Abşeronda 19 yaşlı gənc itkin düşübAbşeron rayonunda gənc oğlan bir neçə gün əvvəl yoxa çıxıb.

Avrasiya.net "Report"a istinadən xəbər verir ki, Xırdalan şəhəri, Quşçuluq Y/M, 9-cu küç, ev 22 ünvanında yaşayan 2001-ci il təvəllüdlü Abdıyev Amin Ramin oğlu aprelin 25-də evdən çıxıb və bir daha geri qayıtmayıb.

On doqquz yaşlı gənc evdən çıxarkən əynində idman dəsti, qısaqol köynək və qırmızı idman ayaqqabısı olub. Yaxınları onun itkin düşməsi ilə bağlı Abşeron Rayon Polis İdarəsinə müraciət ediblər.

A.Abdıyevi görənlərdən aşağıdakı nömrələrə zəng etmələri xahiş olunur: (055) 792-06-06, (070) 618-15-48
Həbslər, icra başçıları və bələdiyyələrDaha bir icra başçısının həbs xəbəri yayıldı. Bu son altı ayda həbs edilən sayca dördüncü icra başçısıdır. Bundan bir neçə gün əvvəl isə bir rayonun icra başçısının şəhər üzrə nümayəndəsi həbs edildi. Hər halda olduqca düşündürücü hadisədir. Ölkə başçısı, xüsusən son çıxışlarında ciddi məqamlara toxunur, sərt addımlar atacağını bəyan edir, yerlərdəki məmurlar isə “əvvəlki hallarına” qayıda bilmirlər.

Nəticədə Prezident sərt addım atmaga məcbur olur. Onlara dərs verir, onların hərəkətinin hətta əcdadları üçün utancverici olduğunu dəfələrlə deyir. Cızığından çıxanlar həbs edillir, vəzifədəki oğlanları, qohum-əqrabaları vəzifəyə necə gəlmişdilərsə eləcə də tərk edirlər və bununla da ümumən həbs edilən icra başçısının nəslinin “fis”ı yatmış olur.

Bu həbslər ümumilikdə yerli icra strukturlarına azalmaqda olan inamı bir xeyli mənfi mənada təsir etmiş oldu. Demək bu strukturun həqiqətən yenilənməsinə ciddi şəkildə zəruriət yaranıb. Biz bununla bağlı dəfələrlə təkliflər irəli sürmüşük. Ən əsas təklifimiz isə istər Bakı şəhərində, istərsə də rayonlarda böyük şəhər bələdiyyələrinin təsis edilməsini gündəmə gətirmək olub.

Deməliyik ki, istər kommunal xidmətlərin, istərsə də yerli icra strukturlarının saxlanmasına dövlət büdcəsindən kifayət qədər yüksək maliyyə vəsaiti ayrılır. İndki vaxtda bu qədər vəsaitin ayrılmasına nə zəruriət var. Ümumiyyətlə buna zəruriət varmı?

Düşünürəm ki, bununla bağlı dünya təcrübəsindən yararlanmağın vaxtıdır. Ən əsası isə büdcə vəsaitlərinə bir tərəfdən qənaət etmiş oluruq, digər tərəfdən vətəndaşın üzərinə məsuliyyət yükü qoymaqla görülən işlərin keyfiyyətini artırmış oluruq, sonda sakinləri narahat edən problem öz həllini tapır, nəticədə sakinlərin ölkə başçısının yürütdüyü siyasətə etibarı və inamı daha da yüksəlmiş olur. Tanınmış siyasətçilərin də son günlər səsləndirdiyi fikirlərdən prosesin həqiqətən yuxarıda irəli sürülən istiqamətə gedəcəyindən xəbər verir, yəni indiki halda ciddi islahatların aparılacağı daha inandırıcı görünür...

Mənə həmçinin həbs edilənlərin tərcümyi-halındakı Ali təhsili necə almaları ilə bağlı məqam çox maraqlı gəldi. Bu kadrları təqdimata hazırlayanlar nədən bu məqamı gözdən qaçırıblar, ya gözdən qacırmaq məcburiyyətində qalıblar. Hər hansı təcrübəyə sahib olmayan necə icra başçısı kimi məsuliyyətli bir vəzifəyə təqdim edilir, maraqlıdır həqiqətən.

Fikrimcə, məmur təyinatında əsas meyar təhsilə, təcrübəyə və dünyagörüşə verilməli idi. Bu seçimdə və kadr bazasına əlavə edilən siyahıya “alim”, idmançı, ticarətçi, ya da əməkdar məşçiyə yox, ilk olaraq idarəcilik təcrübəsi olana diqqət yetirilməli idi. Təhsili, təcrübəsi və dünyagörüşü olan şəxsin elə dövlətinə sədaqəti də olacaqdır. Yəqin ki, bu seçimi edənlərdə həbslərdən nəticə çıxaracaqlar.

Hər halda yerlərdə hakimiyyətin bələdiyyələrə verilmə zamanı yaxınlaşır. İcra strukturlarına gəldikdə isə Türkiyə variantı bizə daha məqbul sayıla bilər. Regional idarəetmə mexanizmini tətbiq etməklə, əsas diqqəti qanunların icra prosesinə nəzarətə yönəltmək olar.

Bundan sonra təyinat alanlar da isə əsas prinsip yuxarıda səsləndirilən məqamlara verilərsə, düşünrəm ki, ölkə başçısının narahatlığına da son qoyulmuş olar.

Bu gün hər kəs, içi özüm qarışıq dövlət başçısının apardığı siyasəti yüzdəyüz dəstəkləyir. Bu kimi utancverici hallar aparılan siyasətə xələl gətirə bilməz. Sadəcə hər birimizin bu siyasəti layiqincə dəstəkləməmiz və bu həbslərdən nəticə çıxarmamız lazımdır.

Vüqar Tofiqli

P.S. Xaqlın malına göz dikən, sözünü tutmayan və tamahı artıq olan məmurlara isə Allahdan bir ucuz ölüm arzu edirəm...
Messenat holdinqin təşəbbüsü ilə İmişlidə 500-ə dək aztəminatlı ailəyə yardım göstərilibAzərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə koronavirusa qarşı mübarizə tədbirləri davam etdirilir. Dövlət başçısının və Birinci-vitse prezident Mehriban xanım Əliyevanın çağırışlarına əsasən, karantin rejimi ilə əlaqədar olaraq yaşı 65-i keçmiş insanlara, tənhalara, ahıl vətəndaşlara, eləcə də aztəminatlı ailələrə davamlı olaraq yardımlar paylanılır.

Messenat holdinq şirkətlər qrupunun rəhbəri Tofiq İsayevin təşəbbüsü ilə Ramazan ayı və karantin rejimi ilə əlaqədar İmişli rayon ərazisində yaşayan 500 aztəminatlı ailəyə ərzaq yardımı paylanıb.
Messenat holdinqin təşəbbüsü ilə İmişlidə 500-ə dək aztəminatlı ailəyə yardım göstərilib


20 min vətəndaşa 190 manat verilmədi - Səbəbİşsiz və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal məşğul şəxslərdən ibarət aztəminatlılar üçün nəzərdə tutulan birdəfəlik ödəməni (190 manat) almaq məqsədilə müraciət edənlərdən 20 min şəxsin adında iki və daha çox daşınmaz əmlakın olduğu müəyyən edilib.

Avrasiya.net Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin informasiya bazasından əldə edilmiş məlumatlar əsasında iki və daha çox daşınmaz əmlakı olduğu aşkar edilən həmin vətəndaşlara birdəfəlik ödəmə verilməsindən imtina olunub. Bu barədə onlara SMS göndərilib. Həmin vətəndaşların sırasında 5, 10, hətta 40-dan çox əmlakı olan şəxslər də var.

Birdəfəlik ödəmə almaq üçün edilən müraciətlər müxtəlif dövlət qurumlarına məxsus olan ümumilikdə 25-dək elektron informasiya sistemlərindən əldə edilmiş məlumatlar əsasında emal olunaraq təhlil edilir və nəticəsinə uyğun obyektiv qərar verilir. Aztəminatlılıq meyarlarına uyğun gəlməyən şəxslərə birdəfəlik ödəmə təyin edilmir.

Xatırladaq ki, aprelin 27-nə olan məlumata görə, 400 min şəxsə birdəfəlik ödəmə təyin edilərək ödənişi aparılıb.

Birdəfəlik ödəmə almaq üçün edilmiş müraciətlərə baxılması prosesi davam edir. Daha 200 min şəxsə də ödəniş ediləcək.
Yeni baş prokuror kimdir? – DosyeXəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Baş prokurorunun müavini - Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevin Azərbaycanın yeni Baş prokuroru təyin edilməsi üçün təqdimatını Milli Məclisə göndərib.

Avrasiya.net xəbər verir ki, Kamran Bayram oğlu Əliyev 1965-ci ilin noyabr ayının 18-də Balakən rayonunda anadan olub. 1987-ci ildə Rusiya Federasiyasının İrkutsk Dövlət Universitetinin Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra təyinatla prokurorluq orqanlarına işə qəbul olunaraq, Rusiya Federasiyasının Zabaykalye Nəqliyyat Prokurorluğunun Çita Nəqliyyat Prokurorluğunda müstəntiq vəzifəsi üzrə stajyor təyin edilib.

Daha sonra K.Əliyev həmin prokurorluqda və Zabaykalye Nəqliyyat Prokurorluğunda böyük müstəntiq vəzifəsində işləyib.

1990-1993-cü illərdə keçmiş SSRİ Baş Prokurorluğunun Elmi-Tədqiqat İnstitutunda əyani şöbə üzrə aspirantura təhsili alıb, paralel olaraq həmin müəssisədə elmi işçi vəzifəsində işləyib. 1993-cü ildə həmin İnstitutda dissertasiya işini müdafiə edərək hüquq elmləri namizədi elmi dərəcəsini alıb.

Daha sonra K.Əliyev Azərbaycan Respublikası Prokurorluğu orqanlarına işə qəbul olunmaqla Kadrlar İdarəsinin prokuroru, Elm-Tədris Mərkəzinin rəisi, Baş Prokurorluğun İstintaq və ağır cinayətlərə dair işlər üzrə istintaq idarələrində müstəntiq və böyük müstəntiq, Baş prokurorun köməkçisi və böyük köməkçisi, Baş Prokurorluğun Dövlət İttihamının müdafiəsi idarəsinin rəisi vəzifələrində işləyib.

06.08.2007-ci il tarixdən isə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

Azərbaycan Respublikası Prezidentinin 05.08.2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Baş prokurorunun müavini - Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi təyin edilib.

II dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsindədir. Hüquq elmləri üzrə fəlsəfə doktorudur. İngilis və rus dillərini sərbəst bilir.

K.Əliyev Azərbaycan Respublikasının Baş Prokurorluğu Kollegiyasının üzvüdür.

O, həmçinin Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin, Avropa Şurasının Korrupsiyaya qarşı Mübarizə Aparan Dövlətlər Qrupunda (GRECO) Azərbaycan nümayəndə heyətinin üzvüdür, habelə ölkəmizin Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planı üzrə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatında (OECD) Milli Koordinatorudur.

Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2008-ci il tarixli Sərəncamı ilə “Azərbaycan bayrağı” ordeni ilə təltif edilib.

Ailəlidir, iki övladı var.
Zakir Qaralov vəzifədən getdi: Yeni baş prokurorumuz...Azərbaycanın baş prokuroru Zakir Qaralov vəzifəsindən azad edilib.

Avrasiya.net xəbər verir ki, onun yerinə Prezident İlham Əliyev Azərbaycan Respublikası Baş prokurorunun müavini - Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevin namizədliyini irəli sürüb.

K.Əliyevi Milli Məclisin təsdiq edəcəyi gözlənilir.
Həbs edilən başçının biznesi: balıq vətəgəsi, sarımsaq...Biləsuvar rayonunun həbs edilən icra başçısı Mahir Quliyevin biznes şəbəkəsi üzə çıxıb.

Avrasiya.net Bakıpost.az-a istinadən xəbər verir ki, yaydığı məlumata görə,

icra başçısı başqa-başqa şəxslərə aid olan minlərlə hektar torpağı öz şəxsi maraqları üçün istifadə edib. Bu ərazilərdə taxıl, qarpız və sarımsaq əkdirib. Onunla yanaşı, müavinlər və şöbə müdirləri də böyük torpaq sahələrini ələ keçiriblər.

Bundan başqa, iddia edilir ki, M.Quliyev əkinə yararlı torpaqları yaxın ətrafındakı insanlara və dostlarına hədiyyə edib.

O da iddia edilir ki, yerli sahibkarlar davamlı olaraq başçının təzyiqi ilə üzləşiblər. Rayonda azacıq da olsa, inkişaf perspektivlərinə malik hər hansı biznes növü dərhal başçı və ya onun yaxınları tərəfindən nəzarətə götürülüb. Həmçinin yerli iş adamları məcburi şəkildə rayonda aparılan abadlıq işlərinə cəlb edilib. Onları məcbur ediblər ki, hərəsi bir ərazini öz hesabına abadlaşdırsın. İmtina edənlər isə müxtəlif təziqlərlə üzləşdikləri üçün obyektlərini bağlayıb rayonu tərk etməyə məcbur olublar.

Bir iddia da rayonda dövlət tərəfindən ayrılan sosial yardımların yoxsul, imkansız ailələrə deyil, vəzifə sahiblərinin yaxın qohum-əqrəbalarına yazılması ilə bağlıdır. Bildirilir ki, yardımlar rayon rəhbərliyi arasında bölüşdürülürmüş.

Məlumatlarda qeyd olunur ki, rayonun Xırmandalı kəndinin Mahmudcala və Cərcili deyilən ərazilərində qeyri-leqal yollarla çoxlu sayda süni balıq gölləri yaradılıb. 500 ha-dan çox ərazini əhatə edən bu qanunsuz göllərin sahiblərinin əsas şəriki isə icra başçısı Mahir Quliyev olub.

Nəticədə isə süni gölməçələr ətrafda şoranlaşma yaranıb, əkinə yararlı ərazilər yararsız hala düşüb. Həmçinin süni gölməçələrin davamlı olaraq su ilə təmin olunmasına ehtiyac olduğuna görə, yay aylarında rayonda ciddi su qıtlığı yaranıb. Beləcə, başçının balıq biznesi ucbatından sakinlərin əkin sahələri susuz qalıb.

Su qıtlığının yaranmasının digər səbəbi isə 1500 hektar əkin və otlaq sahələrinə gedən birinci "vetka” su kanalının ləğv edilməsi ilə bağlıdır. İddiaya görə, ləğv edilən kanalın ərazisindəki torpaq sahəsi yerli məmurların mülkiyyətinə cevrilib.
Ölkəmizdə daha 49 nəfər koronaya yoluxdu: ölən varAzərbaycan Respublikasında 49 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmış, 46 nəfər müalicə olunaraq sağalmış və evə buraxılmışdır.

Bu barədə Avrasiya.net-ə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış, xronik obstruktiv ağciyər xəstəliyi və ürəyin işemik xəstəliyi olan 1944-cü il təvəllüdlü vətəndaş vəfat etmişdir.

Hazırkı dövrədək ölkəmizdə 1766 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 1267 nəfər müalicə olunaraq sağalmış, 23 nəfər vəfat etmiş, 476 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 18 nəfərin vəziyyəti ağır, 26 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 137.379 test aparılmışdır.
Erməni əsgər yoldaşını güllələdiAzərbaycanın işğal edilmiş yaşayış məntəqələrində yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrində xidmət edən əsgərlər arasında nizamnamədən kənar münasibətlər zəminində baş verən daha bir cinayət faktı ortaya çıxıb.

Azərtac xəbər verir ki, hərbi qulluqçular tərəfindən təhqirlərə və təzyiqlərə məruz qalan əsgər Arman Mesropyan odlu silahdan atəş açmaqla özünə qəsd edib. Şahidlərin dediyinə görə, özünə qəsd etməzdən əvvəl A.Mesropyan odlu silahdan atəş açaraq onunla birlikdə bölükdə feldşer kimi xidmət edən digər hərbi qulluqçunu da ağır yaralayıb.

Faktla bağlı araşdırma aparılır.