Bakıda qoçuluq: sürücünü buna görə söyüb-döydü - VideoBakıda bir sürücünün özbaşınalığını əks etdirən görüntü yayılıb.

Avrasiya.net xəbər verir ki, hadisənin görüntüsünü sürücülərdən biri Avrosfer.az-a göndərib.

Hadisə isə bu gün - aprelin 26-da Qaraçuxur qəsəbəsi, Zığ-Mədən yolunda baş verib. Müəyyən edilən maksimal sürət həddi ilə hərəkət edən avtomobilə arxadan yaxınlaşan “Mersedes” markalı 99 RZ 878 qeydiyyat nişanlı avtomobilin sürücüsü ondan yol istəyib. Qarşıdakı sürücü isə müəyyən edilən maksimal sürətlə getdiyini bildirib və yol verməyib.

Bundan əsəbiləşən “Mersedes”in sürücüsü təhlükəli halda onu keçərək qarşısını kəsib. Daha sonra avtomobildən düşüb, sürücünün yanına gələrək onu nalayiq söyüşlərlə söyüb və döyüb.

Görüntünü qeydə alan sürücü bu barədə DİN-in 102 qaynar xəttinə şikayət edib.
Mübariz Mənsimovun erməni ortağına işləyən FTB agenti həbs olundu
ABŞ-ın Ədliyyə Nazirliyinin Kaliforniya dairəsinin mərkəzi vəkil ofisinin açıqlamasına əsasən Federal Təhqiqat Bürosunda (FTB) iyirmi ildən çox xüsusi agent kimi çalışmış Babak Brumand Birləşmiş Ştatların xüsusi hüquq-mühafizə məlumatını təqdim etmək müqabilində ermənilərdən ibarət mütəşəkkil cinayətkarla əlaqədə olan vəkil tərəfindən 200 000 ABŞ dollarından çox pul, rüşvət və hədiyyə qəbul etdiyi üçün həbs olunub.

Yanvar ayından etibarən təqaüdə çıxan Brumand rüşvət alaraq, dövlət məmuru adından sui istifadədə ittiham olunur. İttihama əsasən San-Fransisko sahə ofisinə təyinat alan, milli təhlükəsizlik və məxfi mənbələrlə məşğul olan FTB agenti vəkil tərəfindən mütəmadi olaraq rüşvət və hədiyyələr alıb.

2015 və 2017-ci illər ərzində əldə edilmiş razılığa əsasən, Brumandın hər ay orta hesabla 10 000 ABŞ dollarına yaxın rüşvət aldığı iddia edilir. Bu rüşvət 2016-cı ildə lisenziyalı vəkil statusunu alan şəxs (daha sonra sifarşçi kimi qeyd olunur-red) tərəfindən mütəmadi əsaslarda ödənilib. Onun Brumandın hesabına bu müddət ərzində ümumilikdə 200 min ABŞ dollarından çox vəsait köçürdüyü bildirilir.

Rüşvət əməliyyatları başlayandan bir müddət sonra vəkil Brumanddan erməni mütəşəkkil cinayət fiquru olan Levon Termendzyanın FTB informasiya bazasında yoxlanmasını xahiş edib. Bu əməliyyatın üstü açılıb və Brumandın 2015-ci ilin yanvarında dəfələrlə Termendzyanla bağlı FTB-nin konfidensial cinayət işi materiallarına baxması ortaya çıxıb.

Bəs cinayət işində adı keçən Levon Termendzyan kimdir?

Qeyd edək ki, hələ fevral ayında ABŞ-ın Yuta ştatında külli miqdarda vəsaitin mənimsənildiyi fırıldaqçılıq işində ittiham edilən erməni əsilli Levon Termendzyanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb. “Lev Aslan Dermen” kimi tanınan Levon Termencyan “Washakie Renewable Energy LLC” şirkətinin rəhbəri Ceykob Kinqton və və maliyyə direktoru İsaey Kinqstonla birlikdə ittiham edilir.

Onlar saxta ticarət hesabatlarının köməyi ilə 500 milyon ABŞ dollarından çox vergi subsidiyalarının israfçılığında, habelə digər cinayətlərdə təqsirləndirilirlər.

Bu, həmin Termendzyandır ki, onun FETÖ ilə əlaqədar həbs edilən biznesmen Mübariz Mənsimovun erməni ortağı olduğu aşkarlanıb. Levon Termendzyana ABŞ Xəzinəsini 1 milyard ABŞ dolları aldatdığı səbəbilə 130 il həbs cəzası istənilib.

Yanvarın 27-də Yuta ştatının paytaxtı Solt-Leyk-Sitidə məhkəmə qarşısına çıxan Termendzyana 10 ayrı-ayrı cinayətə görə 130 ilədək, cinayəti boynuna almış Kinqston qardaşları üçün isə 30 ilədək həbs cəzası tələb edilib. 7 həftə çəkən proses nəticəsində onların cinayətkar olduğu məhkəmə tərəfindən təsdiqlənib.

Halbuki Mübariz Mənsimov Levonla olan əlaqələrini inkar edir. M.Mənsimov L.Termendzyanla ortaq olduğu xəbərlər haqqında “Heç bir erməni mənə yaxın dura da bilməz. Bu cür iddialar erməni diasporasının iftiralarıdır”, - deyib.

Lakin istintaq materialları bu iddiaların həqiqətə uyğun olmadığını, habelə tərəflərin əlaqələrində şübhəli məqamların mövcudluğunu deməyə əsas verir.

“Mübariz Mənsimov bizim partnyorumuz olub. Mansimov ilə 2016-cı ildə atamın təlimatı ilə Kaliforniya mərkəzi “Palmali USA LLC” adlı şirkət qurmuşduq. Mübarizin söylədikləri yalandır”, - deyə L.Termendzyanın oğlu Corc Termendzyan məhkəmədə bildirib.

Hələ bir müddət əvvəl ABŞ-da həbs edilən Termendzyan və Kinqston qardaşları Mübariz Mənsimov ilə birgə 2016-cı ilin oktyabrın 27-də neftdaşıma məqsədilə 201630710161 qeydiyyat nömrəli “Palmali USA LLC” adlı gəmi şirkətini qurublar.

Kaliforniya ştatının rəhbərliyi tərəfindən 2016-cı ilin 18 noyabr tarixli və 16-499992 nömrəli sənəddə “Palmali USA LLC” şirkətində Levon Termendzyanın oğlu Corcun menecer olaraq təyin edildiyi, şirkət mərkəzinin isə 1234 W Cowles St, Long Beach, CA 90813 ünvanında olduğu qeyd edilib.

FTB-nin keçmiş agentinin həmçinin 2016-cı ilin may ayında Lev Aslan Dermen kimi də tanınan Termendzyanın 1 milyard ABŞ dolları civarında yanacaq vergisi dələduzluğuna görə açılan cinayət işinə müdaxilə etdiyi də aydın olub.

Vəkil başqa müştəri barəsində adının terrorçuluqda keçib-keçməməsi barədə məlumatın yoxlanılmasına görə Brumanda “Dukati” motosikleti və 26 000 min ABŞ dolları məbləğində aksessuarlar hədiyyə edib.

Bu mənfəət qarşılığında vəkil mütəmadi olaraq Brumanda onunla qanuni və qeyri-qanuni işlərdə əlbir olan 20-ə yaxın şəxs barəsində konfidensial məlumatların yoxlanılmasını tələb edib.

Hazırda FTB, Əmək Departamenti və Maliyyə Departamentinin nəzdində Mədaxil Kriminal Tədqiqatı tərəfindən Brumanda qarşı cinayət işinin istintaqı davam edir. /Report

43 yaşlı Bərdə sakini boğazını kəsdi
Bərdədə 43 yaşlı şəxs özünə xəsarət yetirib.

Hadisə rayonun 20 Yanvar adlanan ərazisində baş verib. Mirzə Fətəli Axundov küçəsində yaşayan 1977-ci il təvəllüdlü Abbasov Cəmaləddin Fəxrəddin oğlu boğazı kəsilmiş halda xəstəxanaya yerləşdirilib. Yaralının sözlərinə görə, özü-özünə qəsd edib. Hadisəni hansı səbəbdən törətdiyi barədə isə məlumat verməyib.

Faktla bağlı araşdırma aparılır.
Azərbaycanda koronavirusun yox olacağı tarix açıqlandı
Sinqapur Texniki Universitetinin bir qrup araşdırmaçı alimi süni intellekt vasitəsilə dünyada və ayrı-ayrı ölkələrdə COVİD-19 pandemiyasının nə vaxt başa çatacağını müəyyən ediblər.

Alimlərin hesablamalarına görə, dünyada koronavirus may ayının 29-a qədər 97 faiz, dekabrın 8-dək isə tamamilə yoxa çıxacaq.
Azərbaycanla bağlı hesablamalara gəlincə, alimlərin fikrincə, ölkəmizdə koronavirus təhdidi mayın 5-dək 97 faiz, ayın 16-a qədər 99 faiz, iyun ayının 13-dək isə tamamilə aradan qalxacaq. (Azvision.az)
İranda daha 1153 nəfər koronavirusa yoluxub, 60 nəfər ölüb
İranda son sutka ərzində yeni növ koronavirusa (COVİD-19) yoluxan daha 60 nəfər vəfat edib.

Avrasiya.net-in IRINN telekanalına istinadən verdiyi məlumata görə, bunu İran Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Kianuş Cahanpur bildirib.

Bununla da İranda koronavirusa yoluxma nəticəsində ölənlərin sayı 5 min 710 nəfərə çatıb. Ötən sutka ərzində ölkədə 1153 nəfərin koronavirusa yoluxduğu aşkarlanıb və ölkədə koronavirusa yoluxanların sayı 90 min 481 nəfərə çatıb. İndiyə qədər virusa yoluxan 69 min 657 nəfər sağalıb.
Azərbaycanda daha 28 nəfərdə koronavirus aşkarlandı - 59 nəfər sağaldı
Azərbaycan Respublikasında 28 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 59 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumata görə, hazırkı dövrədək ölkəmizdə 1645 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1139 nəfər müalicə olunaraq sağalıb, 21 nəfər vəfat edib, 485 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 18 nəfərin vəziyyəti ağır, 25 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
Deputat Aqil Məmmədov kəlbəcərli köçkünlərlə görüşüb – FOTOLAR
Kəlbəcər rayonundan seçilmiş Milli Məclisin deputatı Aqil Məmmədov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısı vəzifəsini müvəqqəti icra edən Eldəniz Mehtiyev koronavirus pandemiyasının qarşısının alınması məqsədilə ölkədə tətbiq edilən “sosial izolyasiya” tədbirlərinə riayət etmək şərti ilə qəzalı vəziyyətdə olan Şəmkir rayon 107 saylı Texniki Peşə məktəbində məskunlaşmış kəlbəcərli məcburi köçkünlərin istəyi ilə adı çəkilən ünvanda olublar.

Avrasiya.net xəbər verir ki, köçkünlər məskunlaşdıqları binanın qəzalı vəziyyətdə olduğunu, uzun müddət təmir edilmədiyini, antisanitariyanın hökm sürdüyünü bildirərək vəziyyət barədə dəfələrlə aidiyyatı orqanlara müracət etdiklərini söyləyiblər. Onlar, tezliklə yaşayışa yararsız binadan köçürülmələri üçün deputata və rayon rəhbərliyinə müraciət ediblər.
Deputat Aqil Məmmədov kəlbəcərli köçkünlərlə görüşüb – FOTOLAR
Köçkünləri dinləyən millət vəkili Aqil Məmmədov mövcud çətinliklərin həlli istiqamətində müvafiq dövlət qurumlarına müraciət edəcəyini bildirib: “Ölkə rəhbərliyi tərəfindən məcburi köçkünlərə daimi diqqət və qayğı göstərilir. Möhtərəm cənab Prezdinet İlham Əliyevin göstəriş və tapşırığına uyğun olaraq ölkəmizdə bu il də 7 mindən çox mənzilin tikilib məcburi köçkünlərə verilməsi nəzərdə tutulub. Şəmkir rayonunda da bu məqsədlə 7 hektar torpaq sahəsi ayrılıb və dövlət proqramına uyğun olaraq yaxın zamanda ağır şəraitdə, xüsusilə məktəb binalarında məskunlaşmış köçkün ailələr yeni mənzillərlə təmin ediləcək”.

Vətəndaşlarla görüşdə diqqəti bütün dünyanı bürümüş koronavirus (COVID-19) epidemiyasına yönəldən Aqil Məmmədov ölkə Prezidenti İlham Əliyevin üzaqgörən, təxirəsalınmaz qərarları və tapşırıqları sayəsində virusa qarşı ölkəmizdə effektiv mübariz aparıldığını və müsbət nəticələrin əldə olunduğunu bildirib. Bundan sonra da, dövlətin vətəndaşların sağlamlığı və rifahı üçün əlindən gələni əsirgəməyəcəyini vurğulayıb: “Sosial mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaş karantin rejiminin tələblərinə qeyri-şərtsiz əməl etməli, cəmiyyətimizin və dövətimizin gələcəyi naminə əl-ələ verərək Cənab Prezidentin epidemiyaya qarşı apardığı effektiv tədbirlərə dəstək verməlidir”.
Deputat Aqil Məmmədov kəlbəcərli köçkünlərlə görüşüb – FOTOLAR
NK-dan ipoteka kreditləri ilə bağlı mühüm açıqlama
Fiziki şəxslərin (sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan) dəstəklənməsi istiqamətində Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaitləri hesabına verilmiş ipoteka kreditlərinin restrukturizasiya imkanları yaradılacaq.

Avrasiya.net xəbər verir ki, bunu Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

İ.Məmmədov nəzərə çatdırıb ki, bu tədbir nəticəsində 1.1 mlrd. manat həcmində ipoteka krediti üzrə 23 min nəfərə yaxın borcalanın faydalanması üçün imkan yaranacaq, kreditlər borcalanların müraciəti əsasında restrukturizasiya olunacaq, 1 mart 2020-ci il tarixinədək verilmiş və keyfiyyəti qənaətbəxş olan belə kreditlərin restrukturizasiyası 30 sentyabr 2020-ci ilədək həyata keçirildiyi halda onların keyfiyyəti pisləşdirilməyəcək. Eyni zamanda ankların öz vəsaitləri hesabına ipoteka kreditləşməsini stimullaşdırmaq məqsədilə bu kateqoriyadan olan kreditlər üzrə risk dərəcələrinin 100%-dən 50%-dək azaldılması barədə qərar qəbul edilib.

Biznes və istehlak təyinatlı kreditlərin (əsas və ya faiz borcu) tam və ya qismən gecikdirilməsi halında 30 sentyabr 2020-ci ilədək borcludan cərimə faizi, dəbbə pulu və digər ödənişlərin tutulmaması kredit təşkilatlarına tövsiyə ediləcək və bu zaman borcalanların kredit tarixçəsi pisləşdirilməyəcək. Bu müddət ərzində kredit təşkilatları tərəfindən əsas borc üzrə faizlərin hesablanması davam etdiriləcək və borcalanlar tərəfindən kredit təşkilatlarına ödənilməsi təmin edilməlidir.
“Kütləvi şəkildə iftar süfrələri təşkil etmək yolverilməzdir” – Hacı Şahin
Bəzi iddialara görə koronavirus təhlükəsi, karantin rejiminin tətbiqilə oruc tutanların sayında azalma var.

Məsələ ilə bağlı Modern.az-a danışan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, Məşədi-Dadaş məscidinin imam-camaatı Hacı Şahin Həsənli bu iddialarla razılaşmayıb. O qeyd edib ki, bu, sadəcə iddia ola bilər:

“Bizə edilən müraciətlər, verilən suallar bunun əksini deyir. Doğrudur, oruc tutanların dəqiq statistikasını aparmaq mümkün deyil. Amma virusa, karantinə görə oruc tutanların sayının ötən illərlə müqayisədə azaldığını demək də doğru deyil. Ümumiyyətlə mən özüm ətrafdakı insanlardan oruc tutanların sayının azaldığını müşahidə etməmişəm”.

QMİ rəsmisi həmçinin karantin dövründə oruc tutanlara tövsiyələrini verib:

“İnsanlar karantin qaydalarına riayət eməlidirlər. İftarlarını öz evlərində, öz ailələrilə açmalıdırlar. Kütləvi şəkildə toplaşmaq, iftar süfrələri təşkil etmək yolverilməzdir. Dini ayinlərin hər biri fərdi evlərdə fərdi şəkildə icra olunmalıdır”.
“Azəriqaz” 10 manatlıq hədiyyə verir? - Açıqlama
Dünən gecə saatlarından bəzi sosial şəbəkə istifadəçiləri smart-kartlara ödəniş terminallarında əlavə 10 manat vəsaitin hədiyyə edilməsi ilə bağlı yanlış məlumatlar paylaşıb, səs yazıları, elanlar verilib.

Azəriqaz İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr şöbəsindən Avrasiya.net-ə verilən məlumata görə, bununla da insanların kütləvi aldadılması halları aşkarlanıb.

“Azəriqaz” İstehsalat Birliyi olaraq bəyan edirik ki, belə məlumatlara aldanmayın və aşağıdakı şərhimizə diqqətlə yanaşın. Ümumiyyətlə smart-kartın bərpası deyilən bir xidmət mövcuddur. Yəni sosial şəbəkələrdə bu barədə yayılan video materialda da həmin proses tam düzgün izah olunur. Smart-kart necə bərpa olunursa, ondan danışılır.

Abonent məsələn, 10 manat vəsait yükləyib. Bu zaman kartı terminaldan tez götürərkən və ya həmin anda internet ötürücülərdə problem yaranarsa, vəsait karta yüklənməyə bilər. Amma ödəniş ödəmə qəbzində əksini tapır. Bir anda abonent vəsaitin yükləndiyini başa düşür və gəlib kartdakı məbləği sayğaca yükləyəndə, sıfır göstəricisi göstərir. Bu halda məsləhət görülür ki, smart-kart təkrar aparılmalıdır ödəniş terminalına və menyuda “Smart-kartın bərpası” seçilməklə əvvəlki məbləğ yenidən yüklənilməlidir. Yəni proses bu qədər sadədir", - deyə məlumatda bildirilir.

"Lakin kimlərsə bunu tamam başqa məqsədlərə yönəldib. Dünən gecə saatlarından etibarən belə bir ajiotaj yaradılıb ki, ödəniş terminallarında “Smart-kartın bərpası” düyməsini klikləməklə kartlara əlavə 10 manat da yükləmək mümkündür. Bəziləri bunu “Azəriqaz” İB-nin vətəndaşlara “hədiyyəsi” kimi də qələmə verib. Birliyin sosial şəbəkələrdə apardığı monitorinq zamanı da müşahidə edilib ki, bəzi marketlərdəki ödəmə terminalları qarşısında gecə saatlarında hətta növbələr də yaranıb.

Bildirmək istərdik ki, bu yanlış əməliyyat abonentlərin smart-kartlarında ciddi qüsur yarada bilər. Çünki hər ödəmə bir vahid kod üzərində icra olunur və təkrarsızdır. Yəni kartı ödəmə terminalına zərurət olmadığı halda daxil edib “Smart-kartın bərpası” düyməsini klikləyib əməliyyatı həyata keçirmək, yalnız həmin kartın sıradan çıxmasına gətirib çıxara bilər. Belə olan halda kartda yaranan qüsurlara görə yeni məbləğ yükləniləndə problemlər yaranacaq və bundan başqa abonentlər kartlarının əvvəlki qaydada işləkliyini təmin etmək üçün ASAN Xidmət”, ASAN Kommunal və Birliyin xidmət sahələrinə üz tutmalı olacaqlar. Bu zaman onların həm vaxt itkisi ilə üzləşməsi, həm də müəyyən müddətə qazsız qalması qaçılmazdır", - deyə xəbərdə bildirilir.