Putin Azərbaycan xalqını təbrik etdiRusiya Prezidenti Vladimir Putin Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi münasibətilə Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğız Respublikası, Moldova, Özbəkistan, Tacikistan, Türkmənistan və Ukrayna vətəndaşlarını təbrik edib.

Avrasiya.net xəbər verir ki, bu barədə Kremlin Mətbuat Xidməti məlumat yayıb.

Təbrikdə faşizm üzərində qələbə qazanmaq üçün ön cəbhədə rəşadət, arxa cəbhədə fədakarlıq göstərənlərin bütün sadalanan ölkələrdə əziz xatirələrinin hörmət və ehtiramla yad edildiyi bildirilir.

Həmçinin Böyük Vətən Müharibəsinin tarixini təhrif etməyə, nasistlərin və onların dəstəkçilərinin törətdiyi bəşəriyyətə qarşı cinayətlərə bəraət qazandırmağa yönələn bütün cəhdlərin qarşısını almağın vacibliyi də qeyd edilir.

Qəhrəmanların xatirəsi sayəsində sadalanan ölkələr arasında konstruktiv əməkdaşlığın, həmçinin koronavirus pandemiyası və başqa təhlükələri dəf etmək üçün birgə səylərin daha da səmərəli olacağı diqqətə çatdırılır.
Bir neçə icra başçısı qorxudan xəstəxanaya YERLƏŞDİRİLDİBir neçə icra başçısı qorxudan xəstəxanaya YERLƏŞDİRİLDİ
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rüşvət və korrupsiyaya bulaşan icra başçılarını bir-birinin ardınca həbs etməsi yerli İcra hakimiyyətlərinin rəhbərlərini təşvişə salıb.

Avrasiya.net modern.az-a istinadla xəbər verir ki, məlumatda bildirilib ki, DTX-nın icra başçılarına yönəlik əməliyyatları davam edəcək və yaxın vaxtlarda daha bir neçə qalmqallı həbsin şahidi olacağıq.

Bu aralar bəzi icra başçıları DTX əməkdaşlarının hər an qapıda görünə biləcəyi qorxusundan başını itirib. Hətta özünəməxsus çıxış yolu fikirləşənlər də var.

Məsələn, 90-cı illərin sonlarından indiyə kimi icra başçısı işləyən məmurlardan biri özünü xəstəliyə vurub. Tabeliyindəki işçilərə özünü yaxşı hiss etmədiyini söyləyən həmin məmurun hətta xəstəxanaya yerləşdiyi də bildirilir. Onun bu yolla ara sakitləşənə kimi özünü sığortalamaq istədiyi söylənilir.

Xatırladaq ki, bu ilin əvvəlindən bəri 5 icra başçısı həbs olunub: Ağstafanın icra başçısı Nizaməddin Quliyev, Yevlaxın icra başçısı Qoca Səmədov, Neftçalanın icra başçı İsmayıl Vəliyev, Biləsuvarın icra başçısı Mahir Quliyev və İmişlinin icra başçısı Vilyam Hacıyev...

Siyahının genişlənəcəyi istisna olunmur...
Şamaxıda içərisində 11-ci sinif şagirdləri olan “Niva” aşıb, ölən və xəsarət alanlar varŞamaxı rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın xəbərinə görə, hadisə bu gün saat 18:00 radələrində Şamaxı-Pirqulu yolunun Əngəxaran kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Şamaxı sakini, 2003-cü il təvəllüdlü Zeynalov Fəqan Anar oğlu babası Mürvət Zeynalova məxsus “Niva” markalı minik avtomobili ilə hərəkətdə olarkən döngədə idarəetməni itirib və maşın yoldan çıxaraq aşıb.

Hadisə zamanı sərnişin, 2003-cü il təvəllüdlü Muxtarov Bəxtiyar Azər oğlu aldığı ağır xəsarətlər səbəbindən vəfat edib. Avtomobili idarə edən Fəqan Zeynalov və digər sərnişin, Bakı sakini, 2004-cü il təvəllüdlü Salahov Cəmil Azər oğlu xəsarət alıb. Yaralılar Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı Şamaxı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Nisanov Bakıya 10 təcili yardım maşını göndərdi - FotoAzərbaycanda koronavirus (COVİD-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində dövlətlə yanaşı, ictimaiyyətin ayrı-ayrı nümayəndələri tərəfindən göstərilən həmrəylik diqqət çəkir.

Dövlət tərəfindən görülən işlərə vətəndaşların növbəti dəstəyi isə Rusiyada yaşayan həmyerlimizdən gəlib. Rusiyada fəaliyyət göstərən iş adamı Qod Nisanovun təşəbbüsü ilə ölkəmizə 10 təcili tibbi yardım maşını göndərilib.

Xüsusi təyyarə ilə Bakıya çatdırılan maşınlar Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi – TƏBİB-in maddi-texniki bazasının gücləndirilməsi məqsədilə birliyin istifadəsinə verilib.

Hazırda qlobal səviyyədə COVİD-19 pandemiyası ilə mübarizə aparıldığı bir dövrdə dövlətlərin və insanların həmrəylik nümayiş etdirməsi yüksək qiymətləndirilir. Çünki bütün zamanlarda hər bir çətinlik və təhlükə birgə səylər nəticəsində dəf olunub. Dünyada yeni növ koronavirus infeksiyasının yayıldığı bir dövrdə də COVİD-19 xəstəliyi ilə mübarizə qarşılıqlı dəstək olduqda daha səmərəlidir.
Nisanov Bakıya 10 təcili yardım maşını göndərdi - Foto
“Atabank”la “Amrahbank”da əmanəti qalanlara ŞAD XƏBƏR - Pulların qaytarılma YERİ və VAXTI bilindiMərkəzi Bankın İdarə Heyətinin 28 aprel 2020-ci il tarixli qərarı ilə “Atabank” ASC və “Amrahbank” ASC-nin bank fəaliyyətinin aparılması üçün verilmiş lisenziyaları ləğv edilib.

“Əmanətlərin sığortalanması haqqında” Qanuna uyğun olaraq “Atabank” ASC və “Amrahbank” ASC-də sığorta hadisəsi günü 28 aprel 2020-ci il müəyyən edilib.

Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının qərarına əsasən, “Atabank” ASC və “Amrahbank” ASC-də qorunan əmanətlərin kompensasiyaların verilməsi üçün agent bank qismində “Kapitalbank” ASC seçilib.

Bu barədə Avrasiya.net-ə Əmanətlərin Sığortalanması Fondundan məlumat verilib.

“Atabank” ASC və “Amrahbank” ASC-də qorunan əmanətlər üzrə kompensasiyalar nağdsız qaydada “Kapital Bank” ASC-nin adlı debet kartları və “Xəzri” sürətli pul köçürmə sistemi vasitəsilə ödəniləcək.

Əmanətlər “Əmanətlərin tam sığortalanması haqqında” Qanuna uyğun olaraq kompensasiya olunacaq.

“Kapitalbank” ASC-nin filial şəbəkəsində əmanətçilərin sıxlığının yaranmaması, kompensasiyaların sistemli şəkildə ödənilməsi və vətəndaş məmnunluğunun təmin edilməsi üçün qorunan əmanətlər üzrə kompensasiyalar iki mərhələdə qaytarılacaq:

1 iyun 2020-ci il tarixindən başlayaraq “Atabank” ASC və “Amrahbank” ASC-də 30 min manat ekvivaləntinədək (30 min manat daxil olmaqla) olan əmanətlər üzrə kompensasiyaların verilməsi;

1 iyul 2020-ci il tarixindən başlayaraq 30 min manat ekvivalentindən yuxarı olan əmanətlər üzrə kompensasiyaların verilməsi.

“Əmanətlərin sığoratalanması haqqında” Qanunun 28.3-cü maddəsinə əsasən, Əmanətlərin Sığortalanması Fondu əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir.

Əmanətlərin qaytarılması prosesi haqqında vətəndaşlara əlavə məlumat veriləcək.
Nazirin mətbuat katibi də saxlanıldıDövlət Təhlükəsizliyi Xidmətinin bu gün Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat zamanı daha bir nazir vəzifəli şəxsi saxlanılıb.

Avrasiya.net qafqazinfo-ya istinadən xəbər verir ki, nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov da var.
Başqa seçim yoxdur, sadəcə MƏSULİYYƏTElçin Mirzəbəyli

Xeyli müddətdir məni düşündürən, narahat edən məsələlərlə bağlı araşdırma aparmağa, yazmağa vaxt tapmıram. Bütün günüm və yəqin ki, əksər həmkarlarımın da vaxtı bu lənətə gəlmiş koronavirusa, daha dəqiq ifadə etsəm, COVİD-19 xəstəliyinin həyatlarına, sağlamlıqlarına nə qədər böyük təhlükə yarada biləcəyini hələ də dərk edə bilməyən əziz həmvətənlərimizin marifləndirilməsinə sərf olunur. Eyni mövzuda nə qədər yazmaq, nə qədər danışmaq olar?! Söz də tükənir, səbr də! Yazdıqların, dediklərin isə sanki daşa dəyibmiş kimi üstünə qayıdır.

Maska taxırsan, intellekti və mədəniyyəti “0”- dan aşağı olan gülməşəkərin birisi ağzını ayırıb şit-şit gülür, marketdə məsafə saxlayırsan və bunu nəfəsi boynunun ardını isidən tərbiyəsizin birindən də tələb edəndə, az qalır gözünü çıxartsın. Və başlayır “qlobal siyasət”, “böyük oyun” haqqında əfsanələri boynunun ardına xırdalamağa...
Maşallah, pandemiya başlayandan “geosiyasət uzmanları”nın sayı da artıb. Hərdən düşünürəm, bəlkə COVİD-19 virusunun hansısa zərrəcikləri bizim sərhədlərimizdən içəri daxil olanda “hərşeyşünaslıq” mutasiyasına uğrayib və bu fenomenal hadisədən dünyanın xəbəri yoxdur.

...Bir gün öncə işğal altında olan yurd yerlərimizdən birinin adını daşıyan ticarət mərkəzindən hazırlanmış süjeti izlədim. Süjetdən bu böyük ticarət mərkəzinin xüsusi karantin rejiminin indiki şərtləri daxilində hansı əsaslarla fəaliyyət göstərdiyi barədə məni düşündürən suala cavab tapa bilməsəm də, təfəkkürü virusdan dəfələrlə təhlükəli olan gənc satıcının jurnalistin “niyə maska taxmırsınız” sualına “Ona görə ki, koronavirus yoxdur” cavabı ictimai rəylə bağlı mənim üçün çox önəmli olan bir məqamı gün işığına çıxardı. Deməli, belə düşünənlərin sayı kifayət qədər çoxdur və bu yanaşma bəzilərinin düşüncəsində o qədər “dərin” kök salıb və bu adamlar öz “həqiqətlərindən” o qədər əmindirlər ki, bunu bütün ölkəyə açıq şəkildə bəyan etməkdən belə utanmırlar. Doğrusu, bu əminliyin arxasında hansı sosial-psixoloji amillərin dayandığını araşdırmaq niyyətində deyiləm. Buna vaxtım da yoxdur. Öz “həqiqətlərinə” inanan kəslərin taleyi də məni, artıq bir o qədər də narahat etmir. Amma məsuliyyətli insanların keçirdikləri narahatlığa, Azərbaycan polisinin, həkimlərimizin qatlaşdıqları əziyyətə, dövlətin öz vətəndaşının həyatını və sağlamlığını qorumaq üçün həyata keçirdiyi tədbirlərə və bütün bunların bir qrup məsuliyyətsiz, reallığı görmək istəməyən insanın ucbatından boşa çıxa biləcəyinə görə narahatlıq keçirirəm.

Başqa seçim yoxdur!

Prezident İlham Əliyev modul tipli ilk xəstəxana kompleksinin açılışında Azərbaycanın koronavirusa qarşı mübarizədə ən mütərəqqi, ən insansevər bir davranış sərgilədiyini xüsusi olaraq vurğuladı. Bu gün ölkəmizdə koronavirusun yayılmasının qarşısının alınması ilə bağlı əldə olunan nəticənin ən önəmli cəhətlərindən biri və bəlkə də birincisi prosesin sərt cəza mexanizmlərinin tətbiqi vasitəsi ilə deyil, marifləndirmə və innovativ mexanizmlərin tətbiqi vasitəsilə irəli aparılmasıdır. Demək, yazmaq asandı, amma vətəndaşların sıxılmaması, əlavə qayğı və məhrumiyyətlərlə qarşı-qarşıya qalmaması üçün dövlət bütün məsuliyyəti öz üzərinə götürüb, ən müxtəlif sahələrdə çalışan minlərlə insan gecə-gündüz çalışıb, fədakarlıq göstərib, ailələrinin üzünə həsrət qalıblar.

Dövlət başçısı da öz nitqində qeyd etdi, insanların məsuliyyətsiz davranışları ucbatından karantin rejimi əvvəlki vəziyyətə gətirilə və sərtləşdirilə bilər. İndiki şəraitdə dövlətin öz vətəndaşlarının sağlamlıqlarını qorumaq, təhlükəsizliklərini təmin etmək məcburiyyətində qala biləcəyi ehtimalı kifayət qədər çoxdur... Bilirsiniz bu nə deməkdir?

Hər şeyin yenidən və əvvəlkindən daha ağır məhrumiyyətlərin hesabına təkrarlanması...
Bu o deməkdir ki, minlərlə insan yenidən ailələrinin üzünə həsrət qalacaq.

Bu o deməkdir ki, dövlət yenidən insanların sosial problemlərinin həlli üçün, indiki halda hər qəpiyi qızıldan qiymətli olan resurslarını xərcləyəcək... Təhsildə, biznes həyatında, bütövlükdə həyatın bütün sahələrində tənəzzül yaşanacaq və getdikcə daha da dərinləşəcək.
Bu o deməkdir ki, doğmalarınızın şad günlərində onlarla birlikdə ola bilməyəcəksiniz.

Bu o deməkdir ki, ən böyük arzuları övladlarının toyunu görmək olan və bəlkə də ömürlərinin sonuna bir neçə ay qalan yaşlı, yaxud xəstə valideynlər bu gözəl günün sevincini yaşamadan dünyanı tərk edəcəklər...

Azərbaycanda koronavirusun yayıldığı ilk gündən Prezident, Birinci vitse-prezident dəfələrlə hər kəsi məsuliyyətli olmağa çağırıb, təhlükənin hər bir Azərbaycan vətəndaşı üçün real olduğunu dilə gətiriblər. Bir dövlət başçısından, yaxud dövlət rəsmisindən daha çox ata, ana, qardaş, bacı... kimi hər birimizə səmimi tövsiyyələrini çatdırıblar...
Kütləvi İnformasiya Vasitələri gecə-gündüz dünyanın müxtəlif ölkələrində koronavirus səbəbindən yaşanan insan faciələrini göz önünə sərgiləyib. Məgər bütün bunlar yetərli deyil?!

Görəsən daha nə etmək lazımdır ki, “koronavirus yoxdur” deyib günahsız insanların həyatına təhlükə yaradanlar əsl həqiqətin nədən ibarət olduğunu anlasınlar və məsuliyyətli olsunlar?!

Azərbaycan Prezidenti modul tipli xəstəxana kompleksinin açılışında bir daha bəyan etdi ki, koronavirusun yayılmaması üçün vətəndaşların şəxsi məsuliyyəti mühüm şərtdir. Bizdən bundan başqa heç nə tələb olunmur, sadəcə MƏSULİYYƏT! Vəssalam! Başqa seçim yoxdur!
Prokurorluq orqanlarında hansı islahatlar aparıla bilər? - II yazıŞamil Paşayev

Prokurorluğun fəaliyyətinin əsasını cinayət işinin istintaqı təşkil edir.

Həm prokurorluqda, həm də digər mərkəzi icra qurumlarındakı istintaq orqanlarında hadisə yerinin müayinəsi problemlidir. Hazırda Kriminalistika idarəsi yaradılsa da, dislokasiya yerindən çox uzaq olan kriminalist-prokurorlar faktiki olaraq hadisə yerinə gəlib çata bilmir, gəlsələr belə, onların yetirincə iş görməsi mümkün olmur. Krimnalistik texnikadan hadisə yerlərinin müayinəsi zamanı istifadə olunmur və ya az istifadə edilir.

Hadisə yerində bütün məsuliyyət müstəntiqin üzərindədir. Məncə, ağır və xüsusilə ağır cinayət işləri üzrə hadisə yerinə ekspert və mütəxəssisləri cəlb etməklə “hadisə yerinin müayinə qrupu” yaradılmalıdır. Hazırda hadisə yerinin mühafizəsi demək olar ki, təmin edilmir, bu da işlərin açılmasında çətinlik yaradır. Kriminalist prokurorların işi və texnikadan istifadə isə rayondakı böyük müstəntiqə və ya rayon prokurorunun özünə tapşırıla bilər.

Ağır və xususilə ağır cinayət işləri üzrə ittiham aktını prokurorluq orqanlarında Baş prokurorun I müavini təsdiq edir, amma daxili işlər orqanlarında bunu rayon prokuroru edir. Əgər rayon prokuroru bunu edə bilirsə, o zaman hər cinayət işi üçün Baş prokurorun I müavininin təsdiqinə nə ehtiyac var? Hələ mən bölgələrdə işləyən əməkdaşların ittiham aktının təsdiqi üçün Bakıya ezam olunmaları, buna görə ayrılan ezamiyyə xərclərini, onların həmin vaxt təhlükəsizlik baxımından rastlaşdıqları riskləri demirəm.

Ümumiyyətlə, ərazi və ixtisaslaşdırılmış prokurorluqlara müəyyən səlahiyyətlər verilməsi istintaqın operativliyini artıra bilər.

Hazırda propkurorluq sistemində bir sıra işlər qanunvericilikdən kənar daxili qaydalar əsasında qurulub. Bu isə yumşaq desək, qanunvericiliyə hörmətsizlikdi.

Məsələn, 01.11.2010-cu il tarixdə Azərbaycan Respublikası Prokurorluğu orqanlarında müraciətlərin baxılması və vətəndaşların qəbulu işinin səmərəliliyinin artırılması haqqında 10/100 №-li əmrə diqqət edək.

Əmrdə qeyd olunur ki, həlli prokurorluğun səlahiyyətinə aid olmayan müraciətlər aidiyyəti üzrə göndərilməli və müraciət müəllifinə bu barədə məlumat verilməlidir. Eyni zamanda həmin əmrdə yuxarı prokurorluqdan daxil olan müraciət müəllifinin hər bir halda prokurorluğa dəvət edilərək, qəbul edilməsinin vacibliyi qeyd edilir.

Əgər müraciətin prokurorluğa aidiyyəti yoxdursa, həmin vətəndaşın qəbula dəvət edilməsinə nə zərurət var?! Hansısa əməkdaş bu əmrə riayət etmədikdə isə o cəzalandırılır.

Həmin əmrin digər maddəsində isə qeyd olunur ki, cinayət işi üzrə materiallardan ( xitam, rədd, dayandırma və s) daxil olan şikayətlər zamanı qərar prokurorlar tərəfindən əsaslı hesab edildikdə materiallar “rəy” yazılaraq, öyrənilməsi üçün yuxarı prokurara göndərilir. Əslində rayon prokuroru qərarla razılaşmırsa, onu ləğv edə bilər. Rayon prokurorunun razılaşdığı qərarı xüsusi rəylə yuxarı prokurora göndərməsi absurddur. Bu, həm də CPM-nin tələbinin pozulmasıdır.

Başqa bir məsələ, CPM-nin tələbinə görə, müstəntiqin icraatda olan iş üzrə daxil olmuş ilkin müraciətə cavab vermək hüququ var. Lakin hazırda prokurorluqdakı daxili əmrə görə, müraciətə ancaq rayon prokuroru və ya müavini cavab verə bilər. Bu isə təkcə müstəntiqin yox, həm də vətəndaşın müstəntiqin cavabından prokurora şikayətini məhdudlaşdırır.

Başqa bir misal, 28 iyul 2010-cu il tarixli Prokurorun ibtidai araşdırmaya prosessual rəhbərliyinmin səmərəliliyinin artırılması, istintaq və təhqiqat üzərində nəzarətin gücləndirilməsi və bu sahədə işin daha da təkmilləşdirilməsi haqqında 10/70 №-li əmrdi.

Bu əmrə görə, cinayət işinin istintaqının ilk dəfə uzadılması müstəntiqlərin iştiarakı ilə idarələrdə, təkrar uzadılması isə prokurorun və Baş prokurorun köməkçisinin iştirakı ilə rəhbərliyin yanında müzakirə edilməlidir. Eyni qayda həbs müddətinin uzadılmasına da şamil edilir.

İl ərzində (2016-cı ildə 500-dən artıq idi-müəllif) yüzlərlə istintaq, həmçinin həbs müddətinin uzadılması baş verir. Baş Prokurorluqdakı rəhbər şəxslər arzulasalar belə, bu prosesdə iştirak etmələri zaman baxımından mümkün deyil.

Daha bir nüans, istintaq müəyyən müddət ərzində aparılır, istintaq zamanı cinayət işi və materiallarının bir rayondan digərinə göndərilməsi yalnız Baş Prokurorluq vasitəsilə mümkündü, bu isə 1 aya qədər vaxt alır. Sənədlər poçtla Baş Prokurorluğa göndərilir, orada öyrənilir, yenidən həmin sənədlər digər rayon prokurorluğuna göndərilir. Halbuki, məsələn Zərdab rayonunda olan cinayət işinin poçtla və ya birbaşa bir gün ərzində Ağcabədiyə göndərilməsi mümkündür. Göründüyü kimi, bu əmrlər yalnız vaxt itkisi, lüzumsuz bürokratiyadır.

Başqa bir məsələ, böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər üzrə həbs qətimkan tədbiri seçilməsi ilə bağlıdır. Bununla bağlı prokuror məhkəməyə təqdimat vermək üçün Baş Prokurorun I müavini ilə razılaşmalıdı. Qazaxda bir nəfərin xuliqanlıq hadisəsi ilə bağlı həbs edilməsi üçün təqdimat verən prokuror Bakıda I müavinin qəbulundə məruzə etməlidir. Buna nə ehtiyac var?

Digər məsələ, “5 gündən bir istintaq hərəkətlərinin edilməsi ilə” bağlıdır. Bu isə Cinayət Prosessual Məcəlləsinin tələbləri ilə ziddiyyət təşkil edir.

Məsələn, bir cinayət işi üzrə mövcud olan 5 şahidin təxirəsalmadan 1-2 gün ərzində dindirilməsi başa çatdı, daha sonra 3-5 ekspertiza təyin edilir, sübutlara qiymət vermək üçün rəylər gözlənilinir. Əmrin tələbinə görə, bu müddətdə də 5 gündən bir dayanmadan istintaq hərəkəti etməlisən. Amma hansı hərəkət?! Axı istintaq işi üzrə hərəkətlər bitib! Buna görə də müstəntiq 1-2 günə dindirdiyi 5 şahidin dindirilmə tarixini müxtəlif vaxtlara qeyd edir, zəruri olmayan adamları dindirir, zəruri olmayan formal sorğular verilir. Məhkəmədə isə bəlli olur ki, dindirmə protokolunda qeyd olunan tarixdə həmin şahid ümumiyyətlə ölkədə olmayıb və ya ölüb...

Digər bir məqam, bütün intihar hadisələrinə Cinayət Məcəlləsiin 125-ci maddəsi ilə cinayət işinin başlanmasının tələb edilməsi qanunvericiliklə ziddiyyət təşkil edir. Cinayət işinin başlanması üçün səbəb, əsas və ya ilkin şübhələr olmasına diqqət yetirmək zərurəti var.

Bundan başqa, yalnız qəsdən adam öldürmə cinayətlərində məhkəmə psixatrik ekspertizasının keçirilməsinin tələb edilməsi də absurddur.

Göründüyü kimi, əmrlərdəki lüzumsuz ümumiləşdirmələr, arayış və protokollaşdırmalar, təhlillər öz əksini tapıb ki, prtaktikada bunu tətbiq etmək qeyri-mümkündür. Məsələ odur ki, bunlara görə əməkdaşları istənilən vaxt yoxlayıb cəzalandıra bilirlər.

Bu əmrlərin, ümumiyyətlə, ləğv edilməsi və prokurorluq orqanlarının işini daxili əmrlərdən daha çox, qanunveciliyə uyğun qurması yalnız işin xeyrinə olar...

Arvadı ilə cinsi əlaqəyə girmək istəyən nişanlı oğlanı tutdu - AZƏRBAYCANDA ŞOK HADİSƏCəlilabad rayonunda qətl hadisəsi törətməkdə təqsirli bilinən 1985-ci il təvəllüdlü Seymur Məmmədovun məhkəməsi başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, rayonun Musalı kənd sakini Siruz Nəsirov 2018-ci ilin fevral ayının ortalarından etibarən Seymur Məmmədovun evdə olmadığı hallarda bir neçə dəfə axşam saatlarında onun evinə gəlib.

O, ev sahibinin arvadına cinsi əlaqədə olmağı təklif edib. Seymur Məmmədov bu barədə arvadından məlumat aldıqda Siruz Nəsirovu öldürmək qərarına gəlib. Əvvəlcə Siruzun başına oyun açmaq, kənd sakinləri arasında rüsvay etmək isyəyib.

Amma sonradan o, Siruz Nəsirovun arvadına olan təklifi şəxsən eşidib əmin olmaq istəyib. Bunu eşidəndən sonra Siruz Nəsirovu öldürəcəyini özündə qətiləşdirib. Məqsədini həyata keçirmək üçün 1 mart 2018-ci il tarixdə kustar üsulla hazırlanmış daş çəkicini arvadının xəbəri olmadan evin dəhlizindən götürüb və mətbəxdəki pəncərənin qarşısına qoyub, üzərinə pərdəni çəkib ki, heç kim çəkici orada görməsin.

Daha sonra Siruzun evə gəlməsini gözləyib. Saat 22 radələrində yaşadığı evdə olarkən evin pəncərəsinə fənərlə işıq salındığını görüb. O, həyətinə gələn şəxsin Siruz olduğunu bilərək mətbəxə keçib, daş çəkicini gizlətdiyi yerdən götürüb, mətbəxin giriş qapısının arxasında gizlənib. Siruz Nəsirov həmin vaxt evə daxil olub, mətbəxdə onun arvadına yaxınlaşaraq onunla cinsi əlaqədə olmağı israrla təklif etməyə başlayıb.

Bu zaman Seymur Məmmədov daha da qəzəblənərək qəflətən qapının arxasından çıxıb. O, əlindəki daş çəkici ilə Siruz Nəsirovun sağ gicgah-təpə, sol üz-çənə və sol gicgah nahiyələrindən üç dəfə ardıcıl zərbələr vurub. Siruz Nəsirov aldığı xəsarətdən hadisə yerində ölüb.

Qeyd edək ki, 1997-ci il təvəllüdlü Siruz Nəsirov nişanlı olub.

İstintaq orqanı tərəfindən Seymur Məmmədovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan zərərçəkmiş Siruz Nəsirovun hüquqi varisi, atası İlham Tarverdiyev apelyasiya şikayəti verib.

İlham Tarverdiyev şikayətində göstərib ki, Seymur Məmmədov əvvəlcədən bu cinayəti arvadı ilə birlikdə planlaşdırıb və Siruz Nəsirovu xüsusi amansızlıqla öldürüb.

İlham Tarverdiyev qeyd edib ki, bu səbəbdən məhkəmə kollegiyasının bu qanunsuz qərarı ləğv olunmalı, Seymur Məmmədovun əməli xüsusi amansızlıqla və qrup halında törədilmiş cinayət kimi tövsif olunmalıdır.

Hüquqi varisin şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Apelyasiya şikayətini araşdıran hakim heyəti sonda qərar elan edib. Seymur Məmmədovun barəsində olan ittihamın ağırlaşdırılması ilə bağlı zərərçəkmiş tərəfin verdiyi şikayət təmin olunmayıb.

Bu qərardan narazı qalan zərərçəkmiş tərəf Ali Məhkəməyə kasasiya şikayəti verib. Hakim Fərhad Kərimovun sədrliyi ilə baş tutan iclasda kasasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar verilib.

Zərərçəkmiş tərəfin kasasiya şikayəti də təmin olunmayıb.
Azərbaycanda daha 75 nəfər koronavirusa yoluxduAzərbaycanda 75 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 25 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Avrasiya.net xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Hazıkı dövrədək ölkəmizdə 2 279 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1 576 nəfər müalicə olunaraq sağalıb, 28 nəfər vəfat edib, 675 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 28 nəfərin vəziyyəti ağır, 39 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 181 530 test aparılıb.