Bakıda qadın özünü 7-ci mərtəbədən yerə atdı
Binəqədi rayonunda bədbəxt hadisə baş verib.

Avrasiya.net APA-ya istinadən xəbər verir ki, hadisə 6-cı mikrorayonda qeydə alınıb.

1973-cü il təvəllüdlü Əliyeva Qumru Fərhad qızı özünü yaşadığı binanın 7-ci mərtəbəsindən yerə atıb.

O, müştərək travma və ağır kəllə-beyin travması diaqnozu ilə 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.
"Əli Həsənovun jurnalistikaya aid olmayan şəxslərə verdiyi mənzillər geri alınmalıdır" — Professordan ŞOK AÇIQLAMA
Çoxdandır ki, Azərbaycan mediasında KİVDF-nin fəaliyyətindəki çoxsaylı ciddi nöqsanlar və sui-istifadə halları barədə silsilə yazılar gedir. Nə qədər ki, Əli Həsənov və Vüqar Səfərli vəzifədə idilər həmin tənqidi yazı müəlliflərini bütün mümkün vasitələrlə şantaj edirdilər. Əli Həsənovun özünün ifadəsincə desək «şüşəli evdə oturub onu-bunu daşa tuturdular». Amma məşhur atalar məsələsində deyildiyi kimi «haqq incələr, amma üzülməz». Bu halda da haqq üzülmədi.

Cənab Prezident fəaliyyətlərindəki çox ciddi nöqsanlar və sui-istifadə halları ilə bağlı formalaşmış geniş ictimai rəyi əsas götürərək Ə.Həsənov və V.Səfərlini vəzifədən kənarlaşdırdı. Bu adamlar həqiqətən çox harınlanmışdılar. Nə özləri, nə də ətrafındakılar necə deyərlər artıq ayaqlarının altını belə görmürdülər. Görün, iş nə yerə çatmışdı ki, ölkə Prezidentinin xüsusi sərəncamları ilə bilavasitə jurnalistlər üçün tikilmiş binalardakı mənzilləri bölüşdürərkən ağlagəlməz dərəcədə özbaşınalıq etdilər. Bu minvalla da jurnalistikaya əsla aidiyyatı olmayan çoxsaylı təsadüfi insanlar mənzil aldılar. Beləliklə də jurnalistikamızda sözü, izi və yeri olmayan, yəni jurnalist kimi tanınmayan çoxsaylı insanlar sadəcə Əli Həsənovun, ona həyat yoldaşı Sona Vəliyevanın və Vüqar Səfərlinin qohumu, yaxın adamı və ya işçisi olduqlarına görə mənzil alanlar siyahısına düşdülər.

Dəhşətə bir baxın, uzun illərdir ki, Ulu öndər Heydər Əliyevin dövlətçilik tariximizdəki misilsiz xidmətləri, möhtərəm cənab Prezidentimiz İlham Əliyevin Azərbaycanı yeni inkişaf və yüksəliş mərhələsinə aparan titanik fəaliyyəti, birinci vitse-prezident Mehriban xanım Əliyevanın Heydər Əliyev Fondu xətti ilə ölkə miqyasında və ölkə hüdudlarından kənarda həyata keçirilmiş çoxsaylı uğurlu layihələr barədə silsilə yazılar yazan, kitablar nəşr etdirən peşəkar jurnalistlər kənarda qaldı, amma Sona Vəliyevanın «yazmış» olduğu hansısa kitab haqqında hansısa saytda beş-on cümləlik tərifnamə yazanlara isə üç-dörd otaqlı mənzillər hədiyyə olundu. Bax, buna deyərlər hamam suyu ilə özünə dost tutanlar.

Əfsuslar olsun ki, Əli Həsənov, Vüqar Səfərli və onların ətrafındakı vəzifəli şəxslərin iştirakı ilə törədilmiş belə haqsızlıqlar bir deyil, beş deyil. Geniş ictimaiyyət nümayəndələri və son vaxtlar bu məsələyə münasibət bildilmiş olan bəzi millət vəkilləri kimi mən də o fikirdəyəm ki, KİVDF-nin fəaliyyəti hərtərəfli və dərindən araşdırılmalı və günahkarlar mütləq şəkildə cəzalandırılmalıdırlar.

Eyni zamanda hüquqları pozulmuş insanların haqları da özünə qaytarılmalıdır. Yəni, haqqı olmayan insanlara, xüsusən də jurnalist olmayan insanlara jurnalistlər üçün tikilmiş binalardan verilmiş mənzillər qeyd-şərhsiz geri alınmalıdır. Nəzərə alınmalıdır ki, Əli Həsənovun və onun kadrlarının dostluq, tanışlıq, qohumluq əlaqələri zəminində rəhbəri olduqları qurumlarda işlə təmin etmiş olduqları xeyli sayda qeyri peşə sahiblərinə də jurnalist adı altında mənzil verilməsi düzgün hərəkət deyildi.

Dünyanın heç bir ölkəsində dövlət jurnalistlərə əvəzsiz, ödənişsiz mənzil vermir. Bu praktika ancaq Azərbaycandadır. Bu, cənab prezidentin müstəsna xidmətidir. Nə yazıq ki, Əli Həsənov və Vüqar Səfərli ölkə Prezidentinin bu nəcib və xeyirxah missiyasından da sui-istifadə etməkdən çəkinmədilər. Artıq hər kəsə bəlli olduğu kimi, bu adamlar cənab Prezidentin mətbuatın və televiziyaların inkişafını stimullaşdırmaq niyyəti ilə davamlı olaraq ayırmış olduğu milyonlarla manat vəsaitləri bölüşdürərkən də sırf şəxsi maraqları mövqeyindən çıxış edərək çoxsaylı əyintilərə yol veriblər.

Uzun illər media sahəsində işlədiyimdən, Əli Həsənov və ətrafında olan məmurların iş prinsiplərinə az-çox bələd olduğumdan onların nə dərəcədə özbaşınalıq etdiyi, səlahiyyət həddlərini aşdığı, vəzifələrindən sui-istifadə etdikləri barədə çoxsaylı konkret faktlar sadalaya bilərəm.

Kimsə düşünməsin ki, mən bu sətirləri nə üçün məhz Əli Həsənov və Vüqar Səfərli vəzifədən kənarlaşdırıldıqdan sonra qələmə almışam. Diqqətli oxuculara bildirmək istərdim ki, mən artıq neçə illərdir ki, bütün bunlar barəsində davamlı olaraq aidiyyatı dövlət orqanlarını məlumatlandırmışam. 2019-cu ilin aprel ayından başlayaraq isə ölkə Prezidenti və Birinci Vitse-Prezidentə yazılı müraciətlərim olub.

Mən də bir çox jurnalist həmkarlarım kimi o fikirdəyəm ki, Əli Həsənov və əhatəsinin vəzifədən uzaqlaşdırılması ilə kifayətlənmək olmaz. Unutmayaq ki, xeyli sayda havadarları, dəmtutanları və əlaltıları hələ də haradasa vəzifə, imkan və söz sahibidir. Hələ də Əli Həsənovun hakim komandaya olan «sədaqəti» və onun «əvəzsiz kadr» olduğu barədə təbliğat aparanlar var. Belələri hələ də, bəlkə də «qaytardılar» xülyası ilə yaşayır.

Təbiidir ki, əvvəllər olduğu kimi bu gün də həmin dairələr birbaşa Ə.Həsənov tərəfindən stimullaşdırılır, istiqamətləndirilir və idarə olunur. Bütün bunlar isə onu deməyə əsas verir ki, Ə.Həsənov və onun yaxın ətrafının fəlaiyyətinin bütün aspektləri dərindən və hərtərəfli araşdırılmalı, yol vermiş olduqları qanunsuzluqların, sui-istifadə hallarının, mənimsəmə faktlarının, təmsil olunduqları iqtidarın maraqları ilə daban-daban zidd əməllərin dairəsi və dərəcəsi müəyyənləşdirilərək adekvat hüquqi addımlar atılmalıdır. Haqq, ədalət, qanunlarımız və geniş ictimai rəy bunu tələb edir.

Qafar Cəbiyev
Azərbaycan Respublikasının əməkdar jurnalisti,
«Qızıl qələm» müakafatı laueatı, professor
Mikayıl Cabbarovdan VÖEN-lə bağlı narazılara CAVAB
“Passiv VÖEN-i olan vətəndaş da maliyyə dəstəyi almaq üçün aidiyyəti orqanlara müraciət etməlidir”.

Avrasiya.net xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir qeyd edib ki, passiv VÖEN-i olan vətəndaşlara birdəfəlik ödəmə ilə bağlı imtina mesajı gələrsə, vətəndaş aidiyyəti orqan üzrə müraciət etməlidir.

“Fərdin VÖEN-ə malik olması neytral xarakter daşıyır. 190 manat yardım almaq üçün müəyyən meyarlar nəzərdən keçirilir. Həmin meyarlar arasında fərdin VÖEN-ə malik olması önəm daşımır. Fərdi müraciətə cavab olaraq VÖEN-i olan vətəndaşa imtina verilibsə, məsələyə aydınlıq gətirilməsi üçün aidiyyəti orqan üzrə sualını ünvanlansa yaxşı olar”.
“İşğal altındakı rayonlar istisnasız azad olunmalıdır” – Lavrovun bəyanatına deputatdan reaksiya
Məlum olduğu kimi Rusiya xarici işlər naziri Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsi ilə bağlı önəmli açıqlamalar verib. Rusiyanın baş diplomatı bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin mərhələli həlli gözlənilir. Lavrov qeyd edib ki, ilk mərhələdə ən aktual məsələlərin – Dağlıq Qarabağ ətrafındakı bir sıra rayonların azad olunması və kommunikasiya, nəqliyyat və iqtisadi əlaqələrin bərpası və s. nəzərdə tutulur.

Milli Məclisdə işğal olunmuş Kəlbəcər rayonunu təmsil edən deputat Aqil Məmmədov Turkustan.info-ya açıqlamasında bildirib ki, Lavrovun son bəyanatı, münasiqəşinin həlli ilə bağlı bundan əvvəlki bəyanatlarından fərqlənir: “Adətən, Rusiya xarici işlər nazirinin Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı fikirləri Azərbaycanda narahatlıq doğururdu. Bu dəfə isə Sergey Lavrov konstrktiv sayıla biləcək mövqe nümayiş etdirib. O, münaqişənin mərhələli həllinin gərəkliyini vurğulayıb. Həm, ATƏT-in Minsk Qrupunun üzvü, həm də münasiqəşnin həllində ciddi söz sahibinə malik Rusiyanın baş diplomatının bu bəyanatı əhəmiyyətli sayıla bilər. Bəllidir ki, Azərbaycan da münaqişənin mərhələli həllinin tərəfdarıdır. Ermənistan paket həll variantında israr edir. Bu isə danışıqlardan yayınmaq və Azərbaycan torpaqlarını işğalda saxlamaq üçün yalnız bəhanədir”.

Millət vəklinin sözlərinə görə bəyanatda səsləndirilən “Qarabağ ətrafındakı bir sıra rayonlar” ifadəsi müəyyən suallar yaradır. Çünki, zaman-zaman “5 rayon”, “5+1 və ya 5+2 rayon” ifadə işlədilib: “Lavrovun bəyanatında işlətdiyi “bir sıra rayonlar” ifadəsi də haradasa, həmin formatlara yaxındır. Ancaq həm, Ermənistan, həm onun havadarları, həm də ATƏT-in Minsk Qrupunun üzvləri, o cümlədən, Rusiya bilməlidir ki, Azərbaycanın dünya birliyi tərəfindən tanınmış suveren sərhədləri tam şəkildə azad olunmalıdır. Bu Azərbaycanın birmənalı mövqeyidir və bu mövqeni Azərbaycan Prezidenti ən mötəbər beynəlxalq kürsülərdən dəfələrlə bəyan edib. Bir sıra yox, bütün ətraf rayonların azad olunması mərhələli həllin birinci hissəsi kimi həyata keçirilməli, ikinci mərhələdə Dağlıq Qarabağın hüquqi statusu həllini tapmalıdır”.
Azərbaycanda daha 25 nəfər koronavirusa yoluxdu
Azərbaycan Respublikasında 25 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 67 nəfər müalicə olunaraq sağalmış və evə buraxılıb.

Bu barədə Avrasiya.net-ə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Hazırkı dövrədək ölkəmizdə 1 617 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1 080 nəfər müalicə olunaraq sağalıb, 21 nəfər vəfat edib, 516 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 15 nəfərin vəziyyəti ağır, 21 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 120 479 test aparılıb.
Nazirdən sahibkarlara müjdə
Pandemiya dövründə zərər görmüş sahibkarlara vergi güzəştləri, sosial sığorta ödənişləri ilə bağlı olan paket Prezident İlham Əliyev tərəfindən Milli Məclisə göndərilib. Növbəti günlərdə bu paketin qəbulu gözlənilir.

Avrasiya.net xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirdiyi brifinqdə deyib.

Nazir qeyd edib ki, əsas məqsəd iqtisadi stabilliyin qorunmasıdır:

“Bu məsələdə sahibkarlar dövlətə dəstək verməli, yeni qaydalara uyğunlaşmalıdır. Fərdi gigiyena və sosial məsafə həyat tərzimizə çevrilməlidir”.
Mehriban Əliyevadan Ramazan təbrikiAzərbaycanın​ Birinci vitse-prezidenti Mehriban Əliyeva Ramazan ayı münasibəti ilə xalqımızı təbrik edib.

Avrasiya.net xəbər verir ki, M.Əliyeva bu barədə rəsmi İnstaqram hesabında paylaşım edib.

“Ən xoş və saf hisslərlə aşılanan, xeyirxahlıq, mərhəmət və şəfqətin təntənəsini təcəssüm etdirən mübarək Ramazan ayının başlanması münasibətilə bütün Azərbaycan xalqını və dünya müsəlmanlarını səmimi-qəlbdən təbrik edirəm! İnanıram ki, bu müqəddəs ayda bütün dua və diləklərimiz qəbul olunacaq və Allah öz mərhəmətini dünyamızdan əsirgəməyəcəkdir. Hər birinizə möhkəm cansağlığı arzulayıram! Allah orucunuzu qəbul etsin!”, - M. Əliyeva qeyd edib.
Sindo-Ryu və Pençak Silat Federasiyası 50 ailəyə yardım edibCeyhun Əşrəfov: “Federasiya olaraq cənab Prezidentin, dövlətimizin yanındayıq”

Azərbaycan Sindo-Ryu və Pençak Silat Federasiyası (PERSİLAT) COVİD-19 pandemiyası ilə əlaqədar olaraq ölkədə davam edən yardım kampaniyasına qoşulub. Federasiyanın mətbuat xidmətindən verilən məlumata görə, federasiyasının prezidenti, idarə heyətinin sədri Ceyhun Əşrəfovun təşəbbüsü ilə 50 ailəyə ərzaq yardımı edilib.
Ceyhun Əşrəfov bildirib ki, dünya dövlətləri koronavirus pandemiyası ilə mübarizə aparır. Onun sözlərinə görə, cənab Prezidentin göstərişinə əsasən bununla bağlı tədbirlər planı hazırlanıb: “Dövlət aztəminatlı ailələri xüsusilə diqqət mərkəzində saxlayır, onların sosial problemlərini həll edir. Təbii ki, biz də federasiya olaraq cənab Prezidentin, dövlətimizin yanındayıq, bu çağırışa qoşuluruq.

Biz, bu çətin gündə aztəminatlı vətəndaşlarımızı dəstəksiz qoya bilmərik. Federasiya tərəfindən 50 aztəminatlı ailə müəyyən edilərək onlara yardım olunub. Ərzaq yardımı növbəti günlərdə də icra olunacaq, müəyyən ailələrə köməkliyimizi əsirgəməyəcəyik. Biz xalq olaraq bir olmalı, yardımlaşmağı bacarmalıyıq. İnanıram ki, birlikdə bu sınaqdan da üzüağ çıxacaq, çətin günləri birlikdə arxada qoyacağıq. Biz birlikdə güclüyük!”.
Sindo-Ryu və Pençak Silat Federasiyası 50 ailəyə yardım edib
Sindo-Ryu və Pençak Silat Federasiyası 50 ailəyə yardım edib
Milli Məclisin üzvü Gənc Səfirlərə tövsiyələrini verib
24 aprel 2020-ci il tarixində COVİD-19 pandemiyası və karantin dövründə Davamlı İnkişaf Məqsədləri (DİM) üzrə ilk Gənc Səfirlərin fəaliyyətinin müzakirəsi və planlaşdırılması məqsədilə onlayn görüş keçirilib.

Avrasiya.net xəbər verir ki, görüşdə DİM üzrə Gənc Səfirlərlə bərabər Azərbaycan Respublikası Milli Məclisinin üzvü, DİM üzrə Gənc Səfirlər layihəsinin əsas təşəbbüskarlarından biri olan Məzahir Əfəndiyev də iştirak edib.

Gənc Səfirlərə müraciətində Məzahir Əfəndiyev karantin və postpandemiya dövründə həm qlobal, həm də ölkə miqyasında gedən proseslərdə gənclərin vacib rolunu vurğulayaraq, onların fəal iştirakı və innovativ yanaşmalarının əhəmiyyətini qeyd edib.

Həmçinin, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə koronavirus təhlükəsinə qarşı aparılan effektiv mübarizə, əhalinin sağlamlığı, sosial müdafiəsi məsələlərinə göstərilən qayğı və ölkə iqtisadiyyatının möhkəmləndirilməsi istiqamətində atılan addımlar alqışlanıb. Gənc Səfirlərlə müzakirələrdə karantin zamanı həssas, xüsusi qayğıya və dəstəyə ehtiyacı olan əhali qruplarına yardımın göstərilməsində, pandemiya sonrası dövrdə isə yeni çağırışlara, o cümlədən yüksək texnologiya vasitələri ilə cavab verməkdə, milli-mənəvi dəyərlərə və mədəni ənənələrə əsaslanaraq, əldə olunmuş yeni bilik, bacarıqlardan istifadə edərək ölkəmizin davamlı inkişafı və rifahı üçün fəaliyyət göstərməkdə gənclərin əhəmiyyətli rolu qeyd olunub.
Milli Məclisin üzvü Gənc Səfirlərə tövsiyələrini verib
DİM üzrə Gənc Səfirlər son həftələrdə fəaliyyətlərini əsasən onlayn rejimdə davam etdirdiklərini qeyd edərək, karantin dövrünə uyğun gələn yeni təklif və təşəbbüsləri müzakirə ediblər. Hər bir Gənc Səfir təmsil etdikləri müvafiq istiqamətlərə uyğun olaraq koronavirus pandemiyasının ekoloji, iqtisadi və sosial təsirlərini qeyd edib.

Həmçinin, Gənc Səfirlərin iştirakı ilə onlayn müzakirələr, seminarlar, təlimlər və təqdimatların növbəti həftələrdə də davam etdirilməsi təklifi dəstəklənib.

Görüşün yekununda Məzahir Əfəndiyev bir daha karantin və postpandemiya dövrlərində ortaq məqsədlər və hədəflər üzrə birgə fəaliyyətin, cəmiyyətimizin həmrəylik nümayiş etdirərək ölkənin rifahı üçün birlikdə çalışmasının, o cümlədən yeni təklif və innovativ təşəbbüslərin əhəmiyyətini vurğulayıb.

DİM üzrə 17 gənc səfir Azərbaycanda ilk dəfə olaraq Gənclər və İdman Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) birgə həyata keçirdiyi “Qlobal siyasi müzakirələrdə gənclərin fəal iştirakını dəstəkləmək üçün yeni əsasların yaradılması” layihəsi çərçivəsində seçiliblər.

Gənc Səfirlərin əsas məqsədi Davamlı İnkişaf Məqsədlərini Azərbaycanda təbliğ etmək, DİM-lərə nail olmaqda gənclərin iştirakını təşviq etmək, bu sahə üzrə fəaliyyət göstərən dövlət qurumlarına tam könüllü formada dəstək göstərmək, yerli, milli və beynəlxalq səviyyədə atılan addımlar barədə cəmiyyətin məlumatlandırılmasına dəstək olmaq, milli hesabatların hazırlanmasına töhfə vermək və ölkədə DİM-lərlə əlaqəli həyata keçirilən təşəbbüslərdə fəal iştirak etməkdir.
Milli Məclisin üzvü Gənc Səfirlərə tövsiyələrini verib
Vətəndaşları rüsvayedici məlumatlarla hədələyən ata və oğul saxlanıldıHədə-qorxu yolu ilə pul tələb edən Sabirabad rayon sakinləri həbs olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avrasiya.net-ə verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olan müraciət əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində cari ilin fevral ayında İmişli rayon sakini R.Məmmədovdan barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib 990 manat pul almaqda şübhəli bilinən Sabirabad rayon sakini O.Eyvazov saxlanılıb.

Onun atası A.Eyvazovla birgə cari il yanvar ayında Kürdəmir rayon sakini R.Məmmədovdan barəsində rüsvayedici məlumatları yayacağı ilə hədələyib 6 000 manat almaları da müəyyən edilib.

A.Eyvazov da polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 182.2.1-ci və 182.2.2-ci maddələri ilə (hədə-qorxu ilə tələb etmə) cinayət işi başlanıb.