İcra başçısının qardaşı yeni vəzifəyə təyin edildi - FOTOMilli Məclisdə kadr islahatları davam edir.

Avrasiya.net BakuPost-a istinadən xəbər verir ki, yeni yaranan Yerli icra hakimiyyətləri ilə iş şöbəsinə müdir müavini təyin olunub. Bu vəzifəyə MM-də məsləhətçi kimi çalışan Tağıyev Teymur Aqil oğlu gətirilib.

T. Tağıyev Yevlax Rayon İcra Hakimiyyətinin başçısı Anar Tağıyevin qardaşıdır.

Qeyd edək ki, bu ilin mart ayında Yevlaxa icra başçısı təyin olunan Anar Tağıyev Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun kürəkənidir.
Türkiyədə koronadan ölənlərin sayı 4 minə çatırTürkiyədə gün ərzində 61 nəfər koronavirusundan ölüb.

Avrasiya.net xəbər verir ki, bu barədə Türkiyə Səhiyyə naziri Fəxrəddin Qoca jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, ölənlərin ümumi sayı isə artıq 3 min 397-yə çatıb.

Bundan əlavə, son bir gündə Türkiyədə 1 670 koronavirusa yoluxma qeydə alınıb.
Elnurun 13 saniyəyə məğlub etdiyi cüdoçu həbs olunduPekin-2008 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı, Cənubi koreyalı cüdoçu Van Ki Çun həbs olunub.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, 32 yaşlı idmançı yetkinlik yaşına çatmamış qıza qarşı cinsi zorakılıqda ittiham olunur.

Artıq Tequ şəhərinin Polis İdarəsi də hadisəni təsdiqləyib. Bildirilib ki, istintaq mart ayında asiyalı cüdoçu ilə bağlı şikayətdən sonra başlayıb. İşin gələn həftə prokurorluğa göndəriləcəyi gözlənilir.

Van Ki Çun Pekin Olimpiadasında finalda azərbaycanlı cüdoçu Elnur Məmmədliyə uduzaraq ikinci olub. Rəqibini 13 saniyəyə ipponla məğlub edən Məmmədli həmin vaxt Olimpiadanın qızıl medalını qazanmışdı.

Onlar daha əvvəl 2007-ci ildə Braziliyada keçirilən dünya çempionatının finalında üz-üzə gəlmişdilər. Həmin dueldən isə koreyalı idmançı qalib ayrılmışdı. Onun hesabında olimpiya 2-ciliyi ilə yanaşı, dünya çempionatının 2 qızıl (2007, 2009) və bir bürünc medalı (2010) da var.

Qeyd edək ki, Van Kin Çun daha əvvəl 2009-cu ildə gecə klubunda baş vermiş qalmaqala görə həbs olunub. Sadəcə, həmin vaxt idmançıya qarşı heç bir ittiham irəli sürülmədiyindən insident qısa zamanda həllini tapıb.
Gürcüstanda daha bir nəfər koronavirusdan ölübGürcüstanda 58 yaşlı şəxs yeni növ koronavirusdan (COVİD-19) vəfat edib.

Bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı "stopcov.gov.ge" internet saytında bildirilib. Bununla da qonşu ölkədə koronavirus infeksiyasından ölənlərin sayı 9 nəfərə çatıb.

Qeyd edək ki, Gürcüstanda yeni növ koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib. Hazırda təsdiqlənmiş yoluxma hallarının sayı 589-a çatıb, yoluxanlardan 221-nin sağaldığı bildirilir. Virusun sürətlə yayılmasının qarşısını almaq məqsədi ilə martın 21-də ölkədə fövqəladə vəziyyət rejimi elan edilib.
Daxili işlər naziri koronavirusa yoluxub  Moldovanın Daxili İşlər naziri Pavel Voyku koronavirusa yoluxub.

Avrasiya.net bildirir ki, bu barədə nazir öz Facebook səhifəsində yazıb:

“Mayın 2-də koronavirusa yoluxduğum təsdiqlənib. Hazırda evdə özünütəcrid formasında müalicə alıram”.

Qeyd edək ki, rəsmi məlumata əsasən, Moldovada 3980 nəfər koronavirusa yoluxub, 1334 nəfər koronavirusdan müalicə alaraq evə buraxılıb, 124 nəfər isə ölüb.
Azərbaycanda daha 38 nəfərdə koronavirus tapıldı - 30 nəfər sağaldıAzərbaycan Respublikasında 38 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmış, 30 nəfər müalicə olunaraq sağalmış və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumata görə, hazırkı dövrədək ölkəmizdə 1932 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 1441 nəfər müalicə olunaraq sağalmış, 25 nəfər vəfat etmiş, 466 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 19 nəfərin vəziyyəti ağır, 26 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 157.932 test aparılıb.
Lənkəranda yeni doğulmuş körpə yol kənarına atıldıLənkəran rayonun Liman şəhərində yol kənarında yeni doğulmuş körpə aşkar edilib.

Avrasiya.net-in “Report”a istinadən verdiyi məlumatına görə, körpəni 1972-ci il təvəllüdlü Camal Mustafa oğlu Kazımov tapıb. Belə ki, Camal Kazımov heyvanları örüşə apardıqdan sonra evə qayıdarkən şəhərin M.Ə. Sabir küçəsində dəmir yol xəttinin yaxınlığındakı yaşayış olmayan həyətin qarşısında bağlama görüb.

Evdə yaşayış olmadığını bildiyi üçün qapı ağzına qoyulan kağızdan olan qutu onun diqqətini çəkib. Qutunu açanda içərisində qalın örtüyə bürünərək yatan körpənin olduğunu görüb.

Körpəni evə gətirib, yuduqdan sonra Daxili İşlər Nazirliyinin “102” zəng xidmətinə məlumat verib. Bundan sonra, körpə polis əməkdaşlarının iştirakı Lənkəran Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinə təhvil verilib.

Xəstəxanadan körpənin təxminən bir həftəlik qız uşağı olduğu bildirilir. Həkimin sözlərinə görə, körpənin vizual müayinəsi aparılıb, vəziyyəti orta ağırdır.

Xəstəxanaya daxil olanda temperaturu aşağı olub, bu səbəbdən də küvezə yerləşdirilib. Hazırda temperaturu normallaşıb, qida verilib.

Qeyd olunub ki, hazırda körpənin səhhəti həkimlərin tam nəzarətdədir. İlkin müayinələr zamanı körpədə hər hansı bir travma aşkar edilməyib. Gün ərzində zəruri müayinələrin aparılacağı bildirilir. Faktla bağlı araşdırma aparılır.

Deputat köməkçilərinin işə götürülməsinə başlanıb  Deputat köməkçilərinin işə götürülməsi prosesinə başlanıb.

Ötən müddətdə sənədlərində problem aşkarlanmayan 60-dan çox deputat köməkçisi rəsmi olaraq işə götürülüb.

Milli Məclis Aparatında deputat köməkçisi təsdiqlənmək üçün sənədləri təqdim edilən digər şəxslərin sənədlərinin araşdırılması davam edir. (APA)
Gürcüstan hakimiyyəti azərbaycanlıların təhqir olunmasına göz yumurSon zamanlar ictimaiyyətdə və başqa sosial şəbəkələrdə Gürcüstan vətəndaşları olan azərbaycanlılara qarşı xoşagəlməz və aqressiv bəyanatları eşitməkdəyik. Buna misal olaraq dünən Milli əlyazmalar mərkəzinin direktoru Zaza Abaşidzenin Kvemo Kartlidə yaşanan vətəndaşları təhqir etdiyini göstərmək olar.

Avrasiya.net xəbər verir ki, bunu Gürcüstan parlamentinin azərbaycanlı deputatı Azər Süleymanov bildirib.

Onun sözlərinə görə, təəssüflər olsun ki, bu cür hərəkətlər hökumət tərəfindən təşviq olunur. Bir tərəfdən bu hadisələrə lazımi reaksiya verilmir, digər tərəfdən bu cür insanlar yüksəldilir və vacib vəzifələrə təyin olunurlar.

"Gürcü arzusu" nun etnik azlıqlara qarşı aqressiv kampaniyasından korrupsiyanı, öz səriştəsizliyini, hərəkətsizliyini və ağır iqtisadi problemlərini ört-basdır etmək üçün istifadə etdiyi açıq-aşkar ortadadır: " Demək istərdim ki, biz Gürcüstanın tam hüquqlu vətəndaşlarıyıq və vətənimiz Gürcüstanın vətənpərvərləriyik. Pandemiya ilə mübarizə qaydalarına riayət etməyin, həkimlərin və mütəxəssislərin yanında olmağın və kömək göstərməyin vacib olduğunu bilirik. Gürcüstan üçün bu və digər çətin dövrlərdə biz hər zaman dövlətimizin maraqlarına uyğun olaraq davranırıq və dövlətimizin yanında olmuşuq.
Zaza Abashidzenin bu ifadəsi, sözün həqiqi mənasında, düşmənin, işğalçı ölkənin dəyirmanına su tökən, etnik qarşıdurmanı qızışdırmaq cəhdidir. Əminəm ki, Gürcüstan vətəndaşları Zaza Abaşidzenin davranışını adekvat qiymətləndirəcək və o, dövlət əleyhinə davranışa görə məsuliyyət daşıyacaq".
Azay Quliyev: “Prezident yeni mesajlar verdi”Həyata keçirilən siyasi islahatlar milli və beynəlxalq müstəvidə ölkəmiz üçün yeni imkanlar yaradacaq.

Avrasiya.net xəbər verir ki, bunu Milli Məclisin deputatı Azay Quliyev deyib.

Deputat bildirib ki, Prezident İlham Əliyev mayın 1-də Baş prokuror Kamran Əliyevi videoformatda qəbul edən zaman islahatlarla bağlı çox mühüm məsələlərə toxundu və yeni mesajlar verdi:

"Bu mesajlar ölkədə aparılan dərin və əhatəli islahatların növbəti dalğasından xəbər verməklə yanaşı, Azərbaycanın yenidən inşa olunmasının, modernləşməsinin, korrupsiya və rüşvətxorluğa qarşı aparılan mübarizənin nə qədər dönməz və prinsipial xarakter daşıdığını bir daha nümayiş etdirdi. Cənab Prezident bir daha xatırlatdı ki, heç kim qanundan üstün deyil, korrupsiya və rüşvətxorluqla məşğul olanlar kimliyindən asılı olamayaraq sərt şəkildə cəzalanacaqlar.

Dövlət başçısının islahatların davamlı olması, neqativ halların tam olaraq aradan qaldırılması istiqamətində nümayiş etdirdiyi qətiyyətli mövqe və siyasi iradə cəmiyyət tərəfindən yüksək qiymətləndirilir, həmçinin birmənalı olaraq dəstəklənir".

A.Quliyev bildirib ki, bu islahatları fərqləndirən və daha çox cəlbedici edən amillərdən biri də odur ki, onlar təkcə iqtisadi, sosial, hüquqi və ya institusional sahəni əhatə etmir. İlk dəfədir ki, bu həcmdə islahatlar, həm də siyasi sahədə aparılır:

"Bu baxımdan cənab Prezidentin "müstəqillik dövründən bəri miqyasına və nəticəsinə görə belə islahatların aparılması müşahidə edilmirdi" fikri və verdiyi bu bəyanat xüsusi əhəmiyyət kəsb edir. Hakimiyyət tərəfindən təklif edilmiş siyasi dialoq baş tutur və biz artıq onun ilkin müsbət təzahürlərini görürük. Demək olar ki, ölkəmizin bütün əsas siyasi qüvvələri bu dialoqa qoşularaq öz müsbət münasibətini bildiriblər. Beləliklə, hesab edirəm ki, növbəti illərdə siyasi sistemin təkmilləşdirilməsi, müasirləşdirilməsi, Azərbaycanda siyasi münasibətlərin sağlam zəmində qurulması işində önəmli addımlar atılacaq. Bir daha bildirməliyəm ki, Azərbaycanda heç kim öz siyasi baxışlarına, siyasi mənsubiyyətinə, siyasi fəaliyyətinə görə təqib edilməməlidir".

Deputat vurğulayıb ki, dövlət başçısının şəxsən siyasi qüvvələrlə dialoq təşəbbüsü ilə çıxış etməsi və bu mövzuya təkrar qayıtması heç şübhəsiz ki, ölkədə siyasi münasibətlərin yeni zəmində qurulacağından, milli maraqlar naminə iqtidar-müxalifət əməkdaşlığına önəm veriləcəyindən və indiyə kimi mövcud olan siyasi münasibətlərdə ciddi yeniliklərin olacağından xəbər verir:

"Artıq yeni formalaşan Milli Məclisin və komitələrinin rəhbərliyində müxalifətə yer ayrılması bu fikirlərin sadəcə deklorativ xarakter daşımadığını sübut edir.

Bu da o deməkdir ki, ölkədə digər sahələrlə yanaşı siyasi islahatların da paralel olaraq aparılması dövlətimizin daha güclü, dayanıqlı olmasına, ictimai və siyasi sabitliyin etibarlı şəkildə qorunmasına, demokratik ənənələrin və siyasi institutların inkişafına hesablanmış strateji hədəfdir. Əminəm ki, bütün bu yeniliklər milli və beynəlxalq müstəvidə ölkəmiz üçün yeni imkanlar yaradacaq, dövlətimizin nüfuzunu daha da artıracaq.

Ümid edirəm ki, siyasi münasibətlərin digər iştirakçıları olan müxalifət partiyaları ölkə Prezidentinin bu çağırışına və xoş niyyətinə adekvat qiymət verməyi bacaracaqlar. Ən çox ehtiyac duyulan siyasi mədəniyyətin formalaşmasına, sağlam əməkdaşlığın, dialoq mühitinin genişlənməsinə və ən başlıcası isə ümummili məsələlərdə həmrəyliyin nümayiş etdirilməsinə, milli maraqlarımızın qorunmasına öz fəaliyyətləri ilə töhfə verəcəklər".