Koronavirus xəstələrini sağaldan həkim öldürüldü - SUİ-QƏSDABŞ-ın Pensilvaniya ştatında koronavirusla əlaqəli “çox vacib bir ixtiranın astanasında” olduğu iddia edilən Bing Liunun öldürülməsi ciddi rezonans doğurub.

Pittsburq Tibb Universitetinin tədqiqatçısı olan 37 yaşlı Bing Liu şənbə günü “Rose Township”dəki evində ölü vəziyyətdə tapılıb.

Polis rəsmiləri Liunun başından və boyundan vurulduğunu açıqlayıb.

Liunun cəsədi tapıldıqdan bir saat sonra evdən təxminən bir kilometr aralıda dayanan bir nəqliyyat vasitəsinin içərisində də ikinci bir cəsəd tapılıb. Bu cəsəd öldürürlən tədqiqatçının qatili 46 yaşlı Hao Gu adlı şəxsə məxsus olub.

Belə ki, cinayətkarın qətli törətdikdən sonra intihar etdiyi bildirilib.

ABŞ polis rəsmiləri belə açıqlama verib ki, cinayətkarla ölən şəxs arasında ədavət olub, qətl də bu üzdən baş verib. Lakin sosial mediada qətlin qəsdən təşkil olunduğu və tədqiqatçıya sui-qəsd edildiyi iddia olunur.

Həmkarları Liunun Covid-19 araşdırmalarında əhəmiyyətli tapıntılara çatacağını söylədikdən sonra isə qətlin planlaşdırılmış olması ilə bağlı iddialar daha da çoxalıb. / Modern.az
DTX-nin saxladığı idarə rəisi sərbəst buraxıldıDünən Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat zamanı saxlanılan vəzifəli şəxslərdən biri sərbəst buraxılıb.

Avrasiya.net BakuPost-a istinadən xəbər verir ki, Bakı şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Cəlil Məlikov ilkin dindirmədən sonra dünən axşam evə yola salınlb.

Qeyd edək ki, Mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramov, nazirliyin tabeliyində olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sabiq rəisi Zakir Sultanov bu gün Səbail Rayon Məhkəmənin qərarı ilə həbs olunublar.
Azərbaycanda komendant saatı tətbiq edilə bilər - RƏSMİBu gün koronavirusa yoluxanların böyük əksəriyyəti Bakının Nəsimi rayonunun payına düşür.

Bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində çıxışı zamanı deyib.

O bildirib ki, ikinci yerdə Bakının Yasamal rayonu gəlir. Ramin Bayramlı insanları ictimai yerlərdə məsuliyyətli olmağa, qruyucu vasitələrdən istifadə etməyə çağırıb. O qeyd edib ki, bayram günləri və həftə sonları koronovirusla bağlı Azərbaycnada Türkiyə təcrübəsindən istifadə edilə, məhdudiyyətlərin tətbiqi üçün Operativ Qərargaha müraciət edilə bilər. "Bu təbii ki, vətəndaşların məsuliyyətindən asılı olacaq" / Baku.ws
64 yaşlı kişi Kür çayında batdıFövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə, Kür çayının Neftçala rayonu, Qaravəlli kəndi ərazisindən keçən hissəsində 1956-cı il təvəllüdlü Ağayev Böyükağa Mirzəağa oğlunun batması barədə məlumat daxil olub.

Avrasiya.net FHN-ə istinadən xəbər verir ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.
Sabiq nazir müavini və Xidmət rəisi həbs edildi - YENİLƏNİBSəbail Rayon Məhkəməsində Mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramov və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sabiq rəisi Zakir Sultanovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

Avrasiya.net xəbər verir ki, hakim Şahin Abdullayevin sədrlik etdiyi iclasda qərar elan edilib.

Qərara əsasən, hər iki şəxs barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları mayın 8-də Mədəniyyət Nazirliyində əməliyyat keçirib və əməliyyat zamanı hər iki şəxs saxlanılıb.

Mayın 9-da Prezident İlham Əliyev Rafiq Abbasov və Zakir Sultanovun vəzifələrindən azad edilməsi barədə sərəncamlar imzalayıb.
Azərbaycanda virusa yoluxmanın artma SƏBƏBLƏRİAzərbaycanda indiyədək koronavirus infeksiyasından sağalanların sayı açıqlanıb.

Avrasiya.net xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Hazırkı dövrədək ölkəmizdə 2 422 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1 620 nəfər müalicə olunaraq sağalıb, 31 nəfər vəfat edib, 771 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 29 nəfərin vəziyyəti ağır, 41 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində çıxışı zamanı yoluxmaların artmasının səbəbindən də danışıb:

“Yoluxma saylarının artmasını təbii qəbul edirik. Biz sərt karantin rejimindən çıxışda bunu gözləyirdik.

Təəsüflər olsun ki, biz ictimai nəqliyyatda, iş yerlərində, bankların qarşısında və s yerlərdə insanların sosial məsafəni gözləmədiyini və tibbi maska taxmadığını görürük. Bu da yoluxmaların artmasına gətirib çıxarır”.
Azərbaycanda koronavirusa yoluxma pik həddə çatdı - 143 yeni yoluxma - 3 nəfər öldüAzərbaycan Respublikasında 143 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmış, 44 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1942, 1944 və 1956-cı il təvəllüdlü 3 nəfər vəfat edib. Hazırkı dövrədək ölkəmizdə 2422 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1620 nəfər müalicə olunaraq sağalıb, 31 nəfər vəfat etmiş, 771 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 29 nəfərin vəziyyəti ağır, 41 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 188.950 test aparılıb.
Özümü dərk etdiyim zamandan Heydər Əliyev şəxsiyyəti ilə fəxr etmişəm - Sadiq Qurbanov yazırMay ayının 10-da ümummilli liderimiz Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 97-ci il dönümüdür.

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov yazır ki, xalqları dünyada məhşurlaşdıran təkcə onların zəngin sərvətləri və maddi mədəniyyət inciləri deyil, həm də dünya siyasətində mühüm rol oynayan fenomen şəxsiyyətlərdir. Məhz belə fenomen şəxsiyyətlərin müəyyənləşdirdiyi yol hər bir millətin strateji inkişaf konsepsiyasına çevrilməklə onun dünya arenasında özünə layiqli yer tutmasını təmin edir. Belə nadir şəxsiyyətlərdən biri, müasir müstəqil Azərbaycan dövlətinin banisi ulu öndər Heydər Əliyevdir:

"Mən özümü dərk etdiyim zamandan Heydər Əliyev şəxsiyyəti ilə fəxr etmişəm. Bu gün də millətini, xalqını sevən, onun inkişafı üçün yorulmadan mübarizə aparan, bütün dünyanın hörmətini qazanan, ”Mən fəxr edirəm ki,azərbaycanlıyam” deyən dahi bir şəxsiyyətlə eyni dövrdə yaşamağın qürurunu yaşayıram. Onun keçdiyi böyük, mənalı və şərəfli həyat yolu zaman və məkan anlayışına sığmır. Rəhbər fəaliyyətinin bütün illərində Azərbaycanın məsuliyyətini öz çiyinlərində daşımış, dövlət və xalqımızı bir millət kimi tarixin ağır və sərt sınaqlarından çıxarmış, müasir Azərbaycanın işıqlı sabahının etibarlı bünövrəsini yaratmışdır. Məhz Heydər Əliyev şəxsiyyətinin çoxillik idarəçilik səriştəsi, siyasi bacarığı, xalqımızı müstəqillik arzularına qovuşdurdu".

Komitə sədrinin fikrincə, Müasir Azərbaycanımız dünya ölkələri arasında layiq olduğu yüksək mərtəbəyə, ümummilli liderimizin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilmişdir. Çünki, Ulu Öndərimizin bizə ərməğan etdiyi, yaratdığı bir milli sərvət - Heydər Əliyev dövlətçilik məktəbi bu gündə fəaliyyət göstərir və bu məktəbin layiqli davamçıları var. Ən çox inandığı davamçısını isə 2003-cü ildə xalqa belə təqdim etdi: "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Gənc liderimiz öz növbəsində dahi rəhbərin bütün ümidlərini layiqincə doğrultmağı bacardı. İlham Əliyevin dövlət idarə etmə qabiliyyəti xalqımızın xoş rifahı, ümidli gələcəyi, ölkəmizin dinamik inkişafı, sürətli moderinləşməsi, dünyada nüfuz və söz sahibi olması ilə səciyyələnir. Heydər Əliyev ideyalarını ardıcıl olaraq uğurla həyata keçirməklə, cənab İlham Əliyev bir çox siyasi keyfiyyətləri – yüksək idarəetmə qabiliyyəti, dövrün çağırışlarına çevik reaksiya verməsi, xalqına, millətinə, dövlətinə, ən əsası keçmişinə, milli mənəvi dəyərlərə bağlı olması ilə dünyanın siyasi sistemində özünəməxsus yer qazanmışdır. Pandemiya (covid-19) ilə mübarizədə onun sadaladığımız kefiyyətləri daha qabarıq üzə çıxdı. Həm türk dünyası, həm 140 ölkənin təmsil olunduğu qoşulmama Hərakatının 40 üzvünü bu mübarizə çərçivəsində bir araya yığmaq, virusa qarşı birgə mübarizədə həmrəy olmasını təşkil etmək, dediklərimizə əyani misaldır:

"Hər kəs dərk etməlidir ki, Azərbaycanın nicatına aparan yol Heydər Əliyev siyasi kursuna—vətəninə, xalqına böyük məhəbbətdən, qanunların aliliyinə sədaqətdən, azərbaycanlı olmağın sonsuz qürurunu duymaqdan keçir" .
Deputat "Könüllü mükafatı"nın təsis olunması təklifini veribBu gün, Azərbaycan Respublikası Milli Məclisinin Gənclər və İdman Komitəsinin təşəbbüsü ilə "Könüllülər ili" ilə əlaqədar millət vəkilləri, Azərbaycan Respublikası Gənclər Fondu və gənclər təşkilatları nümayəndələrinin iştirakı ilə gənclər təşkilatlarının fəaliyyəti haqqında onlayn konfrans keçirilib.

Millət vəkilli Şahin Seyidzadə bir sıra təkliflərlə çıxış edib.

Onun çıxışından olan əsas tezislər təqdim edirik:

I. Azərbaycanda könüllülüyün inkişaf mərhələləri
(1) könüllü fəliyyətinin formalaşması;
(2) könüllü hərəkatının formalaşması və kütləvi hal alınması;
(3) könüllülüyün təşkilatlanması və institutlaşdırılması.

II. Könüllü mükafatının təsis edilməsi.
2020-ci il cənab Prezident imzaladığı Sərəncama əsasən "Könüllülər ili" elan edilmişdir. Bunu və xüsusi olaraq pandemiya dövründə könüllələrin fəallığını nəzərə alaraq, ilin yekununda "Könüllü mükafatı"ının təsis edilməsini təklif edirəm. Hətta bizim bunu daha sonra ənənəvi olaraq hər il gerçəkləşdirməyimiz mümkündür.

III. Könüllü fəaliyyəti bir növ ictimai inkubatordur.
Gənclərimiz, nəinki gənclər, hətta digər yaş qruplarından olan şəxslərin könüllü olaraq göstərdiyi fəaliyyətlər ictimai inkubasiya prosesinin bir hissəsidir. Əlbəttə ki, bundan daha çox töhfə alan bizim gənclərimizdir. Onlar könüllülük fəaliyyətinə başlayaraq ictimai proseslərə qoşulurlar. Artıq onlar bir inkubasiya prosesinə daxil olur və nəticədə təcrübə, bilik, vərdişlər və əlaqələr əldə edir. Bu qazanılanlar isə onların uğurlu və peşəkar gələcəyini qurması üçün zəmin yaradır.

Adil Aliyev Ismayilov Shahin Kamal Jafarov - Kamal Cəfərov Konul Nurullayeva Elnur Allahverdiyev Ramin Mammadov Seymur Orucov Farid Jafarov

#evdəqal #könüllü #MilliMəclis #GənclərvəİdmanKomitəsi #seyidzade50