Avropada ermənilərlə döyüşən diaspor sədrinin vəziyyəti AĞIRLAŞIBHollandiya-Azərbaycan türk kültür dərnəyinin sədri İlhan Aşkın bir neçə ildir ki, erməni əməllərindən əziyyət çəkir.

Bu barədə Modern.az-a danışan İlhan Aşkın bildirib ki, hər şey 2015-ci ildə ermənilərin Hollandiyanın Almedo şəhərində sözdə “soyqırımı” abidəsi tikməklə başlayıb:

“Təbii ki, biz də buna etiraz etdik. Belə qərara gəldik ki, türk və Azərbaycan diasporu ilə birlikdə mitinq keçirək. 10 min insanla birgə həmin abidənin olduğu şəhərə toplaşdıq. Bütün təşkilatlar “soyqırımı abidəsi” məsələsinə fikir bildirdi. Mən də 7 dəqiqəlik çıxış etdim. Çıxışım zamanı onların tarixdən üzü bəri “soyırımı siyasəti” həyata keçirtdiklərini söylədim. Bildiyiniz kimi, 1992-ci ildə törədilmiş Xocalı soyqırımı dəhşətli qətliamdır. Çıxışım zamanı bu barədə də danışdım. Ermənilərin qondarma soyqırımı sıyasətinə münasibət bildirərək “Qarabağ ermənilərə məzar olacaq” dedim. 2016-cı ildə bu sözümə görə onlar məni məhkəməyə verdilər”.

İlhan Aşkının sözlərinə görə, məhkəmə məsələsi olmasaydı, elə həmin il Hollandiyada ən aktiv təşkilat rəhbəri kimi “Tərəqqi” medalı ilə təltif olunacaqdı:

“Təəssüf ki, bu medalı almaq mənə qismət olmadı. Çünki ermənilərin əli hər yerə çatır. Məni məhkəməyə verdilər. Hətta məhkəməni aparan da erməni idi. 4-5 dəfə məhkəməyə çıxdım. Hər çıxışımda ermənilərdən üzr istəməli və peşman olduğumu bildirməli idim. Mən isə heç bir zaman belə etməzdim. Sözlərimin də üstündə dururam. Ermənilərdən heç vaxt üzr istəmərəm”.

Dərnəyin sədrini narahat edən məqam səhhətində yaranan problemlə bağlıdır:

“Onlar da çirkin işlərini davam etdirdilər. 40 saat çalışma cəzası, 15 gün həbs. İkinci məhkəməyə çıxan zaman 40 saat çalışma cəzasını 120 saat, 15 günlük həbsi 60 gün etdilər. Biz məcbur olub Hollandiyada Apellyasiya Məhkəməsinə müraciət etdik. O məhkəmədə də ermənilərə qalib gələ bilmədim. Mənə 120 saat çalışma cəzası, 2 ay həbs məsələsini qətiləşdirdirlər. 120 saatı məcbur çalışmalıyam. Ancaq harada çalışmalı olduğumu bilmirəm. Çünki harada işləyəcəyim barədə bir söz demirlər.

Ən böyük problemim sağlamlığmla bağlıdır. O iki ayı çalışmasam 2 aylıq həbsdə qalmalıyam. Çünki səhhətim ağır işlərə imkan vermir. Düşünürəm ki, ağır işləri görə bilməsəm, həbsdə yatmalıyam. Çünki ağır fiziki işi görmək qabiliyyətim yoxdur”.
İlham Əliyev: “Yumşalma artıma gətirsə, karantini yenidən gücləndirəcəyik” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Mir” televiziya kanalına müsahibə verib.

Avrasiya.net müsahibəni təqdim edir.

Aparıcı: İndi Azərbaycan Prezidenti İlham Əliyevin televiziya kanalımıza eksklüziv müsahibəsini təqdim edirik.

- Hörmətli cənab Prezident, bu müsahibəni almağa imkan yaratdığınıza görə Sizə minnətdarlıq etmək istərdim. Şübhə yoxdur ki, tarixçilər 2020-ci ili koronavirus ili adlandıracaqlar. Sizcə bu necə baş verə bilərdi?

Prezident İlham Əliyev: İnsanlarımızın sağlamlığını və həyatını qorumaq məqsədilə biz lap əvvəldən məhdudlaşdırıcı tədbirlər gördük. Hesab edirəm ki, tədbirlər özünü doğrultdu. Bu tədbirlər tədricən sərtləşdirildi və son nəticədə biz xüsusi karantin rejiminin tətbiqinə gəlib çatdıq. Bizim bütün resurslarımızın səfərbərliyə alınması, pasiyentlərin layiqincə müalicəsini təmin etmək məqsədilə tibbi preparatların, zəruri avadanlıqların əldə edilməsi üzrə böyük təşkilati iş aparıldı. Qısa müddətdə tibbi maskaların və dezinfeksiyaedici vasitələrin istehsalı üzrə müəssisə işə salındı. Həmçinin yaxın vaxtlarda həkimlər üçün xüsusi geyimlər istehsal edən müəssisə işə salınacaq. Yaxın vaxtda hər birində 200 çarpayı olmaqla 10 yeni xəstəxananın istifadəyə verilməsi planlaşdırılır. Bu, yeni tikinti texnologiyaları – modul tipli texnologiyalardır. Bu günədək 20-dən çox dövlət xəstəxanası koronavirus xəstələrinin müalicəsi üçün ayrılıb, o cümlədən bu yaxınlarda 575 pasiyent üçün nəzərdə tutulan ən müasir xəstəxana açılıb. Həmçinin koronavirusla mübarizəyə cəlb edilən tibbi heyətin sosial təminatı üçün tədbirlər görülüb. Bu kateqoriyadan olan tibb işçilərinin əməkhaqqı müvafiq olaraq 3, 4 və 5 dəfə artırılıb. Yeni laboratoriyalar alınıb. Bu gün laboratoriyaların sayı artıq 23-dür. Bu bizə gündə bir neçə min test keçirmək imkanı yaradır. Ümumilikdə 160 mindən çox test keçirilib və əhalinin bir milyon nəfərinə düşən testin sayına görə Azərbaycan ön sıralardadır.

- Azərbaycan pandemiya ilə necə bacarır?

- Görülən bütün tədbirlər, o cümlədən məhdudlaşdırıcı tədbirlər bir məqsəd daşıyıb – vətəndaşlarımızın təhlükəsizliyini, sağlamlığını təmin etmək və onların həyatını qorumaq. Aprelin 14-dən başlayaraq Azərbaycanda müsbət dinamika müşahidə edilir. Sağalanların sayı yoluxanların sayından çoxdur. Bunun nəticəsində aprelin 27-dən başlayaraq və sonra mayın 4-də karantin rejimi yumşaldıldı. Karantin rejimi mayın sonunadək qüvvədədir. Beləliklə, biz vəziyyətin müvafiq daimi monitorinqini gələcəkdə də davam etdirəcəyik və əgər görsək ki, yumşaltma xarakteri daşıyan tədbirlər yoluxanların kəskin artmasına gətirib çıxarır, o halda məhdudlaşdırıcı tədbirləri yenidən gücləndirməli olacağıq.

- Bəs Ümumdünya Səhiyyə Təşkilatı bu istiqamətdə Azərbaycanın fəaliyyətini necə qiymətləndirdi?

- Ümumdünya Səhiyyə Təşkilatının Baş direktorunun mart ayının sonunda mənə ünvanlandığı məktubda koronavirusla mübarizə işində Azərbaycanın nümunəvi ölkə olduğu bildirilib. İlk növbədə, milli səviyyədə işləməklə biz, həmçinin beynəlxalq birliyin daha sıx birləşməsinə, diqqətin bu problemə cəlb edilməsinə, habelə koronavirusa müqavimət üzrə birgə işlərin gücləndirilməsinə çalışırıq. Azərbaycan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının və Qoşulmama Hərəkatının sədridir. Apreldə və mayda iki sammit keçirildi. Özü də birinci sammit – Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Sammiti, ümumiyyətlə, dünyada bu mövzuya videokonfrans formatında həsr edilən ilk sammit idi. Dövlət və hökumət başçılarının böyük sayda iştirakı ilə bu tədbirlərin uğurlu keçirilməsi nəticəsində biz ümumi bəlaya qarşı mübarizədə vahid yanaşmalar əldə etdik. Eləcə də həm tibbi sahədə, həm də pandemiyanın bütün ölkələrə böyük zərər vurduğu iqtisadi sahədə müxtəlif səviyyələrdə işçi qruplar yaradıldı. Beləliklə, Azərbaycan dünya birliyinin məsuliyyətli və səmərəli üzvü kimi pandemiya ilə beynəlxalq səviyyədə mübarizəyə böyük töhfə verir. Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci ən böyük beynəlxalq təşkilatdır və Azərbaycan bu təşkilatda üç il sədrlik edəcək. Qoşulmama Hərəkatının Təmas Qrupunun Sammitinin keçirilməsi təşəbbüsü Hərəkatda çox müsbət qarşılandı. Sammit göstərdi ki, biz səyləri birləşdirməklə bu bəlaya qarşı daha təsirli müqavimət göstərə bilərik. Həmçinin Azərbaycan bir neçə ölkəyə zəruri maliyyə və texniki, o cümlədən tibbi preparatlar və qoruyucu vasitələr yardımı edib. Biz pandemiyaya qarşı mübarizə işinə Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə iki dəfə donor töhfəsi etdik. Mart ayında Ümumdünya Səhiyyə Təşkilatı ilə Azərbaycan arasında donor sazişi imzalandı. Sazişə müvafiq olaraq biz bu bəla ilə qlobal səviyyədə mübarizə üçün Ümumdünya Səhiyyə Təşkilatına 5 milyon dollar ayırdıq. May ayında isə Qoşulmama Hərəkatının sədri kimi Hərəkatın virusdan daha çox zərər çəkən üzvlərinə yardım göstərilməsi üçün Ümumdünya Səhiyyə Təşkilatına əlavə olaraq 5 milyon dollar ianə etdik. Müvafiq qərara əsasən, Ümumdünya Səhiyyə Təşkilatı və Azərbaycan bu yardımın miqyasını və təqdim ediləcəyi ölkələri birgə müəyyənləşdirəcək.

- Elə bu vaxt neftin qiyməti təxminən sıfıra endi. Bu, respublikanın iqtisadiyyatına necə təsir etdi?

- Birinci rübdə sosial-iqtisadi inkişafın nəticələrinin müsbət olmasına baxmayaraq, gələcəkdə bizim enmə müşahidə etməyimiz istisna deyil. Buna baxmayaraq, biz koronavirusdan daha çox zərər görən sahələrdə işləyən insanlara yardım üçün minimum 2 milyard dollar həcmində mühüm maliyyə resurslarını səfərbər etmişik. Bizdə belə vətəndaşların sayı təqribən 700 mindir. Bu gün həmin insanların işləmək imkanından məhrum olduqları nəzərə alınaraq, onların əməkhaqqının mühüm hissəsi dövlət tərəfindən ödənilir. Həmçinin dövlət sektorunun məcburi məzuniyyətə göndərilən işçiləri əməkhaqqını tam həcmdə alırlar. Bu qəbildən insanların sayı isə bizdə 900 mindən çoxdur. Aşağı gəlirli insanlar kateqoriyasına aid olan 600 min nəfərə, o cümlədən işsizlərə, qeyri-formal sahədə məşğul olanlara da dövlət tərəfindən sosial müavinət ödənilir. İşsizlərin sayının kəskin artmasına yol verməmək məqsədilə bu il haqqı ödənilən 90 min ictimai iş yeri yaradılması haqqında qərar qəbul olunub, habelə Azərbaycanda 80 mindən çox ailə ünvanlı sosial yardım alacaq. Bu, sosial-iqtisadi tədbirlərin tam paketi deyil. Biz buraya vergi güzəştlərini, vergi tətillərini, kommunal ödənişlər və bank kreditləri xidmətlərində müəyyən güzəşt şərtlərini də əlavə edə bilərik. Beləliklə, Azərbaycan dövləti məqsədyönlü, sistemli fəaliyyət göstərir. İlk növbədə, bu, insanların sağlamlığı və təhlükəsizliyidir. İkinci növbədə, bu, iqtisadi inkişaf, habelə əhalinin sosial müdafiəsidir. Həmçinin beynəlxalq əməkdaşlıqla bağlı məsələlər, hesab edirəm, Azərbaycan tərəfindən ən məsuliyyətli şəkildə başladıldı.

- Biz Sizinlə ümumi bayramımız - Böyük Qələbənin 75 illiyi ərəfəsində söhbət edirik. O müharibədəki qəhrəmanlıqlarına görə respublikadan 400 mindən çox insan döyüş mükafatı alıb. Azərbaycanlıların milli xarakterini necə təsvir edərdiniz?

- Azərbaycan oğulları Böyük Vətən müharibəsi meydanlarında ləyaqətlə vuruşublar. Azərbaycanın 123 nümayəndəsi Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Azərbaycanın müharibədə iştirak etmiş 600 mindən çox nümayəndəsinin yarısı həlak olub. Azərbaycan bizim ümumi Qələbəmizə böyük töhfə verib. Azərbaycan Sovet ordusu üçün yanacaq-sürtkü materiallarının əsas tədarükçüsü olub. Onu demək kifayətdir ki, Sovet ordusu üçün mühərrik yağlarının 90 faizi, benzinin 80 faizi və neftin 70 faizi Azərbaycan tərəfindən tədarük edilib. Həmçinin bizim müəssisələrdə gecə-gündüz Sovet ordusu üçün çox vacib silah sistemi istehsal edilirdi. Azərbaycanın sənayesi həmişə inkişafda olub. Qısa müddətdə o, hərbi texnika istehsalına tam yönəldilib.

- Sizin atanız Heydər Əliyev müharibə veteranlarını millətin qızıl fondu adlandırıb. Bu gün Böyük Vətən Müharibəsi veteranlarına hansı kömək göstərilir?

- Azərbaycanda bu gün həmişə geniş qeyd olunur. Hərçənd deməliyəm ki, müstəqilliyin ilk illərində bu, belə deyildi. 1992-ci ildə Xalq Cəbhəsi çevriliş yolu ilə hakimiyyətə gələndə 9 May bayramı ləğv edildi və veteranlar mənəvi terrora məruz qaldılar. Lakin Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə bu ədalətsizlik aradan qaldırıldı və həmin vaxtdan 9 May dövlət bayramıdır. Hər il mən həmin gün bir qayda olaraq, veteranlarla görüşürəm, həlak olanların xatirəsini anırıq, məzarları üzərinə əklillər, güllər qoyuruq. Bu il tədbir, əlbəttə, başqa formatda olacaq. Çünki biz veteranlarımızı qorumalıyıq. Hələ ki, karantin rejimi bir yerə kütləvi toplaşmağa, kütləvi tədbirlər keçirilməsinə yol verməsə də, bundan məsələnin mahiyyəti dəyişməyəcək. Hərçənd bayramın qeydedilmə formatı başqa cür olacaq, lakin düşünürəm ki, veteranlar həm bu gündə, həm də sonra Azərbaycan dövlətinin dəstəyini hiss edəcəklər. Veteranlar qayğı ilə əhatə olunub, onların maddi durumu təmin edilir. Onların çoxu dövlət tərəfindən ayrıca yaşayış sahəsi, mənzillə təmin edilib. Biz həmin gün, bir qayda olaraq, onlara Prezident mükafatları təqdim edirik. Beləliklə, bütün bunların hamısı qorunub saxlanılacaq. Ən başlıcası isə Böyük Vətən müharibəsi haqqında həqiqət həmişə üstünlük təşkil etməli, tarixin yenidən yazılması, faşizmin və faşist cinayətkarlarının qəhrəmanlaşdırılması cəhdləri olmamalıdır. Azərbaycanın bu istiqamətdə mövqeyi birmənalıdır.

- Siz Rusiya ilə münasibətləri səmərəli adlandırırsınız. Sizin fikrinizcə, daha nə etmək lazımdır ki, bu münasibətlər daha yaxşı olsun?

- Əminəm ki, münasibətlərimizin inkişafı üçün ən əlverişli perspektivlər var, çünki Rusiya-Azərbaycan münasibətlərinin çox möhkəm təməli qoyulub. Bu münasibətləri hər iki tərəf strateji tərəfdaşlıq kimi xarakterizə edir. Bu, həqiqətən belədir. Çünki münasibətlərimizin yalnız geniş gündəliyinə nəzər salsaq, biz həyat fəaliyyətinin, demək olar, bütün sahələrini görərik. Bizim qarşılıqlı siyasi əlaqələrimiz çox fəaldır, dövlət başçıları səviyyəsində çoxlu görüşlər olur, görüşlər müntəzəm keçirilir. Son illərdə biz iqtisadi planda əmtəə dövriyyəsinin artımını görürük ki, bu da iqtisadi əməkdaşlığın fəallaşdığına dəlalət edir. Azərbaycanda iqtisadiyyatın müxtəlif sektorlarında Rusiya kapitalı ilə yüzlərlə şirkət çalışır. Biz nəqliyyat sahəsində çox fəal əməkdaşlıq edirik. Biz mühüm Şimal-Cənub beynəlxalq nəqliyyat layihəsini birgə reallaşdırırıq. Həm Rusiya, həm də Azərbaycan ərazisində bu dəhlizlə bağlı bütün infrastruktur layihələri praktiki olaraq həyata keçirilib. Hazırda biz nəqliyyat-logistika istiqamətləri ilə bağlı məsələlər üzərində işləyirik. Məqsəd yük daşımalarını artırmaq və bununla da qonşu ölkələrimizə daha əlverişli şərait yaratmaq, tranzit potensialını möhkəmlətməkdir. Energetika sahəsində kifayət qədər çox layihələr var və Rusiya ilə Azərbaycanın enerji sistemlərinin birləşdirilməsini qeyd etməliyəm. Ya Azərbaycanda, ya da Rusiyada qəza olanda biz dərhal bir-birimizə kömək edir və həmrəylik nümayiş etdiririk. Ona görə də perspektivlər haqqında danışarkən düşünürəm ki, biz əldə edilmiş nəticəyə istiqamətlənəcək, qeyd etdiyim həmin istiqamətlər və gələcəkdə yeni istiqamətlər üzrə də işləyəcəyik. Bu gün biz 7 yol xəritəsinin reallaşdırılması üzrə ikitərəfli formatda işləyirik. Bunlar həyat fəaliyyətinin bütün vacib sahələrini əhatə edən konkret layihələrdir. Hər bir istiqamət üzrə dəqiq plan, zaman müddəti, yol xəritələrinin reallaşdırılması üçün prezidentlərin tapşırıqları var. Bütün bunlar ölkələrimizi və xalqlarımızı daha da yaxınlaşdıracaq, əməkdaşlıq səviyyəsini, əmtəə dövriyyəsinin və qarşılıqlı investisiyaların artımını möhkəmləndirəcək. Əlbəttə ki, bütün bunlar xalqlarımızın rifahının daha da yaxşılaşmasına gətirib çıxaracaq.

- Siz rus dilini çox əla bilirsiniz. Bu gün Azərbaycan mədəniyyətində rus dilinin rolunu necə qiymətləndirirsiniz?

- Bizim münasibətlər ən yüksək qiymətə layiqdir. Azərbaycanda rus dilində təhsilin səviyyəsi genişlənir. Artıq Rusiyanın aparıcı ali məktəblərinin Azərbaycanda filialları mövcuddur. Tədrisin rus dilində aparıldığı məktəblərə gəldikdə isə onların sayı artıq 340-a çatır. Bütün bunlar artıq qazanılmış potensialdır. Əlbəttə, bu il turizm sahəsində böyük tənəzzül olacağı təəssüf doğurur. Çünki ənənəvi olaraq Azərbaycan vətəndaşları Rusiyaya, Rusiya vətəndaşları Azərbaycana səfər ediblər, turist axınının artımı daim yaxşı rəqəmlərdə əksini tapıb. Lakin pandemiya nəzərə alınaraq qarşılıqlı razılıq əsasında ölkələrimiz arasında sərhədlər bağlanıb. Buna görə də yəqin ki, turist axını və turizm sahəsi karantin rejimi prosesindən ən axırda çıxan sahələr olacaq.

- Bu il bizim Teleradio şirkətinin 27 yaşı tamam olub. Bizim tamaşaçılara Qələbə günü münasibətilə nə arzulamaq istərdiniz?

- Fürsətdən istifadə edərək, bütün veteranlara bu mürəkkəb dövrdə cansağlığı arzulamaq istərdim. Bu gün pandemiya şəraitində hər birimiz yaxınlarımızı, cavabdeh olduğumuz insanları qorumalıyıq. Azərbaycanda pandemiya şəraitində belə şüarlar yaranıb: “Biz birlikdə daha güclüyük”, “Biz birlikdə güclüyük”. Elə bu şüarlarla da müsahibəni bitirmək istərdim. Sağ olun.

Cənab Prezident, bu müsahibəyə görə sizə minnətdaram. Bayramınız mübarək.
Türkiyədən İsrailə sərt mesaj: Bu, işğaldır!İsrailin Müdafiə nazirinin Qərbi Şəriyə ilə bağlı son açıqlaması bu ölkənin beynəlxalq hüququ tanımayan qanunsuz yanaşmasının ən son nümunəsidir.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

“İsrail daxili siyasi hesabları üçün Fələstin xalqının hüquqlarını tapdalamaqda davam edir. Bununla Fələstindəki işğal siyasətini daha da dərinləşdirir.

Fələstin ərazilərində qeyri-qanuni yəhudi yaşayış məntəqələrinin genişləndirilməsi iki dövlətli həll variantını məhv etmək məqsədi daşıyır.

İsrailin qanunsuz əməllərinə dərhal son qoyması bölgədə sülhün, sabitliyin və təhlükəsizliyin bərqərar olması üçün vacibdir.

İsrailin bu hərəkətini bir daha şiddətlə qınayır və Fələstinin haqlı mövqeyində yanında olacağımızı xatırladırıq”, - bəyanatda bildirilib.

Qeyd edək ki, ötən gün İsrailin Müdafiə naziri Naftali Bennet Qərbi Şəriyədə daha 7 min yaşayış evin inşa ediləcəyini açıqlayıb.
Özünü 7-ci mərtəbədən atdı - Sumqayıtda dəhşətli intihar  Özünü 7-ci mərtəbədən atdı - Sumqayıtda dəhşətli intihar
Sumqayıt şəhərində intihar hadisəsi qeydə alınıb.

Avrasiya.net-in APA-ya istinadən məlumatına görə, hadisə 13-cü mikrorayonda baş verib.

Şəhər sakini, 66 yaşlı Bayram Rüstəmov yaşadığı mənzilin 7-ci mərtəbəsinin yataq otağının pəncərəsindən özünü ataraq intihar edib.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.
Dövlət Sosial Müdafiə Fondunun vəzifəli şəxsi tutuldu - RƏSMİDövlət Sosial Müdafiə Fondunun Cəlilabad rayon şöbəsində vətəndaşlardan dövlət sosial yardım və pensiya təyin olunması müqabilində rüşvət tələb edilməsi barədə daxil olmuş əməliyyat məlumatı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Bu barədə Baş Prokurorluq və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətlərindən Avrasiya.net-ə verilən məlumatda bildirilib.

Qeyd edilib ki, keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində DSMF-nin Cəlilabad rayon şöbəsinin baş mühasibi Pərviz İsgəndərovun müxtəlif vaxtlarda rayon sakinlərindən ünvanlı dövlət sosial yardım və pensiya təyin olunması müqabilində 3700 manat məbləğində pul tələb etməsinə əsaslı şübhələr müəyyən edilib:

"Faktla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb. Həmin cinayət əməlinin Pərviz İsgəndərov tərəfindən törədilməsinə şübhələr üçün əsaslar müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin və qanuni mənafeləri pozulmuş vətəndaşların dairəsinin tam müəyyənləşdirilməsi, habelə vurulmuş ziyanın ödənilməsinin təmin olunması istiqamətində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir".
Vilyam Hacıyevin gizlətdiyi pullar - Şok görüntülər2020-ci il mayın 5-də məhkəmənin qərarı əsasında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin xidməti və yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri həyata keçirilib.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, bu barədə DTX-nin yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, müvafiq ünvanlarda keçirilmiş baxış zamanı Vilyam Hacıyevin rayon icra hakimiyyətinin baş mühasibi Cəmil Musayev və başqaları vasitəsi ilə qəbul etdiyi pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, habelə ayrı-ayrı valyutalarda xüsusi qaydada qablaşdırılaraq saxlanılan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilərək götürülüb.

Qeyd edək ki, mayın 5-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları İmişli Rayon İcra Hakimiyyətinin binasında əməliyyat keçirib.

Prezident İlham Əliyevin mayın 6-da Vilyam Hacıyevin İmişli Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

İcra başçısının həbsolunma anı - VİDEODövlət Təhlükəsizliyi Xidməti (DTX) İmişli Rayon İcra Hakimiyyətində keçirilən əməliyyatla bağlı məlumat yayıb.

Avrasiya.net xəbər verir ki, məlumatda deyilir:

"Azərbaycan Respublikasında dövlət strukturlarının əhalinin sağlamlığının qorunması, digər sahələr üzrə xidməti fəaliyyətin təşkili istiqamətində səfərbər olunduğu bir vaxtda bəzi vəzifəli şəxslərin mövcud vəziyyətdən öz maraqları naminə istifadə edərək, vətəndaşların və dövlətin qanunla qorunan mənafelərinə zərər vuran, hakimiyyət orqanlarının işinə kölgə salan hüquqazidd əməllərə yol vermələrinə dair məlumatlar əsasında araşdırma tədbirləri davam etdirilməkdədir.

Toplanılmış materiallar üzrə, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin icra hakimiyyətinin sərəncamında olan vəsaitlərin sosial yardım adı altında bir hissəsini ələ keçirilməsini, eləcə də ölkə ərazisində xüsusi karantin rejiminin tələblərinin pozulması ilə sərbəst hərəkət etmək üçün bəzi vətəndaşlara saxta arayışların verilməsini tapşırmasına, vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə mənimsənilən pul vəsaitlərini sahibliyində olan yaşayış evində qəbul etdiyinə əsaslı şübhələr müəyyən olunub.

2020-ci il mayın 5-də məhkəmənin qərarı əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Vilyam Hacıyevin xidməti və yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri həyata keçirilib. Müvafiq ünvanlarda keçirilmiş baxış zamanı Vilyam Hacıyevin rayon icra hakimiyyətinin baş mühasibi Cəmil Musayev və başqaları vasitəsi ilə qəbul etdiyi pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, habelə ayrı-ayrı valyutalarda xüsusi qaydada qablaşdırılaraq saxlanılan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilərək götürülüb.

İstintaq araşdırmaları zamanı, sosial-məişət şəraitinin aşağı olması ilə bağlı mənzil növbəsində olan şəxslərə İmişli şəhərində dövlət büdcəsi vəsaiti hesabına inşa edilmiş çoxmənzilli yaşayış binasında növbəli qaydada verilməli olan mənzillərin Vilyam Hacıyev tərəfindən rüşvət müqabilində qanunazidd verilməsinə əsaslı şübhələr müəyyən edilib.

Eyni zamanda, işsiz və aztəminatlı vətəndaşların ictimai işlərə cəlb edilərək aylıq qazanc əldə edə bilmələri üçün əməkhaqqı kartlarına köçürülən məbləğlərin Vilyam Hacıyev tərəfindən ələ keçirilməsinə dair məlumatlar əldə edilib.

Həmçinin Vilyam Hacıyevin rayon ərazisində təmir-tikinti, abadlıq işlərinə, habelə İmişli Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının tikintisinə ayrılan dövlət vəsaitlərinin müəyyən hissəsinin müntəzəm nağdlaşdıraraq mənimsəməsinə dair əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, Vilyam Hacıyevin tabeçiliyində olan vəzifəli şəxslər vasitəsilə yerli icra hakimiyyəti və digər dövlət orqanlarının vəzifəli şəxslərindən, eləcə də rayon ərazisində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşlardan müxtəlif adlar altında pul vəsaitləri tələb edərək almasına dair məlumatlar əldə edilib.

Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Vilyam Hacıyev vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, təkrar rüşvət alma, vəzifə saxtakarlığı faktlarına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda araşdırmalar davam etdirilir".
Milli Məclisin 80-dən çox əməkdaşı işdən çıxarılıb“Milli Məclisdə struktur islahatları davam etdirilir”.

Avrasiya.net xəbər verir ki, bunu APA-ya açıqlamasında Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi müdirinin müavini Mehman Qaibov deyib.

O bildirib ki, struktur islahatları çərçivəsində Milli Məclis Aparatının 40-dan çox əməkdaşı işdən çıxarılıb: “Bir o qədər əməkdaş da İşlər İdarəsində tutduğu vəzifədən azad edilib”.

Qaibov deyib ki, bəzi ştatlar ləğv olunub, bəzi şəxslərin isə vəzifələri dəyişdirilib.
Mənalı ömür yolu 1923-2003Rəşad Rəhmanov
Yeni Azərbaycan Partiyası Siyəzən Rayon təşkilatının sədr müavini

Müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin dünyaya ğöz açmasından 97 il keçir.

1923-cü ilin 10 mayında dünyaya göz açan ailəsinə sevinc bəxş edən bu uşaq kim bilərdi ki, gün gələcək doğulduğu, boy atdığı, yaşadığı ölkəsinə neçə-neçə sevinclər bəxş edəcək və onu dünya səviyyəsinə qaldıracaq, müstəqilliyimizin memarı olacaq.

Misilsiz xidmətlətləri ilə ulu öndərimiz Heydər Əliyev hər zaman Vətəni, xalqı üçün əziz olmuş və əməlləri ilə hər zaman yaddaşlarda yaşayır və yaşayacaqdır. Dahi insan, ulu öndər hələ sağlığında tarixin yaddaşında əbədiləşmiş, böyük azərbaycanlıdır. Ömrünü bir şam kimi Azərbaycanın gələcəyi, rifahı, yüksəlişi üçün əritmişdir. Hər insana dünya səviyyəsinə qədər yüksələn şəxsiyyətə çevrilmək nəsib olmur. İstedadlı insanlar, böyük şəxsiyyətlər üçün zaman və məkan məhdudiyyəti yoxdur. Onlar heç bir zamana və məkana sığmırlar. Bu əsrlərin sınağından çıxan və öz təsdiqini tapan həqiqətdir. Zaman bu həqiqəti də təsdiq edir ki, dünyanın tarixi böyük şəxsiyyətlərin mənalı ömür yoludur. Heydər Əliyevin ömür yolu Azərbaycan tarixidir. Elə bu səbəbdən də bu ömür yolu hər zaman yaddaşlarda yaşayacaq.

Əfsanəvi şəxsiyyət, ulu öndər, böyük rəhbər, ümummilli lider, müasir, müstəqil Azərbaycanın qurucusu, unudulmaz övladı... bu ifadələrin hamısı yalnız ona aiddir, yalnız onun ünvanınadır. Çünki o, Azərbaycan salnaməsində təkrarolunmaz rəhbər, qüdrətli dövlət başçısı, fədakar insan kimi qalıb. Ulu öndər Azərbaycanı dünyaya, dünyanı Azərbaycana tanıtdı. O, Azərbaycanı qorumaq üçün yaşadı, Azərbaycanı yaşatmaq üçün qurub yaratdı. Heydər Əliyevin parlaq dühası onu Azərbaycan xalqının ümummilli lideri zirvəsinə yüksəltdi, dünya siyasətinin nəhənglərindən birinə çevirdi. Azərbaycan xalqı haqlı olaraq bu böyük insanla fəxr edir.

Ulu öndər istər sovet dönəmində, istərsə də müstəqillik illərində qüdrəti və zəkası, böyük müdriklik və uzaqgörənliyi ilə Azərbaycanı dünya dövlətləri sırasında layiqli yerə çıxardı. Qüdrətli Azərbaycan Ordusu yaratdı, cəbhədə atəşkəsə nail oldu, iqtisadiyyatı dirçəldi. Azərbaycanın müasir tarixində misilsiz uğurlara imza atdı. Heydər Əliyev dövrü Azərbaycan tarixinin, mədəniyyətinin, elminin, təhsilinin qızıl dövrünə çevrildi. Türk dünyasının bu böyük oğlunun ən böyük mirası güclü, sabitliyə qovuşmuş Azərbaycan və özünə layiq siyasi varisin yetişdirməsi idi.

Biz fəxr edirik ki, xalqımızın Heydər Əliyev kimi dahi şəxsiyyəti var, həm də bu gün onun yolunu, ideyalarını davam etdirən layiqli Prezidentimiz İlham Əliyev var.