Türkiyə Hərbi Hava Qüvvələri pilotlarından Aqil Acalova növbəti Salam!Türkiyə Hərbi Hava Qüvvələrində xidmət edən F-16 tipli hərbi təyyarə pilotundan azərbaycanlı ictimai xadim Aqil Acalova Salam! Türkiyə - Azərbaycan qardaşlıq münasibətləri tarixi kökə malikdir, Türkiyənin, türk qardaşların uğurları, qələbələri bizim sevincimiz, həmçinin bizim uğurlarımız, qələbələrimiz onların sevincidir.

Bir bədəndə iki can Azərbaycan - Türkiyə! Bir millət, iki dövlət Azərbaycan - Türkiyə!

Bir müddət öncə də Suriyada hərbi xidmətdə olan türk pilotlarından bu cür salamlama mesajı alan Aqil Acalov bu haqda şəxsi sosial şəbəkə hesablarında paylaşım etmişdir.
Türkiyə Hərbi Hava Qüvvələri pilotlarından Aqil Acalova növbəti Salam!
Türkiyə Hərbi Hava Qüvvələri pilotlarından Aqil Acalova növbəti Salam!
Mübariz Mənsimovun səhhəti pisləşdi“15 Mart 2020-ci ildə əsilsiz iddialarla FETÖ/PDY silahlı terror qruplaşması ilə əlaqəli olmaqda ittiham edilən və 17 martda həbs olunan azərbaycanlı iş adamı Mübariz Mənsimovun səhhəti kritik həddə pisləşib”.

Avrasiya.net-in məlumatına görə, bunu “Palmali” şirkətlər qrupunun İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Fidan Quliyeva bildirib.

F.Quliyeva deyib ki, keçirdiyi əməliyyatdan qısa müddət sonra həbs edilən Mübariz Mənsimovun yarası iltihablayıb:

“Bədəni şişib, qaraciyərində problem yaranıb, eyni zamanda idrarından qan gəlməkdədir. Onun immuniteti kəskin zəifləyib.

Dünyada yaşanan koronavirus səbəbilə iltihablanmış yarası təhlükədədir”.

Şirkət təmsilçisinin sözlərinə görə, vəkillərinin rəsmi müraciətlərinə baxmayaraq, o, xəstəxanaya aparılmayıb:

“Öz-özünü idarə etmək iqtidarında olmayan Mübariz Mənsimovun Silivri Cəza Evində qalması həyatı təhlükəsini hər an daha da artırır”.

Prezident deputatlarla bağlı qanunu təsdiqlədiPrezident İlham Əliyev “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununu təsdiq edib.

Avrasiya.net xəbər verir ki, sənədə əsasən, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə aşağıdakı məzmunda ikinci hissə əlavə edilir:

“Karantin rejiminin tətbiqi ilə əlaqədar ölkə ərazisində sərbəst hərəkətə qoyulan məhdudiyyətlər deputata, onun şəxsi və xidməti nəqliyyat vasitələrinə şamil edilmir.”.
“Tövbə” cəmiyyətinin başına Hacı Əbdülün oğlu keçir“Tövbə” cəmiyyətinə Allahın köməkliyi ilə qardaşım sədrlik edəcək”.

Bunu “Tövbə” cəmiyyətinin vəfat etmiş sədri Hacı Əbdül Əbdülovun ilk evliliyindən olan qızı deyib.


“Hazırda koronavirusa görə məscidlər bağlıdır. Ona görə də həm məscid, həm də “Tövbə” cəmiyyəti bağlıdır. Karantin bitsin, bu məsələlər də yoluna qoyulacaq”-deyə mərhumun qızı əlavə edib.

Hacı Əbdülün qızı son günlər ailədə baş verənlərlə bağlı çox gərgin olduqlarını da söyləyib:

“Atamın dünyasını dəyişməsi ilə aləmizdə bütün qaydalar pozuldu. Atamın ikinci həyat yoldaşı ailəmizə əlavə problemlər gətirdi. Atam sağ olaydı, o da belə at oynadaydı! Tarix boyu ola bilməzdi. Mənim atam elə kişi olub ki, bütün insanlar ona hörmət edib. Ancaq evdəki qadın atamı və onun övladlarını hörmətsiz etməyə çalışır. Buna da nail ola bilməyəcək. Çalışırıq ki, atamdan qalan mülkdən hər bir övladına pay düşsün”.

Qeyd edək ki, “Tövbə” cəmiyyətinin sədri Hacı Əbdül Əbdülov bu il aprelin 6-da 79 yaşında dünyasını dəyişib.

Məlumat üçün bildirək ki, Hacı Əbdül Əbdülovun ikinci həyat yoldaşının 37 yaşı var.
Mərhumun ikinci həyat yoldaşından 5 övladı qalıb. Modern.az
Bakıda qəsbkarlar bir nəfəri oğurlayaraq girov saxladılarBakı Şəhər Baş Polis İdarəsi və Xəzər Rayon Polis İdarəsinin əməkdaşları birgə əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu yolu ilə pul tələb etməklə məşğul olan bir qrup şəxsi saxlayıblar.

Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Məlum olub ki, aprelin 25-də, saat 20:00 radələrində Anar adlı şəxs və onunla əlbir olan dörd nəfər Türkan qəsəbəsinin Poçt küçəsində yerli sakin - 1993-cü il təvəllüdlü Saday Quliyevi maşına minməyə məcbur ediblər. Sonra girovu Buzovna qəsəbəsinin Albalılıq yaşayış massivinə aparıblar və orada şəxsi evdə bağlı saxlayıblar.

Burada təqsirli bilinən şəxslər S.Quliyevə fiziki təzyiq göstəriblər və bildiriblər ki, onlardan birinə borcu olduğu 500 manat əvəzinə 2000 manat gətirməlidir.

Gecə saat 03:00 radələrində həmin şəxslər S.Quliyevi tələb olunan məbləği gətirmək şərtilə sərbəst buraxıblar.

Ancaq sonuncu dərhal göstərilən rayonun 1-ci Polis Bölməsinə kömək üçün müraciət edib.

Aparılan əməliyyat nəticəsində 1989-cu il təvəllüdlü Anar Məmmədov, 1989-cu il təvəllüdlü Adil Ağazadə və 2002-ci il təvəllüdlü Elçin Məmmədov tutulublar.

Qeyd edək ki, A.Məmmədov bundan əvvəl xuliqanlıq, oğurluq, odlu silah saxlama, yol hərəkəti qaydaları və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayət məsuliyyətinə cəlb edilib.

Faktla bağlı istintaq davam etdirilir. Cinayətin digər ortaqları axtarılır.
Saxta arayış satan daha bir şirkət rəhbəri tutulduDaxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş növbəti əməliyyat nəticəsində Şəki şəhər sakini Orxan Ələkbərov karantin rejimi ilə bağlı polis postlarına təqdim olunması və sərbəst hərəkət etmək istəyən ayrı-ayrı şəxslərə direktoru olduğu, faktiki heç bir fəaliyyət göstərməyən “Vest Corporation” MMC-nin adından saxta arayışların hər birini 60-100 manat müqabilində satarkən saxlanılıb.

DİN-dən Avrasiya.net-ə bildirlib ki, araşdırma zamanı müəyyən olunub ki, adıçəkilən şəxs özü də daxil olmaqla 18 vətəndaşın saxta sənədlər əsasında “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirib həmin şəxslərin adına saxta əmək müqavilələri tərtib edib. Bununla da Orxan Ələkbərov saxta sənəd satdığı şəxslərin xüsusi karantin qaydalarının tələblərini pozaraq sərbəst hərəkət etməsinə şərait yaradıb.

Saxlanılan şəxsin paytaxt ərazisindəki yaşayış ünvanına baxış zamanı eyni məqsədlə hazırlanmış saxta arayışlar, boş blanklar, möhür və iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar aşkar olunaraq götürülüb.

Qeyd edilən faktla bağlı Baş İdarədə zəruri istintaq hərəkətləri və əməliyyat tədbirləri davam etdirilir. Orxan Ələkbərov və digər şəxslər saxlanılaraq məsuliyyətə cəlb olunublar.
Koronavirusdan ən çox itki verən Avropa ölkələri - SİYAHIDünyada yayılan koronavirus pandemiyasından ölənlərin sayı durmadan artır. Aprelin 28-i bu saata olan son məlumata əsasən dünya ölkələri üzrə COVİD-19 qurbanlarının sayı 212 265 nəfərdir.

Onlardan 56 803-ü ABŞ-ın payına düşür. Koronavirusdan ən çox itki isə Avropada qeydə alınıb.

Pandemiyadan ən çox itki verən Avropa ölkələrinin siyahısını təqdim edir:

İtaliya - 26 977
İspaniya - 23 822
Fransa - 23 293
Böyük Britaniya - 21 092
Belçika - 7 331
Almaniya - 6 126
Niderland - 4 518
İsveç - 2 274
İsveçrə - 1 677
İrlandiya - 1 102

Qeyd edək ki, dünyada koronavirusa yoluxanların sayı 3 milyondan çoxdur.
190 manat üçün SMS cavab almayanlara - Vacib xəbər190 manat birdəfəlik ödəmələr üçün qeydiyyat vaxtı 27 apreldə başa çatdı. Birdəfəlik ödəməni alan vətəndaşların sayı isə 400 mindən çoxdur. Bəs SMS göndərilməyən vətəndaşlara nə zaman cavab gələcək? Müavinətlərin verilməsi davam edəcəkmi?

Avrasiya.net xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Məşğulluq Xidmətinin mətbuat katibi Əsmər Nəcməddinqızı Teleqraf.com-a açıqlamasında bildirib ki, karantin dövründə işini, qazancını itirən vətəndaşlara birdəfəlik ödəmələrin verilməsi üçün qeydiyyat prosesi başa çatsa da, ödəmələrin verilməsi davam edir.

"20 gün ərzində müraciətlərin sayında kifayət qədər böyük rəqəm alındı. Hazırda bu günə qədər müraciət üçün qeydiyyatdan keçənlərin statistikası hesablanmayıb. Nəzərə alaq ki, birdəfəlik ödəmənin proqramının əhatə dairəsi ilk günlərdə 200 min nəfər üçün nəzərdə tutulurdu. Lakin bu say 600 minə çatdırılıb. Hazırda 400 min işsizə birdəfəlik müavinət ödənilib və yerdə qalan müraciətlər araşdırılır. 200 min insan üçün təyinat prosesi həyata keçirilir və yaxın günlərdə bu insanlara da müavinət veriləcək. Mayın ilk günlərinədək birinci ayın ödənişi tam başa çatacaq", - o deyib.

SMS-lərin gecikməsi məsələsinə aydınlıq gətirən qurum rəsmisi bildirib ki, bu proses müraciət edənlərin məlumatının emal olunub, araşdırılması ilə bağlıdır:

"Müraciətlərin arasında birdəfəlik ödəməyə haqqı çatan aztəminatlı, işsiz vətəndaşların müəyyən olunması prosesi davam edir. Hər bir müraciət ciddi şəkildə araşdırılır. Vətəndaşın gəlirləri, imkanları araşdırıldıqdan sonra bu ödəməyə haqqı çatıb-çatmadığı müəyyənləşdirilir.

Nəzərə alsaq ki, araşdırmalar 22 elektron sistem üzərindən aparılır, bu səbəblə bəzi vətəndaşların məlumatlarının natamam doldurulması, elektron resurslardan informasiyaların əldə olunması vaxt aparır. Bəzi vətəndaşlar var ki, qeydiyyat zamanı səhv əlaqə nömrəsi qeyd ediblər, yaxud ümumiyyətlə, əlaqə nömrəsi yazmayıblar. Bunları araşdırmaq vaxt tələb etdiyi üçün SMS-lərin göndərilməsi uzun çəkir. Biz həmin şəxsləri bir az təmkinli və səbirli olmağa çağırırıq. Yaxın günlərdə hər bir vətəndaşa imtina və yaxud təyinatla bağlı SMS göndəriləcək".

Əsmər Nəcməddinqızı bildirib ki, müavinət alanların ikinci ay ödənişlərinin yeni sistemlə həyata keçiriləcək:

"İkinci ayın ödənişləri bank vasitəsilə həyata keçiriləcək. Birinci ayın müavinətlərinin verilməsi başa çatdıqdan sonra yeni mexanizmlə müavinət təyin edilən 600 min şəxsin adına bank hesabı açılaraq, onlara ikinci ayın ödənişi veriləcək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bütün banklarla əməkdaşlıq edir. Həmin bankların nümayəndələri vətəndaşlarla birbaşa əlaqə saxlayaraq, hansı banka yaxınlaşıb, kartlarını əldə edə biləcəkləri barədə məlumat verəcəklər".
Azərbaycanlı gənclər Avropada hərəkat yaratdılar
Mənzil qərargahı Polşanın Varşava şəhərində yerləşən IDIFA Sülh Naminə Hərəkatı təsis edilib.

Avrasiya.net xəbər verir ki, hərəkatın əsas məqsədi dünyanın müxtəlif ölkərində Azərbaycanın milli maraqlarının müdafiəsi, Dağlıq Qarabağ həqiqətlərinin təbliğidir. Bu barədə açıqlama verən IDIFA-nın qurucularından biri, Azərbaycan İtaliya Gənclər Assosiasiyasının sədri Emin Rüstəmov hərəkatın qarşısına qoyduğu əsas məqsədlərdən danışıb. Onun sözlərinə görə IDIFA-nın fəaliyyətinin daha da səmərəli təşkili üçün artıq bu gündən etibarən www.idifa.net internet portalı istifadəçilərin ixtiyarına verilib.

Emin Rüstəmov qeyd edib ki, hərəkat olaraq dövlətimizin beynəlxalq müstəvidə atdığı vacib addımları, eyni zamanda ölkəmizin dövlət maraqlarının qorunması istiqamətindəki mühüm fəaliyyətini təqdir edir və dəstəkləyirlər:

"Hərəkat olaraq əsas hədəfimiz bu istiqamətdə dövlətimizin yanında olmaq, Azərbaycanı beynəlxalq arenada layiqli təmsil etmək, yeni imkanlar axtararaq, bu siyasətə dəstək verməkdən ibarətdir”.

Assosasiya sədri hərəkatın qarşıdakı bir il üçün nəzərdə tutduğu tədbirlər planı haqqında da bəhs edib:

“Önümüzdəki il üçün əsas istiqamətlərdən biri Azərbaycanı dünyanın müxtəlif ölkələrində təşkil olunan beynəlxalq tədbirlərdə yüksək səviyyədə təmsil etməklə ölkəmiz adına Azərbaycan gəncliyi olaraq töhvə verməkdir. Bütün bunlarla yanaşı, tanınmış xarici media mənsubları ilə əməkdaşlıq edərək Azərbaycanın təbliği istiqamətdə daha çox məlumatların və məqalələrin yayımlanmasını təmin etməkdir. Qısacası, dövlətimizin müəyyən etdiyi xarici siyasət prioritetlərini əsas götürərək ölkəmiz adına faydalı işlər görməyi əsas məqsəd olaraq qarşımıza qoymuşuq.

Əsas hədəflərimizdən biri də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə hüquqi qiymətin verilməsi, Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasından ibarətdir”.
Nazirə 22 milyon dollar rüşvət verən iş adamı HƏBS OLUNDUErmənistan Milli Təhlükəsizlik Xidməti eks-nazirə 22,4 milyon dollar rüşvət vermiş biznesmen, “Multi Qrup” konserninin direktoru Sedrak Arustamyanı həbs edib.

Ermənistan KİV-nə istinadən xəbər veririk ki, onun barəsində 2 aylıq həbs qəti-imkan tədbiri seçilib.

Müəyyən olunub ki, Arustamyan 2011-ci ildə biznesinə maneələrin olmaması, vergi ödəməmək və himayədarlıq üçün o zamankı maliyəy naziri Qaqik Xaçatryana 22,4 milyon dollar ödəyib.

Pullar nazirin oğullarına məxsus olan xarici şirkətlərin hesabına yerləşdirilib. Korrupsiya faktının izini itirmək üçün 2 saxta kredit müqaviləsi də imzalanmışdı.

Hazırda həm eks-nazir, həm də iş adamı həbsdədir.

Modern.az