Hər il yüzlərlə insana həyat bəxş edən həkimin mükafatı - "Qızıl Çinar" - VİDEO 2007-cu ildən etibarən hər il ümummilli lider Heydər Əliyevin doğum günü ərəfəsində Heydər Əliyev Fondunun təşəbbüsü və dünya şöhrətli ürək-damar cərrahı, Milli Məclisin üzvü Rəşad Mahmudovun rəhbərliyi bolgələrdə humanitar aksiya - açıq ürək əməliyyatlatları keçirilib. Hər il onlarla xəstəyə ikinci həyat bəxş edən R.Mahmudovun xidmətləri yüksək dəyərləndirilib.

Belə ki, Heydər Əliyev Fondunun 2009-cu ildə təsis etdiyi "Qızıl Çinar" beynəlxalq mükafata ilk altı tanınmış layiq görülüb ki, onlardan biri də dünya şöhrətli ürək-damar cərrahı, Milli Məclisin üzvü Rəşad Mahmudovdur. Mükafat yüzlərlə insana ikinci həyat bəxş edən həkim R.Mahmudova xalqımızın ümummili lideri Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü və H.Əliyev Fondunun fəaliyyətə başlamasının 5 illiyi münasibətilə 2009-cu il mayın 10-da keçirilən tədbirdə fondun prezidenti Mehriban Əliyeva tərəfindən təqdim olunub.:

Millət vəkili Rəşad Mahmudov öz feysbuk səhifəsində 11 il əvvəl bu gün bir çıxışı paylaşaraq öz hisslərini belə ifadə edib:

"2009-cu il 11 il əvvəl bu gün…Saatlar eyni, dəqiqələr fərqli!..

Bu kadrları seyr etdikcə fərq etdim ki, hiss və həyəcanım dəyişməmiş bu gün də... Nitqimin ilk anlarında səsimdə duyulan titrəklik sonadək dizlərimdə duyuldu. Niyə?

İlk dəfə idi ki, Mehriban xanımla görüşürdüm…ilk dəfə idi ki, Prezidentimə səslənirdim… Ulu öndərin adını daşıyan fondun ilk mükafatına layiq görüldüyüm anları yaşayırdım ilk dəfə!.. Və mən səhiyyəçilər adından ilk dəfə idi ki, çıxış edirdim…O anları unutmaq olarmı? Səsim də, dizim də, ruhum da titrəyirdi o anlarda…

…Bir gün əvvəl Qazaxda humanitar aksiya çərçivəsində uşaqlar üzərində əməliyyatlar apararkən zəng gəldi. “Bakıya gəl!” dedilər. Səbəbini bilmirdim... amma bu gün… Bu gün bilirəm və anlayıram bu məsuliyyəti!..
Və əslində, bu gün bütün səhiyyə işçiləri anlayır bu məsuliyyəti:

VƏTƏNƏ NAMUSLA XİDMƏT!
SƏNƏTƏ VƏ MİLLƏTƏ LƏYAQƏT!
XALQIN, VƏTƏNDAŞIMIZIN SAĞLAMLIĞI KEŞİYİNDƏ DURMAQ!
GÖRDÜYÜMÜZ İŞƏ İNANMAQ VƏ İNANDIRMAQ!
ULU ÖNDƏRİMİZİN AZƏRBAYCANÇILIQ MİRASINA SƏDAQƏT!..
Və…
Unudulmaz “QIZIL ÇİNAR”lara layiq olmaq əzmimizi və əməyimizi ortaya qoymaq, müstəqil və əbədi AZƏRBAYCAN sevgisiylə çalışmaq!!!".
Ayrı-ayrı strukturlarda siqnallar daxil olmaqdadır - Siyavuş NovruzovBaş prokuror Kamran Əliyev təyin olunanda cənab Prezident onunla videoformatda görüş keçirtdi. Görüş zamanı cənab Prezident bu məsələ ilə bağlı fikirlərini bildirib. Ayrı-ayrı strukturlarda siqnallar daxil olmaqdadır və bu addımlar artırılacaq. Təbii ki, biz bütün bunların şahidi oluruq. Cənab Prezident həmişə xəbərdarlıq edir ki, təyin olunan şəxslər vətəndaşlara xidmət etməli, xalq üçün problemlər yaratmamalı, onların çörəyinə bais olmamalı, verilən yardımı kəsməməli, ondan bəhrələnməməli, iş yerlərindən verilən kartları ciblərinə qoymamalıdır. Bunu edənlər həm işdən azad olunacaq, həm də cəzalandırılacaq. Biz bunların şahidiyik.

Avrasiya.net Modern.az-a istinadən xəbər verir ki, bu sözləri Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İcra Hakimiyyəti, eləcə də nazirliklərdəki əməliyyatları ilə bağlı şərhində deyib.

Siyavuş Novruzov həbs edilən sabiq icra başçılarının Yeni Azərbaycan Partiyasının üzvü olmalarına da münasibət bildirib:

“Həbs edilən sabiq icra başçılarının arasında Yeni Azərbaycan Partiyasının üzvü olanlar da var, olmayanlar da... Onlar YAP-çı kimi xəyanət etmir, tutduğu vəzifəyə xəyanət edir. Məsələn, icra başçısı müavinini vadar edir ki, get, məktəb direktorundan, təhsil və səhiyyə şöbəsindən pul yığ gətir. Hesab edirəm ki, bu cür hallar yolverilməzdir”.
Rusiyada koronavirusa yoluxanların sayı 200 mini keçdiRusiyada koronavirusa yoluxma hallarının sayı 200 mini keçib.

Avrasiya.net Lenta.ru-ya istinadla xəbər verir ki, bu barədə Moskvada yaradılan Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, ölkədə son gün ərzində koronavirus infeksiyasına 11012 yoluxma halı qeydə alınıb.

Ümumi məlumatlar nəzərə alınmaqla, koronavirus infeksiyasının yayılmasından sonra ölkədə aşkar edilən yoluxma hallarının sayı 209688-a çatıb.

Yalnız Moskvada 109 mindən çox infeksiyaya yoluxma qeydə alınıb.
Qaxda ağır qəza: 5 nəfər yaralandı - FotoQaxda güclü yağış yol qəzasına səbəb olub.

Avrasiya.net Report-a istinadla xəbər verir ki, hadisə axşam saatlarında Yevlax-Zaqatala- Gürcüstan sərhədi yolunun rayonun Cəlayir kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

"Mersedes" və VAZ markalı avtomobillərin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb. Yaralılar Qax Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

***

Qax rayonunda baş verən yol qəzasının təfərrüatları məlum olub.

Hadisə axşam saatlarında Yevlax-Zaqatala- Gürcüstan sərhədi yolunun, rayonun Cəlayir kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Balakən rayon sakini 1991-ci il təvəllüdlü Tural Məmməd oğlu Eminovun idarə etdiyi “Mercedes” markalı avtomobillə Zaqatala sakini 1987-ci il təvəllüdlü Nail Təmraz oğlu Dəmirovun sükanı arxasında olduğu “VAZ-21099” markalı avtomobil toqquşub.

Nəticədə “Mercedes”in sürücüsü və onun sərnişini, Balakən rayon sakini 1971-ci il təvəllüdlü İntizar Süleyman qızı Eminova, “VAZ-21099"un sürücüsü və sərnişinləri- Balakən rayon sakinləri, 1976-cı il təvəllüdlü Xuraman Qarakişiyeva və onun qızı 1997-ci il təvəllüdlü Raisa Zeynalova xəsarət alıblar. Yaralılar Qax rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.
"Azərbaycan Heydər Əliyevin müəyyən etdiyi inkişaf yolu ilə inamla addımlayır" Tarixdə o kəslərin izi qalır ki, onların şərəfli, mənalı və zəngin həyat yolunu dövlətin və xalqın tarixindən kənarda təsəvvür etmək mümkün deyil. Ümummilli lider Heydər Əliyev də Azərbaycan xalqının yetişdirdiyi nadir şəxsiyyətlərdən biri olaraq müasir tariximizin bütöv bir epoxasının müəllifidir.

Xalqımız müasir dövrdə tarixi dövlətçilik ənənələrini Heydər Əliyev epoxasında təkmilləşdirərək sistem halına salmış, millət kimi mövcudluğunu, dövlət qurmaq haqqını və özünü idarə etmək bacarığını yüksək səviyyədə nümayiş etdirmişdir. Ona görə də həyatının mənasını xalqa və dövlətə xidmətdə görən ulu öndər bu müqəddəs amal uğrunda ən çətin maneələrə, problemlərə mərdliklə sinə gərən millət fədaisi kimi daim böyük ehtiramla xatırlanır.

Anadan olmasının 97-ci ildönümündə xalqımız öz dahi oğlunun əziz xatirəsini qədirbilənliklə, minnətdarlıqla anır.
Azərbaycanın dərin iqtisadi və mənəvi böhran keçirdiyi 1969-cu ildə ölkəyə rəhbərliyə başlayan Heydər Əliyev işıqlı gələcəyə doğru aparan yolun əsasını qoydu. Təsadüfi deyil ki, 1969-1982-ci illərdə həyatın bütün sahələrində baş vermiş köklü dəyişikliklər miqyasına görə Azərbaycanın şanlı quruculuq və milli intibah salnaməsinin ən dolğun və şərəfli səhifələrini təşkil edir. Azərbaycanın bir dövlət olaraq müasir beynəlxalq münasibətlər sistemində layiqli yer tutmasına görə Heydər Əliyevə minnətdardır. Öz tarixi missiyası ilə ulu öndər müasir Azərbaycan dövlətini yaratdı, xalqımızı yenidən müstəqilliyini itirməkdən, əsarət altında yaşamaqdan xilas etdi.

Bu gün Azərbaycan Heydər Əliyevin müəyyən etdiyi inkişaf yolu ilə inamla addımlayır, öz tarixinin yeni şərəfli səhifələrini yazır. Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən 17 ildə qazanılan hər bir uğur göstərir ki, ulu öndərin ideyaları bu gün dövlətimizin yüksəlişinə, xalqımızın rifahına xidmət edir. Cənab İlham Əliyevin elmi əsaslarla yeritdiyi sosial-iqtisadi strategiya nəticəsində cəmiyyətin ümumi potensialının milli məqsədlər naminə səfərbər olunması inkişaf prosesində yüksək dinamizmi və məqsədyönlüyü təmin etmiş, hər bir mərhələ üçün qarşıda duran vəzifələrin həllinə real imkanlar açmışdır.

Dövlətimizin qazandığı möhtəşəm uğurlar həm də bizə Heydər Əliyev fenomeninin milli dövlətçilik qarşısındakı əvəzsiz xidmətlərini mahiyyəti üzrə dərk etmək imkanı yaradır. Ölkəmizin müstəqillik tarixində baş verən proseslərə nəzər saldıqda bir daha aydın olur ki, Azərbaycanın tərəqqisinin, qüdrətlənməsinin və dövlətçiliyimizin əbədiliyinin yolu məhz Heydər Əliyev siyasi kursunun davam etdirilməsindən, ulu öndərin ideyalarının gerçəkləşdirilməsindən keçir. Ulu öndər Heydər Əliyevin zəngin dövlətçilik irsinin öyrənilməsi, onun ölməz ideyalarının geniş təbliğ olunaraq praktik həyatda tətbiqi və gələcək nəsillərə çatdırılması müasir qloballaşma dövründə xüsusi aktuallıq kəsb edir.

Bu baxımdan Heydər Əliyev Fondu ulu öndərin ideyalarını, xeyirxah və müqəddəs əməllərini yaşatmaq üçün ictimai həyatın ən müxtəlif sahələrində fundamental, çoxşaxəli layihələr həyata keçirir, hər bir vətəndaşın istək və arzularının gerçəkləşməsinə, problemlərinin həllinə həm maddi, həm də mənəvi dəstək verir. Yarandığı gündən bu ali məqsədi qarşıya vəzifə kimi qoyan ulu öndərin mərhəmət, nəciblik və yüksək humanizmə əsaslanan saf ideallarının ictimai şüurda möhkəmlənməsinə çalışan Heydər Əliyev fondu fəaliyyətilə insanların ümid yerinə çevrilmişdir.

Respublikamızın Birinci vitse-prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu dövlətimizin inkişafına, dövlətçiliyimizin möhkəmləndirilməsinə, Azərbaycanın dünya birliyində layiqli yerini tutmasına doğru istiqamətlənmiş tədbirlərini inamla davam etdirir.

Mehdi Balabəyov
Şabran rayon İcra hakimiyyəti başçısının birinci müavini,
YAP Şabran rayon təşkilatının sədri
DSX Qazaxda "Biz birlikdə güclüyük!” devizi altında sərhəd kəndlərində yaşayan ailələrə sovqat paylayıbRespublika Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə koronavirus (COVID-19) pandemiyasının yayılması səbəbindən elan olunmuş xüsusi karantin rejimi dövründə genişmiqyaslı qabaqlayıcı tədbirlərin həyata keçirilməsi uğurla davam etdirilir. Xüsusən də aztəminatlı vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, onlara maddi və mənəvi dəstək göstərilməsi istiqamətində bütün imkanlardan istifadə olunur. Dövlət başçısının "Biz birlikdə güclüyük!” çağırışına əsasən Qazaxda həmin şüar altında başlanılan xeyriyyə kampaniyası da məhz bu məqsədi daşıyır. Qazax Rayon İcra Hakimiyyəti və "Qazax” Xeyriyyə İctimai Birliyinin üzvləri tərəfindən start verilən bu aksiyada əsas məqsəd ölkə rəhbərinin pandemiyanın əhaliyə mənfi təsirlərini azaltmaq məqsədilə həyata keçirdiyi tədbirlərə dəstək olmaqdır.

Dövlət başçısının "Biz birlikdə güclüyük!” çağırışına Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti növbəti dəfə qoşulub. Sosial aksiya çərçivəsində Qazaxın sərhəd kəndləri olan Fərəhli, Quşçu Ayrım və Məzəm kəndlərində yaşayan ailələrə un və ərzaq məhsullarından ibarət sovqatla dəstək olub.

Mediaxeberleri.Az xəbər verir ki, Qazax Rayon İcra Hakimiyyətinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları "Gənc Könüllülər”in iştirakı ilə Fərəhli kəndində yaşayan 141 ailəyə un, Quşçu Ayrım kəndində 149, Məzəm kəndində yaşayan 38 ailəyə isə gündəlik tələbatları üçün lazım olan müxtəlif ərzaq məhsullarından ibarət sovqat paylayıb.

Dövlətin dəstəyini hər an hiss edən sakinlər karantin rejimi müddətində onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər. Koronavirus infeksiyasının bütün dünyada tüğyan etdiyi bu çətin günlərdə onlara verilən sosial dəstəyə görə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi
general-polkovnik Elçin Quliyevə, Qazax Rayon İcra Hakimiyyətinə təşəkkürlərini çatdırıblar. Qeyd ediblər ki, bu gün biz bir daha əmin olduq ki, həm sərhədlərimiz əmin əllərdədir, həm də sərhədçilərimiz belə çətin gündə bizə dəstək olur. Bu, dövlətin və ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin biz sakinlərə olan diqqət və qayğısının daha bir bariz nümunəsidir.
“Azərbaycan hələ uzun illər Heydər Əliyev yolu ilə tərəqqiyə doğru gedəcək” – Aqil MəmmədovBu gün xalqımızın böyük oğlu, Ulu öndəri, müstəqil dövlətçiliyimizin və ən yeni tariximizin banisi Heydər Əliyevin anadan olmasının 97 ili tamam olur.

Xalqımız dahi lider, fenomen şəxsiyyət, uzaqgörən dövlət xadimi və böyük azərbaycanlı Heydər Əliyevin əziz xairəsini bu gündə dərin ehtiramla yad edir,hörmət və ehtiramını bildirir. Bu gün onun şah əsəri olan, güclü iqtisadi sütünlara malik Azərbaycan Ulu Öndərin siyasi varisi möhtərəm cənab prezident İlham Əliyev tərəfindən dahada inkişaf etdirilərək dünyada öz layiqli yerini tutmuşdur.

Artıq Azərbaycan Cənubi Qafqaz region ilə, MDB məkanı və Avropa ilə deyil dünya ölkələri ilə müqayisə edilir. Bütün dünyanı bürümüş koronovirus pandemiyasına qarşı dünyada mübarizə aparılsada virusun geniş şəkildə yayılmasının və insan tələfatının azalmasının qarşısını almaq mümkün olmamışdır. Lakin ölkəmizdə cənab İlham Əliyevin düşünülmüş və vaxtında atdığı ciddi və təxirəsalınmaz addımlar nəticəsində bu gün ölkəmizdəki vəziyyət qənaətbəxşdir.

Əhalinin sosial rifahının yüksəldilməsi, pandemiyanın mənfi təsirlərindən əhalinin əziyyət çəkməməsi üçün ölkə rəhbərinin imzaladığı sərəncamlar, verdiyi tapşırıqlar əhali arasında böyük rəğbət və sevinclə qarşılanmışdır. Haqqı ödənilən 50 min ictimai iş yerinin 90 minə çatdırılması, 600 min insana iki ay müddətində 190 manatın verilməsi və digər sosial paketlər bir daha deməyə əsas verir ki, Azərbaycan güclü dövlətdir, Azərbaycanın güclü lideri var, Azərbaycan hələ uzun illər boyunca Heydər Əliyev yolu ilə inkişafa tərəqqiyə doğru gedəcəkdir.

Bu mənada nə qədər Azərbaycan var Heydər Əliyev bizim aramızda əbədiyaşar qalacaqdır.

Milli Məclisin deputatı Aqil Məmmədov
İranda 320 nəfər həbs edildiİranda sosial mediada koronavirusun yayılması ilə bağlı yalan ifadələr işlətdiyi iddia edilən 320 nəfər həbs edilib.

Avrasiya.net Publika.az-a istinadla xəbər verir ki, bu barədə İran Polis Xidməti komandiri, general Hüseyn Eşteri bildirib.

Çindən dünyaya yayılan COVID-19 İranda ilk dəfə 19 fevralda Qum şəhərində qeydə alınmışdı.

Bu ölkədə koronavirusdan indiyədək 6 min 589 nəfər ölüb, 106 min 220 nəfər isə virusa yoluxub.
İran ABŞ-la danışıqlara hazırdır - Əli Rabiiİran hakimiyyəti ABŞ-la ilkin şərt olmadan məhbusların mübadiləsiylə bağlı danışıqlara hazırdır.

Avrasiya.net xəbər verir ki, bunu İran hökumətinin rəsmi nümayəndəsi Əli Rabii deyib.

“Biz bəyan etmişik ki, ilkin şərt olmadan bütün məhbusların mübadiləsi ilə bağlı ABŞ-la danışıqlara hazırıq. Hələlik amerikalılar buna cavab verməyib”, – deyə o bildirib.
“İranda bu sudan istifadə edəcək şəxslər bizim soydaşlarımızdır” - Deputat“Bu necə gizli sazişdir ki, dövlət informasiya agentlikləri bu barədə informasiya yayıb, jurnalistlərin iştirakı ilə Milli Məclisdə sazişin geniş müzakirəsi aparılıb. Din pərdəsi altında səfərbər edilmiş, İran mollalarının əlini öpən radikallarla da Milli Şurada mən əməkdaşlıq etmirəm”.

Avrasiya.net xəbər verir ki, bu fikirləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev 2016-cı ildə İranla “Xudafərin” və “Qız Qalası” su qovşaqlarının və su elektrik stansiyalarının tikintisinə dair imzalanmış müqavilənin Milli Məclisdə təsdiqlənməsinə dair Milli Şuranın bu istiqamətdə geniş kampaniya başladılması məsələsinə münasibət bildirərkən deyib. Deputatın sözlərinə görə, mətbuata ilk belə bir informasiya ötürüldü ki, İran Araz çayı üzərindən işğal olunmuş ərazilərə 4 körpü salıb:

“Sonradan informasiya yayıldı ki, bu körpülər Azərbaycan hökuməti ilə imzalanmış saziş əsasında salınıb. Bu həm də o ərəfəyə təsadüf etdi ki, İran yük avtomobillərinin Xankəndinə yanacaq daşımasına dair video kadrlaryayımlanmışdı. Cəmiyyət haqlı olaraq buna ciddi etiraz etdi. Amma sonradan aydın oldu ki, söhbət 2016-cı ildə imzalanmış sazişdən gedir və orada İran tərəfindən işğal olunmuş ərazilərə körpü salınmasından yox, Araz çayı üzərində su qovşaqlarının və elektrik stansiyalarının tikintisindən gedir. Həmin sazişin milli və dövlət maraqlarına cavab verməməsi, gizli imzalanması və ratifikasiya olunması barədə deyilənlər isə sadəcə cəfəngiyyatdır. Bu necə gizli sazişdir ki, dövlət informasiya agentlikləri bu barədə informasiya yayıb, jurnalistlərin iştirakı ilə Milli Məclisdə sazişin geniş müzakirəsi aparılıb. Sadəcə həmin ərəfədə Sazişin pislənməsinə dair tapşırıq almadıqları üçün susmuşdular. İndi isə fit çalınıb və hücum əmri verilib. Ən azından mənim Sazişlə bağlı çıxışım mətbuatda dərc olunub. Necə olur ki, özgə vaxtlarda ağzımdan çıxan hər söz geniş təftiş olunduğu halda Sazişin müzakirəsi zamanı İranın Azərbaycana yönələn dost olmayan siyasətini kəskin tənqid etdiyim həmin çıxış onların diqqətindən qaçıb?!”

Qüdrət Həsənquliyev Zahid Oruc, Fazil Mustafa və digər deputat həmkarlarının bu barədə danışdığını da vurğulayıb:

“Onlar da İranın Azərbaycana yönəlik siyasətini pisləyib, amma sazişin milli maraqlara cavab verdiyini söyləyiblər. Əli Kərimli utanmadan deyir ki, parlamentdə müxalifət olmadığı üçün ictimaiyyət bundan xəbər tutmayıb. Əli Kərimli Qənimət Zahidi İrana, ardınca Rusiyaya xüsusi missiya ilə göndərəndə mən İranın Ermənistanla qardaşlaşma siyasətini kəskin tənqid edirdim. Mənim İranla bağlı verdiyim açıqlamaları və Əli Kərimlinin İranla bağlı açıqlamalarını (əgər tapsanız) müqayisə edin, hər şey aydın olacaq. Din pərdəsi altında səfərbər edilmiş, İran mollalarının əlini öpən radikallarla da Milli Şurada mən əməkdaşlıq etmirəm. Saziş milli və dövlət maraqlarına cavab verdiyi üçün ona səs vermişəm. Bu gün onu tənqid edənlər də bunun belə olduğunu bilir. Yoxsa o zaman bu fürsəti əldən verməzdilər. Əli Kərimli, Cəmil Həsənli, onlara “ləbbeyk” deyənlər anlamalıdırlar ki, siyasət mümkün olanı gercəkləşdirmək bacarığıdır. Biz “arxalı köpək olan” 3 milyonluq Ermənistanın əlində əsir-yesir olmuşuq. Torpaqlarımızı 30 ildir işğaldan azad edə bilmirik. Sabah 80 milyonluq İran bizim icazəmiz olmadan tikintini davam etdirsəydi nə edəcəkdik? Kimə şikayət edib ondan kömək istəyəcəkdik? Qarabağla əlaqədar tualet kağızı qədər dəyəri olmayan 4 qətnamə qəbul etmiş BMT-dən? Bundan başqa əgər özümüz həmin ərazidə sudan istifadə edə bilmiriksə qonşunun (həm də bizlərdən birinin) həmin suya ciddi ehtiyacı olduğu halda necə deyə bilərik ki, sən də istifadə etmə. Budurmu beynəlxalq münasibətlərdə konstruktiv davranış? İkincisi, İranda bu sudan istifadə edəcək şəxslər bizim soydaşlarımızdır. Əgər onlar orda su çatışmamazlığından əziyyət çəkirsə, bu bizi də narahat etməlidir. Əgər su qovşağına texniki xidmət üçün çəkilmiş, yaxud çəkiləcək körpüdən İran işğalçı rejimə yük daşıyacaqsa bu, sazişin pozulması olacaq və o halda Azərbaycan İrana öz etirazını bildirməlidir".