İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Zirvə görüşü keçirilir Azərbaycan Respublikasının Prezidenti və Qoşulmama Hərəkatının sədri İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında bu gün videokonfrans vasitəsilə koronavirusa (COVID-19) qarşı mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” (United against COVID-19) mövzusunda Zirvə görüşü keçirilir.

Avrasiya.net-in məlumatına görə, Prezident İlham Əliyev Zirvə görüşündə nitq söyləyib.

Qoşulmama Hərəkatında 120 dövlətin təmsil olunduğunu nəzərə alaraq, Zirvə görüşü coğrafi təmsilçilik prinsipi əsasında Avropa, Asiya, Afrika və Latın Amerikasında yerləşən ölkələrin iştirakı ilə Təmas Qrupu formatında keçirilir.

Qırxdan çox üzv ölkənin dövlət və hökumət başçılarının qatıldıqları videokonfransda BMT-nin Baş katibi, BMT Baş Assambleyasının prezidenti, Afrika İttifaqının sədri, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru, Avropa İttifaqının ali nümayəndəsi də iştirak edirlər.

Xatırladaq ki, 2019-cu il oktyabrın 25-26-da Qoşulmama Hərəkatının XVIII Zirvə görüşü Prezident İlham Əliyevin sədrliyi ilə Azərbaycanda keçirilib. Üzv dövlətlərin yekdil dəstəyi və razılığı ilə 2019-2022-ci illər üzrə Qoşulmama Hərəkatının sədrliyini Azərbaycan Respublikası öz üzərinə götürüb. Çoxtərəfli diplomatiyanın təşviq edilməsi, Qoşulmama Hərəkatının üzv dövlətləri arasında əməkdaşlığın və həmrəyliyin gücləndirilməsi Prezident İlham Əliyev tərəfindən Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyinin prioritetlərindən biri kimi müəyyən edilib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə bu il aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü də keçirilib. Türk Şurası dünya miqyasında ilk beynəlxalq təşkilatdır ki, dövlət başçıları səviyyəsində koronavirus pandemiyasına həsr olunmuş Zirvə görüşünü keçirib. Qeyd olunan tədbirlər qlobal səviyyədə beynəlxalq həmrəyliyin daha da möhkəmləndirilməsi istiqamətində əhəmiyyətli töhfədir.

Beləliklə, Azərbaycan nəinki milli səviyyədə COVID-19-la mübarizədə səmərəli tədbirlər görür, eyni zamanda, regional və qlobal miqyasda da koronavirusa qarşı həmrəyliyin və əməkdaşlığın gücləndirilməsinə əhəmiyyətli töhfəsini verir.

Salyanda ailə faciəsi -  2 azyaşlı qardaş arxda boğulduSalyanda 2 azyaşlı qardaş su arxında boğulub.

Hadisə Salyan rayonunun Peyk kəndi ərazisində qeydə alınıb. Valideyin nəzarətindən yayınan 2016-cı il təvəllüdlü Nahid Rahin oğlu İsmayılov və qardaşı 2017-ci il təvəllüdlü Nail Rahin oğlu İsmayılov evlərinin yaxınlığından keçən su arxına düşərək boğulublar.

Faktla bağlı araşdırma aparılır. (APA)
Azərbaycanlı iş adamı Almaniyada saxlanıldı - VideoAlmaniyada meşə təsərrüfatına ziyan verməkdə ittiham olunan azərbaycanlı iş adamı polis tərəfindən keçirilən əməliyyat zamanı saxlanılıb.

Avrasiya.net xəbər verir ki, Reynland-Pfalts Daxili İşlər Nazirliyindən Report-a verilən məlumata görə, saxlanılan 42 yaşlı Azərbaycan əsilli, Rusiya vətəndaşı Afiq Qəhrəmanov 2006-ci ildə qeydiyyatı ləğv edilən “Run” tikinti şirkətinin rəhbəri olub.

O, Koblenz şəhərində mənzil tikintisi üçün icazə verilən torpaq sahəsinin planından kənara çıxaraq əlavə iki sot ərazidəki ağacları kəsməkdə ittiham olunur.

Meşə ərazisində əməliyyat keçirən Koblenz şəhər Polis Təşkilatının əməkdaşları ağacların kəsilməsini dayandırıblar. İşçilər və istifadə etdikləri texnikalar ərazidən uzaqlaşdırılıb.

A.Qəhrəmanovu Koblenz şəhərindəki yaşadığı ünvanda tapa bilməyən polis əməkdaşları onun barəsində axtarış elan ediblər.

Azərbaycanlı iş adamı Almaniyadan Hollandiyaya keçən zaman polis postunun yoxlaması zamanı saxlanılıb.

Koblenz Şəhər İdarə Məhkəməsində hakim qarşısına çıxarılan A.Qəhrəmanov barəsində 6 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Koblenz şəhər Prokurorluğunda ibtidai istintaq davam etdirilir.
Azərbaycanın dünyaya nümunə gətirilməsi Prezidentimizin fəaliyyətinin nəticəsidir - Rəşad Mahmudov“Bu mənim sadəcə bir millət vəkili vəya həkim kimi deyil, həmdə bir vətəndaş kimi qürur hissi keçirdiyim hadisələrdən biri oldu.

Dünya Səhiyyə Təşkilatinın regionumuz üçün deyil, dünya üçün keçirdiyi mətbuat brifinqində cənab Dr.Tedros Ghebresus çıxışında ölkəmizi bir model olaraq nümunə göstərməsi çox fərgli bir hissdir və belə bir yüksək tribunadan Azərbaycanın adının dəfələrlə çəkilməsi, hətda bir model olaraq göstərilməsi həqiqətən bizi bir daha həm sevindirir, həm də belə bir üst qurum tərəfindən ölkəmizdə görülən işlərin, bütün mərhələlərdə doğru olduğunun bir daha əyani sübutudur.”

Avrasiya.net xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elimi Təcrübi və Tədris Mərkəzinin rəisi, millət vəkili, t.e.d. Rəşad Mahmudov Trend agentliyinə verdiyi müsahibədə deyib.

O qeyd edib ki, “ölkəmizdə koronaviursla mübarizə sahəsində aparılmış məqsədyönlü və planlı addımlar öz uğurlu nəticələrini göstərməkdədir.
Bu uğuru yüksək qiymətləndirən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus keçirdiyi mətbuat konfransında Azərbaycanın koronavirus pandemiyasına qarşı həm qlobal, həm də regional səviyyədə xüsusi professionallıqla mübarizə apardığını qeyd edib və ölkə başçımıza təşəkkürünü bildirib. Ölkəmizin yüksək nüfuza malik beynəlxalq təşkilat tərəfindən qiymətləndirilməsi və dünya arenasına nümunə gətirilməsi bu gün müvafiq istiqamətdə cənab Prezidentimizin rəhbərliyi altında həyata keçirilən hər bir fəaliyyətin mərkəzləşdirilmiş və əlaqəli şəkildə icra edilməsinin nəticəsidir.“
Daha üç rayonda icra nümayəndələri işdən qovuldu - cinayət işi açıldıNazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən elan edilən xüsusi karantin rejimi qaydalarının müxtəlif yollarla pozulması, həmin dövrdə işləməyən şəxslərə və aztəminatlı ailələrə ayrılmış ərzaq yardımlarının paylanmasında yol verilmiş neqativ hallara qarşı prokurorluq orqanları tərəfindən şəhər və rayon icra hakimiyyətləri ilə əlaqəli şəkildə qanunamüvafiq tədbirlər davam etdirilir.

Sabirabad, Ağcabədi və Tərtər rayon İcra Hakimiyyəti başçılarının inzibati ərazi nümayəndəliklərinin bəzi vəzifəli şəxslərinin bu qəbildən olan qanunazidd hallara yol vermələri barədə rayon icra hakimiyyətlərindən rayon prokurorluqlarına daxil olmuş müraciətlərə baxılıb.

Baş Prokurorluqdan Avrasiya.net-ə verilən məlumata görə, araşdırmalarla Sabirabad rayon İcra Hakimiyətindən rayonun Ulacalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Mehman Cəfərov və rayonun Quruzma kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi İqbal Əliyevin Heydər Əliyev Fondu tərəfindən imkansız ailələrə göndərilmiş ərzaq yardımının paylanması zamanı neqativ hallara yol verərək ərzaq paylarını özlərinin yaxın qohumlarına, o cümlədən kəndin imkanlı şəxslərinə paylamalarına, M.Cəfərov və İ.Əliyevin vəzifə saxtakarlığı etməklə xüsusi karantin rejimi qaydalarını pozaraq sərbəst hərəkət etmək istəyən şəxslərə qanunsuz olaraq arayışlar verməsinə əsaslı şübhələr müəyyən olunub.

Ağcabədi rayon İcra Hakimiyyəti başçısının Pərioğullar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi İmran Həsənov, Aran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Məzahir Əmirahov və müavini Allahverdi Hüseynovun vəzifə saxtakarlığına yol verərək arayışlara bilə-bilə yalan məlumatlar daxil edib ayrı-ayrı şəxslərin xüsusi karantin rejimi qaydalarına zidd olaraq rayon ərazisini tərk etməsinə şərait yaratmalarına əsaslı şübhələr müəyyən olunub.

Bundan başqa, Tərtər rayon İcra Hakimiyyəti Başçısının Mamırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şahid Məmmədov tərəfindən də eyni məzmunlu qanun pozuntusuna yol verilmişdir. Belə ki, Şahid Məmmədovun vəzifə saxtakarlığı edilməklə xüsusi karantin rejimi qaydalarını pozaraq sərbəst hərəkət etmək istəyən şəxslərə qanunsuz olaraq arayışlar verilməsinə əsaslı şübhələr müəyyən edilib.


“Qeyd olunan şəxslər müvafiq rayon İcra hakimiyyəti başçılarının əmrləri ilə tutduqları vəzifədən azad ediliblər.

Toplanmış materiallar üzrə Sabirabad, Ağcabədi və Tərtər rayon prokurorluqlarında Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işləri başlanıb.

Hazırda həmin işlər üzrə təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu bu qəbildən olan qanunazidd hallarla üzləşən vətəndaşlara müraciət edərək “961” nömrəli “Çağrı Mərkəzi”nə məlumat vermələrini xahiş edir”,-deyə rəsmi məlumatda qeyd olunub.
Prokurorluq orqanlarında hansı islahatlar aparıla bilər? - I yazıŞamil Paşayev

Azərbaycan Prezidentinin sərəncamı ilə Kamran Əliyev Baş prokuror təyin edildi.

Dövlət başçısı yəni Baş prokuroru videoformatda qəbul etdi və bir sıra tapşırıqlarını verdi. Prezidentin əsas tapırığı isə prokurorluq orqanlarında daha genişmiqyaslı islahatlara ehtiyac olması ilə bağlı idi: “Hüquq-mühafizə orqanlarında daha genişmiqyaslı islahatların aparılması başlıca şərtdir. Burada sizin üzərinizə böyük vəzifə düşür və ümid edirəm ki, siz bu vəzifənin öhdəsindən gələcəksiniz. İlk növbədə, qanunun aliliyi tam təmin edilməlidir və ədalətli cəmiyyətin qurulması üçün qanunun aliliyi başlıca şərtdir. Əfsuslar olsun ki, biz istədiyimizə hələ də tam nail olmamışıq, o cümlədən hüquq-mühafizə orqanları tərəfindən qəbul edilmiş qərarlar bəzi hallarda qanunlara ziddir, sosial ədaləti pozur, insanları haqlı olaraq narazı salır və beləliklə ümumi işimizə böyük ziyan vurur. Bunun səbəblərindən biri qeyri-peşəkarlıq ola bilər, ancaq bəzi hallarda bunun arxasında hansısa maraqlar, şəxsi təmənna dayanır. Bu gün bütün hüquq-mühafizə orqanlarının əməkdaşları və rəhbərləri məni eşidirlər. Mənim sözlərim onlar üçün əsas göstəriş olmalıdır ki, Azərbaycanda hüquq mühafizə sistemində islahatlar dərinləşsin və qanunun aliliyi təmin edilsin”.

Prezident kadr islahatlarının da vacibliyinə toxunub: “Kadrların peşəkarlığı da daim diqqət mərkəzində olmalıdır və siz bu məsələ ilə ciddi məşğul olmalısınız. Həm bu gün fəaliyyətdə olan kadrların peşəkarlığının təkmilləşdirilməsi üçün əlavə tədbirlər görülməlidir, prokurorluq orqanlarına yeni qəbul olunacaq işçilər yüksək peşəkarlığa malik olmalıdırlar, eyni zamanda, bu vacib amillə bərabər, dövlətçiliyə sədaqət prinsipləri də həmişə üstün olmalıdır. Çünki bu gün müstəqil dövlətimizin uğurlu yaşaması və möhkəmlənməsi, ilk növbədə, dövlətçiliyimizin möhkəmləndirilməsi ilə bağlıdır”.

Yeni baş prokurorun təyinatı bu orqanda bəzi struktur və kadr islahatlarının aparılmasına ümid yaradır. Uzun illər bu orqanda çalışmış biri kimi strukturda xeyli islahata ehtiyac olduğunu qeyd edə bilərəm.

İndi prokurorluq orqanlarının müasir tələblərə cavab verən, çevik və dinamik qurum kimi fəaliyyət göstərməsi üçün struktuk dəyişikliyinə ciddi ehtiyacı var.

Hazırda prokurorluq strukturu 14 idarə və 2 şöbə, ərazi və ixtisaslaşdırılmış prokurorluqlar olmaqla fəaliyyət göstərir. Lakin hazırda bəzi idarələr demək olar ki, bir-birini təkrarlayırlar.

Məsələn, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi də, Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsi də istintaq aparır, bu sahədə ixtisaslaşıblar. Bu idarələrin hər birinin ayrı binası, infrastrukturu, ştat cədvəli müəyyənləşib. Halbuki Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin 10 müstəntiqi Korrupsiyaya qarşı Mübarizə İdarəsinin tərkibində bir şöbə yaradılmaqla fəaliyyət göstərə bilər və struktur xeyli yüngülləşər.

Və yaxud da Müraciətlərə baxılması idarəsi sadəcə bir şöbə kimi fəaliyyət göstərə bilər. Bu idarənin işi daxil olmuş şikayətləri müvafiq olaraq aidiyyatı ünvanlara göndərməkdir. Bu idarədə 10-dan artıq idarə prokuroru işləyir. İdarənin digər fəaliyyət istiqaməti isə vətəndaşların qəbulunu həyata keçirməkdir. Yəni vətəndaşların şikayətinə cavab verə biləcək idarə prokuroru və ya idarə rəisinə yönləndirilməsini təmin etməkdir. Bu işi görmək üçün isə prokuror olmağa ehtiyac yoxdur.

Digər bir idarə Təşkilat-analitik idarəsidir ki, dünya praktikasında bu qurum Kadrlar idarəsinin tərkibində fəaliyyət göstərir. Kadrlar idarəsi işçilərin işə qəbul edilməsini təmin edir. Təşkilat-analitik idarəsi isə əməkdaşların xidməti fəaliyyətini yoxlayır, daha çox cəzalandırma qurumu kimi çıxış edir. İdarənin adı təşkilatı-analitik olsa belə, prokurorluqda işləyənlər bilir ki, hər hansı analitika və ya təhlildən söhbət getmir. Yeri gəlmişkən, bu günlərdə Milli Məclisdə aparılan islahatlar çərçivəsində də Analitik İnformasiya şöbəsi doğru olaraq ləğv edildi.

Prokurorluqda Təşkilat analitik idarəsinin qalması kadrlar idarəsinin işinin məhdudlaşdırılmasına, eyni zamanda kadrların orqan daxilində irəli çəkilməsi prosesində qeyri- şəffaflıq hallarının, xüsusi maraqların olmasına dəstək verir. Ümumiyyətlə, prokurorluq orqanlarında işləyən şəxslərin vəzifədə irəli çəkilmə mexanizmi işlənib hazırlanmalı və praktikada tətbiq edilməlidi.

Prokurorluq orqanlarının strukturundakı Elm-Tədris Mərkəzi də idarə səlahiyyətlidir. Bu idarənin fəaliyyət istiqaməti işə yeni qəbul olan prokurorluq orqanları əməkdaşlarına stajorluq dövründə 1 aylıq kurs keçməkdən ibarətdir. Bundan başqa, ildə bir və ya iki dəfə 10-15 əməkdaşa kurs keçirilir. Halbuki qanunvericilikdə orqana qəbul edilən şəxslərin 1 ay müddətinə Ədliyyə Akademiyasında kurs keçmələri nəzərdə tutulub. Baş Prokurorluq Ədliyyə Akademiyası ilə müqavilə imzalaya bilər və müəyyən peşəkarları yönləndirməklə həmin akamediyada kurs keçirilə bilər.

Hüquqi təminat idarəsinin fəaliyyət istiqaməti qanunvericiliklə bağlı prokurorluqda sənədlərin hazırlanması, qanunvericiliyin sistemləşdirilməsidir. Qanunvercilik təşəbbüsü ilə isə hər idarə ildə bir dəfə təkliflə çıxış edə bilər. Bununla bağlı Baş prokurorun əmri də var.

Hüquqi təminat idarəsinin ərazi prokurorluğunda nəzarət etdiyi digər istiqamət isə “qanunvericiliyin sistemləşdirilməsi” işidir. Bu nə deməkdir?

Hər bir prokurorluq orqanında 45 gözlüklü dolab var. Qanunlara edilən dəyişikliklər rəsmi qəzətlərdən kəsilərək, bu dolabda yığılmalıdır. Hüquqi təminat idarəsinin bir işi də mütəmadi olaraq gəlib bu işin görülüb-görülməməsinə nəzarət etməkdir.

Ölkənin elektron hökumət sferasına keçdiyi, bütün qanunların portalda (e-qanun.az) anbaan yeniləndiyi vaxtda bu “iş” hansı effektə malikdir və bu arxiv nəyə lazımdır?!

İnformasiya-kommunikasiya texnologiyaları idarəsində isə əməkdaşların “prokuror” vəzifəsi daşımasına zərurət yoxdur. Axı İT mütəxəssisi Baş Prokurorluq sistemində işlədiyi üçün niyə “prokuror” adlandırılmalıdır?

Həmçinin, Bakı şəhər prokurorluğunun da strukturu və gələcək fəaliyyət istiqamətinə baxılmalıdır. Bu qurum indiki halda bürokratiyanın artmasında, Baş Prokurorluqla Bakının rayon prokurorluqları arasında əlaqənin uzaqlaşmasına şərait yaradır.

Bundan başqa, prokurorluğun müxtəlif strukturlarındakı beynəlxalq əlaqələr idarələri ləğv olunaraq, Baş Prokurorluqda daha geniş ştatlı Beynəlxalq Əlaqələr İdarəsi təşkil edilə bilər.

Həmçinin, ölkəmizdə hazırda məişət zorakılığı və uşaq hüquqları ilə bağlı bir sıra konvensiyalar ratifikasiya edilib. Prokurorluq cinayət işlərinə prosessual rəhbərliyi həyata keçirən orqan kimi istintaq zamanı məişət zorakılığının qurbanları və yetkinlik yaşına çatmayan şəxslərin işləri üzrə istintaqın spesifik aparılmasına diqqət etməlidir. “Yuvenial ədliyyə”yə kecidlə bağlı bu cür işlərdə bu sahədə xüsusi ixtisaslaşan prokuror və müstəntiqlərin iştirakı təmin edilməlidir. Buna görə də prokurorluq strukturunda yetkinlik yaşına çatmayanlarla iş üzrə istintaq idarəsi yaradılması yaxşı olar.

Eyni zamanda müasir tələblərə adekvat olaraq kibercinayətkarlıq faktları artıb. Bu məzmunlu işlərin araşdırılması da xüsusi ixtisaslaşmış müstəntiq və prokurorların olmasını tələb edir. Yenilənəcək prokurorluq strukturunda Kibercinayətkarlıqla mübarizə üzrə istintaq və nəzarət şöbəsinin mövcudluğu da mümkündür.


Çin korona ilə bağlı məlumatları buna görə gizlədibÇin hakimiyyəti koronavirus haqqında informasiyanı tibbi texnika və dərman ehtiyatı əldə etmək üçün gizlədib.

Axar.az xəbər verir ki, bu məlumatı “Assoşeyted Press” agentliyi ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin hesabatına əsasən yayıb.

Məlumata görə, Pekin yanvarın əvvəlində tibbi məhsulların idxalını artırıb, ixracını isə maksimal şəkildə azaldıb.

Rəsmi Pekin bu iddiaları təkzib edib.
ABŞ-dan Türkiyəyə zərbə: Ankaranın cavabı olacaq?ABŞ Suriyada PKK/YPG birləşmələrini silahlandıraraq, Türkiyəni təxribata çəkmək istəyir.

Bu sözləri Axar.az-a açıqlamasında siyasi ekspert Vüqar Zifəroğlu ABŞ-ın Suriyada PKK/YPG silahlılarından ibarət “Təmizlik gücü” adlı dəstə yaratmasını şərh edərkən deyib. O vurğulayıb ki, ABŞ regionda yeni bir bölücü terror qruplaşması yaradır:

“ABŞ başda olmaqla, bir sıra Qərbi Avropa ölkəsi Yaxın Şərqdə, xüsusilə də Suriyada öz maraqlarına xidmət edəcək hərbi qruplaşmalardan istifadə edir. Bu mənada ABŞ-ın PKK/YPG silahlılarından ibarət “Təmizlik gücü” adlı dəstə yaratması yenilik deyil. Yəni ad dəyişsə də, mahiyyət dəyişmir”.

Ekspert bildirib ki, ABŞ-ın bu addımı Türkiyənin milli maraqlarına ziddir:

“Düşünürəm ki, ABŞ-ın regionda yeni bir silahlı qruplaşma yaratması ilk növbədə Türkiyəni narahat edəcək. Çünki bu dəstələr PKK/YPG silahlılarından ibarət olacaq. Türkiyənin regionda hərbi əməliyyatlar aparmasının başlıca səbəbi sərhədlərində bu terror birləşmələrinin aktivləşməsinin qarşısını almaqdır. Yəni bu mənada düşünürəm ki, Türkiyə ABŞ-ın bu təşəbbüsünə yaxın zamanda sərt reaksiya verəcək”.

V.Zifəroğlu ABŞ-ın PKK/YPG qruplaşmalarını silahlandırmasının pərdəarxası məqamlarından danışıb:

“ABŞ Suriya və İraqda manevr imkanlarını maksimum artırmağa çalışır. Bunun üçün də ənənəvi olaraq kürd kartından istifadə edir. Bu, istər ABŞ-ın, istərsə də ondan öncə regionda fəaliyyət göstərən İngiltərənin köhnə siyasətidir”.

Ekspert deyib ki, ABŞ regionda sabitlik istəmir:

“Heç kəsə sirr deyil ki, ABŞ-ın regionda ciddi maraqları var. Hazırda Suriyada davam edən nisbi sakitlik Vaşinqtonu narahat edir. Son günlər Liviyada yaşanan fəallığın yaxın günlərdə Suriyada da müşahidə ediləcəyi gözlənilir”.
Kürdəmirdəki ağır qəzada ölənlər 4 nəfərə çatdıBu gün Kürdəmir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Avrasiya.net xəbər verir ki, Abbas Kərimovun idarə etdiyi “Mercedes” və Ceyhun Piriyevin idarə etdiyi “Nissan X-Trail” markalı avtomobillər toqquşub.

İlkin məlumata görə, hadisə nəticəsində 4 nəfər həlak olub, azı 3 nəfərin xəsarət aldığı bildirilir. Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.

Hadisə ilə bağlı araşdırma aparılır.
Bir insanın qətli necə “iki qətl” sayıla bilər... – TəklifAzərbaycanın Cinayət Məcəlləsində hamilə qadının öldürülməsi ağırlaşdırılmış hal kimi qiymətləndirilir, lakin bir çox Avropa ölkəsində hamilə qadının öldürülməsi “iki insanın qətli” sayılır. Hazırda İsveçrədə təhsilini davam etdirən vəkil Aqil Layıc bildirib ki, Avropanın bəzi ölkələrində bu kimi qətllər zamanı iki subyekt qurban statusu alır: qadın və ana bətnində olan uşaq.

Mövzu ilə bağlı Axar.az-a danışan hüquqşünas Səməd Vəkilov bildirib ki, Cinayət Məcəlləsinin “Qəsdən adamödürmə” – 20-ci maddəsinin 2.8-ci bəndində təqsirkar şəxsin aşkar surətdə hamilə vəziyyətdə olan qadını öldürməsi ağırlaşdırılmış hal kimi qiymətləndirilir. Hamiləliyin pozulmasına səbəb olma isə Cinayət Məcəlləsinin 126-cı maddəsi ilə tənzimlənir:

“Bu, qəsdən sağlamlığa ağır zərər vurma maddəsidir ki, burada 3 ildən 8 ilə qədər həbs cəzası nəzərədə tutulub. Lakin bizdə hamilə qadının öldürülməsi “iki qətl” kimi qiymətləndirilmir. Hamilə qadının öldürülməsinin iki insanın qətli kimi qiymətləndirilməsi üçün hökmən Cinayət Məcəlləsində dəyişiklik olmalıdır”.

S.Vəkilov bildirib ki, qanunvericilik sözügedən dəyişiklik olarsa, bu, hamilə qadınların öldürülməsi, hamiləliyin sonlandırılması ilə nəticələnən cinayətlərin qarısını müəyyən qədər ala bilər.

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalov da hesab edir ki, hamilə qadının öldürülməsinin qanunvericilikdə iki qətl kimi dəyərləndirilməsi ən ədalətli addımdır:

“Bu, olduqca dəyərli təklifdir. Doğrudan da hamilə qadının öldürülməsi iki insanın ölümü deməkdir. Əgər hamiləliyin müəyyən həftəsindən sonra aborta icazə verilmirsə, ana bətnindəki 4-5 aylıq körpənin aldırılması cinayətə bərabər tutulursa, qadağandırsa, hamilə qadının öldürülməsi zamanı da bu nəzərə alınmalıdır. Bizdə hamilə qadının öldürülməsi ağırlaşdırılmış hal kimi qiymətləndirilir. Yaxşı olardı ki, bir çox Avropa ölkələrində olduğu kimi, bizdə də bu, iki insanın qətli kimi qiymətləndirilsin”.

M.Zeynalov bildirib ki, son illər hamilə qadınlara qarşı şiddət artıb:

“Buna görə də hamilə qadının öldürülməsinin iki qətl kimi qiymələndirilməsi təşəbbüsünü dəstəkləyirəm”.