtarış saytının məlumatları üst-üstə düşür. Saytda qeyd edilir ki, Nikolay Vartanoviç Paşinyan Ermənistan SSR-də, Yenokavan kəndində 1913-cü ildə anadan olub və 1943-cü ildə vəfat edib.

“Obd-memorial.ru”nun məlumatlarına əsasən məlumdur ki, o, nasist hakimiyyəti ilə əməkdaşlıq edib.

Sayt, həmçinin alman qeydiyyat sənədini dərc edib.

Həmçinin məlumatda qeyd olunur ki, o kənddə yeganə Nikol Paşinyandır.
Paşinyan babasının şəklini paylaşdı - Faşistlərə xidmət etdiyi üzə çıxdı + Video + Fotolar
Erməni zabitlərə Kəlbəcərdə yeni mənzillər paylandı – FOTOAzərbaycanın işğal olunmuş Dağlıq Qarabağ torplaqlarında düşmən tərəfindən süni məskunlaşdırma siyasəti davam etdirilir.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu dəfə Kəlbəcər rayonu ərazisində işğalçı ordunun zabitləri üçün inşa olunmuş binada xidməti mənzillər paylanılıb.

Mənzillər təmas xəttinin şimal istiqamətində yerlşən hərbi hissənin zabitlərinə verilib.
Deputata minnətdarlıq məktubuÇox hörmətli Sadiq müəllim, artıq 3 aydır ki, Milli Məclisdə bizi təmsil edirsiniz.

Sizin seçki kampaniyasından bu günə qədər keçdiyiniz fəaliyyət dövrünüzə nəzər saldıqda təqdirəlayiq işlərinizin şahidi oluruq.

Təbliğat-təşviqat kampaniyası çərçivəsində Siyəzən rayonuna ilk səfərinizdə məhz rayon ağsaqqalları ilə görüşüb onların xeyir-duasını almağınız sizin uzaqgörənliyinizdən, zəngin dünyagörüşünüzdən və el ağsaqqallarına olan hörmət və ehtiram hissinizdən irəli gəlirdi.

Qısa müddət ərzində kəndbəkənd gəzərək, rayon sakinləri ilə çox isti bir münasibət qurdunuz. Seçicilərinizlə səmimi ünsiyyətiniz, yüksək natiqlik istedanınız, bir müəllim olaraq auditoriyanı ələ almaq bacarığınız hamı tərəfindən yüksək qiymətləndirildi.

İnsanların problemləri ilə çox yaxından tanış olmağınız və həmin problemlərin həlli istiqamətində gördüyünüz işlər sizin vətəndaşlara olan diqqət və qayğınızdan irəli gəlir.

Siz vətəndaşlarla görüşünüzdə onlara vəd verərkən çox gözəl bir nüansa toxunaraq qeyd edirdiniz ki, sizin vədiniz təmsil etdiyiniz hakim -Yeni Azərbaycan Partiyasının gördüyü işlərdir. YAP-ın sədri, möhtərəm Prezident İlham Əliyev və partiyanın sədr müavini, birinci vitse-prezident Mehriban xanım Əliyeva əhalinin sosial rifahı naminə çox ciddi addımlar atır, ölkədə yenidənquruculuq işləri sürətlə həyata keçirilir.

Sizin namizədliyinizin irəli sürülməsi məni həddən-ziyada çox məmnun etdi. Mənimlə yanaşı vətəndaşların əksəriyyəti seçki günü hava şəraitinin əlverişsiz olmasına baxmayaraq böyük bir həvəslə səsverməyə qatılaraq məntəqələrə axın edib sizə səs verdilər.

Yerli əhalinin problemlərinin həllinə dair verdiyiniz vədləri mərhələlərlə yerinə yetirirsiniz. Artıq əhali öz seçimlərində doğru bir qərar verdiklərinə əmindirlər. Siyəzən sakinlərinin mütləq əksəriyyəti sizi sevir və dəstəkləyir.

YAP sizin namizədliyinizi irəli sürməklə nə qədər doğru bir seçim etdiyini bir daha isbat etdi.

Siz də bu etimadı layiqincə doğruldursunuz. Siz həm də YAP-ı təmsil edirsiniz. Sizin bu dürüstlüyünüz , səmimiyyətiniz, insanların çətin günlərində onlara arxa-dayaq olmağınız və vədlərinizə sadiqliyiniz həm insanı keyfiyyətinizdən, həm də doğma partiyamız olan YAP-a sədaqətinizdən irəli gəlir.

Sizə həm öz adımdan, həm də Siyəzən sakinləri adından dərin minnətdarlığımı bildirir və gələcək fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörməylə,
Rəşad Rəhmanov
YAP Siyəzən Rayon təşkilatının sədr müavini