Quranda adı keçən məşhur quş Azərbaycanda - FotoGöyçayda nadir hallarda görünən Əbabil quşuna rast gəlinib.

Axar.az xəbər verir ki, bu quş rayon sakini Səid İsmayılovun həyətinə düşüb. Ev sahibi həyətə düşən quşu ilk dəfə gördüyü üçün tanımadığını bildirib. Araşdırmalar zamanı bu canlının Əbabil quşu olduğu məlum olub.

Səid İsmayılov həyətində başqa növ quşlar bəslədiyi üçün tapdığı Əbabil quşuna da böyük diqqətlə yanaşır. Ona qidalanmaq üçün lazım olan yem və ət verir.

Səid İsmayılov bu quşu bir neçə gün saxladıqdan sonra onu azad edəcəyini bildirib.

Qeyd edək ki, Əbabil quşları barədə Qurani-Kərimin 5 ayədən ibarət olan “Fil” surəsində, yəni 105-ci surədə söhbət açılır. Yəmən hökmdarı Əbrəhə döyüş filləri ilə birlikdə Kəbəni dağıtmaq üçün Məkkə üzərinə hücum edəndə Allahın əmri ilə bir dəstə Əbabil quşu Qırmızı dəniz tərəfdən uçub gəlir. Onların hər biri dimdiyində və iki caynağında bişmiş gildən düzəlmiş xırda daş tutur. Quşların atdıqları daşlar döyüşçülərin bədənində yara əmələ gətirərək tezliklə onların ölümünə səbəb olur.

Xatırladaq ki, koronavirusa görə bağlanan Kəbə üzərində az öncə Əbabil quşları görünmüşdü.
Vahid jurnalist vəsiqəsi tətbiq olunmalıdır – Elçin MirzəbəyliBir müddət öncə jurnalist həmkarlarımdan birinin götürdüyü açıqlamada vahid jurnalst vəsiqələri ilə bağlı fikirlərim yanlış söz və cümlə seçimi ilə təqdim olunduğu üçün bu önəmli məsələyə təkrar toxunmaq istəyirəm.

Avrasiya.net xəbər verir ki, bunu Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli bildirib.

O qeyd edib ki, jurnalist vəsiqələrindən sui-istifadə halları, media sektoruna aidiyyatı olmayan, yaxud hazırda fəaliyyət göstərməyən qurumların sağa-sola vəsiqə paylamalarının qarşısı aşağıdakı mexanizmlərlə alına bilər:

- vahid jurnalist vəsiqəsinin tətbiqi;

- jurnalistlərin vahid kadastrının yaradılması və elektron hökumət portalına inteqrə edilməsi;

- jurnalist vəsiqələrində şəxsin özü, çalışdığı media qurumu, əmək müqaviləsi və s. haqqında məlumatların yer aldığı QR kodların yerləşdirilməsi (Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvlərinə verilən vəsiqələrdə bu mexanizmdən istifadə olunub və daha da təkmilləşdirilməsi mümkündür);

- KİV-lərin internet saytlarında əməkdaşlar haqqında məlumatların və onlara verilən vəsiqələrin surətinin yer aldığı xüsusi bölmənin yaradılması.

Elçin Mirzəbəyli hesab edir ki, bu və digər mexanizmlərin tətbiqi vasitəsilə problemi qısa zaman ərzində həll etmək mümkündür. Onun fikrincə, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Elektron Hökumət Portalının mütəxəssisləri bu işin öhdəsindən qısa zamanda gələ bilərlər.
Hacıyev DTX-ya nişan verdi: Bu başçı nələr edir? – SensasiyaBu gün Bərdə rayonundan bizim rayon təşkilatının sədri mənə elə məlumatlar verdi ki, xəcalət çəkdim.

Avrasiya.net xəbər verir ki, bunu Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev “Yeni Müsavat”ın canlı yayımında DTX-nın İmişli Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyatla bağlı danışarkən deyib.

“Kimdir axı Vidadi (Bərdə rayonunun icra başçısı Vidadi isayev nəzərdə tutulur – red.)? Prezident artezian quyularının qazılması üçün pul ayırır, Bərdə İH-dən deyirlər kəndlilərə ki, gedin hərəniz 1000 manat yığın gətirin, sizə artezian quyusu qazaq. Niyə? Axı buna pul ayrılıb? Ayrılan pullar hara gedir?”

H.Hacıyev qeyd edib ki, sözügedən məmurların maşınlarının, villarının hansı pulla alındığı aydınlaşsa, çox şey üzə çıxacaq.

Qeyd edək ki, bu gün Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarının İmişli Rayon İcra Hakimiyyətində əməliyyat keçirdiyi və icra başçısı Vilyam Hacıyev də daxil olmaqla, bir çox vəzifəli şəxslərin saxlanıldığı məlumatı yayılıb.
SEPAH-ın generalı və iki əməkdaşı öldürüldüİranda İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) 1 zabiti və iki əməkdaşı öldürülüb.

Hadisə bu gün Kürdüstan əyalətinin Divandərə bölgəsində qeydə alınıb.

SEPAH qüvvələri ilə silahlı qruplaşma üzvləri arasında atışma olub.

Nəticədə SEPAH-ın Kürdüstan əyalətinin Beytül-Müqəddəs qərargahının komandiri, general Şəkiba Səlimi və təşkilatın daha iki üzvü - Cəfər Nizampur və Məhəmməd Şəkərin ölüb.

Məlumatda qeyd olunur ki, silahlı qruplaşma üzvlərindən də bir neçə nəfər öldürülüb və həbs olunanlar var (apa).
Həsən Ruhani İlham Əliyevə təşəkkür etdi  "Azərbaycan Prezidenti İlham Əliyevə qlobal COVID-19 problemi ilə əlaqədar Qoşulmama Hərəkatının Zirvə görüşünü keçirmək təşəbbüsünə görə təşəkkür edirəm".

Bu sözləri İran Prezidenti Həsən Ruhani Qoşulmama Hərəkatının onlayn Zirvə görüşündəkı çıxışında deyib.

O bildirib ki, dünyanı bürüyən koronavirusla mübarizədə bütün dövlətlər səylərini birləşdirməli, qarşılıqlı əməkdaşlıq etməlidirlər. İran bəşəriyyəti təhlükə altına alan koronavirus bəlası ilə mübarizə aparmaq üçün bütün dövlətlərlə əməkdaşlıq etməyə və təcrübə mübadiləsi aparmağa hazırdır.

H.Ruhani onu da nəzərə çatdırıb ki, müxtəlif ölkələrin tibbi ləvazimatlara və preparatlara olan ehtiyacı ödənilməlidir. Prezidentin sözlərinə görə, İran ağır iqtisadi sanksiyalara məruz qalsa da, virusa qarşı uğurla mübarizə aparır və artıq müsbət nəticələr də əldə olunub./Azərtac
"Ölkəmiz Qoşulmama Hərəkatında növbəti dəfə ciddi uğurlara imza atdı"Müasir dövrdə strateji inkişaf xətti kimi demokratik cəmiyyət quruculuğu və bazar iqtisadiyyatı yolunu seçən Azərbaycan Respublikası dünya təcrübəsində uğurla sınaqdan keçmiş ümumbəşəri dəyərlərdən faydalanmağa çalışır, özünün geniş iqtisadi potensialını hərəkətə gətirmək məqsədilə inkişaf etmiş ölkələrin qabaqcıl texnologiyasını və maliyyə imkanlarını cəlb edir, onlarla qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini inkişaf etdirir.

Dünən Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda keçirilən Zirvə görüşünə münasibət bildirən Yeni Azərbaycan Partiyası Pirallahı aryon təşkilatının sədri Hikmət Şikarov qeyd edib ki, Qoşulmama Hərəkatı 120 ölkəni birləşdirməklə BMT Baş Assambleyasından sonra dünya dövlətlərinin təmsil olunduğu ən böyük siyasi təsisatdır və dünya dövlətlərinin üçdə ikisini əhatə edən bir təsisatın mühüm toplantılarında müzakirə edilən məsələlər şübhəsiz ki, BMT Baş Assambleyasının gündəliyinin formalaşmasına da böyük təsir göstərir.” Təbii ki, ölkəmizin BMT-dən sonra dünyanın ən böyük ikinci beynəlxalq təşkilatına sədrlik etməsi ölkəmizin beynəlxalq münasibətlər sistemindəki mövqeyinin möhkəmlənməsinə xidmət edir. Zirvə görüşündə Qoşulmama Hərəkatının sədri kimi ölkə Prezidenti İlham Əliyev bir daha diqqətə çatdırdı ki, Azərbaycan Qoşulmama Hərəkatının sədr ölkəsi kimi, hərəkatın 1996-cı ildə qəbul olunmuş Metodologiyalar üzrə Kartaxena sənədindən çıxış edərək koronavirusa qarşı mübarizə üzrə Təmas Qrupunun yaradılması və bu formatda Zirvə görüşünün keçirilməsi təşəbbüsünü irəli sürüb. Qoşulmama Hərəkatının bütün üzv dövlətləri də bu təşəbbüsü yekdilliklə dəstəkləyiblər. Təmas Qrupunda coğrafi təmsilçilik və könüllü iştirak prinsipi əsasında bütün regional qruplardan olan ölkələr təmsil olunub.”

Bu gün dünya dövlətlərinin bir çoxunda koronavirus infeksiyasının yayılmasına qarşı ciddi işlər görülür. Mövcud tendensiyanı Azərbaycan da yaxından və bütün gücünü səfərbər edərək izləyir. Təqdirəlayiq məqam isə ondan ibarətdir ki, ölkəmizdə koronavirusla mübarizə istiqamətində həyata keçirilən tədbirlər planı geniş, əhatəli və olduqca sistemli xarakter daşıyır.

Hikmət Şikarov onu da qeyd edib ki, bu Zirvə görüşündə də cənab İlham Əliyev Azərbaycanda koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması üçün vaxtında həyata keçirilən çevik və zəruri qabaqlayıcı tədbirlər barədə məlumat verərək vurğuladı ki, pandemiya dövründə əsas məsələ insanların sağlamlığı və onların sosial müdafiəsinin təmin edilməsidir:

Hikmət Şikarov vurğulayıb ki, cənab İlham Əliyev Azərbaycanın koronavirus xəstələrinin müalicəsi sahəsində öz təcrübəsini Qoşulmama Hərəkatının digər üzv dövlətləri ilə bölüşməyə və bu sahədə əməkdaşlığa hazır olduğunu bəyan etdi: “Beləliklə, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz Qoşulmama Hərəkatında növbəti dəfə ciddi uğurlara imza atdı.”
“Karantin rejimi daha geniş miqyasda sərtləşdirilə bilər” - Operativ Qərargah“Əgər tendensiya mənfi yöndə inkişaf edərsə və vəziyyət pisləşərsə, karantin rejimi daha geniş miqyasda sərtləşdirilə bilər”.

Avrasiya.net-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva deyib.

O qeyd edib ki, əksəriyyət qaydaara riayət etmir:

“Hamı karantinin yumşaldılmasını istəyir. Amma əksəriyyət də qoyulan qaydalara riayət etmir. Əgər normal həyata qayıtmaq istəyiriksə, qaydalara əməl edərək karantin rejimindən çıxmalıyıq”.
Azərbaycanda yoluxma sağalmanı üstələdiBu gün 76 yeni yoluxma faktı qeydə alınıb, 28 nəfər sağalıb.

Avrasiya.net xəbər verir ki, bunu TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Operativ Qərargahın brifinqində deyib.

"Bu günə qədər 26 nəfər dünyasını dəyişib. Hazırda 526 nəfər xüsusi karantin xəstəxanalarında müalicə alır. Yoluxmaların artmasını gözləyirdik. Yumşalmaların artması nəticəsində bunlar artacaqdı.

Bu yoluxmalar sadəcə Gəncə şəhərinə aid deyil. Yoluxmaların qarşısını almaq üçün karantin qaydalarına riayət etmək lazımdır", - Y.Qarayeva bildirib.