Rusiyalı milyarder intihar etdiRusiyanın ən zəngin iş adamlarından biri hesab edilən Dmitri Bosov ölüb.

Axar.az xəbər verir ki, Bosov evində ölü tapılıb.

Rusiya mediasının məlumatına əsasən, Bosovun cəsədinin yanında silah tapılıb, ehtimal edilir ki, o, intihar edib.
Komitə sədrinin təşəbbüsü ilə daha 8 min ailəyə yardım edilib - VİDEOMilli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanovun təşkilatçılığı və təşəbbüsü, iş adamlarının dəstəyi ilə aztəminatlı ailələrə yardımı kampaniyası davam edir.

Avrasiya.net xəbər verir ki, bu dəfə koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə Heydər Əliyev Fondu və ”Regional İnkişaf” İctimai Birliyi tərəfindən ölkə üzrə həyata keçirilən “Biz birlikdə güclüyük” layihəsinə Cənubi Qafqazın ən böyük quşçuluq müəssisələrindən biri olan “Siyəzən broyler” ASC də dəstək verib.

S.Qurbanov bildirib ki, aksiya çərçivəsində şirkət Ramazan ayı ərzində Siyəzən rayonunda yaşayan 8 min ailəyə istehsal etdiyi məhsullardan ibarət sovqatların çatdırılması prosesinə başlanıb.

Yardım aksiyasının davamı olaraq “Siyəzən broyler” ASC tərəfindən həmçinin, Bakı şəhərində daha 12 min ailəyə ümumi çəkisi 50 tondan çox ərzaq məhsulunun çatdırılması da planlaşdırılıb.

S.Qurbanov prosesə dəstək verən Siyəzən broyler” ASC rəhbərliyinə təşəkkürünü bildirib.
Vilyam Hacıyevə qarşı irəli sürülən ittihamlar məlum olduİmişli Rayon İcra Hakimiyyətin sabiq başçısı Vilyam Hacıyevə qarşı irəli sürülən ittihamlar məlum olub.

Avrasiya.net APA-ya istinadən xəbər verir ki, istintaq orqanı tərəfindən sabiq icra başçısına Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərini aşma), 179-cu (mənimsəmə) və 311-ci (rüşvət alma) maddələri üzrə ittiham verilib.

Qeyd edək ki, Səbail rayon Məhkəməsi tərəfindən Vilyam Hacıyev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Dövlət Təhlükəsizliyi Xidmətinin ötən gün İmişli Rayon İcra Hakimiyyətində (RİH) xüsusi əməliyyat keçirdiyi və RİH başçısı Vilyam Hacıyevin saxlanıldığı barədə məlumat yayılıb.

Bu gün Prezident İlham Əliyev Vilyam Hacıyevin tutduğu vəzifədən azad edilməsi barədə sərəncam imzalayıb.
Şura “İslahatlara dəstək və ictimai nəzarət mexanizmləri” mövzusunda konfrans keçiribBu gün Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası “İslahatlara dəstək və ictimai nəzarət mexanizmləri” mövzusunda konfrans keçirib. Konfransda 300-dən çox QHT sədri, həmçinin bir sıra media qurumlarının nümayəndəsi iştirak edib.

Şura sədri, Milli Məclisin deputatı Azay Quliyev açılış nitqində prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə koronavirusa qarşı aparılan örnək mübarizədən, həmçinin dövlət başçısının ictimai nəzarətin gücləndirilməsi ilə bağlı çağırışının QHT-lərin üzərinə qoyduğu vəzifələr haqqında danışıb. Azay Quliyev bildirib ki, bu gün neqativ halların öncədən qarşısının alınması, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının fəaliyyətində şəffaflığın və hesabatlığın tam təmini üçün vətəndaş cəmiyyəti institutları daha fəal olmalı və bu məqsədlə ictimai nəzarəti gücləndirməlidir. Şura sədri onu da vurğulayıb ki, son günlər bir sıra rayon icra hakimiyyəti başçılarının həbsi bir daha onu sübut edir ki, cənab Prezident İlham Əliyev korrupsiya və rüşvətxorluğa qarşı apardığı mübarizə sistemli və ardıcıl xarakter daşıyır və bu çətin mübarizədə ictimai sektor dövlət başçısını birmənalı və qətiyyətlə dəstəkləyir.
Şura “İslahatlara dəstək və ictimai nəzarət mexanizmləri” mövzusunda konfrans keçirib
Azay Quliyev dövlət başçısının çağırışına dəstək olaraq QHT Şurası ilə Aztv-nin birgə layihəsi kimi həftəlik "İctimai nəzarət" adlı televiziya verilişinin hazırlanması və tamaşaçılarla təqdim olunması haqqında qurumun rəhbəri Rövşən Məmmədovla razılıq əldə olunduğunu da diqqətə çatdırıb.

Sonra konfransın əsas məruzəçiləri olan Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun sədri Sabit Bağırov “Ölkədə aparılan sosial-iqtisadi islahatlara QHT-lərin dəstəyi”, Konstitusiya Araşdırmalar Fondunun sədri Əliməmməd Nuriyev “İctimai nəzarət və etik standartlara riayət olunması”, Müstəqil Hüquq Mərkəzinin sədri Aydın Kərimov “Yeni dövrün çağırışları və vətəndaş cəmiyyətinin üzərinə düşən vəzifələr” mövzusunda geniş məruzə ilə çıxış ediblər.

Onlayn konfransda AZTV- dən Faiq Hüsiyev, REAL TV- dən isə Lalə Nurəddinqızı çıxış edərək təmsil etdikləri televiziya şirkətlərinin Şura ilə hərtərəfli əməkdaşlığa, müxtəlıf mövzuda birgə layihələrin icrasına, ictimai nəzarətin təşkilinə hərtərəfli dəstək verilməsinə hazır olduqlarını bildirdilər.
Şura “İslahatlara dəstək və ictimai nəzarət mexanizmləri” mövzusunda konfrans keçirib
Konfransda Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevaya ölkəmizdə pandemiyanın geniş yayılmasının qarşısını alınması, 200 min ailəyə ərzaq yardımının edilməsi, qana ehtiyacı olan xəstələr üçün geniş qanvermə aksiyasının təşkili istiqamətində və ümumilli həmrəyliyin gücləndirilməsindəki töhfələrinə görə QHT sektoru adından təşəkkür bildirilib. Təşəkkür məktubunun mətnini Milli QHT Forumunun sədri Rauf Zeyni konfrans iştirakçılarının diqqətinə çatdırıb və mətn (əlavə olunur) yekdilliklə qəbul edilib.

Sonra QHT rəhbərlərinin iştirakı ilə müzakirələr davam etdirilib və səslənən təkliflər əsasında iş planın hazırlanması haqqında razılıq əldə olunub.

Azərbaycan Respublikasının birinci vitse-prezidenti,
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya

Hörmətli Mehriban xanım!

Bütün dünyanın koronavirus pandemiyası ilə (COVID-19) əlaqədar yaşadığı bu ağır və çətin günlərdə hörmətli Prezidentimiz cənab İlham Əliyevlə bərabər Azərbaycan xalqının sağlamlığının qorunması yolunda həyata keçirdiyiniz qabaqlayıcı tədbirlərə görə qeyri-hökumət təşkilatlarının “İslahatlara dəstək və ictimai nəzarət mexanizmləri” mövzusunda keçirdiyi ümumrespublika konfransı iştirakçıları adından Sizə dərin minnətdarlığımızı bildiririk.

Azərbaycan rəhbərliyinin peşəkar idarəetmə bacarığı, qətiyyətli qərarları və səriştəli addımları nəticəsində bütün dövlət qurumlarının, özəl və ictimai sektorun potensialı koronavirus pandemiyası ilə mübarizəyə vaxtında səfərbər edildiyindən bu infeksiyanın ölkəmizdə kütləvi insan itkisinə səbəb olmasının qarşısı alındı. Azərbaycan dövləti tibbi-profilaktik tədbirlərlə yanaşı, büdcədən maliyyələşən qurumlarda əməkdaşların maaşlarının ödənilməsini, müvəqqəti olaraq qazanc yerini itirmiş insanlara, həssas təbəqələrin təmsilçilərinə kömək əlini uzadaraq onları birdəfəlik müavinətlər və digər ödənişlərlə təmin etdi. Azərbaycan xalqının ölkə rəhbərliyi ilə sıx birliyinin nümayiş olunduğu bu məsuliyyətli günlərdə ölkəmiz dövlətə dəstək, qarşılıqlı anlaşma, yardımlaşma və xeyriyyəçilik kampaniyalarında milli birliyin və həmrəyliyin ən böyük və parlaq nümunələrini yaşadı.

Hörmətli Mehriban xanım!

Rəhbərlik etdiyiniz, yaradılmasının 16-cı ildönümünü qeyd edən Heydər Əliyev Fondu COVID-19 pandemiyası dövründə bu ümummilli həmrəylik, yardımlaşma və xeyriyyəçilik hərəkatının döyünən ürəyi kimi çıxış edərək tariximizə öz missiyasının qızıl səhifələrini yazdı. Karantin rejimi dövründə reallaşdırdığı xeyriyyəçilik tədbirləri, qanvermə kampaniyası və 200 min ailəyə ümumrespublika aksiyaları ilə ölkəmizin bütün regionlarını əhatə edən Heydər Əliyev Fondu dar günün ən etibarlı dostu kimi yardıma ehtiyacı olan hər kəsin köməyinə çatdı və beləliklə, Sizin qayğıkeş rəhbər məramınızı və ana şəfqətinizi böyükdən-kiçiyə hər kəs hiss etdi.

Bu ağır günlərdə Sizin şəxsən media və sosial şəbəkələr vasitəsilə xalqımıza etdiyiniz səmimi və təsirli müraciətlər insanlarımızı müdhiş təhlükə qarşısında kimsəsiz qalmaq, ümidsizliyə qapılmaq fobiyalarından qorudu. Sizin böyük mənəvi-intellektual potensiala söykənən idarəçilik təcrübəniz, bir həkim olaraq gərgin zəhmət və əməyiniz sayəsində ölkənin bütün həkimləri, tibb işçiləri və səhiyyə ocaqlarının əməkdaşları yorulmaq bilmədən gecə-gündüz pandemiya ilə mübarizədə yüksək peşəkarlıq nümayiş etdirirlər. Azərbaycan xalqı və vətəndaş cəmiyyəti Sizin bu zəhmətinizi böyük minnətdarlıq hissi ilə yüksək qiymətləndirir.

Hörmətli Mehriban xanım!

Dünyanın ən böyük və tanınmış fondlarından olan Heydər Əliyev Fondunun xalqımızın və dövlətimizin güclənməsi, vətəndaşlarımızın sağlamlığı və sosial rifahı naminə həyata keçirdiyi misilsiz fəaliyyətə, pandemiyanın mənfi nəticələrinin aradan qaldırılması sahəsində irəli sürdüyü vacib təşəbbüslərə və icra etdiyi mühüm layihələrə görə ölkədə fəaliyyət göstərən QHT-lər adından bir daha Sizə təşəkkür edir, bu cür çətin və şərəfli missiyada Sizə, Fondun bütün kollektivinə uğurlar arzulayırıq.

Sizə dərin hörmətlə,

Qeyri-hökumət təşkilatlarının “İslahatlara dəstək və ictimai nəzarət mexanizmləri” mövzusunda keçirilmiş ümumrespublika konfransının iştirakçıları: 308 QHT

Bakı şəhəri, 6 may 2020-ci il
Alimammed Nuriyev Sabit Bagirov Faraset Gurbanov Senan Najafov Rauf Zeyni Beyler Aliyev Mehdiyeva Məhbubə
Azərbaycan idmanının uğur salnaməsi !Dövlətimiz qədim idman ənənələrinə malik və zamanla idmanın inkişafı naminə bütün qüvvəsini səfərbər etmiş ölkələrdən olmuşdur. Tarixən ölkəmizdə idmanın müxtəlif növləri inkişaf etmişdir. Amma idman sahəsinin çiçəklənməsi dövrü təxminən keçən əsirin ikinci yarısından başlanmışdır. Xeyli sayda idman komplekslərinin, meydançalrın, zalların, idman-sağlamlıq mərkəzlərinin və s. tikilməsi, təmirə ehtiyacı olanların yüksək keyfiyyətlə təmir olunması, idmançılara xüsusi qayğı və diqqət məhz bu dövürlərin idman uğurlarının göstəricisi idi.

Azərbaycanın dövlət müstəqilliyi qazandığı ilk illərdə, iqtisadi böhranın təsiri bütün sahələrlə yanaşı idmana da təsir etmiş və idman siyasəti diqqətdən kənarda qalmışdı. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə idmana münasibət və qayğı tam dəyişdi. Ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildi və bununlada idman sahədə yüksəlişin bünövrəsi qoyuldu. O dövürdə olimpiya hərəkatına qoşulmaq da Azərbaycanın bir idman ölkəsi kimi beynəlxalq aləmdə tanınması və nüfuznun artmasına səbəb oldu.

Ulu öndər Heydər Əliyev idmançıların cəmiyyətdə rolunun və nüfuznun artması, özlərinə layiqli pillələrdə təmsil olunmaları üçün əlindən gələni əsirgəməmişdir. Dövlətin uğurlu idman siyasətinin həyata keçirilməsi üçün 1994-cü ildə Gənclər və İdman Nazirliyi yaradıldı.

Dövlətin gənclər və idman siyasətinin həyata keçirilməsi üçün Heydər Əliyevin 26 iyul 1994-cü il tarixli fərmanının böyük tarixi əhəmiyyəti var idi. Bu mənada 1994-cü ili ölkəmizin idman həyatında dönüş ili adlandırmaq olar. 1995-ci il martın 5-də dövlət başçısının imzaladığı yeni bir fərmana əsasən respublikada əhali arasında sağlam həyat tərzinin təbliği, bədən tərbiyəsinin maddi-texniki bazasının inkişaf etdirilməsi, bu istiqamətdə ümumxalq yardımının təşkil olunması məqsədilə gənclərin idmana marağını artırmaq və Azərbaycanın idman sahəsində beynəlxalq nüfuznun artırılması üçün Azərbaycan Prezidenti yanında fond yaradıldı. Respublikada bədən tərbiyəsinin kütləviliyinə nail olmaq, yüksək nailiyyətlər əldə etmək və dünyada yüksək zirvələrdə Azərbaycan bayrağını qaldıracaq idmançılar hazırlamaq üçün bu sahə ilə sıx məşğul olan qurumlar qarşısında öhtəliklər qoymuşdu. Azərbaycanda beynəlxalq, ölkə birinciliklərinin və digər yarışların keçirilməsi, idmançılarımızın beynəlxalq yarışlarda iştirakının təmin edilməsi, yüksək nəticələri olan idmançılara diqqət və qayğı göstərilməsi, uşaq və yeniyetmələrin daha geniş miqyasda idmana cəlb olunması, həmçinin, idman bazalarının, stadionların, meydança və zalların qorunması, bərpası və təyinatı üzrə istifadəsinin təmin edilməsi, yeni idman bazalarının, meydançalarının, stadion və zalların tikilməsi, zəruri avadanlıqlarla təchizatı, idman klublarının açılması, mütəxəssislərinin yetişdirilməsi məsələləri həyata keçirilməli əsas tədbirlər sırasına daxil edilmişdi.

Bütün bu gərgin işlərin nəticəsi olaraq idmançılarımız qısa zamanda möhtəşəm qələbələrə imza atdılar, bayrağımız beynəlxalq arenalarda dalğalanmağa başladı. 1997-ci ildə cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi idman sahəsində uğurlu inkişafın əsas mərhələsi oldu. Milli Olimpiya Komitəsinin prezidenti olduğu ilk dövürlərdən Cənab ilham Əliyev Azərbaycanda idmanın bütün sahələrinin inkişafı, idmançılara yüksək səviyyədə qayğı və diqqətı, idman komplekslərinin müasir tələblərə cavab verəcək səviyyəsində qurulması və ən əsası Olimpiya Oyunlarında idmançılarımızın iştirakı üçün xeyli işlər görmüşdür. Məhz bu gərgin zəhmətin nəticəsidir ki, bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınaraq böyük nüfuz qazanmışdır. 1972-2000-ci illər ərzində dövlətin idmana yüksək qayğı və diqqətinin bəhrəsi kimi Azərbaycan Olimpiya Oyunlarında təmsil olundu (XX Yay Olimpiya Oyunları, 1972, Münhen, XXI Yay Olimpiya Oyunları, 1976, Monreal, XXII Yay Olimpiya Oyunları, 1989, Moskva, XXVI Yay Olimpiya Oyunları, 1996, Atlanta, XXVII Yay Olimpiya Oyunları, 2000 Sidney). Həmin oyunlarda olimpiyadaçılarımız 6 qızıl, 6 gümüş və 2 bürünc medal qazanmışlar.

Azərbaycanı dünyada tanıdan, böyük nüfuza sahib olduğunu sübut edən fəaliyyətlərdən biri də beynəlxalq idman oyunlarına və turnirlərə yüksək səviyyədə ev sahibliyi etməsi olmuşdur. 2000-ci ildən sonra ölkədə bir çox beynəlxalq səviyyəli oyunlar, turnirlər keçirilib. Bu oyunlardan ilki 2003-cü ildə keçirilən yeniyetmə cüdoçuların Avropa çempionatı olub. Oyunlar Bakıda, Heydər Əliyev adına İdman - Konsert Kompleksində keçirilib. Yarışda 30 ölkədən 300-dək cüdoçu iştirak edib. Bundan 1 il sonra isə 2004-cü ildə Azərbaycanda bədii gimnastika üzrə dünya kuboku uğrunda yarış keçirilmişdir. Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçirilən yarışda dünyanın 22 ölkəsindən 47 gimnast iştirak edib. 2004-cü ildə keçirilən irimiqyaslı turnirlərdən biri də Taekvondo üzrə Avropa Olimpiya lisenziya turniri olmuşdur ki, bu da Bakı İdman Sarayında keçirilib.

Turnirdə Avropanın 39 ölkəsindən 268 idmançı mübarizə aparıb. Bədii gimnastika üzrə 27-ci dünya çempionatı da 2005-ci ildə Azərbaycanda keçirilib. Çempionat Heydər Əliyev adına İdman-Konsert kompleksində keçirilib. 47 ölkəni təmsil edən gimnast qızlar yarışda iştirak ediblər. 2006-cı ildə Respublikada baş tutan digər bir çempionat hərbçilərin güləş üzrə 24-cü dünya çempionatı olub. Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçirilən çempionatda sərbəst güləş və yunan-Roma güləşi üzrə yarışlar baş tutub. Çempionatda 20 ölkənin 200-dən çox pəhləvanı mükafatlar uğrunda mübarizə aparıb. Sərbəst, klassik-Roma güləşi və qadın güləşçilərin dünya çempionatı isə 2007-ci il sentyabr ayında Heydər Əliyev adına İdman-Konsert Kompleksində baş tutub. Sərbəst, klassik-Roma güləşi və qadın güləşçilər dünya çempionatı uğrunda mübarizə aparıblar. Mübarizədə 102 ölkədən 2500-dən çox idmançı iştirak edib. Azərbaycanın paralimpiya hərəkatı tarixində Bakıda keçirilən ilk mötəbər yarış 2007-ci ildə paralimpiyaçı cüdoçular arasında Avropa çempionatı olub. Pekin Yay Paralimpiya Oyunlarına lisenziya qazanmaq xarakteri daşıyan yarışda Fransa, Böyük Britaniya, Finlandiya, İtaliya, Serbiya, Macarıstan, İspaniya, Almaniya, İsveç, Türkiyə, Ukrayna, Bolqarıstan, Rusiya, Latviya, Litva və Yunanıstanı təmsil edən 100-dən çox idmançı iştirak etmişdir.

2009-2012-ci illərdə Respublikamızda keçirilən idman oyunları da ölkəmizin beynəlxalq aləmdə idman ölkəsi kimi tanınmasında böyük rol oynamışdır. 2009-cu ildə Bakıda keçirilən bədii gimnastika üzrə 25-ci Avropa çempionatında dünyanın 32 ölkəsindən 186 gimnastı iştirak etmişdir. Elə həmin il ölkədə qaydasız döyüş üzrə Dünya kuboku da keçirilmişdir (Bakı İdman Sarayında). Yarışda Azərbaycan millisi də daxil olmaqla, 25 ölkəni təmsil edən 120-dən çox idmançı mükafat uğrunda mübarizə aparmışdır. 2010-cu ildə ölkəmizdə Heydər Əliyev adına İdman-Konsert Kompleksində daha fərqli bir idman növü üzrə Qılıncoynatma üzrə gənclər və kadetlər arasında yarış keçirilib. Bu yarışlarda dünyanın 87 ölkəsindən 1565 idmançı iştirak etmişdir. 2010-cu il ərzində keçirilən daha bir çempionat bodibildinq üzrə olub ki, burada 64-cü dünya çempionatında 63 ölkənin idmançısı birincilik uğrunda mübarizə aparıb. Mübarizə bodibildinqçilər arasında həyata keçirilib.

2010-cu ildə ölkəmizin paytaxtında keçirilən mötəbər yarışlardan biri də gənclər arasında boks üzrə dünya çempionatı olub və bu oyunlar Bakı Sərhədçi Olimpiya İdman Mərkəzində keçirilmişdir. Çempionatda 96 ölkədən 500 idmançı iştirak edib. Sərbəst, yunan-roma və qadın güləşi üzrə Avropa çempionatı da 2010-cu ildə Bakıda Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçirilib. Bu yarışda Azərbaycan da daxil olmaqla, 36 ölkədən 383 idmançı sərbəst, yunan-roma güləşi üzrə mübarizə aparıb.

Ölkəmizdə keçirilən daha bir idman yarışı da Cüdo üzrə "World Masters" beynəlxalq turniri olub və 2011-ci ildə Bakıda keçirilib. Reytinq xalları verən World Masters seriyasında 42 ölkəni təmsil edən 300-dən çox idmançı mübarizə aparıb. Cüdo üzrə Dünya Kuboku bu il ərzində baş tutan lisenziya xarakterli yarışlardan olub. Yarış Sərhədçi İdman Olimpiya Mərkəzində baş tutub. Bu yarışlar 2012-ci il London Yay Olimpiadasına lisenziya xarakteri daşıyırdı. Boks üzrə XVI Dünya Çempionatı da 2011-ci ilin sentyabrın 26-dan oktyabrın 8-dək Bakıda keçirilib. Çempionatda 113 ölkədən 570 boksçu mübarizə aparıb. Bu, ölkələrin və idmançıların sayına görə rekord göstəricidir.

2012-ci ildə isə Yeniyetmələr arasında sərbəst, yunan-roma, qadın və çimərlik güləşi üzrə dünya çempionatı respublikada keçirilib. 21-27 avqust tarixini əhatə edən yarışda 41 ölkədən 850 idmançı iştirak edib. 22 sentyabr - 13 oktyabr tarixlərində isə 17 yaşlı qızlar arasında futbol üzrə dünya çempionatı baş tutub. 2012-ci ildə keçirilmiş yarışda 16 ölkədən yaşı 17-dən aşağı olan futbolçu qızlar iştirak edib. Bu, Azərbaycanda keçirilən ilk FİFA tədbiri və Avrasiyada baş tutan ilk U-17 qadınlararası dünya çempionatı olub. Bu il ərzində Bakıda ilk keçirilən yarışlardan biri də "GT3 və klassik Formula 1" yarışı olub. Oktyabrın 26-28-də Bakıda ilk dəfə keçirilən yarışların "City Challenge" Bakı avtoparadı keçirilib. Yarışda 10 komanda (hər birində 2 sürücü olmaqla) iştirak edib və 2,1 kilometrlik yarış zolağını qət ediblər. Yarış 300 milyon izləyicini əhatə etmiş, 120 ölkədə televiziya kanalları vasitəsilə yayımlanmışdır.

Azərbaycan idman tarixinin ən şərəfli səhifələrindən biridə “Bakı-2015” Avropa Oyunları olmuşdur. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi ilə “Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsi bu irimiqyaslı tədbirə hazırlıq işlərini cəmi iki il yarım müddətdə başa çatdırdı. Azərbaycanın bu məsuliyyətli işin öhdəsindən layiqincə gəldi və çox qısa zaman ərzində Oyunların keçirilməsi üçün hər cür şərait yaradıldı.
Yarışlarda Avropanın 50 ölkəsinin 10000 idmançısı mübarizə aparıb. Yarışlarda Bakının 11, Mingəçevirin isə 1 idman qurğusundan istifadə olunub. 2015 Avropa Oyunlarının təqviminə 30 idman növü daxil edildi. Onlardan 24-ü Olimpiya, 6-sı isə qeyri-Olimpiya idman növüdür. Yarışlarda idmançılar 253 dəst medal uğrunda yarışıb. Avropa Oyunlarının açılış mərasimi 12 iyun tarixində Bakının Olimpiya Stadionunda baş tutub. Açılış mərasimində Avropa Oyunlarını rəsmi olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açıq elan edib. Yarışlarda 50 ölkənin 10 000 idmançısı 30 idman növündə mübarizə aparıb. 17 gün davam edən yarışlar 28 iyun tarixində Bakı Olimpiya Stadionunda yekunlaşıb. Yarışlarda qeyri-rəsmi medal cədvəlində ilk sıranı Rusiya Federasiyasının idmançıları tutub. Onlar I Avropa Oyunlarında 79 qızıl, 40 gümüş və 45 bürünc, ümumilikdə 164 medal qazanıb. İkinci sıranı isə ev sahibi Azərbaycan idmançıları tutdu. Yarışlara 289 idmançı ilə qatılan Azərbaycan 21 qızıl, 15 gümüş və 20 bürünc, ümumilikdə 56 medal qazanıb. Üçüncü sıra isə Böyük Britaniya idmançılarına nəsib olub. Onlar 18 qızıl, 10 gümüş və 19 bürünc medal qazandı və I Avropa Oyunlarını 47 medalla başa vurublar.

Azərbaycanda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadası”, “Formula-1” yarışları ilə yanaşı nüfuzlu və mötəbər yarışlardan biri də İslam Həmrəylik Oyunları olmuşdur. 2015-ci il sentyabrın 18-də Azərbaycan Prezidenti İlham Əliyev IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalamışdır. Heydər Əliyev Fondunun prezidenti, Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva Təşkilat Komitəsinin sədri təyin olunmuşdur. Sentyabrın 23-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin birinci iclası keçirilmişdir. 2017-ci il aprelin 21-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin yekun iclasını keçirdi və Bakı oyunlara tam hazır idi. 12-22 may 2017-ci il tarixində keçirilən yarışlarda 21 idman növü üzrə 56 dövlətin 6000-ə yaxın idmançısı mübarizə aparmışdır. Medalların sayına görə Türkiyə yığması fərqlənmişdir.

Belə ki, Türkiyə yığması ümumilikdə 195 medal qazanmaqla yekunda medal sayında brinci pilləni tutmuşdur. Türkiyə yığması həmçinin gümüş və bürünc medalların sayında da ilk pillədə qərarlaşmışdır. Lakin Azərbaycan yığması əldə etdiyi qızıl medalların sayına görə son nəticədə medal sıralamasını birinci pillədə bitirməyə nail olmuşdur. 14 ölkənin yığması isə turniri medalsız başa vurmuşdur.
Dünya idman tarixinə öz imzasını atmış və beynəlxalq aləmdə lazımı nüfuzunu qazanmış ölkəmiz 2017-ci ildə ilk dəfə Bakıda qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsinə və digər yarışlara da ev sahibliyi etmişdir.

Bu gün, idmanla yanaşı bütün sahələrdə Azərbaycan Demokrtaik Respublikası öz tarixinin çox şərəfli, sürətli inkişaf və tərəqqi dövrünü yaşamaqdadır. Bütün bu naliyyətlər Cənab Prezidentimiz İlham Əliyev və I Vitse Prezident Mehriban xanım Əliyeva tərəfindən xalqın milli maraqlarına əsasən həyata keçirilən siyasi xəttin nəticəsidir. Biz də öz növbəmizdə səlahiyyətlərimiz daxilində, dövlətimizin inkişafı, eləcədə Azərbaycan idmanının uğur salnaməsini daha da zənginləşdirmək naminə əlimizdən gələni edəcəyik.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və
İdman Akademiyasının İdman işləri üzrə
prorektoru, professor Yusif Babanlı
Həyat iki rəngdən ibarət deyil“Yaxşı nədir, pis nədir”. Vladimir Mayakovskinin şeiridir.
Bu çeiri əzbərləmək məcburiyyətində qaldığımız dönəmdə bizə sırınan, yaxud ətrafına iki rəngdən ibarət ideoloji çəmbər çəkilmiş həyat o qədər sadə, o qədər bəsit idi ki - Yaxşı və pis, ağ və qara, xeyir və şər... Elə dünyanın özü də iki geosiyasi qütbdən ibarət idi...

Sovet ideologiyası teoloji dualizm – diteizm üzərində formalaşmışdı və bu baxımdan da aşağı və orta intellektli insanın şüurunun alt qatlarına varmağı, təhtəlşüur olaraq qavrama mexanizminə çevrilməyi bacarmışdı. Təbii ki, bütün dinləri “kütlələr üşün tiryək” hesab edən sistem təməl ideologiyasının teoloji dualizmə söykəndiyini etiraf edə bilməzdi. Amma hind mədəniyyətinin kütləvi təbliği, zaroastrizmin, bütövlükdə isə teoloji dualizmin açıq şəkildə keçdiyi bütün dini-fəlsəfi nəzəriyyələrin qadağa və basqılardan kənarda qalması nəzərə alınarsa, prosesi bu günün baxış bucağından ideoloji vərəsəliyin dolayısıyla etirafı kim də dəyərləndirilmək olar.

Mətləbə bir az uzaqdan yol aldım və təbii ki, bunun da öz səbəbləri var. Çünki nə müasir insanı, nə cəmiyyəti, nə də dünyanı iki rəng çalarının arasındakı məsafədən dəyərləndirmək mümkün deyil. İnsan psixologiyasının çalarları, az qala hər gün artır və özünü həm fərdlərin davranışlarında, həm toplumsal, həm də kürəsəl proseslərdə büruzə verir. Yəni dünya iki rəngdən ibarət deyil...

Amma biz hələ də iki rəngin arasında sıxışıb qalmışıq. Hələ də bu iki rəngin sini siyasi boyaları ilə bəzədilmiş obrazlarının arasında var-gəl edir, kimin “ağ”, kimin “qara, yaxud “yaxşı” və “pis” olduğunu müəyyənləşdirməyə çalışır. Halbuki çağdaş siyasi proseslərdə haqqında söz açdığım rənglər və boyalar keçici texnologiya vasitələrindən başqa bir şey deyil. Məsələn, Yaxın, orta Şərqdə, Aralıq dənizi hövzəsində “rəngli inqilab” senariləri işə düşəndə yazılarımdan birində Qərbin qanunsuz hərbi birləşmələrə münasibətdə “yaxşı terrorçu” - “pis terrorçu” yanaşmasına diqqət çəkmişdim. Sonra isə ABŞ Prezidenti Franklin Ruzveltin adına çıxılan və onun guya Nikaraquanın dövlət başçısı haqqında söylədiyi iddia olunan məşhur “Samosa ola bilsin ki, köpək oğludur, amma bizim köpək oğludur” deyimini də misal çəkmişdim...
İndiki məqamda Ruzveltin Samosa haqqında bu sözləri deyib-demədiyi önəmli deyil, önəmli olan bu sözlərin həqiqəti əks etdirməsidir...

...Dualizmdən Ruzveltə, Samosaya qədər yazdıqlarım, son günlər ölkəmizdə cərəyan edən proseslərə ayrı-ayrı siyasət və media adamlarının, sosial şəbəkə istifadəçilərinin mülahizələrinə, bu xüsusda aparılan müzakirələrə yan almaq xarakteri daşıyır. Gəmi kimi... Ləngər vura-vura... Vəssalam.

Hər gün imkan düşdükcə ifşa olunan korrupsioner məmurların, icra başçılarının saxlanılması ilə bağlı aparılan müzakirələrlə tanış olmağa çalışıram. Fərqli yanaşmalar var, təbii ki, amma əsasən, yenə də dəyərləndirmələrin əksəriyyəti “yaxşı və pis icra başçısı” müstəvisindən kənara çıxmır. Tutduğu vəzifədən, daşıdığı statusdan asılı olmayaraq müzakirəyə qoşulan, yaxud baş verənlərə münasibətini açıqlayan şəxslərin çoxu prosesə fərdi, yaxud koprporativ maraqlar çərçivəsindən yanaşmaqla kifayətlənir. İşləri keçən, yaxud xahişlərinə yox deməyən icra başçıları “yaxşı”, bunun əksini edənlər, yaxud konkret şəxsin personasına diqqət yetirməyənlər isə “pis” “qiymətlə” mükafatlandırılırlar. İslahatlar, icra başçılarının, məmurların korrupsiyaya bulaşmalarının səbəbləri, onları həbsə aparan yolun əvvəlindən sonunadək cərəyan edən hadisələr qalır bir kənarda.

Bu yanaşmalarla isə ayrı-ayrı fərdlərin, bütövlükdə isə toplumun dünyagörüşündə fundamental dəyişikliklərə nail olmaq mümkün deyil. Toplumun islahatlar haqqında təsəvvürləri, əsasən ayrı-ayrı məmurların həbsi, yaxud işdən azad olunması ilə məhdudlaşır. Əksər hallarda aparılan kadr dəyişikliklərinin, struktur islahatlarının təməl mahiyyətinin özü də insanlar üçün aydın olmur. Məmur işdən çıxarıldı, başqası ilə əvəz olundu... Sonra? Nə dəyişəcək və bu dəyişikliyin baş verməsi üçün ayrı-ayrı vətəndaşlar, bütövlükdə cəmiyyət nə etməlidir? İslahatları dəstəkləmək lazımdır, əlbətdə, bu yanaşmanı mütləq əksəriyyət başa düşür. Amma necə? Fərdlərin, cəmiyyətin, siyasi partiyaların, medianın, qeyri-hökumət təşkilatlarının bu prosesdə iştirakı nədən ibarət olmalıdır? Aydın deyil. Məncə konkretliyin zamanı çoxdan çatıb...

Məmurların rüşvət almasından demək olar ki, cəmiyyətin hər bir üzvü danışır. Amma bu “rüşvətalma” prosesində ikinci tərəfin olduğu haqda çox az adam söhbət açır. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev həm parlamentdəki çıxışlarında, həm də müsahibə və açıqlamalarında bu məsələyə bir neçə dəfə toxunub. Bəs rüşvət verən, məgər onun heç bir günahı yoxdur? Və yaxud vətəndaşın məmura, konkret halda icra başçısına rüşvət verməsinin səbəbi nədir? Korrupsiyaya, rüşvətə zəmin yaradan mühiti “münbitləşdirən” amillər hansılardır? Səbəblər aradan qaldırılmadıqca, problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlər müvəqqəti və keçici xarakter daşıyacaq.

Bu prosesdə ən ağrılı nöqtələrimizdən biri və bəlkə də birincisi ictimai nəzarət mexanizmlərinin kifayət qədər zəif və bir çox hallarda formal xarakter daşımasıdır. Yerli icra hakimiyyəti orqanlarının əksəriyyətində ictimai nəzərət şuraları formalaşdırılmayıb. Kimsəyə sirr deyil ki, mərkəzi icra strukturlarının çoxunda formalaşdırılan ictimai nəzarət şuralarının üzvləri, əsasən müvafiq icra orqanı üçün “təhlükə” yaratmayacaq, “ləbbeyk” deyəcək, yaxud həmin qurumun sözçüsü kimi çıxış edəcək öncədən “süzgəc”dən keçirilmiş adamlar arasından seçilirlər. Bu problemin aradan qaldırılması üçün isə ictimai nəzarət şuralarının formalaşdırılması mexanizmlərinə yendən baxmaq lazımdır. İctimai şuraların formalaşdırılması prosesində müvafiq icra hakimiyyəti orqanının iştirakına və müdaxiləsinə, heç bir halda imkan verməyən mexanizmlər yaradılmalı və tətbiq olunmalıdır.

Bu arada qeyd edim ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının mayın 6-da keçirilən videokonfransında ictimai nəzarətlə bağlı problemlər ətraflı müzakirə olundu. Şuranın sədri, millət vəkili Azay Quliyev, QHT rəhbərləri Sabit Bağırov, Əliməmməd Nuriyev və digər şəxslər ictimai nəzarət insitutunun tətbiqi ilə bağlı proeblemlər haqqında kifayət qədər açıq danışdılar. Bu mövzuda belə bir açıq müzakirənin başladılması isə, qənaətimiə görə mühüm əhəmiyyət kəsb edir və prosesin davamlı olaraq həyata keçirilməsinə ehtiyac var.

İctimai Şuraların formalaşdırılması ilə bağlı dünyada tətbiq olunan mexanizmlərin sayı isə yetərincədir.
Məsələn, Macarıstanda Vətəndaş Proqramları Fondunun ictimai şurasının 15 üzvündən 10-u vətəndaş cəmiyyəti insitutlarının, 3 nəfər hökumətin, 2 nəfər isə parlamentin təmsilçiləri arasından seçilir. Braziliyada şəhər şurasının 48 üzvündən 46-nı vətəndaş cəmiyyətinin təmsilçiləri təşkil edir. Yalnız 2 üzv dövlət orqanlarını təmsil edir ki, onların da səsvermə hüququ olmur.

Fransanın Sosial-İqtisadi Şurasının 231 üzvündən 68-i sahə üzrə peşəkar mütəxəssislər arasından seçilərək, hökumət tərəfindən təyin olunur. Şuranın 163 üzvünü isə qeyri-hökumət təşkilatları və həmkarlar ittifaqları müəyyənləşdirir.

Təbii ki, ictimai şuraların formalaşdırılmasında ən önəmli məsələ, onların tərkibinin kimlərdən ibarət olacağından daha çox, bu tərkibin necə seçilməsidir.
Burada da beynəlxalq təcrübəyə müraciət etmək olar. Bununla bağlı apardığım araşdırmalarda, ən çox bəyəndiyim ABŞ-ın Deyton ştatının təcrübəsi oldu. Bu ştatda şəhər şuralarının üzvləri ictimaiyyət nümayəndələri arasından və səsvermə yolu ilə seçilir. Səsvermədə iştirak etmək üçün isə 25 seçicinin imzasını toplamaq lazımdır. Bu mexanizmin daha da təkmilləşdirilməsi və innovativ vasitələrlə həyata keçirilməsi mümkündür. QHT Şurasının layihələrin seçilməsində tətbiq etdiyi səsvermə mexanizmindən ictimai şuraların tərkibinin formalaşdırılmasında da istifadə etmək olar.

Korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) həyata keçirdiyi əməliyyatlar, şübhəsiz ki, təkcə cinayətkarların məsuluyyətə cəlb edilməsi baxımından deyil, həm də islahatların qarşısını kötük kimi kəsməyə çalışanların ənənəvi “münbit torpaq”larından çıxarılması və islahatların geriyədönməz bir proses olduğu barədə cəmiyyətə verdiyi mesaj kimi də mühüm əhəmiyyət kəsb edir. Bununla yanaşı, uzun illər ərzində nəinki “bəhər” verməyən, hətta “yarpaq” belə “aça” bilməyən, şirəsovuran kötüklərin qidalandığı “torpağın” özünü də təmizləmək lazımdır. İcra hakimiyyəti orqanlarının səlahiyyətlərinin əhəmiyyətli hissəsi bələdiyyələrə verilməli, bələdiyyələr üzərində şəffaf ictimai nəzarət mexanizmləri tətbiq olunmalıdır.

Bir necə cümlə də islahatların həyata keçirilməsində vacib eleməntlərdən biri olan kadrlar haqqında yazmaq istəyirəm. Təbii ki, struktir islahatları və kadr siyasətinin nəticəsi özünü müəyyən bir zaman kəsiyindən sonra daha qabarıq büruzə verəcək.

Amma bəzən nisbətən “aşağı səviyyə”lərdə müşahidə etdiyim bəzi məqamları da bölüşməyi özümə borc bilirəm: Hesab edirəm ki, bu və ya digər striktura, xüsusilə də ictimaiyyətlə sıx təmasda olan qurumlara kadrları “paraşütlə” atmazdan öncə onları harada, kimlərlə və necə çalışacaqları barədə təlimatlandırmaq, görəcəyi işin incəliklərini öyrətmək lazımdır ki, bu adamlar da öz növbəsində peşəkar, abırlı, özünə hörmət və xalqa, Vətənə, dövlətə sədaqətlə xidmət edən insanlara “dəvə nalbəndə baxan kimi” baxmasınlar. Anlamadıqları, bilmədikləri məsələlər haqqında mülahizələr yürüdüb, anlayanların və bilənlərin arxasınca şit-şit irişməsinlər.
Bunu sözgəlişi yazdım...

P.S. Dəyərli oxucular, bu yazıda Sizinlə birlikdə teoloji dualizmdən, sovet ideologiyasından, Ruzveltdən, Samosadan ictimai nəzarət mexanizmlərinədək “yol” gəldik. Amma yenə də qənaətim dəyişmədi. Kimin olmasından asılı olmayaraq, “yaxşı köpək oğlu”, “pis köpək oğlu” bölgüsü bütün müstəvilərdə ədalət prinsipinin ayaqlar altına atılmasına zəmin yaradır. Mənə görə, qanunlar, onların aliliyinin təmin edilməsi üçün vazkeçilməz olan ictimai nəzarət mexanizmləri, məsuliyyət, intellekt, peşəkarlıq, çevik qərarlar qəbul etmək bacarığı bütün problemlərinin həllinin aşarıdır.

Heç yaxşı və ya pis adam anlayışı da yoxdur. Və həyat iki rəngdən ibarət deyil!

Elçin Mirzəbəyli
Nazirlik döyüldüyünü iddia edən jurnalisti TƏKZİB ETDİGədəbəydə anew.az saytının müxbirinin DSMF rayon şöbəsində döyülməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

Avrasiya.net-in məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov bildirib.

F.Talıbov qeyd edib ki, Qənbərov Zaur Ələddin oğlu mayın 4-ü saat 11.05-də şöbənin inzibati binasında şöbə müdirinin müavini İbrahim Ələsgərovun otağına gələrək onu təhqir edib:

“Səs-küyə sürücü İsfəndiyar Qələndərov otağa daxil olarkən, onu da hədələyərək sürücüylə mübahisə edib. İdarənin müdirini və işçiləri təhqir edib. Hədə-qorxu gəlib. İdarənin iş ahəngini 40 dəqiqəyə yaxın pozub”.

“Zaur Qənbərovla bağlı insidentə və onun hərəkətlərinə hüquqi qiymət verilməsi üçün DSMF-in yerli şöbəsi tərəfindən Gədəbəy rayon Prokurorluğuna müraciət olunub”,-deyə nazirlik rəsmisi qeyd edib.

Zaur Qənbərov sosial şəbəkədəki paylaşımında DSMF-nin Gədəbəy rayon şöbəsində döyüldüyünü bəyan etmişdi.
Prezidentin işdən çıxartdığı başçı məhkəməyə gətirildiİmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyev məhkəməyə gətirilib.

Avrasiya.net xəbər verir ki, Səbail Rayon Məhkəməsində onun barəsində həbs-qətimkan tədbirinin seçilməsi barədə istintaq orqanınının təqdimatına baxılır.

Qeyd edək ki, mayın 5-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları İmişli Rayon İcra Hakimiyyətinin binasında əməliyyat keçirib.

Prezident İlham Əliyev mayın 6-da Vilyam Hacıyevin İmişli Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
“Təklif edəcəyik ki, karantin rejimi sərtləşdirilsin”“Karantin rejiminin yenidən sərtləşdirilməsi bizdən asılıdır. Biz deyəndə siz, mən və hər birimizdən asılıdır”.

Avrasiya.net-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev bildirib.

O deyib ki, yoluxma hadisəsi çoxaldıqda, xəstəxanalarda yer məhdudiyyəti yarandıqca, karantin rejimin sərtləşdirilməsi gündəmə gələcək:

“Biz görsək ki, çoxalan xəstələrin öhdəsindən gələ bilmirik, çıxışlar edəcəyik. Təklif edəcəyik ki, karantin rejimi sərtləşdirilsin. Təbii ki, son qərar Nazrirlər Kabineti yanında Operativ Qərargah tərəfindən veriləcək”.
Məmurun jurnalisti döyməsi faktı araşdırılırDaxili İşlər Nazirliyi (DİN) jurnalist Zaur Qəmbərovun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Gədəbəy rayon şöbəsinin rəhbəri Elsun Xudaverdiyev və onun sürücüsü İsfəndiyar Qələndərov tərəfindən döyülməsi hadisəsi ilə bağlı açıqlama verib.

Avrasiya.net xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun əməkdaşı, polis baş leytenantı Eşqin Qasımov Report-a bildirib ki, ilkin materiallar toplanıb və baxılması üçün aidiyyəti üzrə Gədəbəy Rayon Prokurorluğuna göndərilib.

Qeyd edək ki, Anyus.az xəbər portalının müxbiri Z.Qəmbərovun sayta daxil olan şikayətçi sorğusu əsasında araşdırma aparmaq üçün DSMF-nin Gədəbəy rayon şöbəsində olarkən həmin şöbənin rəhbəri E.Xudaverdiyev və özünü onun sürücüsü kimi təqdim edən İ.Qələndərov tərəfindən döyülməsi, jurnalistin mobil telefonunun həmin şəxslər tərəfindən sındırıldığı barədə məlumat yayılıb.